Məhkəmə qərarları › İş №e-2-2(123)-404/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-404/2025

27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-404/2025 27.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədovun sədrliyi, X9 məhkəmə iclas katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər X4, Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti və onun səlahiyyətli nümayəndəsi Nümayəndə 01 sentyabr 2025-ci tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlər X1, Cavabdeh1dan və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 12491,72 manat məbləğində əsas borcun, 1982,54 manat məbləğində faiz borcunun, 983,64 manat məbləğində cərimə borcunun cəmi 15457,9 manat borcun və 139 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və onun səlahiyyətli nümayəndəsi Nümayəndə ərizəsində cavabdeh X5 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bankın Borcluya 36 ay müddətinə, illik 24% olmaqla 20300 manat məbləğində kredit verdiyini, hazırda borclunun “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayındığını və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini, kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bankın pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə biləcəyini, iddia ərizəsinə iddiaçının tələbinin sübutu kimi kredit müqaviləsinin, ödəniş cədvəlinin, pulun kredit alana verilməsini təsdiq edən sənədin (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surətinin, borc barədə maliyyə arayışının, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsinin, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarışın, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarışın əlavə edildiyini qeyd etmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci, 472.2-ci, 501-ci, 449.4-cü, 465.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad etmişdir. İddia ərizəsinə etiraz daxil olmamışdır. İddiaçının nümayəndəsinin xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. 27 fevral 2026-cı il tarixdə, saat 12:05-də keçirilən məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli, ********** nömrəli Mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti X12 vasitəsilə 139,00 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bank hesabının açılması üçün ərizədən görünür ki, 23 dekabr 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası ünvan 1 ünvanında yaşayan X2 adına bank hesabının (hesabın adı və nömrəsi: Cari hesab-3821000MK477173A89C) açılmasına icazə verilmişdir. xx.xx.2022-ci il tarixli MK/47717/89/3 saylı kredit sazişindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında müqavilə bağlanmaqla cavabdehə əsas vəsaitlərin alınması məqsədilə 36 (otuz altı) ay müddətinə illik 24 % olmaqla 20300 (iyirmi min üç yüz manat, sıfır qəpik) manat məbləğində bankın öz vəsaiti hesabına kredit verilmişdir. Həmin müqavilənin: Kredit şərtləri adlanan bölməsinin 1-ci bəndindən görünür ki, tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflərin arasında Müqavilədən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı şərtlər İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2014-cü il tarixli Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri ilə müəyyən olunur. Şərtlər bu Sazişin ayrılmaz tərkib hissəsi sayılır. Kredit şərtləri adlanan bölməsinin 2-ci bəndindən görünür ki, tərəflər bu sazişdə Şərtlərdən fərqlənən, onu tamamlayan və konkredtləşdirən ayrı-ayrı şərtlərin tətbiqini istisna edən şərtlər barədə razılığa gələ bilərlər. Tərəflərin bilavasitə bu Saziş ilə razılaşdıqları şərtlərə Şərtlərə nisbətən üstünlük verilir. Kredit şərtləri adlanan bölməsinin 3-cü bəndindən görünür ki, tərəflər bu Sazişi imzalamaqla təsdiq edirlər ki, bütövlükdə müqavilə, xüsusən də Şərtlərlə tanışdırlar, onların şərtləri ilə razıdırlar və bu Şərtlər kağız daşıyıcıda onlara təqdim edilmişdir. Tərəflər və rekvizitlər adlanan bölməsindən görünür ki, müştəri qismində X5 (AA3980180, VÖEN:**********, Naxçıvan Muxtar Respublikası, ünvan 1), zamin qismində isə Cavabdeh1 (AZE********, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Şərur şəhəri, Səməd Vurğun, mənzil 16) və Cavabdeh2 (AA*******, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 84-cü küçə, ev 39B) bu müqaviləni imzalamışdırlar. xx.xx.2022-ci il tarixli **********935 nömrəli Ödəniş tapşırığından görünür ki, 20300 (iyirmi min üç yüz) manat məbləğində vəsait X4 məxsus cari hesaba köçürülmüşdür (Hesab nömrəsi:AZ83JBBK**********1475813A89). İş mareterillarına əlavə edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 23 avqust 2014-cü ildə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Müştərilərlə Kreditləşmə və Xidmət Şərtləri müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müştərilərlə kreditləşmə və xidmət şərtləri İddiaçı ASC-nin müştərilərlə münasibət sahəsində olan çoxillik təcrübəsi nəticəsində formalaşmış, istisnasız olaraq hər bir müştərisinə münasibətdə tətbiq üçün nəzərdə tutulan elə şərtlərdir ki, bank tərəfindən həmin sahədə tətbiq edilən bütün məhsullar üzrə ümumi şərtləri, tərəflərin hüquq və vəzifələrini habelə müqavilə münasibətlərinin ümumi şərtlərini müəyyən edir və tərəflər arasında gələcəkdə bağlanacaq əqdlərin ayrılmaz tərkib hissəsi olmaqla onların əsasını təşkil edir. Şərtlərdə həm bütün gələcək əqdlər (kredit sazişləri, rzaılaşmalar və s.) üçün ümumi, həmçinin ayrı-ayrı məhsullar üçün xüsusi şərtlər müəyyən edilir. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən müqaviləyə əsasən bank müştəriyə kredit verməyi, kredit xətləri açmağı, müştəri isə müqavilə üzrə müəyyən olunmuş şərtlərlə və qaydada kreditlərdən istifadə etməyi və kreditlər qaytarmağı, habelə kreditlərdən istifadəyə görə banka faizlər (komisyon haqlar) ödəməyi girov qoyan və /və ya zamin isə müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada öhdəliyin icrasını təmin etməyi öhdələrinə götürürlər. 3.1-ci bəndinə əsasən nağd pul krediti, müqavilə ilə müəyyən olunan şərtlər müştəri tərəfindən icra edildikdən, kənar maliyyələşdirmə olduqda isə kredit vəsaitləri bankın sərəncamına verildikdən sonra bank tərəindən müştərinin müvafiq kredit sazişi ilə müəyyənləşdirilən cari hesabına köçürülmə yolu ilə verilir. 3.3-cü bəndinə əsasən müqavilə üzrə verilmiş nağd pul krediti və ona hesablanmış faizlər ödəniş cədvəlinə əsasən müştəri tərəfindən banka nağd və ya köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılır. Xidmət şərtlərinin xüsusi hissəsi və kredit sazişlərində göstərilən hallarda ödəniş cədvəli həmçinin digər kredit növləri üzrə də tərtib edilə bilər. 3.4-cü bəndinə əsasən faizlər kreditin verilmə tarixinədən kreditin tam məbləğdə faktiki qaytarılan günədək kredit sazişi ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğində aylıq 30, illik isə 360 gün hesabı ilə gündəlik olaraq hesablanır. 3.8-ci bəndinə əsasən kredit üzrə müştəri tərəfindən ödənilən məbləğ, əgər bu Şərtlərin Xüsusi hissəsində hər hansı kredit məhsulu üzrə fərqli qayda müəyyən edilməmişdirsə, ilk növbədə banka dəyən zərərin, sonra hesablanmış cərimənin, komisyon haqların, kredit üzrə hesablanmış faizlərin, ən nəhayət kreditlərin ödənilməsinə yönəldilir. Bank bu bənddə göstərilən, ödənilən məbləğlərin yönəldilməsi ardıcıllığından fərqli ardıcıllıq müəyyən edə bilər. 6.1-ci bəndinə əsasən müştərinin bank qarşısında olan öhdəliklərinin təmin edilməsi üçün müştəri predmeti, qiyməti və rekvizitləri Kredit saziş(lər)ində göstərilən girov predmetini bankın xeyrinə girovla yüklü edir. 7.2.1-ci bəndinə əsasən hesabında olan kredit məbləğinin nağd və ya köçürmə yolu ilə ona çatdırılmasını, aylıq ödənişlərin təsdiqi barədə sənədlərin təqdim edilməsini bankdan tələb etmək müştərinin hüququdur. 7.2.2-ci bəndinə əsasən kredit xətlərindən birdəfəlik və ya hissə-hissə istifadə etmək müştərinin hüququdur. 7.2.10-cu bəndinə əsasən verilmiş krediti qəbul etmək və kreditdən yalnız bu müqavilə ilə müəyyən olunan məqsədlər üçün istifadə etmək müştərinin vəzifəsidir. 7.4.1-ci bəndinə əsasən müştəri müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə bankın ilk tələbi ilə zaminliklə təmin edilmiş öhdəliyi dərhal icra etmək zaminin vəzifəsidir. 8.1-ci bəndinə əsasən müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidirş 8.3-cü bəndinə əsasən nəzərdə tutulmuş cərimələr və zərərin əvəzinin ödənilməsi müştərini müqavilə üzrə əsas öhdəliklərin (əsas borc, hesablanmış faiz və komisyon haqqı məbləğlərinin və digər ödənişlərin) icrasından azad etmir. 23 dekabr 2022-ci il tarixli Bank hesab Müqaviləsindən görünür ki, bir tərəfdən bundan sonra “Bank” adlandırılan, İddiaçı Açıq Səhmdar Cəmiyyəti etibarnamə əsasında “Neftçilər” filalının direktoru V.İ.Fərəcov şəxsində və digər tərəfdən bundan sonra müştəri adlandırılan X5 bu Müqaviləni bağlamışdırlar. Həmin müqavilənin: 3.2-ci bəndinə əsasən bank hesablarının rekvizitləri bank tərəfindən kağız və ya elektron daşıyıcılarda müştəriyə verilir. 4.1.1-ci bəndinə əsasən bank hesabına pul vəsaitinin qəbul edilməsinə və hesaba salınmasına, hesabdan müvafiq məbləğlərin köçülülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair banka sərəncamlar vermək müştərinin hüququdur. 4.2.1-ci bəndinə əsasən bank xidmətlərinin haqqını bankın müəyyən etdiyi xidmət tarifləri və şərtləri əsaında ödəmən müştərinin vəzifəsidir. 7.1-ci bəndinə əsasən bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri qarşı tərəfə tam həcmdə ödəməlidir. 10.1-ci bəndinə əsasən bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikası məhkəmələri tərəfindən həll ediləcəkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı ASC ilə borcalan X5 arasında xx.xx.2022-ci il tarixli MK/47717/89/3 saylı kredit sazişi bağlanmış, həmin müqaviləyə əsasən Bank Borcalana əsas vəsaitlərinin alınması məqsədilə 36 (otuz altı) ay müddətinə 20300 (iyirmi min üç yüz) manat kredit verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəlik Bank tərəfindən lazımi qaydada icra olunmuş, kredit məbləğinin borcalanın hesabına köçürülməsini təsdiq edən Ödəniş tapşırığı iş materiallarına əlavə edilmişdir. Borcalan ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Beləliklə, hazırki vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin: 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İş materiallarından müəyyən edilmişdir ki, bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, cavabdeh X5 müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən borcalana borcun qaytarılması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmiş, buna baxmayaraq borcalan tərəfindən öhdəliyin icra edilməsi istiqamətində müsbət irəliləyiş olmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, bankın müştərisi X5 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə borcu əsas məbləğ üzrə borcu 12491,72 (on iki min dörd yüz doxsan bir manat, yetmiş iki qəpik) manat, faiz üzrə borcu 1982,54 (min doqquz yüz səksən iki manat, əlli dörd qəpik) manat, cərimə borcu 983,64 (doqquz yüz səksən üç manat, altmış dörd qəpik) manat təşkil etmiş, qeyd edilən hal ilə əlaqədar maliyyə arayışı iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin məhkəmə qeyd edir ki, mülki dövriyyənin sabitliyini təmin edən ən vacib prinsiplərdən biri də “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi məqsədi ilə qanunverici tərəfindən Mülki Məcəllənin 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2022-ci il tarixli MK/47717/89/3 saylı Kredit razılaşmasından aydın olur ki, Cavabdeh1 və Cavabdeh2 borclunun öhdəliklərini təmin etmək məqsədilə zamin olmuş, kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyət daşımağı və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşımağı, müqavilə üzrə kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz üzərinə götürmüşdür. Bu hal onu deməyə əsas verir ki, zamin borcalanla birlikdə kreditor qarşısında birgə məsuliyyət daşıdığından krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini də icra еtməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakteri daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birtərfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfdən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır.(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Subsidiar məsuliyyət dedikdə isə Kreditorun bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməsi nəzərdə tutulur. (MM-in 453-cü maddəsi). Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin vaxtında icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana və zaminlərə qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Beləliklə, iddiaçı pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə əsas borc, ona hesablanmış faizlərin və dəbbə borcunun ödənilməsi hissədə cavabdehlərə qarşı tələb hüququ vardır. İş materiallarında cavabdeh şəxslərin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə öz təşəbbüsü ilə məhkəməmühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin 13 oktyabr 2025-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq 21 noyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2025-ci il tarixli, 1092 saylı ekspert rəyindən görünür ki, tədqiq olunmuş hesabdan çıxarış məlumatları, maliyyə arayışı və 23 dekabr 2022-ci il tarixli, MK/47717/83/9 saylı kredit müqaviləsinə əsasən cavabdeh X3 İddiaçı ASC-yə kredit üzrə xx.xx.2025-ci il tarixə (sualda göstərilən tarix) əsas borcu 10974,88 (on min doqquz yüz yetmiş dörd manat, səksən səkkiz qəpik) manat, faiz borcu 1763,30 (bir min yeddi yüz altmış üç manat, otuz qəpik) manat olmaqla, İddiaçı ASC-yə ümumilikdə borcu 12738,18 (on iki min yeddi yüz otuz səkkiz manat, on səkkiz qəpik) manat təşkil edir. Təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırkı tədqiqatla X4 cərimə hesablanmır. 03 dekabr 2025-ci il tarixli İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş vəsatət əsasında məhkəmənin 05 dekabr 2025-ci il tarixli qərardadı ilə təyin edilmiş təkrar məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq 30 dekabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2025-ci il tarixli, 1262 nömrəli ekspert rəyindən görünür ki, rəyin təqdiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli MK/47717/89/3 nömrəli kredit sazişinin şərtlərinə əsasən X2 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2025-ci il tarixə (sual tarixi) əsas borc üzrə 12487,35 manat, faiz (24%) borcu üzrə 2006,30 manat olmaqla, ümumilikdə 14493,65 (on dörd min dörd yüz doxsan üç manat, altmış beş qəpik) manat təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsində tələb etdiyi məbləğ 12491,72 manat məbləğində kredit bоrcu və 1982,54 manat məbləğində faiz bоrcu olmaqla, ümumilikdə cəmi 14474,26 manat təşkil edir. X13 Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2025-ci il tarixli, 1092 saylı ekspert rəyindən görünür ki, əsas borcu 10974,88 (on min doqquz yüz yetmiş dörd manat, səksən səkkiz qəpik) manat, faiz borcu 1763,30 (bir min yeddi yüz altmış üç manat, otuz qəpik) manat olmaqla, İddiaçı ASC-yə ümumilikdə borcu 12738,18 (on iki min yeddi yüz otuz səkkiz manat, on səkkiz qəpik) manat təşkil etmiş, həmçinin 26 dekabr 2025-ci il tarixli, 1262 saylı ekspert rəyinə əsasən cavabdeh X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2025-ci il tarixə olan borcu (maliyyə arayışının tarixi) əsas borc üzrə 12487,35 manat, faiz borcu üzrə 2006,30 manat olmaqla, 14493,65 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, ekspert rəylərində əsas borc və faiz borcları arasında məbləğ fərqləri olduğundan həmçinin iddia tələbində göstərilən əsas borc və faiz borcunun məbləğləri ekspert rəyində göstərilən əsas borc və faiz borcunun məbləğlərindən fərqli olduğundan məhkəmə 20 noyabr 2025-ci il tarixli, 1092 saylı və 26 dekabr 2025-ci il tarixli, 1262 saylı ekspert rəyinin məhkəmə üçün məcburi olmamasını əsas götürərək belə qənaətə gəlir ki, cavabdeh X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2025-ci il tarixə olan əsas borcu 12491,72 (on iki min dörd yüz doxsan bir manat, yetmiş iki qəpik) manat, faiz üzrə borcu 1982,54 (bir min doqquz yüz səksən iki manat, əlli dörd qəpik) manat təşkil etməsi həddində qəbul edir. Bununla bağlı məhkəmə qeyd edir ki, ekspert rəyləri sübut növü kimi qəbul edilməməlidir. Məhkəmə iddiaçının cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 983,64 (doqquz yüz səksən üç manat, altmış dörd qəpik) manat cərimə məbləğinin tutulması tələbinə dair hissədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə də məhkəmə hesab edir ki, aralarında bağlanmış müqaviləyə və tələb edilən məbləğə münasibətdə 983,64 (doqquz yüz səksən üç manat, altmış dörd qəpik) manat cərimə məbləği mütənasib görünməkdədir və təmin edilməsi qanunamüvafiqdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsas borca münasibətdə 12491,72 (on iki min dörd yüz doxsan bir manat, yetmiş iki qəpik) manat, faiz borcu 1982,54 (bir min doqquz yüz səksən iki manat, əlli dörd qəpik) manat, cərimə borcu 983,64 (doqquz yüz səksən üç manat, altmış dörd qəpik) manat olmaqla, ümumilikdə borcu 15457,9 (on beş min dörd yüz əlli yeddi manat, doxsan qəpik) manat məbləğində təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia təmin edildiyindən 136,37 (yüz otuz altı manat, otuz yeddi qəpik) manat dövlət rüsumu cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, artıq ödənilmiş 2,63 (iki manat, altmış üç qəpik) manat iddiaçıya qaytarılmalıdır. Bundan əlavə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2025-ci il tarixli, 1092 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X11 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. X10 Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2025-ci il tarixli, 1262 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X11 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Nəticədə, iddia tələbi təmin edilməli, cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 12491,72 (on iki min dörd yüz doxsan bir manat, yetmiş iki qəpik) manat, faiz borcu 1982,54 (min doqquz yüz səksən iki manat, əlli dörd qəpik) manat, cərimə borcu 983,64 (doqquz yüz səksən üç manat, altmış dörd qəpik) manat olmaqla, ümumilikdə 15457,9 (on beş min dörd yüz əlli yeddi manat, doxsan qəpik) manat alınıb İddiaçı ASC-yə ödənilməli, 136,37 (yüz otuz altı manat, otuz yeddi qəpik) manat dövlət rüsumu cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, artıq ödənilmiş 2,63 (iki manat, altmış üç qəpik) manat iddiaçıya qaytarılmalı, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2025-ci il tarixli, 1092 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci, həmçinin X10 Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2025-ci il tarixli, 1262 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdehlərdən müştərək qaydada alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X11 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. (2.1.2 və 4.1-ci maddələr) Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 12491,72 (on iki min dörd yüz doxsan bir manat, yetmiş iki qəpik) manat, faiz borcu üzrə 1982,54 (min doqquz yüz səksən iki manat, əlli dörd qəpik) manat, cərimə borcu üzrə 983,64 (doqquz yüz səksən üç manat, altmış dörd qəpik) manat olmaqla, ümumilikdə 15457,9 (on beş min dörd yüz əlli yeddi manat, doxsan qəpik) manat alınıb İddiaçı ASC-yə ödənilsin. 136,37 (yüz otuz altı manat, otuz yeddi qəpik) manat dövlət rüsumu cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Artıq ödənilmiş 2,63 (iki manat, altmış üç qəpik) manat dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən İddiaçı ASC-nə qaytarılsın. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2025-ci il tarixli, 1092 nömrəli ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X11 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilsin. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2025-ci il tarixli, 1262 nömrəli ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X11 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar