Məhkəmə qərarları › İş №e-2-2(123)-4/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-4/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-4/2025 20.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X12 məhkəmə iclas katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X7, cavabdeh və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Nümayəndə2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 30 yanvar 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 04 may 2021-ci il tarixli, 0405/01/SİF saylı kredit müqaviləsi üzrə 29 dekabr 2023-cü il tarixə 20000 (iyirmi min) manat əsas borc, 2325.01 (iki min üç yüz iyirmi beş manat 01 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 22325.01 (iyirmi iki min üç yüz iyirmi beş manat 01 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 52.48 (əlli iki manat 48 qəpik) manat və X11 keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 41000 (qırx bir min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********43-10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 1 ünvanında 0.0845 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10 iyun 2024-cü il tarixdə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə “Prosessual hüquq varisliyi”nə dair ərizə ünvanlayaraq ərizədə İddiaçı ASC ilə "xxxx" ASC arasında 30 noyabr 2023-cü il tarixdə tələbin güzəşti barədə müqavilə imzalandığını, həmin müqaviləyə əsasən hazırki ərizəyə əlavə edilmiş aktda qeyd edilən müştərilərlə "xxxx" ASC arasında bağlanmış olan müqavilələr üzrə bütün hüquqların, tələblərin, təminatların və üstünlüklərin İddiaçı ASC-yə ötürüldüyünü, qeyd edilən səbəbdən aktda qeyd olunan işlər üzrə "xxxx" ASC-nin hüquq varisi kimi İddiaçı ASC-nin işə cəlb edilməsini xahiş etdiklərini bildirmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, e-2-2(123)-165/2024 nömrəli qərardadı ilə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 10 iyun 2024-cü il tarixdə məhkəməyə ünvanladığı “Prosessual hüquq varisliyi”nə dair ərizə təmin edilərək, İddiaçı ASC-nin bundan sonra iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddiaçı "xxxx" ASC-nin hüquq varisi kimi prosessual hüquq varisliyi qaydasında iddiaçı qismində prosesdə iştiraka cəlb edilməsi, iddiaçı "xxxx" ASC-nin iddiaçı hüquqlarına xitam verilməsi qərara alınmışdır. 11 sentyabr 2024-cü il tarixdə Cavabdeh2 nümayəndəsi Nümayəndə2 ölüm haqqında şəhadətnamənin notarial təsdiqli surətini məhkəməyə təqdim edərək nəzərə alınmasını xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e-2-2(123)- 165/2024 nömrəli qərardadı ilə e-2-2(123)-165/2024 saylı iş üzrə icraata “tutmanın ilkin satış qiyməti 41000 (qırx bir min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********43- 10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 3 ünvanında 0.0845 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi” tələbinə dair hissədə xitam verilməsi, e-2-2(123)-165/2024 saylı işə “Cavabdeh2 04 may 2021-ci il tarixli, 0405/01/SİF saylı kredit müqaviləsi üzrə 29 dekabr 2023-cü il tarixə 20000 (iyirmi min) manat əsas borc, 2325.01 (iki min üç yüz iyirmi beş manat 01 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 22325.01 (iyirmi iki min üç yüz iyirmi beş manat 01 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 52.48 (əlli iki manat 48 qəpik) manat və X11 keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi” tələbi həcmində baxılması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, e2-2(123)-165/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 əsas borc üzrə 19.903,02 (on doqquz min doqquz yüz üç manat iki qəpik) manat, faiz borcu üzrə 2.020,23 (iki min iyirmi manat iyirmi üç qəpik) manat olmaqla, ümumilikdə 21.923,25 (iyirmi bir min doqquz yüz iyirmi üç manat iyirmi beş qəpik) manatın alınıb İddiaçı ASC-yə ödənilməsi, məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat ekspertiza xərcinin 58,92 (əlli səkkiz manat doxsan iki qəpik) manat məbləği Cavabdeh2 qalan 1,08 (bir manat səkkiz qəpik) manat məbləği isə İddiaçı ASCdən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********) ödənilməsi, təkrar məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat ekspertiza xərcinin 58,92 (əlli səkkiz manat doxsan iki qəpik) manat məbləği Cavabdeh2 qalan 1,08 (bir manat səkkiz qəpik) manat məbləği isə İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********) ödənilməsi, iddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 51 (əlli bir) manat məbləğ Cavabdeh2 alınıb İddiaçı ASC-yə ödənilməsi, iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 156,98 (bir yüz əlli altı manat doxsan səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə, yəni 98,20%-ə mütənasib olaraq 154,15 (bir yüz əlli dörd manat on beş qəpik) manat məbləği Cavabdeh2 alınıb dövlət gəlirlərinə ödənilməsi, X11 keçirilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin Cavabdeh2 alınıb İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən 10 oktyabr 2024-cü il tarixdə məhkəməyə 11 sentyabr 2024-cü il tarixli, e-2-2(123)-165/2024 saylı qərardadından şikayət verilə bilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə ərizə və şikayət ünvanlanmışdır. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(123)-165/2024 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə çıxarılmış 11 sentyabr 2024-cü il tarixli, e-2-2(123)-165/2024 saylı qərardadından şikayət verilə bilməsi üçün iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən 10 oktyabr 2024-cü il tarixdə məhkəməyə ünvanlanmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə çıxarılmış 11 sentyabr 2024-cü il tarixli, e-2- 2(123)-165/2024 saylı qərardadından verilmiş şikayətin icraata qəbul edilməsi və şikayətə prosessual müddət daxilində baxılması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(123)-165/2024 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair işi üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e-2- 2(123)-165/2024 saylı qərardadından iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilməsi, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e-2-2(123)-165/2024 saylı qərardadının ləğv edilməsi və prosessual müddət daxilində sonrakı prosessual hərəkətin yerinə yetirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi" tələbinə dair kommersiya mübahisəsi üzrə e-2-2(123)-165/2024 saylı, 04 oktyabr 2024-cü il tarixli qətnamə çıxarıldığını, qətnamədən bankın etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 tərəfindən 14 oktyabr 2024-cü il tarixdə apellyasiya şikayəti verildiyini, hal-hazırda həmin apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etdiyini bildirmiş və qeyd edilənləri nəzərə alaraq şikayətin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(123)-165/2024 saylı qərardadı ilə iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, e-2-2(123)- 165/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlərin iddiaçı "Kapital Bank” ASC-yə geri qaytarılması və Apellyasiya şikayəti verilərkən ********** saylı qəbz ilə ödənilmiş 100 AZN (Azərbaycan manatı) məbləğində dövlət rüsumunun “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən iddiaçı "Kapital Bank” ASC-yə geri qaytarılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq mövcud mübahisə üzrə Cavabdeh1 vəfat etdiyini, bu səbəbdən vəfat etmiş şəxsin vərəsələrinin müəyyənləşdirilməsi üçün müvafiq sorğuların cavabları alınanadək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi Nümayəndə2 məhkəmədə verdiyi izahatında bu hissədə icraatın dayandırılmasını xahiş etdiyini bildirərək ifadəsini bitirmişdir. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(123)-165/2024 saylı əlavə qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinin “Tutmanın ilkin satış qiyməti 41000 (qırx bir min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********43-10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 1 ünvanında 0.0845 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi” hissəsində iş üzrə icraatın Cavabdeh1 hüquq varisi müəyyən edilənək dayandırılması qərara alınmışdır. 07 yanvar 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-165/2024 saylı qətnaməsi üzrə icra vərəqəsi çıxarılmış və icra edilməsi üçün aidiyyəti üzrə Ordubad Rayon İcra və Probasiya Bölməsinə, həmçinin Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinə göndərilmişdir. 26 fevral 2025-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 tərəfindən elektron qaydada məhkəməyə “İş üzrə icraatın təzələnməsi barədə” 26 fevral 2025-ci il tarixli, 15/00063 nömrəli ərizə daxil olaraq həmin ərizədə, İpoteka qoyan Cavabdeh1 vərəsələrinin müəyyən edilməsi üçün AR NMR Ədliyyə Nazirliyinə sorğu ünvanlandığı və 26 noyabr 2024-cü il tarixli, 3-16-33-1/2-1950/2024 saylı cavab məktubu ilə Cavabdeh1 barəsində vərəsəlik işinin açılmadığının müəyyən edildiyi, daha sonra Ordubad şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyə ünvanlanmış 15/00009 saylı, 06 yanvar 2025-ci il tarixli sorğularına cavab verilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan MR, ünvan 1 ünvanında yerləşən mərhum (ipoteka qoyan) Cavabdeh1 vəfat etdiyi gündən bugünədək fərdi yaşayış evində Cavabdeh2, X8, Nümayəndə2, X3, X13 və X19 yaşamaqla əmlaka faktiki sahiblik etdiklərinin bildirildiyi qeyd olunmuş, AR Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə, AR Mülki Prosessual Məcəlləsinin 257 və 258.1-ci maddələrinə istinad edilərək Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)- 165/2024 saylı, 13 dekabr 2024-cü il tarixli qərardadı işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldığına görə ləğv edilməklə həmin hissədə də işin icraya yönəldilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-4/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraat təzələnmiş və 07 mart 2025-ci il tarixə, saat 15:05-ə məhkəmə baxışı iclası təyin edilmişdir. 03 mart 2025-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 məhkəməyə elektron qaydada 15/00164 saylı ərizə ünvanlayaraq ünvan 6 il tarixli qətnaməsinə əsasən Cavabdeh2 əsas borc üzrə 19 903,02 (on doqquz min doqquz yüz üç manat iki qəpik) manat, faiz borcu üzrə 2 020,23 (iki min iyirmi manat iyirmi üç qəpik) manat olmaqla, ümumilikdə 21 923,25 (iyirmi bir min doqquz yüz iyirmi üç manat iyirmi beş qəpik) manat alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməsi, məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat ekspertiza xərcinin 58,92 (əlli səkkiz manat doxsan iki qəpik) manat məbləğin Cavabdeh2 qalan 1,08 (bir manat səkkiz qəpik) manat məbləği isə iddiaçı "xxxx" ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********) ödənilməsi, təkrar məhkəməmühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat ekspertiza xərcinin 58,92 (əlli səkkiz manat doxsan iki qəpik) manat məbləğin cavabdeh X4 qalan 1,08 (bir manat səkkiz qəpik) manat məbləği iddiaçı "xxxx" ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********) ödənilməsi, iddiaçı tərəfindən "İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin" dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 51 (əlli bir) manat məbləğin Cavabdeh2 alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 156,98 (yüz əlli altı manat doxsan səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə, yəni 98,20%-ə mütənasib olaraq 154,15 (yüz əlli dörd manat on beş qəpik) manat məbləğinin cavabdeh X4 alınıb dövlət gəlirlərinə ödənilməsi, X11 keçirilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin Cavabdeh2 alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməsinin qət edildiyini, ünvan 6 il tarixli qərardadına əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinin "tutmanın ilkin satış qiyməti 41 000 (qırx bir min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021- ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********43-10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 1 ünvanında 0.0845 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi" hissəsində iş üzrə icraatın Cavabdeh1 hüquq varisi müəyyən edilənək dayandırıldığını, ipoteka qoyan Cavabdeh1 vərəsələrinin müəyyən edilməsi üçün AR NMR Ədliyyə Nazirliyinə sorğu ünvanlandığını və 26 noyabr 2024-cü il tarixli, 3-16-33-1/2-1950/2024 saylı cavab məktubu ilə Cavabdeh1 barəsində vərəsəlik işinin açılmadığının müəyyən edildiyini, daha sonra Ordubad şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyə ünvanlanmış 15/00009 saylı, 06 yanvar 2025-ci il tarixli sorğularına cavab olaraq ipoteka ilə yüklü edilmiş Naxçıvan MR, ünvan 1 ünvanında yerləşən, mərhum (ipoteka qoyan) Cavabdeh1 vəfat etdiyi gündən bu günədək fərdi yaşayış evində Cavabdeh2, X8, X14, X3, X9 və X19 yaşamaqla əmlaka faktiki sahiblik etdiklərinin bildirildiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə mirasın vərəsə tərəfindən qəbul edilmiş sayıldığını bildirərək Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-165/2024 saylı kommersiya mübahisəsi üzrə Cavabdeh2 və Nümayəndə2 iş üzrə faktiki vərəsə kimi cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 06 mart 2025-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 məhkəməyə elektron qaydada 15/00217 saylı ərizə ünvanlayaraq ünvan 7 üzrə 26 fevral 2025-ci il tarixli, 15/00063 saylı və 03 mart 2025-ci il tarixli, 15/00164 saylı ərizələrində qeyd etdiyi e-2- 2(123)-164/2024 iş nömrəsinin təqvim ilinin dəyişməsi ilə əlaqədar olaraq verilmiş yeni iş nömrəsi, yəni e-2-2(123)-4/2025 iş nömrəsi kimi nəzərə alınmasını xahiş etmişdir. 07 mart 2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 vərəsələri Cavabdeh2 və Nümayəndə2 iş üzrə faktiki vərəsə kimi cəlb edilməsi ilə Nümayəndə2 iş üzrə cavabdeh qismində işə cəlb edilməsi qərara alınmışdır. 22 aprel 2025-ci il tarixli və 30 aprel 2025-ci il tarixli məhkəmə iclaslarında cavabdeh və cavabdehin nümayəndəsi Nümayəndə2 bu işlə bağlı xx.xx.2023-cü ildə İqtisadi İnkişaf Nazirliyində görüşlərdə olduğunu, bu işlə bağlı İqtisadi İnkişaf Nazirliyi ilə Naxçıvan Bankın çağırılmasını istədiyini, onların Kapital Bankdan pul götürmədiyini, onlara pulu ayıranın İqtisadi İnkişaf Nazirliyi olduğunu, nu pulu nə üçün veriblər, nədən istifadə üçün veriblər, hansı məqsədlə veriblər onların bildiyini, Bankın müddətin artırılması ilə bağlı onlara kağız təqdim etdiyini, onun pulu ödəyə bilməməyimin səbəbini, bağları sala bilməməyimin səbəbini açıqlamasını verdiyini, bunu video fakt ilə sübut edə biləcəyini, bunun üçün məhkəmənin vaxt təyin etməsini istədiyini, onların bu pulu ödəyə bilməməsilə bağlı razılaşmadığını, onlara səbəb yaratdıqlarını, İqtisadi İnkişaf Nazirliyinin dindirilməsini istədiyini, ona bu pulu ayırıbsa, bu bağı sala biləcəydisə, sala bilməmişdisə bunun səbəbinin nə olduğunu soruşduğunu, onun burada səbəbkar olmadığını, bağı saldığını, 2024-cü ildə bağ saldığını, 1 ilə onun o pulu necə ödəyəcəyini soruşduğunu, 2023-cü ildə bağın salınması ilə bağlı sənəd verdiklərini, 6 aya ağac meyvə gətirərmi deyə soruşduğunu, onların-sahibkarların biznes qurmaqda hansısa ailələri bu işə cəlb eləməklə pul götürdüklərini ki, bu sahibkarlığı artırsınlar, böyütsünlər, bu gün Ordubadda 10 minlərlə ağac əkməyinin hansısa Konserv Zavodunun, hansısa MMC-lərin artımı ilə bağlı olduğunu, 2021-ci ilə bağ salmağı ilə bağlı götürəcəyi pulla onun hesabına 52 min 500 manat biznes planının hazırlandığını, bu haqda da məlumat verdiyini, İqtisadi İnkişaf Nazirliyinin onlara verdiyinin 20 min manat olduğunu, yerdə qalan 52 min 500 manatın 32 min 500 manat olmaq şərti ilə öz büdcəsindən qoyduğunu, onun yerinə 2022-ci ildə Naxçıvan Bank və İqtisadi İnkişaf Nazirliyinin Baxış keçirdiklərini ki, onun 49 min manat pul xərclədiyini, ona bağların salınmasına imkan verilmədiyini, 2023-cü ilin dekabr ayında artıq ona ağac əkilməyi üçün şərait yaradıldığını, sənəd verildiyini, onun 2023-cü ilin dekabr ayında bağı saldığını və müraciət etdiyini ki, onların bağı bu il saldıqlarını, yəni 2023-cü ildə saldıqlarını, ağacın bar vermə müddətinin olmalı olduğunu, bu adam əgər 2023-cü ildə bağ salırsa, 4 günə ağacdan meyvə yığacayıqmı deyə soruşduğunu, o 2023-cü ildə meyvə salıbsa, 2023-cü ilin yanvar ayı onu necə məhkəməyə verdiklərini soruşduğunu, 2023-cü ilin yanvar ayında o bağ salmaya-salmaya onu necə məhkəməyə verdiklərini soruşduğunu, bununla bağlı İqtisadi İnkişaf Nazirliyinə, Naxçıvan Banka, Ali Məclisə və başqa orqanlara müraciət etdiyini, onun bunları eləyib-eləmədiyi ilə bağlı sorğu verəcəyini, onun niyə bağları sala bilmədiyini, onun niyə 8 min ağac gətirib əlində qurutduğunu, 1 ay bundan qabaq Türkiyədən 3 min ağac gətirdib bağ saldığını, hər il 3 min-5 min ağac saldığını, Ali Məclis, Nazirlər Kabineti və Ekologiya Nazirliyinin yoxlama keçirtdiyini, bunla bağlı akt da tərtib edildiyini, 15 min 194 ağac var ki onun bunu Ordubada pay verdiyini, onun bir sahibkar kimi Ordubada nə etdiyini bildiyini, bunların tək onun üçün deyil bütün Naxçıvan Muxtar Respublikası üçün olduğunu, onun 2023-cü ildə bağ saldığını, 2023-cü ilin yox, 2022-ci ilin fevral ayında onu məhkəməyə verdiklərini, bunun necə ola biləcəyini soruşduğunu, onun bağ sala bilməməyilə bağlı əlində sənədi ola-ola necə ola bilər ki, onu məhkəməyə verdiklərini soruşduğunu, o sənədi məhkəməyə verdiyini, gələn məhkəmə iclasında bütün sənədlərini təqdim edəcəyini, onun dəfələrlə İqtisadi İnkişaf Nazirliyinin işə cəlb olunmasını xahiş etsə də, təmin edilmədiyini, onun onların iştirak etməmələrinə narazı olduğunu, dəfələrlə də dediyini, iştirak etmələrini tələb etdiyini, onun onlardan soruşacaq suallarının olduğunu, hal-hazırda da İqtisadi İnkişaf Nazirliyindən gəldiyini, vaxtın 15-20 gün müddət uzadılmasını məhkəmədən xahiş etmələri qərarına gəldiklərini, onların Kapital banka məktubu əsasında qrafikə bölünməsini, çünki əsassız səbəb tapdıqlarını, 2021-ci ilin may ayından bağ salınma ilə bağlı onun onlardan niyə indiyə qədər onun yerinə monitorinq keçirmədiklərini soruşduğunu, əgər o bağı salmamışdırsa və ya sala bilmirdisə, 6 aydan, 9 aydan bir monitorinq keçirməli olduqlarını, çünki bunlarda onun niyə sala bilmədiyinin səbəbinin olduğunu, onda torpaq sənədləri əlində olmadığını, indi müddətin uzadılması barədə razılığa gəldiklərini, məktub əsasında Kaiptal Banka bu müddətin uzadılması və ya uzadılmaması barədə bildirilməsini, İqtisadi İnkişaf Nazirliyinin dayandırılmasını və qrafikə bölünməsini bildirdiyini, ona “get Kapital Banka müddətin uzadılması ilə bağlı məktub yaz. Bu məktubu onlar bizə göndərəcəklər ki sahibkar bu şeyi istəyir. Biz də rəyimizi verəcəyik” dediklərini, onların 15-20 gün ərzində rəyin veriləcəyini dediklərini bildirmişdir. 20 may 2025-ci il tarixli məhkəmə iclasında izahatlar......................................................... Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən gəlməmiş tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məslələri üzrə Dövlət Komitəsi, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, MH seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Naxçıvan MR, ünvan 1 ünvanında olan fərdi yaşayış evi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 19/6 nömrəli reyestr kitabının 1085 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində Arayışdan görünür ki, Cavabdeh1 məxsus Naxçıvan MR, ünvan 1 ünvanında 0.0845 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 235.58 kv.m, yaşayış sahəsi 86.83 kv.m, yardımçı sahə (köməkçi sahə) 148.75 kv.m olan 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 19/6 nömrəli reyestr kitabının 1085 nömrəli vərəqində qeydiyyata alınmış, eyni zamanda xx.xx.2021-ci il tarixinə olan məlumata əsasən həmin əmlaka dair məhdudiyyət və yüklülük qeydə alınmamışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** qeydiyyat nömrəli ərizə üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixdə verilmiş elektron təsdiqetmə bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən göndərilmiş bildiriş qeydiyyata alınmış, 15 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Xidmət haqqının ödənilməsinə dair müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli sənəd üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin elektron təsdiqetmə bildirişindən görünür ki, 36 AZN məbləğində xidmət haqqı ödənilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** qeydiyyat nömrəli ərizə üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixdə verilmiş elektron təsdiqetmə bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən göndərilmiş bildiriş qeydiyyata alınmış, 15 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Xidmət haqqının ödənilməsinə dair müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli sənəd üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin elektron təsdiqetmə bildirişindən görünür ki, 36 AZN məbləğində xidmət haqqı ödənilmişdir. 04 may 2021-ci il tarixli, 1 saylı İpoteka müqaviləsindən görünür ki, bu müqavilə borc alan Cavabdeh2, ipoteka qoyan Cavabdeh1 və ipoteka saxlayan X21 arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 0405/01/SİF saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.1-ci bəndindən görünür ki, İpoteka predmeti ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 235.58 kv/m, yaşayış sahəsi 86.83 kv/m, yardımçı sahəsi 148.75 kv/m olan 5 otaqlı fərdi yaşayış evidir. 2.3-cü bəndindən görünür ki, İpoteka predmetinin dəyəri “ipoteka qoyan”-ın və “ipoteka saxlayan”-ın razılığına əsasən 41000 manat 00 qəpik (qırx bir min manat sıfır qəpik) manat məbləğində müəyyən edilmişdir. 3.2-ci bəndindən görünür ki, öhdəliyin ölçüsü (məbləği): illik 5 faiz dərəcəsi ilə verilmiş 20000 manat 00 qəpik (iyirmi min manat sıfır qəpik) kredit məbləğidir. 9.1-ci bəndindən görünür ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi anında ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. 24 yanvar 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi tərəfindən e-2-2(123)-4/2025 saylı məktubla Ordubad Rayon İcra Hakimiyyətinin Ordubad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə müraciət edilərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə e-2-2(123)-4/2025 saylı kommersiya mübahisəsinə dair iş üzrə ipoteka ilə yüklü edilmiş Naxçıvan MR, ünvan 1 ünvanında 0.0845 ha torpaq sahəsində yerləşən **********43-10301 reyestr nömrəli fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh1 vəfat etməsi nəticəsində 30 mart 2022-ci il tarixli, 802026 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin məhkəməyə təqdim edildiyi, 30 mart 2022-ci il tarixli, 802026 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən Cavabdeh1 22 fevral 2022-ci il tarixdə ölmüş olduğunun, bu barədə ölüm haqqında akt qeydləri kitabında 30 mart 2022ci il tarixdə 68 № ilə qeyd edildiyinin müəyyən olunduğu, nəticədə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-165/2024 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinin “Tutmanın ilkin satış qiyməti 41000 (qırx bir min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021- ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********43-10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 1 ünvanında 0.0845 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi” hissəsində iş üzrə icraatın Cavabdeh1 hüquq varisi müəyyən edilənək dayandırılmasının qərara alındığı bildirilmiş və qeyd olunanlara əsasən icraatı dayandırılmış e-2-2(123)-4/2025 saylı iş üzrə (Naxçıvan MR, ünvan 1 ünvanında qeydiyyatda olmaqla 22 fevral 2022-ci il tarixdə ölmüş) ipoteka ilə yüklü edilmiş əmlakın mülkiyyətçisi Cavabdeh1 hüquq varisləri barədə məlumatı özündə əks etdirən müvafiq arayışın Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə təqdim olunması xahiş olunmuşdur. Eyni zamanda, 24 yanvar 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi tərəfindən e-2-2(123)-4/2025 saylı məktubla Ordubad rayon Notariat Ofisinə müraciət edilərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə e-2-2(123)-4/2025 saylı kommersiya mübahisəsinə dair iş üzrə ipoteka ilə yüklü edilmiş Naxçıvan MR, ünvan 1 ünvanında 0.0845 ha torpaq sahəsində yerləşən **********43-10301 reyestr nömrəli fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh1 vəfat etməsi nəticəsində 30 mart 2022-ci il tarixli, 802026 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin məhkəməyə təqdim edildiyi, 30 mart 2022-ci il tarixli, 802026 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən Cavabdeh1 22 fevral 2022-ci il tarixdə öldüyünün, bu barədə ölüm haqqında akt qeydləri kitabında 30 mart 2022-ci il tarixdə 68 № ilə qeyd edildiyinin müəyyən edildiyi, nəticədə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-165/2024 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinin “Tutmanın ilkin satış qiyməti 41000 (qırx bir min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021- ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********43-10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 1 ünvanında 0.0845 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi” hissəsində iş üzrə icraatın Cavabdeh1 hüquq varisi müəyyən edilənək dayandırılmasının qərara alındığı bildirilmiş və qeyd olunanlara əsasən icraatı dayandırılmış e-2-2(123)-4/2025 saylı iş üzrə (Naxçıvan MR, ünvan 1 ünvanında qeydiyyatda olmaqla 22 fevral 2022-ci il tarixdə ölmüş) ipoteka ilə yüklü edilmiş əmlakın mülkiyyətçisi Cavabdeh1 dair vərəsəlik işlərinin açılıb-açılmaması barədə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə məlumatın verilməsi xahiş olunmuşdur. 18 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Ordubad rayon Notariat Ofisinin 11 fevral 2025-ci il tarixli, 6 saylı məktubundan görünür ki, 22.02,2022-ci il tarixdə vəfat etmiş Cavabdeh1 adına Ordubad rayon Notariat Ofisində vərəsəlik işi açılmamışdır. 20 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Ordubad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 19 fevral 2025-ci il tarixli, 5-25-1/2-16/2025 saylı arayışdan görünür ki, Cavabdeh1 həqiqətən ünvan 1 ünvanında qeydiyyatda olmuş və xx.xx.2022 -ci il tarixdə vəfat etmişdir və onun aşağıda göstərilən tərkibdə varisləri vardır: 1. Əri: X15- vəfat edib. 2. Qızı: X16 – xx.xx.1947-ci il təvəllüd. 3. Oğlu: X22- xx.xx.1949-cu il təvəllüd. 4. Qızı: X10- vəfat edib. 5. Oğlu: X17- xx.xx.1957-ci il təvəllüd. 6. Oğlu: X31- xx.xx.1958-ci il təvəllüd. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, 04 may 2021-ci il tarixdə borc alan Cavabdeh2, ipoteka qoyan Cavabdeh1 və ipoteka saxlayan X21 arasında 1 saylı İpoteka müqaviləsi bağlanmışdır. Həmçinin 18 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Ordubad rayon Notariat Ofisinin 11 fevral 2025-ci il tarixli, 6 saylı məktubundan görünür ki, 22.02,2022-ci il tarixdə vəfat etmiş Cavabdeh1 adına Ordubad rayon Notariat Ofisində vərəsəlik işi açılmamış və 20 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Ordubad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 19 fevral 2025-ci il tarixli, 5-25-1/2- 16/2025 saylı arayışdan görünür ki, Cavabdeh1 həqiqətən ünvan 1 ünvanında qeydiyyatda olmuş və xx.xx.2022 -ci il tarixdə vəfat etmişdir və əri: X15, qızı: X16, oğlu: X22, qızı: X10, oğlu: X17 və oğlu: X18 onun varisləridir. Beləliklə, hazırki vəziyyətdə tərəflər arasında ipoteka müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş və ipoteka qoyan Cavabdeh1 vəfat etdiyindən ona qarşı yönələn tələb onun varislərinə qarşı yönəlmişdir. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Belə ki, həmin Məcəllənin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 271.2-ci maddəsinə əsasən girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 4.1.1-ci və 4.1.2-ci maddələrinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc və faizlər də daxil edilməklə tam həcmdə təmin edilir. 4.1 və 4.1.4-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 47.5-ci maddəsinə əsasən İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Beləliklə, iddiaçının pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə əsas borc və ona hesablanmış faizlərin ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 41000 (qırx bir min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********43-10301 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ ilə mərhum Cavabdeh1 məxsus olmuş, Cavabdeh1 vəfat etdiyi gündən bugünədək Cavabdeh2, X2, Nümayəndə2, X1, X5 və X6 fərdi yaşayış evində yaşamaqla əmlaka faktiki sahiblik etdikləri Naxçıvan MR, ünvan 1 ünvanında 0.0845 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsini tələb etmək hüququ vardır. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********43-10301 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ ilə mərhum Cavabdeh1 məxsus olmuş, Cavabdeh1 vəfat etdiyi gündən bugünədək Cavabdeh2, X2, Nümayəndə2, X1, X5 və X6 fərdi yaşayış evində yaşamaqla əmlaka faktiki sahiblik etdikləri Naxçıvan MR, ünvan 1 ünvanında 0.0845 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evin ilkin satış qiyməti tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən 41000 (qırx bir min) manat dəyərində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi əsaslı olduğundan təmin olunmalı, İddiaçı ASC-nin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddia tələbinin qismən təmin edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-165/2024 nömrəli qətnaməsində qeyd olunan “Cavabdeh2 əsas borc üzrə 19.903,02 (on doqquz min doqquz yüz üç manat iki qəpik) manat, faiz borcu üzrə 2.020,23 (iki min iyirmi manat iyirmi üç qəpik) manat olmaqla, ümumilikdə 21.923,25 (iyirmi bir min doqquz yüz iyirmi üç manat iyirmi beş qəpik) manatın alınıb İddiaçı ASC-yə ödənilməsi, məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat ekspertiza xərcinin 58,92 (əlli səkkiz manat doxsan iki qəpik) manat məbləğin Cavabdeh2 qalan 1,08 (bir manat səkkiz qəpik) manat məbləğin isə İddiaçı ASCdən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********) ödənilməsi, təkrar məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat ekspertiza xərcinin 58,92 (əlli səkkiz manat doxsan iki qəpik) manat məbləğin Cavabdeh2 qalan 1,08 (bir manat səkkiz qəpik) manat məbləğin isə İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********) ödənilməsi, iddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 51 (əlli bir) manat məbləğin Cavabdeh2 alınıb İddiaçı ASC-yə ödənilməsi, iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 156,98 (bir yüz əlli altı manat doxsan səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə, yəni 98,20%-ə mütənasib olaraq 154,15 (bir yüz əlli dörd manat on beş qəpik) manat məbləğinin Cavabdeh2 alınıb dövlət gəlirlərinə ödənilməsi, X11 keçirilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin Cavabdeh2 alınıb İddiaçı ASC-yə ödənilməsi” tələbi ödənilmədiyi təqdirdə tutma ilkin satış qiyməti 41000 (qırx bir min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********43-10301 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ ilə mərhum Cavabdeh1 məxsus olmuş, Cavabdeh1 vəfat etdiyi gündən bugünədək Cavabdeh2, X2, Nümayəndə2, X1, X5 və X6 fərdi yaşayış evində yaşamaqla əmlaka faktiki sahiblik etdikləri Naxçıvan MR, ünvan 1 ünvanında 0.0845 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı ASC-nin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddia tələbinin qismən təmin edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, e-2-2(123)- 165/2024 nömrəli qətnaməsində qeyd olunan “Cavabdeh2 əsas borc üzrə 19.903,02 (on doqquz min doqquz yüz üç manat iki qəpik) manat, faiz borcu üzrə 2.020,23 (iki min iyirmi manat iyirmi üç qəpik) manat olmaqla, ümumilikdə 21.923,25 (iyirmi bir min doqquz yüz iyirmi üç manat iyirmi beş qəpik) manatın alınıb İddiaçı ASC-yə ödənilməsi, məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat ekspertiza xərcinin 58,92 (əlli səkkiz manat doxsan iki qəpik) manat məbləğin Cavabdeh2 qalan 1,08 (bir manat səkkiz qəpik) manat məbləğin isə İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********) ödənilməsi, təkrar məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat ekspertiza xərcinin 58,92 (əlli səkkiz manat doxsan iki qəpik) manat məbləğin Cavabdeh2 qalan 1,08 (bir manat səkkiz qəpik) manat məbləğin isə İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********) ödənilməsi, iddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 51 (əlli bir) manat məbləğin Cavabdeh2 alınıb İddiaçı ASC-yə ödənilməsi, iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 156,98 (bir yüz əlli altı manat doxsan səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə, yəni 98,20%-ə mütənasib olaraq 154,15 (bir yüz əlli dörd manat on beş qəpik) manat məbləğinin Cavabdeh2 alınıb dövlət gəlirlərinə ödənilməsi, X11 keçirilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin Cavabdeh2 alınıb İddiaçı ASC-yə ödənilməsi” barədə qanuni qüvvəsin almış Qətnaməsi üzrə qət edilənlər ödənilmədiyi təqdirdə tutma ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********43-10301 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ ilə mərhum Cavabdeh1 məxsus olmuş, Cavabdeh1 vəfat etdiyi gündən bugünədək Cavabdeh2 və Nümayəndə2 fərdi yaşayış evində yaşamaqla əmlaka faktiki sahiblik etdikləri Naxçıvan MR, ünvan 1 ünvanında 0.0845 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilsin. Mülkiyyət hüququ mərhum Cavabdeh1 məxsus olmuş, Cavabdeh1 vəfat etdiyi gündən bugünədək Cavabdeh2 və Nümayəndə2 fərdi yaşayış evində yaşamaqla əmlaka faktiki sahiblik etdikləri Naxçıvan MR, ünvan 1 ünvanında 0.0845 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 41000 (qırx bir min) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh2 İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğ, ipoteka predmeti olan əmlakın mülkiyyətçisi cavabdeh mərhum Cavabdeh1 vəfat etdiyi gündən bugünədək fərdi yaşayış evində yaşamaqla əmlaka faktiki sahiblik edən və işə faktiki vərəsə kimi cəlb edilmiş cavabdehlər Cavabdeh2 və Nümayəndə2 qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar