Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-393/2025 19.01.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili-nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 27 avqust 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 ona bu günkü tarixədək ödənilməmiş ümumi 9327 (doqquz min üç yüz iyirmi yeddi) manat borcunun və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 115 (bir yüz on beş) manat dövlət rüsumu məbləğinin, yəni ümumillikdə 9442 (doqquz min dörd yüz qırx iki) manat pul məbləğinin cavabdeh X4 tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(123)- 393/2025 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı ərizəsində X1 2011-2021-ci illər arasında onun rəhbərlik etdiyi “Ruzi” dəyirmanından müxtəlif aralıqlarda və məbləğlərdə bir qismi nağd, bir qismi nisyə olmaqla un satın aldığını, aldığı məhsulların dəyərinin bir qismini sonradan nağd şəkildə hissə-hissə ödədiyini, o sözügedən şəxslə həmkəndli olduqlarını nəzərə alaraq onun bu şəkildə gecikmə ilə ödəməsinə müəyyən qədər göz yumduğunu, o cümlədən, aldığı məhsulun əvəzini naturada ödəməsinə də etiraz etmədiyini, məsələn, borclunun ödənişinin əvəzi kimi müxtəlif vaxtlarda müvafiq olaraq 170 manatlıq kondisioner, 8036 manatlıq kiçikbaş heyvan və 1100 manatlıq böyükbaş mal verməsi hallarının da yaşandığını, Cavabdehlə aralarındakı ticarət münasibətləri, yəni aldığı məhsulların sayı və qiymətləri, əlavə olaraq borclunun nağd pul və ya natura qaydasında ödədiyi məbləğ idarənin mühasibatlığı tərəfindən, sözügedən şəxsin sonuncu dəfə - xx.xx.2022-ci il tarixdə ödədiyi 100 manat da daxil olmaqla, müvafiq olaraq qeyd edildiyini və cavabdehin bu günkü tarixədək ödənilməmiş 9327 (doqquz min üç yüz iyirmi yeddi) manat borcunun qaldığını, cavabdeh X2 çoxsaylı şifahi və sms/vhatsapp mesajları vasitəsilə yazılı xəbərdarlıqlar etməyinə baxmayaraq bəhs edilən şəxsin öz borcunu ödəməkdən boyun qaçırması faktına Cavabdeh ona borclu olduğunu təsdiq edəcək müvafiq sübutlarının (nisyə dəftəri; məhsul satışında və borcun haqqhesabı prosesində iştirak etmiş şəxslərin izahatları) mövcudluğunu və hər bir halda cavabdehin ona olan borcunu ödəmək öhdəliyindən boyun qaçırmasının onun qanunverciliklə təsbit olunmuş sahibkarlıq hüquqlarını pozduğunu nəzərə alaraq X4 tərəfindən ona bu günkü tarixədək ödənilməmiş ümumi 9327 (doqquz min üç yüz iyirmi yeddi) manat məbləğindəki borcunun ödənilməsi üçün məhkəməyə müraciət etməli olduğunu qeyd edərək ərizəsini əsaslandırmış, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 740.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 26-cı maddələrinə istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahında burada qeyd olunanların hamısına cavabdehliyini daşıdığını, onda söz olmadığını, onların alışverişlərinin çox uzun müddət olduğunu, dəyirmandan ona un verdiyini, münasibətlərinin də çox yaxşı olduğunu, ona baxmayaraq aralarında onun onlara o qədər borcu olmadığını, verdiyini, filan-bəsməkan kimi anlaşılmazlıq olduğunu, onun da hesablamasına görə aldığı pulun, verdiyi malın, çıxılan pulun, burada yazılan doqquz min dörd yüz neçə manat olduğunu, onun yerində qaldığını, özünə neçə dəfə dediyini, onun da öz kitabı olduğunu dediyini, özünün, yəqin ki, etiraf eləyəcəyini, kitabını itirdiyini, köhnə şeylər olduğunu, onları cırıb atdığını dediyini, ortaya tutuşduracaqları, bəlkə onun səhvi olduğunu, burada, məhkəmədə, bu boyda camaatın içində ondan üzr istəyəcəyi, onun səhv elədiyini deyəcəyi nə isə bir şey çıxara bilmədiyini, Abdullayevin qeyd etdiyi kimi onun, onun müsahibinin və sürücü Qurbanov Rəfailin - 3 nəfərin iştirakı ilə bu adama dəyirmandan mal verdiklərini, doqquz min dörd yüz manat, doqquz min neçə yüz manat pulun olduğu kimi yerində qaldığını, tələblərinin 9327 manat olduğunu, yenə də aralarında nə elementar səhvliklər olsa, onları düzəltməyə hazır olduğunu, 500-300 o yan bu yan, dediyi kimi çox yaxşı münasibətləri olduğunu, heç bura gəlib çıxmasını istəmədiyini, dəfələrlə özlərinin də aralarında araşdırma apardıqlarını, öz aralarında bilmədiyi bir şey varsa Talıbın deməsini, verdiyi bir şey varsa, deməsini, üstündən çıxmasını, ot aldığını, dana aldığını, kondisioner aldığını, hamısının başdanayağa dəftərində aldığı malların içərisində qeyd olunduğunu, hamısını izah edə biləcəyini, verilən sualların cavabında isə sürücünün dəftərə müdaxilə etməyə ixtiyarı çatmadığını, həmin gün Ərəstunun Cavabdehla danışdığını, verdiyi pulu onun üstündən sildiyini, sürücünün dəftər gəzdirmək ixtiyarı olmadığını, sürücünun unu yığıb gətirib onlara verdiyini, qayıdıb ona izah eləməklə mükəlləf olduğunu, sürücünün axı dəftər gəzdirmək haqqı olmadığını, müəssisənin bir buğalterı olduğunu, bir hesab gedən olduğunu, unu buğalterin yazdığını, sürücünün fəhləsi ilə gətirib verib qayıtdığını, onun gəlib sənə un boşaltmaq ixtiyarının olmadığını bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahında keçən dəfə hakimin verdiyi vaxtda təşkil etdiklərini, görüş keçirildiyini, onun görüşdə iştirak edə bilmədiyini, onun əvvəldən heç o hesabın içində olmadığını, onların sözləri düz gəlmir deyə orada da iştirak etmək istəmədiyini, Şahid1la hesab getdiklərini, ortada 2200 manata qədər hesab qaldığını, yenə də hesabın düzgün olmadığını, qarşı tərəfin 97 kisə un gəldiyini dediyini, guya onların onu göndərmədikləri, yazdıqları, buna getmədiyi kimi ifadə etdiyini, çıxılmaz vəziyyətdə qaldığını, yəni ortada hesabların düz gəlmədiyini bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında verdiyi izahatında dəyirman bağlanan müddətə düşdüyünü, hesablarını çıxartdıqlarını, kimin nə qədər borcunun qaldığını, o cümlədən onlardan birinin də Talıb olduğunu, araşdırdıqlarını, Ərəstunla onda hesablarının 50 manat, 40 manat o yan bu yan olmaqla doqquz min dörd yüzə yaxın bir rəqəm Talıbın borcu qaldığını, ondan sonra Talıba müraciət etdiyini, belə hesab qaldığını dediyini, onun da qalmadığını, az-400 manat qaldığını dediyini, bir-birilərini başa düşə bilmədikləri üçün bəlkə məhkəmədə onların məsələlərinə aydınlıq gələcəyini bildirmişdir, verilən sualların cavabında isə Talıbdan 9327 manat pul istədiyini, iddiasını müdafiə etdiyini, ondan sonra Ərəstunla da danışmadığını, Ərəstun ona 2000 borcun olduğunu desə, 7000 Ərəstun verəcəyini dediyini, dəftər üzrə hesabı başdan ayağa çıxardığını, doqquz minin 350 min manatlıq dövriyyədən çıxdığını, ondan 340 min verdiyini, on minin qaldığını, onun müəssisə rəhbəri olduğunu, onunla hesab gedənin Ərəstun olduğunu, Talıb Duman oğlu 97 tayı nağd aldığına dəftərində onun qeydiyyatını apardığını, Talıbın nağd pula 20 il ərzində tırtırla 3 tay 5 tay nağd pulunu verib apardığını, bunun sadəcə orada qeydiyyatını apardığını, bunun doqquz min üç yüz manatdan heç bir dəlaləti olmadığını, bu adamın 97 tay nağd pula mal aldığını bildirmişdir. İddiaçı 19 yanvar 2026-cı il tarixli məhkəmə iclasında verdiyi izahatında indiyə qədər deyilənlərdən başqa bir əlavəsinin olmadığını bildirmişdir verilən sualların cavabında 17607-də bir səhvlik olmadığını, Ərəstunun dəftərində olduğunu, yerində durduğunu, etirazlarının olmadığını, yəni 17607 rəqəminin yerində olduğunu, onun 17607-in dəftərə ümumiyyətcə getdiyi hesablar içərisində çıxan rəqəm olduğunu bildiyini, Talıbın yazdığı ikisinin arasında olan 8036 heyvan, yəni qoyunlar verdiyini, 600 manatlıq pres verdiyini, onun Ərəstunda olmadığını, olmamağına baxmayaraq Ərəstunla hesab gedəndə Ərəstuna Talıbın ona yuvarlaq on min manat borcu qaldığını dediyini, Ərəstunda on bir min çıxmağına baxmamalarını, Ərəstunda on bir min çıcdığını, onda on min çıxdığını, yolda deyək ki, 1000 manat ona pul verdiyini, Ərəstuna onun hesabını on min etməsini dediyini, Ərəstunun ona bir dəftərdə hesab verdiyini, on yeddi minlik hesab verdiyini, orada mötərizədə içində səkkiz yüz neçə manatlıq pres olduğunu yazdığını, 9327 manata cavabdeh olduğunu, 17607 manatlıq summada heç onun orada olmadığını, bunu əgər əsaslandırırsa ki, onun 17607 dediyini, Ərəstunun da ora 17607 yazdığını, altından xətt çəkdiyini, bunun dəftərin bitməyi demək olmadığını, onun fikrini Ərəstunun ora qeyd edib altından xətt çəkdiyini, bura qədər 17607 manat olduğunu, axı bunun bir çıxış yolu olmadığını, Ərəstunun yolda on yeddi min olanda, orada 5000-in ortada yox olduğunu dediyini, bunun burada təqribən 22000 olmalı olduğunu, sonda 9327 manatlarının düz gəlməsini, bunun bir absurd cümlə olduğunu, Ərəstunun dəftərindəki rəqəmlərdən onda da olduğunu, Ərəstunda da olduğunu bildiyini, onun üçün Ərəstunun yazdığına kəfil olduğunu dediyini, yoxsa, ikisinin arasında gedib bura yazılana olmadığını, gün ərzində deyək ki, iki tay un götürdüyünü, 300 manat pul verdiyini, bunun başqa cür yazıla bilməyəcəyini, Talıbın əvvəlki hesabının üstünə iki tay gəldiyini, qabağında 9000 olduğunu, qabağından 300 manat da pul verdiyini yazdığını, 8700 olduğunu, bir tay artıq çıxdığını, cavabdehin 50 tay əvəzinə 51 gəldiyini dediyini, 2217 manata etirazının olduğunu bildirmişdir. İddiaçı xx.xx.2026-ci il tarixli məhkəmə baxış iclasındakı çıxışında iddia tələbi üzrə 9327 manatının qarşı tərəfdən alınıb ona verilməsini məhkəmədən xahiş etdiyini bildirmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil 19 yanvar 2026-cı il tarixli məhkəmə iclasında verdiyi izahatında müxtəlif vaxtlarda iddia tələbinə uyğun olaraq cavabdehin iddiaçıya aparılan alış-veriş əməliyyatına görə borclu qaldığını, bu borcu təsdiq edən kitabların, şahidlərin məhkəməyə təqdim olunduğunu, şahidlərin dinlənildiyini, kitabların isə həm məhkəmə tərəfindən, həm də tərəflərin iştirakı ilə araşdırıldığını, araşdırma zamanı həm şahid ifadələri ilə, həm kitabların araşdırılması nəticəsində cavabdeh tərəfin 9327 manat borcunun olmasının öz təsdiqini tapdığını hesab etdiklərini, bu baxımdan da, onun fikrincə, tələbin əsaslı olduğunu, bir də hesablaşmanın tərəflərin iştirakı ilə aparıldığını, tələb etdikləri 9327 manatın tələbdən kənar özləri aralarında hesablaşma zamanı yenə də həmin rəqəmin çıxdığını, yenə də baxdıqlarını, yenə o formada çıxdığını bildirmişdir, verilən sualların cavabında qarşı tərəfin dəftərinin olmadığını, sonradan yazdığı qeydlərə uyğun məhkəməyə təqdim etdiyini, yəni onun o zaman qeydlər apardığı dəftəri yandırdığını, atdığını dediyini, qarşı tərəfin dəftərləri təqdim edə bilmədiyini, onun sadəcə indi apardığı qeydlərə uyğun dəftər verdiyini dediyini, yəni sonradan aparılan qeydlərə uyğun dəftər verdiyini, bunu özü köçürdüyünü, köhnə dəftərinin olmadığını, atdığını dediyini bildirmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil 19 yanvar 2026-cı il tarixli məhkəmə iclasında etdiyi çıxışında isə iddia tələblərinin əsaslı olduğunu təsdiqlədiyini, yəni verdikləri sübutlarla, şahidlərlə təsdiqini tapdığını, qarşı tərəfin müəyyən qismini etiraf etdiyini, müəyyən qismini etiraf etmədiyini, amma buna baxmayaraq əsaslı olduğunu hesab etdiyini, təmin olunmasını xahiş etdiyini bildirmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahında onun, əslinə qalsa, bununla işləmədiyini, Hacıvarda dəyirman olduğunu, onunla işlədiyini, bayram günü, gecə olduğunu, ona zəng vurduğunu, onunla niyə işləmədiyini, gedib başqa yerdən mal gətirdiyini, onunla işləməsini, onun ununu satmasını dediyini, ona ağız açdığını, ondan yaşda balaca olduğunu, əmisinin oğlu ilə sinif yoldaşı olduqlarını, dost olduqlarını, problem olmadığını, onunla işləyəcəyini dediyini, unu ona verdiyini, unun gəldiyini, hesab getdiklərini, onun ona verdiyini, özünün buna verdiyini, bir gün gəlib hesabladıqlarını, çıxartdıqlarını, 17607 manat olduğunu, onun dəftərinin dolduğunu, bunu ləğv etdiyini, təzə dəftər açdığını, ona öz dəftərini itirməməsini dediyini, onun dəftər itirməyəcəyini dediyini, onun da o dəftəri saxlamasını, həmin qaydada işləmələrini dediyini, həmin qaydada işlədiklərini, ona xarab un verdiklərini, onun da bilmədiyini, yapdığını, müştəriyə verdiyini, özünə də dediyini, gətirib çörəyi özünə qaytardığını, ondan şikayətçi olduğunu, unda problemin çörəyi ağıza qoyanda, elə bil ki, çörəyə pesok qatmış kimi xırçıldaması olduğunu, Ərəstuna dediyini, Ərəstunun onluq deyil, Sənanlıq olduğunu dediyini, unu ona Ərəstunun yoxsa Sənanın verdiyini dediyini, Ərəstunun o işə qarışmadığını dediyini, Sənana dediyini, onun da baxacaqlarını dediyini, baxmadıqlarını, Ərəstuna dediyini, Ərəstunun da baxmadığını, onun üstünə qaldığını, qalmasının eybi olmadığını, onun 8 tayla ac olmayacağını, Sənana aralarında dostluq olduğunu dediyini, unun dəyirmandan çıxdığını, dəyirmanı Ərəstuna işlətməyə verdiyini, babal yumadığını, bəlkə, Ərəstunun unu yığıb onun adına başqasına satdığını, bəlkə Rəfailin gətirib verdiyini, şoferin başqasına verdiyini soruşduğunu, hesab getdiklərini, dəftəri ortaya çıxara bilmədiyini, özündə köhnə dəftərin qalmadığını, onun dəftərinin dolduğunu, atacağını, hesablaşmalarını dediyini, həmin tarixdə xx.xx.2020-ci ilə qədər hesablarının düz çıxdığını, verilən sualların cavabında isə sürücünün ona qol çəkə bilməyəcəyini dediyini, özünün qeydiyyat apardığını, onun hesabı getdiyini, bunların dəqiqləşdirmədiyini, ona gələn unu yazdığını, şoferin 20 tay gətirdiyini dediyini, boşaltdığını, 20 taydırsa, dəftərə yazdığını, hər dəfə gələndə özü yazdığını, şoferin yanında qeydiyyat apardığını, gələn malı dəftərə yazdığını, artıq-əskik yazmadığını, 20 tay deyibsə, 20 tay yazdığını, şoferin özünün də gətirdiyini, ayrısının da gətirdiyini, oranın fəhlələrinin də ona un gətirdiyini, gətirilənlərin pulunu şoferə verdiyini, elə olub özünə də verdiyini, həmişə dərhal vermədiyini, borclu da qaldığını, dəqiqliklə hesabladığını, bu gün gətirib verəndə bu gün pulu yoxdursa, səhər verdiyini, səhər yoxdursa, birisi gün verdiyini, borclarını qaytarmaq məqsədilə kondisioner, meşox, dana verdiyini, nə veribsə, onları yazdığını, onun heyvanı satdığını dediyini, özünün gəlmədiyini, bir nəfər göndərdiyini, onun da heyvanı buna istədiyini bildiyini, onun bu adama özünün borcu olduğunu, heyvanı satdığını, pulunu Sənana verəcəyini dediyini, onun heyvanı elə Sənana aldığını dediyini, yaddaşının zəif olduğunu, yadından çıxdığını, məsələn heyvanı seçsə, 200 manata verəcəyini, seçməsə, 180 manata verəcəyini dediyini, bunların heyvanı seçdiklərini, danışıqlarının düz gəlmədiyini, seçdiklərini, amma onun seçmək demədiyini, eybi olmadığını, sonra Sənanın özünə də onunla 600 manat hesablarının qaldığını dediyini, 8036 manatlıq heyvanı verdiyi qiymətlə bir yerdə razılaşdıqlarını, qoyun verdiyini, sonra 200 manat kondisioner, 1098 manat ət, 25 manat ciyər, 430 manat meşox olduğunu, onları ayrı-ayrı yazdığını, cəmini çıxartdığını, ayrı-ayrı tarixlərdə olduğunu, cəmi 10653 manat olduğunu, onun problem çıxma gözləntisinin olmadığını, çünki onun heç kimlə elə bir problem yaşamadığını, 8 tay unun xarab olduğunu, dəfələrlə unun yarımçıq gəldiyini, kifsəmiş un gəldiyini, pulları onlara çıxmadığını, dəftərinin dolduğunu, yer qalmadığını, 4 nəfər hesablarını getdiklərini, hesab gedən vaxtlarında, xx.xx.2020-ci ildə dəftəri atdığını, xx.xx.2020-ci ilə qədər 17607 manat hesab getdiklərini, kitablarına yazdıqlarını, 467 manat borcunun çıxdığını, üstəlik ona 2 tay xəmir verdiklərini bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahında hakimin dediyi vaxt ona zəng vurduğunu, üçünün qoşulub danışdıqlarını, amma telefonla alınmadığını, Ərəstundan harada olduğunu soruşduğunu, dəyirmanda olduğunu dediyini, telefonla olmadığını, onunla hesab getmələrini dediyini, Sənan bəyin gəlmədiyini, gedib hesablarını apardıqlarını, 97 tay yazmadığını dediyini, yazmadığını, yazırsa yazmağını dediyini, ümumi hesablarının 2213 manat fərq verdiyini, onun hesabı ilə 400 nə qədər fərq verdiyini, yazmadığının olduğunu, 467 manat fərqlərinin olduğunu, hesablayıb 2213 manat fərq olduğunu dediyini, başdan ayağa Ərəstunla hesab getdiklərini, həmin tarixdən əzəldən başladıqlarını dediyini, dəftəri bir-biri ilə tutuşdurduqlarını, un verib almağı, pul verib almağı, neynəyibsə, hamısını çıxarıb hesabladıqlarını, pres verdiyini, onu demədiyini, Ərəstunun onu bilmədiyini dediyini, Sənanın gəlməli olduğunu, bilmədiyi şeyi ondan soruşmalı olduğunu, Ərəstuna 97 tay unu da üstünə saymağını dediyini, 97 tay hesabladığını, ona pul verdiyini, ara-ara 50 manat, 60 manat, 100 manat, 150 manat, 200 manat verdiyini, 5 gündən, 1 aydan, 3 aydan bir pul verdiyini, yazmadığını, amma onun yazdığını, hətta kitaba da qeyd etdiyini, 1350 manat fərq verdiyini, 1350 manatı borcdan çıxanda cəmi 2213 manat qaldığını, bu qayda ilə hesablarını getdiklərini, razı olduqlarını, Ərəstunun da bunu təsdiq etdiyini, Ərəstunun da hesabdan sonra Sənana zəng vurub hesab getdiklərini dediyini, Sənanın necə olduğunu dediyini, onun da pul verdiyini dediyini, bunun da bəlkə pulu Əlinin verdiyini dediyini, onun da verib ki, yazdığını, o yazmasa da, özünün yazdığını dediyini, yanına gəlmədiyini, aydınlıq istəyirdisə, durub gəlməli olduğunu, evi ilə məsafəsinin 120 metrlik olmadığını, 5 dəqiqəlik yol olduğunu, yaxın gəlmədiyini, Ərəstunun hesabı çıxardığını, 2213 fərq verdiyini, zəng vurub özünə dediyini, 97 tay unu da bura saldıqlarını bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında verdiyi izahatında Sənanın iddiası ilə razı olmadığını, çünki onun elə borcunun olmadığını, keçən dəfə aydınlaşdıraq dediklərini, zəng vurub danışdıqlarını, Sənana telefonla danışıq olmayacağını dediyini, Ərəstunun dəyirmanda olduğunu dediyini, durub dəyirmana getdiyini, orada dəftəri başdan-17607 manatdan axırıncı günə qədər çıxardıqlarını, hesablarının arasında 2213 manat fərq çıxdığını, bir də 96 tay un dediyini, un gəlibsə, nağd pulunu veribsə, onun üstünə yazmalı olmadığını, onun nağd pulunu verdiyini, onun nisyə aldığını yazdığını, pul verdiyini yazdığını, un gəlibsə, bu adamın aldığını da yazdığını, onunla hesab getməsini dediyini, Ərəstuna onunla hesab gedirsə, ayrı dəftərdə getməsini, nağd aldığı pulu onun hesabına yazmamasını dediyini, sabah hesabın qarışıq düşəcəyini, bunun üstünə yazmamasını, indi həmin vaxt üstünə yazılmadığını, əgər bunda varsa, onda niyə olmadığını, on tay un alıb, on tay unun pulunu verdiyini dəftərdən çıxarıb göstərməsini, orada elə bir yazı göstərməsini, dəyirmanda Ərəstunla hesablarını getdiklərini, onun hesabı ilə 467 manat hesab qaldığını, təzədən hesab getdiklərini, verdiyini yazmadığını, Ərəstunun qeyd etdiyini, almadıqlarını çıxdıqlarını, yazdıqlarını, cəmi 2217 manat hesab olduğunu, 97 tay un verdiyi pulları da onun üstünə yazdığını bildirmişdir, verilən sualların cavabında isə axırıncı dəfə gedib haqq-hesab edəndə onun 2213 manat borcunun qaldığını gördüyünü, aralarında un qalmadığını, o unların pulunu ödədiyini, yazmadıqlarını, ona un gəldiyini, nağd pulunu verdiyini, dəftərində yazmadığını, çünki onun pulunu ödədiyini, onun nağd aldığını da onun adına yazdığını, nisyə aldığını da yazdığını, 10653-dən sonra 1567 qaldığını, 200 manat verdiyini, 1367 manat qaldığını, sonra 200 manat bir, 100 manat bir verdiyini, 1067 manat qaldığını, 600 manat bir verdiyini, 467 manat qaldığını, təzə hesab getdiklərini, səhvlikləri ola biləcəyini, 2217 manat tapdıqlarını, axırıncı hesablarını getdiklərini, 97 tayın həmin un olduğunu, özünün orada yazdığını, 2217-ni qəbul etdiyini, şahidin ona həmişə un gətirmədiyini, unu kim gəlib gətirdiyini, şoferləri olmayanda özünün də maşınla gedib gətirdiyini, dəyirman işçilərinin də gətirdiyini bildirmişdir. Cavabdeh 19 yanvar 2026-cı il tarixli məhkəmə iclasında verdiyi izahatında onun fakt onlara olan borcunun 17607-dən hesabladıqlarını, 2217 manatı qəbul etdiyini bildirmişdir, verilən sualların cavabında isə həmin vaxt hesab getdiklərini, heyvanını verdiyini dediyini, həmin vaxt hesab gedən vaxt nə heyvan, nə pres olduğunu, 16-sı 10-cu ay aralarında heç bir hesab olmadığını, un aldığını, undan başqa nə onun nəsə verdiyini, nə onun ona nəsə verdiyini, Sənanla hesab getmədiklərini, Sənanın şifahi yığıb aparıb yazdırmadığını, onun ona dediyini, onun da bildiyini dediyini, onun ona ət verdiyini dediyini, onun da Sənana ət vermədiyini dediyini, xx.xx.2020-ci il də hesab getdiklərini, 17607 hesablarının orada qurtardığını, ağartdığını, onların da necə yazırlarsa, yazmalarını dediyini, bir də o vaxt bir dənə dəftər ayırmasını, kim ona un gətirirsə, dəftəri ona verməsini, gətirməsini dediyini, ona un yazdıqlarını, o unun ona gəlmədiyini, hətta ona nə qədər unların artıq gəldiyini, zəng vurub unlarının 1 tayının artıq olduğunu, iki tayının, üç tayının artıq ya əskik olduğunu dediyini, hesablaşma apardıqları dövr ziddiyyət yaranmadığını, 17607-nin qaydasında olduğunu, 17607-ni qəbul elədiyini, əslinə qalsa, həmin vaxt Ərəstunla hesabının düz olmadığını dediyini, kitabının olduğunu, onların qeydiyyat apardığını, özünün 17607 hesabının bu olduğunu, bu gündən dəftərlə gəlsin yazaq-pozaq dediyini, həmin an ziddiyyətli məqamın çıxmadığını, hesabı xx.xx.2020-ci ildə apardıqlarını, həmin vaxt borcundan mal-heyvan, ot verdiyini, onun yazıb qeydiyyat apardığını, onun da yazdığını, özünün də yazdığını, həmin vaxt hesab getdiklərini, hesablarının düz çıxdığını, kəsir məsələsinin olmadığını bildirmişdir. Cavabdeh xx.xx.2026-ci il tarixli məhkəmə baxış iclasındakı çıxışında onun cəmi 2217 manat hesabının qaldığını bildirmişdir. Şahid1 xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında verdiyi ifadəsində iddiaçı və cavabdehi tanıdığını, heç bir tərəflə düşmənçilik və ədavətinin olmadığını, dəyirman işlətdiklərini, Talıbın onlardan un aldığını, şofer Rəfayelin gəlib Talıbın un istədiyini, ona 50 tay un lazım olduğunu dediyini, 50 tayı yüklədiyini, Talıba aparıb verdiyini, Talıbdan da nə pul alırdısa, gətirib ona verdiyini, onun da yazdığını, bir neçə dəfə də özü ilə oturub verdiyi pulları bir-bir araşdırdıqlarını, yəni özündə yazılanın onda yazıldığını, axırda bunun borcunun gəlib çıxdığını, o borcu heç cürə araşdıra bilmədiklərini, yəni haradan yarandığını, niyə yarandığını, Talıbın nağd pul verib un aldığını, onu özü öz dəftərində siyahısında onun hesabını getmədiyini, amma özünün, məsələn, Talıb gəlib 5 tay un aparıb, 5 tayın pulunu veribsə, onun pulunu yazdığını, çünki Sənanla hesab getdiyini, neçə tay un çıxdığını, neçə tay unu kimə verdiklərini nə etdiklərini, indi axırda da gəlib Talıbın borcunun çıxdığını, yəni 9327 manat üstündə borc qaldığını bildirmişdir, verilən sualların cavabında isə onunla axırıncı yoxlamanı apardığını, Talıbda yazılan 97 tay unun nağd pulunu verib özündə yazmadığını, ikinci dəfə gəlib onlardan 97 tayın pulunu çıxanda onlardakı summanın aşağı düşdüyünü, 97 tay unun Talıbda yazılmadığını, 97 tayın pulunu verdiyindən Talıbın üstünə düşə bilməyəcəyini, Talıbla dəftərini tutuşduranda ortada çıxanın Talıbda da olduğunu, onunla hesab gedəndə düz gəlib çıxmadığını, çünki 97 tay un aparıb nağd pulunu verdiyini, üstəlik, deyək ki, onlardan 50 tay un aparıb 1300 manat verdiyini, onun 1300 manatı yazdığını, sonra əlavə arxadan 100 manat göndərdiyini, onu yazdığını, həmin vaxt onun məsələn 1200 yox, 1300 manat göndərdiyini, onlarda 100 manat düşdüyünü dediyini, onda 2020-ci ildən gedən hesab olduğunu, vəkilin hamısının da şəklini də çəkdiyini, onları bir-bir məhkəməyə göndərdiklərini, dəyirmanda işlədiyini, gündəlik unları həmişə onun yazdığını, dəyirmanda üyütməçi işlədiyini, haqq-hesabı da onun yazdığını, Talıbla hesab getdiklərini, Talıbın Sənana verdiyi unları çıxandan sonra 17607 manat olduğunu, Talıbla Sənanın haqq-hesab getmədiyini, ondan sonra bir dəfə Talıbın özünün dəyirmana gəldiyini, dəyirmanda o hesabı getdiklərini, bununla onun arasında razılaşma olmadığını, 97 tay unlarının çıxmadığını, 1250 manat verdiyini dediyini, burada 100 manat yazıldığını, dəyirmanda hesab getdiklərini, dəyirmanda hesab getdikdən sonra bununla onda anlaşılmazlıq olduğunu, 97 tayın oradan çıxdığını, pulunu ona verdiyini dediyini, bura yazdıqlarını, o 97-nin onda olmadığını, Sənanla un hesaba getdikdə onda onun ununun düz gəlməyəcəyini, gündəlik satışı vermədiyini, verəndə də, məsələn, onda dəyrimandan çıxan unun düz gəlməyəcəyini, onlarda Talıba verdiyi malı sübut edəcək bir sənəd olmadığını, onun öz dəftərində, bunun da öz dəftərində işlədiyini, onun dəftərinin düz tutduğunu, bunların əlavə arada onun ona verəcəyi, onun ona verəcəyini demələrini, çıxmalarını, əlavə, məsələn, Talıbın ona pul, mal, kondisioner verdiyini, onların pulunu onun çıxmadığını, axırda çıxdığını, 17607-dən sonra bu adamın ondan 40 tay un aparıb 100 manat verdiyini, 10 tay un aparıb 350 manat, 50 tay un aparıb 950 manat, sonra 7-si 11-ci ay un aparmadan 600 manat pul verdiyini, 18-i 11-ci ay mal aparmadan 1050 manat pul verdiyini, 18-i 11-ci ay 10 tay un aparıb pul vermədiyini, 20-si 11-ci ay 20 tay un aparıb 350 manat pul verdiyini, 26-sı 11-ci ay 10 tay un aparıb 200 manat pul verdiyini, 28-i 11-ci ay 10 tay aparıb pul vermədiyini, hamısının dəftərdə aydın yazıldığını, axırıncı summanın 2217 manat çıxdığını, 97 tayın bunda çıxmadığını, onda çıxdığını, onun 97 tayı həmin qiymətə vurub qırağa qoyduğunu, pulunu verdiyini, o 97 tayın 9327 manatdan azala bilməyəcəyini, 9327 manat onun təmiz borcu olduğunu, onun dediyi ilə Talıbın razılaşmadığını, üçünün hesab getdiklərini, Talıbın üstünə 9327 manat pul qaldığını, onda bircə yerdə pres çıxdığını, əlavədən onun üstündən 5000 çıxdıqlarını, 2217 manat, 97 tayı çıxıb qaldığını, 15-i 10-cu ay onun un almadan 1150 manat verdiyini, 16-sı 10-cu ay 40 tay un götürüb 100 manat pul verdiyini, Talıbın burada 1250 manat pul verdiyini dediyini, onun da Talıbın onu birləşdirib yazdığını dediyini, onun da ayın tarixi ilə yazdığını, ikisinin bir yerdə 1250 manat pul etdiyini bildirmişdir. Şahid1 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ona verilən suallara cavabında: 2217ni Talıbın çıxartdığını, onun 97 tay unun onda yazılmadığını dediyini, 97 tayın da onun kitabında bir-bir görsəndiyini, olduğu kimi yazdığını, 97 tay unu Talıbın yazmadığını, onun yazdığını, unun müxtəlif qiymətlərinin olduğunu, onunla üz-üzə çıxartdıqlarını, himindən başladıqlarını, bir-bir çıxartdıqlarını, bunu çıx-bunu çıx dediyini, gəlib 2217 manata çıxdığını, 97 tay ununun olmadığını, onda yazılmadığını, 97 tay unun onda yazıldığını, pulu da, summası da qabağına yazıldığını, şəkil də çəkdiklərini, kitabında da hamısının olduğunu bildirmişdir. Şahid1 19 yanvar 2026-cı il tarixli məhkəmə iclasında ona verilən suallara cavabında: onu əvvəlcədən dediyini, orada düzgünlük olmadığını, 17607-nin düz olmadığını, 17607-ni Sənan, o, Talıbın bir yerdə hesab getdiklərini, buradan hesab getməsini dediyini, onunla o summanın arasında beş min nə qədər fərq etdiyini, 17607-də hesab çıxdığını, sonra eşiyə çıxdıqlarını, bu hesabla razılaşmadığını dediyini, çünki buradan bu summaya qədər beş min nə qədər fərq etdiyini, orada 17607-ni onun öz hesabı olduğuna görə yazdığını, onu özünün orada cızdığını, Talıbın 17607 manat borcunun olduğunu dediyini qeyd elədiyini, hesablarının düz gəlmədiyini, kitablarını, dəftərlərini yığdıqlarını, çıxıb getdiklərini, bunların bir-birinə ayrı pul verdiklərini, Sənan ona deyəndə onun çıxdığını, onun buradan buraya beş min nə qədər bunun pulunun fərq etdiyini sahibkara bildirdiyini, elə qaldığını, ondan sonra hesab getmədiklərini, Cavabdeh 97 tay unun pullarını ödədiyini, hamısının kitabda olduğunu, bu dəftərdə nə qədər un götürüb tək-tək, üç-üç, ikiiki, əlli-əlli, iyirmi-iyirmi hamısının bu dəftərdə olduğunu, bu adamın iki tay un götürdüyünü, iki tayın pulunu verdiyini dediyini, iki tay unu götürəndə deyək ki, ona 300 manat pul verdiyini, axı 2 tay eləmədiyini, onun 300 manatı məcbur yazmalı olduğunu, 17607-də onun şəxsən razılaşmadığını, çünki onunla onlarda qalan summa ilə 17607 arasında beş min nə qədər pul kəsir gəldiyini, Talıbın onunla razılaşmadığını, neçə dəfələrlə getdiyini, axırıncı dəfə də gedəndə ona onun vur tut 300 manat borcunun qaldığını dediyini, onunla heç cürə razılaşmadığını, onun razılaşdığı rəqəmin 17607 manat olduğunu, on yeddi mindən sonra xeyli ödəniş etdiyini bildirmişdir. Şahid2 xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında verdiyi ifadəsində iddiaçı və cavabdehi tanıdığını, heç bir tərəflə düşmənçilik və ədavətinin olmadığını, dəyirmanda uzun müddət işlədiyini, un aparıb verdiyini, un apardığını, pul verəndə gətirib verdiyini, verməyəndə vermədiyini dediyini, yazdıqlarını, sadəcə un aparıb verdiyini, şofer işlədiyini bildirmişdir, verilən sualların cavabında isə dəyirmanda şofer işlədiyini, unu sexlərə verdiyini, Talıba un verdiyini, 50 tay da, 100 tay da, 10 tay da verdiyini, nə istəyibsə, onu aparıb verdiyini, nə deyiblərsə, verdiyini, unu Talıba verməyini təsdiq edən nəsə sənəd olmadığını bildirmişdir. İş materiallarında olan: İş materiallarının 9-20-ci səhifələrindəki İddiaçı tərəfindən iddia ərizsəi ilə birlikdə məhkəməyə ünvanlanmış dəftər vərəqlərindən aralarında olan alış-veriş rəqəmlərinin olması görünməkdədir. İş materiallarının 21-27-ci səhifələrində “Whatshapp” mobil tətbiqindəki yazışmaların kağız daşıyıcıda surətindən İddiaçı ilə Cavabdeh arasında borclarının hesablanması görünür. ********** nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 114 (bir yüz on dörd) manat məbləğində dövlət rüsumu ödənmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, iş materiallarının 86-87-ci səhifələrindəki əl yazısı ilə yazılmış dəftər vərəqinin surətindən alış-veriş hesabı görünməkdədir. xx.xx.2025-ci il tarixdə Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, iş materiallarının 126-cı səhifəsindəki dəftər vərəqi Cavabdeh ilə iddiaçının mühasibi vəzifəsini yerinə yetirən şəxs, iş üzrə Şahid1 arasında olan hesablamanı göstərir. Bu dəftər vərəqindən Cavabdeh İddiaçı 2213 manat borcunun qaldığı etiraf edilməkdədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, iş materiallarının 21-27-ci səhifələrində “Whatshapp” mobil tətbiqindəki yazışmaların kağız daşıyıcıda surətinə və tərəflərin verdiyi izahatlara əsasən İddiaçı ilə Cavabdeh arasında şifahi alqı-satqı münasibətləri olmuş, cavabdeh tərəfindən un müqabilində iddiaçıya müvafiq ödəniş edilmiş, müxtəlif mallar verilmiş, lakin tərəflər arasında borc mübahisəsi mövcud olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik üzrə borc tələbi barədə iddia qaldırmaqda subyektiv hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun təcrübəsində Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində yer alan hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatına böyük önəm verilir. Belə ki, bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (E.Həkimovun şikayəti üzrə 2008-ci il 3 noyabr tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iş materiallarının 9-20-ci səhifələrindəki dəftər vərəqləri, xx.xx.2025-ci il tarixdə Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 86-87-ci səhifələrindəki əl yazısı ilə yazılmış dəftər vərəqlərinin surətləri, xx.xx.2025-ci il tarixdə Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, iş materiallarının 126-cı səhifəsindəki Cavabdeh ilə iddiaçının mühasibi vəzifəsini yerinə yetirən şəxs, iş üzrə Şahid1 arasında olan hesablamanı göstərən dəftər vərəqi tərəflər arasında şifahi alqı-satqı münasibətlərinin mövcudluğunu müəyyən etməklə tərəflər arasında alqı-satqı münasibətlərindən yaranmış borc münasibətləri ilə əlaqədar iş üzrə araşdırılmalı halları sübut etmir. Belə ki, iddiaçının, cavabdehin və iddiaçının mühasib vəzifəsini yerinə yetirən şəxsin hesab dəftərləri olmasına baxmayaraq qarşı tərəfin hesab dəftərləri bir-birləri tərəfindən qəbul edilməməkdədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3-ci maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Borclu şəxsin borcunu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarına əsasən Borcun etiraf olunması hallarına borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372 və 384-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyun 2025-ci il tarixli Qərardadında formalaşmış hüquqi mövqeyə görə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllədə birbaşa göstərilməsə də, onun normalarının mahiyyətindən irəli gələn dispozitivlik prinsipi mülki prosesdə mühüm əhəmiyyət kəsb edir. Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə, tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı). Bu prinsip işdə iştirak edən şəxslərin mülki prosesin əmələ gəlməsi, davam etməsi və sonlandırılması ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. İddianın etirafı da cavabdehin iradəsindən asılı olmaqla məhz dispozitivlik prinsipindən irəli gəlir Məhkəmənin cavabdeh tərəfindən iddianın etiraf olunması halına münasibətdə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 190 və 191-ci maddələrinin məzmunundan göründüyü kimi belə etirafın təsdiq edilib-edilməməsi məsələsi hazırlıq mərhələsində deyil, məhz işə mahiyyəti üzrə baxılmağa başlandıqdan sonra həll edilir. Bu isə ondan irəli gəlir ki, cavabdehin etirafının qəbul edilməsi məhz işin mahiyyəti üzrə həllinin yekunu kimi qəbul edilən sənədin, yəni iddianın təmin edilməsi barədə qətnamənin qəbulu ilə nəticələnir. Belə ki, Mülki Prosessual Məcəllənin 190cı maddəsinə görə, işə mahiyyəti üzrə baxılması sədrlik edənin məruzəsi ilə başlanır. Bundan sonra sədrlik edən iddianı və iddiaya etirazda göstərilmiş işin faktiki hallarını, işin mübahisəsiz hallarını və tərəflərin mübahisələndirdiyi halları, həmçinin tərəflərin təqdim etdiyi sübutları elan edir. İşin məruzəsindən sonra sədrlik edən əlavələrin və ya dəqiqləşdirmələrin olubolmamasını aydınlaşdırır. Cavabdehin iddianı etiraf etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə araşdırması zamanı xx.xx.2025-ci il tarixdə Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş video yazısına dair CD diskdən görünür ki, iddiaçının mühasibi vəzifəsini yerinə yetirən iş üzrə Şahid1 tərəfindən cavabdehə ünvanlanmış səs yazılarında “97 tay unumuz çıxmadı, onları yazdıq çıxdıq da, onları qaldı araşdırmaq” “Fərq qaldı 2217 də, belə qaldı” ifadələri qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, səs yazıları iş ilə birbaşa əlaqədar tərəflər arasında olmadığına görə sübut əhəmiyyəti daşımasa da, səs yazılarında qeyd edilən məbləğ cavabdehin etirafındakı məbləğlə üst-üstə düşür. Həmçinin cavabdeh Məhkəmədə çıxışı zamanı onun cəmi 2217 manat hesabının qaldığını bildirərək iddianı həmin hissədə qəbul etdiyini bildirmişdir. Nəticədə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin məhkəmə iclasında iddianı qismən etiraf etməsi (Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallarda) əsaslı hesab olunmalı, nəticədə iddiaçının pul tələbi qismən əsaslı olduğundan qismən təmin edilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticədə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin məhkəmə iclasında verdiyi izahatında borcunun bir qisminin olduğunu təsdiq edən etirafı (Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallarda) əsaslı hesab olunması, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası 23,77% olduğundan qismən təmin edilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 115.0.6-cı maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində hesablanır. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 9327 (doqquz min üç yüz iyirmi yeddi) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 113,27 (bir yüz on üç manat, iyirimi yeddi qəpik) manat olaraq müəyyən edilir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 114 (bir yüz on dörd) manat məbləğində dövlət rüsumu ödəmişdir ki, bununla da iddiaçı dövlət rüsumunu 0,73 manat artıq ödəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi 23,77% əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 2217 (iki min iki yüz on yeddi) manat məbləğində bоrc və 26,92 (iyirmi altı manat, doxsan iki qəpik) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,73 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdеh Cavabdeh (AA*******; FİN: xxxxxxx; VÖEN: **********; Qeydiyyatda olduğu yer: Babək rayonu, Cəhri qəsəbə Ə/D, Cəhri qəsəbəsi) 2217 (iki min iki yüz on yeddi) manat məbləğində borc və 26,92 (iyirmi altı manat, doxsan iki qəpik) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı (AA*******; FİN: xxxxxxx; VÖEN: **********; Qeydiyyatda olduğu yer: Babək rayonu, Cəhri qəsəbə Ə/D, Cəhri qəsəbəsi) ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 0,73 (yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılsın. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-393/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-393/2025
19.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver