Məhkəmə qərarları › İş №e-2-2(123)-371/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-371/2025

27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-371/2025 27.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, cavabdeh Bayramov Nəriman Qədim oğunun və iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı QSC BOKT-un cavabdehlər Bayramov Nəriman Qədim oğluna və Cavabdeh1 qarşı borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı QSC BOKT-un nümayəndəsi Nümayəndə1 21 avqust 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Bayramov Nəriman Qədim oğlundan 15 oktyabr 2021-ci il tarixli 4779 saylı Kredit müqaviləsi üzrə əsas borc 5044,57 manat, faiz borcu 318,48 manat olmaqla, cəmi 5363,05 (beş min üç yüz altmış üç manat, sıfır beş qəpik) manat borc məbləğinin İddiaçı QSC-nin xeyrinə tutulması, borc tələbinin kreditin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 102,1 kv. metr, yaşayış sahəsi 51,60 kv. metr, yardımçı sahəsi 50,50 kv.metr olan 2 otaqlı fərdi yaşayış evinə 0,0698 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, ipoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına Bayramov Nəriman Qədim oğlunun İddiaçı QSC-yə olan cəmi 5363,05 manat borcunun və ödənilmiş 73,63 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə çıхarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra – İddiaçı QSC) Naxçıvan filialı ilə Bayramov Nəriman Qədim oğlu arasında 15 oktyabr 2021-ci il tarixli 4779 saylı Kredit müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən İddiaçı QSC tərəfindən Bayramov Nəriman Qədim oğluna ticarət məqsədləri üçün illik 20 faiz hesablanmaqla 36 ay müddətinə 15.000 (on beş min ) manat kredit verildiyini, kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 102,1 kv. metr, yaşayış sahəsi 51,60 kv. metr, yardımçı sahəsi 50,50 kv.metr olan 2 otaqlı fərdi yaşayış evinin 0,0698 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulduğunu və bununla bağlı İddiaçı QSC-nin Naxçıvan filialı ilə ipoteka qoyan Cavabdeh1 arasında 15 oktyabr 2021-ci il tarixli 4779 saylı ipoteka müqaviləsi bağlandığını, ipoteka müqaviləsinin notarial qaydada təsdiqləndiyini və ipoteka hüququnun müvafiq qaydada dövlət qeydiyyatına alındığını, Cavabdeh1la bağlanmış 15 oktyabr 2021-ci il tarixli 4779 saylı ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyərinin tərəflərin razılığına əsasən 22.500,0 manat məbləğində müəyyən edildiyini, cavabdeh Nəriman Bayramov qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda onun, müqavilənin şərtlərinə əməl etmədiyini, bununla da cavabdeh Nəriman Bayramovun kreditoru ümid etməyə haqqıçatanlardan məhrum etdiyini, cavabdeh Nəriman Bayramovun İddiaçı QSC-yə əsas borcu 5044,57 manat, faiz borcu 318,48 manat olmaqla, cəmi borcunun 5363,05 manat ( beş min üç yüzaltmış üç manat sıfır beş qəpik) manat təşkil etdiyini, cavabdeh Nəriman Bayramova və Cavabdeh1 borcun ödənilməsi ilə bağlı ipoteka predmetinə tutulmanın yönəldilməsinə dair bildiriş, lakin xəbərdarlıq və ipoteka bildirişinin nəticəsiz qaldığını, borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həlledilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmadığını qeyd etməklə tələbini əsaslandırmış, o cümlədən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 385.1-ci, 425.1-ci, 445,7-ci, 448.1-ci, 448.2ci, 449.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə2 24 noyabr 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında ona verilən sualların cavabında müqavilə bağladıqlarını, müqaviləni də imzaladıqlarını, o vaxt müqavilə imzalayanda razılıqlarını göstərdiklərini bildirmişdir. Cavabdeh Bayramov Nəriman Qədim oğlu 24 noyabr 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında ona verilən sualların cavabında evini 22500 manata qiymətləndirdiklərini bilmədiyini, zamin kimi ora qoyduğunu, yoxsa o qiymətə kimə desən bu gün alacağını, o evi 2021-ci ildə 22500 manata satmayacağını, sotun çox olduğunu, haradasa 60000-65000 manata satacağını, indi torpağın 90000 manata gəldiyini bildirmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 27 fevral 2026-cı il tarixli məhkəmə baxışı iclasında verdiyi izahatında sübutların iş materiallarında öz əksini tapdığını, iddia tələbinin təmin edilməsini və müvafiq qətnamə çıxarılmasının məhkəmədən xahiş etdiyini bildirmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 27 fevral 2026-cı il tarixli məhkəmə baxışı iclasında etdiyi çıxışında bütün sübutların öz əksini tapdığını, iddia tələbinin təmin edilməsini və müvafiq qaydada qətnamə çıxarılmasının məhkəmədən xahiş etdiyini bildirmişdir. Cavabdeh Bayramov Nəriman Qədim oğlu 27 fevral 2026-cı il tarixli məhkəmə baxışı iclasında etdiyi çıxışında ödəyəcəklərini, vaxt lazım olduğunu bildirmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2: Qətnamənin qüvvəyə minməsi və icraya getməsinə qədər vaxtı olduğunu, onların başqa bir vaxt verə bilmədiklərini, indiyə kimi vaxt verildiyini, ona güzəşt də tətbiq etdiklərini, ona da əməl etmədiyini bildirmişdir. Məhkəmə gəlməmiş tərəflərin qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsini və xəbərdar edilmələri barədə sənədlərin iş materiallarında olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən gəlməmiş tərəflərin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 15 oktyabr 2021-ci il tarixli, 4759 saylı Kredit müqaviləsindən görünür ki, bir tərəfdən bu müqavilə öz Nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı Səhmdar Kredit Təşkilatı (Bundan sonra “Borcverən” adlanacaq), onun Naxçıvan filialının müdiri X7 şəxsində və digər tərəfdən Naxçıvan şəhər sakini fiziki şəxs Bayramov Nəriman Qədim oğlu (bundan sonra “Borcalan” adlanacaq) şəxsində bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndindən görünür ki, bu müqavilənin şərtləri ilə Borcverən Borcalana pul vəsaitinin borc (bundan sonra «kredit» adlanacaq) verilməsini, Borcalan isə alınmış vəsaitin və hesablanmış faizlərin ödənilməsini öz öhdəsinə götürür. 2.1-ci bəndindən görünür ki, Borcverən Borcalana, bu müqavilənin şərtlərinə uyğun olaraq 36 (otuz altı) ay müddətinə idman ləvazimatlarının alqı-satqısı məqsədi ilə, ticarət təyinatı ilə, illik faiz məzənnəsi 20 % olmaqla, ödəniş qaydası nağd və köçürmə yolu ilə olmaqla 15000 (on beş min) manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. 3.3-cü bəndindən görünür ki, Borcalan tərəfindən kreditə görə hesablanmış faizlərin və əsas borcun ödəniş cədvəli üzrə qaytarılması təmin edilmədikdə, kredit müqaviləsinin vaxtından əvvəl ləğvi, əsas kredit borcunun və ona hesablanmış faizin qaytarılması ilə bağlı müvafiq tədbir görmək Borcverənin hüququdur. 3.5-ci bəndindən görünür ki, Borcalan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməzsə və ödəmə şərtlərinə əməl etməzsə qanunvericiliklə müəyyən edilmiş qaydada əlavə faiz ödənişini tələb etmək Borcverənin hüququdur. 6.5-ci bəndindən görünür ki, Krediti və ona hesablanmış faizləri bu müqavilənin ayrılmaz tərkb hissəsi olan ödəniş cədvəlinə müvafiq olaraq ödənilməsini təmin etmək Borcalanın öhdəliyidir. 15 oktyabr 2021-ci il tarixli, 4759 saylı kredit müqaviləsinə əlavə olan 4759 nömrəli ödəniş cədvəlindən görünür ki, X4 Qədim oğluna 36 ay müddətinə illik 20% dərəcəsi ilə verilmiş 15000 (on beş min) manat məbləğində kreditin və ona hesablanmış faizlərin 2021-ci ilin noyabr ayından 2024-cü ilin oktyabr ayına kimi müvafiq məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. Hesabdan çıxarışdan görünür ki, Bayramov Nəriman Qədim oğluna xx.xx.2021-ci il tarixdə 15000 (on beş min) manat məbləğində kreditin köçürülməsi təmin edilmiş, Bayramov Nəriman Qədim oğlu həmin hesabdan müxtəlif tarixlərdə müxtəlif əməliyyatlar həyata keçirmişdir. xx.xx.2021-ci il tarixli məxaric orderindən görünür ki, İddiaçı SKT Naxçıvan filialı tərəfindən Bayramov Nəriman Qədim oğluna 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. 15 oktyabr 2021-ci il tarixli, 4759 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, bu müqavilə ipoteka saxlayan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı adından müdir X7, ipoteka qoyan Cavabdeh1 və borc alan Bayramov Nəriman Qədim oğlu arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 4759 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.1-ci və 2.2-ci bəndlərindən görünür ki, ipoteka predmeti Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2012 tarixdə Cavabdeh1 verilmiş **********87-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə, ünvan 3 ünvanında 0.0698 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 102.1 kv/m, yaşayış sahəsi 51.6 kv/m, yardımçı sahəsi 50.5 kv/m olan, “ipoteka qoyan”-a məxsus 2 otaqlı fərdi yaşayış evidir. 2.3-cü bəndindən görünür ki, ipoteka predmetinin dəyəri "ipoteka qoyan"-ın və "ipoteka saxlayan"ın razılığına əsasən 22500 manat 00 qəpik (iyirmi iki min beş yüz manat sıfır qəpik) məbləğində müəyyən edilmişdir. 3.3-cü bəndindən görünür ki, öhdəliyin icra müddəti Kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin "İpoteka qoyan"a ("Borclu"-ya) faktiki təqdim edildiyi tarixindən xx.xx.2024 tarixinədək müəyyən olunmuşdur. 4.1-ci bəndindən görünür ki, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 9.1-ci bəndindən görünür ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrası 90 təqvim günü və daha çox müddətə gecikdirildikdə, ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında İpoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 (otuz) təqvim günü ərzində icra olunmadıqda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. 12.2-ci bəndindən görünür ki, bu müqavilə ipoteka ilə təmin edilmiş öhdəlik tam icra olunanadək qüvvədədir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli, **********87- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Naхçıvan şəhəri, M.Şəhriyar küçəsi, döngə 1-də mülkiyyətində olan 0.0698 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 51.60 kv.m yaşayış, --- kv.m qeyri-yaşayış, 50.50 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 oglununun adına daşınmaz əmlakın dövlət reyestrində 18/6 nömrəii reyestr kitabının 1121 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, mülkiyyət hüququ Cavabdeh1 məxsus ünvan 4 ünvanında 0.0698 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 102.1 kv.m olan fərdi yaşayış evi İddiaçı Səhmdar Kredit Təşkilatı Naxçıvan filialının xeyrinə yüklü edilmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən İddiaçı QSC BOKT-a ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı QSC BOKT-un ********** saylı xx.xx.2025 tarixli elektron müraciətinə əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. ünvan 6 ünvanında qeydiyyatda olan Bayramov Nəriman Qədim oğlunun kredit borcunun xx.xx.2025-ci il tarixə ödənilmə vəziyyəti barədə məlumatdan görünür ki, 15 oktyabr 2021-ci il tarixli, 4759 saylı Kredit müqaviləsinə əsasən Bayramov Nəriman Qədim oğlunun xx.xx.2025-ci il tarixə İddiaçı QSC BOKT-a borcu 5044,57 manat əsas, 318,48 manat faiz borcu olmaqla, ümumilikdə 5363,05 manat kredit borcu qalmışdır. **********13 nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC BOKT tərəfindən “ASAN ödəniş” sistemi vasitəsilə 73.63 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı Səhmdar Kredit Təşkilatının Naxçıvan filialının müdiri X7 ilə Bayramov Nəriman Qədim oğlu arasında 15 oktyabr 2021-ci il tarixli, 4759 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə görə bu müqavilənin şərtləri ilə Borcverən Borcalana pul vəsaitinin borc (bundan sonra «kredit» adlanacaq) verilməsini, Borcalan isə alınmış vəsaitin və hesablanmış faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, hər iki tərəfin iradə ifadəsi və qarşılıqlı razılığı əsasında kredit müqaviləsinin bağlanması, qarşılıqlı hüquq və vəzifələr müəyyən etməklə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranmasına əsas olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Belə ki, Borc alan Bayramov Nəriman Qədim oğlu kredit müqaviləsinin tələbini pozaraq ödənişləri yubatmış, kredit müqaviləsinə əsasən X1 xx.xx.2025-ci il tarixə İddiaçı QSC BOKT-a borcu 5044,57 manat əsas, 318,48 manat faiz borcu olmaqla, ümumilikdə borcu 5363,05 manat kredit borcu qalmış, qeyd edilən hal ilə əlaqədar ödənilmə vəziyyəti barədə məlumat iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-371/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2025-ci il tarixli, 1059 saylı ekspert rəyində qeyd olunur ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları və 15 oktyabr 2021-ci il tarixli, 4759 saylı kredit müqaviləsinə əsasən, cavabdeh Bayramov Nəriman Qədim oğlunun, “Aqrarkredit" BOKT QSC-nə kredit üzrə xx.xx.2025-ci il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 5189,18 (beş min yüz səksən doqquz manat, on səkkiz qəpik) manat, faiz borcu 412,07 (dörd yüz on iki manat yeddi qəpik) manat olmaqla, "xxxx" QSC-nə ümumilikdə borcu 5601,25 (beş min altı yüz bir manat, iyirmi beş qəpik) manat təşkil edir. İddiaçı QSC BOKT-un iddia ərizəsində tələb etdiyi məbləğ 5044,57 manat məbləğində əsas bоrc, 318,48 manat məbləğində faiz bоrcu olmaqla, ümumilikdə cəmi 5363,05 (beş min üç yüz altmış üç manat, sıfır beş qəpik) manat təşkil edir. X9 Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2025-ci il tarixli, 1059 saylı ekspert rəyinə əsasən cavabdeh Bayramov Nəriman Qədim oğlunun İddiaçı BOKT QSC-nə xx.xx.2025-ci il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 5189,18 (beş min yüz səksən doqquz manat, on səkkiz qəpik) manat, faiz borcu 412,07 (dörd yüz on iki manat yeddi qəpik) manat olmaqla, "xxxx" QSC-nə ümumilikdə borcu 5601,25 (beş min altı yüz bir manat, iyirmi beş qəpik) manat təşkil edir. Azərbaycan Respublikasının Mlüki-Prosessual Məcəlləsinin: 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbində göstərilən əsas borc və faiz borcunun məbləğləri ekspert rəyində göstərilən əsas borc və faiz borcunun məbləğlərindən fərqli olduğundan məhkəmə 07 noyabr 2025-ci il tarixli, 1059 saylı ekspert rəyinin məhkəmə üçün məcburi olmamasını əsas götürərək, ekspert rəyinin sadəcə cavabdeh Bayramov Nəriman Qədim oğlunun iddiaçı "xxxx" QSC BOKT-a borcunun mövcudluğu ilə razılaşaraq belə qənaətə gəlir ki, cavabdeh Bayramov Nəriman Qədim oğlunun İddiaçı QSC BOKT-a əsas borcu 5044,57 manat, faiz borcu 318,48 manat olmaqla, ümumilikdə borcu 5363,05 (beş min üç yüz altmış üç manat, sıfır beş qəpik) manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Qeyd edilənlərdən əlavə müəyyən olunur ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə mülkiyyət hüququ Cavabdeh1 məxsus ünvan 4 ünvanında 0.0698 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 102.1 kv.m olan fərdi yaşayış evi 15 oktyabr 2021-ci il tarixli, 4759 saylı sonrakı ipoteka müqaviləsi əsasında ipoteka saxlayan İddiaçı Səhmdar Kredit Təşkilatı Naxçıvan filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış iş materiallarına əlavə edilmişdir. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin Məcəllənin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 271.2-ci maddəsinə əsasən girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 aprel 2023-cü il tarixli qərarı). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc və faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 34.1-ci və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İddia tələbinin borc tələbinin kreditin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 102,1 kv. metr, yaşayış sahəsi 51,60 kv. metr, yardımçı sahəsi 50,50 kv.metr olan 2 otaqlı fərdi yaşayış evinə 0,0698 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, ipoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına borcun ödənilməsinə dair hissədə məhkəmə qeyd edir ki, kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə ipoteka müqaviləsi bağlanmış və müqavilə notarial qaydada təsdiq edilmişdir. Həmin müqavilənin 4.1-ci bəndindən ipoteka saxlayanın tələbinin əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə ödənildiyi müəyyən edilmişdir. Beləliklə, bu hal ipoteka saxlayana əsas verir ki, öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinin tələbinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin bazar qiyməti göstərilməlidir. Bazar qiyməti tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir. İpoteka predmeti olan daşınmaz əmlakın dəyərinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, NQM 018-12/25 nömrəli qiymətləndirmə hesabatından görünür ki, mülkiyyət hüququ Cavabdeh1 məxsus ünvan 4 ünvanında 0.0698 ha torpaq sahəsində yerləşən daşınmaz əmlakın yekun bazar dəyəri 70.540 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından müəyyən olunur ki, qanunvericilikdə “likvid dəyər” və ya “ilkin satış qiyməti” kimi anlayışlar mövcud olmadığından və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin bazar qiymətinin göstərilməsi müəyyən edildiyindən, ipoteka predmetinin satış qiyməti bazar dəyəri ilə hesablanmalıdır. Nəticədə, ipoteka predmetinin qiymətləndirilməsi zamanı "X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, NQM 018-12/25 nömrəli qiymətləndirmə hesabatı əsas götürülməli, ipoteka predmetinə tutma yönəldildikdə, ipoteka predmeti olan mülkiyyət hüququ Cavabdeh1 məxsus ünvan 4 ünvanında 0.0698 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 102.1 kv.m olan daşınmaz əmlakın bazar dəyəri 70.540 (yetmiş min beş yüz qırx) manat məbləğində müəyyən edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi əsaslı olduğundan tam təmin edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 5363,05 (beş min üç yüz altmış üç manat, beş qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 73.63 manat olaraq müəyyən edilir. İş materiallarında olan **********13 nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən 73.63 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC BOKT tərəfindən ödənildiyi görünməkdədir. İddiaçı QSC BOKT tərəfindən xx.xx.2025-ci il tarixdə **********13 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 73.63 manat məbləğində dövlət rüsumu cavabdeh Bayramov Nəriman Qədim oğlundan alınıb İddiaçı QSC BOKT-a ödənilməlidir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-371/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2025-ci il tarixli, 1059 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdeh Bayramov Nəriman Qədim oğlundan alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X8 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu: 2, büdcə təsnifatının kodu: 142330) ödənilməlidir. "X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, NQM 018-12/25 nömrəli qiymətləndirmə hesabatına münasibətdə məhkəmə qeyd edir ki, qiymətləndiricinin xidmət haqqı üçün müəyyən olunmuş 290 (iki yüz doxsan) manat məbləğində xidmət haqqı cavabdeh Bayramov Nəriman Qədim oğlundan alınıb "X2” MMC-nin bank hesabına ("X2” MMC-nin AZ16NİCB**********0001A35090 nömrəli hesabına, VÖEN-**********; "xxxx" ASC-Kod: 507064, VÖEN **********, Müxbir hesab: AZ98NABZ********************, S.W.İ.F.T Kod: NİCBAZ22) ödənilməlidir. Nəticədə, iddia tam təmin edilməli, 15 oktyabr 2021-ci il tarixli, 4759 saylı kredit müqaviləsinə əsasən cavabdeh Bayramov Nəriman Qədim oğlundan əsas borc üzrə 5044,57 manat, faiz borcu üzrə 318,48 manat olmaqla ümumilikdə 5363,05 (beş min üç yüz altmış üç manat, beş qəpik) manat alınıb İddiaçı QSC BOKT-a ödənilməli, ödənilmiş 73,63 (yetmiş üç manat, altmış üç qəpik) manat dövlət rüsumu cavabdeh Bayramov Nəriman Qədim oğlundan alınıb İddiaçı QSC BOKT-a ödənilməli, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası 07 noyabr 2025-ci il tarixli, 1059 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdeh Bayramov Nəriman Qədim oğlundan alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X8 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu:2, büdcə təsnifatının kodu: 142330) ödənilməli, "X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, NQM 018-12/25 nömrəli qiymətləndirmə hesabatına əsasən qiymətləndiricinin xidmət haqqı üçün müəyyən olunmuş 290 (iki yüz doxsan) manat məbləğində xidmət haqqı cavabdeh Bayramov Nəriman Qədim oğlundan alınıb "X2” MMC-nin bank hesabına ("X2” MMC-nin AZ16NİCB**********0001A35090 nömrəli hesabına, VÖEN-**********; "xxxx" ASC-Kod: 507064, VÖEN **********, Müxbir hesab: AZ98NABZ********************, S.W.İ.F.T Kod: NİCBAZ22) ödənilməli, yuxarıda cavabdehdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma mülkiyyət hüququ Cavabdeh1 məxsus ünvan 5 ünvanında 0.0698 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 102.1 kv.m olan fərdi yaşayış evinə yönəldilməli, evin bazar dəyəri 70.540 (yetmiş min beş yüz qırx) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait cavabdeh Bayramov Nəriman Qədim oğlunun İddiaçı QSC BOKT-a olan borcunun ödənilməsinə yönəldilməli, artıq qalan məbləğ ipoteka predmeti olan əmlakın mülkiyyətçisi Cavabdeh1 qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi əsaslı olduğundan tam təmin edilsin. 15 oktyabr 2021-ci il tarixli, 4759 saylı kredit müqaviləsinə əsasən cavabdeh Bayramov Nəriman Qədim oğlundan (VÖEN: **********; FİN: 2DQNHK0; AA3522981; qeydiyyatda olduğu ünvan: Naxçıvan şəhəri, X6 küçəsi, döngə 1, ev 2) əsas borc üzrə 5044,57 manat, faiz borcu üzrə 318,48 manat olmaqla ümumilikdə 5363,05 (beş min üç yüz altmış üç manat, beş qəpik) manat alınıb İddiaçı QSC BOKT-a (VÖEN: **********) ödənilsin. 73,63 (yetmiş üç manat, altmış üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh Bayramov Nəriman Qədim oğlundan alınıb İddiaçı QSC BOKT-a ödənilsin. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2025-ci il tarixli, 1059 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdeh Bayramov Nəriman Qədim oğlundan alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X8 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu:2, büdcə təsnifatının kodu: 142330) ödənilsin. X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, NQM 018-12/25 nömrəli qiymətləndirmə hesabatına əsasən qiymətləndiricinin xidmət haqqı üçün müəyyən olunmuş 290 (iki yüz doxsan) manat məbləğində xidmət haqqı cavabdeh Bayramov Nəriman Qədim oğlundan alınıb "X2” MMC-nin bank hesabına ("X2” MMC-nin AZ16NİCB**********0001A35090 nömrəli hesabına, VÖEN-**********; "xxxx" ASC-Kod: 507064, VÖEN **********, Müxbir hesab: AZ98NABZ********************, S.W.İ.F.T Kod: NİCBAZ22) ödənilsin. Cavabdehdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma mülkiyyət hüququ Cavabdeh1 (FİN: xxxxxxx; AA2400088; Naxçıvan şəhəri, X6 küçəsi, ev 2) məxsus ünvan 5 ünvanında 0.0698 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 102.1 kv.m olan fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan evin bazar dəyəri 70.540 (yetmiş min beş yüz qırx) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdeh Bayramov Nəriman Qədim oğlunun İddiaçı QSC BOKT-a olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğ ipoteka predmeti olan əmlakın mülkiyyətçisi Cavabdeh1 qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar