Məhkəmə qərarları › İş №e-2-2(123)-378/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-378/2025

15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-378/2025 15.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh Əliyev İbrahim Əli oğluna qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə 22 avqust 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Əliyev İbrahim Əli oğlu arasında bağlanmış 10 dekabr 2024-cü il tarixli, 541979-CNS-62421 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 9.664,51 (doqquz min altı yüz altmış dörd manat əlli bir qəpik) AZN məbləğində əsas borcu, 999.57 (doqquz yüz doxsan doqquz manat əlli yeddi qəpik) AZN məbləğində faiz borcu, ümumilikdə isə 10.664,08 (on min altı yüz altmış dörd manat səkkiz qəpik) AZN pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 121.99 AZN dövlət rüsumunun Əliyev İbrahim Əli oğlundan tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində Əliyev İbrahim Əli oğlunun (bundan sonra mətndə İ.Ə.Əliyev) xx.xx.2024-cü il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında X2” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, 10 dekabr 2024-cü il tarixli, 541979-CNS-62421 saylı“Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-nə (bundan sonra mətndə Bank) müraciət etdiyini və ona istehlak məqsədilə illik 22 (iyirmi iki) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 10.000 (on min) manat məbləğində kredit verilməsini xahiş etdiyini, yəni təklif (oferta) verdiyini, Bankın isə aksept etdiyini, yəni təklifi qəbul etdiyini, bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən İ.Ə.Əliyevə ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verildiyini və kredit vəsaitinin “Bank xidmətlərinin göstərilməsi haqqında X2”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən cavabdehin kart hesabına köçürüldüyünü, “Bank xidmətlərinin göstərilməsi haqqında X2”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən Bankın krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürdüyünü, Bankın kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim etdiyini və müştərinin onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verdiyini, cavabdeh İ.Ə.Əliyevin kredit vəsaitindən istifadə etdiyini, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etmədiyini və nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə Banka 9.664,51 (doqquz min altı yüz altmış dörd manat əlli bir qəpik) AZN məbləğində əsas borcunun, 999.57 (doqquz yüz doxsan doqquz manat əlli yeddi qəpik) AZN məbləğində faiz borcunun, ümumilikdə isə 10.664,08 (on min altı yüz altmış dörd manat səkkiz qəpik) AZN məbləğində borcunun qaldığını, “Bank xidmətlərinin göstərilməsi haqqında X2”nin 2.1-ci bəndinə əsasən akseptin müştərinin Banka təqdim etdiyi ərizə-razılaşmanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra "Mülki Məcəllə”) 409.1-ci maddəsinə uyğun olaraq qeyd-şərtsiz qəbul etməsi barədə həmin ərizə-razılaşmada imza etməklə və Bankın möhürü ilə təsdiqlənməsi ilə ifadə olunan Bankın yazılı cavabı olduğunu, İ.Ə.Əliyev tərəfindən imzalanmış 10 dekabr 2024-cü il tarixli, 541979-CNS-62421 “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsindən İ.Ə.Əliyevin “Bank xidmətlərinin göstərilməsi haqqında X2” ilə tanış olduğunun və həmin şərtləri qəbul etdiyinin müəyyən edildiyini, “Bank xidmətlərinin göstərilməsi haqqında X2”nə əsasən isə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyin və onların pozulmasına yol verməməyin müştərinin, yəni “kredit alan”ın vəzifəsi olduğunu (7.5, 7.16 və 10.9.7-ci bəndlər), “Bank xidmətlərinin göstərilməsi haqqında X2”nə əsasən «ödəniş cədvəli» ilə müəyyən edilən müddətlər “kredit alan” tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda (11.1.3-cü bənd) və ya “kredit alan” bu müqavilə ilə müəyyənləşdirilən vəzifələrindən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə (11.1.4-cü bənd) Bankın kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimənin ödənilməsini və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququna malik olduğunu, “Bank xidmətlərinin göstərilməsi haqqında X2”nin 7.26.3-cü bəndinə əsasən ... Bu Müqavilə üzrə gecikdirilmiş kreditə görə, birdəfəlik kreditlər üzrə, hər gecikdirilən gün üçün ərizə-razılaşmada göstərilən cərimənin tətbiq edildiyini, “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsindən isə gecikdirilmiş borc üzrə hər gecikdirilən gün üçün hər tam və ya natamam 10 AZN üçün 0,02 AZN məbləğində cərimə hesablandığının müəyyən edildiyini, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən İ.Ə.Əliyevə dəfələrlə xəbərdarlıq edildiyini, lakin bundan sonra da, qeyd olunan kredit müqaviləsinin şərtlərinin onun tərəfindən yerinə yetirilmədiyini və öhdəliklərin lazımınca icra edilmədiyini, həmçinin Bank tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 121.99 manat məbləğində dövlət rüsumunun da cavabdeh İ.Ə.Əliyevdən tutulmalı olduğunu hesab etdiklərini, belə ki, cavabdeh İ.Ə.Əliyev kredit müqaviləsi üzrə borcu qaytarmalı olduğuna dair vəzifələrini icra etməməsi nəticəsində Bankın məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə zərər çəkdiyini, buna görə də, dövlət rüsumunun da, cavabdehlərdən İ.Ə.Əliyevdən tutulmalı olduğunu, cavabdeh İ.Ə.Əliyev sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan (VOEN 1********) həmçinin kredit dövriyyə vəsaitlərinin artırılması təyinatı ilə verildiyindən hazırki kommersiya mübahisəsinə mülki məhkəmə icraatı qaydasında Naxçıvan Kommersiya Məhkəməsində baxılmalı olduğunu hesab etdiklərini qeyd etməklə tələbini əsaslandırmış, o cümlədən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 405.2-ci, 407.1-ci, 408.1-ci, 409.1-ci, 417.1-ci, 418.1-ci, 442-ci, 443.1-ci, 462.1-ci, 739.1-ci maddələrinə, Azərbaycan Rеspublikası Mülki Prоsеssual Məcəlləsinin 10-1.1-ci, 26.1-ci, 34-cü, 35.1-ci, 119.1-ci maddələrinə istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçı ASC xx.xx.2025-ci il tarixdə elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq həmin ərizədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Əliyev İbrahim Əli oğlu qarşı “Nağd pul krediti müqavilə”si tələbinə dair e-2-2(123)-378/2025 saylı mülki iş üzrə baxış iclası xx.xx.2025-ci il tarixə saat 16:05-a təyin edildiyini, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddianı müdafiə etdiklərini, İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan iş üzrə baxış iclasının keçirilməsini xahiş etmişlər. 15 dekabr 2025-ci il tarixə, saat 16:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi Nümayəndə, o cümlədən, cavabdeh Əliyev İbrahim Əli oğlu məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsini və xəbərdar edilmələri barədə sənədlərin iş materiallarında olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli “Bank Xidmətlərinin Göstərilməsinə dair X2”nin "xxxx" hissəsinin: 1-ci bəndinə əsasən Müştəri Bank VTB (Azərbaycan) ASC (sonradan Bank) tərəfindən təklif olunan məhsul və/və ya xidmətlərdən istifadə etmək məqsədilə müraciət etdiyi, habelə istifadə etməyə başladığı və ya mövcud istifadəni davam etdirdiyi halda Bank Xidmətlərinin göstərilməsinə dair X2 (mətn üzrə sonradan Ümumi Şərtlər) Müştəri ilə Bank arasında yaranan münasibətlərə tətbiq edilir. 2-ci bəndinə əsasən Müştəri Bank tərəfindən təklif olunan məhsul və/və ya xidmətlərdən istifadə etmək məqsədilə müraciət etdiyi, habelə istifadə etməyə başladığı və ya mövcud istifadəni davam etdirdiyi halda bu Ümumi Şərtlərin tələbləri ilə razılaşdığını bəyan etmiş olur. Bank bu Ümumi Şərtlərin tamamilə və ya onun bir hissəsinin yenilənməsi (əlavə və dəyişikliklər edilməsi) hüququnu müstəsna olaraq özündə saxlayır. X3 habelə bütün digər yenilənmələrlə X5 Səhifəsində tanış olmaq olar. 4-cü bəndinə əsasən bu Ümumi Şərtlər özü ayrılıqda müqavilə hesab edilmir. Müştəri ona təqdim olunmuş və bank xidmətləri ilə bağlı dispozitiv və mühüm (xüsusi) şərtləri əks etdirən Ərizə-Razılaşmanı Banka təqdim etməklə, hazırki Ümumi Şərtlərin tələb və müddəalarını qəbul etmiş hesab edilir və xidmətlərin dəyərini Bankın qüvvədə olan Tariflərinə (sonradan Tariflər) və Ərizə-Razılaşmaya əsasən ödəməyi öhdəsinə götürür. Müqavilə bağlandığı andan Ümumi Şərtlər və Tariflər, o cümlədən onlara əlavə və dəyişikliklər Müqavilənin tərkib hissəsinə çevrilir. 5-ci bəndinə əsasən Müqavilənin bağlanması Tərəflər üçün hər hansı bir məhdudiyyət tətbiq edilmədən Ümumi Şərtlərin, Limit Sazışının (Bank məhsuluna nisbətdə tətbiq edildiyi zaman), Ərizə-Razılaşmanın, Tariflərin və Valyuta Məzənnəsinin tam və qeyd-şərtsiz qəbul edildiyi anlamına gəlir. 11-ci bəndinə əsasən X10-Razılaşmada göstərilən xidmətlərə nisbətdə qüvvədə olacaq. 15-ci bəndinə əsasən Müştəri Bankın təklif etdiyi məhsul və ya xidmətlərdən istifadə etmək niyyətini bildirdikdə, bu Ümumi Şərtlərin müddəalarını qəbul etdiyini Banka bildirmək üçün ona təklif edilən Ərizə-Razılaşmanı, Limit Sazışıni (Bank məhsuluna nisbətdə tətbiq edildiyi zaman) imzalamaqla Banka təqdim etməlidir. Ərizə-Razılaşmanı imzalamaqla, Müştəri bəyan etmiş olur ki, bu Ümumi Şərtləri oxuyub , bütün müddəaları ona aydındır və bu faktı təsdiq edir. 17-ci bəndinə əsasən fiziki və hüquqi şəxslər onlara təqdim olunmuş və bank xidmətləri ilə bağlı dispozitiv və mühüm şərtləri əks etdirən Ərizə-Razılaşmanı Banka təqdim etməklə, bu Ümumi Şərtlərin tələb və şərtlərini qəbul etmiş hesab edilir və Bankla yaranan münasibətlərin hazırki Ümumi Şərtlər və onunla əlaqəli digər sənədlər əsasında tənzimlənməsinə, həmçinin Bankın təklif etdiyi xidmətlərdən bu Müqavilədə əks olunan şəkildə istifadə etməyə razılıq verir və qeyd edilən xidmətlərin dəyərini Bankın qüvvədə olan tariflərinə (mətn üzrə - Tariflər) əsasən ödəməyi öhdəsinə götürür. Bankın tətbiq etdiyi xidmət haqqı üzrə Tariflər X5 Səhifəsində və ya Banka aid olan digər elektron informasiya resursunda yerləşdirilir. “4. DBX SİSTEMİNDƏ XİDMƏT GÖSTƏRİLMƏSİ” hissəsinin: 6.6-cı bəndinə əsasən X7 üzrə öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımi şəkildə yerinə yetirilməməsinə görə Tərəflər qüvvədə olan qanunvericiliyə və X7in müddəalarına uyğun olaraq məsuliyyət daşıyır. 6.11-ci bəndinə əsasən Müştəri tərəfdən Müqavilə şərtlərinin pozulması, öhdəliklərin tam və vaxtında icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı bütün əlverişsiz nəticələrin yaranmasına və ya zərərə görə riskləri Müştəri özü daşıyır. “7. KREDİT” hissəsinin: 3-cü bəndinə əsasən Müqavilədə nəzərdə tutulmuş şərtlərin Müştəri (kreditləşmə məqsədləri üçün sonradan mətn üzrə Kredit alan və ya borc alan adlandırıla bilər) tərəfindən yerinə yetirilməsindən sonra Kreditin təqdim edilməsi Bank tərəfindən Kreditin cari hesaba köçürülməsi yolu ilə həyata keçirilir. Müvafiq Ərizə-Razılaşma əsasında təqdim edilən Kredit məbləği Müştərinin ona dair sərəncam hüququnun yarandığı gün Kreditin verildiyi gün hesab olunur. Qeyd olunan sərəncam hüququnun yarandığı anadək Müştəri Kreditin alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər. 4-cü bəndinə əsasən faizlər kreditin verilmə tarixindən etibarən kredit tam qaytarılan günədək Müqavilə ilə müəyyənləşdirilən kredit hesabı üzrə borc məbləğinə aylıq 30 (otuz) təqvim günü, illik isə 360 (üç yüz altmiş) gün hesabı ilə gündəlik olaraq hesablanır. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız Kreditin qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 16-cı bəndinə əsasən Müştəri bu Ümumi Şərtlər ilə müəyyən olunan şərtlərlə və qaydada krediti Banka qaytarmalıdır və faizləri, həmçinin hazırkı Müqavilədə nəzərdə tutulan digər ödənişləri ödəməlidir. 25.5-ci bəndinə əsasən Müştəri Ödəniş cədvəlinə uyğun olaraq odənişi lazımi qaydada etmədikdə və bu Müqavilə ilə müəyyən edilmiş, pul öhdəliyinin vaxtından əvvəl tam icrası ilə bağlı Bankın pretenziyasını (bildiriş) göstərilən müddət ərzində icra etmədikdə gecikdirilmiş kredit yaranır və gecikdirilmiş kredit hesablarında əks etdirilir. “10. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ” hissəsinin: 2.3-cü bəndinə əsasən bu Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək Bankın kreditlər üzrə vəzifələridir. 5.7-ci bəndinə əsasən «Kredit alan»dan «Bank» qarşısında öhdəliklərin hazırki Müqaviləyə müvafiq vaхtında və lazımi səviyyədə yerinə yetirməyi tələb etmək Bankın kreditlər üzrə hüququdur. 7.2-ci bəndinə əsasən X7 üzrə vəzifələrin vaxtında və lazımınca icra edilməsini və onların pozulmasına yol verilməməsini Müştəridən tələb etmək Bankın Kartlar üzrə hüququdur. 9.7-ci bəndinə əsasən bu Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək Müştərinin Kreditlər üzrə vəzifələridir. 12.4-cü bəndinə əsasən bu Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi Bankdan tələb etmək Müştərinin Kreditlər üzrə hüququdur. xx.xx.2024-cü il tarixli 541979-CNS-62421 №-li Birdəfəlik Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizə-Razılaşmasından görünür ki, bu razılaşma İddiaçı ASC ilə Əliyev İbrahim Əli oğlu arasında bağlanmışdır. Həmin razılaşmaya əsasən Bank tərəfindən Müştəriyə dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün 24 ay müddətinə 10000 (on min) manat məbləğində illik 22% (iyirmi iki) dərəcəsi ilə kreditin verilməsi razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli “ASAN” Finans sistemi vasitəsilə məlumatların alınmasına dair razılıq ərizəsində qeyd olunur ki, Əliyev İbrahim Əli oğlu (FİN: 0WELYEC) bununla razılıq verir ki, “ASAN Finans” sistemi vasitəsilə Şəxsiyyət vəsiqəsi üzrə müəyyən olunan məlumatlar kredit sifarişi məqsədilə Bank VTB (Azərbaycan) ASC-yə təqdim olunsun, bu razılıq 60 ay müddətinə qüvvədədir, razılığın onun yazılı müraciətinə əsasən vaxtından əvvəl ləğv edilə bilməsi ona izah olunmuşdur, bu razılıq əsasında əldə edilmiş məlumatların saxlanma müddəti müvafiq xidmətdən istifadə müddəti ilə eynidir və həmin xidmətə xitam verildikdən sonra məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada arxivləşdirilsin. “Kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi Qaydası”na Əlavə olan xx.xx.2024-cü il tarixdə tərtib olunmuş kredit tarixçəsinin tərtib edilməsi üçün məlumatların kredit bürosuna təqdim edilməsinə və ya kredit bürosundan kredit hesabatının əldə edilməsinə dair razılıq ərizəsindən görünür ki, fiziki şəxs Əliyev İbrahim Əli oğlu (FİN: 0WELYEC, AZE15797337, VÖEN: **********) və razılıq verilən kredit bürosu Bank VTB (Azərbaycan) ASC-dir (VÖEN: **********). Bu razılıq ərizəsində: Məlumatın toplanılmasına və işlənilməsinə kredit tarixçəsi subyektinin münasibəti aşağıdakı kimidir: Haqqında toplanmış məlumatların kredit bürosundan əldə edilməsinə razıdır; Haqqında toplanan məlumatların kredit bürosuna təqdim edilməsinə razıdır; Toplanılmasına və işlənilməsinə razılıq verilmiş məlumatlar bütün məlumatları təşkil edir; Məlumatların transsərhəd ötürülməsinə razıdır; Məlumatların “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3cü maddəsində nəzərdə tutulmuş hallarda başqa kredit bürosuna ötürülməsinə razıdır; Məlumatın saxlanma müddəti başa çatdıqdan və ya kredit tarixçəsi subyektinin ölümündən sonra arxivləşdirilsin; Kredit tarixçəsi subyektlərinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi və kredit tarixçəsinin subyektlərinə fərdi kredit reytinqlərinin verilməsinə razıdır. Bank əməliyyatlarının müşayiəti şöbəsinin arayışına əsasən Əliyev İbrahim Əli oğlunun Bank VTB (Azərbaycan) ASC-yə 541979-CNS-62421 saylı, xx.xx.2024-cü il tarixli “Nağd pul krediti müqaviləsi” üzrə xx.xx.2025-cü il tarixinə olan əsas borcu 9664.51 manat, faiz üzrə borcu 999.57 manat, cəmi borc məbləği 10664.08 manatdır, müqavilə üzrə öhdəliyini xx.xx.2025-cü il tarixdən icra etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, Hazırkı iş üzrə tərəflər arasında Birdəfəlik Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizə- Razılaşmasından irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Təqdim edilmiş sübutlara əsasən pul vəsaitlərinin borclunun hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Lakin cavabdeh Əliyev İbrahim Əli oğlu tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik yerinə yetirilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və iddia ərizəsi təmin edilməlidir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. xx.xx.2024-cü il tarixli 541979-CNS-62421 №-li Birdəfəlik Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizə-Razılaşmasına İddiaçı ASC tərəfindən Əliyev İbrahim Əli oğluna 24 ay müddətinə, illik 22% (iyirmi iki) faiz dərəcəsi ilə 10000 (on min) manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, hər iki tərəfin iradə ifadəsi və qarşılıqlı razılığı əsasında kredit müqaviləsinin bağlanması, qarşılıqlı hüquq və vəzifələr müəyyən etməklə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranmasına əsas olmuşdur. Belə ki, kredit alan Əliyev İbrahim Əli oğlu kredit müqaviləsinin tələbini pozaraq ödənişləri yubatmış, Əliyev İbrahim Əli oğlunun xx.xx.2025-ci il tarixinə banka xx.xx.2024-cü il tarixli “Nağd pul krediti müqaviləsi” üzrə əsas məbləğ üzrə borcu 9664.51 manat, faiz üzrə borcu 999.57 manat olmaqla, ümumilikdə 10664.08 manat kredit borcu qalmış, qeyd edilən hal ilə əlaqədar maliyyə arayışı iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı xx.xx.2024-cü il tarixli 541979-CNS- 62421 №-li Birdəfəlik Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizə-Razılaşması üzrə cavabdeh tərəfindən öhdəliklərin lazımınca icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Odur ki, məhkəmə iddiaçının pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə yaranmış əsas borc və faizlərin ödənilməsi hissədə tələb hüququnun olduğunu bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-378/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2025-ci il tarixli, 1024 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları, maliyyə arayışı və xx.xx.2024-ci tarixli 541979-CNS-62421 saylı kredit müqaviləsi şərtlərinə əsasən, cavabdeh Əliyev İbrahim Əli oğlunun, "Bank VTB (Azərbaycan)" ASC-nə kredit üzrə xx.xx.2025-ci il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 9675,67 (doqquz min altı yüz yetmiş beş manat, altmış yeddi qəpik) manat, faiz borcu 957,89 (doqquz yüz əlli yeddi manat səksən doqquz qəpik) manat olmaqla, "Bank VTB (Azərbaycan)" ASC-nə ümumilikdə borcu 10633,56 (on min altı yüz otuz üç manat, əlli altı qəpik) manat təşkil edir. İddiaçı ASC-nin cavabdeh Əliyev İbrahim Əli oğlundan tələb etdiyi məbləğ xx.xx.2024cü il tarixli 541979-CNS-62421 №-li Birdəfəlik Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizə- Razılaşması üzrə 9.664,51 (doqquz min altı yüz altmış dörd manat əlli bir qəpik) manat məbləğində əsas bоrc, 999.57 (doqquz yüz doxsan doqquz manat əlli yeddi qəpik) manat məbləğində faiz bоrcu olmaqla, cəmi 10.664,08 (on min altı yüz altmış dörd manat səkkiz qəpik) manat təşkil edir. X8 Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2025-ci il tarixli, 1024 nömrəli ekspert rəyinə əsasən cavabdeh Əliyev İbrahim Əli oğlunun, "Bank VTB (Azərbaycan)" ASC-nə kredit üzrə olan əsas borcu 9675,67 (doqquz min altı yüz yetmiş beş manat, altmış yeddi qəpik) manat, faiz borcu 957,89 (doqquz yüz əlli yeddi manat səksən doqquz qəpik) manat olmaqla, "Bank VTB (Azərbaycan)" ASCnə ümumilikdə borcu 10633,56 (on min altı yüz otuz üç manat, əlli altı qəpik) manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli 541979-CNS-62421 №-li Birdəfəlik Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizə-Razılaşması üzrə iddia tələbində göstərilən əsas borc və faiz borcunun məbləğləri ekspert rəyində göstərilən əsas borc və faiz borcunun məbləğlərindən fərqli olduğundan məhkəmə 04 noyabr 2025-ci il tarixli, 1024 nömrəli ekspert rəyi ilə razılaşaraq, belə qənaətə gəlir ki, cavabdeh Əliyev İbrahim Əli oğlunun İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli 541979-CNS-62421 №-li Birdəfəlik Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizə-Razılaşması üzrə əsas borcu 9675,67 (doqquz min altı yüz yetmiş beş manat, altmış yeddi qəpik) manat, faiz borcu 957,89 (doqquz yüz əlli yeddi manat səksən doqquz qəpik) manat olmaqla, ümumilikdə borcu 10633,56 (on min altı yüz otuz üç manat, əlli altı qəpik) manatdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi 99,71% əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 10.664,08 (on min altı yüz altmış dörd manat, səkkiz qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 121,99 (bir yüz iyirmi bir manat, doxsan doqquz qəpik) manat olaraq müəyyən edilir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən ********** nömrəli, xx.xx.2025-ci il tarixli qəzblə 121,99 (bir yüz iyirmi bir manat, doxsan doqquz qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC tərəfindən ödənildiyi görünməkdədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Lakin iddia üzrə tələb qismən, yəni 99,71% təmin edildiyindən dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasibətdə (121,99 x 99,71%) 121,64 manat məbləği cavabdeh Əliyev İbrahim Əli oğlundan alınıb İddiaçı ASC-yə ödənilməli, qalan hissədə iddia təmin edilməməli olduğundan dövlət rüsumunun 0,35 manat məbləği İddiaçı ASC-yə aid edilməlidir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-378/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2025-ci il tarixli, 1024 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin iddianın təmin olunmuş 99,71% hissəsinə mütənasib olaraq 59,83 manat məbləği cavabdeh Əliyev İbrahim Əli oğlundan, qalan 0,17 manat məbləği isə İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN: **********) X4 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu: 2, büdcə təsnifatının kodu: 142330) ödənilməlidir. Nəticədə, iddia qismən, yəni 99,71% təmin edilməli, xx.xx.2024-cü il tarixli 541979-CNS- 62421 №-li Birdəfəlik Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizə-Razılaşmasına əsasən əsas borc üzrə 9675,67 (doqquz min altı yüz yetmiş beş manat, altmış yeddi qəpik) manat, faiz borcu üzrə 957,89 (doqquz yüz əlli yeddi manat, səksən doqquz qəpik) manat olmaqla, ümumilikdə 10633,56 (on min altı yüz otuz üç manat, əlli altı qəpik) manat cavabdeh Əliyev İbrahim Əli oğlundan alınıb İddiaçı ASC-yə ödənilməli, ödənilmiş 121,99 (bir yüz iyirmi bir manat, doxsan doqquz qəpik) manat dövlət rüsumunun 121,64 manat məbləği cavabdeh Əliyev İbrahim Əli oğlundan alınıb İddiaçı ASC-yə ödənilməli, qalan hissədə iddia təmin edilmədiyindən 0,35 manat məbləğ İddiaçı ASC-yə aid edilməli, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2025-ci il tarixli, 1024 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin 59,83 manat məbləği cavabdeh Əliyev İbrahim Əli oğlundan, qalan 0,17 manat məbləği isə İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN: **********) X4 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu: 2, büdcə təsnifatının kodu: 142330) ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli 541979-CNS-62421 №-li Birdəfəlik Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizə-Razılaşmasına əsasən əsas borc üzrə 9675,67 (doqquz min altı yüz yetmiş beş manat, altmış yeddi qəpik) manat, faiz borcu üzrə 957,89 (doqquz yüz əlli yeddi manat, səksən doqquz qəpik) manat olmaqla, ümumilikdə 10633,56 (on min altı yüz otuz üç manat, əlli altı qəpik) manat cavabdeh Əliyev İbrahim Əli oğlundan (VÖEN: **********; FİN: 0WELYEC; Ş/V seriya nömrəsi: AZE15797337, qeydiyyatda olduğu ünvan: Babək rayonu, Məmmədrza Dizə kəndi), alınıb İddiaçı ASC-yə (VÖEN: **********) ödənilsin. 121,64 (bir yüz iyirmi bir manat, altmış dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh Əliyev İbrahim Əli oğlundan alınıb İddiaçı ASC-yə ödənilsin. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2025-ci il tarixli, 1024 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin 59,83 (əlli doqquz manat, səksən üç qəpik) manat məbləği cavabdeh Əliyev İbrahim Əli oğlundan, qalan 0,17 (on yeddi qəpik) manat məbləği isə İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN: **********) X4 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu: 2, büdcə təsnifatının kodu: 142330) ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar