Məhkəmə qərarları › İş №e-2-2(123)-342/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-342/2024

25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-342/2024 25.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxış iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 21 may 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 4721.75 (dörd min yeddi yüz iyirmi bir manat yetmiş beş qəpik) manat məbləğində kredit borcu, 501.07 manat məbləğində faiz borcu və 253.53 (iki yüz əlli üç manat əlli üç qəpik) manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 5476.35 (beş min dörd yüz yetmiş altı manat otuz beş qəpik) manat borcun, mediasiya xərci olaraq ödənilmiş 70 (yetmiş) manatın və 74.77 (yetmiş dörd manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli, 002L**********44 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 400.000 (dörd yüz min) manat məbləğində kredit xətti açıldığını, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğin və müddətin ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunduğunu, uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli, 002R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 (on min) manat məbləğində kredit götürdüyünü, Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatdığını, kredit borcunun faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmadığını, Cavabdeh2 götürdüyü krеdit bоrcundan 5278.25 manat ödədiyini, onun 4721.75 75 (dörd min yeddi yüz iyirmi bir manat yetmiş beş qəpik) manat məbləğində kredit borcu qaldığını, kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün faizin bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablandığını, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 183 gün üçün hesablanmış faiz borcunun 501.07 manat təşkil etdiyini, krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclunun ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməli olduğunu, xx.xx.2023-cü il tarixə 183 gün üçün hеsablanmış cərimənin 253.53 manat təşkil etdiyini, Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditorun müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malik olduğunu, Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürdüyünü, onun həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıdığını və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməli olduğunu, tərəflər arasındakı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl X2 iddiaçı tərəfin iştirak etdiyini, lakin cavabdeh tərəflərin iştirak etməkdən imtina etdiklərini, bu barədə xx.xx.2023-cü il tarixli arayış verildiyini, mediasiya xərci olaraq bank tərəfindən 70 manat ödənildiyini qeyd etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. xx.xx.2024-cü il tarixə, saat 16:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, o cümlədən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair e-2-2(123)-342/2024 saylı mülki iş üzrə iddia tələblərini müdafiə etdiklərini, iş üzrə zəruri sübutların iddia ərizəsinə əlavə olunduğunu, xx.xx.2024-cü il tarixə, saat 16:05-ə təyin edilmiş məhkəmə baxışı iclasını iştirakları olmadan keçirərək iş üzrə iddia tələblərinin təmin edən qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 14 noyabr 2023-cü il tarixli, A-1616 nömrəli X2 İştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi X1 iştirakı ilə keçirilən X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirak etməmiş, o cümlədən, iddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı QSC-nin müştərisi olan Cavabdeh2 002R********** saylı xx.xx.2021-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixinə olan vəziyyətə dair əsas məbləğ üzrə borcu 4721.75 manat, faiz üzrə bocu 501.07 manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 183 gün olmaqla cərimə borcu 253.53 manat təşkil etmiş, cəmi borcu isə 5476.35 manat məbləğində müəyyən edilmişdir. 11 mart 2021-ci il tarixli, 002L**********44 saylı “Uzunmüddətli kredit müqaviləsi”nin: 1.1-ci bəndinə əsasən bank bu Müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra “kredit” 400.000 (dörd yüz min manat) AZN məbləğində Uzunmüddətli Kredit Xəttini ( bundan sonra “Uzunmüddətli Kredit Xətti” adlandırılacaq) açır. Uzunmüddətli kredit xətti bu Müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana Kredit Alanın Bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclarının həddidir. 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 (bir yüz iyirmi) ay, 11 mart 2031-ci il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik fazi dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faiz müəyyən olunur. 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlər hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit Razılaşmaları ilə müəyyən edilir. 1.1.2-ci bəndinə əsasən bank kredit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə bu müqaviləyə vaxtından əvvəl xitam vermək və hər bir qaytarılmalı kredit üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb etmək hüququna malikdir. 11 mart 2021-ci il tarixli 002R********** saylı kredit razılaşmasından görünür ki, "xxxx" QSC-nin “Babək” filialı ilə Cavabdeh2 arasında 11 mart 2021-ci il tarixli 002L**********44 saylı uzunmüddətli kredit müqaviləsinə uyğun olaraq bu kredit razılaşması bağlanmışdır. Kredit Razılaşmasının: 1.1-ci bəndinə əsasən bank məbləği 10.000 (on min) manat olan krediti (bundan sonra “Kredit”) aylıq faiz dərəcəsi 2.0833 (iki tam on mində səkkiz yüz otuz üç) % olmaqla 24 ay müddətinə kredit alana verir. 1.2-ci bəndinə əsasən Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş Ödəniş Planına (“Ödəniş Planı”) əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən Bank krediti Kredit alanın AZ93ACAB******************** cari hesabına (“Hesab”) köçürür. Kreditin Kredit alanın hesabına köçürüldüyü tarix kreditin verildiyi tarix hesab olunur. 2.3-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu Kredit Razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməyə borcludur. 10 noyabr 2021-ci il tarixli 002G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilə "xxxx" QSC-nin “Babək” filialı, digər tərəfdən zamin Cavabdeh1 və borclu X4 arasında 002A********** saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqaviləsinin: 1.1-ci bəndinə əsasən, borclunun Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında öz üzrəinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. 3.1-ci bəndinə əsasən borclu kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zamin, kreditdən istifadə üçün faiz və Bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla Borclunun kredit müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəllikləri Bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, 10.000 (on min) manat məbləğində kredit Cavabdeh2 AZ93ACAB******************** hesabına köçürülmüşdür. Maliyyə arayışından görünür ki, İddiaçı QSC-nin müştərisi olan Cavabdeh2 002R********** saylı xx.xx.2021-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixinə olan vəziyyətə dair əsas məbləğ üzrə borcu 4721,75 manat, faiz üzrə bocu 501,07 manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 183 gün olmaqla cərimə borcu 253,53 manat təşkil etmiş, cəmi borcu isə 5476,35 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, "xxxx" QSC tərəfindən məhkəmədə iddia qaldırılması üçün "xxxx" MMC elektron ödəmə sistemi vasitəsilə dövlət xəzinə hesabına 74.77 (yetmiş dörd manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu ödənilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə, borca dair cədvəl və hesabdan çıxarış göndərsədə iddia tələblərinin təmin edilməsi barədə fikir bildirmiş, göndərdikləri sənədlərin nə üçün göndərmələri barədə fikir bildirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Belə ki, tərəflər arasında 11 mart 2021-ci il tarixli, 002L**********44 saylı “Uzunmüddətli kredit müqaviləsi” üzrə 11 mart 2021-ci il tarixli, 002R********** saylı kredit razılaşmasının bağlanması və təqdim edilmiş sübutlardan iddiaçı təşkilatın möhürü ilə təsdiq olunmuş xx.xx.2021-ci il tarixli mədaxil qəbzinə əsasən 10.000 (on min) manat məbləğində kreditin borclu M Cavabdeh2 hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq məktubu ünvanlanaraq gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. “Uzunmüddətli kredit müqaviləsi”nin 1.1.2-ci bəndində bankın kredit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə bu müqaviləyə vaxtından əvvəl xitam vermək və hər bir qaytarılmalı kredit üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb etmək hüququna malik olduğu nəzərdə tutulduğundan və iş materiallarında olan sübutların tədqiqi zamanı borclunun öhdəliyin icrasını pozulduğu müşayiət edildiyindən kreditorun öhdəliyin icrasını vaxtından əvvəl tələb etməkdə haqlı olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Belə ki, kredit alan Cavabdeh2 uzunmüddətli kredit müqaviləsinin tələbini pozaraq ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmadığından adına 183 gün gecikdirilmiş gün hesablanmış, xx.xx.2023-cü il tarixinə olan vəziyyətə dair əsas məbləğ üzrə borcu 4721,75 manat, faiz üzrə bocu 501,07 manat, cərimə borcu 253,53 manat olmaqla cəmi öhdəliyi 5476,35 manat təşkil etmiş, qeyd edilən hal ilə əlaqədar maliyyə arayışı iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəməmühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2024-cü il tarixli, 908 nömrəli rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları və 06 dekabr 2021-ci il tarixli, 002R********** saylı kredit razılaşmasının şərtlərinə əsasən Cavabdeh2, İddiaçı QSC-yə kredit üzrə xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 5045,62 (beş min qırx beş manat altmış iki qəpik) manat, faiz borcu 79,13 (yetmiş doqquz manat on üç qəpik) manat olmaqla, ümumilikdə 5124,75 (beş min bir yüz iyirmi dörd manat yetmiş beş qəpik) manat təşkil edir. xx.xx.2023-cü il tarixdən sonra ödənilmiş 1881,99 manat pul məbləğinin hansı qaydada silinməsi məhkəmənin səlahiyyətləri daxilindədir. Belə ki, məhkəmə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2024-cü il tarixli, 908 nömrəli ekspert rəyinə münasibətdə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Lakin bir halı da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə ki, iddiaçının tələbinə nəzər saldıqda görünür ki, müqaviləyə əsasən İddiaçı QSC-nin xeyrinə 4721.75 manat məbləğində kredit borcu, 501.07 manat məbləğində faiz borcunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi xahiş edilmişdir. Belə olduqda, məhkəmə 04 sentyabr 2024-cü il tarixli, 908 nömrəli ekspert rəyi ilə qismən, yəni ekspert rəyi ilə faiz borc üzrə hesablanmış 79,13 (yetmiş doqquz manat on üç qəpik) manat hissəsində razılaşdığı, cavabdehin əsas borcunun isə iddia tələbində qeyd edilmiş 4721.75 (dörd yüz iyirmi bir manat yetmiş beş qəpik) manat olduğu qənaətinə gəlir. Bundan əlavə iddiaçı tərəfindən təqdim edilmiş və 04 sentyabr 2024-cü il tarixli, 908 nömrəli ekspert rəyinin tədqiqi hissəsində öz əksini tapan hesabdan çıxarışdan müəyyən olunur ki, Cavabdeh2 tərəfindən, tələbin son tarixindən yəni xx.xx.2023-cü il tarixdən sonra iddiaçının xeyrinə ümumilikdə 1881,99 (min səkkiz yüz səksən bir manat doxsan doqquz qəpik) manat məbləğində ödəniş icra edilmişdir. Məhkəmə iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSCnin xeyrinə 253.53 (iki yüz əlli üç manat əlli üç qəpik) manat cərimə məbləğinin tutulması tələbinə dair hissədə qeyd edir ki, aralarında bağlanmış müqaviləyə və tələb edilən məbləğə münasibətdə 253.53 (iki yüz əlli üç manat əlli üç qəpik) manat cərimə məbləği mütənasib görünməkdədir və təmin edilməsi qanunamüvafiqdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Bundan əlavə “Uzunmüddətli kredit müqaviləsi” əsasında müqavilədən irəli gələn öhdəliklərinin icrasını təmin ediməsi məqsədilə cavabdеh Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Belə ki, zamin Cavabdeh1 həmin müqaviləyə əsasən kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyət daşımağı və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşımağı, müqavilə üzrə kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz üzərinə götürmüşdür. Bu hal onu deməyə əsas verir ki, zamin borcalanla birlikdə kreditor qarşısında birgə məsuliyyət daşıdığından krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini də icra еtməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin həmin Məcəllənin, 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 114.1 və 114.1.1-ci maddələrinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi olaraq müəyyən edilir. Bununla da hazırkı iş üzrə iddia tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 74,77 (yetmiş dörd manat yetmiş yeddi qəpik) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Göstərilən hal ilə əlaqədar olaraq, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən isə 70,00 (yetmiş manat) manat məbləğində dövlət rüsumu ödənilmiş və 4,77 (dörd manat yetmiş yeddi qəpik) manat rüsum kəsiri qalmışdır. Məhkəmə həmin kəsirin iddiaçıdan alınaraq dövlət gəlirlərinə ödənilməsi qənaətindədir. Məhkəmə ödənilmiş mediasiya xərcinə münasibət bildirərkən, 14 noyabr 2023-cü il tarixli, A- 1616 nömrəli X2 İştirak edilməməsi barədə arayışa əsasən xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi X1 iştirakı ilə keçirilən X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirak etməmiş, o cümlədən, iddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində mediasiya xərci ödənilməsi qeyd edilmişdir. Lakin xx.xx.2023-cü il tarixdə qanunvericilikdə dəyişiklik edildiyindən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsi, Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada X2 iştirak tələb olunur məzmununda olduğundan və iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyindən və həmin vaxt mediasiya prosesi könüllü xarakter aldığından, Məhkəmə mediasiya xərcinə aid hissənin təmin edilməməsi qənaətindədir. Bununla yanaşı məhkəmə qeyd edir ki, məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(123)- 342/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat məbləğində müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat iddianın təmin edilmiş hissəsinə 92,30 %-ə uyğun olaraq 55,38 (əlli beş manat otuz səkkiz qəpik) manat məbləği müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, qalan 4.62 (dötd manat altmış iki qəpik) manat məbləği isə İddiaçı QSCdən alınaraq X5 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********) ödənilməsi qənaətindədir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdеhlər Cavabdeh1dan və Cavabdeh2 müştərək qaydada 4721.75 (dörd min yeddi yüz iyirmi bir manat yetmiş beş qəpik) manat məbləğində əsas, 79,13 (yetmiş doqquz manat on üç qəpik) manat məbləğində faiz borcu və 253.53 (iki yüz əlli üç manat əlli üç qəpik) manat cərimə məbləği olmaqla ümumilikdə 5054.41 (beş min əlli dörd manat qırx bir qəpik) manat məbləğində bоrc alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixdən sonra ödənilmiş 1881,99 (min səkkiz yüz səksən bir manat doxsan doqquz qəpik) manat qətnamə icra edildiyi zaman icra məmuru tərəfindən həmin məbləğ ödənilmiş məbləğ olaraq nəzərə alınmalı, iddiaçı tərəfindən ödənilmiş 70,00 (yetmiş manat) manat məbləğində dövlət rüsumunun, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 69,00 (altmış doqquz manat) manat rüsum əvəzi məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, qalan 1 (bir) manat isə iddianın təmin edilməmiş hissəsinəmütənasib olaraq iddiaçıya aid edilməli, məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat iddianın təmin edilmiş hissəsinə yəni, 92,30 %-ə uyğun olaraq 55,38 (əlli beş manat otuz səkkiz qəpik) manat məbləği müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, qalan 4.62 (dötd manat altmış iki qəpik) manat məbləği isə İddiaçı QSC-dən alınaraq X5 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********) ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4721.75 (dörd min yeddi yüz iyirmi bir manat yetmiş beş qəpik) manat məbləğində əsas, 79,13 (yetmiş doqquz manat on üç qəpik) manat məbləğində faiz borcu və 253.53 (iki yüz əlli üç manat əlli üç qəpik) manat cərimə məbləği olmaqla ümumilikdə 5054.41 (beş min əlli dörd manat qırx bir qəpik) manat məbləğində bоrc alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixdən sonra ödənilmiş 1881,99 (min səkkiz yüz səksən bir manat doxsan doqquz qəpik) manat məbləği qətnamə icra edildiyi zaman icra məmuru tərəfindən həmin məbləğ ödənilmiş məbləğ olaraq nəzərə alınsın. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 69,00 (altmış doqquz manat) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən rüsum kəsiri olaraq ödənilməmiş 4,77 (dörd manat yetmiş yeddi qəpik) manat tutularaq dövlət gəlirlərinə ödənilsin. Məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat iddianın təmin edilmiş hissəsinə, yəni 92,30 %-ə uyğun olaraq 55,38 (əlli beş manat otuz səkkiz qəpik) manat məbləği müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1, qalan 4.62 (dötd manat altmış iki qəpik) manat məbləği isə İddiaçı QSC-dən alınaraq X5 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********) ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar