Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-4/2023 08.06.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Salmanov Elşən Fizuli oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması tələbi barədə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 23 avqust 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 5 saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyri-yaşayış sahəsində yaradılmış idman zalında olan və İddiaçı məxsus ümumi olaraq kompektasiyaları ilə birgə çəkisi 6080 (altı min səksən) kiloqram olan idman avadanlıqlarının və alətlərinin (qurğularının), yəni ştanqların (BARBELLS), velotrenajorun-STARBİKE EVOLUTİON MAGNETİC, velotrenajorun-BİKE FENİX - LED PLUS, ştanq disklərinin (WEİGHT PLATES), ştanq üçün qıvrım qrif (CURL BAR), qantellər saxlanması üçün qurğu (DUMBBELL RACK- LONG), 5 ədəd qaçış meydançasının-RUNNER FENİX - LED PLUS, məşq alətinin İPEREXTENSİON 45° BENCH, məşq alətinin-DİSK RACK, 3 ədəd məşq etmək üçün tam tənzimlənən dəzgahın, məşq alətinin-CHİN AND DİP, ştanq qaldırmaq üçün döşəməli alətin (OLYMPİC FLAT BENCH), qarın əzələlərinin məşqi üçün alətin (ABDOMİNAL CRUNCH), baş hissəsi yüksəkdə olan ştanq qaldırma üçün döşəməli alətin (OLYMPİC İNCLİNED BENCH), baş hissəni aşağıda olan ştanq qaldırma üçün döşəməli alətin (OLYMPİC DECLİNED BENCH), qolları söykəməklə ştanq qaldırılması üçün alətin (SEATED CURL BENCH), bel və qol məşqi üçün dartıcı alətin (ROWİNG MACHİNE), ştanq qaldırıcı mexanizmli alətin (SQUAT LUNGE), oturaraq ştanq qaldırılması üçün nəzərdə tutulmuş alətin (SMİTH MACHİNE HP BASE), qismən uzanaraq ştanq qaldırmaq üçün döşəməli alətin (İNCLİNED CHEST PRESS), qol əzələlərinin məşqi üçün dartıcı tənzimlənən alətin (ADJUSTABLE CABLE CROSSOVER), qol əzələlərinin məşqi üçün yuxarıdan aşağı dartıcı alətin (LAT PULLDOWN), ayaq əzələlərinin məşqi üçün ayaqla ağırlıq qaldırmaq üçün qurğunun (LEG PRESS 45°), qantelin - LATERAL DElTOİD, qol əzələlərinin məşqi üçün yuxarıda aşağı hərəkətli alətin (DİPS PRESS), dartıcı alətin (CURLİNG MACHİNE), ayaq məşqi üçün dartıcı alətin (LEG CURLİNG), kürək əzələlərinin məşqi üçün alətin (PECK BACK), ayaq əzələlərinin məşqi üçün ağırlıq qaldırmaq üçün alətin (LEG EXTENSİON), qol əzələlərinin məşqi üçün alətin (DELTOİD PRESS CONVERGENT), qol və ayaq əzələlərinin eyni zamanda məşqi üçün alətin (PULLEY ROW) cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində 2020-ci ilin əvvəlində İddiaçı ilə Cavabdeh Bakı şəhərində birlikdə idman məşq zalı açmaları barədə razlığa gəldiklərini, aralarında olan razılaşmaya əsasən idman zalının məşq idman alətləri və avadanlıqları (qurğuları) ilə təmin edilməsinin iddiaçı tərəfindən, idman zalının əldə edilməsinin isə Cavabdeh tərəfindən təmin edilməli olduğunu, bundan sonra Cavabdeh ünvan 5 saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyri-yaşayış sahəsini MTK ilə müqavilə bağlayaraq əldə etdiyini, İddiaçı öz şəxsi maliyyə vəsaitləri hesabına İran İslam Respublikasından aldığı ümumi olaraq kompektasiyaları ilə birgə çəkisi 6080 (altı min səksən) kiloqram olan aşağıdakı idman alətlərini və avadanlıqlarını 06 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasına gətirdiyini, İdxal zamanı məhsulun № İdman alətləri və avadanlıqları ingilis dilində göstərilmiş adı
1. Ştanqlar BARBELLS
2. Velotrenajor – STARBİKE EVOLUTİON STARBİKE EVOLUTİON MAGNETİC MAGNETİC
3. Velotrenajor-BİKE FENİX – LED PLUS BİKE FENİX – LED PLUS
4. Ştanq diskləri WEİGHT PLATES
5. Ştanq üçün qıvrım qrif CURL BAR
6. Qantellərin saxlanması üçün qurğu DUMBBELL RACK-LONG
7. Qaçış meydançası-RUNNER FENİX – LED PLUS RUNNER FENİX – LED PLUS 5 ədəd (5)
8. Məşq aləti-İPEREXTENSİON 45° BENCH İPEREXTENSİON 45° BENCH
9. Məşq aləti-DİSK RACK DİSK RACK
10. Məşq etmək üçün tam tənzimlənən dəzgah 3 ədəd FULLYADJUSTABLE BENCH (3)
11. Məşq aləti-CHİN AND DİP CHİN AND DİP
12. Ştanq qaldırmaq üçün döşəməli alət OLYMPİC FLAT BENCH
13. Qarın əzələlərinin məşqi üçün alət ABDOMİNAL CRUNCH
14. Baş hissəsi yüksəkdə olan ştanq qaldırma OLYMPİC İNCLİNED BENCH üçün döşəməli alət
15. Baş hissəni aşağıda olan ştanq qaldırma üçün OLYMPİC DECLİNED BENCH döşəməli alət
16. Qolları söykəməklə ştanq qaldırılması üçün alət SEATED CURL BENCH
17. Bel və qol məşqi üçün dartıcı alət ROWİNG MACHİNE
18. Ştanq qaldırıcımexanizmli alət SQUAT LUNGE
19. Oturaraq ştanq qaldırılması üçün nəzərdə tutulmuş SMİTH MACHİNE HP BASE alət
20. Qismən uzanaraq ştanq qaldırmaq üçün döşəməli İNCLİNED CHEST PRESS alət
21. Qol əzələlərinin məşqi üçün dartıcı tənzimlənən ADJUSTABLE CABLE alət CROSSOVER
22. Qol əzələlərinin məşqi üçün yuxarıdan aşağı LAT PULLDOWN dartıcı alət
23. Ayaq əzələlərinin məşqi üçün ayaqla ağırlıq LEG PRESS 45° qaldırmaq üçün qurğu
24. Qantel-LATERAL DELTOİD LATERAL DELTOİD
25. Qol əzələlərinin məşqi ucun yuxarıda aşağı DİPS PRESS hərəkətli alət
26. Dartıcı alət CURLİNG MACHİNE
27. Ayaq məşqi üçün dartıcı alət LEG CURLİNG
28. Kürək əzələlərinin məşqi üçün alət PECK BACK
29. Ayaq əzələlərinin məşqi üçün ağırlıq qaldırmaq LEG EXTENSİON üçün alət
30. Qol əzələlərinin məşqi üçün alət DELTOİD PRESS CONVERGENT
31. Qol və ayaq əzələlərini eyni zamanda məşqi üçün PULLEYROW alət
qeyd olunan idman avadanlıqlarının və alətlərinin (qurğularının) iddiaçının öz maliyyə vəsaiti hesabına almasının gömrük bəyannamələri, gömrük ödəniş qəbzləri və malın alınması qəbzləri (invoice) ilə təsdiq edildiyini, idman avadanlıqlarının və alətlərinin (qurğularının) iddiaçıya məxsus olmasını idman zalında işləyən məşqçilərin də təsdiq edə biləcəyini, iddiaçı idman avadanlıqlarını və alətlərini (qurğuların) cavabdehlə əldə edilmiş razılığa uyğun olaraq ünvan 5 saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyriyaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyri-yaşayış sahəsində yaradılmış idman zalında yerləşdirdiyini, lakin məlum olduğu kimi 2020-ci ildə koronovirus infeksiyası ilə əlaqədar idman zallarının fəaliyyəti dayandırıldığı üçün fəaliyyətə başlanmasının mümkün olmadığını, 2021-ci ilin iyun ayında idman zallarının fəaliyyətinə icazə verildikdən sonra Cavabdeh iddiaçı ilə aralarında olan razılaşma şərtlərini pozaraq, İddiaçı məxsus idman alətlərinə və avadanlıqlarına qanunsuz sahibləndiyini və idman zalını təkbaşına işlətməyə başladığını, göründüyü kimi ünvan 5 saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyri-yaşayış sahəsində yaradılmış idman zalında yerləşdirilmiş idman avadanlıqlarının və alətlərinin İddiaçı məxsus olduğu üçün ona geri qaytarılmalı olduğunu bildirib ünvan 5 saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyriyaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyri-yaşayış sahəsində yaradılmış idman zalında olan və İddiaçı məxsus ümumi olaraq kompektasiyaları ilə birgə çəkisi 6080 (altı min səksən) kiloqram olan idman avadanlıqlarının və alətlərinin (qurğularının), yəni ştanqların (BARBELLS), velotrenajorun-STARBİKE EVOLUTİON MAGNETİC, velotrenajorun-BİKE FENİX - LED PLUS, ştanq disklərinin (WEİGHT PLATES), ştanq üçün qıvrım qrif (CURL BAR), qantellər saxlanması üçün qurğu (DUMBBELL RACK- LONG), 5 ədəd qaçış meydançasının-RUNNER FENİX - LED PLUS, məşq alətinin İPEREXTENSİON 45° BENCH, məşq alətinin-DİSK RACK, 3 ədəd məşq etmək üçün tam tənzimlənən dəzgahın, məşq alətinin-CHİN AND DİP, ştanq qaldırmaq üçün döşəməli alətin (OLYMPİC FLAT BENCH), qarın əzələlərinin məşqi üçün alətin (ABDOMİNAL CRUNCH), baş hissəsi yüksəkdə olan ştanq qaldırma üçün döşəməli alətin (OLYMPİC İNCLİNED BENCH), baş hissəni aşağıda olan ştanq qaldırma üçün döşəməli alətin (OLYMPİC DECLİNED BENCH), qolları söykəməklə ştanq qaldırılması üçün alətin (SEATED CURL BENCH), bel və qol məşqi üçün dartıcı alətin (ROWİNG MACHİNE), ştanq qaldırıcı mexanizmli alətin (SQUAT LUNGE), oturaraq ştanq qaldırılması üçün nəzərdə tutulmuş alətin (SMİTH MACHİNE HP BASE), qismən uzanaraq ştanq qaldırmaq üçün döşəməli alətin (İNCLİNED CHEST PRESS), qol əzələlərinin məşqi üçün dartıcı tənzimlənən alətin (ADJUSTABLE CABLE CROSSOVER), qol əzələlərinin məşqi üçün yuxarıdan aşağı dartıcı alətin (LAT PULLDOWN), ayaq əzələlərinin məşqi üçün ayaqla ağırlıq qaldırmaq üçün qurğunun (LEG PRESS 45°), qantelin-LATERAL DElTOİD, Qol əzələlərinin məşqi üçün yuxarıda aşağı hərəkətli alətin (DİPS PRESS), dartıcı alətin (CURLİNG MACHİNE), ayaq məşqi üçün dartıcı alətin (LEG CURLİNG), kürək əzələlərinin məşqi üçün alətin (PECK BACK), ayaq əzələlərinin məşqi üçün ağırlıq qaldırmaq üçün alətin (LEG EXTENSİON), qol əzələlərinin məşqi üçün alətin (DELTOİD PRESS CONVERGENT), qol və ayaq əzələlərinin eyni zamanda məşqi üçün alətin (PULLEY ROW) cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə 26 sentyabr 2022-ci il tarixdə məhkəməyə etiraz ünvanlayaraq İddiaçı Naxçıvan MR Kommersiya Məhkəməsində qaldırdığı iddia tələbini Cavabdeh qəbul etmədiyini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı kimi etiraz və münasibətini bildirdiyini, cavabdehin ünvan 5 saylı məhəllədə yerləşən qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində yerləşən 180 kv. m qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu qeyd etdiyini, Naxçıvandan Bakıya köçəndən sonra onunla Bakı şəhərində görüşən hələ neçə illərdir ki, qardaşı X6 qaynı və həmkəndlisi olan X15 ilə görüşdüyünü, həmin vaxtlarda Hacının Bakı şəhərində yeməkxana işlətdiyini, belə görüş zamanı Cavabdeh bir qohumu, həmkəndlisi kimi Hacı ilə iş barəsində danışdığını və özünə məxsus yerini idman zalı kimi işlətmək istədiyini bildirdiyini, həmin söhbət zamanı Hacının idmançı dostu İddiaçı Vüqarla tanış etdiyini və “Bu oğlanın ətrafı genişdir, hər tərəfi idmançılardır, zal fəaliyyətə başlayanda geniş idmançı kütləsi yığmaqda sənə kömək edər” dediyini, Cavabdeh İddiaçılə münasibətinin belə yarandığını, zalın təmiri zamanı tez-tez Hacı ilə birlikdə zala gəlib getdiyini, zalın təmiri üçün Vüqarın pulu olmadığından özünə məxsus “Azera Hyundai” markalı maşınını sataraq Hacıya göndərdiyini, təmirdən sonra Hacının cavabdehə narahat olmamasını bildirdiyini və “Sənə idman alətlərini də tapmağa kömək edərəm” dediyini, Hacının Bakıda yerləşən idman zallarından birinə gedərək Ukrayna istehsalı olan alətlərin video görüntüsünü çəkib Cavabdeh atdığını (hal hazırda həmin video görüntünün mövcud olduğunu və etiraza əlavə edildiyini) və Ukraynadan alət gətirilməsinə qərar verdiklərini, Hacının bu alətlərin gətirilməsi üçün 3 ay öncədən Cavabdeh həmin idman alətlərinin sifarişini Ukraynadan verməsi üçün 80.000 manat pul istədiyini, həmin pul Cavabdeh olmadığından, Cavabdeh Bakıda yerləşən evini 85.000 manata satdığını, həmin puldan 3000 manatı evin sənədləşməsi işinə, 1500 manatı maklerə, 500 manatı Cavabdeh özünün götürdüyünü və qalan 80.000 manat pulu həyat yoldaşının və Hacının qardaşı Elnurun yanında sayaraq Hacıya verdiyini, bundan bir neçə ay sonra Hacının ona Cavabdeh tərəfindən verilmiş 80.000 manatın müqabilində idman alətləri gətirdiyini, bu müddətdə də Cavabdeh alətlərin yerləşdirəcəyi Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 294 2A saylı məhəllədə yerləşən qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində yerləşən 180 kv. m qeyri-yaşayış sahəsini özünə məxsus pulla təmirini yekunlaşdırdığını, alətlər gəldikdən sonra da Əfrahimin Hacı ilə birlikdə zala gəldiyini, Vüqara gözaydınlığı verdiyini, elə həmin gün Hacının Cavabdeh zalın açılış tarixini ona bildirməsini, Əfrahimin və idmançı yoldaşlarının orada iştirak etmələrini və ona zalı tanıtmaqda kömək etmələrini təklif etdiyini, açılış günü Hacının anası xəstə olduğundan yalnız İddiaçı və idmançı dostlarının iştirakı ilə yerin açılışına gəldiklərini və bundan sonra Cavabdeh özünə aid olan yerdə pulunu öncədən qohumu - həmkəndlisi olan Hacıya ödəyib aldığı idman alətləri ilə həmin yeri işlətməyə başladığını, açılışdan bir-iki gün öncə Hacının zalda istifadə olunacaq qida məhsullarını başqa yerdən yox, Əfrahimdən münasib qiymətə almasını Cavabdeh xahiş etdiyini, həmin gün İddiaçı zala 4000 manat məbləğində protein məhsulları gətirdiyini və pulunu Vüqardan aldığını, sonradan həmin məhsulların dəyərinin 1500 manat olduğunun məlum olduğunu, Covid 19 pandemiyası ilə bağlı zal bir müddət bağlandığından Əfrahimin həmin məhsulların vaxtı keçər deyə qaytarılmasını Cavabdeh istədiyini, Cavabdeh həmin məhsulları Əfrahimə təhvil verdiyini və pulunu bu günədək geri ala bilmədiyini, Əfrahimin pandemiya bitdikdən sonra məhsulları yenidən gətirəcəyinə söz verdiyini, lakin yenidən zal fəaliyyətə başlayanda Cavabdeh qida məhsullarını Əfrahimdən tələb edəndə o məhsulu satan adamın burada olmadığını, aradan çıxdığını ona bildirdiyini, bunun da Əfrahimin nə qədər fırıldaqçı olduğunun əyani sübutu olduğunu, zalın təmiri zamanı da Hacı və Əfrahimin Cavabdeh maddi cəhətdən bir sıra ziyanlar vurduqlarını, sonradan Cavabdeh araşdırma apararaq Hacı və Əfrahimin ondan 30.000 manat alaraq təmirə 17.000 manat verdiyini, 8.000 manat alaraq havalandırma sisteminə 5.000 manat verdiyini bildiyini, divara vurulan güzgülərə görə Əfrahimin Cavabdeh 4500 manat aldığını, lakin sonradan həmin güzgülərin dəyərinin 2500 manat olduğunun aydın olduğunu, buradan bu iki şəxsin öncədən məqsədli şəkildə bir-biri ilə əlaqəli və planlı şəkildə Cavabdeh pulunu mənimsəməklə əlbir olub, Vüqara Babayevin etibarından sui-istifadə etməklə və ya onu aldadaraq öz planlarını xaincəsinə həyata keçirdiklərinin məlum olduğunu, zal fəaliyyət göstərən zaman Cavabdehlə birlikdə zalda Hacının kiçik qardaşı Elvin və onlar tərəfindən tapıb gətirilmiş məşqçinin də işlədiyini, pandemiya dövründə zalın qarşısında yerləşən havalandırma sisteminin borusunun oğurlandığını, havalandırma sisteminin borusunu oğurlayanın onun qardaşı orada işləyən Elvinin törətməsini Hacı və Əfrahimin Cavabdeh xəbər verdiklərini, bu səbəbdən Cavabdeh Elvini zaldan uzaqlaşdırdığını, lakin sonradan Elvini oradan uzaqlaşdırıb Hacının zalda işləməsi üçün həmin borunu İddiaçı və Hacının özlərinin açıb götürdüklərinin məlum olduğunu, bunu Hacının qardaşı Elvinin bildirdiyini, bunun da onların dələduzluq etmələrinə daha bir sübut olduğunu, pandemiyadan sonra yenidən fəaliyyətə başlayanda qohumu və həmkəndlisi X9 işi dayandığından, işsiz olduğundan tez-tez Cavabdeh zalına gəldiyini, bir gün Hacının İddiaçı ilə birlikdə Cavabdeh yanına gələrək onda olan idman alətlərinin İddiaçı məxsus olduğunu iddia edərək onlarla şərik işləməli olması barədə tələb irəli sürdüklərini və təkidlə əks halda həmin alətləri gəlib götürəcəklərini söylədiklərini, təbii ki, Cavabdeh bununla razılaşa bilməyəcəyini, çünki bu malların müqabilində 80.000 manat pul ödədiyini, Hacının Cavabdeh qarşı olan haqsız tələbindən əl çəkmədiyini, hətta onun düz hərəkət etməməsini ona deyən öz yaxınları, qohumları ilə münasibətlərini pozduğunu, Cavabdeh Hacının hərəkətləri ilə bağlı onun qardaşı Elnurla telefon vasitəsi ilə də danışdığını, hazırda bu barədə səs yazılarının Cavabdeh mövcud olduğunu və araşdırılaraq hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edildiyini, həmçinin Hacının anası Həsənova Solmazın və bacısı X13 Vüqarın alətləri alması üçün 80.000 manatı oğlu Hacıya verdiyini təsdiq edən səs yazısının mövcud olduğunu və araşdırılaraq hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edildiyini, Hacı Həsənovun öz adından Cavabdeh heç nə qoparda bilməyəcəyini anladıqdan sonra onun tələb və təkidlərinin nəticə vermədiyini gördükdə isə İddiaçı kimi göstərməklə Cavabdeh məhkəməyə verdiyini, məlum iddia ərizəsində isə guya idman zalında Cavabdeh istifadə etdiyi idman alətlərinin İddiaçı aid olduğunu göstərərək Babayevdən müxtəlif adda idman alətlərini tələb etməkdə olduğunu, ünvan 5 saylı məhəllədə yerləşən Babayevin mülkiyyətində olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində yerləşən 180 kv.m qeyri-yaşayış sahəsində yerləşən idman zalına İddiaçı məxsus olan idman alətlərini qoyaraq ondan istifadə etmələri üçün nə X15 ilə nə də ki, İddiaçı ilə nə şifahi, nə də ki, yazılı şəkildə heç bir razılığı (anlaşması, müqaviləsi) olmadığını Cavabdeh bildirdiyini, bütün bunların Hacının dələduzcasına öncədən məqsədli şəkildə qurduğu planlar əsasında irəli sürülən iddia olduğunu və Hacı tərəfindən Cavabdeh əsassız yerə pul əldə etmək məqsədi daşımaqda olduğunu, İddiaçı Naxçıvan MR Kommersiya Məhkəməsində Cavabdeh qarşı əsassız və qanunsuz iddia irəli sürdüyünü, Cavabdeh İddiaçı heç bir növ sahibkarlıqla məşğul olmaq hüququna malik olmadığını məhkəmənin nəzər və diqqətinə çatdırdığını, çünki, onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı olduğunu və Azərbaycan Respublikası “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 11-ci maddəsində Ədliyyə orqanlarında qulluqla bir araya sığmayan fəaliyyətdən bəhs edilərək həmin Qanunun 11.1-ci maddəsində Ədliyyə orqanlarının işçisinin heç bir seçkili və ya digər təyinatlı vəzifə tuta bilməyəcəyinin, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa, heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə, həmçinin siyasi fəaliyyətlə məşğul ola və siyasi partiyalara üzv ola bilməyəcəyinin göstərildiyini, İddiaçı hüquq mühafizə orqanları sisteminə daxil olan dövlət qurumunun vəzifəli şəxsi kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və vergi ödəyicisi kimi qeydiyyatda durduğunu, qanun bu cür göstərdiyi halda İddiaçı hansı mühüm imunitetə (statusa) malik olduğunu, təkcə buradan iddiaçının öz hakimiyyət səlahiyyətlərindən, imkanlarından istifadə edərək cavabdehi sıxışdırıb ondan əmlak və ya pul almağa cəhd etməkdə olduğunun aydın olduğunu, iddiaçının ümumiyyətlə həm hüquq mühafizə orqanının əməkdaşı olmasının, həmçinin sahibkarlıqla, kommersiya fəaliyyəti ilə məşğul ola bilməsinin onun tərəfindən ölkə qanunlarına hansı dərəcə əməl olunmasının və yuxarı rəhbərliyinin onun bu qanunsuz fəaliyyətinə necə göz yummasının çox ciddi qanun pozuntusu olduğunu, iddiaçının iddia ərizəsində Cavabdeh məxsus idman zalında işlədiyi idman alətlərinin ona aid olduğunu iddia etdiyini, lakin idman alətlərinin ona aid olmasını təsdiq edən heç bir “Mötəbər” sübut təqdim edə bilmədiyini, sadəcə bir sıra müxtəlif adda idman alətlərinin İran İslam Respublikasından Azərbaycan Respublikasına onun adına gəlməsini göstərən yük sənədlərini təqdim etdiyini, Cavabdeh işlətdiyi idman zalındakı idman alətlərinin İddiaçı adına olan gömrük bəyannaməsində göstərilən idman alətləri olmadığını, İddiaçı adına olan gömrük bəyannaməsinə diqqət yetirəndə həmin idman alətlərinin təyinat yerinin Cavabdeh idman zalı yox, İddiaçı ünvanı olan ünvan 2ın olunduğunu, bunun isə həmin idman alətlərinin Cavabdeh gətirilmədiyini və onunla heç bir əlaqəsi olmadığını bir daha sübut etdiyini, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə təyin olunmuş ekspertiza qərarına əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin 09 iyun 2022-ci il tarixli, 9/2397 nömrəli rəyinə əsasən mübahisələndirilən idman alətləri ilə Cavabdeh məxsus idman alətlərinin eyniləşdirilməsinin mümkün olmaması barədə rəy verildiyini, başqa sözlə iddia ərizəsində göstərilən alətlərlərin Cavabdeh zalında olan alətlər olmasının heç bir təsdiqini tapmadığını, Hacı Həsənovun yaxınlarının (şahidlərin) səs yazılarından, istintaqda verdiyi ifadələrindən Vüqarın evini satıb idman alətlərinin alınıb gətirilməsi üçün Hacıya 80.000 manat pul verdiyinin aydın göründüyünü, İddiaçı iddia ərizəsində göstərdiyi idman alətlərinə münasibətdə Cavabdeh özünə məxsus idman alətlərini: 1. Qardaşının qaynı, həmkəndlisi Hacı Həsənov tərəfindən İrandan yox, Ukraynadan gətirilməsini razılaşaraq, ona Ukraynadan gətirməsini sifariş verdiyini, 2. Cavabdeh idman alətlərinin Hacı Həsənov tərəfindən Ukraynadan alınaraq gətirilməsi üçün 80.000 manat pulu Hacıya verdiyini qeyd etdiyini, lakin iddiaçının təqdim etdiyi yük sənədindən idman alətlərinin Əfrahimin adına gəldiyinin və Əfrahimin adına gələn yükün dəyərinin 30.000 manat olduğunun aydın olduğunu, bütün bunların iddia ərizəsində göstərilən idman alətlərinin Cavabdeh aid olan idman alətləri olmadığını və iddia tələbində göstərilən alətlərlə heç bir eyniyyət təşkil etmədiyi və nəticə etibarı ilə də iddia tələbinin əsassız olduğunu və Cavabdeh düşünülmüş şəkildə əsassız olaraq qanunsuz olaraq pul əldə edərək varlanmaq məqsədi daşımaq olduğunu, həmçinin heç biri reallığı əks elətdirmədiyini bir daha sübut etdiyini, bəlkə də yük sənədlərində göstərilən əşyaların İddiaçı tərəfindən sifariş verilərək ölkə ərazisinə gətirildiyini, cavabdehin o, barədə bir söz deyə bilmədiyini ifadə etməkdə olduğunu, lakin həmin idman alətlərinin heç birinin Əfrahim tərəfindən onun idman zalına gətirilmədiyini, İddiaçı adına yük sənədlərinin olmasının onun adına gəlmiş malların Əfrahimin Cavabdeh zalı üçün alması və onun zalına gətirməsi demək olmadığını, Babayevin fikrincə İddiaçı yük sənədində göstərdiyi idman alətlərini başqa şəxslər və zallar üçün gətirə biləcəyini, onun adına yük sənədinin mövcudluğunun həmin alətlərin Cavabdeh zalında olmasını heç bir şəkildə sübut etmədiyini, iddiaçı tərəfindən bunu təsdiq edən heç bir mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyini, yalnız heç bir qanuni əsası olmayan yük sənədlərinə söykənilərək əsassız, yalan və uydurma tələb irəli sürüldüyünü, Cavabdeh idman zalının alətlərini qohumu və həmkəndlisi Həsənov Hacıya evini satıb, 80000 manat pul ödəməklə Ukraynadan sifariş verməklə aldığını, Əfrahimin Cavabdeh aid olan idman alətlərini ondan öz xeyrinə tələb etməsinin heç bir hüquqi əsasının olmadığını, bütün bunların kökündən yalan olduğunu və məhkəməni yanıltmaq məqsədi daşımaq olduğunu, yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh məhkəmədən İddiaçı iddia ərizəsində göstərilən əmlakların qaytarılması barədə tələbinə dair Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsində qaldırdığı iddia tələbinin qanunsuz və əsassız olduğundan iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdiyini bildirmişdir. İddiaçı 07 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında Hacının ailəvi restoranı olduğunu, məşqdən çıxdıqdan sonra onun yanına getdiyini, bərabər oturduqlarını, Vüqarın Hacının bacısının yoldaşının qardaşı olduğunu, onun Hacıya belə bir iş görmək istədiyini dediyini, Hacının “Obyekt var və oranı çay yeri etmək istəyirlər” dediyini, onun da “Hacı birinci obyektə baxaq yaxşı olsa təmir edərik amma bir şərtlə ki, mənim obyekti təmir etməyə pulum çatmayacaq, mən trenajor alacam” dediyini, Hacının Vüqara zəng etdiyini, Vüqarın iki-üç günə Bakıya gələcəyini dediyini, Vüqar Bakıya gələndə Vüqarı qarşıladıqlarını, Hacının restoranında oturduqlarını, Hacının Vüqara “Sən obyekti təmir et, Əfrahim də malı gətirsin, şərik işləyin” dediyini, ideyanı özünün dediyini, Vüqarın da razılaşdığını, oradan da obyektə getdiklərini, Vüqarın obyekti satışa qoyduğunu, oranın çox pis vəziyyətdə olduğunu, Vüqarın “Mən getsəm Naxçıvana siz obyekti təmir edə bilərsiniz”? dediyini, onun da “Problem yoxdur həll edərəm” dediyini, Vüqar təmirə aid ona nə qədər pul veribsə, hamısının səs yazılarının olduğunu, idman zalında ustaların videolarını çəkdiyini, ustalarda da onun videosunun olduğunu, Vüqarla aralarında heç bir problem olmadığını, pandemiya başladığını və Vüqarın Naxçıvana gəldiyini, iki il idman zalının bağlı qaldığını, idman alətlərini gətirdikdən sonra təqribən 20 gün işlədiklərini, idman zalının açılışında onun tanışları olan idmançıların iştirak etdiklərini, onların lazım olarsa gəlib şahid kimi ifadə verə biləcəklərini, idman zalına məşq etməyə kim gəlirdisə, hamısının ona görə gəldiyini, Vüqarla 10 gün olardı işlədiklərini, hər şeyin qaydasında olduğunu, 10 gündən sonra Vüqarın “Zal mənimdir” dediyini, sonra Vüqarın Naxçıvana gəldiyini, Hacının ona “Vüqar deyir ki, vəziyyət belədir” dediyini, onun da “Telefon söhbəti deyil, Vüqar gələr üzbəüz danışarıq” dediyini, Vüqarla danışdığını, Bakıya gələndə ona zəng vurmasını dediyini, Vüqarın Bakıya gəldikdən sonra ona zəng vurduğunu, Vüqarın idman zalının qabağına gəldiyini, Vüqarın ona tək işləyəcəyini və idman alətlərinin onun olduğunu dediyini, Vüqarla söhbətlərinin üstündən bir saat keçdikdən sonra ona kriminal adamların zəng vurub “Gəl oturaq səninlə söhbət edək” dediklərini, onun da həmin adama “Mən səni tanımıram, tanımaq da istəmirəm” dediyini, bundan sonrada dayanmadan bir neçə adamın ona zəng vurduğunu, Vüqar yəqin fikrini dəyişər deyə düşündüyünü, sonra onun fikrini dəyişmədiyini gördüyünü, məhkəməyə müraciət etdiyini, sonra Vüqarın onun barəsində Ədliyyə Nazirliyinə və bir neçə yerə şikayət etdiyini, oradan araşdıranda hər şeyin qaydasında olduğunu gördüklərini, amma ona bülleten götürüb İran İslam Respublikasına getdiyinə görə töhmət verdiklərini, Vüqarla aralarında razılaşma olmasaydı idman zalına getməyəcəyini, pul da qoymayacağını, 2019-2020-ci illərdə malı keçirən vaxt Biləsuvar gömrüyündə onun girişçıxışının olduğunu, öz maşını ilə giriş-çıxış etdiyini, İran İslam Respublikasından idman alətlərini onun gətirdiyini, cavabdehlə aralarında yazılı razılaşma olmadığını, aralarında şifahi razılaşma olduğunu, iş materiallarında mövcud olan qəbzdəki 10 manat 80 qəpiyin idman alətlərinin gətirildiyi maşının gömrükdə qalmasına görə ödədiyini, idman alətlərini gömrükdən keçirərkən altı min neçə manat pul ödədiyini, idman alətlərini almaq üçün iyirmi iki min və ya iyirmi üç min manat pul ödədiyini, İranlı dostu olduğunu, ona “Mənə idman alətləri lazımdır” dediyini, onun da “Mənim Təbrizdə bacımın oğlu var səni o qarşılayacaq” dediyini, ola bilər ki, Azərbaycana gəldikdən sonra, sənədə imzanı həmin şəxsin çəkdiyini, kassa yerləşdirəcəklərini, Vergilər Nazirliyindən gəlib onu rəsmiləşdirəcəklərini, lakin pandemiya yarandığını və idman zalının bağlandığını, İran qəbzlərindəki qiyməti aşağı yazdıqlarını, gömrük işçisinin “İdmançı olduğa görə sənə güzəşt edəcəyəm” dediyini, idman alətlərinin adının ekspert rəyində, gömrük bəyannaməsində, qəbzdən tərcümə olunmuş sənəddə fəqli olmasını səbəbinin hərənin öz bildiyini tərcümə etməsi olduğunu, idman alətlərinin hamısı bir yerdə gəldiyinə görə iş materiallarında olan sənəddə idman alətlərinin çəkisini yazdıqlarını, idman alətlərini gömrükdən keçirəndə rüsumun məbləğinin aşağı olması üçün bir neçə malı bir mal kimi göstərdiyini, ekspert rəyində idman alətlərinin 39 ədəd olmasının səbəbinin oturacaqların da sayılması olduğunu, amma oturacağın trenajor sayılmadığını, İran İslam Respublikasında idman alətlərinə yeddi min nə qədərsə dollar pul verdiyini, tırın idman alətlərini idman zalının qabağına gətirdiyini, 15 nəfər fəhlə olduğunu, onların idman alətlərini boşaltdıqlarını, tırın sürücüsünün İran vətəndaşı olduğunu, sürücünü şirkətin təyin etdiyini, idman alətlərini zala boşaldanda oradakı qonşuların gördüklərini, orada həm də kameranın da olduğunu, Vüqarın Hacıya zəng vurub “Obyektim var, çay evi etmək istəyirəm” dediyini, Hacının da ona belə bir obyektin olduğunu dediyini, Hacıya “Sənə çoxdan demişdim, mən trenajor zalı açmaq istəyirəm” dediyini, Vüqarın obyektini 60.000 manata satdığını, əvvəlcə obyekti almaq istədiyini, Hacıya “Əgər Vüqar obyektin qiymətini 50.000 manata endirsə alacağam” dediyini, Vüqarın da “Obyekti 58.000 manata sata bilərəm” dediyini, o qiymətlə razılaşmadığını, obyektin pis vəziyyətdə olduğunu, Vüqara “Obyektin təmirini sən edəcəksənsə, mən də idman alətlərini gətirərəm işləməyə başlayarıq. Alətləri neçəyə alacağımın sənə aidiyyəti yoxdur, mənim ətrafım böyükdür, bu zalı mən açıramsa bura çox adam gələcək” dediyini, 18 noyabr 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasındakı izahında isə Hacı ilə dost olduqlarını, Hacının Bakı şəhərində “Aygün city”nin 5-ci mərtəbəsində restoranı olduğunu, onun yanına gedibgəldiyini, işdən çıxdıqdan sonra bir yerdə otururduqlarını, Hacıya dəfələrlə bir az pulu olduğunu və trenajor yeri açmaq istədiyini dediyini, Hacının da “O sahədə sən yaxşı bilirsən. Elə et ki, pulunu itirmə” dediyini, bu zamanlarda da Hacının Vüqar adlı qohumunun Hacıya zəng vurub, “Hacı mənim Həzi Aslanovda obyektim var. İstəyirəm çay evi kimi işlədim” dediyini, Hacının da ona məsləhət etdiyini, belə bir obyektin olduğunu, obyektin sahibinin onunla qohum olduğunu və oranı çay evi etmək istədiyini dediyini, Hacıya “Obyektə baxaq. Əgər alınarsa oranı idman zalı kimi istifadə edə bilərik. Zal onundur, idman avadanlıqları məndən olsun, zal kimi işlədək” dediyini, Hacının Vüqara “Bakıya gəl, üzbəüz danışaq” dediyini, Vüqarın təxmini iki günə Bakıya gəldiyini, Hacının “Aygün cityi”nin beşinci mərtəbəsindəki restoranında söhbət etdiklərini, Hacının Vüqara “Obyekti çay evi kimi beş yüz manata kirayə verincə şərik olaraq idman zalı kimi açmaq istəsən obyektin təmiri sənə aid olacaq, idman avadanlıqları da Əfrahimə aid olacaq” dediyini, Vüqarın fikriləşib deyərəm dediyini, axşam vaxtı olduğunu, oradan obyektə baxmağa getdiklərini, Vüqarın obyekti altmış min manata və ya əllli beş min manata satışa qoyduğunu, obyektin açarının da maklerdə olduğunu, açarı gətirdiklərini, zala düşdüklərini, obyektin çox bərbat vəziyyətdə olduğunu, onun şəkilləri və videoları da olduğunu, obyekti zal kimi işlədə biləcəklərini dediyini, obyekt zirzəmi olduğundan çay evi kimi işlədilərsə aşağıya heç kimin düşməyəcəyini, çay evinin də ona 500 manat pul qazandıracağını, idman zalı kimi yaxşı fəaliyyət göstərəcəyini dediyini, Hacının “Vüqar qohumdur. Başqa yerdə açacaqsan, arendaya gələcəklər. Bura bizə əlverişlidir” dediyini, onun da əlverişli yer olduğunu bildirərək razılaşdığını, Vüqarın obyektin təmirinə pul verməyə başladığını, orada təmir işlərinin aparılırdığını, Vüqarın da səhv etmirsə Naxçıvana gəldiyini, onun da işdən çıxıb, ustalarla danışmağa getdiyini, güzgüləri, şkafları hamısını yerbəyer etdikdən sonra İran İslam Respublikasına idman alətləri gətirməyə getdiyini, İranda çox olduğunu, orada dəfələrlə yarışlarda iştirak etdiyini, orada idmançı dostlarının çox olduğunu, Tehrana və bir çox yerə getdiyini, özünə və puluna uyğun idman alətləri almaq istədiyini, axırda Təbrizə gəldiyini, orada idmançı dostu olduğunu, idmançı dostunun “Səni bir yer var ora aparacağam. Orada həm avadanlıqlar yaxşıdı, həm də qiyməti aşağıdı” dediyini, həmin zavodun müdiri ilə oturub söhbət etdiklərini, ona lazım olan avadanlıqları dediyini, sonra İranda restorana yemək yeməyə getdiklərini, onların razılaşdıqlarını, zavodun müdirinin “İşə başlayıram” dediyini, işə başlaması üçün ona beş min dollar verdiyini, işlədiyinə görə orada çox qala bilmədiyini, işi ilə əlaqədar olaraq qayıtmalı olduğunu dediyini, idmançı dostuna “Mən sənə inanıram” dediyini, İranda olan həmin idmançı dostunun işə nəzarət etdiyini, dostunun ona görüntülü zəng edib “Əfrahim iş gedir” dediyini, bir aydan sonra İrana getdiyini, zavodda işin hələ davam etdiyini, ancaq işin yarısını gördüklərini, malları on beş günə təhvil verəcəklərini dediklərini, 15 gün sonra zəng edib malların hazır olduğunu dediklərini, idman alətlərinin olduğu tırın Biləsuvar gömrüyünə gəldiyini, Biləsuvar tərəfə keçdiyini, tır keçdikdən sonra geri qayıtdığını, təxmini bir və ya iki saat İranda olduğunu, geri qayıtdığını ancaq malların gömrükdə bir gün qaldığını, gömrükdə tanış adam olduğunu, onun da idmançı olduğunu, gömrükdə işlədiyini, malları gömrükdən keçirtməyinə kömək etdiyini, malını keçirtdiyini, həmin günü də malı zala boşaltdığını, malları qurmağa adam çağırdığını, malların qurulduğunu, işləməyə başladıqlarını, idman zalının açılışı olduğunu, açılışa idmançı dostlarının gəldiyini, ətrafda hamının onun orada olduğunu və idmançı olduğunu bildiyini, idmançının zal açdığını biləndə hamının xoşuna gəldiyini, hamının zala gəlməyə başladığını, 15 gün ərzində təxmini 70-80 nəfər adam gəldiyini, 10-15 gündən sonra pandemiya yarandığını, indiyə qədər belə bir şey olmadığını, ağıllarına belə bir şeyin olacağının gəlmədiyini, iki-üç günə pandemiyanın qurtaracağını fikirləşdiklərini, maraqlandıqda pandemiyanın bir- iki il davam edəcəyini dediklərini, idman zalının işləmədiyini, bağlı qaldığını, səhv etmirsə 2021-ci ilin iyunun 10-da zalları işlətməyə icazə verildiyini, Vüqarın Naxçıvandan gəldiyini, zalı açıb işləməyə başladıqlarını, təxmini 10 gün keçdikdən sonra Vüqarın onunla şərik işləmək istəmədiyini, malların və zalın onun olduğunu dediyini, dövlət orqanında işlədiyinə görə başqa cür söhbət edə bilmədiyini, məcbur qalıb məhkəməyə müraciət etdiyini, kriminal aləmdən ona zənglər olduğunu, dövlət orqanında işlədiyinə görə onları özünə rəqib bilmədiyini, nəyəsə əl atması üçün onunla söhbət etmək istədiklərini, bu halın da onun işinə ziyan olacağını, həmin şəxslərin ona zənglərinin səs yazılarının da olduğunu, cənab Prezidentin nəzarətində olan idmançı olduğunu, dəfələrlə bayrağımızı qaldırdığını, Vüqarın izahatında yoldaşının tanışı olduğunu və onunla bir yerdə oxuduğunu göstərdiyini, elə bir adam tanımadığını, həmin adamın bir ara altıncı kalonun vəziyyətinə baxdığını, həmin adamın adının Ağa olduğunu, dəfələrlə ona zəng vurduğunu, həmin səs qeydlərini təzə tapdıqlarını, məhkəməyə təqdim edəcəklərini, onu çağırıb söhbət etmək istədiklərini, bu söhbətin Xətai rayon İcra şöbəsində də olduğunu, İcra Şöbəsinin rəisinin onları üzləşdirmək istədiyini, zalın üzərinə həbs qoyduqlarını, bunlara xəbərin çatdığını, onların bu məsələni danışmaq üçün ora gəldiklərini, digər otaqda həmin Ağanın olduğunu, şöbənin rəisi Vüqarın onu imza atmaq adı ilə çağırdığını, kimləsə görüşməyə vaxtının olmadığını dediyini, otaqdan çıxdığını, o biri otaqda da həmin Ağa adlı şəxsin olduğunu, İcra Şöbəsinin rəsinin onları üzləşdirmək istədiyini, lakin onun istəmədiyini, otaqdan çıxanda Ağayla üz-üzə gəldiklərini, sonra getdiyini, bundan sonra dəfələrlə başqa kriminal adamların ona zəng vurduğunu, şəhər balaca olduğundan onları tanıdıqlarını, “Məni narahat etməyin, mən dövlət qulluqçusuyam, iş də məhkəmədədir” dediyini, sonra “İş həm məhkəmədə, həm də Yasamal rayon Polis idarəsindədi. Sən mənə niyə zəng vurmusan?! İşi sizə verib, ya Yasamal rayon Polis idarəsinə verib” dediyini, Yasamal rayon Polis idarəsindən müstəntiq Valeh müəllimin onu çağırdığını, onun da “Kimləsə Hacının arasında pul söhbəti varsa, məni ona görə narahat etməyin. Mənim bura gəlməyə vaxtım yoxdur. Nə sözünüz varsa vəkilimi göndərə bilərəm. Mən barədə şikayət varsa gəlim. Mənə heç kim maraqlı deyil. Kim kimə səksən min manat verib kim kimdən səksən min manat alıbsa mənim ona bir aidiyyətim yoxdu. Mən malımı istəyirəm” dediyini, Valeh müəllimə tapşırdıqlarını, onlarla tam bir başqa söhbət etdiyini, elə bil polis söbəsində deyil, küçədə onunla söbət etdiyini, bir neçə dəqiqədən bir ona “Səni tutacam” dediyini, onun da “Məni hakim tuta bilər. Ortada heç nə olamaya-olmaya sən məni necə tuta bilərsən”?! dediyini, oradan çıxdıqdan sonra Vilayət Eyvazova məktub yazaraq özbaşınalıq olduğunu, kiminsə sifarişi ilə iş aparıldığını bildirdiklərini, işin bağlanıldığını, Ağanın şəklini ona göstərdiklərini, Vüqarın şərik işləmək istəmədiyini ona dediyini, zalın Vüqara aid olacağını, idman alətlərinin də ona aid olacağını, şərikli işləməyin şərtlərini bü cür danışdıqlarını, Hacının Vüqarın onun bacısının yoldaşının qardaşı olduğunu dediyini, Hacıya inandığından Hacıya görə Vüqara etibar etdiyini, başqa yerdə zal açıb müştəri yığdıqdan sonra gəlib ondan zaldan çıxmasını istəyəcəklərini fikirləşdiyini qeyd etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil 26 sentyabr 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında 2020-ci ilin əvvəllərində hüquqlarını müdafiə etdiyi İddiaçı ilə Cavabdeh idman alətləri almaq barədə razılığa gəldiklərini, Cavabdeh məxsus Xətai rayonu ərazisində yerləşən 180 kv.m qeyri-yaşayış sahəsinin təmir işlərini Cavabdeh etdiyini, orada idman zalının açılması, İddiaçı tərəfindən idman alətlərinin gətirilməsinin təşkil edilməsi, Cavabdeh isə həmin yerin icarədarı kimi müqavilə bağlaması və onların müəyyən gəlir əldə etməsi barədə tərəflərin razılığa gəldiklərini, 2020-ci ilin əvvəllərində idman zalının açılışının olduğunu, həmin açılışa aid video yazılar olduğunu, video yazılarda İddiaçı qırmızı lenti kəsməsinin, Cavabdeh də orada olmağının, onların idman zalına daxil olmasının, tanınmış idmançıların açılışda iştirak etməsinin aydın göründüyünü, Bakı şəhərində olan məhkəmələrdə də cavabdeh tərəfin “Bu avadanlıqlar bizə məxsus deyil, bizə aidiyyəti yoxdur” dediyini, lakin video yazılar ortaya çıxdıqdan sonra dolayısı da olsa həqiqətən də idman zalının həmin zal oduğunu, idman alətlərinin isə həmin idman alətləri olduğunu etiraf etdiklərini, iş materiallarındakı sənədlərdə də həmin idman alətlərinin İddiaçı məxsus olmasının öz təsdiqini tapdığını, idman alətlərinin hamısının arxasında nömrəsi olduğunu, onların idman zalının və oradakı idman alətlərinin üzərinə həbs qoyulmasını tələb etdiklərini, Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmurları əmlakın üzərinə həbs qoyan zaman cavabdeh tərəfin onlarda belə bir əmlakın olmadığını bildirdiyini, icra məmurlarının idman zalına daxil olduqlarını, məhkəmənin qərarına əsasən bütün əmlakların siyahıya alındığını, siyahıdakı əmlakların iddia ərizələrində qeyd etdikləri əmlaklarla üst-üstə düşdüyünü, icra məmurlarının həmin obyektin qapısına möhür vurduqlarını və obyektin istifadəsinin dayandırıldığını, Cavabdeh işin ciddi olduğunu anladıqdan sonra Əfrahimin üstünə hansısa formada razılığa gəlmələri üçün adam göndərdiyini, Yasamal Rayon Polis İdarəsində olan şikayət ərizəsi və Bakı şəhər Xətai Rayon Məhkəməsinin icraatında olan mülki iş materialları ilə həmin avadanlıqların həqiqətən də Şəfiyev Ərahimə məxsus olmasının öz təsdiqini tapdığını, təxminən bir ildən çoxdur ki, hazırkı iş üzrə məhkəmə iclaslarının davam etdiyini, iş aidiyyəti üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinə aid olduğundan, ərizə ilə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət etdiklərini, ilk gündən Cavabdeh və onun vəkilinin idman zalında olan idman alətlərinin onların tələb etdikləri idman alətləri olmadığını bildirdiklərini, əgər onların xarici ölkədən gətirdikləri idman alətləri cavabdehin idman zalında olan həmin idman alətləri deyildirsə, cavabdehin idman zalında olan idman alətlərinin haradan alınması ilə bağlı sübut təqdim etmələrini, tələb etdikləri idman alətlərinin idman zalında olan əşyalar olduğunu iş materiallarında və Bakı Şəhər Məhkəmələrində cavabdeh tərəfin dolayısıyla da olsa etiraf etdiyini, əgər tələb etdikləri idman alətləri idman zalında olan əşyalar deyildirsə, nəyə görə Yasamal Rayon Polis İdarəsinə onlarla barışmaq üçün adam göndərib hansısa formada razılaşmaq istədiklərini, cavabdeh tərəflə bugünkü gündə də razılığa gəlmək istədiklərini, tərəflərin dolayısı ilə qohumluq əlaqələrinin olduğunu, cavabdeh tərəfin barışığ şərtinin onların iddialarını məhkəmədən geri götürmək olduğunu, onların da bunu qəbul etmədiklərini, iddialarının əsaslı olduğunu hesab etdiklərini, Xətai rayonu ərazisində yerləşən 180 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh məxsus olduğunu, xarici ölkədən gətirilən bütün idman alətlərinin çəki ilə müəyyən edildiyini, neçə min kiloqramlıq malın bir yerə yığıldığını və bir dənə mal olaraq gəldiyini, həmin mallar Bakıya gəldikdən sonra onların çəki ilə müəyyən edilmiş neçə min kiloqramlıq malı ayırdıqlarını, o mal ayrılanda 31 adda idman alətləri olduğunu, amma 31 adda olan idman alətlərinin bir yerdə altı min səksən kiloqram olduğunu, ola bilər ki, gömrük bəyannaməsində idman alətlərinin altı min səksən kiloqramlıq idman alətləri kimi qeyd olunduğunu, amma həmin altı min səksən kiloqramlıq idman avadanlığını ayırdıqdan sonra 31 adda idman avadanlığı olduğunu, Hacı ilə bağlı Yasamal Rayon Polis İdarəsinə edilən şikayətin idman alətləri ilə heç bir əlaqəsi olmadığını, əgər həqiqətəndə Hacı ilə bağlı belə bir şikayət mövcud olmuşdursa Cavabdeh niyə vaxtında Yasamal Rayon Polis İdarəsinə müraciət etmədiyini, onların iddialarından sonra Yasamal Rayon Polis İdarəsinə müraciət olunduğunu, məhkəmə tərəfindən idman zalına və orada olan idman alətlərinə həbs qoyulduqdan sonra cavabdehin həmin qərardan şikayət verdiyini və işin apellyasiya məhkəməsinə getdiyini, cavabdehin idman zalına haradansa su damdığını və bunun nəticəsində zal və avadanlıqların məhv ola biləcəyini əsas gətirdiyini, məhkəmənin də bu halı nəzərə alaraq avadanlıqların məhv olmaması ilə bağlı onların şikayətlərini təmin etdiyini, ancaq şikayətlərinin “İdman zalının qapısı açılsın amma idman alətləri istifadə olunmasın” şərtilə təmin edildiyini, cavabdehin bununla razılaşdığını, bundan sonra cavabdehin Yasamal Rayon Polis İdarəsinə müraciət etdiyini, əgər həqiqətən də Cavabdeh qeyd olunan məbləğdə Hacıya və ya İddiaçı pul vermişdirsə Yasamal Rayon Polis İdarəsinə vaxtında müraciət edəcəyini, Yasamal Rayon Polis İdarəsinə niyə onların iddialarından sonra müraciət olunduğunu, Yasamal Rayon Polis İdarəsinin cinayət işinin başlanması haqqında qərarında Cavabdeh də, Hacının da ifadəsi olduğunu, Cavabdeh Naxçıvanda, Hacının isə Bakıda yaşadığını, Cavabdeh qeyri-yaşayış sahəsi təmirsiz olduğundan onun təmirini Bakıda yaşayan qohumu Hacıya tapşırdığını, Hacının Vüqarın göstərişi və pulu ilə Bakı şəhərindəki həmin qeyri yaşayış sahəsini təmir etdirdiyini, Vüqarın Hacıya pul göndərməyinə dair qəbzlər və şahidlər olduğunu, Hacını Əfrahimin də tanıdığını, idman zalının açılışının olduğu video yazısına baxmadığını, bunları sadəcə eşitdiyini, ola bilər ki, lenti Vüqarın kəsdiyini, bəs Əfrahimin orada nə işinin olduğunu, əgər Əfrahimin bu işlə heç bir əlaqəsi yoxdursa oraya niyə gəldiyini, 07 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasındakı izahında əvvəlki məhkəmə iclasında qarşı tərəfin vəkili və nümayəndəsinin idman zalında olan alətlərin onların tələb etdikləri alətlər olduğunu onların sübut edə bilmədiklərini iddia etdiklərini, Yasamal Rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında olan Cavabdeh verdiyi izahatında idman alətlərini almaq üçün İddiaçı pul verdiyini və idman alətlərinin Ukrayna Respublikasından gəlməli olduğunu bildirdiyini, idman alətləri qeyri-yaşayış sahəsinə boşaldılanda Vüqarın idman alətlərinin qutusunun üzərində İran İslam Respublikasının hərflərini gördüyünü, malların Ukrayna Respublikasından deyil, İran İslam Respublikasından gəldiyinin məlum olduğunu, həmin vaxtı Vüqarın narazılığını bildirmədiyini, lakin onlar məhkəməyə müraciət edəndə Vüqarın bunu mübahisələndirməyə başladığını, yəni Cavabdeh onun qeyri-yaşayış sahəsində olan idman alətlərinin İddiaçı İran İslam Respublikasından gətirdiyi həmin idman alətləri olduğunu etiraf etdiyini, Yasamal Rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının iş üzrə əsas sübut olduğunu hesab etdiyini, iş materiallarında olan gömrük bəyanaməsinin də həmin idman alətlərinin Əfrahim tərəfindən alınmasını sübut etdiyini, bəzi sənədləri əldə etmək üçün müəyyən yerlərə sorğular verdiklərini, həmin sənədləri də məhkəməyə təqdim edəcəklərini, İran İslam Respublikasında idman alətlərin satan şəxsin Əfrahimə idman alətləri barədə məlumat verərkən video yazılar qeydə aldığını, Cavabdeh idman alətlərinin İran İslam Respublikasından Əfrahim tərəfindən gətirməsini mübahisələndirmədiyini, onun sadəcə olaraq dolayısıyla “Pulu Əfrahimə mən vermişəm” dediyini, iş materiallarından Əfrahimin pulu verib idman alətlərini öz adından aldığının göründüyünü, Cavabdeh həqiqətən də İddiaçı pulu veribsə, bunu sübut etməli olduğunu, bu idman alətlərinin İran İslam Respublikasından hansı formada alınması ilə bağlı bütün sənədləri Elektron Məhkəmə İnformasiya sisteminə yükləyəcəyini, sübutlarının gömrük bəyanaməsi olduğunu, qarşı tərəfin nə sübutu olduğunu, Cavabdeh “Bu mal bizim gətirdiyimiz mal deyil” dediyini, onun “Mənə malı Ukraynadan gətirməyi söz vermişdilər, amma mal İranda gəlibdir” bildirdiyini, buna görə də onun əsəbləşərək “Axı biz belə danışmamışdıq” dediyini, Vüqarın malın gəldiyini etiraf etdiyini, tərəflərin şifahi olaraq razılaşdıqlarını, əgər tərəflərin arasında rəsmi razılaşma yoxdursa mallar batmalımı olduğunu, bu cür yanaşmanı yalnış olduğunu, Əfrahim obyektin təmirində iştirak edibsə, deməli bu işdə marağı olduğunu, təqdim etdikləri video yazılarda Əfrahimin Cavabdeh video atıb “Güzgülər gətirdim, avadanlıqlar quruldu” dediyinin qeyd olunduğunu, güzgüdə Əfrahimin özünün də düşdüyünü, Əfrahimin marağı olduğuna görə o obyektə getdiyini, idman alətlərinin İddiaçı məxsus olmasının iş materiallarında olan ödəniş qəbzləri və gömrük bəyannamələri ilə təsdiq olunduğunu, təqdim etdikləri sənədlərin hamısının mötəbər olduğunu, həmin sənədlərin mötəbər olmamasını qarşı tərəfin nə ilə təsdiq etdiyini, Cavabdeh polisdəki izahatında “İdman alətləri idman zalının qarşısına gəldi. Zalın qabağındakı qutunun üstündə İran İslam Respublikasının hərfləri var idi” dediyini, 18 noyabr 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasındakı izahında qarşı tərəfin sübut kimi məhkəməyə təqdim etdiyi səs yazısında Vüqarın öz qohumuyla danışdığını, həmin səs yazısında Vüqarın evi səksən min manata satdığını, onun başına bu oyunları açdıqlarını bildirdiyini, yəni izahatında nə deyibsə onu bildirdiyini, telefondakı şəxsin də öz narazılığını bildirirərək ola bilməz və.s kimi sözlər dediyini, bu səs yazısının sübut əhəmiyyətinin olmadığını, cinayət işinin başlanmasının rədd olunması barədə qərarın bu işin açarı olduğunu, ilkin olaraq Cavabdeh izahatına daha sonra Əfrahimin, Hacının və Cavabdeh tərəfindən dəvət olunan şahidlərin, bildiyi qədəriylə hazırda cəzaçəkmə müəsisəsində olan Hacının qardaşının və Vüqarın həyat yoldaşının ifadələrinə nəzər salınmasını, Cavabdeh tərəfindən izahat verən şəxslərin izahatlarına diqqət yetirilməsini, Cavabdeh həyat yoldaşının, səksən min manatı pulu verib evi alan şəxsin və Elvin Həsənovun, bu şəxslərin dördünün də bir tərəfdə olduqlarını, ancaq bu dörd nəfərin verdiyi izahatların fərqli olduğunu, Vüqarın zalı iyirmi yeddi min manata təmir etdiyini, “Azera” markalı avtomobilini satıb ilkin olaraq on min manatını, sonra da qalan pulu verdiyini dediyini, Vüqarın həyat yoldaşının isə Vüqarın otuz min manat pul verdiyini bildirdiyini, digər şahidin də Vüqarın iyirmi min manat pul verdiyini bildirdiyini, bu şəxslərin bir tərəfdə olduğunu amma bir tərəfdə olan şahidlərin verdiyi ifadələrin səhv olduğunu, Cavabdeh Əfrahimin də orada olduğunu bildirdiyini, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda Vüqarın izahatında “Səksən min manat pulu sayıb Əfrahimin yanında vermişəm” dediyini, Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın onlarda olmadığını, bu qərarı cavabdeh tərəfin məhkəməyə təqdim etdiyini, onlara polis idarəsində qərəzli mövqe sərgiləndiyini, ona görə də qərarı onlara vermədiklərini, onların qərarı cavabdeh tərəf məhkəməyə təqdim etdikdən sonra elektron sistemdən çıxardığını, həmin qərarda evi alan şəxsin izahatının obrazlı formada hazırlandığını, izahatına nəzər salanda orada evi alan şəxsin “Cavabdeh pulu saydı. Həmin puldan səksən min manatı Hacıya verdi” dediyini, evi alan şəxsin Hacını necədə tanıdığını, Hacının qardaşının adını deyərək kimləri gördüyünü dediyini, qarşı tərəf bu qərara istinad etdiyindən onun da ona görə bu qərara istinad etdiyini, cinayət işinin başlanması ilə bağlı qərar qəbul olunan ərəfədə müstəntiqin ekspertiza təyin etdiyini, “İdman zalındakı idman avadanlıqları ilə iddia ərizəsində göstərilən avadanlıqlar eynilik təşkil etmir” deyə ekspertin rəy verdiyini, onların həmin ekspertizadan xəbərləri olmadığını, cavabdehin vəkilinin İddiaçı “Vüqar şərikliyi pozaq sözünü sənə yoxsa Hacıya dedi” sualını verdiyini, Vüqarın “Şərikliyi pozaq” sözünü Hacıya dediyinin hesab edilməsini, onda tərəfin şərikliyin olduğunu dolayısı ilə qəbul etdiyini, Bakı şəhərində keçirilən məhkəmə iclaslarının protokollarına diqqət yetirilsə Cavabdeh və onun vəkili Araz müəllimin Əfrahimin gətirdiyi avadanlıqların zaldakı avadanlıqlar olmadığını dəfələrlə bildirdiklərinin görüləcəyini, Bakı apellyasiya məhkəməsində müəyyən halları sübut edə bilmədiklərini, həmin ərəfələrdə Yasamal rayon Polis idarəsində də iş olduğundan, güclərini ora verdiklərindən, qarşı tərəfin izahatını və sair halları bilmədiklərindən sübut edə bilmədiklərini, növbəti məhkəmə iclaslarında zaldakı avadanlıqların Əfrahimin gətirdiyi avadanlıqlar olduğunun bilindiyini, məhkəmənin sualcavabla həmin avadanlıqlarla eyni olduğunu ortaya çıxartdığını, qarşı tərəfin Bakıda ilk gündən zaldakı avadanlıqların Əfrahimin gətirdiyi avadanlıqlar olduğunu qəbul etmədiyini, Naxçıvan MR Kommersiya Məhkəməsinin birinci məhkəmə hazırlıq iclasında qarşı tərəfin vəkilinin zaldakı avadanlıqların həmin avdanlıqlar olmadığını bildirdiyini, amma Cavabdeh keçən məhkəmə iclasında verdiyi izahatında “Həmin avadanlıqlar Əfrahimin gətirdiyi avadanlıqlardı. Mən elə bilirdim Ukraynadan gətirib. Yerə düşmüş qutunun kağızında farsca yazılar yazıldığını gördüm. Mən gömrükdə işləmişəm belə şeyləri yaxşı bilirəm” deyə etiraf etdiyini, Vüqarın Hacının ona “Mallar gəlib, Biləsuvar gömrüyündədi” dediyini qeyd etdiyini, əgər həqiqətəndə Cavabdeh gömrük işlərini yaxşı bilirdisə, Ukraynadan gələn malın Biləsuvar gömrüyündə nə işi olduğunu niyə fikirləşmədiyini, Vüqarın keçən məhkəmə iclasındakı izahatında Əfrahimin mal gətirdiyini bilmədiyini dediyini, onda malları kim gətirdiyini, Vüqar izahatında Əfrahimin avdanlıqları İrandan gətirməsini Bakı şəhərindəki məhkəmələr zamanı bildiyini dediyini, amma onun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda Əfrahimin malı gətirdiyini dediyini, onların həm qərara, həm də Naxçıvan MR Kommersiya Məhkəməsində keçirilmiş bu iş üzrə məhkəmə iclas prtokollarına istinad etdiklərini, hər iki sənəddə də Vüqarın öz izahatının olduğunu, İddiaçı izahatında hansı vaxtlar İrana getdiyini, üç-beş gün qalıb işi ilə əlaqədar geri qayıtdığını bildirdiyini, bununla bağlı Dövlət Sərhəd Xidmətindən İddiaçı həmin illərdə ölkədən giriş-çıxışı ilə bağlı sənədi məhkəməyə təqdim etdiklərini, həmin sənəddən Əfrahimin 25 yanvar 2020-ci il tarixdə İrana daxil olduğunun, üç gün qalıb, ayın 28-də geri qayıtdığının, ayın 30-da İrana gedib, həmin günü də qayıtdığının və.s. göründüyünü, Əfrahimin fevral ayının 4-də də İrana getdiyini, Əfrahimin malın gəldiyi vaxt gömrüyə gedib iki saat qalıb qayıtdığını dediyini, bunun həmin tarix, malın gəldiyi vaxt olduğunu, mal gələndə cavabdehin Bakıda olduğunu qarşı tərəfin sübut etməsini, Vüqarın izahatında malların gəldiyi vaxt Hacıgildə olduğunu, Hacının ona süpriz edəcəyini dediyini, onun da “Mənim pulumla alınmış mala mənə süpriz edəcəksiz” dediyini bildirdiyini, bir izahatında avadanlıqlar gələndə Bakıda olduğunu dediyini, bir izahatında isə Naxçıvanda olduğunu, ona malların gəlməsi ilə bağlı zəng etdiklərini və Bakıya gəldiyini bildirdiyini, Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qarşı tərəfin istinad etdiyi sübut olduğunu, o sübutun da nəticəsinin olmadığını, cinayət işinin rədd olunduğunu, əgər həqiqətən səksən min manatla bağlı şikayət doğru olsaydı, cinayət işinin başlanması ilə bağlı qərarın qəbul olunacağını, əgər 80.000 manatla bağlı tələb öz təsdiqini tapsaydı, qərarın yekun hissəsində “Öz təsdiqini tapdı” deyə qeyd olunacağını, onda isə “Mülki işdi, məhkəməyə müraciət edin” deyəcəklərini, bunu da məsləhət görmədiklərini, Cavabdeh düz dediyini hesab etdiyini, onda Vüqarın Hacıya verdiyi 80.000 manatla Əfrahimin İrandan gətirdiyi mallın nə əlaqəsinin olduğuna dair sual yarandığını, əlaqəsi də olduğunu hesab etdiyini, belə olan halda Əfrahimin İrandan gətirdiyi malların onun Hacıya verdiyi 80.000 manata aid olduğunu necə sübut etdiyini, bunun belə olmadığını, sadəcə cavabdeh tərəfin aspektindən yanaşaraq fərziyyəllərini dediyini, Vüqarın Hacıya verdiyi 80.000 manatla Əfrahimin aldığı malın nə əlaqəsinin olduğunu, Hacının gətirib Əfrahimə pul verdiyinə, onun da İrandan mal alıb gətirdiyinə dair sübut olmadığını, Vüqarı zalın açılışında onun tərəfindən də iştirak edən şəxslərin olduğunu dediyini, Vüqar tərəfdən kimin iştirak etdiyi ilə bağlı sual yarandığını, Əfrahimin şərik olmadığı bir zalda nəyə görə güzgünü yerləşdirdiyini, Vüqara məlumat verdiyini, Vüqarın pulu yoxdursa hansı məqsədlə zalı təmir etdirdiyini, maşını satıb iyirmi yeddi min manatla iş görülə bilməyəcəyini, ola bilər ki, evi satacağını deyəcəyini, onun ev satmaq planının olmadığını, əgər evi satmaq fikri yoxuydusa, avadanlıqğın hansı pulla alınmalı olduğunu, avadanlığın pulunu kim verməli olduğunu, danışıqlarının necə olduğunu, zaldakı avadanlıqların həmin avadanlıqlar olmasını şəxsin özünün etiraf etdiyini, əvvəlki məhkəmə iclasının protokolunda Vüqarın “Mən səhər obyektə gedəndə İran İslam Respublikasını yazıları olan qutu və qəzet gördüm. Hacıya dedim ki, X21 Respublikasının yazısıdır. Bu mallar İran malıdı. Hacı yox dedi. Mən dedim ki, gömrükdə işləmişəm bilirəm. Bu yazılar farscadı. Həmin vaxt ordanda bir nəfər keçirdi, o da dedi ki, axşam gördüm alətlərdə gəlmişdi İran nömrəli, İran maşınıydı. Hacı həmin adama dedi ki, sən səhv görmüsən. Sonra Əfrahimə zəng vurub dedi ki, bizi aldadıblar, deyəsən bu İran malıdı” dediyini, burada hər iki tərəfin etibar etdiyi şəxsin Hacı olduğunu, Hacının Əfrahimin dostu, Vüqarın da qohumu olduğunu, bildiyi qədəri ilə Cavabdeh aylarla Hacının evində qaldığını, ailə üzvü sayıldığını, onların Hacının Bakıxanov qəsəbəsində olan “Aygün city”nin 5-ci mərtəbəsindəki restoranında demək olar ki, hər gün axsam Bakıda qaldıqları müddət görüşüb müzakirə etdiklərini, istər-istəməz aralarında münasibət yarandığını, o da olsa dostunun qohumuna “Bu sənədə imza at” deməyəcəyini, elə olsa münasibətin pozulacağını, o dedikdən sonra qarşı tərəfin hazırlaşdığını gördüyünü, ona görə müəyyən şeyləri gizlətməyə məcbur olduğunu, cavabdeh suallarına cavab verdikdən sonra sübutlarını təqdim edəcəyini, bu da onun öz taktikası olduğunu, məhkəməni inandırmalı tərəfin onlar deyil, qarşı tərəf olduğunu, onlarda gömrük bəyannaməsinin, malların sübutlarının və.s sənədlərin olduğunu, qarşı tərəfin malların gəlib zalda olduğunu etiraf etdiyini, qarşı tərəfin həqiqətən də o malların pulunu özünün verdiyini sübut etməli olduğunu qeyd etmişdir. Cavabdeh 20 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında Bakı şəhərində özünə aid obyekti olduğunu, Bakıda əmisinin yas mərasimi keçirildiyini, o vaxtı işdən çıxdığını, Bakıda Hacı ilə görüşdüyünü, Hacı Həsənovun qardaşının qaynı olduğunu, Hacının ona “İşdən çıxıbsan. Sənin buradakı obyektin neçə ildi boş qalıb. Obyekti təmir et, bir işlə məşğul ol” dediyini, onun da Hacıya “Bakıda yaşayan biri olmadığımdan buranın qaydalarını bilmirəm. Obyekti necə istifadə etmək olar? Çay evi və ya yeməkxana kimi istifadə etmək olar”? dediyini, Hacının “Bakıda idmaçı dostlarının olduğunu və onlarla xəbərləşib, mənə məlumat verəcəyini” dediyini, sonra Naxçıvana gəldiyini, Hacının ona zəng vurub “Mənim Əfrahim adlı idmançı, dünya çempionu dostum var. O Cənab Prezidentlə görüşüb ona ev təqdim edilib hörmətli oğlandır. Mən ona məsləhət etdim, biz bərabər gedib obyektə kənardan baxdıq” dediyini, Əfrahimin oranın idman zalı kimi yaxşı işləyə biləcəyini, həmin obyektin başqa cür işlədilə bilməyəcəyini ona dediyini, onun da razılaşaraq obyekti təmir edəcəyini dediyini, Bakıya getdiyini, pandemiyadan əvvəl olduğunu, 2019-cu ilin təxmini sentyabr ayının axırı olduğunu, Hacının həmin dövrdə də kirayəçi olaraq yeməkxana işlətdiyini, Hacının dostu İddiaçı onunla tanış etdiyini, onun, Hacının və Hacının dostu İddiaçı obyektə baxmağa getdiklərini, obyektin təmirsiz halda olduğunu, İddiaçı obyektə baxıb “Obyekt hündürdü və genişdi burada yaxsı trenajor zalı olar” dediyini, onlar oradan getdikdən sonra Hacının ona “Ustanı mən gətirəcəm. Sən Bakını bilmirsən, Naxçıvandan gəlmiş saf insansan. Səni burada aldadarlar. Mən namaz qılan, oruc tutan adamam. Mən sənə allaha xətir nə lazımdırsa köməklik edəcəm” dediyini, onun da Hacıya inandığını, həm də Hacının ailə üzvü, qardaşının qaynı olduğunu, onlara hər gün gəlib-gedən adam olduğunu, Hacının onlara gələn zaman həyətdəki ağacdan bir meyvə qoparanda anasına “Halal et, yeyirəm” dediyini, indiki dövrdə belə insanın olmağının çox gözəl olduğunu fikirləşdiyini, Hacının ona ustayla danışdığını, obyekti 30.000 manata təmir edəcəklərini dediyini, onun da “30.000 manat pulum yoxdur. Naxçıvanda “Hyundai Azera” markalı maşınım var, gedim onu satım, pulunu göndərim” dediyini, Naxçıvana gəlib,maşını satdığını, 10.000 manat məbləğində pul göndərdiyini, Hacının obyekti təmir etdirməyə başladığını, obyekt təmir olan ərəfədə onun da obyektə baxmağa getdiyini, həmin vaxt maşınının satışından əldə etdiyi qalan pulu da apardığını, Hacı ilə Əfrahimin axşamlar onu Hacının kafesində yemək yeməyə, çay içməyə apardıqlarını, Əfrahimin də Hacının yanında gəlib-getdiyini, onda heç Əfrahimlə münasibətinin olmadığını, obyektin təmiri qurtarmağa yaxın Hacının ona “İdman alətləri gətirmək lazımdı” dediyini, Hacı ilə Əfrahimin bir yerdə gəzdiklərini, onların ailəvi dost olduqlarını, Hacının öz maşın ilə onu ən bahalı idman alətləri satan dükana apardığını, Əfrahimin də maşında yanında olduğunu, həmin dükanın ən bahalı idman alətlərinin satıldığı dükan olduğunu bu hadisələrdən sonra onun maraqlanıb öyrəndiyini, orada hesabladıqlarını, idman alətlərinin dəyərinin yüz on min manat olduğunu, Hacının “Sən narahat olma. Mənim bir dostum var. Mən onla yetmiş-səksən min manata həll edəcəm. Həm də Ukranya aləti olacaq” dediyini, oradan getdikdən sonra onların dostlarının idman zalındakı idman alətlərinin video yazılarını qeyd edib ona atdıqlarını, ona “Biz sənə bu idman alətlərindən gətirəcəyik” dediklərini, bundan sonra onu videosunu çəkib atdıqları həmin idman zalına apardıqlarını, ona “Bax bu idman alətləridi. İdman alətlərini zalı işlədən oğlan bizə gətirəcək” dediklərini, idman alətlərinə baxdığını və “Ukrayna mallarıdı, çox yaxşıdı” dediyini, oğlandan həmin idman alətlərinin qiyməti və katoloquna baxması üçün ona atmasını tələb etdiyini, əgər onu qane edərsə həmin idman alətlərini gətirmələrini, bu sözləri idman zalını işlədən oğlana Hacı ilə Əfrahimin yanında dediyini, həmin oğlanın “Mən hazırlayacağam. Hacıyla yaxınam, verəcəm Hacı sənə gətirsin” dediyini, oradan gəldikdən bir saat sonra Hacının ona “O oğlanla alınmadı. Zəng etdim, baha qiymət dedilər” dediyini, onun da o zalı işlədən oğlandan həmin idman alətlərinin kataloqunu istədiyinə görə Hacının ona “O oğlanla alınmadı, zəng elədim mənə baha qiymət dedi. Mən araşdırdım bildim ki, saxta mal gətirəcək. Başqa bir adam var mən onunla danışacam. Sən getmə səni görürlər yanımda fikirləşirlər ki, sənə alıram, buna görə də alətlərin üstünə pul qoyurlar. Amma mənim dostlarımdı, mənə görə idman alətlərinin üstünə pul qoymayacaqlar” dediyini, razılaşaraq idman alətlərinin nə qədər pul tutacağını soruşduğunu, idman alətlərinin 80.000 manata gələcəyini dediyini, onun da “80.000 manat pulum yoxdur, bir müddət qalsın obyektin təmiri tamamlansın” dediyini, Hacının ona iki otaqlı evinin olduğunu, oradan 300 manat kira haqqı ala biləcəyini, idman zalından isə ayda beş-on min manat pul qazanacağını, boş-boş orada qaldığına evini satıb alətləri almağını dediyini, Əfrahimin də “Hacı düz deyir. Mənə evin şəkillərini at. Tanışlarıma göstərim, tez satılsın” dediyini, evin şəkilərini Əfrahimin whatsappına atdığını, onun da məhkəməyə təqdim etdiyi CD-də olduğunu, həmin günün axşamına evə müştəri çıxdığını, evi 85.000 manata satdığını, 85.000 manatın üç min manatını müqavilənin dəyişilməsinə, 1600 manatını isə maklerə verdiyini, ona cəmi 400 manat pul qaldığını, həmin o satığı evin içində evi alan adamın 80.000 manatı pulu ona verdiyini, pulu sayması üçün Hacıya verdiyini, 80.000 manatı Hacı ilə Hacının qardaşı Elnurun sayıb götürdüyünü, Elnurun bunu əvvəlcə təsdiq etmədiyini, amma indi “Mən vicdan əzabı çəkirəm bu hadisələr mənim yanımda olubdu. Mən gəlib məhkəmədə bunu təsdiq edə bilərəm” dediyini, cinayət işinin rədd edilməsi haqqında qərarda evi alan adamın da, Hacının balaca qardaşının da ifadəsi olduğunu, həmin qərarın da məhkəməyə təqdim edildiyini, obyektin təmiri qurtardıqdan sonra idman alətlərinin gəldiyini, idman alətləri gələcəyinə görə Bakıya getdiyini, Hacının onu öz evindən başqa heç bir yerə getməyə qoymadığını, “Yəni sənin dar günündə yanında mən varam” deyə hamıdan onu soyutduğunu indi başa düşdüyünü, birdən biri söz deyər və ya baha alıbsan deyər deyə onu heç kimlə əlaqə qurmağına qoymadığını, idman alətləri gələnə qədər bir həftə Hacının evində qaldığını, Hacının ona “Sənə sürpriz edəcəyik. Uşaqlar deyirlər ki, Vüqar sizdə sənlə qalsın. Biz alətləri yığaq, səhər gəlsin, sevinsin, sürpriz olsun” dediyini, onun da “Mən pulumu verib mal almışam nə sürprizi” dediyini, Hacının “Onların da xətrinə dəyməyək” dediyini, onun da razılaşdığını, səhər obyektə gedəndə orada İran İslam Respublikasının yazıları olan qutu və qəzet gördüyünü, Hacıya “X21 Respublikasının yazsıdır. Bu mallar İran İslam Respublikasının mallarıdır” dediyini, Hacının ona elə deyil, dediyini, onun da “Mən gömrükdə işləmişəm bilirəm. Bu yazılar farscadır” dediyini, həmin vaxt oradan da bir nəfərin keçdiyini, onun da “Xeyirli-uğurlu olsun. Axşam gördüm, alətlər də gəlmişdi. İran nömrəli, İran maşınıydı” dediyini, Hacının həmin adama “Sən səhv görmüsən, işinlə məşğul ol” dediyini, sonra Hacının Əfrahimə zəng vurub “Bizi aldadıblar deyəsən bu İran malıdı” dediyini, Əfrahimin idman alətlərinin Ukrayna Respublikasından gəldiyini, oğlanı tanıdığını, oğlanın onlara yalan deməyəcəyini bildirdiyini, onun da heç nə olmaz, mal gəlib yığılıb bu onu qane edir deyə düşündüyünü, onların işləməyə başdadıqlarını, Hacının “Mənim balaca qardaşım sənin yanında işləsin” dediyini, onun da “Gəlsin, işləsin. Onsuz mənə kömək etməsi üçün işçi götürəcəyəm. Mən hər dəqiqə burada olmayacağam” dediyini, sonra Hacının ona “Sən bilməzsən, səni aldadarlar Əfrahimin tanıdığı bir idmançı oğlan var. O da gəlsin burada məşqçi kimi işləsin. Onsuzda zala məşqçi lazımdı. Ona da 600 manat maaş verərsən” dediyini, onun da razılaşdığını, 20 gün işlədikdən sonra pandemiya yarandığından obyekti bağladıqlarını, Hacının Bakıda Razində, Bakıxanov qəsəbəsində “Aygün City”nin 5ci mərtəbəsində kafe işlətdiyini, işə başlamadan bir ay əvvəl Hacını işlətdiyi kafenin kirasını ödəyə bilmədiyindən oradan çıxartdıqlarını, Hacının “Naxçıvana gedirəm maşın alam, Türkiyə Respublikasına gedib-gələcəm” dediyini, onun Naxçıvana gəldiyini amma sonra birdə qayıtdığını, pandemiya yarananda onun da Naxçıvana gəldiyini, obyektdə suların çıxdığını, bu səbəbdəndə oraya motorlar qoyduqlarını, birdən işıq sönər, motor xarab olar işləməz, zalı su basar, nəmişlik olar deyə fikirləşərək obyektin açarını yanında işə götürdüyü Hacının qardaşı Elvinə verdiyini, pandemiya dövründə Hacıyla Naxçıvanda kənddə hər gün bir yerdə olduqlarını, qardaşının yeməkxanası olduğunu, onun eyni zamanda da Hacının bacısının əri olduğunu, onun yeməkxanasına gedib axşamlar oturduqlarını, ona heç nə hiss etdirmədiyini, anasına “Mən Allah xətrinə Vüqarın yanındayam” dediyini, pandemiya dövründə ona “Əfrahim deyir ki, orada zalın ətrafındakı obyektlərdə gündə bir oğurluq olur” dediyini, 3-4 gün sonra orada işləyən ustaya “Get obyektə bax, birdən nəsə oğurlayarlar” dediyini, ustanın havalandırmanın motorunu oğurladıqlarını dediyini, onda Hacının da onun yanında olduğunu, Hacının “Elvin narkomanlara qoşulubdur. Motoru o satıbdır. Açarı ona vermək olmaz. Açarı alıb Əfrahimə verməliyik” dediyini, sonra başqa kənar şəxsin ona “Hacıyla Əfrahim sənin malların şəklini göstərib bu malları satmaq istədiklərini mənə dedilər” dediyini, Hacının öz qardaşını oğru kimi işdən çıxardığını, arada gedib nəzarət etməsi üçün açarı Əfrahimə verdiyini, o müddətdə də idman alətlərini alan olmadığını, pandemiyanın tez qurtardığını, Bakıya getdiklərini, Hacının ona “Buralar tozlanmışdı. Sən gələnə qədər mən buraları təmizlətmişəm, min manat xərcim çıxıb” dediyini, onun da çəkdiyi xərci verəcəyini dediyini, Hacının “Qardaşlar arasında pul söhbəti olmaz” dediyini, onun ancaq Hacıyla əlaqəsinin olduğunu, Əfrahimlə heç bir alış-verişinin olmadığını, Əfrahim Hacının yanında gedib-gəldiyindən Əfrahimlə münasibətinin elə yarandığını, bir dənə güzgülərin pulunu Əfrahimə göndərdiyini, onda da Hacının “Mənim vaxtım yoxdu. Pulu Əfrahimə göndər, güzgüləri o vurdurar” dediyini, oğlanın ona “Havalandırmanın motorlarını 8000 manata danışmışdıq amma mənə 5000 manat yazdırıb dedilər ki, iki motor olsun. Bir dənə hava vuran motor, bir dənə də hava çəkən motor olsun” dediyini, amma ondan 8000 manat aldıqlarını, onun 3000 manatını özlərinə götürdüklərini, ustanın “Mənə 30000 manat pul verməyiblər, 16000 manat pul veriblər” dediyini, o pulun da 14000 manatını da götürdüklərini, Hacıya 80.000 manatdan əlavə havalandırmaya görə 8000 manat, şkaflara görə 4500 manat, təmirə görə də 30.000 manat məbləğində pul verdiyini, həmin 30.000 manatın 10.000 manatını göndərdiyini, 20.000 manatını da Bakıya gedəndə verdiyini, Əfrahimə isə güzgülərə görə 4500 manat məbləğində pul verdiyini, ondan sonra güzgüyə 2500 manat pul verdiklərini öyrəndiyini, evini satıb pulu verdikdən sonra hələ onda alətlərin gəlmədiyini, Əfrahimin özünə 25000 manata “Ford Fuje” markalı maşın aldığını, Hacının da özünə evinin sağındakı və solundakı torpaqları aldığını, Hacının “Mənim qazancım bu aylarda olur. Pulumu yığıb özümə torpaq aldım” dediyini, bir dəfə Əfrahimin maşından düşüb Hacının yanına gəlib “Qalenvagen alana qədər durmaq yoxdur” dediyini, onda Əfrahim və Hacının onun pulu ilə varlandıqlarını fikiləşdiyini, pandemiya dövründə Hacının onun pullarını mənimsədiyini bilmədən əvvəl Hacıya “Özünə bir iş qurana qədər mənim yanımda olarsan, mən də sənə ayda 300-400 manat pul verərəm” dediyini, pandemiya qutardıqdan sonra obyekti açıb işlətməyə gəldiyini, onda Hacının da Bakıda olduğunu, işə başlayanda Əfrahimlə Hacının onun yanına gəldiklərini, Hacının ona “Zalı ya mənimlə şərik işlədəcəksən, ya da mənim dediyim qiymətə kirayə verərsən, ya da ki, alətləri dostum Əfrahimin adına gətirmişik. Oda alətləri mənə verir. Məndə alətləri aparıram” dediyini, onun da Hacıya “Sən nə danışırsan?! mən alətləri almaq üçün evimi satıb pulunu vermişəm, get birdə bura gəlmə” dediyini, Hacının “Gecə saat 12-yə qədər səndən hə və ya yox cavabı gözləyirik” dediyini, onun da “Mən hər şeyimi bu obyektə qoymuşam. Alətləri aparmaq üçün gərək mənim ölümün üstündən keçəsiniz” dediyini, Hacının ona “Biz bu işi qanunla həll edəcəyik. Mallar bizim adımızadır. Malların gömrük bəyannaməsi də var” dediyini, Hacının dediyinə görə guya bu malların Əfrahimin malı olduğunu onda bildiyini, onun da “O malların pulunu mən vermişəm” dediyini, 10 gün sonra işdə olanda zaldan içəri icra məmurlarının daxil olduğunu, pandemiya dövrü olduğu üçün bəlkə maskaları yoxladıqlarını fikirləşdiyini, icra məmurlarının zalı boşatdıqlarını, icra məmurlarının ona məhkəmənin qərarını göstərib, İddiaçı bu alətlərin onun olduğunu iddia etdiyini və məsələ yekunlaşana qədər idman alətlərinin üzərinə həbs qoyulduğunu bildirdiklərini, bu hadisədən xəbərinin olmadığını bildirdiyini, ona bunun müvəqqəti təminat tədbiri olduğunu dediklərini, Bakıda özünə vəkil tutduğunu, məhkəmənin qərarından şikayət verdiklərini, işin apellyasiya məhkəməsinə getdiyini, apellyasiya məhkəməsinin bu qadağanı götürdüyünü, idman alətlərinin işlədilə biləcəyini ancaq özgəninkiləşdirilə bilməyəcəyini, ondan sonra da bu proseslərin hələ də davam etdiyini, idman alətlərini Əfrahimin gətirdiyini bilmədiyini, malları yəqin Əfrahim gətirdiyinə görə Əfrahimin iddia qaldırdığını fikirləşdiyini, idman alətləri boşaldılanda onun görmədiyini, sabahı günü obyektə gələndə malın yığıldığını gördüyünü, Hacının “Bax gör xoşuna gəlirmi?” dediyini, qutularda heç nə olmadığını, hamısının yerləşdirildiyini, Əfrahimin “Biz danışmışdıq ki, Vüqar obyekti təmir etsin, məndə alətləri gətirim şərik işləyək” dediyini, aralarında elə bir müqavilə və ya şifahi razılaşma olmadığını, bütün idman alətlərinin kodları olduğunu, ekspertiza təyin olunduğunu, ekspertin eyniləşdirə apara bilmədiyini, ekspert rəyini məhkəməyə də təqdim etdiklərini, hətta idman zalını açmaq ərəfəsində Hacıya “Əfrahim səninlə gedib-gəlir, köməlik edir, ona bir hörmət lazımdırsa edək” dediyini, çox qaranlıq adamlar olduğunu, onlarla işləməyinə peşman olduğunu, Hacının qardaşı və bacısının bu hadisə üstündə Hacıyla əlaqələrini kəsdiklərini, Hacının anasının da səs yazısında “Mən bilirəm ki, sən evi satıb pulunu veribsən ki, özünə iş qurassan” dediyini, Hacının öz anasına “Siz hamınız Vüqarın sözünü dediniz. Mən onu süründürəcəyəm. O gömrükdə işləyəndə “Azera” markalı maşın sürürdü, mən də yana-yana qalırdım” dediyini, deməli o vaxtdan Hacının içində xainlik qaldığını, Hacının anasının ona “Hacı evdə namaz qılmır. Sən nə Hacı-Hacı deyib, belə imanlıdı deyirsən” dediyini, bacısının ona “Hacı elə biri deyil, sizin aranızda problem yaranacaq” dediyini, bu gün onun əlindən evinin, maşınının getdiyini, o idman zalını ev kimi gördüyünü, bugünkü gün qazancının o idman zalından gəldiyini, Əfrahimlə Hacının əvvəlcə onu aldatdıqlarını hiss etmədiyini, Naxçıvana gələn kimi ona zəng vurub “Bax bu qədər daş çıxdı, kubik çıxdı, təzədən söküb, tikinti işləri görürük və.s” dediklərini, Əfrahimin üstünə kimisə göndərmədiyini, Bakıda heç tanıdığı adam olmadığını, yoldaşının xalaoğlusunun Əfrahimlə internatda bir yerdə olduğunu, onun da idmançı olduğunu, onun Əfrahimə zəng edib “Bu nə məsələdi?! Mənim qohumuma qarşı belə çirkin hərəkət edirsiniz” dediyini, Əfrahimin də “Məni bu məsələyə qarışdırma. Mən dövlət işində işləyirəm. Hacı bilər, Vüqar bilər” dediyini, idman zalındakı idman müəlliminin əvvəlcə idman zalında işləyən həmin şəxs olmadığını, pandemiyanın qurtarmağına yaxın Əfrahimin başqa bir idman müəllimi tapdığını, hazırda idman zalında özünün tapdığı idman müəlliminin işlədiyini, bu müddətlərdə idman zalını özünün işlətdiyini, 18 noyabr 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında Bakıda işlətdiyi obyektin işdən çıxdığı vaxt çox şəraitsiz və təmirsiz vəziyyətdə olduğunu, həmin obyekti 2014-cü ildə necə almışdırsa eləcə də qaldığını, istifadə etmədiyini, ondan əvvəl əmisinin yasında Hacıyla görüşdüklərini, Hacının onun həm qardaşının qaynı, həm də kirvəsi olduğunu, həmin vaxt onun işlədiyini, Hacının ondan Bakıdakı obyekti nə etdiyini soruşduğunu, onun da eləcə istifadəsiz qaldığını və satmaq istədiyini dediyini, Hacının ona “Niyə obyekti satırsan?! Bakıda adam obyektini satmaz. Buranı təmir edək, çay yeri, kafe kimi nə olsa işlədərsən” dediyini, işdən çıxdıqdan sonra Bakıya gedib Hacıyla görüşdüyünü, obyekti təmir edib nə kimi işlədə biləcəkləri barədə Hacıyla danışdıqlarını, Hacının da Əfrahim adlı idmançı dostunun olduğunu, onun bu işləri daha yaxşı bildiyini, Əfrahimlə bir yerdə obyektə baxmaqlarını və oranı nə kimi işlədərlərsə ona xeyir edəcəyi təqdirdə ona uyğun olaraq təmir edəcəklərini dediyini, Əfrahimlə birlikdə obyektə baxmağa getdiklərini, Əfrahimin “Bu obyekti idman zalı kimi işlətmək olar. Çay yeri kimi yaxşı işləməz amma idman zalı üçün yaxşı yerdir” dediyini, Hacının “Gedək təmir üçün usta danışaq” dediyini, obyektin təmiri üçün bir neçə usta ilə danışdıqlarını, hər birinin fərqli qiymət dediyini, axırda Hacının “Usta dostum var. Mənim də evimi ucuz qiymətə təmir edib o ustaya deyək. Usta ilə danışarıq obyekti ucuz qiymətə təmir edər” dediyini, Hacının “Danışıb sənə nəticəsini deyəcəyəm” dediyini, həmin vaxtı Hacıgildə qaldığını, Hacının onu öz evindən başqa heç kimin evinə getməyə qoymadığını, Hacının ona usta ilə danışdığını və ustanın obyekti otuz min manata təmir edəcəyini, hər şeyin ustaya aid olduğunu dediyini, onun da “Məndəki pul görməyəcəkdir. Naxçıvana gedib oradakı maşınımı satım, pulunu göndərim, obyektin təmirinə başlasınlar” dediyini, Naxçıvana gəlib buradakı maşınını satdığını, obyektin təmirinin başlaması üçün həmin puldan ilkin olaraq on min manat göndərdiyini, təmir ərəfəsində, təxmini 10-15 gün olardı ki, təmiri başladığında Bakıya getdiyini, maşının satışından əldə etdiyi qalan pulun da onda olduğunu, Hacıgildə həmin pulun iyirmi min manatını təmir üçün Hacıya verdiyini, hələ də obyektdə təmir getdiyini, bir həftə Bakıda qaldığını, həmin ərəfələrdə Hacıyla bir yerdə olduqları müddətdə Əfrahimin Hacının dostu kimi dəfələrlə obyekt təmir edilən vaxtı gəldiyini, Əfrahimlə bir neçə dəfə bir yerdə yemək yeyib çay içdiklərini, Hacının yaxını kimi onun da münasibətinin yarandığını, hələ obyektdə təmirin qurtarmadığını, Hacının “Divarlara güzgü vurulmalı, şkaflar yığılmalı, havalandırma sistemi çəkilməlidir. Bunlar otuz min manata aid deyil, əlavə xərclərdir” dediyini, havalandırma sistemini Hacıyla gedib 7800 manata danışdıqlarını, Hacı güzgünü Əfrahimin danışacağını dediyini, Əfrahimin güzgünü 4500 manata danışdığını, Hacının şkafları onun qohumunun 4500 manata düzəldəcəyini dediyini, Hacının ona Allah xətrinə onun yanında olduğunu, Bakıda dələduzun çox olduğunu, onu aldadıb pulunu əlindən ala biləcəklərini, obyektdə iş başlayan qədər orada ona qardaşlıq edəcəyini bildirdiyini, eyni zamanda Hacının onlara gəlib-gedən şəxs olduğunu, ağacdan bir meyvə dərəndə onun da halalığını aldığını, indiki dövrdə belə insan var?! deyə fikirləşdiyini, belə hallara görə Hacıya çox inandığını, obyektdə təmir işləri görülən ərəfədə idman alətlərinin lazım olduğunu dediyini, Əfrahimlə Hacının ona “Narahat olma, burada ətrafımız çoxdu sənə on-on beş min manata idman alətləri tapacayıq” dediklərini, obyektin təmirinin qurtarmağa az qaldığını, artıq havalandırmanın quraşdırıldığını, həmin vaxt “Əgər idman zalına idman alətlərinin köhnəsini qoysaq, ilk gündən müştəri görəcək ki, köhnə alətlərdi, buraya yaxşı müştəri gəlməyəcək. Mağazaya gedib maraqlanaq” dediyini, onu bir mağazaya apardıqlarını, Hacı və Əfrahimlə bir yerdə mağazaya getdiyini, mağazanın sahibinin kataloq gətirib göstərdiyini, hesablayıb iki yüz kvadratlıq zalı doldurmaq üçün idman alətlərinin təxmini 88000-90000 manat aralığında pul tutacağını dediklərini, Əfrahimlə Hacının “Həm bahadı, bizə sərf etməz, həm də Çin malı ilə Almaniya malının qarışığıdı. Keyfiyyətli mal deyil. İdman alətlərini sənə Ukraynadan gətirmək lazımdı. Bizim bir dostumuz var o gətirər” dediklərini, Naxçıvanda olanda onların həmin dostlarının idman zalındakı idman alətlərinin video yazısını qeyd edib ona göndərərək “Sənə bu zaldakı idman alətlərdən gətirəcəyik. Zalı işlədən bizim dostumuzdu. Onun vasitəsilə sənə ucuz və keyfiyyətli mal gətirəcəyik” dediklərini, onun da Hacıya “Mənim o qədər pulum yoxdu. Nəzərimdə tutmuşdum ki, on-on beş min manat tanışlardan borc alaram sonra verərəm” dediyini, Hacının “Köhnə alətlər olmaz, təzə alətlər gətirilməlidi” dediyini, onun da razılaşdığını, Hacının ona “O evi kirayə veribsən sənə təxmini 400 manat pul qazandırır. Həmin evi satıb alət alsan ayda beş min manata qədər pul qazanacaqsan. Bizə idman alətlərini gətirəcək adam oranı beş min manata kirayə istəyir. Sən idman zalının içərisini doldursan, biz onu 5000 manat kirayə verə bilərik” dediyini, onun da “O beş min manat kirayə pulu verə bilirsə, deməli bunun qazancı var. Elədirsə işdən çıxmışam, işsizəm özüm işlədərəm” dediyini, Əfrahimin “Evin şəkilini mənə at. Mən də tanış adamlara deyəcəyəm. Evin satılmasında köməklik edəcəm ki, tez sataq. Üç ay müddət lazımdı. Nə qədər tez satıb tez sifarişi versək, o qədər tez gələcəkdi” dediyini, onun da həmin günü evin şəklini çəkib Əfrahimin telefonuna göndərdiyini, bir gün keçmədən evə müştəri çıxdığını, demək qiyməti ucuz dediyini, Bakıda evin qiymətlərindən xəbərinin olmadığını, həmin müştərinin evə nağdı əşyaları ilə birlikdə 85000 manat pul verəcəyini dediyini, Hacıyla danışdığını, Hacının “Evi 90000 manata satmaq üçün biri var 2-3 ay gözləyəsən, biri də var ki, hazır 85000 manata istəyən müştəri var. Sat, malın da tez sifarişini verək” dediyini, evə baxıb bəyəndiklərini, evin yoldaşının adına qeydiyyatda olduğunu, onun da Naxçıvanda olduğunu, bir-iki gün gözləməli olduqlarını dediyini, yoldaşının Naxçıvandan Bakıya gəldiyini, Hacı ilə qardaşı Elvinin Hacının maşını ilə onu götürdüklərini, yoldaşını aparıb evin alqı-satqısını həyata keçirdiklərini, sonra birdə evə qayıtdıqlarını, evi 85000 manata satmağa razılaşdıqlarını, müqavilənin dəyişilməsinə 3000 manat verdiklərini, 1500 və ya 1600 manat isə maklerə verdiklərini, qalan 400 manat pulu onun götürdüyünü, mətbəxdə 80000 manat pulu ona təhvil verdiklərini, onun da 80000 manatı Hacıya verdiyini, Hacının da pulu sayıb, qardaşı Elvinə verdiyini, Hacının “Arxayın olun sizin malınız 3 aya burada olacaq. Sənin burada işin qutardı. Naxçıvana get. Burada xərcin çıxmasın. Mən buradayam. Əfrahimin də işi olmadıqca köməklik edəcək. Boş vaxtında gəlib ustalara nəzarət edəcək” dediyini, Naxçıvana gəldiyini, amma Hacıyla tez-tez əlaqə saxladığını, Hacının “Əfrahim güzgüləri vurdurur. Güzgülər 4500 manat pul tutub pulu göndərmək lazımdı” dediyini, Naxçıvandan Bakıya Əfrahimə güzgülərə görə 4500 manat pul göndərdiyini, havalandırmanı onunla bir yerdə Hacının 7800 manata razılaşdığını, havalandırmanın düzəldilməsinə görə də 7800 manat göndərdiyini, 4500 manat da şkafların düzəldilməsinə görə istədiyini, bunların təmirdən ayrı olduğunu, Hacıya “Obyektin təmirini 30000 manata danışmışdıq. 4500 manat bir, 4500 manat bir, 7800 manat da bir göndərdim, təmirin qiyməti əlli min manatı keçdi. Hələ yerin döşəməsi da qalır onu da düzəltdirəcəyəm” dediyini, yerin döşəməsini də sonra linenium elətdirdiyini, havalandırmanı qoyanda “Havalandırmanın 4 motor olması üçün mənim yanımda razılaşmışdınız və 7800 manat pul istəmişdiniz, Bəs bu dörd motor deyil axı”? dediyini, ustanın “Müqaviləyə bax. Hacı müqaviləni imzalayıb, 3 motordu. Qiymətini mən bilmirəm. Şirkətdə razılaşıb gələrsən baxarsan” dediyini, ucuz olsun deyə üç motor qoyulduğunu, Hacıya zəng vurub “Biz havalandırmanı 4 motorlu istəmişdik amma üç motorlu gətirilib” dediyini, Hacının “Elə 3 ədəd motor olacaqdı. Onun içinə biz elektrik qızdırıcısı qoymağı fikirləşirdik. Ona görə dörd motorlu olacaq deyirdik. Sonra dedilər ki, ehtiyac yoxdu. Onu qoysanız əlavə pul yazacaq. Sizə ziyan olacaq. Ona görə mən də elektrik qızdırıcısını qoymamalarını istədim” dediyini, sonra güzgülərin divara neçəyə vurulduğunu maraqlandığını, güzgülərin divara 2500 manata yapışdırıcı ilə vurulduğunu öyrəndiyini, arxasına karkaz toxuyub dik vuranda isə 5000 manat tutduğunu, 5000 manata yaxın pul göndərdiyini, ancaq 2500 manatlıq iş görüldüyünü gördüyünü, bunları məhkəmə məsələsindən sonradan başa düşdüyünü, o vaxta qədər bilmədiyini, Hacının ona avadanlıqların 10 günə gələcəyini, onun da Bakıya gedib zala yaxın yerdə ev tutub Hacıgildə olan əşyalarını evə yerləşdirməyini dediyini, o vaxt evini satıb əşyalarını Hacıgilə yığdığını, Bakıya gedib idman zalının olduğu küçədə 400 manata kirayə ev tutduğunu, bir həftə qaldığını, ondan sonra Hacının “Vüqar bu gün bizə gedək. Uşaqlar sənə sürpriz etmək istəyir” dediyini, onun da “Nə sürpriz edəcəklər?! Evimin yanıdır. Avadanlıq gələndə pəncərədən görüb aşağı düşəcəyəm” dediyini, Hacının əl çəkmədiyini, getməyə məcbur etdiyini, Hacının Zabratda qaldığını, onun kirayə tutduğu evin isə Əhmədlidə olduğunu, təxmini maşınla qırx dəqiqəlik yol olduğunu, avtobusla gedilərsə daha çox müddət keçdiyini, gedib Hacıgildə qaldığını, Hacının anasının həmin ərəfədə infakt keçirtdiyini, Bakı şəhərindəki “Medera” xəstəxanasında olduğunu, təxmini bir həftə də xəstəxanada qaldığını, səhər tezdən gedib avadanlıqlara baxıb oradan xəstəxanaya getmələrini fikirləşdiklərini, səhər tezdən Hacıyla zala gəldiklərini, malların gəldiyini, onun sevindiyini, videosunu çəkdiyini, orada Hacı və Hacının qardaşının olduğunu, malları necə gəldi yığdıqlarını, avadanlıqların bəzilərinin qurulu, bəzilərinin də açıq formada olduğunu, yəni klyonkalarda olduğunu, orada Hacıya “Mənə beş minlik beqavoy göstərdiniz. Bunlar beş minlik beqavoy deyil. Hərəsi bir rəngdə, ayrı-ayrı firmalardı. Köhnə, işlənmiş beqavoylardı” dediyini, birinin USB yerinin heç əvvəlcədən olmadığını, sonra usta gətirib yoxlatdığını, usta onların vaxtı keçmiş beqavoylar olduğunu, indi bunların zavodunun bağlandığını, onları haradan aldığını, hərəsinin bir şurupla bağlanıldığını, təmirdən gəlmiş beqavoylar olduğunu dediyini, hələ bir müddət sonra köhnə alətlər olduğunu bildiyini, 5 dənə beqavoy olduğunu, hamısının da damaşniq beqavoyları olduğunu, ona böyük ekran beqavoylar göstərdiklərini amma hamısı damaşniq beqavoylar gəldiyini, Hacıya bunların üstündə İran yazısı olduğunu, ona Ukranya malı göstərdiyini bildirdiyini, pulu Hacıya verdiyini, malını da Hacının gətirib ona təhvil verdiyini, Hacının “Yox ola bilməz” dediyini, əlavə olaraq alətləri almamışdan öncə Bakıya getdikdən sonra Hacıgilin onu videosunu atdıqları həmin zala apardıqlarını, mallara baxmaq üçün kataloq istədiyini, oranın sahibinin katoloqu göstərdiyini, onun da baxmaq üçün malların qiymətini çıxartmalarını istədiyini, Hacının onun kataloq və qiymət tələb etdiyini gördüyünü və “Qiyməti müəyyənləşdirib, göndərərlər” dediyini, onların oradan getdiyini, həmin günü axşam Hacının “Biz onunla razılaşa bilmədik. Yetmiş iki min manat nəzərdə tutmuşduq, o bizə səksən min manat dedi. Onunla bizimki tutmaz. Bayram adlı şəxs var. O idman alətləri işinə baxır, gedək onunla danışaq” dediyini, Hacının Bayramla savaşdığını dediyini, Əfrahimin də “Bayram mənə zəng etmişdi məndə ona Hacı səninlə görüşmək istəyir dedim” dediyini, həmin vaxtda Hacının restoranında oturduqlarını, Əfrahimin Hacıya “Bayramla savaşsanda eybi yox. Malların xətrinə Bayramla danışaq. Onun Ukraynaya işləyən tırları var. Malı bizə pulsuz gətirəcək. Nə olsun savaşmısınız mən sizi barışdıracağam” dediyini, heç Bayramın tırının olubolmadığını bilmədiyini, Hacı mənə dedi ki, “Sən Bayramın yanına getmə, səni görürlər bilirlər ki, biz ayrı adama mal gətiririk. Onda baha qiymət deyirlər. Malların ucuz olması üçün biz öz adımıza gətirəcəyik. Bizim dostumuzdu. Ona görə bizə baha qiymət deməzlər”. Orada barışıblar, çay içib tort yeyiblər. Bayram Hacıgilə mal gətirmək üçün köməklik edəcəyini deyib. Mənə 80000 pul verəcəyimi dedilər. Məndə pulu Hacıya vermişəm. Hacının “Həmin adam malları gətirib zalı dolduracaq. Naxçıvana rahat get” dediyini, onun Naxçıvana gəldiyini, mal gələndə Hacının ona zəng edib malın gəldiyini dediyini, Bakıya getdiyini, beqavoyun yazılarının İran yazısı olduğunu, bir də bir-iki kağızın üstündə İran yazısı olduğunu, bunları görəndə Hacıya “Bunlar İran yazısıdı. Bu necə Ukraynadan gəlib”?! dediyini, Hacının Ukraynadan gəlmiş alətlər olduğunu dediyini, sonra da Əfrahimə zəng vurub “Bunların üstündə İran yazısı var. Bizi aldadıblar”? dediyini, Əfrahimin də elə bir şey ola bilməyəcəyini, onlarla danışacağını dediyini, aralarında nə danışdılarsa bilmədiyini, amma Hacının malların İrandan deyil, Ukraynadan gətirildiyinə onu inandırmağa çalışdığını, Hacının işin içində olduğunu, malın haradan gətirildiyini Hacının niyə bilmədiyini?! idman zalının açılışı zamanı Hacının ona anasının xəstə olduğunu və iştirak edə bilməyəcəyini, Əfrahimin idmançı dostlarının da açılışa gələcəyini, buranı tanısınlar deyə özünün tanışlarını da yönləndirəcəyini dediyini, hələ zalın açılışına başlamamışdan əvvəl Əfrahimin Hacıya zəng edib zala 4000 manatlıq idman qidası lazım olduğunu və idman qidası olmadan açılış ola bilməyəcəyini dediyini Hacının ona bildirdiyini, Hacıya “İlkin olaraq 4000 manatlıq idman qidasını neyləyirik?! Mənim heç onlardan başımda çıxmır" dediyini, Hacının “4000 manatlıq idman qidasının iki min manatını indi ver. İki min manatını sonra verərsən” dediyini, iki min manatı Hacıya verdiyini, onun pul alıb-verməyinin ancaq Hacıyla olduğunu, idman qidalarını Əfrahimin gətirtdiyini, idman qidaları gətiriləndə Əfrahimin də gəldiyini, Əfrahimin “İdman qidalarını gətirən şəxslə danışmayın. Bunları İdman Nazirliyindən gətiribdi. İdman qidalarını yığıb, getsin. Heç bir sualda verməyin. Sonra problem olar. Tapşırıblar o da gətiribdi” dediyini, həmin o idman qidalarının şəklinin də olduğunu, hamısının şəklini çəkdiyini, idman zalının açılışının olduğunu, işə başladıqlarını, orada oturub idman qidalarını internetdən araşdırdığını, heç burada iki min manatlıq idman qidasının olmadığını gördüyünü, Hacıya “İdman qidalarına görə 4000 manat pul demisiniz. Burada heç iki min manatlıq idman qidası yoxdu. Min və ya min beş yüz manatlıq idman qidası var” dediyini, Hacının da “4000 manatlıq deyil, ancaq eybi yox. Əfrahimin də burada əziyyəti olub gedib-gəlib. Onu da bunlara görə keç” dediyini, “Sən deyirsənsə problem yoxdu” dediyini, Hacının balaca qardaşı Elvinin də onun yanında işlədiyini, bir də Hacı ilə Əfrahimin zalda işləməyə Urfan adlı müəllimi qoyduqlarını, “Urfan idman müəllimdi. Bizim dostumuzdu, yaxşı adamdı. Burada həm müəllimlik edəcək, həm də sənə kömək edəcək” dediyini, ayda da 600 manat maaş verdiyini, 20-26 gün işlədikdən sonra pandemiya yarandığını, pandemiya yarandığından zalın bağlandığını, Naxçıvana gəldiklərini, Hacının da təxmini bir ay və ya iyirmi gün qabaq həmin işlətdiyi restoranı təhvil verdiyini, “Kəndə gedirəm orada özümə bir iş quracağam. Onsuz bu restoranı əlimdən alıb qiymətini bahalaşdırdılar. Mən onun qiymətini ödəyə bilməyəcəyəm” dediyini, o vaxt pandemiya söhbətinin olmadığını, Hacının getdiyini, bir həftə keçdikdən sonra zalın bağlandığını, Naxçıvana gəldiyini, həmin pandemiya dövrü Naxçıvanda olanda hər gün Hacının onlarda, onun da Hacıgildə olduğunu, Hacının Zabratdakı evində də qardaşı Elnurun qaldığını, pandemiyaya görə yolların bağlandığını, Hacının da Naxçıvanda qaldığını, Bakıya qayıda bilmədiyini, üç-dörd ay sonra Əfrahimin zəng vurub “İdman qidalarının vaxtı keçəcək. İdman qidalarını götürdüyüm adamla danışmışam. İstəyirsənsə idman qidalarını geri qaytaraq. İşə başlayanda təzə tarixli olan eyni adda malları birdə bizə təhvil verəcək” dediyini, pandemiyanın nə qədər uzanacağının bilinmədiyini deyib razılıq verdiyini, sonra bir də Əfrahimin zəng edib idman qidalarının işlədilmişlərini də götürürlər dediyini, onları da qaytardıqlarını, pandemiya qurtardıqdan sonra işə başlayanda Hacıya idman qidalarını gətirmək lazım olduğunu dediyini, Hacının da “Mən elə onu sənə demək istəyirdim. Bizi aldadıblar. Əfrahimlə getdik. Həmin adam burada yoxdu qaçıb. Verdiyimiz mallar batdı. Buradan ayrı yerdən alarsan” dediyini, zalı açanda 500 manatıq idman qidası aldığını, ona kifayət etdiyini, idman zalında 20 gün işlədiyini, təcrübəsinin də olduğunu, burada əsas hansı qidaların lazım olduğunu bildiyini, hərəsindən bir qutu aldığını, Naxçıvanda kənddə bir yerdə olduqları müddətdə Hacının işsiz olduğuna görə narahat olduğunu gördüyünü, Hacıya “Sən mənlə bərabər bir il obyektin təmirində, malların gəlməsində əziyyət çəkdin. Mənə qardaşlıq etdin. Bir iş yerin olana qədər mənim yanımda ol. Mən səni dolandıracağam. Sən də ondan sonra restoran götürüb işlədərsən. Nə də lazım olsa, mən də sənə köməklik edəcəyəm” dediyini, iş başladığını və Bakıya getdiklərini, pandemiyadan əvvəlki işin artıq olmadığını, işlərin zəiflədiyini, kredit borclarının olduğunu, zaldan əldə etdiyi pulun onu idarə etmədiyini, 10 gün idi ki, işin başladığını, Hacıgildə qaldığını, işə gedib-gəldiyini, ayın 10-u zalın açıldığını, ayın 24-ü qardaşının qızının toyuna görə Naxçıvana gəldiyini, eyni zamanda həmin toyun Hacının bacısının qızının toyu olduğunu, ondan bir gün sonra Hacının gəldiyini, toydan sonra Hacıya işlərin yaxşı olmadığını, hər gün gəlib orada heç əziyyət çəkməyinə ehtiyac olmadığını, gəlsə də gəlməsə də ayda ona 400-500 manat hörmət edəcəyini dediyini, həmin günün sabahı Hacının Bakıya gəlib Əfrahimlə görüşdüyünü, nə fikirləşdiklərini bilmədiyini, Hacının gedib zalda işçiyə “Zal işləməyəcək. Bağlayacaqsan. Vüqar bizə səhvlik etdi. Mənim burada əziyyətim varıydı. Proteinlərdən gələn qazanc mənim olmalı idi” dediyini, həmin işçinin də pandemiyadan sonra idman zalına götürdükləri Rəşad adlı idman müəllimi olduğunu, Rəşadı da pandemiyadan sonra orada işləməsi üçün Əfrahim və Hacının tapdığını, Hacıya zəng etdiyini ancaq onun telefonunu açmadığını, Hacınında anasının onda onlarda olduğunu, Hacının anasına “Bəs sənin oğlun nə edir?! Mənim yerimi bağladıb” dediyini, Hacının anasının oğluna zəng etdiyini, dava etdiklərini, sonra Hacının anasının Əfrahimə zəng edib “Mən səndən bir ana kimi xahiş edirəm. O sənin dostundu, onu başa sal. Yeri açsınlar” dediyini, obyektin açıldığını, “Mən Naxçıvandan Bakıya gəlim, nə sözün var mənə de. Sən niyə gedib mənim yerimi bağlatdırırsan” dediyini, axsamçağı Bakıya getdiyini, Hacıya zəng etdiyini, amma telefonunu yenə açmadığını, saatın 7 və ya 8 olduğunu, Hacı ilə Əfrahimin gəldiyini, Hacının zəng edib “Çölə çıx buradayam” dediyini, onun da zalda olduğunu, Əfrahimin maşının da oturduqlarını, onlarla görüşdüyünü, Hacının maşından düşüb ona “Bilirsən nə yaxşı gəlmişik”?! dediyini, onun da bilmirəm dediyini, Hacının idman alətlərini Əfrahimin adına və İrandan gətirdiyini dediyini, onun da “Əfrahimin adına gətirdiyini bilmirəm. Sənə malların pulunu vermişəm. Səndə malı gətirib mənə veribsən. Malları kimin adına gətiribsən mənə maraqlı deyil” dediyini, Hacının “Əfrahim də o malı mənə verir. Mən də malı aparmağa gəlmişəm. Ya mənimlə şərik işləyəcəksən və yaxud da mənə kirayə pulu verəcəksən” dediyini, onun qarşısına üç dənə şərt qoyaraq 24 saat vaxt verdiklərini və onların şərtlərindən birini qəbul etməli olduğunu dediklərini, onun kim olduğunu, evini satıb malın qarşılığında ona 80000 manat pul verdiyini dediyini, Hacının da “Sən kimə sübut edə bilərsən ki, evi satıb pulun mənə veribsən” dediyini, hər ikisinin də onun qarşısına şərt qoyub getdiklərini, onun da Hacının qardaşı Elnura zəng edib dediyini, Hacının qardaşı Elnurun bu gün məhkəməyə gəlmək istədiyini amma işi olduğundan gələ bilmədiyini, evini o alətlər görə satıb pulunu Hacıya verdiyini Hacının anası və bacısının da bildiyini, köməklik etsinlər deyə Hacını polisə verdiyini, Əfrahimi polisə vermədiyini, “Mala görə Hacıya bu qədər pul vermişəm. Bu günləri mənim başıma bu oyunu açırlar. Mənə köməklik edin” deyə Hacını polisə verdiyini, eyni bu qaydada izahatını polisə də verdiyini, polisin ona “Bu iş məhkəmədədi, mülki işdi. Biz ona görə bu işə xitam veririk. İşə baxa bilmirik” dediyini, onun da “Mənim şikayətim Hacıdandı. Hacıyla mənə aid mülki iş heç bir məhkəmədə yoxdur. Siz necə bu işi bağlaya bilərsiniz”? dediyini, ona “Olmaz bu mülki məsələdi” dediklərini, onun da “Mənim iddiam 80000 manatı Hacıdan tələb etməkdi. Səksən min manat pul ödəyib mal gətirmişəm. İndi də Əfrahim malın onun olduğunu və aparacağını deyir. Əgər mal Əfrahimin olursa, mən səksən min manatı hara vermişəm. Hacıyla mənim işimə baxın” dediyini, işə baxmadıqlarını, qarşı tərəfin təzyiq edib işi bağlatdırdığını, əgər o təzyiq göstərsəydi onda Hacını çoxdan tutmuş olacaqlarını, bir çox yerə şikayətə getdiyini, Prezident Aparatına belə şikayət yazdığını, ikinci dəfə işə baxdıqlarını, ancaq bir də bağladıqlarını, yoldaşının xalası oğlu Samiqin onlara gəldiyini, Bakıda taksi sürücüsü işlədiyini, ona “Məndən tələb edirlər ki, mal Əfrahimin adına gəlibdi. Malı aparacağıq” dediyini, Samiqin “Əfrahimlə bir yerdə oxumuşuq, sinif yoldaşıyıq” dediyini, Samiqin Əfrahimə zəng vurub telefonun mikrafonunu açıb danışdığını, Əfrahimin “Məni o işə daxil etməyin. Mən dövlət orqanında işləyirəm. Hacı ilə Vüqar bilər. Malı gətirib Vüqara verən Hacıdır. Pulu da o Hacıya verib. Məni bu məsələyə daxil etməyin” dediyini, bundan sonra on gün olardı işlədiyini, icra məmurlarının məhkəmə qərarı ilə içəri daxil olub müvəqqəti təminat tədbiri kimi zalın möhürlənəcəyini dediklərini, xəbərinin olmadığını dediyini, bu iş onun iştirakı olmadan baxıla biləcəyini dediklərini, ona da, üçüncü şəxlərə də alətlərdən istifadəni qadağan etdiklərini, qərardan şikayət verdiklərini, apellyasiya məhkəməsinin “Alətləri işlədə bilərlər ancaq özgəninkiləşdirə bilməzlər” deyə qərar çıxardığını, alətləri yığanda alətlərin videosunu çəkdiyini, işin hələ başlamadığını, Hacının da, Əfrahimin də orada olduğunu, hətta Əfrahimin orada ona “Xeyirli olsun. Milyon qazanasan” dediyini, əgər onlar şərikdirsı, niyə ona elə dediyini, Rəşadın yanına Hacının getdiyini, Əfrahimin getdiyini bilmədiyini, Rəşadın yanına ikisinin bərabər getdiyini soruşmadığını, bunu ona Hacının dediyini, Hacıyla bərabər Rəşadın yanına getmədiyini, Rəşadın yanına kimin getdiyini bilmədiyini, Hacının qardaşı Elnurun Bakıda olduğunu, Bakıda Hacıgildən başqa getməyə yerinin olmadığını, 80000 manat pulu Hacıya verəndə Əfrahimin orada olmadığını, Hacıya “Əfrahim zala gedibgəlir mənə görə əziyyət çəkir” dediyini, Hacının da “Bu zalda idman qidaları işlədiləcək. O qidaları da Əfrahimin ətrafı olduğu üçün tanışlarından gətirəcək. Sən də idman qidalarını Əfrahimdən götürərsən. Sən gedib pulunu verib mağazadan alacaqsan. Həmin pulu ver, Əfrahim sənə gətirəcək. Əfrahimə bəlkə pulsuz verəcəklər sənə nə var” dediyini, onun da “Yaxşı, mənə lazım olan odur ki, qidaları çatdırsın” dediyini, üç motorun qiymətinin nə qədər olduğunu öyrənə bilmədiyini, obyektinə və aldığı alətlərə niyə qadağa qoyulduğunu, pul verib, alətləri aldığını, o günkü gün də onun obyektinin bağlanıldığını, o da bu məsələyə baxılsın deyə Yasamal rayon Polis idarəsinə müraciət etdiyini, səksən min manat pul verib mal aldığını, onun obyektinin bağlanmasının səbəbin nə olduğunu, bu gün “Mal mənimdi” dediyini, indiyə qədər “Mal mənimdi” niyə demədiyini, bu məsələnin araşdırılıb ona kömək edilməsini, malı gətirmək üçün pulu Hacıya verdiyini, idman alətləri üçün 80.000 manat pul verdiyini, Hacı ilə Əfrahimin bir yerdə bu məsləhətləri ona verdiklərini, malı kimdən alacaqdılarsa Əfrahimlə Hacının oraya birgə getdiklərini, onu yaxına qoymadıqlarını, Əfrahimin Hacının dostu kimi kömək etdiyini, Əfrahimin “Mən burada idmançı olaraq o işləri daha yaxşı bilirəm. Hansı alət lazımdırsa, seçimdə mən köməklik edəcəm, o alətləri gətirin” dediyini, bu işləri bilmədiyini, Hacı ilə Əfrahimin malın haradan gəlməsinə bir yerdə qərar verdiklərini, ikisi bir yerdə 80.000 manat qarşılığında Ukraynadan mal gələcək deyə onu aldatdığını, İran yazısı görəndə Hacıya “Mən sənə İran malı sifariş verməmişəm. Ukrayna malı sifariş vermişəm. Bu nə yazıdı?!” dediyini, Hacının “Əfrahimlə məsləhətləşim” dediyini, malın dalınca Əfrahimlə birgə gedib-gəldiklərini, bir yerdə danışdıqlarını, Hacının Əfrahimlə danışdığını və Əfrahimin malın İran malı olmadığını dediyini ona bildirdiyini, sonra da Hacının “Yenə də araşdıracam. Bəlkə bizi aldadıblar” dediyini, malın İrandan gələn mal olduğunun hələ məlum olmadığını, malın guya onların olmasına dair sənəd təqdim etdiklərini, əgər mal onlarındırsa, onlar gətiribsə, onda onu aldadıb səksən min manatını alaraq ikisinin bir yerdə ona qarşı dələduzluq edib malı İranda gətirdiklərini, mallın xarici ölkədən gətirilməsi ilə bağlı sənədinin olmadığını, pulunu verib malını təhvil aldığını, işin bu yerə gələcəyini, Hacının onu belə aldadacağını düşünmədiyini, Hacı və Əfrahimin onu zəif və gücsüz bildiklərini, onu əzmək istədiklərini, Hacıya 80.000 manatı 2019-cu ilin ya noyabr ya da oktyabr ayında verdiyini, onların ona “3 aya mal gələcək” dediyini, malın da 3 ay yarıma gəldiyini, ondan sonra Hacıya hər gün zəng vurmağa başladığını, Hacının “Anam da mənə zəng vurub, narahat edir ki, Vüqar evin satıb ora qoyub birdən pulunu apararlar” dediyini, Hacının “Mən işin içindəyəmsə narahat olma. Sənin malı mən təhvil verəcəm, mən söz vermişəm” dediyini, ona o qədər inandığından hər şeyi ona etibar etdiyini, evini satmamışdan əvvəl obyektin təmiri zamanı elə Hacıgilə qaldığını, Hacıgildə 10 gün bir, bir həftə də bir qaldığını, 80.000 manatı Hacıya verdikdən sonra Naxçıvana gəldiyini, malın gəlməyinə təxmini bir həftə qalanda Hacının “Mal gəlir o vaxta kimi gəl ev tut. Bizdəki əşyalarını da evə apar. Evini içini əşyalarla doldur. İşin başlayacaq özün burada olmalısan” dediyini, demək olar ki, hər gün mallar barədə Hacıdan maraqlandığını, mal barədə Whatsapp yazışmalarının olmadığını, O barədə telefon danışıqlarının olduğunu, Hacının ona “Mənim Whatsappda danışmağa həvsələm çatmır. Mənə telefonla zəng et” dediyini, Whatsappın bəzən onda işləmədiyini dediyini, Hacının Whatsappla ona görüntü atdığını, onun da Hacıya görüntü atdığını, mal gələndə də malın hələ sifarişi vaxtı Hacının ona “Bu mallar sənə gələcək” deyə görüntü atdığını, malları haqqında maraqlandığını, Hacının ona mallar barədə “Bəyənirsən?! bu mal gələcək” deyə video atdığını, onun da “Arxasını at” dediyini, səs qeydində Hacının “Bu bəsindi. Buna bax, arxası da gələcək” dediyini, Hacıgilin “İşlənmiş aləti zala qoysaq ətrafda başqa zallar da var, işlənmiş idman alətləri ilə bura müştəri yığa bilməyəcəksən. Sən ən yaxşısı təzə alət al. Müştərilər görsün ki, digər zallarla bu zal fərqlidi. Oranın da müştəriləri bura cəlb olunsun. İşin yaxşı olsun deyə təzə malla başlamalısan. Onsuz o pulu çıxardacaqsan” dediyini, ona gələn idman alətlərinə görə 80.000 manat pul verdiyini, o malların onların olduğunu iddia etdiklərini, əgər mal onlarındırsa 80.000 manat pulu nəyə verdiyini, bəyanamədə qiymətin 30.000 manat olduğunu, əgər 80.000 manata qarşı onların gətirdiyi malların dəyəri 30.000 manatdırsa, onda pulunun 50.000 manatının harada olduğunu, niyə ona qarşı dələduzluq etdiklərini, Hacıya pulu verdiyini, Əfrahimlə birlikdə ona mal axtardıqlarını, Əfrahimin mal gətirməyini bilmədiyini, “Mən bu malı Əfrahim vasitəsilə gətizdirmişəm” deyə Hacının dediyinin bu gün məlum olduğunu, əgər bu mal Əfrahimin gətirdiyi maldırsa eyniləşdirmələrini, əgər onun malı deyilsə 80.00 manatını verməsini, onun malıdırsa da niyə məhkəmələrdə qalmalı olduğunu, Hacıya mal qarşılığında 80.000 manat pul verdiyini, bu qurğunu elə obyekti təmirə başlayandan hər ikisinin ona qurduğunu, pulu Əfrahimə deyil, Hacıya verdiyini, Bakını tanımadığını, birlikdə getdikləri mağazaya bəlkə birdə getsə oranı tanıyacağını, oraya gecə vaxtı maşınla getdiklərini, mağazanın dəqiq adını xatırlamadığını, Əfrahimin marağının güzgünü 2000 manata danışıb, ondan 4500 manat almaq olduğunu, Əfrahimə bir dənə güzgülərə görə pul göndərdiyini, Əfrahimə usta vasitəsiylə 4500 manat pul göndərdiyini, ustaya “Sənə çatan pulu götür, qalanını da Əfrahimə ver” dediyini, həmin pulu iki dəfəyə göndərdiyini, idman alətlərinin Ukraynadan gətirilməsi ilə bağlı söhbətin o, Hacı və Əfrahimin arasında olduğunu, onlara cox inandığını, birdən maraqlanar başqası ona nəsə deyər deyə Hacının onu heç kimə yaxın buraxmadığını, birdən qiymət öyrənər deyə əhatəsindən çıxmağa qoymadığını, Hacının evində qala-qala, Hacının evin bir adamı kimi ona inandığını, Əfrahimə necə inana biləcəyini, şərik işləyəcəkdisə evini və maşınını niyə satdığını, hələ birdə niyə borclandığını, Əfrahimin İrana gedib-gəlməyi barədə heç nə deyə bilməyəcəyini, Hacıya “Bunun üstündə İran yazıları var. Məni niyə aldatmısınız?! Mən malı Ukraynadan sifariş vermişəm. Bu mal İran yazısı olan maldı” dediyini, Hacının ona Əfrahimin malı gətirdiyini demədiyini, idman alətlərini Bayram adlı şəxs gətirəcəyini, Bayramın Hacının dostu olduğunu, Bayramı tanımadığını, Hacı və Əfrahimin ona ad dediyini, Bayram deməsə başqa şəxsin adını desə nə biləcəyini, o gəldiyində idman alətlərini zalın içinə yığdıqlarını, videosunu da çəkdiyini, idman alətlərini zala Əfrahimgilin yığdığını, dəqiq bilmədiyini, malı kim gətiribsə onun da yığdığını, mal yığıldıqdan bir-iki gün sonra Əfrahimin də gəldiyini, orada bir dənə də video çəkdiyini, nə qəşəy mallardı deyə sevindiyini, nə mallar olduğundan heç başının da çıxmadığını, mallar gəldiyinə və pulu batmadığına görə sevindiyini, mal ay yarım yubandığından birdən pulum batar deyə narahat olmağa başladığını, o hələ pulunun da bata biləcəyini hesab etdiyini, İran maşını olduğunu və ya onun dediyi mal olmadığını görər deyə onu ora qoymadıqlarını, orada olmasın deyə, birdən onun istədiyi mal olmadığını başa düşər deyə bu işi belə fırlatdıqlarını, Hacının onu malı qarşılamağa qoymadığını, guya ona sürpiriz edəcəyini, sən demə fırıldağın üstünü örtbasdır etdiklərini, kimin qarşıladığını bilmədiyini, Əfrahimin malı gətirə biləcəyini, malı kim gətirirsə gətirsin, o mala görə axı Hacıya pul verdiyini, kimin gətirdiyinin ona aidiyyəti olmadığını, Əfrahimə mal gətirməsini demədiyini, Əfrahimə “Mənə idman alətləri gətir” demədiyini, Hacının ona “Mənim işim var. Əfrahimgil Ukraynadan gələn malları axşam içəri yığacaq. Sənə sürpriz edəcəyik” dediyini, Hacının ona Əfrahimin mal gətirməyini demədiyini, Hacıyla Əfrahimin malı danışmağa getdiklərini, Hacının “Mən Əfrahimə tapşırmışam. Uşaqlar dedi ki, Vüqar gəlməsin ona sürpriz edək” dediyini, uşaqlarların kim olduğunu bilmədiyini, Hacının “Əfrahimgil malı quracaqdı. Sən ora getmə, deyirlər ki, ona sürpriz edəcəyik” dediyini, onun da “Nə sürpriz edəcəklər?! pul verib malımı almışam” dediyini, Hacının da “Deyirlər malları yığaq, gəlib görsün” dediyini, Əfrahimə “Mənə idman alətləri al, gətir” demədiyini, Hacıya dediyini, Əfrahimin bu işdə marağının idman qidaları olduğunu, idman qidalarını İdman Nazirliyindən gətirdiyini dediyini, iki min manatlıq idman qidası gətirdiyini, amma ondan dörd min manat istədiyini, qazancı olmasaydı zala niyə gəlibgetdiyini, Hacı ilə həmin söhbətinin onun işlədiyi vaxt olduğunu, əmisinin yası olan vaxt işlədiyini, obyektinin orada boş olduğunu Hacının bildiyini, idman qidalarına görə 2000 manat pulu Əfrahimə verməsinə görə Hacıya verdiyini, amma idman qidalarını Əfrahimin gətirdiyini, idman zalının videosunu Hacının çəkdiyini, aynadan da Hacının çəkdiyinin göründüyünü, ona videonu Hacının atıdığını, Hacıya videonu kim atdığını bilmədiyini, Hacının İrana gedib-getmədiyini bilmədiyini, mallar zala yığılan axşamı Hacının evdə yanında olmadığını, Hacının həmin axşam getdiyini, ona “Sən Elnurla otur. Mənim işim çıxdı, gələcəm” dediyini, idman zalında işləyən şəxslərin əmək haqqını onun verdiyini qeyd etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə 26 sentyabr 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında tərəflərin qohumluq əlaqələri olduğunu, əslində bu iddianın İddiaçı deyil, Hacının iddiası olduğunu, Hacının Cavabdeh qardaşının qaynı olduğunu, İddiaçı isə sadəcə burada Hacının dediyini etdiyini, belə bir halda Vüqarın barışıq təklifi irəli sürməsinin normal olduğunu, Hacının Vüqara qarşı etdiyi hərəkətin düzgün olmadığını onun anasının, bacısının və qardaşının səs yazılarında etiraf etdiklərini, idman alətlərinin Cavabdeh gəlməsi ilə bağlı gömrük bəyannaməsinin mövcud olmasının bəyannamədə olan idman alətlərinin Cavabdeh zalında olan idman alətləri olması demək olmadığını, Hacının idman zallarına gedərək Ukrayna istehsalı olan idman alətlərinin video görüntülərini Cavabdeh ataraq idman alətlərini Ukraynadan gətirəcəklərini dediyini, səs yazılarından da, istintaq materiallarındakı izahatlardan da Cavabdeh Hacıya şahidlərin yanında ona Ukraynadan mal gətirməsi üçün 80.000 manat pul verdiyinin məlum olduğunu, Cavabdeh pulu Hacıya verdiyini, İddiaçı vermədiyini, idman zalının açılışında lenti də, tortu da kəsənin İddiaçı olmadığını, məhkəməyə təqdim etdikləri həmin videoya baxanda oranın sahibinin Cavabdeh olduğunun aydın göründüyünü, İddiaçı sağ tərəfdə, digər idmançıların isə onun ətrafında dayandığını, İddiaçı Ədliyyə Nazirliyinin əməkdaşı olduğundan müvafiq qanuna əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməyəcəyini, amma onun bu imunnitetə malik olub sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, qarşı tərəfin iddiasının əsassız olduğunu hesab etdiklərini, 07 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında iddiaçı tərəfin verdiyi etiraz ərizəsində “Cavabdehin verdiyi etiraz ərizəsində Əfrahimin idman zalına gediş-gəlişini cavabdeh inkar edir” dediyini, cavabdehin etiraz ərizəsini əgər diqqətlə oxusalardı yazılan etirazda Vüqarın özünün “Əfrahim idman zalına gedib-gəlirdi, idman zalının təmiri ilə məşğul olurdu” deyə etiraf etdiyini görəcəklərini, Vüqar idman zalında o alətləri istifadə etsin deyə Əfrahimin nə üçün şəxsi vəsaiti ilə aldığı malı gətirib Vüqarın zalına qoymalı olduğunu, geniş imkanlara malik olan adamın niyə Cavabdehlə şərik işlədiyini, tərəflərin arasında yazılı formada bir razılıq olmadığını, idman zalındakı idman alətlərinin Əfrahimə məxsus olmasının nə ilə sübut olunduğunu, gömrükdən malı Əfrahimin də, istənilən şəxsin də keçirə biləcəyini, amma bu gün o idman alətlərinin Əfrahimə məxsus olmasını sübut edən hansı sübutun olduğunu, iddiaçının izahatında “Təmirə imkanım çatmadığından təmiri Vüqar etdirdi, mən də idman alətlərini aldım” dediyini, burada anlaşmazlıq olduğunu, əgər Əfrahimin təmirə imkanı çatmırdısa, onun necə idman aləti ala biləcəyini, həmin vaxtlarda da nə üçün Vüqarın əmlakını satdığını, Vüqarın əmlakını satmağının da sübutlarla təsdiq olunduğunu, otuz min manata münasibətdə nəyin hara xərcləndiyini, qarşı tərəfin ərizələrində aydınlıq gətirmədiyini, Cavabdeh idman zalındakı idman alətlərinin İddiaçı aldığı idman alətləri olmadığını, onların pulunu Vüqarın Hacıya ödədiyini, Ukraynadan gətirmək istədiyi alətlər olduğunu, Cavabdeh idman zalındakı idman alətlərini Hacının gətirdiyini, Cavabdeh bu günə qədər bu cür bildiyini, indi iddiaçı tərəfin “Bu alətlər İran İslam Respublikasından gələn alətlərdir” dediyini, idman zalına mal gələndə Cavabdeh orada olmadığını, idman alətləri zala yığılandan sonra Vüqarın zala gəldiyini, 18 noyabr 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında qarşı tərəfin təsir etmə pisixologiyasından istifadə edərək məhkəmədə fikir formalaşsın deyə cavabdehə dəfələrlə “Tərəf etiraf edir” sözlərindən istifadə edib zorlada olsa bir növü onun boynuna nəsə qoyaraq iclas protokolarına keçməsi məqsədi ilə fəndlər işlətdiyini, bunun nəzərə alınmasını məhkəmədən xahiş etdiyini, İddiaçı adına İran İslam Respublikasından vurulmuş idman alətlərinin təyinat yerinin Cavabdeh idman zalı deyil, İddiaçı ünvanı olan ünvan 3a ərizəsinə əlavə olunmuş sənədlərdən tam şəkildə aydın olunduğunu, bunun isə malın Vüqarın ünvanına gəlmədiyini, Əfrahim öz ünvanına getdiyini bir daha sübut etdiyini, həmin malların Vüqarın ünvanına gələn mal deyil, Əfrahimin öz ünvana göndərilmiş mal olduğunu, bu ünvanın gömrük bəyanaməsində göstərilən hüquqi ünvan olduğunu, malın ünvanı olduğunu, bu sübutu da iddia ərizəsinə əlavə olunan sənədlərin içərisində iddiaçı tərəfin özlərinin təqdim etdiyini, Hacının “Sənə bu mallardan Ukraynadan sifariş verib gətizdirəcəm” dediyini, bu barədə Hacının Vüqara səs atdığını, Cavabdeh heç bir izahatında pulu Əfrahimə verdiyini demədiyini, bütün izahatlarda pulu Hacıya verdiyini göstərdiyini, əslində bu işin mahiyyətinin dələduzluq olduğunu, Vüqarın saflığından istifadə etdiklərini, müstəntiqlərə də kimin, necə təsir etmək qabiliyyətinin olmasının bilindiyini, iddiaçı özü çıxışında onun çiyninin üstündə kimin əlinin olduğunu dediyini, amma burada ad hallandırmaq istəmədiyini, iddiaçının vəkili və nümayəndəsinin izahında “Mən də olsam dostumun qohumuna demərəm ki, bu sənədə imza at” bildirdiyini, tərəflərin o cür edə biləcəyini, ancaq onların o cür etməyəcəklərini qeyd etmişdir. Cavabdeh 12 yanvar 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında Hacının anası əməliyyat olunanda orada olduğunu amma malın yığılan günü olmadığını, oradan axsam evə gəldiklərini, Hacının ona xəstəxanada “Sabah sənə sürpriz edəcəyik mallar yığılacaq” dediyini, onun da “Mənim öz malım gəlir. Sən mənə nə sürpriz edəcəksən”?! dediyini, uşaqların Vüqara sürpriz edək gəlsin malları zalında hazır görsün dediklərini Hacının ona dediyini, xəstəxanadan evə axsam saat təqribi 9 olardı getdiklərini, axsam yeməyi vaxtı olduğunu, evlərində yemək yediklərini, onların üçünün də evdə olduğunu, onda Hacıyla Elnurun bir yerdə qaldıqlarını, gecə Hacının bir-iki saatlığına yoxa çıxdığını, Hacının evdən çıxanda işinin olduğunu, uşaqlarla görüşəcəyini dediyini, Hacının evdən çıxanda hara gedəcəyini demədiyini, onda Hacıya “Yol üstü zala da gedək” dediyini, Hacının “Mən ayrı yerə gedirəm. İşim var. Uşaqlarla görüşüb gələcəm” dediyini, səhər onlar xəstəxanaya gedəndə Elnurun da maşında olduğunu, zala gəlib, baxdıqlarını, xeyir-dua verdiyini, ştanq qaldırdıqlarını, hər şeyin, alətlərin hamısının içəri yığıldığını, oradan xəstəxanaya getdiklərini ondan beş-altı gün sonra zalın açılışı olduğunu, o Hacı və Əfrahimin mal almağı bir yerdə məsləhətləşdiklərini, aparıb malları görsətdiklərini, bahalı mallar olduğunu, Əfrahimin “Mənim tanışlarım var. Ucuz qiymətə gətirəcəklər. Nağdı qiymətə burada yüz və ya yüz on mindi. Bu qiymətə aldığınıza hansıki videoa varıydı ki, zaldan çəkmişdilər bax bu maldan sənə gətirəcəyik. Ukrayna alətidi. Bu oğlana gətirdirəcəyik” dediyini, onun onlara “Gətirin kataloqu baxaq qiymətləri nədi. Sonra bəyənək və ya bəyənməyək. Mən bəyəndiyim mallar olsun, birdə qiymətlərini bilək” dediyini, onların onun qiymətlə maraqlandığını gördüyünü, geri qayıdıb, Hacının restoranına gəldiklərini, restoranda üçünün də oturduqlarını, “Bu gördü ki, malı başqasına alırıq baha qiymət dedi. Əvvəlcə razılaşdığımızdan baha dedi. Birinci yetmiş iki min manata dedi sonra səksən min manata dedi” dediyini, Əfrahimin “Hacının danışmadığı bir dostu var. Bunları bu bahanə ilə barışdırım, malı ona gətizdirək” dediyini, həmin şəxsin Bayram adlı oğlan olduğunu, onların gedib gəldiyini, “Səni görürlər üstünə qiymət qoyurlar” deyə onu aparmadıqlarını, ona “Səksən min manata razılaşmışıq sənin işin yoxdu” dediklərini, Əfrahimlə Hacının “Bizim dostumuzdu. Biz onun əli ilə malı gətizdirəcəyik. Sənə zalınıda təhvil verəcəyik” dediklərini, həmin o zalda şəklini göstərdiklərini, Əfrahimin malı gətirməyini Bakıda məhkəmə prosesində bildiyini, pandemiyadan sonra zalı açıb işlətdiyini Hacıyla Əfrahimin onun zalının qabağına gəldiklərini, içəri girmədiklərini, Hacının “Bilirsən nə yaxşı gəlmişəm” dediyini, Hacının da Əfrahimin də Əfrahimin maşınında oturduğunu, Hacının “Ya bizlə şərik işləyəcəksən ya da ki, malları götürəcəyik. Əfrahimin adınadı” dediyini, onun da “Başa düşmədim pul verib mal almışam. Mən niyə sizinlə şərik işləməliyəm” dediyini, Hacının “O vaxt mən bunu dostum Əfrahimin adından gətirdim. İndi də o malından imtina edib mənə verir. Ya mən gəlirəm malımı yığışıdram aparam yadaki mən sənlə şərik işləyəcəm” dediyini, onun da “Elə şey yoxdu. Onda gərək mən burada öləm ki, mənim ölümün üstündən keçəsən” dediyini, Hacının da “Mən gedib, verəcəm polislə alacam” dediyini, onun da “Get hara verirsən ver pul verib malımı almışam” dediyini, ona görə evni satdığını, niyə verməli olduğunu, bunların ikisinin əvvəlcədən oyun qurub dələduzluq edib onun pulunu alıb yeyib dağıdandan sonra öz adlarına “Mənimdi” deyə mal gətirəcəklərini, elə bir şeyin olmadığını qeyd etmişdir. X2 12 yanvar 2023-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi ifadəsində məhkəməyə allahı və vicdanı üçün gəldiyinə Allahın şahid olduğunu, Hətta onun buraya gəlməsinə qaynının qoymadığını, neçə dəfələrlə “Mən gedim şahidlik edim, gördüklərimin və eşitdiklərimin hamısını deyim” dediyini, qaynının onun gəlməyinə icazə vermədiyini, heç birinin onu incitmədiyinə Allahın şahid olduğunu, onun günahının olmadığını bildiklərini, onların etdiyinə vicdanının rahat olmadığını, əslində Vüqarın onun qardaşına pulu verdiyini, Vüqarın evini satıb səksən min manat pul verdiyini, ondan qabaq da maşınını satdığını, Vüqarın buradan nə qədər borc alıb göndərdiyini, Vüqarla qapı ağzı qonşu olduğunu, bir evli kimi olduğunu, bu söhbətlərin hamısının onun yanında olduğunu, məsələn: telefonla edilən zənglər, Vüqarın Hacıya buradan pul yolladığını, Hacının Əfrahimlə orada dost olduğunu, bildiyinin bunlar olduğunu, öz bildiyindən bir kəlmə artıq demədiyini, 7-ci sinifdən məktəbdən çıxdığını, savadsız olsa da öz dilimizdə quranı beş dəfə oxuyub qurtardığını “Hətta öz anan, atan da olsa, öz əleyhə olsa belə sən haqqı de” deyə allahın buyurduğunu, özləri tutulsa belə haqqı deməli olduğunu, Allahın məhkəməsinin olduğunu, Allahın üzünə baxacaqlarını, bir kəlmə yalan demədiyinə Allahın şahid olduğunu, qardaşı Hacının pis insan olmadığını, Naxçıvanda olanda yaxşı insan olduğunu, Bakıya getdiyini, Əfrahimgillə dost olduğunu, onların qardaşı Hacını pis yola çəkdiyini, Vüqarın ona qardaşdan artıq olduğunu, üzgörənilk etmədiyini, onun insanlığına görə dediyini, Vüqarın onun qardaşına buradan pul yolladığını, Vüqarın orada yeri olduğunu, Vüqarın “Orada idman yeri açaq” dediyini, Qardaşı Hacının da “Mən sənə hər şeyi təşkil edəcəm” dediyini, Əfrahimi görmədiyini, sadəcə şəkildə gördüyünü, zalda açılış olanda şəkil çəkdirdiklərini, Əfrahimi tanımadığını, adını eşitdiyini, Hacının arada gəlib Naxçıvanda qaldığını, Əfrahimlə telefonla danışdığını, hətta “O işi belə elə, bu işi belə elə” dediyini, Vüqarın işi haqqında danışdığını, bir dəfə də telefon danışıqlarına qulaq şahidi olduğunu, yalan demədiyinə Allahın şahidi olduğunu, hətta onun şüpələndiyini, şüpələrinin olduğunu, ancaq heç vaxt Vüqara belə pul atacaqlarına inanmayacağını, bir oğlanın malları İrandan gətirdiyini, o kimdisə Əhrahimlə Hacının ona pul verdiyini, həmin adamın alətləri İrandan gətirdiyini, ona sənə məsələn iki min manat verəcəyik dediklərini, həmin adama nə qədər pul dediklərini bilmədiyini, misal üçün iki min dediyini, malı gətirən adama, yəni gömrükdən keçirdən adama az pul verdiklərini, malı gömrükdən keçirdən adamın başqa bir adam olduğunu, malı gömrükdən keçirdən adamın Hacıya zəng vuraraq ona söyüb “Sən mənə az pul veribsən. Sizə bu işdə çox pul qalıb, siz mənə az pul vermisiniz” dediyini, amma Vüqarın işi olduğunu açıq vermədiyini, Vüqarın işi olduğunun sonra açığa çıxdığını, həmin adamın Hacıya söydüyünü, savaşdığını, sonra Hacının Əfrahimə zəng vurub “Malı gömrükdən keçirdən adam məni şantaj edir ki, gedecəm o adama deyəcəm” dediyini, sonra Hacının Əfrahimə “Bu adam məni şantaj edir ki, bizə çox pul qalıb. Ona nə var bizə nə qədər pul qalıb” dediyini, Əfrahimin də “O kimdiki yəni bizə bir şey edə” dediyini, sonra bu qardaşı tərəfindən, o biri qardaşı tərəfindən həmin adamın, yəni zəng edən adamın Vüqarın malını gətirən adam olduğunun açığa çıxdığını, Vüqarın malını mənimsədiklərini, səksən min manatın Elnur qardaşının əli ilə verildiyinə Allahın şahid olduğunu, Elnur qardaşının yanında verildiyini, Elnur qardaşının indi gəlib danışacağını, bu söhbətlərin hamısının onun yanında olduğunu, Vüqar nə qədər borc alıb onlara yolladığını, onun qardaşı Hacının və Əfrahimin onları o qədər şantaj etdiklərini, Vüqarın yoldaşının ürəyinə təzəlikdə 3 dənə stent qoyulduğunu, anasının bu stresi çəkə bilmədiyindən xəstə olub yerlərdə olduğunu, anasının dindar adam olduğunu, Anasının “Mən ancaq telefonla danışa bilərəm” dediyini, anasının ayağının şəkərdən tutulduğunu və qaraldığını, normalda belə onların pis şantajlarını deyə bilməyəcəyini, açıqlaya bilməyəcəyini, Vüqarın haqlı olduğunu bildiyini, onun bir dənə yalanını eşitmədiyini, qardaşın əleyhinə ifadə verir deyə bəlkə onun qınanacağını, Vüqargilin ailəsindən heç birinin bu barədə onu incitmədiklərinə Allahın şahid olduğunu, o Vüqarın zəng edib qardaşın bu şeyləri mənim başıma açdı deməyini gözlədiyini, amma Vüqarın hələ bir kəlmə söz demədiyini, həmişə “Sən neyləyəsən, sənin bir günahın yoxdu” dediyini, onların etdiyinə ağıllarının almadığını, həqiqətən çox ağır gəldiyini, iki ailəni birbirinə düşmən etdiklərini, 21 ildi o evdə gəlin olduğunu, bir dəfə də olsun başı aşağılıq bir hərəkət etmədiyini, qardaşının onu ortada qoyduğunu, qınla qılıncın arasında qaldığını, amma qaynı Vüqarda günah olsaydı gəlib, burada qaynının günahkar olduğunu deyəcəyini, Allah üçün yaşadığını, Allahın məhkəməsindən qorxduğunu, həmişə dua edəndə “Allahım elə bir bəndə olum ki, bu dünyada sənin qarşına çıxanda utanacaq bir hərəkətim olmasın” dediyini, bunu onun qardaşının da çox gözəl bildiyini, həmişə onunla fəxr etdiyini dediyini amma niyə gedib bu yola düşdüyünü bilmədiyini, Hacının Əfrahimin onun qardaşı olacağını və ya ona nəsə dayaq olacağını bildiyini, amma Əfrahimdən ona qardaş-bacı olmayacağını, insanın öz qanının-canının başqa bir şey olduğunu, qardaşı Hacının onu satdıqlarını dediyini, amma onun doğru yolu üçün bu addımı atdıqlarını onun başa düşmədiyini, onların Hacını satmadığını, Hacının “Mənim qardaşım və bacım mənim əleyhimə şahidlik edir” dediyini, amma onların Hacıya doğru yolu göstərdiklərini, səhv yolda olduğunu başa düşmədiyini, Allahın nəzərindən düşdüklərini, qonşusunun cəvizinin həyətə töküldüyünü, onu aşsüzənə yığıb aparıb verdiyini, onun da bir də özünə qaytardığını, neçə dəfə dediyini, axırda qonşunun “Halal edirəm” dediyini, sonra da öldüyünü, indi də yoldaşının əmisinin həyəti olduğunu, oğlunun həmin həyəti onlara verdiyini, yəni o vaxta kimi o həyətin meyvəsini götürmədiyini, “Bizə halal deyil” dediyini, Vüqarın onu buraya gəlməyə qoymadığına Allahın şahid olduğunu, malı gömrükdən keçirdən adamın hansı adama deyecəyini bilmədiyini, balaca qardaşı Elvinin tutulduğunu, Əfrahimlə Hacının telefonda çox danışdıqlarını, Vüqarın nə qədər borc alıb göndərdiyini dəqiq deyə bilməyəcəyini, ondan biraz, bundan biraz pul aldığını, pulu remont vaxtı göndərdiyini, Hacının “Evi sat” dediyini və Vüqarın evi satdığını, səksən min manatı verdiyini, səksən min manatın iyirmi doqquz min manatına, nə qədərinəsə o malları aldıqlarını, qalan əlli min manatı ortada yoxa çıxardıqlarını, bunları görmədiyini amma eşitdiyini, bunları Hacının dediyini, Kür kəndində yaşadığını, Hacının da Kür kəndində yaşadığını, sonradan Bakıya köçdüyünü, Hacının neçənci ildə Bakıya köçdüyünü dəqiq deyə bilməyəcəyini, iki il və ya iki il yarım olduğunu, bir neçə ay burada qalıb bir neçə ay Bakıda qaldığını, Hacının əvvəlcə Vüqarın işini aparan vaxtı restoran kirayə götürüb işlətdiyini, özünün şəxsi işi olmadığını, sonra eşitdiyinə görə sürücü işlədiyini, indi nə işlədiyini bilmədiyini, Vüqarın Hacıya səksən min manat pul verdiyini gözü ilə görmədiyini, amma hamısını bildiyini və eşitdiyini, Vüqarın maşını satıb pulu Hacıya yollamasını gördüyünü, kiminsə əli ilə pulu Bakıya yolladıqlarını, Amma kim olduğunun yadından çıxdığını, həmin pulun maşın pulu olduğunu, birdə borc aldığı pulun olduğunu, bunların hamısını Hacıyla hər gün neçə dəfə telefonda danışanda Hacının dediyini, qardaşından pulun ona çatıb-çatmadığını soruşduğunu, qardaşının pulun çatdığını dediyini, hər gün neçə dəfə danışdığını, “Ay Hacı nə edirsən et, düz et” dediyini, Hacı ilə Restoran haqqında heç nə danışmadıqlarını, Vüqar qaynı olduğundan, onun işini Hacı görürdü deyə Hacıdan o haqda soruşduğunu, Hacının buraya Bakıdan gəldiyini, səhv etmirsə, qəbirüstü vaxtı olduğunu, həmin tarixi dəqiq deyə bilməyəcəyini, Hacının bayramdan biraz qabağ gəldiyini, qara bayramdan 1 ay qabaq və ya 20 gün qabaq gəldiyini, sonra neçə ay da qaldığını, bəzən iki ay və ya üç ay qaldığını, Hacı ilə danışmağının qara bayramdan qabaq və ya sonra olduğunu dəqiq deyə bilməyəcəyini, Hacı ilə görüşüb söhbət etdiyini, hər dəfə oturub, söhbət etdiklərini, Hacının biraz şöhrətpərəst olduğunu, etdiklərini danışdığını, heç o soruşmasada Hacının bir şey alırsa onu reklam edəcəyini, “Belə düzəltdirdim, belə etdim” dediyini, Hacının pulla bağlı ona “Malları səksən min manata gətizdirdik” dediyini, Hacının “Alətləri gətizdirdik. Əfrahimlə gətizdirdik. Hər şeyi hazırlamışıq. Qaynına belə yer düzəltdik və.s” dediyini, qaynının saf olduğunu, Vüqarın pulu Hacıya göndərdiyini, qaynının Hacıya inanıram dediyini, Hacının “Əfrahim əzan veriləndə maşını saxlayıb, namazını qılır” dediyini, bir insanın ki, namazı o insanı doğru yola yönəltmirsə, o namazın Allah qatında qəbul olmadığını, çox insanların dindar olduğunu amma əməlləri onu göstərmədiyini, səksən min manatı görmədiyini, amma qardaşının ona “Pulu almışam” dediyini, öz qardaşının əleyhinə ifadə verməyinin nə qədər çətin olduğunu, qardaşı Hacının əvvəllər çox yalançı olduğunu, hər cür yalanlar və fırıldaqların ondan çıxdığını, amma qaynının elə şeylərini görmədiyini, hazırda məhkəməyə gələn qardaşı Elnurun yalançı olmadığını, onun da dindar olduğunu, namazında və orucunda olduğunu, onun da Allah üçün gəldiyini, səksən min manatı verəndə görmədiyini amma qardaşının dediyini, görməsə də hamısını eşitdiyini, maşın satlıdığını, pulun verildiyini və göndərildiyini gördüyünü, hər gün qaynanasıgilin cəviz ağacının altına yığışıb samovar saldıqlarını, orada bu gün nə oldu, nə olacaq deyə söhbət getdiyini, Hacı kəndə gələndə ikisinə, yəni Vüqarla Hacı həyətdə həmişə çay qoyduğunu, içdiklərini, samovar salıb çay içirdiklərini, Hacının “Vüqar sən orada diribaş deyilsən” dediyini, Hacının elə danışdığını, özündən razı danışdığını, Hacının Vüqara “Səni orada aldadarlar. Sən oranı idarə edə bilməzsən. Sən obyekti mənim adıma saldırarsan” dediyini, sonra da Vüqarın özü yenə Bakıdan gələndən sonra Vüqarın “Pandemiya yarandığından yerlər bağlandı. Az qalırdım ki, onun adına keçirdəm. Həmin yerlər bağlandı. Yoxsa obyekti onun adına keçirdirdim. Onu da əlimdən alacaqdılar” dediyini, o pul məsələsinin yadına düşdüyünü, həmin vaxtı o şəkli internetdə paylaşdıqlarını, anasının Hacının uşaqların üstünə pulu töküb çəkib internetə qoyduğunu gördüyünü, anasının şəkərinin qalxdığını, çox əsəbləşdiyini, savaşdığını, görüntülü olaraq gündə neçə dəfə danışdığını, bunların hamısını anasının ona dediyini, anasının o şəkli internetdən sildirtdirdim dediyini, uşaqların şəklini Facebooka başqa haralarsa qoyduğunu, onun balaca qardaşının da onlar kimi düz adam olduğunu, yalan danışmayacağını, qardaşlarının üçünün də bir evdə qaldığını, bir dənə ev aldıqlarını, üçünün qazancıyla o evin alındığını, ancaq Hacının öz adına keçirtdiyini, amma o evdə Elnurun pulunun daha çox olduğunu, Elvin onunla telefonda danışanda “Biz allah üçün yaşayırıq. Birdən səni də məhkəməyə apararlar və ya polis çağırarlarsa sən haqqı de” dediyini, bunların hamısını, o evdə olanları Elnurun yoldaşının ona nağılladığını, Elnurun yoldaşının da dindar olduğunu, düzgün insan olduğunu, Hacının da yoldaşının elə özü kimi olduğunu, Hacının yoldaşının Elvinlə onun danışığını eşitdiyini, Elvin də “Mən allah üçün gedəcəm sən narahat olma. Əfrahimlə hamısı mənim yanımda olub, haqqı deyəcəm. Yalan danışmayacam” dediyini, Elvinin də restoranda olduğunu, Hacının yoldaşının eşidib gecə gələndə Hacıya dediyini, Hacı da gecə vaxtı balaca qardaşını döyüb söyüb evdən qovduğunu, ondan sonra da Elnur ona etiraz edəndə Elnurla da sözləri olduğunu, Elnurun evdən çıxdığını, yoldaşıyla kəndə anasının yanına gəldiklərini, anasının da Vüqara zəng elətdirdiyini, səs qeyd etdiyini, anasının “Sən haqqı deyəsən Elvin” dediyini, onların bir ailə olaraq dağıldığını, anasının göz yaşlarını Allahın qəbul etməyəcəyini, Vüqarın haqqını hələ qırağa qoyduğunu, anasının buradan Əfrahimin nömrəsini tapdığını, Əfrahimə zəng edib “Əfrahim ayağına düşüm. Yalvarıram sənə bu işdən gəl əl çək. Niyə belə edirsiniz” dediyini, bu söhbətlərin onun yanında olduğunu, anasının Vüqarın xətrini düzgün tərbiyəli və mədəni olduğundan çox sevdiyini, Əfrahimin də “Mənlik bir şey yoxdu onların məsələsi Hacı ilədi” dediyini, anasının Əfrahimə “Gəlim ayağınıza düşüm Əfrahim. Ayağınıza düşürəm qopun. Vüqara bu şeyi niyə edirsiniz?. O qədər evini satıb. Siz niyə belə edirsiniz” dediyini, Əfrahimin bloka atdığını, öz qardaşının bloka atdığını, hər dəfə arada açdığını, bir-iki dəfə danışdıqlarını, yenə anasının savaşdığını, yenə bloka atdığını, hər dəfə yenə bu haqqda söz dediyini, yenə bloka atdığını qeyd etmişdir. X5 12 yanvar 2023-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi ifadəsində Vüqarın Bakıya özü üçün iş yeri açmağa gəldiyini, ora gələndə Hacı ilə söhbət etdiklərini, onun restoranda kababçı işlədiyini, Hacının da restoranı işlətdiyini, onun əsas sənədinin kababçlıq olduğunu, onlar arasında söhbətlər olanda arada onlarla bir oturub çay içdiyini, Hacının Vüqara “O yeri, obyekti zal etsən daha yaxşı olar” dediyini, ona da “Oranı zal edəcəyik” dediklərini, Vüqarın “Mənim o qədər pulum yoxdu” dediyini, sonra onun “Razılaşıblar ki, Vüqar evini satacaq” dediyini, Vüqarın evini satdığını, onun yanında satdığını, pulu da ona verdiklərini, Vüqarın səksən beş min manata evini satdığını, səksən min manatı ona verdiklərini, həmin o pul prosesində orada Vüqarın, Vüqarın yoldaşının, Vüqarın oğlunun birdə onun böyük qardaşı Hacının orada olduğunu, pulu maşına qoymağı üçün ona verdiklərini, Hacıyla bir yerdə onun da aşağı düşdüyünü, hamısının bir yerdə liftə mindiklərini, pulun sayıldığını, pulu Hacının saydığını, pulu sayıb ona verdiklərini, orada evi alan adamın pulu saydığını, beş min manatın ayrıldığını, səksən min manatın klokda ona verildiyini, onun da liftlə aşağı düşdüyünü, tək onun düşmədiyini, hamısının bir yerdə düşdüyünü, maşına minib getdiklərini, pulu Hacının maşınına qoyub getdiklərini, Hacının “Vüqara mal gətirəcəyik” dediyini, sonra da malı gətirdiklərini, sonradan Əfrahimin malı gətirdiyini bildiyini, mal gələndən sonra malı Əfrahimin gətirdiyini bildiyini, Hacının pulu Əfrahimə verdiyini, onun yanında söhbət olduğunu, Əfrahimlə Hacının söhbətlərində onun olduğunu, bura cəhənnəmi deyil, cənnəti qazanmaq üçün gəldiyini, yalan ifadə vermək, yalançı olmaq, cəhənnəmə getmək istəmədiyini, Hacı ilə bir yerdə yaşadığını, Hacının bu prosesdən, məhkəmədən əvvəl polisə verildiyini, Hacının ona “Səni polis cağıracaq. Sən polisə ifadə verərsən ki, “Vüqar Hacıya pul verməyib” dediyini, onun da elə bir şey deməyəcəyini dediyini, Hacının da onunla hər gün “Sən qardaşını satacaqsan”?! deyə dava etdiyini, onun da “Mən qardaşımı satmayacam. Mən dədəmin oğluyam. Dədəm necə bir kişidisə, mən də onun yolunu getmək istəyirəm” dediyini, əslində onun Allahın yolu ilə getdiyini, dədəsinin də Allahın yolunu gedən olduğunu, Hacıya “Mən deməyəcəm” dediyini, onlar necə etdilərsə onu polisə çağırmadıqlarını, polisə ifadə verməyə getmədiyini, ifadə verməyə getsəydi yenə də həqiqəti deyəcəyini, Hacı ilə Əfrahimin ailəvi dost olduqlarını, bir gün onlarda söhbət etdiklərini, hələ nə haqq-hesab olduğunu bilmədiyini, onların “Biz malımızı geri götürəcəyik. Vüqarın malını götürəcəyik” dediyini, onun da “Mal sizindi” deyə soruşduğunu, onun həmişə belə kobud danışdığını, sözü camaatın üzünə dediyini, Əfrahimin “Mal mənim adıma gəlib. Mənimdi” dediyini, onun da “Mal sənindirsə, get Vüqara de versin onda. İkiziniz də canlı-başlı adamlarsınız. Vüqardan niyə malınızı alanmırsınız”? dediyini, onların da “Bəs biz getsək, Vüqar söysə nə edəcəyik”? dediyini, onun da “Əgər mal sizindirsə, o nə desə özünə qayıdacaq. Sizdə malınızı götürə bilərsiniz” dediyini, Hacının “Mal bizim deyil. Sadəcə olaraq mal Əfrahimin adına gəlib. Səni polisə çağırsalar sonra məhkəməyə çağırsalar mən nə deyirəmsə onu da de” dediyini, “Mən sizin haqqınızda nə olubsa onu deyəcəm gedin istəyirsiniz belə özünüzü öldürün xeyri yoxdu. Əgər məni çağırsalar mən gedəcəm” dediyini, polisin çağırmadığını, sonra məhkəmənin çağırdığını, Vüqarın ona “Mənim başıma bu oyunu açıblar” dediyini, “Gedək problem yoxdu. Mən nə olubsa onu da deyəcəm” dediyini, Hacının onu polisə çağıracaqlarını dediyini, Hacının ona “Səni polisə çağırsalar sən deyərsən ki, Vüqar pul verməyib” dediyini, onun da Hacıya “Səksən min deyil, səksən milyonda olsa bü dünyanın o biri dünyası da var” dediyini, onun Hacıya həmişə bu sözü dediyini, Hacının da “Yox sən qardaşını satacaqsan” dediyini, onun üçün fərqi olmadığını dediyini, sonra onun Hacıdan ayrıldığını, hər gün olan bu sözsöhbətlərə görə ondan bezdiyini, hər gün gəlib ona “Sən məni satırsan. Səni Məhkəməyə çağıracaqlar. Çağırsalar gedib orada belə edərsən. Mənim haqqımda sən belə deyərsən” dediyini, onun da “Xeyri yoxdu. Sən özünü öldürsəndə mən gedib düzünü danışacam” dediyini, evdən ayrıldığını, indi ayrı yaşadığını, ailəsini də götürüb gedib, ayrı yaşadığını, Əfrahim və Hacının onun yanında Vüqar barədə 3 və ya 4 dəfə söhbət etdiklərini, “Biz malı götürəcəyik, yaxşı olacaq. Malı götürəndən sonra gedib özümüzə zal açacağıq. Kirayə obyekt götürəcəyik. Biz oranı açacağıq” deyə söhbət etdiklərini, hələ ona “Sənin də vəziyyətin yaxşı olacaq. Sənə maşın alacağıq” dediyini, onun da ehtiyacı olmadığını dediyini, zal işində Əfrahimlə Vüqarın şərikli işləmədiyini, Vüqarın Əfrahimi tanımadığını, sonradan tanıdığını, Vüqarın Əfrahimi mal işində belə tanımadığını, mal gələndə onun anasının əməliyyat olduğunu, Vüqarın da onların yanlarında olduğunu, həmin gecə anası xəstəxənada olanda onun da xəstəxanada olduğunu, Hacının xəstəxanada onun yanında olduğunu, xəstəxanada anası əməliyyat olan günü Vüqarla bir yerdə olduğunu, əməliyyatın səhərisi günü, açılış günü Vüqarın öz zalında olduğunu, Vüqarın onun anasının yanına xəstəxanaya gəldiyini, Vüqarın onların yanında olduğunu, nə malın Əfrahimin olduğunu, nə də ki burada Əfrahim haqlı olduğunu, onun haqqının olmadığını, tam səmimi dediyini, 4 yaşında bir oğlu olduğunu, onun canına and olsun ki, malın Vüqarın olduğunu, Vüqarın malını gətizdirmək üçün onun yanında evini satıb səksən min manat pul verdiyini, malın da, zalın da Vüqarın olduğunu, orada nə Əfrahimin, nə də Hacının, heç kimin haqqı olmadığını, Hacının Vüqarın zalını nə vaxtsa öz adına keçirtmək istəyi barədə xəbəri olmadığını, amma Vüqarın qazının sayğacının onun adına olduğunu, Vüqarın qeydiyyatı olmadığı, VÖEN olmadığı üçün onun adına olduğunu, bir dənə bunu bildiyini, onu məhkəməyə Cavabdeh dəvət etdiyini, elə bu məsələ ilə bağlı şahid qismində dəvət etdiyini, Vüqarın “Sənin yanında haqq-hesab olub. Gəl burada şahidlik et. Mənim malıma çöküblər” dediyini, səksən min manat pulu verəndə orada Cavabdeh, Cavabdeh yoldaşının, Cavabdeh oğlunun, Hacının, ev sahibinin və onun olduğunu, evi alan adamın pulu Cavabdeh verdiyini, pulun beş min manatını Vüqarın götürdüyünü, səksən min manatını isə ona “Bunu maşına qoy” deyə verdiyini, aşağı düşəndə bir yerdə düşdüklərini, pulu maşına qoyduqlarını, səksən min manat pulun onun əlində olduğunu, hamının bir yerdə aşağı düşdüyünü, maşının Hacının maşını olduğunu, Hacının maşınında pulu qol altına qoyduğunu, pulu Hacının oturduğu qol altına qoyduğunu, Hacının pulu yuxarıda sayıb aşağı düşdüyünü, hamısının bir yerdə olduğunu, pulu sayıb əlinə verdiklərini, pulun onun əlində olduğunu, klokun yaşıl klok olduğunu, klokla bir yerdə hamısının bir liftdə aşağı düşdüklərini, gəlib maşına mindiklərini, onların evə getdiklərini, zalı düzəldəndə orada olmadığını, Əfrahimi təxminən 15-20 dəfə gördüyünü, restoranda gələndə orada gördüyünü, onlara da 3 dəfə ailəsiylə gəldiyini, onlara deyəndə Hacının evini dediyini, elə adamlardan uzaq durduğunu, onunla nə ailəli gedişgəlişi olacağını, əgər Əfrahimin bu işdən idmançı kimi başı çıxırsa, gedib güzgünü 5 manata satırlarsa, 3 manata aldığını, Vüqara isə beş manat olduğunu dediyini, əgər Əfrahimin qazancı varsa gedib əlbətdəki orada işləyə biləcəyini, maddi maraqları vardırsa əlbətdəki zalda işləyə biləcəyini,Vüqardan “Biz təmir etmişik” deyə otuz min manat pul aldıqlarını, onun da şahidi olduğunu, orada otuz minlik heç nə olmadığını, yəni on altı, on yeddi və ya on səkkiz min manat xərclədiklərini, söhbətin onun yanında olduğunu, Vüqarın maşını satıb pulu gətirib Hacıya verdiyini, on səkkiz min manatını bir verdiyini, Cavabdeh onu gətirib, təmir adıyla Hacıya verdiyini, pulu Bakıda qaldıqları evdə verdiyini, pulu maşını satıb verdiyini, Cavabdeh obyektini təmir etmək məqsədi ilə Bakıya gəldiyini, Hacının “Təmirə 30000 pul çıxacaq” dediyini, Vüqarın da “On səkkiz min manat verirəm. Qalanını göndərəcəm gəlsin” dediyini, on səkkiz min manat pulu Hacıya veridiyini, Hacının pulu evdə onların yanında saydığını, şəxsən onun yanında saydığını, evin salonunda oturduqlarını, hələ hətta Hacının o pulları uşağın üstünə töküb şəklini çəkdiyini, sübut üçün şəkilin də olduğunu, şəkilin onda olmasada evdəki telefonunda olduğunu, uşağın üstündə 200 manatlar olduğunu, yüzlük olmadığını, onun oğlu ilə öz qızının üstünə tökdüyünü, uşağı divanın üstünə qoyduğunu, pulu onun üstünə tökdüyünü, şəklini çəkdiyini, ola bilsin iyirmi min manat olduğunu amma onun yanında o pulun verildiyini, pulu saymadığını, Hacının pulu saydığını, Hacının “Pul düzdü” dediyini, onun on səkkiz min manat başa düşdüyünü, on səkkiz min manat xatırladığını, malı necə aldıqlarını və necə gətirdiklərini bilmədiyini, malı gətirdiklərini, orada qazancları olduğunu bildiyini, çox qazancları olduğunu, o malı gətirəndə təxmini bir qırx min manat, əlli min manat qazancları olduğunu, malı Əfrahimin gətirdiyini, malı Əfrahimin gətirdiyini dəqiq bildiyini, pulun maşında bardaçokda qaldığını, Hacının gedib gəldiyini, Hacıdan pulun harada olduğunu soruşduğunu, Hacının “Əfrahimə verdim. Malı gətirəcək” dediyini, onun da “Siz zalları gəzirdiniz. O malları yüz iyirmi manata, yüz otuz min manata deyirdiniz bəs” dediyini, Hacının “Hələ Əfrahim deyir ki, ucuz qiymətə gətirəcəm. Səksən min manatdan ucuz gətirəcəm. Orada bizim qazancımız var. O qədər əziyyət çəkirik, Əfrahim də qazanacaq mən də qazanacam” dediyini, bu sözü ona Hacının dediyini, Hacının pulu Əfrahimə verdiyini dediyini, səksən min manatı Əfrahimə verdiyini, “Pul qalar maşında kimsə gələr maşının şüşəsini qırar. İndi gəl, get səksən mini tap ver. Haradan tapıb, Vüqarın pulunu verəcəyik” deyə fikirləşib pulu ona görə soruşduğunu, Hacının da “Əfrahimə vermişəm. Narahat olma. O malı gətirəcək” dediyini, zalın açılışında iştirak etmədiyini, zaldakı avadanlıqların Əfrahimin gətirdiyi avadanlıqlar olub-olmadığını bilmədiyini, əgər qırx min manat qazancı olubsa demək ki, avadanlığı qırx min manata gətirdiyini, otuz min manata gətiribsə əlli min manat qazancı olduğunu, on min manata gətiribsə, yetmiş min manat qazancları olduğunu, malı neçəyə aldığını konkret bilmədiyini, zalda mallar yığılandan sonra olduğunu, hələ açılış olmadığını, o malların elə indiki zaldakı mallar olduğunu, Əfrahimin gətirdiyi mal olub-olmadığını bilmədiyini, mallar gələndə onun xəstəxanada olduğunu, səhərsi günü onlar xəstəxanaya gedəndə zala gəlib girdiklərini, hələ onun ştanqı qaldırdığını, Hacının “Belin səpər qaldırma” dediyini, Əfrahimin orada olmadığını, “Əfrahimin gətirdiyi mallar necədi? Yaxşıdı? Xoşun gəldi və ya gəlmədi”? deyə aralarında söhbət olmadığını, zaldakı malların Əfrahimin gətirdiyini bildiyini, sonradan Əfrahim gətirdiyini dediklərini, malı Əfrahim gətirdiyini amma pulunu Cavabdeh verdiyini, malı Əfrahimin gətirdiyini görmədiyini, sonradan bildiyini, malı Əfrahimin gətirdiyini Hacıdan bildiyini, ikisi bir yerdə söhbət edəndə bildiyini, polisdə və məhkəmədə iş olanda ora getmədiyini, onu getməyə qoymadıqlarını, ora getməyə Hacıgilin qoymadığını, necə etdilərsə bilmədiyini, Hacının “Səni polisə çağıracaqlar. Sən gedərsən deyərsən ki, Cavabdeh belə bir iddia qaldırıb. Həqiqətən də belədi” dediyini, Hacının “Sən get de ki, səksən min manat ortada yoxdu, yoxsa məni tutacaqlar” dediyini, onun da “Səni tutsalarda mən nə olubsa onu deyəcəm” dediyini, onda Hacının ona “Əfrahimi də işdən çıxardacaqlar. İşindən olacaq. Onsuz bu işinə görə töhmət yazıblar. Onu da tutarlar. Sən iki nəfəri tutduracaqsan” dediyini, otuz min manata mal gəldiyindən əlli min manat oradan pul götürdüklərinə görə tutulacaqlarını, onun Hacıya “Pulu alan günü sən mənə dedin ki “Bizim orada xeyirmiz olacaq. Əfrahim deyir ki, malı ucuz gətirəcəm xeyirmizə olacaq”. Tutulmağı görə deyirsinizsə siz bunu əvvəldən etməzdiniz. Siz indi gəlib mənə deyirsiniz ki, “Bu söhbətdə sən yanımızda olubsan. Sən gərək bizə şahid durasan yoxsa bizi tutacaqlar” dediyini, Hacının “Mənim 3 dənə uşağım var” dediyini, onun da “İstəyir 10 dənə uşağın olsun. Sən tutulmalısansa tutulmalısan. O da işdən çıxmalıdırsa çıxmalıdı. Mən sizə görə cəhənəmə gedəcəm”?! dediyini, uşağının canına da and içdiyini, o pulu Cavabdeh verdiyini, Əfrahim gətirsə də gətirməsə də malın Vüqarın olduğunu, həmin günü o pulu Hacıya verdiyini, Cavabdeh pulunu aldığını, Hacıdan pulun harada olduğunu soruşduğunu, Hacının da “Pulu Əfrahimə vermişəm, Əfrahim deyib malı gətizdirəcəm. Bizim də orada qazancımız var” dediyini, hətta ona “Sən səs etmə, biz malı nə vaxtsa götürəndə götürəcəyik onsuz. Vüqar onsuz heç nəyi sübut edə bilməz. Çünki mal Əfrahimin adına gəlibdi. Götürəndə sənə maşın alacağıq. Əfrahim öz maşınını sənə verəcək” dediklərini, onun da “Mənim heç nəyə ehtiyacım yoxdu. Sizin nə malınıza, nə mülkünüzə ehtiyacım yoxdu. Sənin evindən çıxıram ki, sən haram yeyirsən. Hələ sən deyirsən mənə maşın alacaqsan. Özümün maşını da var. İşim də var. Bir tikə çörəyimi qazanıram” dediyini, zaldakı avadanlıqların İrandan gəldiyini, Əfrahimin gətirdiyini, Cavabdeh özü xarici ölkədən mal gətirdiyini bilmədiyini, “Bir dənə Plazada vəkil tapmışıq. Arendası da bu qədərdi. O vəkil bizə inanacaq. Biz vəkilin yanında belə danışırıq, belə edirik. Çox yaxşı vəkildi” dediklərini, “Cavabdeh burada tanınır. Bizi tanımırlar. Onlar ola bilsin ki, Cavabdeh tərəfini saxlayar” dediklərini, vəkili Naxçıvandan tutmamaqlarının səbəbinin bu olduğunu, Vüqar malını götürsə də götürməsə də onun üçün fərqi olmadığını, yəni ona nə xeyri, nə də ziyanı olduğunu, sadəcə olaraq əlini vicdanına qoyub buraya gəldiyini qeyd etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə 08 iyun 2023-ci il tarixdə keçirilən məhkəmə iclasındakı çıxışında kifayət qədər məhkəmə iclaslarının keçirildiyini, məhkəmə araşdırmasının həyata keçirildiyini, sübutların toplanması və qiymətləndirilməsi prosesinin demək olar ki yekunlaşdığını, keçən dövr ərzində iddiaçı tərəfin iddiasının həqiqət olduğunu sübut etmədiyini, İddiaçı Cavabdeh mal gətirməsini və həmin malların Cavabdeh verilməsini sübuta yetirə bilmədiyini, iş materiallarında tərəflərin öz ifadələrindən də idman alətlərini gətirmək üçün Cavabdeh Əfrahimlə deyil, Hacı adlı qohumu ilə razılaşdığının məlum olduğunu, iddiaçı iddia ərizəsində Cavabdeh məxsus olan idman zalında Cavabdeh işlətdiyi idman alətlərinin ona aid olduğunu iddia etsə də İddiaçı idman alətlərinin ona aid olmasını təsdiq edən heç bir mötəbər sübut məhkəmə prosesində təqdim etmədiyini və iş materiallarında mövcud olmadığını, sadəcə bir sıra müxtəlif adda idman altələrinin İran İslam Respublikasından Azərbaycan Respublikasına İddiaçı adına gəlməsini göstərən yük sənədləri təqdim etdiklərini, sənədlərin mənbəyi və mənşəyinin qeyri-dəqiq olduğunu, gömrük orqanı tərəfindən verilmiş məlumatda qeydlərin mövcud olduğunu, alətlərə baxış həyata keçirilibsə orada iştirak edən gömrük orqanının işçisinin adı, soyadı və möhürü olmalı olduğunu, gömrük orqanının işçisi harasa gedəndə kitabda qeydiyyat aparıldığını, gömrük işçisinin mal hansı ərazidə boşaldılırsa gedib boşalma zamanı iştirak etdiyini, sonra gəlib öz möhürünü həmin kitaba vurduğunu, bununla da malın hansı inspektorun nəzarəti altında boşaldığının müəyyən edildiyini, bu səbəbdən də sənədin qeyri dəqiq olduğunu, sübut əhəmiyyəti baxımından burada mötəbərlik olmadığını hesab etdiyini, sübut hesab edilə bilməyəcəyini, eyni zamanda Cavabdeh idman zalındakı idman alətlərinin gömrük bəyannaməsində göstərilən idman alətləri olduğunun təsdiq edilmədiyini, bundan əlavə İddiaçı adına olan gömrük bəyannaməsinə diqqət yetirəndə həmin idmana alətlərinin təyinat yerinin Cavabdeh idman zalı deyil, İddiaçı ünvanı yəni ünvan 4ın olduğunu, bunun isə həmin idman alətlərinin Cavabdeh gətirilmədiyini və onunla heç bir əlaqəsi olmadığını sübut etdiyini, təqdim etdikləri video görüntülərdən də Cavabdeh Hacıdan alətləri Ukraynadan gətirilməsini istədiyinin aydın oluduğunu, hətta Hacının videonu Cavabdeh göndərib “Bax mən sənə bu mallardan gətirəcəyəm və bu mallar Ukrayna malıdı” dediyini, şəxsin əməlində elə dələduzluğun əlamətlərinin mövcud olduğunu, hər bir halda burada söhbətin Hacı ilə Cavabdeh getdiyini, Əfrahimin söhbətinin olmadığını, cavabdehə təqdim edilən videodan da alətlərin Ukraynadan gətirildiyinin aydın olduğunu, bunun elə birbaşa sübut olduğunu, həmin video baxdıqdan sonra Cavabdeh də “Mən sənə bu qədər pul verəcəm mənə də sən bu mallardan gətirəcəksən” deyə Hacı ilə razılaşdığını, burada Əfrahimdən də İran malından da söhbət getmədiyini, Əfrahimin qaldırdığı iddia tələbinin tamamilə əsassız olduğunu bütün bunların sübut etdiyini, özünün əsassız olaraq varlanması üçün nəzərdə tutulmuş bir addım olduğunu Cavabdeh özünə məxsus idman alətlərini qardaşının qaynı həmkəndlisi Hacının tərəfindən İrandan deyil, Ukraynadan gətirilməsi üçün sifariş verildiyini, Cavabdeh idman alətlərni Hacı tərəfindən Ukraynadan alınaraq gətirilməsi üçün 80000 manat pulu Hacıya verdiyini, Cavabdeh pulu Hacıya verməsini və evini satmasını bütün yaxın qohumlarının hətta Hacının bacı və qardaşının da öz ifadələri və whatsapp məsajları ilə müəyyən olunduğunu, Cavabdeh bu işdə haqqlı olduğunu və iddia tələbinin əsassız olduğunu bidirərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil 05 iyun 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarında iddiaçı tərəf olaraq sübutları təqdim etdiklərini, tərəflərindən Dövlət Gömrük Komitəsinə göndərilmiş sorğuya cavab daxil olduğunu, həmin sənədləri ekspertə təqdim etdiklərini, iddia tələbində göstərilən əsasların həqiqəti əks etdirdiyini Dövlət Gömrük Komitəsinə göndərilmiş sorğuya cavabdan göründüyünü, yolun uzaqlığının nəzərə alınaraq bütün məhkəmə iclaslarında iştirak etdiklərindən və işin halları ilə bağlı iclaslarda kifayət qədər ətraflı izahat verdiklərindən iclasın iştirakları olmadan keçirilməsini, iştirakları olmadan baxılıb yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə iddiaşı İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, mülahizələrini və dəlillərini, eləcə də şahid ifadələrini dinləyərək, iş materiallarını öyrənərək, təqdim edilmiş sübutları araşdıraraq və onlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək aşağıdakıları aydınlaşdırdı. Elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş: X7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, Ş-470 saylı “X8 İştirak Edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı borcunun ödənilməsi tələbi ilə bağlı olaraq X8 iştirak etmiş və 400 manat məbləğində İMS xərcini ödəmiş, Cavabdeh isə İMS-də iştirak etməmişdir. 26 iyun 2022-ci il tarixli, 180061 saylı mədaxil qəbzindən görünür ki, X8 İddiaçı tərəfindən 400 manat məbləğində ilkin mediasiya xərci ödənilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 iyul 2022-ci il tarixli qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh ilə "xxxx" MTK-nın sədri N.V.Səfərov arasında bağlanmış 33 nömrəli müqavilədən görünür ki, Cavabdeh ünvan 5 saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyri-yaşayış sahəsini satın almışdır. İddiaçı ərizəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin ona ünvanladığı xx.xx.2022-ci il tarixli, 33/374/Ş-1275 nömrəli məktubdakı cədvəldən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək müxtəlif vaxtlarda Rusiya Federasiyasına, İran İslam Respublikasına, Gürcüstan Respublikasına və Türkiyə Respublikasına giriş-çıxışı qeydə alınmışdır. xx.xx.2020-ci il tarixli gömrük bəyənnaməsindən görünür ki, İran İslam Respublikasından gəlmiş çəkisi 6080 kq olan idman ləvazimatları qurulan ağırlaşma mexanizimləri ilə trenajorları İddiaçı qəbul etmiş, həmin alətlərin təyinat yeri isə ünvan 5 ünvanı olaraq göstərilmişdir. Həmçinin xx.xx.2020-ci il tarixli gömrük bəyənnaməsinin “Qoşma vərəqi”ndən görünür ki, UPPER LİMBS - 1 ədəd, PULL DOWN MACHİNE - 1 ədəd, LONG PULL MACHİNE - 1 ədəd, İNCLLE SQAAT MACHİNE - 1 ədəd, LOW ROW - 1 ədəd, PECLLY- 1ədəd, CLUB DAMBEL - 1800 kq, SCHOT BENCH – 1 ədəd, SEATED CHEST PRESS - 1 ədəd, BİCPS CURL - 1 ədəd, SEATED ROW - 1 ədəd, ABDOMİNAL MACHİNE - 1 ədəd, LATERAL RAİSE - 1 ədəd, TREDMİL - 5 ədəd, CLUBE BİKE - 2 ədəd mallara aiddir. 28 fevral 2023-cü il tarixli, 3-33/2-003831/2023 saylı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məktubundan görünür ki, İran İslam Respublikasından İddiaçı adına daxil olmuş idman mallarının gömrük rəsmiləşdirilməsi zamanı tərtib olunmuş **********7885 nömrəli gömrük bəyannaməsindən çıxarışın və müşayiət sənədlərinin surətləri təqdim edilmiş, qeyd olunan malların ünvan 6 ünvanında yerləşən anbarda gömrük yoxlanılması keçirildikdən və eynilşədirmə aparıldıqdan sonra xx.xx.2020-ci il traixdə İddiaçı təhvil verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş “Gömrük bəyannamələri əsasında rəsmiləşdirilən idxal əməliyyatları haqqında” məlumatdan görünür ki, ümumi çəkisi 6080 kq, qiyməti 9700.00 ABŞ dolları olan idman ləvazimatları qurulan ağırlaşma mexanizimləri ilə trenajorlar (CABLE CROSS OVER - 1 ədəd, LEG EXTENSİON - 1ədəd, HARİZONTAL LEGCURL - 1 ədəd, SMİTCH MACHİNE - 1ədəd, SHOULDER PRESS - 1 ədəd, UPPER LİMBS - 1 ədəd, PULL DOWN MACHİNE - 1 ədəd, LONG PULL MACHİNE - 1 ədəd, İNCLLE SQAAT MACHİNE - 1 ədəd, LOW ROW - 1 ədəd, PECLLY- 1ədəd, CLUB DAMBEL - 1800 kq, SCHOT BENCH – 1 ədəd, SEATED CHEST PRESS - 1 ədəd, BİCPS CURL - 1 ədəd, SEATED ROW - 1 ədəd, ABDOMİNAL MACHİNE - 1 ədəd, LATERAL RAİSE - 1 ədəd, TREDMİL - 5 ədəd, CLUBE BİKE - 2 ədəd) İran İslam Respublikasından İddiaçı adına gətirilimişdir. Həmçinin xx.xx.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, X16 vasitəsi ilə İddiaçı tərəfindən 3458,43 (üç min dörd yüz əlli səkkiz manat qırx üç qəpik) manat məbləğində əlavə dəyər vergisi ödənilmişdir. xx.xx.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, X16 vasitəsi ilə İddiaçı tərəfindən 10,80 (on manat səksən qəpik) manat məbləğində əlavə dəyər vergisi ödənilmişdir. xx.xx.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, X16 vasitəsi ilə İddiaçı tərəfindən 250 (iki yüz əlli) manat məbləğində əməliyyat haqqı ödənilmişdir. xx.xx.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, X16 vasitəsi ilə İddiaçı tərəfindən 2473,50 (iki min dörd yüz yetmiş üç manat əlli qəpik) manat məbləğində idxal rüsumu ödənilmişdir. xx.xx.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, X16 vasitəsi ilə İddiaçı tərəfindən 60 (altmış) manat məbləğində ödəniş edilmişdir. “Gömrük bəyannamələri əsasında rəsmiləşdirilən idxal əməliyyatları üzrə ödənilən rüsum və yığımlar haqqında” məlumatdan görünür ki, 240 (iki yüz qırx) manat gömrük rəsmiləşdirilməsi üçün yığım, 2473,50 (iki min dörd yüz yetmiş üç manat, əlli qəpik) manat idxal rüsumu, 3458,43 (üç min dörd yüz əlli səkkiz manat qırx üç qəpik) manat əlavə dəyər vergisi, 80,80 (səksən manat səksən qəpik) manat digər yığımlar İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06 aprel 2023-cü il tarixli, 9/858 nömrəli rəyinin nəticə hissəsində görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş idman alətlərinin üzərində konkret olaraq istehsal yeri, istehsal ili, markası, modeli, texnik göstəriciləri qeyd olunmadığı üçün ekspert qarşısında qoyulmuş suallara, o cümlədən “Eynilik təşkil edirmi” sualına cavab vermək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Lakin məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iş materiallarında mövcud olan məhkəmə ekspertizasının rəyində ekspert qarşısına qoyulmuş suallara cavab verilə bilmədiyindən ekspert rəyinin sübut kimi qiymətləndirilə bilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarında mövcud olan CD-lərdən müəyyən olunur ki, ididaçı İddiaçı ilə Cavabdeh arasında münasibət mövcuddur. Məhkəmə bildirir ki, xx.xx.2020-ci il tarixli gömrük bəyənnaməsindən və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş “Gömrük bəyannamələri əsasında rəsmiləşdirilən idxal əməliyyatları haqqında” məlumat əsasında müəyyən edilir ki, ümumi çəkisi 6080 kq olan idman ləvazimatları İran İslam Respublikasından İddiaçı adından gətirilmişdir. Həmin idman ləvazimatları və onların neçə ədəd olduğu qeyd edilən “Məlumat”da və gömrük bəyənnaməsinin “Qoşma vərəqi”ndən öz əksini tapmışdır. Həmçinin iş materiallarında olan mədaxil qəbzlərindən və “Gömrük bəyannamələri əsasında rəsmiləşdirilən idxal əməliyyatları üzrə ödənilən rüsum və yığımlar haqqında” məlumatdan müəyyən edilmişdir ki, idman ləvazimatlarının gətirilməsi ilə bağlı gömrük ödənişləri (əlavə dəyər vergisi, əməliyyat haqqı, idxal rüsumu, gömrük yığımı) İddiaçı tərəfindən ödənilmişdir. Eyni zamanda məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh obyektinin (idman zalının) yerləşdiyi yer ünvan 6 ünvanıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, gömrük bəyannaməsində idman ləvazimatlarının təyinat yeri kimi, həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məktubunda idman alətlərinin gömrük yoxlanılmasının və eyniləşdirilməsinin keçirildiyi yer kimi Cavabdeh obyektinin (idman zalının) ünvanı göstərilmiş və gömrük orqanlarının həmin yerdə müəyyən hərəkətləri yerinə yetirdikdən sonra idman ləvazimatlarının İddiaçı təhvil verməsi öz əksini tapmışdır. Buradan da müəyyən olunur ki, Cavabdeh obyektindəki (idman zalındakı) idman ləvazimatları İran İslam Respublikasından İddiaçı tərəfindən gətirilmişdir. Belə ki, iş materiallarında olan sübutlardan müəyyən olunur ki, cavabdehin idman zalında olan idman ləvazimatları İddiaçı tərəfindən alınmış və ona məxsusdur. Məhkəmə bildirir ki, cavabdeh iddiaçının bu tələbini və tələbinə dair təqdim etdiyi sübutları təkzib edəcək əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə ki, idman ləvazimatlarının pulunun onun tərəfindən İddiaçı verildiyini təsdiq edəcək hər hansı əsaslı və mötəbər sübut mövcud deyildir. Lakin Cavabdeh tərəfindən X11 80.000 (səksən min) manatın verilməsi iş materiallarında olan mötəbər sübutlarla təsdiqini tapdığından Cavabdeh X11 qarşı iddiası istisna olunmamaqdadır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmçinin sübutları əlaqələndirərək hesab edir ki, hazırda cavabdeh huquqi əsas olmadan başqa şəxsin (İddiaçı) hesabına əmlak əldə edərək əsassız varlandığından və mülki məcəllənin tələbinə uyğun olaraq varlanmış şəxs (Cavabdeh) əldə etdiklərini məhrum olanın (İddiaçı) tələbi ilə ona qaytarmalı olduğundan iddia əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə bildirir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarı) “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Eyni zamanda “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Lakin iş materiallarıda olan Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-MMT(123)-1/2022 sayı qüvvəsin almış qərardadına əsasən Cavabdeh və digər şəxslərə həmin əmlakların hazırki mübahisə ilə əlaqdar qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək özgəninkiləşdirilməsi qadağan edildiyindən Məhkəmə bu məsələyə toxunmur. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli, 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçı 25 iyul 2022-ci il tarixdə verdiyi “Müvəqqəti təminat tədbirlərinin görülməsinə dair” ərizə ilə Naxçıvan MR Kommeriya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə “Müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi barədə ərizəni əmlakların özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsinə dair hissədə əsaslı hesab etdiyindən X3 Kommerisya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-MTT(123)- 1/2022 saylı qərardadı ilə ərizə qismən təmin edilmişdir. Beləliklə xx.xx.2022-ci il tarixli, e- MTT(123)-1/2022 saylı qərardad ilə ünvan 5 saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyri-yaşayış sahəsində yaradılmış idman zalında olan və İddiaçı məxsus ümumi olaraq kompektasiyaları ilə birgə çəkisi 6080 (altı min səksən) kiloqram olan idman avadanlıqlarının və alətlərinin (qurğularının), yəni ştanqların (BARBELLS), velotrenajorun- STARBİKE EVOLUTİON MAGNETİC, velotrenajorun-BİKE FENİX - LED PLUS, ştanq disklərinin (WEİGHT PLATES), ştanq üçün qıvrım qrif (CURL BAR), qantellər saxlanması üçün qurğu (DUMBBELL RACK-LONG), 5 ədəd qaçış meydançasının-RUNNER FENİX - LED PLUS, məşq alətinin İPEREXTENSİON 45° BENCH, məşq alətinin-DİSK RACK, 3 ədəd məşq etmək üçün tam tənzimlənən dəzgahın, məşq alətinin-CHİN AND DİP, ştanq qaldırmaq üçün döşəməli alətin (OLYMPİC FLAT BENCH), qarın əzələlərinin məşqi üçün alətin (ABDOMİNAL CRUNCH), baş hissəsi yüksəkdə olan ştanq qaldırma üçün döşəməli alətin (OLYMPİC İNCLİNED BENCH), baş hissəni aşağıda olan ştanq qaldırma üçün döşəməli alətin (OLYMPİC DECLİNED BENCH), qolları söykəməklə ştanq qaldırılması üçün alətin (SEATED CURL BENCH), bel və qol məşqi üçün dartıcı alətin (ROWİNG MACHİNE), ştanq qaldırıcı mexanizmli alətin (SQUAT LUNGE), oturaraq ştanq qaldırılması üçün nəzərdə tutulmuş alətin (SMİTH MACHİNE HP BASE), qismən uzanaraq ştanq qaldırmaq üçün döşəməli alətin (İNCLİNED CHEST PRESS), qol əzələlərinin məşqi üçün dartıcı tənzimlənən alətin (ADJUSTABLE CABLE CROSSOVER), qol əzələlərinin məşqi üçün yuxarıdan aşağı dartıcı alətin (LAT PULLDOWN), ayaq əzələlərinin məşqi üçün ayaqla ağırlıq qaldırmaq üçün qurğunun (LEG PRESS 45°), qantelin - LATERAL DElTOİD, qol əzələlərinin məşqi üçün yuxarıda aşağı hərəkətli alətin (DİPS PRESS), dartıcı alətin (CURLİNG MACHİNE), ayaq məşqi üçün dartıcı alətin (LEG CURLİNG), kürək əzələlərinin məşqi üçün alətin (PECK BACK), ayaq əzələlərinin məşqi üçün ağırlıq qaldırmaq üçün alətin (LEG EXTENSİON), qol əzələlərinin məşqi üçün alətin (DELTOİD PRESS CONVERGENT), qol və ayaq əzələlərinin eyni zamanda məşqi üçün alətin (PULLEY ROW) Cavabdeh və digər şəxslərə həmin əmlakların hazırkı mübahisə ilə əlaqədar qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək özgənkiləşdirilməsi qadağan edilmişdir. Mülki Prosessual Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Belə ki, iddia təmin edilməli olduğundan məhkəmə aktının xx.xx.2022-ci il tarixli, e- MTT(123)-1/2022 saylı qərardadı məhkəmə aktının (qətnamənin) icrasına qədər öz qüvvəsini saxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.2-ci maddəsinə əsasən əmlakın tələb edilməsi haqqındakı iddialarda iddianın qiyməti tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 09 iyun 2022-ci il tarixli, 9/2397 nömrəli rəyinin nəticə hissəsindən ekspert tədqiqatına təqdim edilən idman alətlərinin 2019-cu il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 37102,50 manat, istismarına təxminən 25% köhnəlmə tətbiq etməklə hazırda 27826,88 manat müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, əmlak tələbində iddianın qiyməti əmlakın dəyəri ilə müəyyən edildiyindən hazırkı ekspert rəyinə əsasən iddianın qiyməti 27826,88 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3-cü maddəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi, yəni hazırki vəziyyətdə məhkəməyə verilmiş iddianın qiyməti (ekspert rəyinə əsasən) 27826,88 (iyirmi yeddi min səkkiz yüz iyirmi altı manat, səksən səkkiz qəpik) manat olduğundan, əmlak tələbi ilə bağlı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumun məbləği 173.48 (bir yüz yetmiş üç manat qırx səkkiz qəpik) manat təşkil edir. Lakin iddiaçı 400 manat məbləğində mediasiya xərci ödədiyindən və ödənilmiş mediasiya xərci ödənilməli olan dövlət rüsumunu əhatə etdiyindən iddiaçı (mediasiya xərclərini ödəmiş tərəf) qanuna uyğun olaraq dövlət rüsumundan azad edilmişdir. Beləliklə iddia təmin edilməli olduğundan və iddiaçı dövlət rüsumundan azad edildiyindən MPM-nin 119.2-ci maddəsinə uyğun olaraq iddiaçının ödəməkdən azad edildiyi 173.48 (bir yüz yetmiş üç manat qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə görə isə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X8 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X8 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qanunun qeyd edilən müddəasının məzmunundan belə məlum olur ki, Cavabdeh hazırkı tələb üzrə X8 iştirak etmədiyindən və mediasiya prosesi ilə bağlı xərclər İddiaçı tərəfindən ödənildiyindən, iddiaçının ödədiyi 400 manat məbləğində İMS xərci cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş tələbin məbləğinə uyğun olaraq məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün çəkilmiş xərc cavabdehə aid edilməlidir. Belə ki, məhkəmənin təşəbbüsü ilə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün tədqiqatın dəyəri olan 20 (iyirmi) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3; SAP (XİİS) hesabı: X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması tələbinə dair iddiası təmin edilməli, X7na ödənilmiş 400 manat pul məbləği Cavabdeh alınıb iddiaçıya verilməli, iddiaçının azad edildiyi 173.48 (bir yüz yetmiş üç manat qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalı, məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün tədqiqatın dəyəri olan 20 (iyirmi) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i: İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh ünvan 5 saylı məhəllədə yerləşən "xxxx" MTK-də olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyri-yaşayış sahəsində yaradılmış idman zalındakı ümumi olaraq kompektasiyaları ilə birgə çəkisi 6080 (altı min səksən) kiloqram olan idman avadanlıqlar və alətlər (qurğular), yəni ştanqlar (BARBELLS), velotrenajor- STARBİKE EVOLUTİON MAGNETİC, velotrenajor-BİKE FENİX - LED PLUS, ştanq disklər (WEİGHT PLATES), ştanq üçün qıvrım qrif (CURL BAR), qantellər saxlanması üçün qurğu (DUMBBELL RACK-LONG), 5 ədəd qaçış meydançası-RUNNER FENİX - LED PLUS, məşq aləti İPEREXTENSİON 45° BENCH, məşq aləti-DİSK RACK, 3 ədəd məşq etmək üçün tam tənzimlənən dəzgah, məşq aləti-CHİN AND DİP, ştanq qaldırmaq üçün döşəməli alət (OLYMPİC FLAT BENCH), qarın əzələlərinin məşqi üçün alət (ABDOMİNAL CRUNCH), baş hissəsi yüksəkdə olan ştanq qaldırma üçün döşəməli alət (OLYMPİC İNCLİNED BENCH), baş hissəni aşağıda olan ştanq qaldırma üçün döşəməli alət (OLYMPİC DECLİNED BENCH), qolları söykəməklə ştanq qaldırılması üçün alət (SEATED CURL BENCH), bel və qol məşqi üçün dartıcı alət (ROWİNG MACHİNE), ştanq qaldırıcı mexanizmli alət (SQUAT LUNGE), oturaraq ştanq qaldırılması üçün nəzərdə tutulmuş alət (SMİTH MACHİNE HP BASE), qismən uzanaraq ştanq qaldırmaq üçün döşəməli alət (İNCLİNED CHEST PRESS), qol əzələlərinin məşqi üçün dartıcı tənzimlənən alət (ADJUSTABLE CABLE CROSSOVER), qol əzələlərinin məşqi üçün yuxarıdan aşağı dartıcı alətin (LAT PULLDOWN), ayaq əzələlərinin məşqi üçün ayaqla ağırlıq qaldırmaq üçün qurğu (LEG PRESS 45°), qantel - LATERAL DElTOİD, qol əzələlərinin məşqi üçün yuxarıda aşağı hərəkətli alət (DİPS PRESS), dartıcı alət (CURLİNG MACHİNE), ayaq məşqi üçün dartıcı alət (LEG CURLİNG), kürək əzələlərinin məşqi üçün alət (PECK BACK), ayaq əzələlərinin məşqi üçün ağırlıq qaldırmaq üçün alət (LEG EXTENSİON), qol əzələlərinin məşqi üçün alət (DELTOİD PRESS CONVERGENT), qol və ayaq əzələlərinin eyni zamanda məşqi üçün alət (PULLEY ROW) Cavabdeh alınaraq İddiaçı verilsin. Məhkəmə aktının (hazırkı qətnamənin) icrasına qədər xx.xx.2022-ci il tarixli, e- MTT(123)-1/2022 saylı qərardadın qüvvəsi saxlanılsın. X7na ödənilmiş 400 manat pul məbləği Cavabdeh alınıb İddiaçı verilsin. İddiaçının azad edildiyi 173.48 (bir yüz yetmiş üç manat qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Məhkəmə-Əmtəəşünaslıq ekspertizasının aparılması üçün tədqiqatın dəyəri olan 20 (iyirmi) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3; SAP (XİİS) hesabı: X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elşən Salmanov.