Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-339/2024 08.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 21 may 2024-cü il tarixdə elektron qaydada daxil olmuş ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4900 AZN əsas, 614,04 AZN faiz, cəmi 5514,04 AZN pul vəsaitinin və 75,14 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx/xx/2023-cü il tarixli KBSK4961073B252 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 4900 AZN olan kredit verildiyi, kreditin online qaydada rəsmiləşdirilməsinə baxmayaraq vəsaitin nəğd filialdan nəğd qaydada əldə edildiyi, kredit müqaviləsinin şərtlərinə əsasən borcalanın öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyi, iddiaçının tələbinin əsaslandırdığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, pul vəsaitinin cavabdehə nəğd qaydada verilməsini təsdiq edən xəzinə məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanlanmış bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestri olduğu, cavabdehin xx.xx.2024-cü il tarixə Kapital Bank ASC-yə 4900 AZN əsas; 614.04 AZN faiz; cəmi 5514.04 AZN borcu yarandığını, bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılmasının təmin edilmədiyi, həmçinin Cavabdeh elektron hesabı olmadığı üçün bildiriş və iddia ərizəsinin həmin vergi ödəyicisinin elektron hesabına göndərilməsinin mümkün olmadığı, Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “müvafiq qaydada imzalanma”nın tərəflərin müqaviləni şəxsən, mexaniki və ya başqa sürətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimeldən, elektron imzadan istifadə etməklə imzalanması olduğunu bildirmişdir. Məhkəmə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə xx.xx.2024-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: 23 noyabr 2023-cü il tarixli, **********23112023 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilədən (mikrokredit üzrə) görünür ki, bu müqavilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə müştəri Cavabdeh arasında bağlanmışdır. Bu müqavilə bank tərəfindən müştəri(lərə)yə göstərilən xidmətlərin ümumi şərtlərini və qaydalarını müəyyən edir, həmçinin, bunun nəticəsində bank və müştəri arasında yaranan münasibətləri tənzimləyir. Müqavilədə istifadə olunan əsas anlayışlar müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan 1 saylı Qoşmada əks olunmuşdur. Bank bu Müqavilə çərçivəsində müştəriyə aşağıdakı xidmət və məhsulları təqdim edir: a) cari hesabın açılması, aparılması; b) kredit; c) korporativ kart. Müştəri, bank tərəfindən yuxarıda qeyd olunan xidmət və məhsullardan istifadə etmək istədikdə müştəri və bank arasında həmin məhsul və xidmətin xüsusi şərtlərini özündə əks etdirən və müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə (Razılaşma) imzalanır. Həmin müqavilənin: 1.18-ci bəndinə görə kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə, əsas borcun qalıq məbləğinə razılaşdırılmış illik faiz dərəcəsi ilə gündəlik hesablanır. 2.1.5-ci, 2.1.5.1-ci və 2.1.5.8-ci bəndlərinə görə borcalan tərəfindən əsas borc və/və ya faizlərin, yaxud onların bir hissəsinin ödənilməsi müddətləri pozulduqda və müqavilə üzrə vaxtı çatmış borc (faizlər, əsas borc və (və ya) digər ödənişlər daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirildikdə, yaxud borc (faizlər, əsas borc və (və ya) digər ödənişlər daxil olmaqla) ödənilməsi müddətləri ardıcıl olaraq iki dəfə pozulduqda (90 (doxsan) gündən az olmamaqla) Xüsusi Şərtlər (Əlavə/Razılaşma) imzalandıqdan sonra, lakin kredit məbləği köçürülənədək və (və ya) köçürülməsindən sonra da bank öhdəliyin icrasından tam və ya qismən birtərəfli qaydada imtina edə, kredit xəttinin (və ya maksimal borclanma limitinin) məbləğini müştərinin razılığı olmadan birtərəfli qaydada azalda və ya əsas borcu və ona hesablanmış faizləri ilə birlikdə qaytarmağı borcalandan vaxtından əvvəl tələb edə və (və ya) müvafiq Xüsusi Şərtlərə (Əlavə/Razılaşma) və ya müqaviləyə birtərəfli qaydada xitam verə bilər. 2.4.8-ci bəndinə görə borcalan kredit verildiyi təqdirdə kredit məbləğini, onun faizlərini və digər ödənişləri Müqavilə ilə nəzərdə tutulmuş vaxtda və şərtlərlə qaytarmağı öhdəsinə götürür. Borcalan Krediti yalnız Xüsusi Şərtlərdə əks olunan təyinatı üzrə istifadə etməlidir. 23 noyabr 2023-cü il tarixli hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ********** saylı mobil nömrə ilə edilmiş müraciət ərizəsindən görünür ki, fərdi mikro kredit məqsədilə 24 ay müddətinə illik 25% dərəcəsi ilə 4900 (dörd min doqquz) AZN vəsaitin ayrılması xahiş edilmişdir. 23 noyabr 2023-cü il tarixli, **********23112023 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə cari hesabın açılması, aparılması və “Birbank Biznes” Xidməti üzrə xüsusi şərtlərə dair Əlavədən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh adına AZ16İİB410400G**********249 hesab nömrəsi açılmışdır.. 23 noyabr 2023-cü il tarixli, **********23112023 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair KBSK4961073B252 saylı 23 noyabr 2023cü il tarixli Əlavədən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh fərdi mikro kredit məqsədilə 24 ay müddətinə kredit üzrə illik faiz dərəcəsi 25%, faktiki illik faiz dərəcəsi 27,19% olmaqla, 4900 (dörd min doqquz yüz manat sıfır qəpik) manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Həmin Əlavənin 2.7-ci bəndində kreditin qaytarılma müddətləri pozulduqda tətbiq olunacaq faiz dərəcəsi bu Əlavənin 2.6-cı bəndində qeyd olunmuş illik faiz dərəcəsindən əlavə gündəlik 0.5% (sıfır tam onda beş) müəyyən edilmişdir. KBSK4961073B252 saylı 23 noyabr 2023-cü il tarixli kredit müqaviləsinə Əlavə ödəniş qrafikindən görünür ki, kredit alan Cavabdeh illik 25% dərəcəsilə verilmiş 4900 (dörd min doqquz yüz manat sıfır qəpik) manat məbləğində kreditin və ona hesablanmış faizlərin 25 dekabr 2023-cü il tarixdən 24 noyabr 2025-ci il tarixə kimi müvafiq məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. 23 noyabr 2023-cü il tarixli ******* nömrəli “A” formatlı ödəniş tapşırığıdan ödəyici Cavabdeh tərəfindən vəsaiti alan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixli, KBSK4961073B252 saylı müqaviləyə əsasən, kreditin rəsmiləşdirilməsi üçün 98 (doxsan səkkiz manat) manat komissiya haqqı ödənildiyi görünür. xx.xx.2023-cü il tarixli, TT**********6194754 saylı kassa məxaric orderindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 4754,00 (dörd min yeddi yüz əlli dörd manat 00 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən imzalanaraq təhvil alınmışdır. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki: xx.xx.2024-cü il tarixli, 2024/104/11321 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli KBSK4961073B252 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 4900 AZN olan kredit verildiyi, kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq vəsaitin filialdan nəğd qaydada əldə edildiyi, Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 4900 AZN əsas, 614.04 AZN faiz, cəmi 5514.04 AZN borcu yaranmışdır. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Belə ki, tərəflər arasında 23 noyabr 2023-cü il tarixli, **********23112023 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair KBSK4961073B252 saylı 23 noyabr 2023-cü il tarixli Əlavənin bağlanması və təqdim edilmiş sübutlardan xx.xx.2023-cü il tarixli, TT**********6194754 saylı kassa məxaric orderinə əsasən 4754,00 (dörd min yeddi yüz əlli dörd manat 00 qəpik) manat məbləğində kreditin borclu Cavabdeh tərəfindən imzalanaraq təhvil alınması kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən 04 aprel 2024-cü il tarixdə Cavabdeh məktub ünvanlanaraq gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 23 noyabr 2023-cü il tarixli, **********23112023 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilənin 2.1.5-ci, 2.1.5.1-ci və 2.1.5.8-ci bəndlərində borcalan tərəfindən əsas borc və/və ya faizlərin, yaxud onların bir hissəsinin ödənilməsi müddətləri pozulduqda və müqavilə üzrə vaxtı çatmış borc (faizlər, əsas borc və (və ya) digər ödənişlər daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirildikdə, yaxud borc (faizlər, əsas borc və (və ya) digər ödənişlər daxil olmaqla) ödənilməsi müddətləri ardıcıl olaraq iki dəfə pozulduqda (90 (doxsan) gündən az olmamaqla) Xüsusi Şərtlər (Əlavə/Razılaşma) imzalandıqdan sonra, lakin kredit məbləği köçürülənədək və (və ya) köçürülməsindən sonra da bank öhdəliyin icrasından tam və ya qismən birtərəfli qaydada imtina edə, kredit xəttinin (və ya maksimal borclanma limitinin) məbləğini müştərinin razılığı olmadan birtərəfli qaydada azalda və ya əsas borcu və ona hesablanmış faizləri ilə birlikdə qaytarmağı borcalandan vaxtından əvvəl tələb edə və (və ya) müvafiq Xüsusi Şərtlərə (Əlavə/Razılaşma) və ya müqaviləyə birtərəfli qaydada xitam verə bilmə hüququ nəzərdə tutulduğundan və iş materiallarında olan sübutların tədqiqi zamanı borclunun öhdəliyin icrasını pozulduğu müşayiət edildiyindən kreditorun öhdəliyin icrasını vaxtından əvvəl tələb etməkdə haqlı olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Belə ki, kredit alan Cavabdeh bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilənin 2.4.8-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmadığından xx.xx.2024-cü il tarixinə olan vəziyyətə dair əsas məbləğ üzrə borcu 4900 manat, faiz üzrə bocu 614.04 manat, cəmi borcu isə 5514.04 manat təşkil etmiş, qeyd edilən hal ilə əlaqədar 2024/104/11321 nömrəli maliyyə arayışı iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı 21 may 2024-cü il tarixli, e-2-2(123)-339/2024 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən öhdəliyin onun tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, ona qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 5514,04 (beş min beş yüz on dörd manat 04 qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği 75,14 (yetmiş beş manat 14 qəpik) manatdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən iddia ərizəsinin verilməsinə görə 75,14 (yetmiş beş manat 14 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə ərizəsi təmin edilərək Cavabdeh əsas məbləğ üzrə borcu 4900,00 (dörd min doqquz yüz manat 00 qəpik) manat, faiz üzrə bocu 614,04 (altı yüz oni dörd manat 04 qəpik) manat olmaqla, cəmi borc 5514,04 (beş min beş yüz on dörd manat 04 qəpik) manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği 75,14 (yetmiş beş manat 14 qəpik)manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 284-6 və 358.0.2-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 4900,00 (dörd min doqquz yüz manat 00 qəpik) manat məbləğin, faiz bocu üzrə 614,04 (altı yüz oni dörd manat 04 qəpik) manat məbləği olmaqla, cəm olaraq 5514,04 (beş min beş yüz on dörd manat 04 qəpik) manat məbləğin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olan 75,14 (yetmiş beş manat 14 qəpik) manat məbləği tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-339/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-339/2024
08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver