Məhkəmə qərarları › İş №e-2-2(123)-4/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-4/2024

11.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-4/2024 11.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X7 məhkəmə iclas katibliyi, iddiaçının vəkili-nümayəndəsi Nümayəndə və Şahid3 iştirakları ilə İddiaçı X5 Cavabdeh qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı X5 vəkili-nümayəndəsi Nümayəndə 08 may 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 170000 (yüz yetmiş min) ABŞ dolları məbləğində (ödəniş gününə rəsmi məzənnəyə uyğun olaraq) pulun, 400 (dörd yüz) manat mediasiya xərcinin və 179 (yüz yetmiş doqquz) manat dövlət rüsumunun alınaraq iddiaçı X8 verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində, iş üzrə iddiaçı X5 cavabdeh olan Cavabdeh ilə 2015-ci ildən tanış olduğunu, belə ki, Cavabdeh X8 Azərbaycandan və Qazaxıstandan Rusya Federasiyasına üzlük daşların göndərilməsi ilə məşğul olan şəxs kimi müraciət etdiyini və onunla Bakı şəhərində görüşüb ümumi müzakirələr apardıqdan sonra Qazaxıstan Respublikasında istehsal edilən üzlük daşlarının Çeçenistan Respublikasının Qroznı şəhərinə göndərilməsi barədə razılaşma əldə etdiklərini, iş fəaliyyətləri dövründə iddiaçının cavabdehə müxtəlif vaxtlarda Qazaxıstan Respublikasında istehsal edilən üzlük daşları ilə təmin etdiyini, aralarında münasibətlərin daha da inkişaf etməsi nəticəsində, sonradan Çingiz Şahbazovun cavabdehə sarı rəngli üzlük daşlar lazım olduğuna görə Gürcüstan Respublikasında yerləşən və Çingiz Şahbazovun pulu hesabına alınmış daş karxanasından əlavə daşlarla da onu təmin etdiyini, işlədikləri müddət ərzində Cavabdeh aldığı daşların pulunu Çingiz Şahbazova sonradan ödədiyini, 16 avqust 2018-ci il tarixdə iddiaçı Çingiz Şahbazovun Cavabdeh ilə birlikdə ümumi hesabat apararaq son haqq hesabı müzakirə etdiklərini və Cavabdeh iddiaçı Çingiz Şahbazova 179660 (yüz yetmiş doqquz min altı yüz altmış) ABŞ Dolları borclu qaldığının mübahisəsiz qaydada müəyyən edildiyini, iddiaçı Çingiz Şahbazovun həmin məbləğdən Cavabdeh lehinə 9660 (doqquz min altı yüz altmış) ABŞ Dolları güzəşt etdiyini və cavabdehin 170000 (yüz yetmiş min) ABŞ Dolları borcu olduğuna dair iki tərəfin yazılı imzası ilə təsdiq olunan son hesab barədə sənədin imzalandığını, Cavabdeh maddi durumunun yaxşı olmadığını və həmin borcun Çingiz Şahbazova bir neçə ildən sonra hissə-hissə ödəyəcəyini bildirdiyini, lakin aradan bu qədər müddət keçməsinə baxmayaraq Cavabdeh iddiaçı Çingiz Şahbazova olan borcunu ödəmədiyini hətta, Zakirdə olan puldan iddiaçının Gürcüstan Respublikasında istehsal edilən üzlük daşlara Çingiz Şahbazovla razılığına əsasən nəzarət edən və əldə edilən gəlirin 50 faizinə şərik olan Şahid3 çatmalı olan 30000 (otuz min) ABŞ Dollarını da ödəmədiyini və bu səbədən Şahid3 ilə Çingiz Şahbazovun arasında məhkəmə mübahisəsi yarandığını, bu müddət ərzində dəfələrlə Cavabdehlə əlaqə saxlamaq istəsə də, Cavabdeh ilə əlaqə yaratmağın mümkün olmadığını, belə ki, cavabdehin işlətdiyi bütün mobil nömrələrinin heç birisinə zəng çatmadığını, hətda iddiaçı Şahbazov Çingizin cavabdehin oğluna dəfələrlə zəng vuraraq atası ilə əlaqə saxlamağı üçün əlaqə qurmasını xahiş etdiyini, lakin bunun da heç bir nəticə vermədiyini, Şahid3 ilə iddiaçı Çingiz Şahbazov arasında olan məhkəmə mübahisəsi zamanı Cavabdeh tərəfindən Şahid3 yazılı ərizə göndərildiyini və həmin ərizədə guya Cavabdeh iddiaçı Çingiz Şahbazova olan borcunu İbrahim adlı şəxsə ödəməsinin qeyd olunduğunu, halbuki, iddiaçı Çingiz Şahbazovun ümumiyyətlə İbrahim adlı şəxsi tanımadığını və heç kimə belə bir səlahiyyəti vermədiyini, Cavabdeh Çingiz Şahbazovla heç bir əlaqə saxlamadığı halda, Şahid3 belə bir ərizə verməsinin, onun hazırda borcunu ödəməkdən yayınması kimi qəbul edildiyini, məhz bu iddiadan sonra tərəflərindən Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırıldığını, Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-72/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə iddianın təmin olunması, 170000 (yüz yetmiş min) ABŞ dolları məbləğində pulun (ödəniş gününə manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq) Cavabdeh tutularaq X8 ödənilməsinin, iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 579 (beş yüz yetmiş doqquz) manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı X8 ödənilməsinin qət edildiyini, Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-65/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadı ilə Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş vəsatətin təmin edilməsinin, Naxçıvan Şəhər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, e-2(078)-72/2022 nömrəli qətnaməsinin ləğv edilməsinin, Mülki işin baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməsinin qərara alındığını, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4970/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı X5 şikayətinin təmin edilməməsi, iş üzrə Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)- 65/2022 nömrəli iş üzrə 13 iyul 2022-ci il tarixli məhkəmə adiyyatı haqqında qərardadının dəyişdirilmədən saxlanılmasının qərara alındığını, tərəflərindən Mediasiya Şurasına müraciət olunduğunu və X1 xx.xx.2023-cü il tarixli, Ş-151 nömrəli X3 (İMS) iştirak edilməməsi barədə arayış alındığını və Mediasiya ərizəsinə dair 400 manat rüsum ödənildiyini, ona görədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiklərini qeyd edərək əsaslandırmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 448.1-ci, 529.3-cü maddələrinə istinad etmiş, qeyd olunanlara əsasən Cavabdeh 170000 (yüz yetmiş min) ABŞ dolları məbləğində (ödəniş gününə rəsmi məzənnəyə uyğun olaraq) pulun, 400 (dörd yüz) manat mediyasiya xərcinin və 179 (yüz yetmiş doqquz) manat dövlət rüsumunun alınaraq iddiaçı X8 ödənilməli olduğunu qeyd etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Naxçıvan MR Kommersiya Məhkəməsinin 10 may 2023-cü il tarixli, e-2-2(123)-73/2023 saylı qərardadı ilə elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması, həmçinin iddia verilərkən iddiaçının vəkili-nümayəndəsi Nümayəndə tərəfindən hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2023-cü il tarixdə ********** saylı qəbzlə ödənilmiş 179,00 (bir yüz yetmiş doqquz) AZN (Azərbaycan manatı) məbləğində dövlət rüsumunun “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən iddiaçıya qaytarılması qərara alınmışdır. İddiaçı X5 vəkili-nümayəndəsi Nümayəndə 18 may 2023-cü il tarixdə elektron qaydada apellyasiya şikayət ilə məhkəməyə müraciət edərək, Naxçıvan MR Kommersiya Məhkəməsinin 10 may 2023-cü il tarixli, e-2-2(123)-73/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(123)-73/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət prosessual müddət daxilində işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(108)-10/2023 saylı qərardadı ilə verilmiş şikayətin təmin edilməsi, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-73/2023 nömrəli, 10 may 2023-cü il tarixli, qərardadının tam ləğv edilməsi və baxılması üçün işin Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2-2(108)-10/2023 saylı qərardadı əsasında məhkəmənin 24 iyun 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmiş, o cümlədən, 22 sentyabr 2023-cü il tarixli qərardadı ilə iş mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışına təyin edilmişdir. İddiaçının vəkili-nümayəndəsi Nümayəndə 19 iyul 2023-cü il tarixli məhkəmə iclasında iş üzrə iddiaçı ilə cavabdehin 2015-ci ildə tanış olduqlarını, belə ki, Cavabdeh X8 Qazaxıstan və Azərbaycandan Rusiya Federasiyasına üzlük daşların göndərilməsi ilə məşğul olan şəxs kimi müraciət etdiyini, onların Bakı şəhərində oturub müzakirələr apardıqlarını, sonra Qazaxıstan Respublikasında istehsal edilən üzlük daşların Çeçenistan Respublikasının Qroznı şəhərinə göndərilməsi barədə razılaşma əldə etdiklərini, iş fəaliyyəti dövründə iddiaçının müxtəlif vaxtlarda Qazaxıstan Respublikasında istehsal edilən üzlük daşları ilə cavabdehi təmin etdiyini, aralarında münasibətlərin daha da inkişaf etməsi nəticəsində sonradan Çingiz Şahbazovun cavabdehə sarı rəngdə üzlük daşları lazım olduğuna görə Gürcüstan Respublikasında yerləşən və Çingiz Şahbazovun pulu hesabına alınmış daş karxanasından əlavə daşlarla da onu təmin etdiyini, işlədikləri müddət ərzində cavabdehin aldığı daşların pulunu Çingiz Şahbazova sonradan ödədiyini, on altı avqust iki min on səkkizinci ildə iddiaçı ilə cavabdehin sonuncu dəfə oturaraq ümumi hesabat apardıqlarını, son haqq-hesabı müzakirə etdiklərini və Cavabdeh 179 660 ABŞ dolları borclu qaldığının və öz əlyazmaları ilə hər iki tərəfin imzası ilə təsdiq olunduğunu və mübahisəsiz qaydada müəyyən edildiyini, iddiaçı Çingiz Şahbazovun həmin məbləğdən Cavabdeh lehinə 9660 ABŞ dolları güzəşt etdiyini və cavabdehin 170 000 ABŞ dolları borcu olduğuna dair iki tərəfin yazılı imzası ilə təsdiq olunan son hesab barədə sənədin imzalandığını, Cavabdeh həmin dövrdə maddi durumunun yaxşı olmadığını, həmin borcun Çingiz Şahbazova bir neçə ildən sonra hissə-hissə ödəyəcəyini bildirdiyini, lakin aradan bu qədər müddət keçməsinə baxmayaraq borcunu ödəmədiyini, sonradan onlara Cavabdeh Şahbazov Çingiz ilə Şahid3 arasında olan məhkəmə mübahisəsinə dair işdə ərizə göndərdiyinin məlum olduğunu və orada guya borcu, həmin daşları Çingizin tanışına geri qaytardığını bildirdiyini, artıq iddiaçının, cavabdehin həmin pulu ona qaytarmaq niyyəti olmadığını başa düşdüyünü, 2021-ci ilin sonunda həmin zaman biləndə ki bu şəxs artıq borcdan yayınmağa çalışır və məqsədi onlara borcu ödəmək deyil, məcburiyyət qarşısında qalıb bu iddianı qaldırdıqlarını, ilk növbədə tam aydın olsun deyə əlavə bir hal da bildirmək istədiyini, cavabdehin telefonlarına zəng çatmadığını, hansı ki dəfələrlə Çingizdə olan mobil telefon nömrəsinə də cəhd etdiklərini, hətta Çingizin onun oğluna zəng vuduğunu, çünki ailəvi münasibətlərinin olduğunu, Çingizin əlavə maddi cəhətdən cavabdehə dar günündə də dəstək olduğunu, lakin cavabdehin yenə də ortaya çıxmadığını, artıq məhkəmə mübahisəsində iddianı qaldıranda, şəhər məhkəməsində, qohumunun gəlib onlara müraciət etdiyini, onların “əlaqə saxlaya bilmirik ki, bir münasibət quraq, danışaq, sövdələşək” deyə bildirdiklərini, birincisi onların pul tələbinə dair iddiasına maneçilik törətməyə çalışanın Şahid3 olduğunu, ikinci bir tərəfdən mübahisə gedən şəxsin olduğunu, hansı ki, Şahbazov Çingizin onunla o biri işlərə həmin malların göndərilməsində müxtəlif iş birliyi olduğunu, yəni Gürcüstandan o malların göndərilməsində iş birliyinin olduğunu, və bu puldan 30 000 dolların Nəsibə çatmalı olduğunu, Nəsibin artıq onlara qarşı iddia qaldırdığını, məhkəmə qətnaməsindən o pulu tutdurduğunu, 30 000 dollar onlardan tutulub Nəsibə verilməsi barədə qətnamə çıxarıldığını, qətnamənin qanuni qüvvəsini almadığını, hal-hazırda həmin işin Şirvan Apellyasiya Məhkəməsində olduğunu, artıq münasibətləri pozulandan sonra Nəsiblə Cavabdeh işlədiklərini, Nəsibin daş göndərdiyini, Zakirin qəbul etdiyini, Şahbazov Çingizi ortadan çıxardıqlarını və Çingizin pulunu da onların əlbir olub vermədiklərini, ona görə də məcburiyyət qarşısında qalıb bu iddianı qaldırdıqlarını, “birincisi hələ bu pulu almamışıq ki Nəsibə pul verək bu puldan” deyə bildirərək, ikincisi bir halda, Zakirin orda “İbrahim adlı şəxsə vermişəm” dediyini, “Kimdir bu İbrahim, ümumiyyətlə biz İbrahimi tanımırıq, nə də o ortaya tapıb çıxarmır ki, kimdir bu İbrahim” deyə bildirərək, Zakirin guya “sənin daşının müəyyənini istifadə etmişəm, qalan daşını İbrahim adlı şəxsə vermişəm” dediyini, artıq onun özünün etiraf etdiyini, “bəli həmin malı mənə göndərib və mən İbrahim adlı şəxsə vermişəm” deyə bildirərək, onların da “İbrahimə vermisən, birinci mal yeyəsi bizik. Bizim xəbərimiz olmalıdır ki, İbrahim kimdir, bizlə hansı bağlılığı var” deyə bildirərək, ona görə iddia tələblərinin əsaslı olduğunu hesab etdiklərini, cavabdehin özünün ərizəsinin olduğunu, iş materiallarına əlavə etdiyini, birində İbrahim adlı şəxsə verdiyini dediyini, birində malın xarab olduğunu dediyini bildirib, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iki tərəf arasında elə bir müqavilə olmadığını, onların arasında ancaq əlyazma olduğunu, “10 000 dollar Zakirə bağışladıq, bu qədər pul qaldı, bu qədəri sənə çatacaq, bu qədəri mənə çatacaq” deyə qeyd olunduğunu, ancaq əlyazmalardan ibarət sənədlərin olduğunu, daha sonra cavabdeh tərəfindən verilmiş ərizənin hazırkı kommersiya mübahisəsinə dair iş üzrə məhkəmənin icraatında olmayan digər iş materiallarına əlavə edildiyini bildirib 30 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında Şahid3 ilə iddiaçı X5 əvvəl bu işlə bağlı şəriklikləri olduğunu, şəriklik deyəndə daşların alınmasına, xərclənməsinə və s. pulun hamısını Çingizin qoyduğunu, sadəcə nümayəndəsi qismində Nəsibi daşların üzərinə qoyub “sən nəzarət elə, mən sənə qazancımızdan pul verəcəm” bildirdiyini, söhbətin bu formada olduğunu, Nəsibin mişar daşı satan olduğunu, Çingizin özünün daş sexlərinin olduğunu, Nəsibin gətirib ona mişar daşı satdığını, orada tanış olduqlarını, bir gün gəlib “Gürcüstanda belə bir daş karxanası var. Mənim imkanım yoxdur, ay Çingiz, get götür oranı alaq, işlət. Mənə də nə versən verərsən, hörmət edərsən” dediyini, Çingizin də bu məqsədlə bununla Gürcüstana getdiyini, Gürcüstanda kariyerin pulunu və s. hamısını ödəyib, kariyeri alıb, Nəsibi də ora qoyub “nəzarət elə, daşlar vurulanda hamısının yazısına pozusuna, mən də nə qazanaram burdan sənə xeyir verəcəm” dediyini, Cavabdehlə Şahid3 Çingizin tanış etdiyini, 170 000 (bir yüz yetmiş min) dollar pulun 140 000 (bir yüz qırx min) dollarının Çingizlə bunların gedən daşlarından olan pul olduğunu, Nəsibə otuz minin çatmalı olan pul olduğunu, Nəsibin də Çingizə qarşı iddia qaldırıb Zakirdən alınan pulun Çingizdən alınıb ona verilməsini bildirdiyini, axı onların Zakirdən pulu almadıqlarını, Zakirdən alıb Nəsibə vermək üçün Naxçıvanda iddia qaldırdıqlarını, orda çatacaq pul məsələsinin 30 000 (otuz min) dollar olduğunu, Nəsibin onlara qarşı Şirvanda iddia qaldırdığını, birinci Cəlilabadda qaldırdığını, sonradan kommersiya mübahisəsi olduğundan gedib Ali Məhkəmədə ləğv olunduğunu, qayıtdığını, sonra Şirvan Kommersiya Məhkəməsində baxıldığını,Şirvan Kommersiya Məhkəməsinin 30 000 (otuz min) dolların onlardan alınıb Nəsibə verilməsinin qət edildiyini, işin hal-hazırda Şirvan Apellyasiya Məhkəməsində olduğunu, 17 noyabr 2023-cü il tarixli məhkəmə iclasında iddiaçı ilə cavabdehin 2015-ci ildən tanış olduqlarını, cavabdehin X8 Azərbaycandan, Qazaxıstandan Rusiya Federasiyasına üzlük daşların göndərilməsilə məşğul olan şəxs kimi müraciət etdiyini, onunla Bakı şəhərində görüşüb müzakirə apardıqdan sonra Qazaxıstan Respublikasında istehsal edilən üzlük daşlarının Çeçenistan Respublikasının Qroznı şəhərinə göndərilməsi barədə razılaşma əldə etdiklərini, iş fəaliyyəti dövrlərində müxtəlif vaxtlarda Qazaxıstan Respublikasında istehsal edilən üzlük daşları ilə cavabdehi təmin etdiyini, aralarındakı münasibətin daha da inkişaf etməsi nəticəsində Çingiz Şahbazovun cavabdehə sarı rəng üzlük daşlar lazım olduğundan Çingiz Şahbazovun pulu hesabına Gürcüstan Respublikasında yerləşən Daş karxanasından əlavə daşlarla da onu təmin etdiyini, işlədiyi müddət ərzində Cavabdeh aldığı daşların pulların sonradan iddiaçıya müəyyən bir qismini ödədiyini, 16 avqust 2018-ci il tarixdə sonuncu dəfə yəni bunlar arasında olan razılaşmaya əsasən iddiaçının malları göndərdiyini, Cavabdeh iddiaçıya pulları sonradan az-az ödədiyini, 16 avqust 2018-ci ildə hər iki şəxsin birlikdə oturub son haqq-hesablarını müzakirə etdiklərini, iddiaçıyla cavabdehin ümumi hesabat apardıqlarını və Şahbazov Çingizə cavabdehin 179660 (Bir yüz yetmiş doqquz min altı yüz altmış) ABŞ dolları borclu qaldığının müəyyən olunduğunu, həmin zaman Çingiz Şahbazovun həmin məbləğdən 10000 (on min) dollar, təxmini 9660 (doqquz min altı yüz altmış) dollar güzəşt etdiyini, 170000 (bir yüz yetmiş min) dollar borcu qaldığı barədə iki tərəfin imzası ilə təsdiqlənən sənədin imzalandığını, sırf o güzəştin Cavabdeh maddi durumunun yaxşı olmadığına görə edildiyini, bu mənada Cavabdeh özünün “maddi durumum yaxşı deyil, ödəyə bilmirəm, çətinlik çəkirəm, orada gördüyüm işlərin pulunu hələ ala bilməmişəm, ən geci bir-iki ildən sonra yavaş-yavaş əvvəlki qaydada mən sənə pulları hissə-hissə ödəyəcəyəm” deyə bildirdiyini, Şahbazov Çingiz də münasibətlərini, yəni indiyə qədər bir yerdə işlədiklərini nəzərə alaraq “yaxşı bir-iki ilə hissəhissə ödəyərsən” dediyini, əslində iddiaçının bu iddianı qaldırmamışdan əvvəl artıq Şahid3lə Çingiz Şahbazov arasında olan məhkəmə mübahisəsi zamanı Cavabdeh Şirvan Kommersiya məhkəməsində vəkilin sorğusuna notarial qaydada təsdiqlənmiş ərizə göndərdiyini və güya Çingizə, ümumiyyətlə, heç bir borcu yoxdur, pulu ancaq Çingizin dediyi tapşırıq əsasında həmin daşları başqa kiməsə İbrahim adlı şəxsə verdiyini bildirdiyinin müəyyənləşdirdiklərini, ondan sonra Çingizin Cavabdeh məqsədi onu aldatmaq olduğunu anladığını, həm də ondan sonra sənədlərin toplandığını, paralel şəkildə Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırıldığını, həmin prosesə qədər Şahbazov Çingizin, cavabdehin məqsədinin o pulun qaytarılmaması olduğuna inana bilmədiyini, ondan əvvəl də dəfələrlə telefon danışıqlarında cavabdehin “bir az işlərim var, alacaqlarım var, hər şey qaydasındadır” dediyinin müəyyənləşdirildiyini, hətta cavabdehin qızının burada toy məclisinin, çatışmazlıqları olduğunu, Çingizin dəfələrlə, maddi yardım nə lazım olub, o sahədə də ailəsinə, yaxınlarına da kömək olduğunu, sonra Cavabdeh məqsədinin başqa olduğunu gördüyünü, məcbur qalıb hazırkı iddianı qaldırdıqlarını, iddia tələblərinin əsaslı olduğunu təmin olunmalı olduğunu hesab etdiklərini, onda olan məlumatlara görə Çingiz Şahbazovun göndərdiyi malların iş üzrə Cavabdeh dediyi şəxslərə göndərildiyini və bunun, Cavabdeh tərəfindən müəyyən olunan şəxslər olduğunu və Cavabdehlə son haqq-hesabda bunların hamısının detallı şəkildə öz təsdiqini tapdığını, daşların Gürcüstan Respublikasından, o cümlədən, Qazaxıstandan getdiyini, şəxsən Çingizin adından yox, Çingizə yaxın olan şirkətlər tərəfindən getdiyini, həmin şirkətləri dəqiq bilmədiyini, ancaq iş materiallarından da, təqdim etdikləri sənədlərdən də ümumiyyətlə, həmin malların əsas mübahisələndirilməyən halının iş üzrə Cavabdeh həmin malları qəbul etməsini, almasını özünün etiraf etməsindən, bildirməsindən ibarət olduğunu, 11 yanvar 2024-cü il tarixli məhkəmə iclasında çıxışında aparılan bu obyektiv hərtərəfli məhkəmə araşdırması zamanı tərəflərindən təqdim olunmuş sübutlar və o cümlədən, cavabdeh tərəfin özünün vəsatəti ilə təqdim etdiyi şahid tərəfindən də həqiqətən tərəflərin 2015-ci ildən başlayaraq müxtəlif vaxtlarda daş alğı-satqısı ilə məşğul olduqlarının müəyyən olunduğunu, bu müddət ərzində bunlar arasında inamın formalaşdığını və bunun əsasında iddiaçı tərəfin cavabdeh tərəflə artıq nisyə formada alğı-satqı əsasında işləməyə başladığını və müxtəlif vaxtlarda daşlar göndərildiyini, sonuncu dəfə 2018-ci ildə tərəflərindən məhkəməyə təqdim olunmuş qəbz əsasında da hər iki tərəfin iştirakı ilə, o cümlədən, iddiaçı tərəfindən dəvət olunmuş iki şahidin və cavabdeh tərəfindən dəvət olunmuş digər şahidin ifadəsi əsasında bunlar arasında həqiqətən hər ikisinin iştirakı ilə yazılı qəbzin tərtib olunduğunun müəyyən olunduğunu və tərəflərin borclarının müəyyənləşdirildiyini, 179 660 dollardan ümumi 10 000 dollara yaxını onlar tərəfindən Zakirə keçdiyini, Şahid3 özününün də ifadəsilə bunu təsdiq elədiyini, həmin borcu da keçməkdə əsas məqsədin həmin zaman cavabdehin “Maddi imkanım yaxşı deyil, daşlarla əlaqədar müəyyən alacaqlarım var ala bilmirəm, biraz çətinlik çəkirəm” deməyi olduğunu, məhz bu məqsədlə 10 000 dollar keçdiklərini, bundan sonra iş materiallarına da baxdıqda bununla əlaqəli Naxçıvan Şəhər Məhkəməsində iddiaları qaldırılanda Şahid3lə mübahisələri zamanı Zakirin onları aldatmaq məqsədi olduğunu bildiklərini, onların pulunu vermədiyini, artıq o anda Şirvan Apellyasiya məhkəməsində artıq məlum olub müəyyənləşdirdiklərini, Nəsibin ərizə gətirdiyini, onu da iş materiallarına əlavə elədiyini, ərizədə “Guya Çingizə veriləcək pul Çingizin göstərişi əsasında İbrahim adlı şəxsə o mallar verilib” deyə bildirərək, onların özlərinin də İbrahim adlı şəxsi tanımadıqlarını, məhkəmə iclasında cavabdehin öz şahidinin yaxşı ki bunu təsdiq etdiyini ki, “bu İbrahim adlı şəxsi Çingiz ümumiyyətlə tanımır” deyə bildirdiyini, məhkəmə iclasında da Cavabdeh o daşı İbrahim adlı şəxsə satıb və onun pulunu da artıqlaması ilə aldığının müəyyən olunduğunu, bugünkü gün iddiaçıya həmin puldan bir manat da olsun pul qaytarmadığını, ailəsinə qədər nə lazım olubsa Çingizin özünün də hər dəfə köməklik göstərdiyini, əvvəlki məhkəmə iclasında dəvət olunan Şahid3 yenə də əvvəlki iclaslarda cavabdeh tərəfindən məhkəməyə gətirildiyini, orda ifadələrində İbrahim adlı şəxsə verdiyini bildirdiyini, bugün məhkəmə araşdırması zamanı Nəsibin bunu Zakirin sözünə əsasən dediyinin müəyyən olunduğunu, ancaq özünün (Nəsibin) sonradan gedib bu halı araşdırdığını, İbrahimə verilən maldan Çingizin xəbərinin olmadığının müəyyən olunduğunu, onun göndərdiyi ərizənin də hansı ki guya Çingizin tapşırığı əsasında malı İbrahimə verib, artıq bunun əsassız bir hal olduğunu, Mülki Məcəllənin tələbləri baxımından istər Mülki Məcəllənin 21-ci maddəsi, istər tərəflər arasında nisyə bağlanmış alqı-satqı müqavilələrinə dair müddəalar əsasında iddia tələbinin əsaslı olduğunu hesab etdiklərini, təmin olunmalı olduğunu, Elektron məhkəmə sistemində problem yarandığına görə cavabdehin vəkili nümayəndəsinin ərizəsinə etiraz vura bilmədiyini, qarşı tərəfin bundan əvvəlki iclasda məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verdiyini, tərəflər arasında olan mübahisə üzrə müddətin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövcud qərarlarına əsasən tərəfin artıq bildiyi gündən hesablandığını, tərəflər arasında olan razılaşma əsasında sonuncu 2018-ci ildə tərəflər arasında qarşılıqlı razılaşma əsasında iki il müddətindən sonra yavaş-yavaş pulun verilməsini bu şəxsin öhdəlik kimi öz üzərinə götürdüyünü, bunu həm şahid ifadələrinin təsdiq etdiyini, həm də cavabdehin iki ildən sonra pulu başlayıb verəcəyini cavabdehin özünün təqdim etdiyi şahidin də təsdiq elədiyini, digər bir tərəfdən iddia müddətinin 2020-ci ildə başladığını və qarşı tərəfin əsassız varlanmanı əsas qoyduğunu, “əsassız varlamaya görə əldə edilib bu pul, ona görə də iddia müddəti keçib” deyə bildirdiyini, ilk növbədə bunu əsassız varlanma hesab etmədiyini, bunun artıq nisyə alğı-satqı müqaviləsi olduğunu, malın verilməsinin onun özünün də ərizəsi, imzası əsasında müəyyən olunduğunu ki mal verilib ancaq pul verilməyib, tərəfindən iş materiallarına həmin ərizədən sonra Naxçıvan Şəhər Məhkəməsində, Naxçıvan Ali Məhkəməsində və Azərbaycan Respublikası Ali Məhkəməsində tərəflər arasında mövcud mübahisəyə dair qərarların elektron sistem vasitəsilə məhkəməyə təqdim olunduğunu, həmin qərarlar əsasında da, artıq cavabdehə qarşı iddia ərizəsini vaxtında qaldırdıqlarının müəyyən olunduğunu, aidiyyat məsələsi pozulduğuna görə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin qərardadı ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməsinin qərara alındığını, sonradan tərəfin öz hüququndan istifadə edərək, kassasiya şikayəti verdiyini, Mülki Prosessual Məcəllənin tələbləri baxımından məhkəmədə olan bu dövrün iddia müddəti dövrünə şamil olunmadığını, bundan əlavə mediasiya barədə bir halı da qeyd etmək istədiyini, iş materiallarına baxdıqda tərəflər arasında mediasiya prosesinin keçirilməli olduğunun müəyyən olunduğunu, həmin mediasiya prosesi dövrünün iddia müddətinə şamil edilmədiyi müddətlərə aid olduğunu, qeyd olunan normaların tələbləri baxımından qarşı tərəfin vermiş olduğu iddia müddətinin tətbiq olunması barədə ərizənin əsassız olduğunu, hətta həmin ərizəyə baxdıqda ümumiyyətlə ərizədə bir kəlmə “mənim o adama borcum yoxdur” deyə münasibət bildirilmədiyini, ərizədə qeydin ancaq iddia müddətinin keçməsindən və əsassız varlanmadan ibarət olduğunu, yəni tərəfin həm nümayəndəsi həm də vəkilinin ərizəsində “mən bu adamdan mal almamışam” deyə inkar eləmədiyini, ona görə də borcun işin mübahisəsiz halına cevirildiyini, tərəflərindən təqdim olunmuş sübutlar əsasında iddia tələbinin təmin olunması, Cavabdeh 170 000 ABŞ dolları məbləğində pulun, o cümlədən 400 manat mediasiya xərci və 179 manat dövlət rüsumu olmaqla pulun alnıb X8 verilməsi barədə qətnamə qəbul edilməli olduğunu və 170 000 dolların verilməsi zamanı manatın məzənnəsinə uyğun hesablanmalı olduğunu, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsinin xahiş edildiyini bildirmişdir. 17 noyabr 2023-cü il tarixli məhkəmə iclasında cavabdehin vəkili Şükürov X2 Respublikasında fərdi sahibkarlıqla məşğul olan "xxxx" Firmasının sahibi Svenacenin Azərbaycan Respublikası səlahiyyətli orqanlarına məktubunun olduğunu, məktubun tərcümə olunub, notarial qaydada təsdiq olunduğunu, məktubda “Mən göndərdiyim daşın hamısını Nəsibə vermişəm. Mən Nəsibi tanıyıram, Çingizi tanımıram, Nəsiblə Çingiz arasında nə münasibət var, mən bilmirəm, amma mənim firmamın nümayəndəsi Nəsib olub” göstərildiyini, heç Çingizin iddia qaldırmaqda subyektiv hüququnun olmadığını, çünki Çingizin birbaşa Zakirə mal göndərməyi, daş göndərməyi haqqında nə ortada, nə iş materiallarında bir sübutun olmadığını, telefonda deyirlər dediklərini, Xavər xanıma məktub yazdığını, həmin məktubun da X14 Abdullayevin arasında olan mübahisəyə görə, yəni onların şahidliyinə göndərildiyini, O adam da yazıb notarial qaydada göndəribsə, məhkəmənin sübut kimi qəbul etməli olduğunu, cavabdehin də qəbul etdiyini, amma onların birbaşa bir kommersiya münasibəti olmadığını, bununla əlaqədar ortada bir sənədin olmadığını, bundan sonra Qazaxıstanın heç bir firmasından ona daş göndərilmədiyini, Gürcüstandan Qazaxıstana göndərildiyini, Qazaxıstanla Rusiya arasında gömrük münasibətləri olmadığı üçün oradan keçirildiyini, bunun onların öz işi olduğunu bildirmişdir. 11 oktyabr 2023-cü il tarixli məhkəmə baxışı iclasında iddiaçı tərəfin vəsatəti əsasında dəvət edilmiş Şahid1 ifadəsində Təxminən 2015-ci illərin olduğunu, daha doğrusu, bundan qabaq Çingizin ona bir dəfə “Niyaz, bir nəfər var, Naxçıvanlıdır, Rusiyada yaşayır, o məndən daş almaq istəyir. Bəs sən də Naxçıvanlısan” dediyini, alverlərinin uzun müddətli olacağını və arada nisyəçiliyin də olacağını bildirdiyini, yəni pulu tam vermədiyini, bir az borclu qaldığını bir az pul verdiyini, “Biz bunla görüşəndə, gələcək bu yaxınlarda, sənə də zəng vuraram, gələrsən, görüşərik. Yəni sənin yerlindir, bəlkə, tanıyarsan, görərsən, kimdir, kim deyil bilək, kimlə iş görürük” dediyini, bir gün ona zəng vurulduğunu, Mehdiabad qəsəbəsində Töhfə restoranının kabinetində oturduqlarını, Çingizin ona zəng vurduğunu, “bəs həmin Zakir gəlibdir. Zakir ağsaqqal kişidir, Niyaz sən də dur gəl burda çörək ye” dediyini, durub gəldiyini, oturub bunlarla tanış olduğunu, Zakiri tanımadığını, ilk dəfə idi gördüyünü, “Zakir bu da Niyaz” deyərək tanış elədiyini, sonra bunların elə bil ki orada nə iş görəcək, hansı binanın proyektini qoyacaqlar, ölçüb, yazmağa başladıqlarını, Zakirin Çingizdən daş sifariş etmək istədiyini, söhbətə o qədər də qarışmadığını, bunların işlə əlaqədar danışdıqlarını, sifariş verməyə başladıqlarını, arada bu daşı hissə-hissə burdan ona göndərəcəyinin razılaşdırıldığını, Çingizin Zakirə daş göndərəcəyini, alver edəcəklərini, pul ödəməsini də, gecikməylə, yəni nisyə kimi, bir aydan sonra bir qisim pul göndərəcəyini, belə alver edəcəklərini, bundan sonra orada yekunlaşdırıb durduqlarını, Zakirin iki dəfə Gənclikdə Çingizlə çay süfrəsində oturub onu da dəvət etdiklərini, gəldiyini, bunların həmin müddətdə işlədiklərini, Çingizin daş göndərdiyini gedib gəldiyini, Çingizin həm də Qazaxıstanda işlədiyini, o tərəfə də gedib-gəldiyini, bir gün hardasa 2018-ci illərin yay ayları olduğunu, yenə bir yerdə görüşdüklərini, Zakirin Bakıya gəldiyini, Çingizin ona zəng edib “maşının yağını dəyişməliyəm. Gedək, avto servisə” dediyini, getdiklərini, Çingizin apardığını, orada maşının yağını dəyişəndə başqa problem də olduğunu bildirdiklərini, saat yarım kimi vaxt boşluğu olduğunu dediklərini, qalxıb orada ikinci mərtəbədə servisin özünün gözləmə zalı kimi çay evində oturduqlarını, bunların bir-birilə haqq-hesab etməyə başladıqlarını, Çingizin böyük bloknotunun olduğunu, bloknotu açdığını və özünün xeyli balaca bir stolda oturduğunu, stolda hər şey görünəcək şəkildə haqq-hesab etməyə başladıqlarını, orada 180 000 (bir yüz səksən min) dollara yaxın Zakirin Çingizə borcunun olduğunu, bunların, məsələn, “bu qədər mən verdim, bu qədər sən göndərdin, bu çıxır, o çıxır, bu gəlir” kimi hesabladıqlarını, axırı 180 000 (bir yüz səksən min)-də duranda Çingizin Zakirə “Burdan biz 10 000 (on min) dollar sənə pul keçirik” dediyini, Zakirin də pulu verə bilmədiyini, vəziyyətində sıxıntı olduğunu, borcun üstüstə yığıldığını, Çingizin “Zakir, sənə 10 000 (on min) dollar pul keçirik, amma yerdə qalan pulu, çox xahiş edirəm ki, mənim də ödənişlərim var, daşa pul verməliyəm” dediyini, keçirik deyəndə Çingizin Nəsib adında bir işçisinin olduğunu, Çingizlə Nəsibin bir yerdə bu işi gördüklərini, mayanın Çingizə aid olduğunu, ancaq daşı göndərməyin, hazırlanmasının Çingiz məsələn Qazaxıstanda olanda, Nəsibin, o işlə məşğul olduğunu, Çingiz “Məsələn bunu burda hazırla, onu orda hazırla göndər” deyə tapşırdığını, Çingizin işini görənin bir Nəsib olduğunu, böyük ehtimal ki, o ikisinin adından danışdığını, Nəsiblə Çingizin, vəziyyət ilə əlaqədar bu puldan 10 000 (on min) dollar Zakirə keçilməsinin öz aralarında razılaşdıqlarını, Nəsiblə Çingizin özlərinin əvvəldən razılaşdıqlarını, bunun da “bu pulu, 10 000 (on min) dollar keçirik” adı ilə deyildiyini, Zakirin də “Çingiz, mən sənə keçən dəfə də dedim, mənim durumum bu dəqiqə o deyil. Mən hardasa bunu bir il, il yarımdan sonra ödəməyə başlayaram, mənim vacib problemlərim, borclarım var, onları yerbəyer edim. Özün də bilirsən ki, yeni işlər danışmışam, yeni işlər götürürəm. Ondan sonra 3 il, 4 il ərzində mən onu sizə ödəyəcəm, yəni bağlayacam” dediyini, özü oradan yekunlaşıb çıxandan sonra Çingizə “Çingiz belə alver olar? Bu adamın sizə bu qədər borcu varsa, pis çıxmasın, tələb et, pulunu al da. Üç il nədir? Hələ 1 ildən sonra başlayacam, hələ 3 il gecikmə olacaq” dediyini, yəni, qohum kimi ona fikrini çatdırdığını, Çingizin də “Niyaz, Zakir elə adam deyil, mən bunu düz tanımışam. İnşallah ki, insandır, düşüb bu vəziyyətə, yəqin ki Qroznıda işlərində problem var, işləri bir az düzəlsin, ödəyəcək” dediyini, bunların orada razılaşıb adlarını yazdıqlarını, məbləği yazdıqlarını, Zakirin də, Çingizin də imza atdığını, Zakirin orada gülümsəyərək Çingizə “pulun gecikməsinə görə narahatçılığın varsa, gedək notariusa, sənə olan borcumu notariat qaydada təsdiqləyək” dediyini, yəni, kağıza imzalayanda Zakirin “istəyirsən gedək, notariat qaydada mən verim sənə bunu” dediyini, Çingizin də “Yox, problem yoxdur” dediyini, yəni onu Çingizin qəbul etmədiyini, əllərində olan bloknota yazı-pozu apardıqlarını, həmin kağıza imzaladıqlarını, yəni, aralarında olan haqq-hesabın axırıncı qalan borcu ora qeyd etdiklərini, həmin bloknotun içi simli dəftər, ortası halqa-halqa, elə böyük bir dəftər olduğunu, standart formalardan bir az balaca olduğunu, görsə yanında olan əlyazmanın hansı olduğunu müəyyənləşdirə biləcəyini, çünki orada ikisinin də adının yazıldığını, qabaqlarına da ikisinin də imza atdığını, bunun iki dəfə olduğunu, bir dəfə Çingizin yazdığını, sonra bu yanda ikisinin də adını yazdıqlarını, bir yerdə imzaladıqlarını, Zakirin Çingizə sonda 170 000 (bir yüz yetmiş min) dollar borcu qaldığını yazdıqlarını, 179 000 (bir yüz yetmiş doqquz min) nə qədər ümumi pulun olduğunu, 180 000 (bir yüz səksən min)-ə yaxın az fərqi olduğunu, 10 000 (on min)-i keçdiklərini, yerdə qalanını, 170 000 (bir yüz yetmiş min) qalıq borc kimi qeyd etdiklərini, Cavabdeh pulu verə bilməməyini Çeçenistandakı işlərinin zəif olmağı ilə əlaqələndirdiyini, hələ Çingizə “Sən mənə kömək elə, bir az da daş ver, mən yeni iş var, orada start verim, oradan pul alacam” dediyini, bunların işinin belə işləyib, pulu mərhələ-mərhələ almaq olduğunu, deyəsən, usta qisminə də orda Qroznıda kiməsə borcunun olduğunu, çünki Çingizə “Sən mənə yaxınsan da. Mənim qıraq ölkədə problemim var, mən onu bağlayım, ondan sonra sənin pulunu bağlamağa başlayacam. Mənə bir il, il yarım kimi möhlət lazımdır ki, mən ordan təmiz sıfırlanım” dediyini, Cavabdeh, ümumiyyətlə, pulu tam nə vaxta qaytaracağı barədə söhbətin ondan qabaq bunların arasında olduğunu, buna oxşar danışıq olduğunu, necə olduğunu bilmədiyini, çünki orada Çingizin “Keçən dəfə də sən dedin, o qədər müddətə mənim verəcəyim var” belə bir söz işlətdiyini, ona bir qisim pul verməyin lazım olduğunu, Zakirin də “Çingiz, mən sənə keçən dəfə də dedim, mənim bir il, il yarıma qədər heç cür imkanım yoxdur nəsə etməyə. Ondan sonra mən bu problemləri bitirib borcu ödəməyə başlayanda 3-4 ilə mən bunu hissə-hissə bağlayaram” dediyini bildirmişdir. İddiaçı tərəfin vəsatəti əsasında dəvət edilmiş Şahid2 11 oktyabr 2023-cü il tarixli məhkəmə baxışı iclasında verdiyi ifadəsində 2018-ci ilin may ayında öz maşını ilə Çingizlə Bakıdan Qroznıya yola çıxdıqlarını, eyni işin dalınca hardasa 1 ay ərzində eyni otaqda qaldıqlarını, maşını özünün sürdüyünü, Çingizi aparıb-gətirdiyini, orda olan bütün münasibətlərin, demək olar ki, onun yanında baş verdiyini, Zakiri ilk dəfə oteldə gördüyünü, Zakirlə Çingizin onların qaldığı oteldə görüşdüklərini, oturub haqq-hesab etdiklərini, Zakirin Çingizə 180 000 (bir yüz səksən min) dollar verəcəyinin olduğunun razılaşdıqlarını, söhbətdən belə başa düşdüyünü, Çingizin “Bəs mənim borcu necə edək?” dediyini, Zakirin “Alacaqlarım var, hal-hazırda ala bilmirəm, vəziyyətim yaxşı deyil, əlavə təzə işlər də danışıram, götürəcəm. Mən bu borcu, mənə möhlət verin, bir il sonra 3-4 ilə hissəli şəkildə ödəyə bilərəm. İndiki vəziyyətdə başqa cür mümkün deyil” dediyini, söhbətin belə olduğunu, Cavabdeh “180 000 (bir yüz səksən min) dollar borcum qalıb, bu vəziyyətdəyəm deyə ödəyə bilmirəm, alacaqlarım var ala bilmirəm, işləməyə başlayacam, ən azı mənə bir il möhlət verin, bir ildən sonra hissə-hissə ödəyə bilərəm 2-3 ilə, məbləğ böyükdür, birdən-birə mən onu heç cür verə bilmərəm” dediyini, sonra Nəsibin də Qroznıya gəldiyini, bir dəfə də onda oteldə görüşdüklərini, ikinci dəfə də Zakiri orada gördüyünü, Nəsibin Çingizə “mənim Çeçenistanda tanışım var, mən onla əlaqə saxlayacam, Zakirdən o pulu alıb versin” dediyini, indi nə yolla təzyiqmi ya necə olduğunu bilmədiyini, Nəsibin gəlib Qroznıya çıxdığını, “Mən kimləsə görüşməliyəm” və hansısa nazirliyi dedyini, tapıb, getdiklərini, maşında Çingizlə oturduqlarını, Nəsibin çıxıb kənarda telefonla 5-10 dəqiqə kimləsə danışdığını, sonra gəlib “Yaxşı, Çingiz, əlaqəni qoşmuram” dediyini, indi Nəsiblə Çingizin arasında eşitdiyinə görə borc söhbətlərinin olduğunu, məhkəmədə davalarının olduğunu, Nəsibin də Çingizə borcunun olduğunu, 2018ci ildə Qroznıya getdiklərini, 2018-ci ilin may ayında, Cavabdeh Şahbazov Çingizə son məbləğ olaraq o qədər borc söhbətinin o vaxtlarda olduğunu, X12 ilə Cavabdeh dəqiq nə vaxtdan alver etdiyindən xəbərinin olmadığını bildirmişdir. Cavabdeh tərəfin vəsatəti əsasında dəvət edilmiş Şahid3 11 yanvar 2024-cü il tarixli məhkəmə baxışı iclası zamanı verdiyi ifadəsində 30 dekabr 2023-cü il tarixdə poçt vasitəsilə məhkəməyə “izahat” başlıqlı yazılı izahatına uyğun ifadə vermişdir. 11 yanvar 2024-cü il tarixə, saat 15:00-a təyin edilmiş məhkəmə baxışı iclasının vaxı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı X12, Cavabdeh və cavabdehin vəkili-nümayəndəsi Vəkil3 iştirak etməmişlər. 11 yanvar 2024-cü il tarixdə cavabdehin vəkili-nümayəndəsi Vəkil3 tərəfindən elektron qaydada məhkəməyə ərizə ünvanlanaraq həmin ərizədə iddiaçı X5 Cavabdeh qarşı “pul tələbinə dair” mülki işin məhkəmənin icraatında olduğu, məhkəmə iclasının 11 yanvar 2024cü il tarixə saat 15:00-a təyin olunduğu, həmin tarixdə saat 17:00-da Xətai Rayon Məhkəməsində məhkəmə iclası olduğu üçün 11 yanvar 2024-cü il tarixinə saat 15:00-a təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin vəkili-nümayəndəsi Vəkil3 ərizəsində istinad edilənlərə dair sübutunun yəni ilkin olaraq hansı məhkəmənin iclas təyin etməsi barədə bildirişini əlavə etmədiyindən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçı X5, Cavabdeh və cavabdehin vəkili-nümayəndəsi Vəkil3 iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçının vəkilinümayəndəsi Nümayəndə tərəfindən 179 (bir yüz yetmiş doqquz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2023-cü il tarixli, Ş-151 nömrəli X3 İştirak edilməməsi barədə Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə “Pul tələbi” barədə kommersiya mübahisəsinə dair iş üzrə keçirilmiş mediasiya sessiyasında iddiaçı X12 və iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. xx.xx.2023-cü il tarixli, 109883 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçının vəkilinümayəndəsi Nümayəndə tərəfindən 400 (dörd yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin xx.xx.2022-ci il tarixli, 2(102)- 4970/2022 nömrəli Qərarından görünür ki, Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-65/2022 nömrəli iş üzrə 13 iyul 2022-ci il tarixli məhkəmə aidiyyəti haqqında qərardadından iddiaçı X5 şikayətinin təmin edilməməsi, Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-65/2022 nömrəli iş üzrə 13 iyul 2022-ci il tarixli məhkəmə aidiyyəti haqqında qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinə verilmiş sorğu nəticəsində Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə göndərilən Cavabdeh 23 avqust 2021-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, Cavabdeh həmin ərizədə biznes ortağı olmuş Şahid3 ilə X12 onunla xx.xx.2018-ci ilə kimi əməkdaşlıq etmiş, bu müddət ərzində Gürcüstan Respublikasından Çeçenistan Respublikasının Qroznı şəhərinə göndərdikləri Eklari üzlük daşının ümumi dəyəri 450 000 (dörd yüz əlli min) ABŞ dolları miqdarında olmuş, Gürcüstan Respublikasından Çeçenistan Respublikasının Qroznı şəhərinə göndərilmiş Eklari üzlükdaşının 450 000 (dörd yüz əlli min) ABŞ dollarından 270 000 (iki yüz yetmiş min) ABŞ dolları X8 nağd, qalan 180 000 (bir yüz səksən min) ABŞ dolları miqdarında Eklari üzlük daşını X5 göstərişi ilə Bakı daşı adı ilə İbrahim adlı müştəriyə vermiş, bu pula görə cavabdeh X12 olduğuna görə pulunu alıb və ya almaması barədə məlumatı yoxdur, əlavə onu deyə bilər ki, X12 onsuz həmin müştərilə ilə əlaqə saxlamış, əlavə sifarişlər qəbul etmişdir. Onun Gürcüstan Respublikasından Çeçenistan Respublikasının Qroznı şəhərinə göndərilmiş Eklari üzlük daşına görə borcu qalmamışdır. 28 dekabr 2023-cü il tarixdə cavabdehin vəkili-nümayəndəsi Vəkil3 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq həmin ərizədə iddiaçının iddia ərizəsində Cavabdeh ilə 2015-ci il tarixdə tanış olduqlarını, iddiaçının həmin vaxtdan cavabdehə üzlük daşların göndərilməsini təmin etdiyini, birgə iş fəaliyyəti ilə məşğul olduqlarını və məhz birgə ticarət nəticəsində cavabehin iddiaçıya borcu yarandığını, 16 avqust 2018-ci il tarixdə ümumi hesabat apardıqlarını və cavabdehin iddiaçıya 179660 (bir yüz yetmiş doqquz min altı yüz altmış) ABŞ dolları borcu qaldığını və bu günədək ödəmədiyini qeyd etdiyini, hazırki mübahisənin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanmaya aid müddəalarının yaratdığını hesab etdiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanmanın mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından olduğunu, maddə 385.1. Öhdəliyə əsasən bir şəxsin (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli olduğunu, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ olduğunu, Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı olduğunu, Maddə 1091.1 hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edən şəxsin (varlanmış şəxs) sayıldığını, Maddə 1091.2. Əsassız varlanmanın yalnız bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığında baş verdiyini, hüquqi əsas olmadan varlanmanın həmçinin bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənən hallarda baş vermiş sayıldığını, maddə 1092.1. Varlanmış şəxsin əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı olduğunu, maddə 1093.1. öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nəisə verən məhrum olanın, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə biləcəyini, maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququnun məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşdüyünü, qalan hallarda müddətin keçməsinin ümumi göstərişlərə uyğun müəyyənləşdirildiyini, əvvəla, əsassız varlananın hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edən şəxs sayıldığını, yəni, əsassız varlanmanın yalnız bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığında baş vermiş sayıldığını, hüquqi əsas olmadan varlanmanın həmçinin bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykəndiyi hallarda baş vermiş sayıldığını, hazırki işdə cavabdehin iddiaçının hesabına həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa görə varlansa belə Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşdüyündən iddiaçının da həmin müddəti ötürdüyünü, belə ki, tərəflər arasında borc münasibətlərinin olmadığını, əsassız varlanmaya dair münasibətlərin yarandığını, çünki, iddiaçının hazırki tələbinin faktiki əsası kimi 16 avqust 2018-ci il tarixli əlyazmanın çıxış etdiyini, həmin əlyazmada son hesabın bağlandığının və cavabdehin iddiaçıya 170.000 manat borcu qaldığının qeyd olunduğunu, birgə iş fəaliyyəti dövründə tərəflər arasında hər hansı müqavilə bağlanmadığını, tərəflər arasında olan mübahisənin qanuni əsas və ya müqavilə əsası olmadığını, tərəflər arasında iş fəaliyyəti 2018-ci ilin avqust ayınadək davam etsə də, iddiaçının 5 il sonra, yəni 2023-cü il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, yəni, Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan iki illik müddəti ötürdüyünü, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməli olduğunu hesab etdiyini, yuxarıda qeyd olunanlara əsasən, iddiaçı X5 Cavabdeh qarşı “pul tələbi” nə dair mülki iş üzrə iddia müddətini tətbiq etməklə, iddianın rədd olunması barədə qətnamə çıxarılmasının xahiş edildiyini bildirmişdir. Şahid3 30 dekabr 2023-cü il tarixdə poçt vasitəsilə məhkəməyə “izahat” başlıqlı ifadəsini ünvanlayaraq həmin ifadəsində iş üzrə iddiaçı X12 ilə 2014-cü ildən 2018-ci ilin avqust ayına kimi birgə şərikli iş birliyi qurduğunu, əsas işlərinin ağ lay daşlarının istehsalı və satışı ilə məşğul olmaq olduğunu, daşın istehsalı və tədarükü ilə onun, satışı ilə Ç.Şahbazovun məşğul olduğunu, müştərilərinin Qazağıstan və Çeçenistandan olan müştərilər olduğunu, Çeçenistandan olan müştərinin hazırda e-2-2(123)-73/2023 saylı iş üzrə Cavabdeh ilə onu Ç.Şahbazovun tanış etdiyini, bir müddət alış-verişlərinin Cavabdehla normal olduğunu, sonradan hansı səbəbə görəsə də Cavabdeh ödənişləri ödəməkdə çətinliyinin olmasını ev sahiblərindən pulunun almaması ilə əlaqələndirdiyini, belə olan halda alış-verişi dayandırmaq və aralarında olan haq-hesaba aydınlıq gətirmək üçün qəbiz tərtib etmək qərarına gəldiklərini, qəbzi tərtib edərkən Cavabdeh 10 min dollar güzəştə gedib ona bağışlamağı nəzərə aldıqlarını, Ç.Şahbazovla aralarında olan məhkəmə çəkişmələri zamanı məhkəməyə təqdim etmək üçün Cavabdeh onlarla nə qədər alış-veriş etdiyi barədə sənəd istədiyini, onun verdiyi sənədə görə 270 min dollar verdiyini və 170 min dolları İbrahim adlı şəxsə verdiyini, Cavabdeh ona “daşların bəziləri müştərinin xoşuna gəlmir və müəyyən problemlər var” deyə bildirdiyini, odur ki, onun bütün problemlərini həll etməyə kömək etmək üçün Cavabdeh daş ustaları göndərdiyini, göndərdiyi ustaların pullarını özünün (Nəsibin) ödədiyini, müştərinin xoşuna gəlməyən göndərdiyi daşları bərpa edib bahalı detallara çevirdiklərini, göndərdiyi ustaların Cavabdeh tikinti obyektində həmin daşları istifadə etdiklərini, Cavabdeh ona “Ç.Şahbazovla pul bölgüsündə 170 min dollar özünə götür, mən sənə həmin pulları çatdıracam” deyə təklif etdiyini, inamından sui-istifadə edərək ondan müxtəlif vaxtlarda ondan küllü miqdarda pul aldığını, bugünə kimi “verəcəm” deyə söz verdiyini, son vaxtlara kimi onunla telefon əlaqəsi olduğunu, artıq telefonu dəyişdirdiyini, onunla əlaqəsinin olmadığını qeyd edib, izahatında Cavabdeh verdiyi pulların siyahısını məhkəməyə təqdim edərək həmin siyahıda 1) Qazaxıstan daşı üçün-8.000$ 2) Gürcüstan Daşı üçün-39.070$ 3) Zakirin fəhlələrinə-5.550$ 4) Oğlumun maşın pulu-6.000$ 5) Zakirin özünə-25.138$ 6) Bakıdakı evinin pulu-335$ 7) Zakirin əvəzindən banka-1.650$ 8) Zakirin borcuna-14400$ 9) Əli (oğlu)-200$ 10) Yoldaşına-200$ 11) Ağaca və başqa sifarişinə-690$ Cəmi 101.233$ olduğunu qeyd edib, əlavə olaraq Cavabdeh son hərəkətlərindən şübhələnməyə başladığına görə onun işlədiyi tikinti obyektlərlə əlaqə yaratdığını, ona Cavabdeh İbrahim adlı şəxsdən artıqlaması ilə pul alıb, ona lazım olan daşları vermədiyinin məlum olduğunu, həmin daşları İbrahimin fəhləsi olan Gürcüstan vətəndaşının verdiyini, bu günə kimi Cavabdeh həm onun, həm də Ç.Şahbazovun inamından sui-istifadə edib aldatdığını, bu barədə ailələrinə məlumat verdiyini, cavabdehin borclu olduğu 170 min dolların iddiaçı ilə onun (Nəsibin) şərikli pulu olduğunu, Cavabdehla aralarında olan son telefon yazışmalarından bir neçəsini məhkəməyə təqdim edərək, bu məktubları ailələrinin də bildiyini, Naxçıvana gediş-gəliş çətin olduğunua görə izahatını poçt vasitəsi ilə göndərdiyini, izahatını özünün yazdığını qeyd edərək imzası ilə təsdiq etmişdir. Bundan əlavə Şahid3 “Zakir QROZNU”, “Zakir Naxçivanli”, “SAMXAL ZAKİR” adları ilə qeyd olunmuş şəxslərlə olan 11 vərəqdən ibarət telefon yazışmalarının ekran görüntüsünün surətini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, tərəflər arasında iddiaçının cavabdehə üzlük daşları göndərməsi, qarşılığında cavabdehin həmin daşların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürməsinə dair razılaşma əldə edilərək şifahi alğı-satqı müqaviləsi bağlamışdır. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələblərini nəzərə almaqla, tərəflər arasında şifahi alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Qeyd edilənlərə əsasən tərəflər arasında razılaşmanın əldə edilməsi işin mübahisəsiz halıdır. Hazırda iddiaçının Cavabdeh 170 000 (bir yüz yetmiş min) ABŞ dolları məbləğində pulun alınaraq iddiaçıya ödənilməsini tələb etməsi isə cavabdeh tərəfin iş üzrə müddət tətbiqi ilə bağlı verdiyi ərizəsinə əsas götürülərək mübahisəsiz halı olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 330.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yazılı (sadə və ya notarial) forması müəyyənləşdirilməmiş əqd şifahi bağlana bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin: 6.1-ci və 6.1.5-ci maddələrinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Qeyd olunan maddələrin mahiyyətinə əsasən fiziki və hüquqi şəxslər müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biri olaraq müəyyən edilmişdir. Belə ki, həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Beləliklə, qeyd olunan maddəyə əsasən fiziki və hüquqi şəxslərin qanuna zidd olmayan müqavilənin istənilən şərtinin müəyyən edilməsində sərbəst olmalarına təminat verilmişdir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X12 Cavabdeh 450 000 (dörd yüz əlli min) ABŞ dolları dəyərində üzlük daşları göndərmiş, cavabdeh həmin məbləğdən 270 000 (iki yüz yetmiş min) ABŞ dolları məbləği iddiaçıya ödəmiş, qalan 180 000 (bir yüz səksən min) ABŞ dollarından 10 000 (on min) ABŞ dollarına yaxın məbləğ iddiaçı tərəfindən Cavabdeh güzəşt edilmiş, nəticədə cavabdehin iddiaçıya 170 000 (bir yüz yetmiş min) ABŞ dolları məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflər arasındakı razılaşmaya əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində üzlük daşlarını cavabdehə təhvil verməyi, cavabdeh isə həmin razılaşmaya əsasən həmin üzlük daşlarının dəyərini iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan üzlük daşları cavabdehə təhvil vermiş, cavabdeh isə tərəflər arasındakı razılaşma üzrə müəyyən olunmuş şərtlər daxilində üzlük daşları əldə etməsinə, həmin daşların dəyərini iddiaçıya ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin daşların dəyərini ödəməkdən yayınmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının vəkili-nümayəndəsi Nümayəndə, on altı avqust iki min on səkkizinci ildə iddiaçı ilə cavabdehin sonuncu dəfə oturaraq ümumi hesabat apardıqlarını, son haqq-hesabı müzakirə etdiklərini və Cavabdeh 179 660 ABŞ dolları borclu qaldığının və öz əlyazmaları ilə hər iki tərəfin imzası ilə təsdiq olunduğunu və mübahisəsiz qaydada müəyyən edildiyini, iddiaçı Çingiz Şahbazovun həmin məbləğdən Cavabdeh lehinə 9660 ABŞ dolları güzəşt etdiyini və cavabdehin 170 000 ABŞ dolları borcu olduğuna dair iki tərəfin yazılı imzası ilə təsdiq olunan son hesab barədə sənədin imzalandığını qeyd etmiş, həmin hal iş materiallarına əlavə edilmiş hər iki tərəfin imzası ilə təsdiqlənən 16 avqust 2018ci il tarixli, 02 vərəqdən ibarət haqq-hesab yazısından ibarət əlyazma ilə, o cümlədən, 11 oktyabr 2023-cü il tarixli məhkəmə baxışı iclasında verilən Şahid1 və Şahid2 şahid ifadələri ilə və cavabdeh tərəfin vəsatəti əsasında dəvət edilmiş Şahid3 11 yanvar 2024-cü il tarixli məhkəmə baxışı iclası zamanı verdiyi ifadəsi ilə təsdiq edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinə verilmiş sorğu nəticəsində Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə göndərilən Cavabdeh 23 avqust 2021-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizəsinin surətində Cavabdeh qeyd etmişdir ki, biznes ortağı olmuş Şahid3 ilə X12 onunla xx.xx.2018-ci ilə kimi əməkdaşlıq etmiş, bu müddət ərzində Gürcüstan Respublikasından Çeçenistan Respublikasının Qroznı şəhərinə göndərdikləri Eklari üzlük daşının ümumi dəyəri 450 000 (dörd yüz əlli min) ABŞ dolları miqdarında olmuş, Gürcüstan Respublikasından Çeçenistan Respublikasının Qroznı şəhərinə göndərilmiş Eklari üzlük-daşının 450 000 (dörd yüz əlli min) ABŞ dollarından 270 000 (iki yüz yetmiş min) ABŞ dolları X8 nağd, qalan 180 000 (bir yüz səksən min) ABŞ dolları miqdarında Eklari üzlük daşı X5 göstərişi ilə Bakı daşı adı ilə İbrahim adlı müştəriyə vermiş, bu pula görə cavabdeh X12 olduğuna görə pulunu alıb və ya almaması barədə məlumatı yoxdur, əlavə onu deyə bilər ki, X12 onsuz həmin müştərilə ilə əlaqə saxlamış, əlavə sifarişlər qəbul etmişdir. Onun Gürcüstan Respublikasından Çeçenistan Respublikasının Qroznı şəhərinə göndərilmiş Eklari üzlük daşına görə borcu qalmamışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, cavabdeh ərizəsində iddiaçıdan həqiqətən daş aldığını inkar etmir. Cavabdeh iddiaçı ilə alğı-satqının ümumi məbləğinin 450 000 (dörd yüz əlli min) ABŞ dolları məbləğində olduğunu qəbul edir, cavabdehin notarial təsdiqli ərizəsində məlum olur ki, cavabdeh 180 000 (bir yüz səksən min) ABŞ dolları məbləğindəki daşların iddiaçının sifarişi ilə İbrahim adlı şəxsə verdiyini bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə iş üzrə cavabdehin notarial təsdiqli ərizəsində 180 000 (bir yüz səksən min) ABŞ dolları məbləğindəki daşların iddiaçının sifarişi ilə İbrahim adlı şəxsə verdiyini qeyd etməsini həmin məbləğdə göstərilən üzlük daşlarının cavabdehə iddiaçı tərəfindən göndərilməsinin təsdiqi kimi qiymətləndirir. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə iddiaçı X12 həmin hissədə iddia tələbini sübutetmə vəzifəsindən azad edilməlidir. Cavabdeh notarial təsdiqli ərizəsində qeyd olunan daşları iddiaçının sifarişi ilə İbrahim adlı şəxsə verdiyini qeyd etsə də həqiqətən də qeyd olunan məbləğdəki üzlük daşların İbrahim adlı şəxsə verildiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı da cavabdehin qeyd etdiyi halın əsaslı olmasını təsdiq edən hallar ortaya çıxmamış, şahid ifadələri əsasında mümkünlüyü təsdiq edilmiş və 02 vərəqdən ibarət haqq-hesab yazısının olduğu, tərəflərin imzasını özündə əks etdirən 16 avqust 2018-ci il tarixli əlyazma, o cümlədən, cavabdeh tərəfin vəsatəti əsasında dəvət edilmiş Şahid3 11 yanvar 2024-cü il tarixli məhkəmə baxışı iclasında verdiyi şahid ifadəsində “əvvəlki məhkəmələrdə də Zakirin dediyini yazdığını, Zakirin “Mən Çingiz dediyinə görə pulu İbrahimə vermişəm” dediyini, sonra Şahid3 gedib əlaqə yaradıb İbrahimin özünün Zakiri axtardığını öyrəndiyini, Zakirin İbrahimə pul borclu olduğunu, aldatdığını, bütün pulları, heç malı da axıra qədər vermədiyini” bildirməklə Cavabdeh notarial təsdiqli ərizəsində qeyd edilmiş 180 000 (bir yüz səksən min) ABŞ dolları miqdarında Eklari üzlük daşının X5 göstərişi ilə Bakı daşı adı ilə İbrahim adlı müştəriyə verməsini təkzib etmiş, məhkəmə tərəfindən bu hal borclunun öhdəliyin icrasından yayınması kimi qiymətləndirilmişdir. 11 oktyabr 2023-cü il tarixli məhkəmə baxışı iclasında Şahid1 ifadəsindən aydın olur ki, 2018-ci ilin yay aylarında Zakir Bakıya gələrək Çingizlə görüşmüş, həmçinin Şahid1 da Zakir və Çingizlə birlikdə olmuşdur. Bu zaman iddiaçı ona məxsus içi simli, ortası halqa-halqa, standart formalardan bir az balaca olan bloknotunu açıb aralarında olan haqq-hesabın axırıncı qalan borcunu qeyd etmiş, Zakirin Çingizə sonda 170 000 (bir yüz yetmiş min) dollar borcu qalmış, 180 000 (bir yüz səksən min)-dən 10 000 (on min)-i keçdiklərini, yerdə qalanın 170 000 (bir yüz yetmiş min) qalıq borc kimi qeyd edildiyini bildirmişdir. Zakir də “Çingiz, mən sənə keçən dəfə də dedim, mənim bir il, il yarıma qədər heç cür imkanım yoxdur nəsə etməyə. Ondan sonra mən bu problemləri bitirib borcu ödəməyə başlayanda 3-4 ilə mən bunu hissə-hissə bağlayaram” deyərək pulu verə bilməməyini Çeçenistandakı işlərinin zəif olmağı ilə əlaqələndirmişdir. Eyni zamanda 11 oktyabr 2023-cü il tarixli məhkəmə baxışı iclasında Şahid2 ifadəsindən aydın olur ki, Şahid2 Zakiri ilk dəfə oteldə görmüş, Zakirlə Çingiz onların qaldığı oteldə görüşərək oturub haqq-hesab etmiş, Zakirin Çingizə 180 000 (bir yüz səksən min) dollar verəcəyinin olduğu razılaşdırılmış, Cavabdeh “180 000 (bir yüz səksən min) dollar borcum qalıb, bu vəziyyətdəyəm deyə ödəyə bilmirəm, alacaqlarım var ala bilmirəm, işləməyə başlayacam, ən azı mənə bir il möhlət verin, bir ildən sonra hissə-hissə ödəyə bilərəm 2-3 ilə, məbləğ böyükdür, birdən-birə mən onu heç cür verə bilmərəm” deyə bildirmişdir. Beləliklə, dindirilmiş şahidlərin ifadələrində hər hansı ziddiyyət və uyğunsuzluq aşkar edilmədən, iddiaçının vəkili-nümayəndəsinin izahatı və iddia tələbi ilə üst-üstə düşdüyündən məhkəmə hesab edir ki, şahid ifadələri özlüyündə həqiqiliyinə təminat vermişdir. Sübutların həqiqiliyi dedikdə, bu sübutların məhkəmə tərəfindən şəksiz və şübhəsiz qəbul edilməsinə səbəb olan mötəbərlilik başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Mülki Prosessual qanunvericiliyə görə sübut təqdim etmə hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə məhkəmə 30 dekabr 2023-cü il tarixdə Şahid3 tərəfindən poçt vasitəsilə məhkəməyə ünvanlanmış izahat başlıqlı ifadəsinə münasibətdə bildirir ki, həmin yazılı formada tərtib edilmiş ifadədə qeyd edilənlərlə 11 yanvar 2024-cü il tarixli məhkəmə baxışı iclasında tərəfindən verilən şifahi şahid ifadəsi ilə eynilik təşkil etdiyindən, lakin şahid həmin izahat başlıqlı ifadəsində Naxçıvana gediş-gəliş çətin olduğunua görə izahatını poçt vasitəsi ilə göndərdiyini qeyd etməsinə baxmayaraq, 11 yanvar 2024-cü il tarixli məhkəmə baxışı iclasında şəxsən iştirak edərək ifadə verdiyindən məhkəmə, poçt vasitəsilə təqdim edilən yazılı ifadə ilə müqayisədə Şahid3 şifahi ifadəsinin mötəbərliliyinə təminatın daha yüksək olduğunu bildirir. Həmçinin məhkəmə, Şahid3 tərəfindən 30 dekabr 2023-cü il tarixdə poçt vasitəsilə məhkəməyə ünvanlanmış “izahat” başlıqlı ifadəsinə əlavə edilən telefon yazışmalarının və izahata əlavə edilən Cavabdeh verdiyi pulların siyahısının hazırkı mübahisə ilə əlaqəli olmadığını qeyd edərək, münasibət bildirməməyi məqsədəmüvafiq hesab edir. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Bundan əlavə qeyd olunan Qərarda həmçinin qeyd edilir ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2006-cı il tarixli qərarında vurğulamışdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən, şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi cavabdeh tərəf 180 000 (bir yüz səksən min) ABŞ dolları məbləğində daşların İbrahim adlı şəxsə verildiyini ərizəsində qeyd etsə də, həmin halı sübut edə bilmədiyindən, məhkəmə tərəfindən bu hal cavabdehin öhdəliyin icrasından yayınması kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan əlavə məhkəmə cavabdehin vəkili nümayəndəsi Vəkil3 tərəfindən ünvanlanmış iddia müddətinin tətbiqi barədə ərizənin “Əssasız varlanmadan irəli gələn hüquq və vəzifələrə dair hissədə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, iş materialları nəzərdən keçirilərək tərəflərin izahatlarına, şahid ifadələrinə və təqdim edilmiş sübutlara qiymət verildikdə müəyyən edilir ki, tərəflər arasında yaranmış mülki hüquq və vəzifələrin əmələ gəlmə əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsi ilə nəzərdə tutulmuş “Əsassız varlanma” müddəasının rəhbər tutulması əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsində əsassız varlanmaya anlayış verilmişdir. Həmin maddəyə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Yuxarıda qeyd olunan anlayışdan da göründüyü kimi məhrum olanın hesabına əmlak əldə edilməsi üçün hüquqi əsasın olmaması məcburi xarakter daşıyır. Belə ki hüquqi əsas dedikdə, hüquqa uyğun müvafiq hüquqi faktlar başa düşülür. Yəni müqavilə, qanun və s. hüquqi əsas qismində çıxış edir. Yuxarıda göstərilənlərdən fərqli olaraq isə hazırkı mübahisə üzrə yaranmış hüquq və vəzifələrin qanunvericiliklə nəzərdə tutulmuş müqavilə əsasında əmələ gəldiyini görmək mümkündür. Yəni tərəflər qarşılıqlı razılıq əsasında öz daxili iradələrini bildirərək müəyyən üsul növü seçmişdir ki, həmin növ Mülki qanunvericiliklə tənzimlənən şifahi formada bağlanılan müqavilələrə aid edilmişdir. Belə olduğu halda mübahisəli hüquq münasibəti üzrə hüquq və vəzifələr əsassız varlanmadan deyil, əqdlər üzrə yarandığından tərəflər arasında şifahi alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Bununla yanaşı tərəflər arasında müəyyən edilmiş şifahi müqavilədən alğı-satqı müqaviləsinin tərkib hissələri olan əsas elementlərdən müqavilənin tərəflərinin, predmetinin, məzmununun, o cümlədən, qiymətinin mövcudluğunu görmək mümkündür. Digər bir tərəfdən isə hazırkı mübahisə üzrə məhrum olanın hesabına əmlakının əldə edilməsi halı müəyyən edilməmişdir. Belə ki, işin hallarına nəzər saldıqda, yaranmış borc məbləğinin cavabdehin üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməməyi səbəbindən yarandığı, iddiaçının alğı-satqı müqaviləsinin şərtlərindən irəli gələn öhdəliyinə müvafiq olaraq satılması məqsədilə üzlük daşlarının cavabdeh şəxsə göndərildiyi, lakin cavabdehin müxtəlif bəhanələr gətirib borcun hissə-hissə ödəniləcəyini bildirərək güzəşt edilmiş müddət ərzində öhdəliyin icrasından boyun qaçırdığı müəyyən edilir. Bundan əlavə məhkəmə cavabdehin vəkili nümayəndəsi tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə bildirir ki, iş üzrə iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi bir tərəfdən Cavabdeh iddiaçı X8 olan borcunun inkar edilməməsi həqiqətini özündə əks etdirir. Belə ki ərizənin verilməsi ilə cavabdeh tərəf borcunun olmadığını mübahisələndirməmiş, yaranmış borc məbləği üzrə müəyyən müddət keçdiyindən, üstəlik həmin məbləği əsassız varlanma əsasında əldə edilən əmlak olaraq qiymətləndirərək iddiaçı qarşısında məsul şəxs qismində özünü qələmə verərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Bununla yanaşı məhkəmə tərəfindən təqdim edilmiş sübutlar işin hallarına uyğun olaraq qiymətləndirildikdə müəyyən edilir ki, tələb üzrə iddia müddəti keçmədiyindən iddia müddəti tətbiq edilməməlidir. Belə ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı) İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cu il tarixli qərarı) Sadalanan halları əsas götürərək şahid ifadələri qarşlıqlı əlaqələndirildikdə 2018-ci ilin 16 avqust tarixində aparılmış son haqq-hesab üzrə üzrə yaranan 170000 ABŞ dollar məbləğində borcun Cavabdeh tərəfindən iddiaçı X8 ödənilməsi üçün Cavabdeh tərəfindən bir il, il yarım güzəşt verilməsinin tələb edildiyi görünür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Qeyd olunan maddənin tələbini əsas götürərək 16 avqust 2018-ci il tarixdən 1 il müddətinə güzəşt verildiyi nəzərə alındıqda iddia müddətinin axımının 16 avqust 2019-cu ilin ertəsi gün 17 avqust 2019-cu il tarixdən başladığı müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 368-ci maddəsinə əsasən Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. 373.2-ci maddəsinə əsasən isə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Yuxarıda göstərilən müddəa əsasında 17 avqust 2019-cu il tarixdən başlanan iddia müddətinə 3 il müddət tətbiq olunduqda, 17 avqust 2022-ci il tarixə qədər iddiaçının ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olduğu müəyyən edilir. Bundan əlavə, iddiaçının vəkili-nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(078)-72/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X5 Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin olunmuş, 170000 (yüz yetmiş min) ABŞ dolları məbləğində pulun (ödəniş gününə manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq) Cavabdeh tutularaq X8 ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 579 (beş yüz yetmiş doqquz) manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı X8 ödənilməsi qət edilmişdir. İddiaçının vəkili-nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(108)-65/2022 nömrəli qərardadından görünür ki, Cavabdeh vəkili və nümayəndəsi X9 05 aprel 2022-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, e- 2(078)-72/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçı X5 iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmiş, Apellyasiya şikayəti üzrə keçirilmiş Məhkəmə baxışı iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 vəsatətlə müraciət edərək işə məhkəmə aidiyyat qaydaları pozulmaqla baxıldığından 10 fevral 2022-ci il tarixli, e-2(078)-72/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin baxılması üçün aidiyyatı üzrə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Nəticədə Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(108)-65/2022 nömrəli qərardadı ilə Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş vəsatətin təmin edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, e-2(078)-72/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, mülki işin baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmçinin, Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(108)-65/2022 nömrəli qərardadından iddiaçı X5 və iddiaçının vəkili və nümayəndəsi Nümayəndə Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə 14 oktyabr 2021-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edildiyi görünür. Belə ki, bu halın təsdiqi olaraq iddiaçının vəkili nümayəndəsi Nümayəndə tərəfindən Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə ərizə ünvanlanmışdır. Həmin ərizədən görünür ki, iddiaçının vəkili nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş, Cavabdeh 170000 (yüz yetmiş min) ABŞ dolları məbləğində (ödəniş gününə rəsmi məzənnəyə uyğun olaraq) pulun ödənilməsi və 579 (beş yüz yetmiş doqquz) manat dövlət rüsumunun alınaraq iddiaçı X6 verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati kollegiyalarının qarışıq tərkibinin xx.xx.2022-ci il tarixli, 2(102)-4970/2022 nömrəli qərarından görünür ki, İş üzrə iddiaçı X12 və vəkili Musayev X11 MR Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)- 65/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından kassasiya şikayəti verərək sözügedən qərardadın ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin xx.xx.2022-ci il tarixli, 2(102)-4970/2022 nömrəli qərarı ilə iddiaçı X5 şikayəti təmin edilməmiş, iş üzrə Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-65/2022 nömrəli 13 iyul 2022-ci il tarixli məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 2(123)-85/2022 saylı qərardadı ilə iddiaçı X5 Cavabdeh qarşı “pul” tələbi barədə məhkəmə aidiyyəti üzrə göndərilmiş iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını qərara almışdır. Qeyd edilən hallardan aydın olur ki, 17 avqust 2019-cu il tarixdən başlanan iddia müddətinə 3 il tətbiq olunduqda, 17 avqust 2022-ci il tarixə qədər iddiaçının məhkəməyə müraciət etmək hüququ olduğundan, iddiaçı 14 oktyabr 2021-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş beləliklə iddia müddətinin axımı kəsilmişdir. Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(108)- 65/2022 nömrəli qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, e- 2(078)-72/2022 nömrəli qətnaməsinin ləğv edilərək mülki işin baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməsi qərara alındığından, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati kollegiyalarının qarışıq tərkibinin xx.xx.2022-ci il tarixli, 2(102)-4970/2022 nömrəli qərarı ilə Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-65/2022 nömrəli 13 iyul 2022-ci il tarixli məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən saxlanılaraq baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilən iddia ərizəsi və ona əlavə edilən sənədlər Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(123)-85/2022 saylı qərardadı ilə geri qaytarıldığından sonuncunun yəni Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(123)-85/2022 saylı qərardadı qəbul edildiyi andan iddia müddətinin axımı yenidən başlamışdır. Belə ki, fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmədiyindən iddia müddəti xx.xx.2022-ci il tarixin ertəsi gün, xx.xx.2022-ci il tarixdən başlayaraq 3 il müddətinə xx.xx.2025-ci il tarixə qədər dövrü əhatə etdiyindən hazırkı mübahisə üzrə iddia müddətinin tətbiq edilməsi qnunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işə baxılma müddətinin keçməsi, cavabdeh tərəfin işə sonradan daxil olmasını, onun hüquq və vəzifələri müəyənləşdirilərkən işinin məhkəmə vasitəsilə ədalətli və açıq araşdırılması hüququna malik olduğunu nəzərə alaraq və cavabdeh tərəfin iş üzrə məhkəmə müdafiəsi hüququnun pozulmaması üçün edildiyini, çəkişmə prinsipinə tam əməl edildiyini, bu mərhələdən sonra cavabdeh tərəfin iş üzrə attıq müdafiə hüququnun təmin olunmaması barədə mülahizələrin gələcəkdə əhəmiyyətsiz olduğunu vurğulamaqdadır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Məhkəmə Konstitusiyanın yuxarıda göstərilən maddəsini əsas götürərək ödəniləcək məbləğin həmin günün məzənnəsi ilə milli manat ekvivalentində ödənilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2023-cü il tarixli, Ş-151 nömrəli X3 İştirak edilməməsi barədə Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında iddiaçı X12 və iddiaçının vəkilinümayəndəsi Nümayəndə iştirak edərək 400 (dörd yüz) manat məbləğində mediasiya xərci iddiaçının vəkili-nümayəndəsi tərəfindən ödənilmiş, Cavabdeh isə X3 iştirak etməmişdir. O cümlədən, hazırkı iş üzrə iddia tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 579,00 (beş yüz yetmiş doqquz) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Göstərilən hal ilə əlaqədar olaraq, məhkəmə qeyd edir ki, iddiaçının vəkili nümayəndəsi 400 (dörd yüz) manat məbləğində mediasiya xərci ödəyərək “Dövlət rüsumu haqqında” Azərbaycan Respubliası Qanununun şərtləndirdiyi şəkildə çəkdiyi xərc həddində dövlət rüsmundan azad edildiyindən, 179 (bir yüz yetmiş doqquz) manat məbləğində dövlət rüsumu ödəmiş, xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi iş materiallarına əlavə edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X3 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə” nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X3 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, 170000 (bir yüz yetmiş min) ABŞ dolları məbləğində pul (ödəniş gününə milli manat məzənnəsinə uyğun olaraq) Cavabdeh alınıb iddiaçı X8 ödənilməli, X4 keçirilməsində iştirak edən tərəf yalnız iddiaçı və onun vəkili-nümayəndəsi olduğundan iddiaçının vəkili-nümayəndəsi tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci bütünlüklə Cavabdeh alınıb iddiaçı X8 ödənilməli, o cümlədən, iddia təmin edildiyindən iddiaçının vəkili-nümayəndəsi tərəfindən ödənilmiş 179 (bir yüz yetmiş doqquz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb iddiaçı X8 ödənilməli, iddiaçının ödəməkdən azad edildiyi 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb dövlət gəlirlərinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.2 və 233.1-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi əsaslı olduğundan təmin edilsin. 170000 (bir yüz yetmiş min) ABŞ dolları məbləğində pul məbləğinin ödəniləcək günün milli manat ekvivalentində məzənnəsi ilə cavabdeh (Naxçıvan ş. Çənlibel, 28, 65. FİNxxxxxxx) Cavabdeh alınıb iddiaçı (Cəlilabad r. Dostallı kəndi. FİN-1ZZJL39) X8 ödənilsin. X4 keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci Cavabdeh alınıb iddiaçı X8 ödənilsin. İddia təmin edildiyindən iddiaçının vəkili-nümayəndəsi tərəfindən ödənilmiş 179 (bir yüz yetmiş doqquz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb iddiaçı X8 ödənilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçının ödəməkdən azad edildiyi 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb dövlət gəlirlərinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar