Məhkəmə qərarları › İş №e-2-2(123)-394/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-394/2025

23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-394/2025 23.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 MMC-yə qarşı kredit borcunun tutulması tələbi barədə kommersiya mübahisəsinə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC və iddiaçının nümayəndəsi Nümayəndə2 28 avqust 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 MMC-dən müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə xx.xx.2023cü il tarixli 009R********** saylı krеdit razılaşması üzrə 12129.92 manat krеdit bоrcu, 825.02 manat faiz bоrcu və 211.95 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 13166 (on üç min yüz altmış altı) manat 89 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 129.50 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıхarılmasını məhkəmədən xahiş etmişdir. 05 sentyabr və 22 sentyabr 2025-ci il tarixlərdə iddiaçı tərəfindən elektron qaydada məhkəməyə ərizələr ünvanlanaraq həmin ərizədə icraatda İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 MMC-yə qarşı “borcun tutulması” tələbinə dair e-2-2(123)-394/2025 saylı kommersiya işinin olduğu qeyd edilərək, Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən qeyd edilən kommersiya işini baxılmamış saxlayaraq ödənilmiş dövlət rüsumu ilə birlikdə geri qaytarılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizələrini nəzərə alınaraq həmin ərizələrin təmin edilib qanunvericiliyə uyğun olaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qənaətindədir. Belə ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin: 114.1 və 114.1.1-ci maddələrinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən 05 sentyabr 2025-ci il tarixdə elektron qaydada məhkəməyə ünvanlanmış ərizə təmin edilməli, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 MMC-yə qarşı kredit borcunun tutulması tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 129.50 (yüz iyirmi doqquz, manat əlli qəpik) məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçı QSC-yə qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. (2.1.2 və 4.1- ci maddələr) Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 170.3, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı tərəfindən 22 sentyabr 2025-ci il tarixdə elektron qaydada məhkəməyə ünvanlanmış ərizə təmin edilsin. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 MMC-yə qarşı kredit borcunun tutulması tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 129.50 (yüz iyirmi doqquz, manat əlli qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçı QSC-yə (VÖEN: **********) qaytarılsın. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar