Məhkəmə qərarları › İş №e-2-2(123)-38/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-38/2024

26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-38/2024 26.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti və iddiaçının nümayəndəsi Nümayəndə2 02 oktyabr 2023-cü il tarixdə elektron qaydada kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 6120.07 manat məbləğində kredit bоrcu, 512.55 manat məbləğində faiz bоrcu və 122.7 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 6755.32 manat məbləğində bоrcun və 100 manat mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı QSC ilə Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli- 001L**********58 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən X1 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açıldığını, (xx.xx.2021-ci il tarixli 001L**********58 saylı uzunmüddətli kredit və təminat müqaviləsinin notarial qaydada təsdiq olunmuş surəti ərizəyə əlavə olunur), Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixli 001R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında aylıq faiz dərəcəsi 20 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 (səkkiz min) manat məbləğində məbləğində kredit götürdüyünü, (xx.xx.2022-ci il tarixli 001R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma notarial qaydada təsdiq olunmuş surəti ərizəyə əlavə olunur), onun, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatdığını, kredit müqaviləsi üzrə xx.xx.2023- cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmadığını, Cavabdeh2 götürdüyü krеdit bоrcundan 1879.93 manat ödədiyini, onun 6120.07 manat məbləğində kredit borcu qaldığını, Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün faizin bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablandığını, qeyd edilənlərə əsasən Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 132 gün üçün hesablanmış faiz borcunun 512.55 manat təşkil etdiyini, (maliyyə arayışının əsli ərizəyə əlavə olunur), Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməli olduğunu, xx.xx.2023-cü il tarixə 132 gün üçün hеsablanmış cərimənin 122.7 manat təşkil etdiyini, Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditorun müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malik olduğunu, (Xəbərdarlıq məktublarının və xəbərnamələrin surəti ərizəyə əlavə edilir), uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zaminin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyünü və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıdığını, həmin müqavilənin 11.4-cü bəndinə əsasən zaminin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürdüyünü, həmin müqavilənin 11.7-ci bəndinə əsasən zaminin müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıdığını təsdiq və bəyan etdiyini qeyd etməklə əsaslandırmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 442-ci, 445.2.1-ci, 448.1-ci, 465.2-ci, 467-ci, 472.1-ci, 472.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci, 501-ci maddələrinə istinad etmiş, hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya təşkilatına müraciət edildiyini, bu barədə xx.xx.2023-cü il tarixli arayış verildiyini, Mediasiya xərcləri olaraq İddiaçı QSC tərəfindən 100 manat haqq ödənildiyini, (Mediasiya arayışının və mediasiya xərcinin ödənilməsinə dair ödəniş tapşırığının əsli əlavə olunur), “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəfin çəkdiyi xərc həddində dövlət rüsumundan azad edildiyini, hazırda iddianın məbləğinə mütənasib dövlət rüsumunun məbləğinin 87.56 manat məbləğində olduğunu, lakin İddiaçı QSC tərəfindən 100 manat mediasiya xərci ödənildiyindən “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən İddiaçı QSC-nin dövlət rüsumunu ödəməkdən azad olduğunu qeyd etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-276/2023 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, xx.xx.2023-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibat ekspertizası təyin edilmiş, xx.xx.2024-cü il tarixli, e-2-2(123)-38/2024 saylı qərardadı ilə işə baxılma müddəti 2 ay müddətinə uzadılmışdır. 26 aprel 2024-cü il tarixə, saat 10:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, o cümlədən, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə Məhkəməyə ərizə göndərərək iş üzrə iddia tələblərini müdafiə etdiklərini xx.xx.2024-cü il tarixinə təyin edilmiş məhkəmə baxışı iclasını iştirakları olmadan keçirərək iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 15 avqust 2023-cü il tarixli, A-1127/2023 nömrəli X2 İştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə keçirilən X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirak etməmiş, o cümlədən, iddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. **********2308 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı QSC-nin müştərisi olan Cavabdeh2 001R********** saylı xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixinə olan vəziyyətə dair əsas məbləğ üzrə borcu 6120.07 manat, faiz üzrə bocu 512.55 manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 132 gün olmaqla cərimə borcu 122.7 manat təşkil etmiş, cəmi borcu isə 6755.32 manat məbləğində müəyyən edilmişdir. 29 iyun 2022-ci il tarixli, 001L**********58 saylı “Uzunmüddətli kredit və təminat müqaviləsi”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, bu müqavilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə kredit alan Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 hesabına 120 ay müddətinə 100.000 (bir yüz min) manat məbləğində kredit xətti açılmış və verilən hər bir kredit üzrə kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə müqavilənin tələbləri nəzərə alınmaqla kredit sazişi ilə müəyyən edilmişdir. Həmin müqavilənin: 4.9-cu bəndinə görə Bank, kredit alan krediti və kredit faizini Banka vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. 12.1.2-ci bəndinə görə kredit alan müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, kredit faizini və digər ödənişləri həmin müqavilədə razılaşdırılmış qaydada və olduğu təqdirdə ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditorun müqaviləyə vaxtından əvvəl xitam vermək və hər bir qaytarılmalı kredit üçün kredit borcunu, faiz bоrcunu, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb etmək hüququna malikdir. xx.xx.2022-ci il tarixli, 001L**********58 saylı “Uzunmüddətli kredit və təminat müqaviləsi” üzrə Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2022-ci il tarixli, 001R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmanın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 20 ay müddətinə faktiki illik faiz dərəcəsi 28.21% olmaqla, 8000 (səkkiz min) manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı təşkilatın möhürü ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli “Kreditin verilməsiköçürmə” adlı sənəddən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 8000 (səkkiz min) manat məbləğində pul vəsaiti Cavabdeh2 hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli, 001L**********58 saylı “Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında bağlanmış xx.xx.2022-ci il tarixli, 001R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmanın ödəniş planının təsdiq olunmuş surətindən görünür ki, 29 iyun 2022-ci il tarixdə kredit alan Cavabdeh2 aylıq 2.1667% dərəcəsilə verilmiş 8000 (səkkiz min) manat məbləğində kreditin və ona hesablanmış faizlərin 04 avqust 2022-ci il tarixdən 04 mart 2024-cü il tarixə kimi müvafiq məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı QSC tərəfindən 01 dekabr 2023-cü il tarixdə elektron qaydada məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, məhkəməyə müraciət edildikdən sonra cavabdehlər tərəfindən müəyyən ödəniş edilmiş, buna dair yeni maliyyə arayışı elektron sistemə əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli, OUT-2023/12/01-2 nömrəli maliyyə cədvəlindən görünür ki, İddiaçı QSC-nin müştərisi olan Cavabdeh2 001R********** saylı xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixinə olan vəziyyətə dair əsas məbləğ üzrə borcu 5120.07 manat, faiz üzrə bocu 962.49 manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 298 gün olmaqla cərimə borcu 364.64 manat təşkil etmiş, cəmi borcu isə 6447.20 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Belə ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 001L**********58 saylı “Uzunmüddətli kredit və təminat müqaviləsi” üzrə xx.xx.2022-ci il tarixli, 001R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşmanın bağlanması və təqdim edilmiş sübutlardan iddiaçı təşkilatın möhürü ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli “Kreditin verilməsi-köçürmə” adlı sənədə əsasən 8000 (səkkiz min) manat məbləğində kreditin borclu Cavabdeh2 hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən 08 may 2023-cü il tarixdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məktub ünvanlanaraq gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. “Uzunmüddətli kredit və təminat müqaviləsi”nin 12.1.2-ci bəndində kredit alanın müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, kredit faizini və digər ödənişləri həmin müqavilədə razılaşdırılmış qaydada və olduğu təqdirdə ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditorun müqaviləyə vaxtından əvvəl xitam vermək və hər bir qaytarılmalı kredit üçün kredit borcunu, faiz bоrcunu, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb etmək hüququ nəzərdə tutulduğundan və iş materiallarında olan sübutların tədqiqi zamanı borclunun öhdəliyin icrasını pozulduğu müşayiət edildiyindən kreditorun öhdəliyin icrasını vaxtından əvvəl tələb etməkdə haqlı olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Belə ki, kredit alan Cavabdeh2 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmadığından adına 132 gün gecikdirilmiş gün hesablanmış, xx.xx.2023-cü il tarixinə olan vəziyyətə dair əsas məbləğ üzrə borcu 6120.07 manat, faiz üzrə bocu 512.55 manat, cərimə borcu 122.7 manat olmaqla cəmi öhdəliyi 6755.32 manat təşkil etmiş, qeyd edilən halın ilə əlaqədar **********2308 saylı maliyyə arayışı iş materiallarına əlavə edilmişdir. Bununla yanaşı İddiaçı QSC tərəfindən 01 dekabr 2023-cü il tarixdə elektron qaydada məhkəməyə ərizə təqdim edilərək həmin ərizədə məhkəməyə müraciət edildikdən sonra cavabdehlər tərəfindən müəyyən ödənişlər edildiyi, buna dair yeni maliyyə arayışı elektron sistemə əlavə edildiyi qeyd olunmuş, elektron sistemə əlavə edilən xx.xx.2023-cü il tarixli, OUT- 2023/12/01-2 nömrəli maliyyə arayışından isə aydın olmuşdur ki, İddiaçı QSC-nin müştərisi olan Cavabdeh2 001R********** saylı xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixinə olan vəziyyətə dair əsas məbləğ üzrə borcu 5120.07 manat, faiz üzrə bocu 962.49 manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 298 gün olmaqla cərimə borcu 364.64 manat təşkil etmiş, cəmi borcu isə 6447.20 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin borcunun ödənilməsinə dair iddiaçı tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli, OUT-2023/12/01-2 nömrəli maliyyə arayışı təqdim edilməsinə baxmayaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim edilmədiyindən iddia tələbinə 02 oktyabr 2023-cü il tarixli ərizə əsasında baxılması, cavabdeh tərəfindən icra edilmiş ödənişlərin isə nəticədə məhkəmə tərəfindən müəyyən edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2024-cü il tarixli, 59 nömrəli rəyindən görünür ki, Təqdim olunmuş hesabdan çıxarış məlumatları və 29 iyun 2022ci il tarixli, 001R********** saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2, İddiaçı QSCyə kredit üzrə xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 6312,66 (altı min üç yüz on iki manat altmış altı qəpik) manat, faiz borcu 498,55 (dörd yüz doxsan səkkiz manat, əlli beş qəpik) manat, xx.xx.2023-ci il tarixə isə (sualda göstərilən tarix) olan əsas borcu 6188,02 (altı min yüz səksən səkkiz manat, iki qəpik) manat, faiz borcu 507,49 (beş yüz yeddi manat qırx doqquz qəpik) manat təşkil edir. Təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırkı tədqiqatla Cavabdeh2 cərimə hesablanmamışdır. Belə ki, məhkəmə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2024-cü il tarixli, 59 nömrəli ekspert rəyinə münasibətdə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Lakin bir halı da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə ki, iddiaçının tələbinə nəzər saldıqda görünür ki, müqaviləyə əsasən İddiaçı QSC-nin xeyrinə əsas borc üzrə 6120.07 manat məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi xahiş edilmişdir. Belə olduqda, məhkəmə 06 fevral 2024-cü il tarixli, 59 nömrəli ekspert rəyi ilə qismən, yəni ekspert rəyində əsas borc üzrə xx.xx.2023-cü il tarixə hesablanmış 6312,66 (altı min üç yüz on iki manat altmış altı qəpik) manat məbləğin 6120.07 (altı min bir yüz iyirmi 07 qəpik) manat hissəsində razılaşdığı, cavabdehin xx.xx.2023-cü il tarixə olan faiz borcunun isə ekspert rəyində müəyyən edilmiş 498,55 (dörd yüz doxsan səkkiz manat, əlli beş qəpik) manat olduğu qənaətinə gəlir. Həmçinin məhkəmə iddiaçının Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSCnin xeyrinə 122.7 manat cərimə məbləğinin tutulması barədə qətnamə çıxarılması tələbinə dair hissədə qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2024-cü il tarixli, 59 nömrəli rəyi ilə müəyyən edilmiş hala əsasən hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırkı tədqiqatla Cavabdeh2 cərimə hesablanmadığından, habelə təqdim edilmiş ekspert rəyinə münasibətdə iddiaçı tərəf 23 fevral 2024-cü il tarixdə elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə etiraz etmədiyini bildirdiyindən məhkəmə iddia tələbinin cərimə məbləğinə dair hissədə təmin edilməməsi qənaətindədir. Bundan əlavə iddiaçı tərəfindən təqdim edilmiş və 06 fevral 2024-cü il tarixli, 59 nömrəli ekspert rəyinin tədqiqi hissəsində öz əksini tapan hesabdan çıxarışdan müəyyən olunur ki, Cavabdeh2 tərəfindən, tələbin son tarixindən yəni xx.xx.2023-cü il tarixdən sonra xx.xx.2023-cü il tarixdə iddiaçının xeyrinə 1000 (bir min) manat məbləğində ödəniş icra edilmişdir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Bundan əlavə “Uzunmüddətli kredit və təminat müqaviləsi” əsasında müqavilədən irəli gələn öhdəliklərinin icrasını təmin ediməsi məqsədilə cavabdеh Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Belə ki, zamin Cavabdeh1 həmin müqaviləyə əsasən kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyət daşımağı və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşımağı, müqavilə üzrə kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz üzərinə götürmüşdür. Bu hal onu deməyə əsas verir ki, zamin borcalanla birlikdə kreditor qarşısında birgə məsuliyyət daşıdığından krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini də icra еtməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin həmin Məcəllənin, 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi 97,98% əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Əvvəla məhkəmə qeyd edir ki, 15 avqust 2023-cü il tarixli, A-1127/2023 nömrəli X2 İştirak edilməməsi barədə arayışa əsasən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə keçirilən X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirak etməmiş, o cümlədən, iddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Bununla yanaşı hazırkı iş üzrə iddia tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 87,55 (səksən yeddi manat 55 qəpik) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Göstərilən hal ilə əlaqədar olaraq, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilən 100 (bir yüz) manat məbləğində mediasiya xərci ödənilməli olan 87,55 (səksən yeddi manat 55 qəpik) manat məbləğində dövlət rüsumunu əhatə etdiyindən iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respubliası Qanununa uyğun olaraq iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödəməkdən azad edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X2 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X2 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən maddəyə əsasən keçirilmiş X2 üzrsüz səbəbdən iştirak etməyən tərəf cavabdehlər Cavabdeh2 və Cavabdeh1 olduğundan iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində mediasiya xərci müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olduğu halda iddiaçı, yuxarıda qeyd edildiyi kimi 100 (bir yüz) manat məbləğində mediasiya xərci ödəyərək 87,55 (səksən yeddi manat 55 qəpik) manat məbləğində dövlət rüsumu ödəməkdən azad olduğundan dövlət rüsumu iddianın təmin edilmiş yəni 97,98% hissəsinə mütənasib olaraq 85,78 (səksən beş manat 78 qəpik) manat məbləği cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq dövlət gəlirlərinə ödənilməlidir. Qalan 1,77 (bir manat 77 qəpik) manat hissədə iddiaçı dövlət rüsumundan azad edildiyindən məhkəmə bu məsələyə toxunmur. Bununla yanaşı məhkəmə qeyd edir ki, məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)- 276/2023 saylı qərardadı ilə təyin edilmiş Məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat məbləğində müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, Məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat iddianın təmin edilmiş hissəsinə 97,98%-ə uyğun olaraq 58,79 (əlli səkkiz manat 79 qəpik) manat məbləği müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1, qalan 1,21 (bir manat 21 qəpik) manat məbləği isə İddiaçı QSC-dən alınaraq X4 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********;) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 17 may 2023-cü il tarixə olan 6120.07 (altı min bir yüz iyirmi 07 qəpik) manat məbləğində əsas, 498,55 (dörd yüz doxsan səkkiz manat, əlli beş qəpik) manat məbləğində faiz borcu olmaqla ümumilikdə 6618,62 (altı min altı yüz on səkkiz manat 62 qəpik) manat məbləğində bоrc alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixdə 1000 (bir min) manat məbləğində edilmiş ödəniş borcun yarandığı 17 may 2023-cü il tarixdən sonra ödənildiyindən qətnamə icra edildiyi zaman icra məmuru tərəfindən həmin məbləğ ödənilmiş məbləğ olaraq nəzərə alınmalı, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində mediasiya xərci X2 üzrsüz səbəbdən iştirak etmədiyindən cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, iddiaçının ödəməkdən azad edildiyi və dövlət büdcəsinə ödənilməli olan 87,55 (səksən yeddi manat 55 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 85,78 (səksən beş manat 78 qəpik) manat məbləği cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət gəlirlərinə ödənilməli, Məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat iddianın təmin edilmiş hissəsinə 97,98%-ə uyğun olaraq 58,79 (əlli səkkiz manat 79 qəpik) manat məbləği müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1, qalan 1,21 (bir manat 21 qəpik) manat məbləği isə İddiaçı QSC-dən alınaraq X4 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********;) ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 17 may 2023-cü il tarixə olan 6120.07 (altı min bir yüz iyirmi 07 qəpik) manat məbləğində əsas, 498,55 (dörd yüz doxsan səkkiz manat, əlli beş qəpik) manat məbləğində faiz borcu olmaqla ümumilikdə 6618,62 (altı min altı yüz on səkkiz manat 62 qəpik) manat məbləğində bоrc alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixdə 1000 (bir min) manat məbləğində icra edilmiş ödəniş borcun yarandığı 17 may 2023-cü il tarixdən sonra ödənildiyindən qətnamə icra edildiyi zaman icra məmuru tərəfindən həmin məbləğ ödənilmiş məbləğ olaraq nəzərə alınsın. Cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 100 (bir yüz) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 85,78 (səksən beş manat 78 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə ödənilsin. Məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat iddianın təmin edilmiş hissəsinə 97,98%-ə uyğun olaraq 58,79 (əlli səkkiz manat 79 qəpik) manat məbləği müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1, qalan 1,21 (bir manat 21 qəpik) manat məbləği isə İddiaçı QSC-dən alınaraq X4 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********;) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar