Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-366/2025 03.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı kredit borcunun tutulması tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı QSC və iddiaçının nümayəndəsi Nümayəndə2 19 avqust 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə xx.xx.2024-cü il tarixli 005R********** saylı krеdit razılaşması üzrə 35164.82 manat krеdit bоrcu, 2582.55 manat faiz bоrcu və 1258.89 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 39006 (otuz doqquz min altı) manat 26 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 207.02 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıхarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı QSC ilə Cavabdeh3 və zaminlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 005L**********16 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh3 120 (yüziyirmi) ay müddətinə ******* (üç milyon) manat məbləğində krеdit хətti açıldığını, uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2024-cü il tarixli 005R********** saylı kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 (yüz min) manat məbləğində krеdit götürdüyünü, Cavabdeh3 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatdığını, kredit müqaviləsi üzrə ödəməli olduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmadığını, Cavabdeh3 götürdüyü krеdit bоrcundan 64835.18 manat ödədiyini, onun 35164.82 manat məbləğində kredit borcu qaldığını, uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faizin qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün kredit faizinin kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablandığını, qeyd edilənlərə əsasən Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 179 gün üçün hesablanmış faiz borcunun 2582.55 manat təşkil etdiyini bildirdiklərini, uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməli olduğunu, xx.xx.2025-ci il tarixə 179 gün üçün hеsablanmış cərimənin 1258.89 manat təşkil etdiyini, uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditorun müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malik olduğunu, uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zaminin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyünü və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıdığını, həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürdüyünü, həmin müqavilənin 11.7-ci bəndinə əsasən zaminin müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıdığını təsdiq və bəyan etdiyini qeyd etməklə tələbini əsaslandırmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 442-ci, 465.2ci, 472.2-ci maddələrinə, Azərbaycan Rеspublikası Mülki Prоsеssual Məcəlləsinin 12-ci fəslinin tələblərinə istinad etmişdir. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(123)-366/2025 saylı qərardadı ilə e-2-2(123)-366/2025 saylı iş üzrə icraata “Cavabdeh4 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə xx.xx.2024-cü il tarixli 005R********** saylı krеdit razılaşması üzrə 35164.82 manat krеdit bоrcu, 2582.55 manat faiz bоrcu və 1258.89 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 39006 (otuz doqquz min altı) manat 26 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 207.02 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair hissədə xitam verilməsi, e-2-2(123)- 366/2025 saylı işə “cavabdеhlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə xx.xx.2024-cü il tarixli 005R********** saylı krеdit razılaşması üzrə 35164.82 manat krеdit bоrcu, 2582.55 manat faiz bоrcu və 1258.89 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 39006 (otuz doqquz min altı) manat 26 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 207.02 manat məbləğində dövlət rüsumunun tutulması” tələbi həcmində baxılmasının davam etdirilməsi qərara alınmışdır. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçı QSC xx.xx.2026-cı il tarixdə elektron qaydada məhkəməyə ərizə göndərərək həmin ərizədə iddiaçı AccessBank QSC-nin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı kredit borcunun tutulması tələbinə dair kommersiya işi üzrə məhkəmə baxışı iclası 03 fevral 2026-cı il tarixinə saat 11:05-ə təyin edildiyini, iddia ərizəsini müdafiə etdiklərini, iddia tələbini təsdiq edən zəruri sübutların elektron qaydada məhkəməyə təqdim edildiyini, tərəflər arasında mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi ilə bağlı razılığın olmadığını, Məhkəməyə müraciət edildikdən sonra cavabdehlər tərəfindən mövcud borcdan ödəniş həyata keçirilmədiyini, cərimə borcuna münasibətdə tərəflər arasında bağlanmış xx.xx.2024- cü il tarixli 005L**********16 saylı uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə əsasən kredit alan krediti ve kredit faizini banka vaxtında və lazımi qaydada qaytarmadıqda, bank hər gecikdirilən gün üçün Kredit qalığının 0.02 %-i məbləğinda cərimə borcu hesablamaq hüququna malik olduğunun qeyd edildiyini, Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq Kredit Alanın Bankda olan hesab(lar)ından birtərəfli qaydada akseptsiz şəkildə silir və ya həmin cərimə borcunun ödənilməsini Kredit Alandan tələb etdiyinin bildirildiyini, o cümlədən Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışda da cərimə borcunun nəzərdə tutulduğunun məlum olduğunu, qeyd olunanlara əsasən xx.xx.2026-cı il tarixə, saat 11:05-ə təyin edilmiş məhkəmə baxış iclasının iddiaçı Bankın etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilərək iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 03 fevral 2026-cı il tarixə, saat 11:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsini və xəbərdar edilmələri barədə sənədlərin iş materiallarında olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 06 mart 2024-cü il tarixli, 005L**********16 saylı Uzunmüddətli Kredit və Təminat Müqaviləsindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "20 Yanvar" filialı aşağıda imza edən səlahiyyətli nümayəndəsinin şəxsində bir tərəfdən Cavabdeh3 (Şəxsiyyətini təsdiq edən sənəd: Şəxsiyyət Vəsiqəsi AA*******) VÖEN ********** Kredit Alan qismində, Cavabdeh4 (Şəxsiyyətini təsdiq edən sənəd: Şəxsiyyət Vəsiqəsi AA*******), Cavabdeh2 (Şəxsiyyətini təsdiq edən sənəd: Şəxsiyyət Vəsiqəsi AA*******), X2 Cəmiyyəti (ARVN KHŞ Dövlət Reyestrindən Çıxarış: X3 VÕEN **********) direktor Cavabdeh3 (Şəxsiyyətini təsdiq edən sənəd: Şəxsiyyət Vəsiqəsi AA*******)) şəxsində, Zamin qismində Cavabdeh3 (Şəxsiyyətini təsdiq edən sənəd: Şəxsiyyət Vəsiqəsi AA*******) Girov Qoyan qismində digər tərəfdən aşağıdakı şərtlərlə bu Uzunmüddətli Kredit və Təminat Müqaviləsini bağladıqları müəyyən olunur. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən bank Müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında Kredit Alana Uzunmüddətli Kredit Xəttini açır. 2.2-ci bəndinə əsasən bu Müqavilə və Kredit Sazişi əsasında Kreditlər 120 (bir yüz iyirmi) ay, Kredit Sazişində həmin Kredit üçün daha qısa müddət müəyyən edilməmişdirsə, 06 mart 2034-cü il tarixdən gec olmayaraq verilməlidir. Bu Müqavilə və Kredit Sazişi əsasında verilən Kreditin Faiz Dərəcəsinin yuxarı həddi 30 (otuz) faiz müəyyən olunur. 2.3-cü bəndinə əsasən verilən hər bir Kredit üzrə Kredit məbləği, Kreditin Faiz Dərəcəsi, İFD, Kredit Müddəti, məqsədi, FİFD, olduğu təqdirdə Ödəniş Planı və digər xüsusi şərtləri hər dəfə Müqavilənin tələbləri nəzərə alınmaqla Kredit Sazişi ilə müəyyən edilir. 2.7-ci bəndinə əsasən Kredit Alan hər bir Kredit üzrə Kredit borcunu, Kredit Faizini, xərcləri və başqa məsrəfləri bu Müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq Kredit Sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda Ödəniş Planına və ya Ödəniş haqları Cədvəlinə uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürür. 2.13-cü bəndinə əsasən zamin, bu Müqavilə üzrə Kredit Alanın öhdəliklərinin icrası üçün Kredit Alan ilə birgə və tam məsuliyyət daşıyır. 4.1-ci bəndinə əsasən bu Müqavilə əsasında Kredit verilməsi və qaytarılması hər bir Kredit Sazişinə uyğun olaraq həyata keçirilir. 4.4-cü maddəsinə əsasən Kredit Faizi, qaytarılmalı Kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən Kreditin verildiyi tarixdən (gündən) onun tam qaytarılmasınadək (qaytarıldığı gün istisna olmaqla) hesablanır. Bir gün üçün Kredit Faizi İFD-nin 1/360 hissəsi kimi hesablanır. 4.9-cu bəndinə əsasən Bank, Kredit Alan Krediti və Kredit Faizini Banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün Kredit qalığına G=(İFD+(0.02%*360))/360 düsturu əsasında müəyyən edilmiş faiz məbləğində gecikdirilmə faizi hesablamaq hüququna malikdir. 11.1-ci bəndinə əsasən zamin, Kredit Alanın bu Müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Bank qarşısında Kredit Alan ilə birlikdə birgə məsuliyyət daşıyır. 11.4-cü bəndinə əsasən zamin Müqavilə üzrə Kreditin qaytarılması ilə bağlı Kredit Alanın bütün öhəliklərini icra etməyi öz öhdəsinə götürür. 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, Müqavilə üzrə verilən Kreditlər barədə Kredit Alan və Bank arasında istənilən razılaşma, o cümlədən Kreditin Faiz Dərəcəsinin artırılması barədə razılaşma üzrə Kredit Alanın öhdəliklərinin icrası üçün Kredit Alan ilə birgə və tam məsuliyyət daşıyır. 12.1.2-ci və 12.1.2.1-ci bəndinə əsasən Kredit Alan Müqavilə əsasında verilmiş hər hansı bir Kredit üzrə Kredit borcunu/Overdraft Borcunu, Kredit Faizini/Overdraft Faizini və digər ödənişləri həmin Müqavilədə razılaşdırılmış qaydada və olduğu təqdirdə Ödəniş Planına uyğun olaraq qaytara bilmədikdə yaxud hər hansı bir əsasla Bank qarşısında yaranmış digər öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə Bank Müqaviləyə vaxtından əvvəl xitam vermək və hər bir qaytarılmalı Kredit üçün Kredit borcunu/Overdraft Borcunu, Kredit Faizini/Overdraft Faizini, xərcləri və başqa məsrəfləri Kredit Alandan qaytarmağı tələb etmək hüququna malikdir. 13.3-cü bəndinə əsasən bununla Kredit Alan təsdiq edir və razılaşır ki, Bankın mühasibat sənədləri və hesabları ödənilməli olan və ya Kredit Alanın ödəyəcəyi məbləğlərə dair yeganə təsdiqedici sənəd sayılır. 13.11-ci bəndinə əsasən tərəflər Müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək Müqavilə qüvvədədir. 13.13-cü bəndinə əsasən aşağıda imza etməklə hər bir Tərəf Müqaviləni oxuduğunu, şərtlərini başa düşdüyünü təsdiq edir və bu şərtlərə razı olduğunu bildirir. 06 mart 2024-cü il tarixli, 005R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmadan görünür ki, bu Kredit Sazişi 06 mart 2024-cü il tarixli, 005L**********16 saylı Uzunmüddətli Kredit və Təminat Müqaviləsi üzrə bağlanmışdır və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “20 Yanvar” filialı tərəfindən Cavabdeh3 12 (on iki) ay müddətinə, illik 16 (on altı) faiz dərəcəsi ilə, 100000 (bir yüz min) manat məbləğində biznes krediti verilmişdir. 06 mart 2024-cü il tarixli, 005R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əlavə olan ödəniş planından görünür ki, Cavabdeh3 verilmiş 100000 (bir yüz min) manat məbləğində kreditin 12 ay müddətinə, 08 aprel 2024-cü il tarixdən 06 mart 2025-ci il tarixə kimi banka aylıq ödənişlərlə qaytarılması nəzərdə tutulmuşdur. İddiaçı QSC-nin möhürü ilə təsdiq olunmuş xx.xx.2024-cü il tarixli “Kreditin verilməsiköçürmə” adlı sənəddən görünür ki, İddiaçı QSC tərəfindən 100000 (bir yüz min) manat məbləğində pul vəsaiti Cavabdeh3 hesabına (Cari hesabın nömrəsi: **********362557, İBAN: AZ47ACAB********************) köçürülmüşdür. xx.xx.2024 - xx.xx.2025-ci illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh3 AZ47ACAB******************** saylı hesabına xx.xx.2024-cü il tarixdə 100000 (bir yüz min) manat məbləğində kreditin köçürülməsi təmin edilmiş, Cavabdeh3 həmin hesabdan müxtəlif tarixlərdə müxtəlif əməliyyatlar həyata keçirmişdir. İddiaçı QSC-nin möhürü ilə təsdiq olunmuş xx.xx.2025-ci il tarixli maliyyə cədvəlindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh3 005R********** saylı xx.xx.2024-cü il tarixli kredit razılaşması üzrə əsas məbləğ üzrə borcu 35164.82 manat, faiz üzrə borcu 2582.55 manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 179 gün olmaqla cərimə borcu 1258.89 manat təşkil etmiş, cəmi borcu isə 39006.26 manat məbləğində müəyyən edilmişdir. **********91 nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən “ASAN ödəniş” sistemi vasitəsilə 207,02 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "20 Yanvar" filialı ilə kredit alan qismində Cavabdeh3, zamin qismində Cavabdeh4, Cavabdeh2, X2 Cəmiyyəti, girov qoyan qismində Cavabdeh3 arasında 06 mart 2024-cü il tarixli, 005L**********16 saylı Uzunmüddətli Kredit və Təminat Müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank Müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında Kredit Alana Uzunmüddətli Kredit Xəttini açmış, bu Müqavilə və Kredit Sazişi əsasında Kreditlər 120 (bir yüz iyirmi) ay, Kredit Sazişində həmin Kredit üçün daha qısa müddət müəyyən edilməmişdirsə, 06 mart 2034-cü il tarixdən gec olmayaraq verilməsi nəzərdə tutulmuş, bu Müqavilə və Kredit Sazişi əsasında verilən Kreditin Faiz Dərəcəsinin yuxarı həddi 30 (otuz) faiz müəyyən olunmuşdur. 06 mart 2024-cü il tarixli, 005L**********16 saylı Uzunmüddətli Kredit və Təminat Müqaviləsi üzrə bağlanmış 06 mart 2024-cü il tarixli, 005R********** saylı kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “20 Yanvar” filialı tərəfindən Cavabdeh3 12 (on iki) ay müddətinə, illik 16 (on altı) faiz dərəcəsi ilə, 100000 (bir yüz min) manat məbləğində biznes krediti verilmişdir. 06 mart 2024-cü il tarixli, 005R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmada nəzərdə tutulmuş 100000 (bir yüz min) manat məbləğində kreditin Cavabdeh3 verilməsi iş materiallarında olan xx.xx.2024-cü il tarixli “Kreditin verilməsi-köçürmə” adlı sənəd ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, hər iki tərəfin iradə ifadəsi və qarşılıqlı razılığı əsasında kredit müqaviləsinin bağlanması, qarşılıqlı hüquq və vəzifələr müəyyən etməklə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranmasına əsas olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Belə ki, kredit alan Cavabdeh3 kredit müqaviləsinin tələbini pozaraq ödənişləri yubatmış, Cavabdeh3 xx.xx.2025-ci il tarixinə banka 06 mart 2024-cü il tarixli, 005R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə əsas məbləğ üzrə borcu 35164.82 manat, faiz üzrə borcu 2582.55 manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 179 gün olmaqla cərimə borcu 1258.89 manat təşkil etmiş, cəmi isə 39006.26 manat kredit borcu qalmış, qeyd edilən hal ilə əlaqədar maliyyə cədvəli iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi məqsədi ilə qanunverici tərəfindən Mülki Məcəllənin 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Bundan əlavə 06 mart 2024-cü il tarixli, 005L**********16 saylı Uzunmüddətli Kredit və Təminat Müqaviləsi əsasında Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 müqavilədən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə zamin olmuş, kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyət daşımağı və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşımağı, müqavilə üzrə kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz üzərinə götürmüşdürlər. Bu hal onu deməyə əsas verir ki, zamin borcalanla birlikdə kreditor qarşısında birgə məsuliyyət daşıdığından krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini də icra еtməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Belə ki, məhkəmə, borclu tərəfindən lazımınca icra edilməmiş kredit öhdəliyi üzrə yaranmış cəriməyə münasibətdə bildirir ki, 06 mart 2024-cü il tarixli, 005L**********16 saylı Uzunmüddətli Kredit və Təminat Müqaviləsinin 4.9-cu bəndi ilə (Bank, Kredit Alan Krediti və Kredit Faizini Banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün Kredit qalığına G=(İFD+(0.02%*360))/360 düsturu əsasında müəyyən edilmiş faiz məbləğində gecikdirilmə faizi hesablamaq hüququna malikdir.) cərimələrin hesablanması nəzərdə tutulduğundan, eyni zamanda cavabdehin cərimə borcunun olması iş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə cədvəli əsasında təsdiq edildiyindən, iddiaçı əsas borc və faiz borcundan əlavə yaranmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı Uzunmüddətli Kredit və Təminat Müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin lazımınca icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Odur ki, məhkəmə iddiaçının pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə yaranmış əsas borc və faizlərin, o cümlədən, cərimələrin ödənilməsi hissədə tələb hüququnun olduğunu bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-366/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2025-ci il tarixli, 1131 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2024-cü il tarixli, 005R********** saylı kredit sazişinin şərtlərinə əsasən Cavabdeh3 "xxxx" QSC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2025-ci il tarixə borcu (kredit sazişinin bitmə tarixi) əsas borc üzrə 35.125,36 AZN, faiz (16%) borcu üzrə 1.732,85 AZN olmaqla, cəmi borcu 36.858,21 (otuz altı min səkkiz yüz əlli səkkiz manat, iyirmi bir qəpik) AZN, xx.xx.2025-ci il tarixə borcu (sual tarixi) əsas borc üzrə 35.125,36 AZN, faiz (16%) borcu üzrə 1.732,85 AZN olmaqla, cəmi 36.858,21 (otuz altı min səkkiz yüz əlli səkkiz manat, iyirmi bir qəpik) AZN. Ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 005L**********16 saylı uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlanmış, xx.xx.2024-cü il tarixli, 005R********** saylı kredit sazişində cərimə nəzərdə tutulsada, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh3 cərimə borcu hesablanmadı. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada tələb etdiyi məbləğ 06 mart 2024-cü il tarixli, 005R********** saylı kredit razılaşması üzrə 35164.82 manat məbləğində krеdit bоrcu, 2582.55 manat məbləğində faiz bоrcu və 1258.89 manat məbləğində cərimə borcu olmaqla, cəmi 39006.26 (otuz doqquz min altı manat, 26 qəpik) manat təşkil edir. X5 Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2025-ci il tarixli, 1131 saylı ekspert rəyinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 İddiaçı QSC-yə 06 mart 2024-cü il tarixli, 005R********** saylı kredit sazişi-biznes krediti və girov barədə razılaşma üzrə əsas borcu 35.125,36 manat, faiz borcu 1.732,85 manat olmaqla, ümumilikdə borcu 36.858,21 (otuz altı min səkkiz yüz əlli səkkiz manat, iyirmi bir qəpik) manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, 06 mart 2024-cü il tarixli, 005R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə iddia tələbində göstərilən borc məbləğləri ekspert rəyində göstərilən borc məbləğlərindən fərqli olduğundan məhkəmə 28 noyabr 2025-ci il tarixli, 1131 saylı ekspert rəyi ilə razılaşaraq, belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 İddiaçı QSC-yə borcu 06 mart 2024-cü il tarixli, 005R********** saylı kredit sazişi-biznes krediti və girov barədə razılaşma üzrə əsas borcu 35.125,36 manat, faiz borcu 1.732,85 manat olmaqla, ümumilikdə borcu 36.858,21 (otuz altı min səkkiz yüz əlli səkkiz manat, iyirmi bir qəpik) manatdır. Məhkəmə iddiaçının cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1ndən İddiaçı QSCnin xeyrinə xx.xx.2024-cü il tarixli, 005R********** saylı krеdit razılaşması üzrə 1258.89 manat cərimə borcunun tutulması tələbinə dair hissədə qeyd edir ki, aralarında bağlanmış 06 mart 2024cü il tarixli, 005L**********16 saylı Uzunmüddətli Kredit və Təminat Müqaviləsinin 4.9-cu bəndinə əsasən (Bank, Kredit Alan Krediti və Kredit Faizini Banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün Kredit qalığına G=(İFD+(0.02%*360))/360 düsturu əsasında müəyyən edilmiş faiz məbləğində gecikdirilmə faizi hesablamaq hüququna malikdir.) və tələb edilən məbləğə münasibətdə 06 mart 2024-cü il tarixli, 005R********** saylı kredit razılaşması üzrə 1258.89 manat cərimə məbləği mütənasib görünməkdədir və təmin edilməsi qanunamüvafiqdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi 97,72% əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 39006,26 (otuz doqquz min altı manat, 26 qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 207,02 (iki yüz yeddi manat, iki qəpik) manat olaraq müəyyən edilir. İş materiallarında olan **********91 nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən 207,02 (iki yüz yeddi manat, iki qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC tərəfindən ödənildiyi görünməkdədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Lakin iddia üzrə tələb qismən, yəni 97,72% təmin edildiyindən dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasibətdə (207,02 x 97,72%) 202,30 manat məbləği cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1ndən alınıb İddiaçı QSC-yə ödənilməli, qalan hissədə iddia təmin edilməməli olduğundan dövlət rüsumunun 4,72 manat məbləği İddiaçı QSC-yə aid edilməlidir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-366/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2025-ci il tarixli, 1131 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin iddianın təmin olunmuş 97,72% hissəsinə mütənasib olaraq 58,63 manat məbləği cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1ndən, qalan 1,37 manat məbləği isə İddiaçı QSC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X4 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu: 2, büdcə təsnifatının kodu: 142330) ödənilməlidir. Nəticədə, iddia qismən, yəni 97,72% təmin edilməli, 06 mart 2024-cü il tarixli, 005L**********16 saylı Uzunmüddətli Kredit və Təminat Müqaviləsi üzrə bağlanmış 06 mart 2024cü il tarixli, 005R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən əsas borc üzrə 35.125,36 manat, faiz borcu üzrə 1.732,85 manat, cərimə borcu üzrə 1258.89 manat olmaqla, ümumilikdə 38.117,10 (otuz səkkiz min yüz on yeddi manat, on qəpik) manat cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1ndən alınıb İddiaçı QSC-yə ödənilməli, ödənilmiş 207,02 (iki yüz yeddi manat, iki qəpik) manat dövlət rüsumunun 202,30 manat məbləği cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1ndən alınıb İddiaçı QSC-yə ödənilməli, qalan hissədə iddia təmin edilmədiyindən 4,72 manat məbləğ İddiaçı QSC-yə aid edilməli, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2025-ci il tarixli, 1131 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin 58,63 manat məbləği cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1ndən, qalan 1,37 manat məbləği isə İddiaçı QSC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X4 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu: 2, büdcə təsnifatının kodu: 142330) ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. 06 mart 2024-cü il tarixli, 005L**********16 saylı Uzunmüddətli Kredit və Təminat Müqaviləsi üzrə bağlanmış 06 mart 2024-cü il tarixli, 005R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən əsas borc üzrə 35.125,36 manat, faiz borcu üzrə 1.732,85 manat, cərimə borcu üzrə 1.258,89 manat olmaqla, ümumilikdə 38.117,10 (otuz səkkiz min yüz on yeddi manat, on qəpik) manat cavabdehlər Cavabdeh3 (VÖEN: **********; FİN: xxxxxxx; AA*******, Naxçıvan şəhəri, Sabir küçəsi, ev 61), Cavabdeh2 (FİN: xxxxxxx; AA5833589, Naxçıvan şəhəri, Sabir küçəsi, ev 61) və Cavabdeh1ndən (VÖEN: **********) alınıb İddiaçı QSCyə (VÖEN: **********) ödənilsin. 202,30 (iki yüz iki manat, otuz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1ndən alınıb İddiaçı QSC-yə ödənilsin. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2025-ci il tarixli, 1131 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin 58,63 (əlli səkkiz manat, altmış üç qəpik) manat məbləği cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1ndən, qalan 1,37 (bir manat, otuz yeddi qəpik) manat məbləği isə İddiaçı QSC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X4 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu: 2, büdcə təsnifatının kodu: 142330) ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-366/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-366/2025
03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver