Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-330/2025 28.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı "xxxx" BOKT QSC-nin cavabdehlər X5, X6 və X2 qarşı borc məbləğinin tutulması tələbi barədə elektron qaydada göndərilmiş kiçik iddialara dair işlər üzrə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" BOKT QSC-ti 11 iyul 2025-ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxılmaqla cavabdehlər X3, X1 və X4 müştərək qaydada əsas borc 4581,39 manat, faiz borcu 269,85 manat olmaqla, cəmi 4851,24 manat ( dörd min səkkiz yüz əlli bir manat iyirmi dörd qəpik) manat borc məbləğinin və ödənilmiş 68,51 manat dövlət rüsumunun tutularaq "xxxx" QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kiçik iddialara dair işlər üzrə ərizənin sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar icraata qəbul edilməsi məsələsinə baxılarkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-2, 284-3-cü maddələrinin tələblərinə uyğun olaraq və 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olmadan məhkəməyə təqdim edilmişdir. Belə ki, kommersiya mübahisəsinə dair hazırkı iş üzrə iddianın qiyməti 4851,24 (dörd min səkkiz yüz əlli bir manat 24 qəpik) manat məbləğində olmaqla, kiçik iddialara dair işlər üçün müəyyən edilmiş məbləğdən, yəni on min manatdan azdır. Həmçinin, ərizədə ərizənin verildiyi məhkəmənin adı, iddiaçının (hüquqi şəxsə münasibətdə adı), onun nümayəndələrinin və cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri, eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi), iddiaçının tələbi və onun əsaslandığı hallar, tələbin əsaslılığını təsdiq edən sənədlər, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməklə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi iddiaçı tərəfindən elektron imza ilə təsdiq olunaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilmiş, iddia ərizəsinin surətinin və ona əlavə edilən sənədlərin MPM-lə müəyyən edilmiş qaydada cavabdehə çatdırılmasına dair sübut qanunla nəzərdə tutulmuş qaydada mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmiş, həmçinin, işin ərazi və məhkəmə aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsində baxılmalı olduğu müəyyən edilmiş və ərizəyə əlavə edilən sənədlərin siyahısında çatışmazlıqlar aşkar edilməmiş, ərizənin geri qaytarılması, işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina halları müəyyən olunmamış və iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olmamışdır. Məhkəmə bildirir ki, hazırki iş üzrə iddia tələbinin 4851,24 (dörd min səkkiz yüz əlli bir manat 24 qəpik) manat müəyyən olunduğundan həmin iddia tələbinə görə dövlət rüsumunun məbləği 68,51 (altmış səkkiz manat 51 qəpik) manat təşkil edir. İddiaçı tərəfindən 68,51 (altmış səkkiz manat 51 qəpik) manat məbləğində dövlət rüsumu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən həmin Məcəllənin 284-5 maddəsində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 284-5-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 284-5-ci maddəsini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı "xxxx" BOKT QSC-nin cavabdehlər X5, X6 və X2 qarşı borc məbləğinin tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsi icraata qəbul edilsin. İş üzrə cavabdehə 5 (beş) iş günü ərzində rəsmi qaydada bildiriş göndərilsin və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə təqdim etməli olduğu qeyd edilsin. Ərizəyə məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində baxılsın. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-330/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-330/2025
28.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver