Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-36/2024 30.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdehlər “X5 İttifaqı” MMC-yə və Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun "xxxx" MMC-yə qarşı torpaq sahəsinin cavabdehlərdən alınaraq boşaldılması və iddiaçıya geri qaytarılması, həmçinin vurulmuş zərərin əvəzinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı vəkili-nümayəndəsi Nümayəndə 06 sentyabr 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1998-ci ildə Lisenziya haqqının hesablanmasına dair ticarət və ictimai iaşə obyektinin Texniki Pasportuna əsasən, Naxçıvan MR-da Batabat aşırımı avtomobil yolunun (60-cı km-də) kənarında (köhnə yolda) ümumi sahəsi 3000 kv.m torpaq sahəsinin cavabdehlərdən alınaraq boşaldılması və iddiaçıya geri qaytarılması, vurulmuş zərərin əvəzi kimi 50 000 (əlli min) manat məbləğində pulun, 400 manat mediasiya xərcinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, e-2-2(123)- 205/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər “X5 İttifaqı” MMC-yə və Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun "xxxx" MMC-yə qarşı torpaq sahəsinin cavabdehlərdən alınaraq boşaldılması və iddiaçıya geri qaytarılması, həmçinin vurulmuş zərərin əvəzinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçının vəkili-nümayəndəsi Nümayəndə 12 sentyabr 2023-cü il tarixdə elektron qaydada şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan MR Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-205/2023 saylı qərardadının ləğv edilməsini, iddia ərizəsinin icraata götürülməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(123)-205/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət prosessual müddət daxilində işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(108)-17/2023 saylı qərardadı ilə verilmiş şikayətin təmin edilməsi, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-205/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qərardadının tam ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilərək qanunvericiliyə uyğun olaraq baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(108)-17/2023 saylı qərardadı əsasında iddia ərizəsi Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-205/2023 saylı qərardadı ilə icraata qəbul edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə baxışı iclasının iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı, iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iştirak etməmiş, o cümlədən, cavabdehlər X5 İttifaqı” MMC-yə və Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun "xxxx" MMC nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı, iddiaçının vəkili-nümayəndəsi Nümayəndə, o cümlədən, cavabdehlər “X5 İttifaqı” MMC-nin və Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun "xxxx" MMC-nin nümayəndələrinin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. 14 dekabr 2023-cü il tarixdə cavabdeh Nəxşicahan Holding LTD Şirkətlər Qrupunun "xxxx" MMC tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanaraq həmin ərizədə İddiaçı cavabdehlər “X5 İttifaqı” MMC-yə və Nəxşicahan Holding LTD Şirkətlər Qrupunun "xxxx" MMC-yə qarşı 1998-ci ildə lisenziya haqqının hesablanmasına dair ticarət və ictimai iaşə obyektinin texniki pasportuna əsasən, Naxçıvan MR-da Batabat aşırımı avtomobil yolunun kənarında ümumi sahəsi 3000 kvadratmetr torpaq sahəsinin cavabdehlərdən alınaraq boşaldılması və iddiaçıya geri qaytarılması; vurulmuş zərərin əvəzi kimi 50.000 manat pulun, 400 manat mediasiya xərcinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair Naxçıvan Kommersiya Məhkəməsində iddia qaldırdığı, iddiaçının iddia tələbini “1998-ci ildə lisenziya haqqının hesablanmasına dair ticarət və ictimai iaşə obyektinin texniki pasportuna əsasən, Naxçıvan MRda Batabat aşırımı avtomobil yolunun kənarında ümumi sahəsi 3000 kvadratmetr torpaq sahəsinin iddiaçının adına ayrıldığını, iddiaçı tərəfindən həmin torpaq sahəsində ticarət və ictimai iaşə obyektlərinin tikildiyini, 2006-2008-ci illər ərzində həmin obyektlərin iddiaçının razılığı olmadan, ona hər hansı kompensasiya ödənilmədən söküldüyünü, daha sonra yerində iaşə obyekti tikilərək cavabdehə məxsus şirkətlər qrupunun mülkiyyətinə verildiyini, nəticədə iddiaçının mülkiyyət hüquqlarının pozulduğunu qeyd etməklə əsaslandırdığını bildirmişdir. Cavabdeh eyni zamanda ərizəsində iddia tələbinin tamamilə qanunsuz və əsassız olduğu üçün təmin edilməməli olduğunu, iddiaçının ona ayrılmış torpaq sahəsinin sərhədlərinin cavabdehə məxsus torpaq sahəsinin sərhədləri daxilində olmasını sübut edə bilmədiyini, iddiaçının məhkəməyə hüquqi qüvvəsi olmayan sənədlər təqdim edərək cavabdehə məxsus X2 yerləşdiyi torpaq sahəsinin bir hissəsinin ona məxsus olduğunu iddia etdiyini, lakin, məhkəməyə təqdim edilmiş sənədlərdə həmin torpaq sahəsinin koordinatlarının görünmədiyini, bu halda iddiaçıya vaxtılə ayrılmış torpaq sahəsinin həqiqətən cavabdehə məxsus torpaq sahəsinin sərhədləri daxilində olduğunun müəyyən edilmədiyini, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu,iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ mövcud olmadığı üçün onun bu iddianı qaldırmağa subyektiv hüququnun çatmadığını, iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun mövcud olmadığını, Mülki Məcəllənin 146.1-ci və 146.2-ci maddələrində Daşınmaz əmlaka sahiblik və istifadə hüququnun onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəldiyinin (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) qeyd olunduğunu, Daşınmaz əmlak üzərində sərəncam vermək hüququnun həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəldiyini, lakin iddiaçının bu faktları təsdiq edən sənədləri məhkəməyə təqdim etmədiyini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “Qərarında qeyd olunduğu kimi, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsinin ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı olduğunu, hazırki iş üzrə cavabdehlərin düzgün seçilmədiyini, belə ki, iddiaçıya məxsus iaşə obyektinin cavabdeh tərəfindən sökülməsinə dair sübut olmadığını, Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə, cavabdehin hazırkı iddia üzrə mülki məsuliyyəti yalnız mülki hüquq pozuntusuna (deliktə) yol verdiyi, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əmələ (hərəkət və ya hərəkətsizliyə) yol verdiyi qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirildiyi halda mümkün olduğunu, lakin, cavabdeh tərəfindən belə mülki məsuliyyəti yarada bilən hər hanı bir hüquq pozuntusunun törədildiyinə dair məhkəmənin, itidai istintaq orqanının, inzibati orqanların, digər dövlət orqanlarının və ya təşkilatlarının qəbul etdiyi hökm, qərar, yaxud başqa bir aktının olmadığını, Cavabdehin mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq olaraq inzibati orqan tərəfindən qeydə alındığını, iddiaçı cavabdehin mülkiyyət hüququ düzgün qeydə alınmadığını hesab edirsə bu zaman inzibati qaydada hüquqi qeydə alan inzibati orqana qarşı iddia qaldırmalı olduğunu, aldıqları şifahi məlumata əsasən iddiaçının Şahbuz rayon İcra Hakimiyyətinə qarşı Naxçıvan İnzibati Məhkəməsində iddia qaldırdığını, Şahbuz rayon İcra Hakimiyyəti tərəfindən ona kompensasiya olaraq torpaq sahəsi ayrıldığı üçün iddiasından imtina etdiyini, bu faktın həqiqi olub-olmamasına dair Şahbuz rayon İcra Hakimiyyətinə və Bakı İnzibati Məhkəməsinə sorğular göndərilməsinin xahiş edildiyini, iddiaçının daşınmaz əmlak tələbləri üzrə 6 illik iddia müddətini ötürdüyünü (müddətin tətbiqi barədə ərizə təqdim edilir.) Belə ki, iddiaçının ərizəsində ona məxsus iaşə obyektinin 2006-2008-ci illər ərzində söküldüyünü və torpaq sahəsinin əlindən alındığını qeyd etdiyini, 2008-ci ildən hesabladıqda iddia müddəti 2014-cü ildə bitdiyi halda iddiaçının iddia müddətini ötürməklə 2023-cü il tarixdə məhkəməyə müraciət etdiyini, Mülki Məcəllənin 373.2 və 375.2-ci maddələrinin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddətinin üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətinin isə altı il olduğunu, məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edildiyini bildirərək yuxarıda göstərilən hallara əsaslanaraq məhkəmədən, İddiaçı cavabdehlər “X5 İttifaqı” MMC-yə və Nəxşicahan Holding LTD Şirkətlər Qrupunun "xxxx" MMC-yə qarşı 1998-ci ildə lisenziya haqqının hesablanmasına dair ticarət və ictimai iaşə obyektinin texniki pasportuna əsasən, Naxçıvan MR-da Batabat aşırımı avtomobil yolunun kənarında ümumi sahəsi 3000 kvadratmetr torpaq sahəsinin cavabdehlərdən alınaraq boşaldılması və iddiaçıya geri qaytarılması; vurulmuş zərərin əvəzi kimi 50.000 manat pulun, 400 manat mediasiya xərcinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə 14 dekabr 2023-cü il tarixli məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş həmin ərizədə qeyd olunan faktın həqiqi olub-olmamasına dair Şahbuz rayon İcra Hakimiyyətinə və Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə sorğular göndərilməsinə iddiaçının etirazının olmadığını nəzərə alaraq cavabdehin vəsatətini təmin edib 14 dekabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə “İddiaçı tərəfindən Şahbuz rayon İcra Hakimiyyətinə qarşı Naxçıvan MR İnzibati Məhkəməsində qaldırılmış iddia tələbindən imtina edilməsinə dair məhkəmə qərarı olduğu halda həmin qərarın məhkəməyə təqdim edilməsi barədə, eyni zamanda həmin tarixdə Şahbuz Rayon İcra Hakimiyyətinə “İddiaçı tərəfindən Şahbuz rayon İcra Hakimiyyətinə qarşı Naxçıvan MR İnzibati Məhkəməsində qaldırılmış iddia tələbi üzrə Şahbuz rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı kompensasiya olaraq torpaq sahəsinin ayrılmasına dair razılaşmaya dair sənədlərin və ya sübutların məhkəməyə təqdim edilməsi barədə sorğu verilmişdir. Məhkəmənin sorğusuna müvafiq olaraq Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən 27 dekabr 2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş İddiaçı 07 sentyabr 2023-cü il tarixli notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, həmin ərizədə iddiaçı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsində Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı yeməkxananın sökülməsi, kompensasiyanın ödənilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırdığını, cavabdeh tərəfindən dəymiş ziyanın qarşılığında ünvan 2ində qeyri-yaşayış binasını tikmək üçün 715.17 kv/m torpaq sahəsinin güzəştli şərtlərlə ona verilməsinə razı olduğunu, iddia tələbindən imtina etdiyini, iddiadan imtina barədə ərizəni qəbul edib, iş üzrə icraata xitam verilməsini xahiş edərək iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona izah olunduğunu, bununla bağlı gələcəkdə şikayət və tələbinin olmayacağını bildirmişdir. Bundan əlavə Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş X3 (İddiaçı əvəzinə) 13 sentyabr 2023-cü il tarixli notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, həmin ərizədə ona məxsus olan Şahbuz rayon, Batabat massivi ünvanında yerləşən, ümumi sahəsi 55.9 kv/m olan yeməkxana binasının sökülüb məhv olunduğunu, dəymiş zərərin əvəzinə ünvan 2i ünvanında 715 kv.m torpaq sahəsinin onun mülkiyyətinə verildiyini, gələcəkdə bununla bağlı heç bir iddia və tələbinin olmayacağını bildirərək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsi Naxçıvan MR X1 tərəfindən verilmiş dekabr, 1998-ci il tarixli texniki pasportun (həmin əmlak üzərində hüquqlarının dövlət qeydiyyatının ləğv olunmasını xahiş etmişdir. 14 sentyabr 2023-cü il tarixli, AN- İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, bu müqavilə bir tərəfdən Biçənək Bələdiyyəsi adından X7 şəxsində digər tərəfdən (İddiaçı əvəzinə; Şahbuz rayonu notariat ofisində xx.xx.2023-cü il tarixdə verilmiş 560 reyestr nömrəli etibarnamə əsasında) X8 tərəfindən bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndindən görünür ki, bu müqavilə satıcı Naxçıvan MR, ünvan 3i ünvanında yerləşən, ümumi sahəsi 0,0715 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) Alıcının mülkiyyətinə verir(lər). -X6/AZ7112, Şahbuz Rayonu, Biçənək/ ( Tam hissə, 0,0715 ha)-alıcı İddiaçı 2-ci bəndindən görünür ki, Satılan daşınmaz əmlak aşağıdakı hüquq müəyyənedici sənədə əsasən Satıcıya Məxsusdur. Naxçıvan MR, DƏTMDX tərəfindən xx.xx.2023 tarixdə Biçənək Bələdiyyəsi /AZ7112, Şahbuz Rayonu, Biçənək/ verilmiş **********91 resyetr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə, 0,0715 ha. Naxçıvan MR, DƏTMDX tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışdan görünür ki, **********91 resyetr nömrəli daşınmaz əmlak (0.0715 ha torpaq sahəsi) Naxçıvan MR Şahbuz Rayonu Biçənək kəndində yerləşməklə Şahbuz Rayonu Biçənək Bələdiyyəsinə məxsusdur. Məhkəmənin sorğusuna müvafiq olaraq 19 dekabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi tərəfindən elektron qaydada məhkəməyə təqdim edilmiş 2- 1(122)-1161/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardada əsasən iddiaçı 07 sentyabr 2023-cü il tarixli ərizəsi ilə iddia tələbindən imtina edərək iş üzrə icraata verilməsini xahiş etdiyindən məhkəmə tərəfindən İddiaçı 07 sentyabr 2023-cü il tarixli ərizəsi təmin edilmiş, İddiaçı cavabdeh Şahbuz rayon İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olmuş ünvan 2ində yerləşən 25.7 kv.m olan və Şahbuz rayon Batabat ərazisində olan sahəsi 67.6 kv.m olan mağaza və iaşə obyektinin yenidən tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri yaşayış binasının (mağazanın) və ya iaşə obyektinin dəyəri olan 100.000 (yüz min) manat kompensasiyanın Şahbuz Rayon İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi” nə dair iş üzrə icraata xitam verilmişdir. Beləliklə məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirərək, İddiaçı 07 sentyabr 2023cü il tarixli notariat qaydada təsdiq olunmuş ərizəsinə əsasən cavabdeh tərəfindən dəymiş ziyanın qarşılığında ünvan 2ində qeyri-yaşayış binasını tikmək üçün 715.17 kv/m torpaq sahəsinin güzəştli şərtlərlə ona verilməsinə razı olduğunu, X3 (İddiaçı əvəzinə) 13 sentyabr 2023cü il tarixli notariat qaydada təsdiq olunmuş ərizəsinə əsasən ona dəymiş zərərin əvəzinə ünvan 2i ünvanında 715 kv.m torpaq sahəsi mülkiyyətinə verilərək, gələcəkdə bununla bağlı heç bir iddia və tələbinin olmayacağını, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil- Kommunal Təsərrüfat Komitəsi Naxçıvan MR X1 tərəfindən verilmiş dekabr, 1998-ci il tarixli texniki pasportun (həmin əmlak üzərində hüquqlarının dövlət qeydiyyatının ləğv olunmasını xahiş etdiyini və tərəflər arasında bağlanmış 14 sentyabr 2023-cü il tarixli, AN-İ№ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən Biçənək Bələdiyyəsi tərəfindən Naxçıvan MR, ünvan 3i ünvanında yerləşən, ümumi sahəsi 0,0715 ha olan torpaq sahəsi İddiaçı mülkiyyətinə verildiyindən, həmin müqavilə tərəflər arasında imzalanaraq notariat qaydada təsdiqlənib öz qüvvəsini aldığından məhkəmə İddiaçı ləğv olunmuş və hüquqi qüvvəsi olmayan 1998-ci il tarixli Lisenziya haqqının hesablanmasına dair ticarət və ictimai iaşə obyektinin Texniki Pasportuna əsaslanaraq cavabdehlər “X5 İttifaqı” MMC-yə və Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun "xxxx" MMC-yə qarşı iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun və iddia tələbi irəli sürməkdə subyektiv hüququnun mövcud olmadığını müəyyən edərək 15 yanvar 2024-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında işin perspektivini İddiaçı izah etmişdir. İşin gedişatı izah edildikdən sonra 15 yanvar 2024-cü il tarixdə İddiaçı yazılı qaydada tərtib olunmuş ərizəsini məhkəməyə təqdim edərək, həmin ərizədə məhkəməyə ünvanladığı e-2- 2(123)-36/2024 saylı iş üzrə ərizədən imtina etdiyini və xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsinə münasibətdə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərkən ərizəsində 400 manat məbləğində mediasiya xərcinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini xahiş etməsinə baxmayaraq, iddiaçı öz ərizəsilə iddiasından imtina edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdiyindən, məhkəmə belə qərara gəlir ki, ödənilmiş 400 manat məbləğində mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə, müəyyən edilən halları və iddiaçının ərizəsini göz önündə tutaraq belə qənaətə gəlir ki, İddiaçı 15 yanvar 2024-cü il tarixli ərizəsi təmin olunmalı, İddiaçı cavabdehlər “X5 İttifaqı” MMC-yə və Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun "xxxx" MMC-yə qarşı torpaq sahəsinin cavabdehlərdən alınaraq boşaldılması və iddiaçıya geri qaytarılması, həmçinin vurulmuş zərərin əvəzinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilməli, 400 manat məbləğində mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-ci, 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı 15 yanvar 2024-cü il tarixli ərizəsi qəbul edilsin. İddiaçı cavabdehlər “X5 İttifaqı” MMC-yə və Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun "xxxx" MMC-yə qarşı torpaq sahəsinin cavabdehlərdən alınaraq boşaldılması və iddiaçıya geri qaytarılması, həmçinin vurulmuş zərərin əvəzinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. 400 manat məbləğində mediasiya xərci iddiaçının özünə aid edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-36/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-36/2024
30.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver