Məhkəmə qərarları › İş №e-2-2(123)-367/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-367/2025

21.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-367/2025 21.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədov, İddiaçı cavabdeh Naxçıvan Əcəmi-Tikinti Quraşdırma Açıq Səhmdar Cəmiyyətinə qarşı kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı 19 avqust 2025-ci il tarixdə elektron qaydada daxil olmuş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2003-cü ildən bu günə qədər Naxçıvan “Əcəmi Tikinti Quraşdırma” İdarəsinin balansında olmuş və satılmış avtomaşınların satışından əldə olunan mənfəətdən ona çatan hissənin hesablanıb, ödənilməsi, həmçinin səhmlərdən əldə olunan mənfəətin və 5 (beş) aylıq əmək haqqının alınıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən etmişdir ki, iddia ərizəsinin geri qaytarılması üçün əsaslar mövcuddur. Belə ki, iddiaçının ərizəsində qeyd etdiyi “Əcəmi Tikinti Quraşdırma” İdarəsinin balansında olmuş və satılmış avtomaşınların satışından əldə olunan mənfəətdən ona çatan hissənin hesablanıb, ödənilməsi” tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-3.5-ci maddəsinə əsasən dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Mülki Məcəllənin yuxarıda göstərilən normasından aydın olur ki, mənfəətin bölüşdürülməsi (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürlməsini müəyyən edə bilər. Bu isə Məcəllənin yuxarıda göstərilən normasına görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Lakin verilən iddia tələbində Naxçıvan “Əcəmi Tikinti Quraşdırma” İdarəsinin balansında olmuş və satılmış avtomaşınlar qeyd olunsada istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutları əlavə etməmişdir. Bundan başqa iddiaçı sübutlar siyahısında həmçinin qoşmada Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(108)-10/2024 nömrəli qətnaməsi 10 vərəqədə istinad etsədə həmin sənədi məhkəməyə təqdim etməmişdir. Həmçinin Məhkəmə qeyd edir ki, cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınması zamanı, cavabdehə öhdəliklərinin icrasını təmin etmək üçün müddət müəyyən edilməli, nəzərdə tutulmuş müddət daxilində öhdəliklərin icrası təmin edilmədikdə isə iddia ərizəsi ilə məhkəmə müraciət edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü madddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin iddia tələbində qeyd edilmiş 5 (beş) aylıq əmək haqqının alınıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbi üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsində iddia qaldırıldığını, Bu Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-93/2023 saylı qətnaməsi ilə iddianın rədd edildiyini, verilmiş apellyasiya şikayəti əsasında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(108)-10/2024 saylı qətnaməsi ilə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsində xx.xx.2023-cü il tarixli, e-2-2(123)-93/2023 saylı qətnaməsi qüvvəsində saxlanıldığından, göstərilən tələb barəssində iddia qaldırmaq hüququnun olmadığı iddiaçının diqqətinə çatdırılır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tələbində 2003-cü ildən bu günə qədər Naxçıvan “Əcəmi Tikinti Quraşdırma” İdarəsinin balansında olmuş və satılmış avtomaşınların satışından əldə olunan mənfəətdən ona çatan hissənin hesablanıb, ödənilməsi qeyd etməklə tələbində qeyri dəqiqliyə yol vermişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbini dəqiq müəyyən etməklə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Əcəmi-Tikinti Quraşdırma Açıq Səhmdar Cəmiyyətinə qarşı kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilmədiyindən geri qaytarılmalı, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ödənilmiş ********** nömrəli qəbz ilə ödənilmiş 100,00 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. (2.1.2 və 4.1-ci maddələr) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Əcəmi-Tikinti Quraşdırma Açıq Səhmdar Cəmiyyətinə qarşı kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ödənilmiş ********** nömrəli qəbz ilə ödənilmiş 100,00 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, iddia ərizəsinin geri qaytarılmasına dair qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar