Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-34/2025 10.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X9 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, iddiaçının vəkili Vəkil iştirakı ilə, iddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçı 07 noyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən ümumilikdə 10896.34 manatın tutularaq ödənilməsibarədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-597/2024 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmənin 28 yanvar 2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti cavabdeh qismində işə cəlb edilmiş və eyni zamanda iddia tələbinin həcmi artırılmaqla Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, EBCJ 419028 nömrəli (22227.14 manat dəyərində) xx.xx.2023-cü il tarixli, EBCM 720206 nömrəli (82.80 manat dəyərində) xx.xx.2023-cü il tarixli, EBDD 014173 nömrəli (3603.60 manat dəyərində) xx.xx.2023-cü il tarixli, EBDJ 870063 nömrəli (38 manat dəyərində) xx.xx.2023-cü il tarixli, EBDİ 885291 nömrəli (334 manat dəyərində) və xx.xx.2023-cü il tarixli, EBDİ 883964 nömrəli (38 manat dəyərində) elektron qaimələr əsasında Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə satılmış mətbəə mallarının ödənilməmiş 11306.34 manat pulun cavabdehlərdən alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçı hesabına ödənilməsi çərçivəsində baxılması qərara alınmışdır. İddiaçı ərizəsində xx.xx.2022-ci il tarixdə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçındən ümumi dəyəri 22227.14 ( iyirmi ikimin iki yüz iyirmi yeddi manat on dörd qəpik) manat olan mətbəə malları götürüldüyünü, həmin vaxt götürülmüş mallarla bağlı elektron qaimə çıxarıldığını, bu günədək Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həmin malların dəyərinin bir qisminin Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçı hesabına ödənilsə də hazırda Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müəssisəyə olan borcunun 10896.34 (on min səkkiz yüz doxsan altı manat otuz dörd qəpik) manat təşkil etdiyini, ödəniş olunması üçün dəfələrlə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət olunsa da müxtəlif bəhanələrlə ödənişin olmadığını, borcun ödənilməsi üçün Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə pretenziya ərizəsi göndərildiyini göstərərək AR Mülki Məcəİləsinin 6.2, 385, 442, 443, 425, 448, 449-cu maddələrinə istinad etmişdir. 27 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında işlərin 2022-ci ildə görüldüyünü, həmin vaxtelektron qaimə vurduqlarını, qarşı tərəfin də malların götürülb təhvil alınması barədə vəkalətnamə verdiyini, ondan sonra ödənişin yarısınıetdiklərini, qalan yarısının isə Səfərbərlik Xidmətində struktur dəyişikliyi olduğundan ödənişietmədiklərini, idarələrdə təhvil təslim edilərkən borcun da təhvil təslim edildiyini bunun idarənin borcu olduğunu, tabeçiliyin baş idarəyə keçəndən sonra bu borcun heç birini qəbul eləmədiklərini, sonra ödənişin olunacağını bildirib narahat olmayın dediklərini, daha sonra heç bir ödənişin olmadığını, qaimələrin müqavilənin olduğunu, qarşı tərəfin vəkalətnaməsinin olduğun bildirmişdir. 27 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında2012-ci il 13 fevral tarixli 593 nömrəli fərmanla Azərbaycan Respublikası Səfərbərlik Xidmətinin əsasında Naxçıvan MR Səfərbərlik Xidmətinin yaradıldığını, 08 fevral 2023cü il tarixdə cənab Prezidentin fərmanı ilə Azərbaycan Respublikası Səfərbərlik Xidmətinin əsasında Naxçıvan MR üzrə Baş idarə yaradıldığını, o vaxtadək onların xərclərinin yerli büdcədən həyata keçirildiyini, həmin fərmandan sonra onların smeta xərclərinin mərkəzləşdirilmiş olaraq Azərbaycan Respublikası Səfərbərlik Xidməti tərəfindən həyata keçirildiyini, borclarla bağlı onların xidmətin rəhbərinə rəsmi olaraq müracət etdikdə ordan da qanunvericiliklə satınalma haqqında qanunun müddaları pozulduğundan ödənişin həyata keçirilməsinin əsassız sayıldığını bildirdiklərini, 2022-ci il müqaviləsinə əsasən iş gördüklərini, borclarının qaldığını, öhdəliklə bağlı rəhbərliyə yazıb göndərdiklərini, Əcəmi mətbuata borcları olduğunu, 2023-cü ildən mətbəə ləvazimatının bağlanması ilə bağlı müqavilə və tender kortirofka sorğusununtələb olunduğunu,bununla bağlı da heç bir sənəd təqdim edə bilmədiklərindən onun üçün də ödəniş edilmədiyini bildirmişdir. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə qarşı etiraz göndərərək bildirmişdir ki, iddia tələbinin qanuni əsaları olmadığı üçün rədd edilməli olduğunu, hazırki iddianın “müqavilədən irəli gələn öhdəliklərin icra edilməməsi” barədə tələb olduğunu, lakin 14 noyabr 2022-ci il tarixdə iddiaçı ilə cavabdeh Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti arasında bağlanılmış müqavilənin mövcud olmadığını, (adıçəkilən müqavilə nə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, nə də ki cavabdeh Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində mövcud deyil),mülki hüquq məsələləri üzrə ilkin vəziyyətin bir-birinə zidd maraqları güdən iki və ya daha çox fiziki, yaxud hüquqi şəxsin qarşıqarşıya durduğunu, bu zaman bir tərəf (kreditor) o biri tərəfdən (borcludan) konkret faktlara və hallara (bu halların və faktların özü bir çox hallarda tərəflər arasında mübahisəli olur) istinad etməklə müəyyən icranın, yəni hərəkət və ya hərəkətsizliyin (müqavilənin icra olunması, əşyanın qaytarılması, vurulmuş zərərin ödənilməsi, icra edilmiş öhdəliklə bağlı ilkin vəziyyətin bərpa edilməsi və s.) həyatakeçirilməsini tələb etdiyini, məhz bu arzuolunmaz şeyin tələb adlandırıldığını, həmin tələbin, zərurət olarsa, məhkəmələrin köməyi ilə gerçəkləşdirilə biləcəyini, Azərbaycanın Konstitusiyaya əsasən hüquq dövləti elan edildiyindən hakimin irəli sürülmüş tələb barədə istəyinə əsasən qərar çıxara bilmədiyini, tərəfi ancaq o zaman nəyəsə (məsələn, icra etməyə, əşyanı qaytarmağa, ziyanı ödəməyə və s.) məcbur edə bilər ki, bunun üçün qanuni əsas olsun, yəni hakimin qərarı qanundan irəli gəlməli olduğunu, mülki işlər üzrə məhkəməyə bir tərəfin maraqları naminə başqa fiziki və hüquqi şəxslər barədə məcburetmə tədbirləri həyata keçirməyə səlahiyyət verən bu cür hüquq normaları tələbin qanuni əsasları (tələbin qanuni əsası dedikdə, qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir) adlandığını, tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsi, tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermədiyini, o, daha bir suala - qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verdiyini, tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin konkret kazus üzrə mövcud olub-olmadığının (hüquqi tövsif) araşdırılmalı olduğunu, habelə müqavilədən irəli gələn tələblərin yoxlanılmasında- tələb yaranıbmı? (sübutetmə vəzifəsi, bir qaydada olaraq, tələbin kreditorun üzərinə düşür); - tərəflər ümumiyyətlə müqavilə bağlayıblarmı? (Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 405.2-ci maddəsinə uyğun olaraq müqavilənin bağlanması analayışı: oferta və aksept) araşdırılmalı olduğunu, iddiaçı ilə cavabdeh Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti arasında 17 yanvar 2023cü il tarixdə müqavilə bağlandığını, (müqavilə əlavə olunur) və həmin müqavilənin 17 yanvar 2023cü il tarixdən 17 yanvar 2024-cü il tarixədək qüvvədə olduğunu, tərəflər arasında bağlanılmış 17 yanvar 2023-cü il tarixli müqavilədən sonra iddiaçının xx.xx.2023-cü il tarixli, EBDD 014173 nömrəli (3603,60 manat dəyərində) xx.xx.2023-cü il tarixli, EBDJ 870063 nömrəli (38 manat dəyərində) xx.xx.2023-cü il tarixli, EBDİ 885291 nömrəli (334 manat dəyərində) və xx.xx.2023-cü il tarixli, ESDİ 883964 nömrəli (38 manat dəyərində) - cəmi - 4013,60 (dörd min on üç) manat 60 qəpik məbləğində elektron qaimələr əsasında Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə mətbəə mallarını satmışvə cavabdeh Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən bu qaimələr üzrə ödənişlər aparıldığını, əlavə olaraq 17 yanvar 2023-cü il tarixli müqaviləni imzalamış şəxs Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi Mirzə Cəlilovun qanunsuz əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilərək və hazırda barəsində məhkəmənin davam etdiyini, qeyd olunanların nəzərə alınaraq iddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçı cavabdehlər Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı ”xx.xx.2022-ci il tarixli, EBCJ 419028 nömrəli (22227.14 manat dəyərində) xx.xx.2023- cü il tarixli, EBCM 720206 nömrəli (82.80 manat dəyərində) xx.xx.2023-cü il tarixli, EBDD 014173 nömrəli (3603.60 manat dəyərində) xx.xx.2023-cü il tarixli, EBDJ 870063 nömrəli (38 manat dəyərində) xx.xx.2023-cü il tarixli, EBDİ 885291 nömrəli (334 manat dəyərində) və xx.xx.2023- cü il tarixli, EBDİ 883964 nömrəli (38 manat dəyərində) elektron qaimələr əsasında Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə satılmış mətbəə mallarının ödənilməmiş 11306.34 manat pulun cavabdehlərdən alınaraq iddiaçının hesabına ödənilməsi” iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 06 mart 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında bir neçə müəssisədə struktur dəyişikliyi həyata keçirilsədə onlarla da bu mövzu da bəzi problemləri olsa da ancaq heç birinin bu səviyyəyə gəlib çatmadığını, ödəniş etmələri üçün əvvəlcə cavabdeh təşkilatın rəhbərliyinə müraciət etdiklərini, o vaxt onlara biz bilmirik malları onlardan kimin götürdüyünü, necə götürdüyünü, çap etdikləri məhsulların mətbəə məhsulları olduğunu, kiminsə aparıb evində istifadə eləyəcəyi bir məhsul olmadığını, bunu cavabdehlərin özlərinin də təsdiqlədiklərini, məhsulları götürdüklərini təsdiqlədiklərini, götürdükləri malların bir qisminin ödənişini etdiklərini, bu gün struktur dəyişikliyi olub baş idarə bunun aktivlərini qəbul edirsə öhdəliklərini də qəbul etməli olduğunu, elektron qaimə əsasında ödənişin həyata keçirildiyini, qaranlıq bir məsələ olmadığını, keçən məhkəmə iclasında da özlərinin də bu malları götürməsini etiraf etdiklərini, sadəcə ödəyə bilmirik dediklərini, onlara olan borcun alınıb verilməli olduğunu, cavabdeh təşkilatla aralarında İki müqavilə olduğunu, müqavilə olmasada öhdəliyin olduğunu, elektron qaimə vurulduğunu, malın alınmasını cavabdeh təşkilatın nümayəndəsinin məhkəmədə etiraf etdiyini bildirdi. 06 mart 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə4 izahatında Naxçıvan MR Səfərbərlik Xidmətinin dövlət qurumu olmaqla öz başına nəsə eləməyinin mümkün olmadığını, iddiaçının tələbində 14 noyabr tarixli müqavilə olduğunu qeyd etdiyini, lakin məhkəməyə bu müqaviləni təqdim etmədiklərini, baş idarəyə müraciət olunduğunu, baş idarədə araşdırıldıqda 2023-cü ilin müqaviləsinin olduğunun aşkar edildiyini, iddia növünün müqavilədən irəli gələn öhdəliklərin icrası olduğunu, müqavilə olmayandan sonra hansı öhdəlikləri yerinə yetirəcəklərini, mövcud müqavilənin 2023-cü ilə aid olduğunu, onunla da bağlı maliyyəçilərin hesabladıqlarını, digər iş üzrə müqavilə olmadığına görə idarələrinin ona yaxın durmayacağını, müqavilə olmadığından ödəniş edə bilməyəcəklərini, malın həqiqətəndə alındığını, heç kəsin bu hala nəsə deyə bilmədiyini, malın Mirzə Cəlilovun qanunsuz əməlləri ilə alındığını, bu səbəbdən işinin məhkəmədə olduğunu, iddiaçının burda deyil artıq Mirzə Cəlilova qarşı gedib məhkəmədə mülki iddia qaldırmalı olduğunu, xidmətə qarşı iddia etməli olmadığını, hazırkı mübahisə üzrə müqavilə olmadığına görə onların bu məsələdə heç bir köməklik gösdərə bilməyəcəklərini, hətta müqavilə belə olsa burda afyort, aksept olmalı olduğunu, bunların heç birinin olmadığını, müqavilə olmayan yerdə mübahisədən söhbət gedə bilməyəcəyini göstərərək etirazlarının nəzərə alınmasını xahiş etmişdir. 01 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının vəkili Vəkil izahatında iddiaçı ilə cavabdeh arasında müqavilə olduğunu, qaimələr yazıldığını, malların təhvil verildiyini, müqavilənin bir hissəsinin tapılmadığını, lakin qarşı tərəfdə o müqavilənin olduğunu özlərinin də etiraf etdiklərini, İlkin hazırlıq məhkəmə proseslərində qarşı tərəfin nümayəndəsinin malları aldıqlarını pulları vermədiklərini, təşkilatlarının adının dəyişilərək Bakıya birləşdirildiyini, ona görə borcu geri qaytarıb verə bilmədiklərini bildirdiyini, həmin avadanlıqların qarşı tərəfə verildiyini, qarşı tərəfin də bu halı qəbul etdiyini, lakin özlərinin də qeyd etdiyi kimi onlar üçün müəyyən səbəblərin yarandığından vəsaiti qaytara bilmədiklərini, bu malların verilməsini mətmənin işçilərinin təsdiq edə biləcəyini bildirmişdir. İş üzrə cavabdeh təşkilatlar Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə cavabdeh təşkilatların nümayəndələrinin iştirakı olmadan kommersiya mübahisəsinə dair işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 xx.xx.2025-ci il tarixdə məhkəmə baxışı iclasında verdiyi izahatında 2022-ci ildə onların Səfərbərlik Xidmətinə müxtəlif mətbəə ləvazimatları hazırlayaraq onlara elektron qaimə vasitəsi ilə vurulduğunu, qarşı tərəfdən bir qismi ödəniş olunduğunu, maliyyə pul ayırmadığından geri qalan hissəsini ödəmədiklərini, 2023-cü ildə Səfərbərlik Xidmətinin adının dəyişdirilərək birbaşa Bakıya Səfərbərlik Xidmətinin özünə tabe olduğunu, ondan sonra yeni gələn rəhbərliyin vəsaitin ödənilməsindən imtina etdiyini, malları onlardan götürdüklərini özlərinin etiraf etdiklərini, sadəcə indiki prosesi göstərərək “Dövlət satınalmaları” haqqında Qanuna uyğun olmadığından, tender katirovka keçirilmədiyindən ödənişin edilməsindən imtina etdiklərini, halbuki 2022-ci ildə muxtar respublikada tender katirovka vasitəsi ilə alqı satqı təşkil olunmadığını, müqavilənin bağlanıb elektron qaimə vasitəsi ilə ödənişlərin edildiyini, hazırda isə bunun qaydalara uyğun olmadığını deyib ödənişi edə bilmədiklərini bildirdiklərini, mal verdiklərindən pullarını tələb etdiklərini, baş idarənin etirazını qəbul etmədiklərini, xx.xx.2022-ci il tarixdə müqavilə bağlandığını, lakin müqavilənin hansısa səbəbdən əldə oluna bilmədiyini, 2023-cü il tarixdə də müqavilə bağlanıldığını, ödəmələrin 2023-cü ilə aid olmadığını, həmin ödəmələrin qaimə vurulmazdan əvvələ ödənildiyini, həmin ödəmələrin 2022-ci ildə olan qaimələrin ödənişi olduğunu, 2022-ci ildə müqavilə bağlaındığını, sadəcə olaraq müqavilənin itdiyini, amma onların 2022-ci ildə ödəniş etdiklərini, həmin 2022-ci ildəki qaimələrin ödənişi olduğunu, cavabdehin 2023-cü ildəki müqaviləni ödədiyini bildirir, belə olanda sual olunur ki, 2023-cü ildəki müqaviləni nə əsasda ödəmisiniz? 2022-də 2023-cü ilin müqaviləsinin ödənişini ödəmisiniz? onların dediyinin düzgün olmadığını, 2023-cü il tarixli qaimələrin 2023-cü il tarixdəki bağladıqları müqaviləyə aid olduğunu, digərlərinin 2022-ci il tarixə aid olduğunu, cavabdehin ümumi borcları üzrə hər dəfə 5 min manat ödəniş etdiklərini, sadəcə orda rəhbərliyin dəyişilməsinin belə problemlərə gətirib çıxartdığını, məhkəməyə təqdim etdikləri qaimələrdə 2023cü ilə aidlərin də olduğunu, lakin 2023-cü ildəki dəftərxana üzrə yazılan qaimələrin sadəcə dəftərxana ləvazimatlarına aid olduğunu, qalanlarının isə mətbəə ləvazimatları olmaqla 2022-ci il tarixə aid olduğunu, tələblərinin 2022-ci ilin müqaviləsinə aid olduğunu, təqdim etdikləri vəkalətnamədə adı keçən X7 Naxçıvan Səfərbərlik Xidmətinin əməkdaşı olduğunu, vəkalətnamədə “əmlakın adları kitab və blanklar 22.227.14 manat məbləğində” verdikləri malların təhvilinin təsdiqi olduğunu, cavabdeh təşkilatın nümayəndəsinin göndərilərək həmin nümayəndə tərəfindən onlardan malın təhvil alınmasının təsdiqi olduğunu göstərərk tələblərinin təmin olunmasını xahiş etdi. İddiaçının vəkili Vəkil xx.xx.2025-ci il tarixdə məhkəmə baxışı iclasında verdiyi izahatında ümumilikdə 26.323.54 manat məbləğində mallar götürüldüyünü, həmin malların 2022-2023-cü illərdə götürüldüyünü, 15.017.20 manat dəyər hissəsinin ödənildiyini, 11.306.34 manat hissə borcun qaldığını, 2022-ci il üzrə xx.xx.2022-ci il tarixli, EBC.l 419028 nömrəli 22227.14 manat dəyərində, xx.xx.2023-cü il tarixli, EBCM 720206 nömrəli 82.80 manat dəyərində, xx.xx.2023-cü il tarixli, EBDD 014173 nömrəli 3603.60 manat dəyərində, xx.xx.2023-cü il traixli, EBDJ 870063 nömrəli 38 manat dəyərində, xx.xx.2023-cü il tarixli EBD1 885291 nömrəli 334 manat dəyərində və xx.xx.2023-cü il tarixli, EBDJ 883964 nömrəli 38 manat dəyərində elektron qaimələr vurularaq Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə satılmış malların ödənilməmiş qalan hissəsinin cavabdeh qurumdan alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçı hesabına ödənilməsi barədə iddia qaldırıldığını, İddia ərizəsinə əsasən 2022-2023cü illərdə götürülmüş malların dəyərinin bir qisminin iddiaçıya geri qaytarıldığını, lakin 11306.34 manat hissəsinin qarşı tərəfdən ödənilmədiyini, hazırlıq iclaslarında cavabdehin nümayəndəsinin iştirak edərək malların götürülməsi barədə etiraf etməsini və geri qaytarılması ilə bağlı onlarda hakimiyyət dəyişikliyi ilə əlaqədar olaraq müəyyən problemlərin yaranmasının, yoxsa həqiqətən həmin malların onlar tərəfindən götürülərək istifadə olunmasının öz təsdiqini tapdığını, tələblərinin əsaslı olduğunu, bütün sübutları təqdim etdiklərini göstərərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən X12 ifadəsində 1980-ci ildən Əcəmi nəşriyyatda işlədiyini, hər dəfə sifariş daxil olanda 20 gün vaxt qoyulduğunu, işləri tam hazır vəziyyətdə təhvil verdiklərini, Səfərbərliyin sifarişlərinin çətin olduğunu, onların prosesinin çox çəkdiyini, bütün işçilərin tam vaxtında o işləri verdiyini, onların kitablarının 123 adda olduğunu, 2022-ci ildə sifarişi götürüb işliyib verdiklərini, hammısının Səfərbərlikdə kargüzarlıqda durduğunu, kitabları götürüb dəyərini hissə-hissə ödədiklərini, bəzən birbaşa ödədiklərini, Maliyyə Nazirliyinin buraxdığı pula görə olduğunu, hazırda görükləri işə görə qismən ödəniş etdiklərini, xx.xx.2022-ci ildə 22307 manat müqavilə üzrə malları təhvil verdiklərini, malların kargüzarlıq kitabları olduğunu, sifarişləri Emin müəllimin şəxsən özünün gətirib Yasin müəllimə təhvil verdiyini, 2023-cü ildə də sifariş verildiyini, onların pullarının hissə- hissə ödənildiyini, 2022-ci ilin kitabın götürüb 2023-cü ildən ödəməyə başladıqlarını, Səfərbərlikdə rəhbər dəyişikliyi olduğundan Bakıya tabe olduqdan sonra yarısını ödədiklərini yarı pulun isə qaldığını bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən X6 ifadəsində 2019-cu ildən İddiaçınd’ işlədiyini, sifarişin gəldikdən sonra başqa işçinin təhvil götürüb siyahıynan ona verdiyini, onunda siyahı üzrə o kitabları komputerdə işləyib sonra çap etdiyini, Səfərbərlik Xidmətinin onlardan teztez mal aldığını, jurnalları, blankları özünün yığdığını, əl yazısının ona gətirilərək formatının işlənməsini bildirdiklərini özünündə hər cür jurnalı ayrı ayrılıqda yığdığını, bir iki olanda özünün dərc etdiyini, kütləvi olanda formanı verərək sexdə işçilərin yığdığını, 2022-ci ilin noyabr ayında Səfərbərlik Xidmətinin sifarış verdiyini, onların kitablarının çətin olmaqla prosesin ağır olduğunu, X11 Səfərbərlik Xidmətinə 2022-2023-cü illərdə göstərdiyi xidmətlərə görə ödənişlərin qarşı tərəfdən almadıqlarını, görülən işi təhvil verən əməkdaşın başqası olduğunu, 2022-ci ildə 22207.14 manat dəyərində kitabları verdiklərini, iki nəfərin gəlib malları apardığını bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən X8 ifadəsində Səfərbərlik Xidmətinin sifarişinin çətin proses olduğundan əl əməyi sərf olunduğunu, çapda yığımı demək olar ki, kollektivin hər bir əməkdaşının iştirak etdiyini, Səfərbərlik Xidmətinin sifarişə görə pulu tam ödəmədiyini, əgər məbləğin hammısı ödənilsəydi bugün burda iştirak etməyəcəklərini, mətbəədə hardasa 15 ildir fəaliyyət göstərdiyini, Səfərbərliyin sifarişlərinin A6, A5, A3 formatında sifarişlər olmaqla 250 vərəqli kitablar olduğunu, sifariş hazır olduqda mühasibatlıq ilə əlaqə saxlanılıb sonra malların təhvil verildiyini, 2022-2023-cü illər üzrə sifarişlər yığılıb qablaşdırıldığını, lakin ödənişin tam olaraq ödənilmədiyini bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən X15 ifadəsində 15 ilə yaxındır ki, Əcəmi Nəşriyyatda işlədiyini, Səfərbərlik Xidmətinin işinin çox ağır iş olduğunu, onların işini bütün işçilərlərin birlikdə hazırlayıb təhvil verdiklərini, 500-ə yaxın jurnal ablbom olmaqla fərqli-fərqli 150- 250 vərəq olduğunu, bir də çoxsaylı A5, A6 formatında blnaklar hazırlayıb verdiklərini, 2022-ci ildə sifarişin olduğunu, 2022-ci il üzrə borclarının qaldığını bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən X10 ifadəsində Səfərbərlik Xidmətinin onlardan sifariş əsasında mallar götürüb pulunu ödəmədiyini, eşitdiyinə görə borcun 11306.34 manat olduğunu, özünün təhvil təslimdə iştirak etmədiyini bildirdi. İş materiallarında olan: 17 yanvar 2023-cü il tarixli, müqavilədən görünür ki, sifarişçi Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə icraçı Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçı arasında müqavilə bağlanaraq icraçı Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçı katric təmiri, katriclərin satışını, katric dolumunu və müxtəlif dəftərxana ləvazimatlarını satmağı öz üzərinə götürür. 22 dekabr 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mətbəə xərci olaraq 5017.20 manat vəsaiti İddiaçı hesabına ödəmişdir. 30 yanvar 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mətbəə xərci olaraq 5000 manat vəsaiti İddiaçı hesabına ödəmişdir. 13 aprel 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mətbəə xərci olaraq 5000 manat vəsaiti İddiaçı hesabına ödəmişdir. 014173 nömrəli, EBDD seriyalı xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturdan görünür ki, İddiaçı tərəfindən dəyəri 3603.60 manat dəyərində işlər təqdim edilmişdir. 720206 nömrəli, EBCM seriyalı xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturdan görünür ki, İddiaçı tərəfindən dəyəri 82.80 manat dəyərində işlər təqdim edilmişdir. 883964 nömrəli, EBDİ seriyalı xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturdan görünür ki, İddiaçı tərəfindən dəyəri 38.00 manat dəyərində işlər təqdim edilmişdir. 870063 nömrəli, EBDJ seriyalı xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturdan görünür ki, İddiaçı tərəfindən dəyəri 38.00 manat dəyərində işlər təqdim edilmişdir. 885291 nömrəli, EBDİ seriyalı xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturdan görünür ki, İddiaçı tərəfindən dəyəri 334.00 manat dəyərində işlər təqdim edilmişdir. 419028 nömrəli, EBCJ seriyalı xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturdan görünür ki, İddiaçı tərəfindən dəyəri 22227.14 manat dəyərində işlər təqdim edilmişdir. 14 noyabr 2022-ci il tarixli ******* nömrəli vəkalətnamədən görünür ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X13 22227.14 manat dəyərində kitab və blankları İddiaçındən almağa səlahiyyətli olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsaasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçı ilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti arasında müqavilə bağlanmaqla razılaşma əldə olunaraq hər iki tərəf üzərinə müqavilədən irəli gələn öhdəliklər götürmüşdür. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müqavilənin təqdim olunmamasını bildirsədə iddiaçının öhdəliyini yerinə yetirməsi mübahisələndirilmir. Cavabdeh təşkilatların nümayəndələri məhkəmə hazırlıq iclasında izahatlarında xidmətin göstərilməsini, sifariş əsasında malların götürülməsini bildirməklə dəyərin ödənilməsi üçün müqavilənin olmasını vurğulamışlar. X18 Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi izahatında qalan borclarını tabeçilik dəyişəndən sonra ödəyə bilmədiklərini bildirmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı təşkilatla cavabdeh təşkilat arasında işlərin görülməsinə dair müqavilə olmuş və aldıqları malın dəyərini hissə-hissə ödəmişlər. Həmçinin eloktron qaimələrdən görünür ki, iddiaçı təşkilat tərəfindən görülən işlərlə əlaqədar cavabdeh tərəfə ödəməli məbləğ göndərilmişdir. Həmçinin məhkəmə bildirir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. Bu səbəbdən də məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sənədləri mötəbər sənəd kimi qəbul edərək iddiaçı tərəfin haqqlı olması və iddianın əsaslı olduğundan təmin edilməsi qənaətindədir. Belə ki, iş materiallarından, tərəflərin izahatından və şahid ifadələrindən məlum olur ki, tərəflər arasında ödəlik olmuş və iddiaçı təşkilat tərəfindən 22227.14 manat dəyərində kitab və blanklar cavabdeh təşkilata təhvil verilmiş, cavabdeh təşkilat isə hissə-hissə olan borcundan ödəmiş və hazırda olan 11306.34 manat borcu isə ödəyə bilməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən ödənilmiş 124 (yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumu cavabdehlər Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən alınaraq iddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçınə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, 11306.34 ( on bir min üç yüz altı manat otuz dörd qəpik) manat məbləğində pul cavabdehlər Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən alınaraq iddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçınə ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 124 (yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumu cavabdehlər Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən alınaraq iddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçınə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən 11306.34 (on bir min üç yüz altı manat otuz dörd qəpik) manat alınaraq iddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçınə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 124 (yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumu cavabdehlər Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən alınaraq iddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçınə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: QabilMəmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-34/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-34/2025
10.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver