Məhkəmə qərarları › İş №e-2-2(123)-407/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-407/2025

15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-407/2025 15.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədovun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı “Accessbank" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı "Accessbank” QSC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə2 elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 014R********** saylı krеdit razılaşması üzrə 26891.67 manat məbləğində krеdit bоrcu, 3290.72 manat məbləğində faiz bоrcu və 911.92 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 31094 (otuz bir min doxsan dörd) manat 31 (otuz bir) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 183.28 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı QSC ərizəsində İddiaçı QSC ilə Cavabdeh2 və zamin Cavabdeh3, Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 014L**********62 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh2 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açıldığını, bundan başqa, xx.xx.2024-cü il tarixli 014S**********01 saylı Qoşulma barədə sazişlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh4 zamin qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürdüklərini, uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2024-cü il tarixli 014R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində kredit götürdüyünü, cavabdehin uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatdığını, kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmadığını, tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 014R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edildiyini, Cavabdeh2 götürdüyü krеdit bоrcundan 3108.33 manat ödədiyini, onun 26891.67 manat məbləğində kredit borcu qaldığını, Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün kredit faizinin kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablandığını, qeyd edilənlərə əsasən kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 170 gün üçün hesablanmış faiz borcunun 3290.72 manat təşkil etdiyini, Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9cu bəndinə uyğun оlaraq bоrclunun ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməli olduğunu, xx.xx.2025-ci il tarixə 170 gün üçün hеsablanmış cərimənin 911.92 manat təşkil etdiyini, Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditorun müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malik olduğunu, Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zaminin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyünü və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıdığını, həmin müqavilənin 11.4-cü bəndinə əsasən zaminin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürdüyünü, həmin müqavilənin 11.7-ci bəndinə əsasən müqavilə üzrə verilən kreditlər barədə kredit alanın və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşımağı təsdiq və bəyan etdiyini qeyd etməklə ərizəsini əsaslandırmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 442-ci, 445.2.1-ci, 448.1-ci, 465.2-ci, 467-ci, 472.1-ci, 472.2-ci, 501-ci maddələrinə, Azərbaycan Rеspublikası Mülki Prоsеssual Məcəlləsinin 12-ci fəslinin tələblərinə istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasında Cavabdeh1 izahatında qardaşı X2 dükan işlətdiyini, pul lazım olduğu üçün kredit götürdüyünü, onun, yoldaşının və anasınında zamin olduqlarını, sonradan qardaşının işlərinin yaxşı getmədiyini, digər banklara da borclu olduğunu, bu səbəbdən xaricə gedib işləyərək borclarını ödəməyə başladığını, hazırda dükanın qardaşının qaynatası tərəfindən işlədilərək pulların ödənilməsini etdiklərini, ekspert rəyinə etitiraz etmədiyini, zamin olaraq olan borcu ödəyəcəklərini, ədalətli qərar qəbul olunmasını xahiş etdi. İddiaçı QSC nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron qaydada məhkəməyə ərizə göndərərək nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. 15 dekabr 2025-ci il tarixə, saat 12:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsini və xəbərdar edilmələri barədə sənədlərin iş materiallarında olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 21 may 2024-cü il tarixli 014L**********62 nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “Bakıxanov” filialı imza edən səlahiyyətli nümayəndəsi şəxsində bir tərəfdən, Cavabdeh2 (Şəxsiyyətini təsdiq edən sənəd: Şəxsiyyət Vəsiqəsi AZE********) VÖEN********** Kredit alan qismində, Cavabdeh3 (Şəxsiyyətini təsdiq edən sənəd: Şəxsiyyət Vəsiqəsi AA*******), Cavabdeh1 (Şəxsiyyətini təsdiq edən sənəd: Şəxsiyyət Vəsiqəsi AA3082692) zamin qismində bu müqaviləni bağlamışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən Bank Müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında Kredit Alana Uzunmüddətli kredit xətti açır. 2.7-ci bəndinə əsasən Kredit Alan hər bir Kredit üzrə Kredit borcunu, Kredit Faizini, xərcləri və başqa məsrəfləri bu Müqavilənin tələbləri nəzəra alınmaqla müvafiq Kredit Sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda Ödəniş Planına və ya Ödəniş haqları Cədvəlina uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürür. 2.13-cü bəndinə əsasən Zamin, bu Müqavilə üzrə Kredit Alanın öhdəliklərinin icrası üçün Kredit Alan ilə birgə və tam məsuliyyət daşıyır. 2.15-ci bəndinə əssasən tərəflər bu Müqaviləni bağlamaqla təsdiq və bəyan edirlər ki, üçüncü şəxlər Bank ilə qoşulma barədə razılaşma imzalamaqla zamin və girov qoyan qismində bu Müqaviləyə qoşula bilərlər. Üçüncü şəxslər qoşulma barədə saziş imzaladığı andan bu Müqavilənin tərəfi hesab olunur və tərəflərin bu Müqavilədə razılaşdıqları şərtləri tam şəkildə qəbul və təsdiq etmiş hesab olunurlar. 2.16-cı bəndinə əsasən qoşulma barədə sazişin imzalanması və yeni Zamin və (və ya) Girov Qoyanın müqaviləyə qoşulması ilə əlaqədar tərəflərin razılığının və təsdiqinin alınması tələb olunmur. Bank öz mülahizəsinə uyğun olaraq qoşulma barədə saziş imzlamaq hüququna malikdir. 2.17-ci bəndinə əsasən Kredit alan bu Müqaviləni imzalamaqla bəyan edir ki, bu Müqavilə çərçivəsində hər dəfə kredit ayrılan zaman Zamin və ya Girov qoyana məlumat verilməsinə razılıq verir. 4.1-ci bəndinə əsasən bu Müqavilə əsasında kreditin verilməsi və qaytarılması hər bir Kredit Sazişinə uyğun olaraq həyata keçirilir. 7.11-ci bəndinə əsasən faiz kreditin qalıq məbləği üzrə hər gün üçün qarant tərəfindən krediyin verildiyi tarixdən onun tam qaytarılmasınadək (qaytarıldığı gün istisna olmaqla) hesablanır. Bir gün üçün kredit faizi İFD-nin 1/360 hissəsi kimi hesablanır. 11.1-ci bəndinə əsasən Zamin, Kredit Alanın bu Müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Bank qarşısında Kredit Alan ilə birlikdə birgə məsuliyyət daşıyır. 11.2.3-cü bəndinə əsasən Zaminin əmlakı üçüncü şəxslər qarşısında yüklü deyildir və onların tələblərindən azaddır, habelə ona məxsus əmlak üzərində hər hansı həbs və ya qadağa yoxdur. 11.3-cü bəndinə əsasən Kredit Alan bu Müqavilə üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini Banka ödayə bilmədikdə, Zamin, Kredit Faizi və Bank tərəfindən Kreditin verilməsi və qaytarılması ilə əlaqədər hesablanmış istənilən məbləğlərin ödənilməsi də daxil olmaqla Kredit Alanın Müqavilə üzrə icra etmali olduğu bütün öhdəlikləri Bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. 11.4-cü bəndinə əsasən zamin Müqavilə üzrə kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz üzərinə götürür. 11.6-cı bəndinə əsasən zamin kredit alanın müqavilə üzrə öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəymiş ziyanı krediytin və kredit faizinin banka qaytarılması üçün bankın çəkdiyi məhkəmə və digər xərcləri ödəməlidir. 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, Müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. 11.8-ci bəndinə əsasən zamin maliyyə vəziyyətinə mənfi təsir edə biləcək hər bir dəyişiklik barədə banka məlumat verməlidir. 11.9-cu bəndinə əsasən zamin müqavilənin qüvvədə olduğu müddət ərzində bankın əvvəlcədən alınmış razılığı olmadan kredit ala bilməz və üçüncü şəxslərin öhdəliklərinin icrasını təmin etmək üçün zamin ola bilməz. 11.13-cü bəndinə əsasən bank məhkəməyə müraciət etməzdən əvvəl zaminə şifahi və ya yazılı bildiriş (xəbərdarlıq) təqdim etmək öhdəliyi daşımır. 13.3-cü bəndinə əsasən kredit alan təsdiq edir və razılaşır ki, bankın mühasibat sənədləri və hesabları ödənilməli olan və kredita alanın ödəyəcəyi məbləğlərə dair yeganə təsdiqedici sənəddir. 13.6-cı bəndinə əsasən kreditlə bağlı hər hansısa bir tələb, bildiriş, xəbərdarlıq və s. sənədlər bank tərəfindən digər tərəfin bu müqavilənin 14-cü bəndində göstərilən ünvanına yazılı şəkildə bildirişli sifariş məktubu ilə və ya müvafiq tərəfə elektron kanallar vasitəsilə göndərildikdə və ya ona şəxsən təqdim edildikdə kredit alana çatmış hesab olunur. Kredit alan ünvanında baş vermiş hər hansısa bir dəyişiklik barədə dərhal bankı xəbərdar etməlidir, əks halda sonuncu məlum olan ünvan üzrə göndərilmiş sənədlər kredit alana çatdırılmış hesab olunacaq. 13.9-cu bəndinə əsasən Bank məhkəməyə müraciət etməzdən əvvəl Kredit Alana, Zaminə və (və ya) Girov Qoyana yazılı və ya şifahi bildiriş (xəbərdarlıq) təqdim etmək öhdəliyi daşımır. 13.11-ci bəndinə əsasən tərəflər müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək müqavilə qüvvədədir. 18 noyabr 2024-cü il tarixli 014S**********01 nömrəli qoşulma barədə sazişdən görünür ki, imza edən səlahiyyətli nümayəndəsinin şəxsində İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “Bakıxanov” filialı və digər tərəfdən Cavabdeh4 (Şəxsiyyətini təsdiq edən sənəd: Şəxsiyyət Vəsiqəsi AA*******) 21 may 2024-cü il tarixli 014L**********62 nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsi imzalanmışdır və zamin həmin müqavilənin 2.15 və 2.16-ci bəndlərinə uyğun olaraq zamin qismində müqaviləyə qoşulmaq niyyətindədir. Müqaviləyə qoşulma barədə Sazişin 1-ci bəndinə əsasən zamin kredit alanın öhdəliklərini təmin etmək məqsədilə bu Sazişi imzalamaqla Müqaviləyə qoşulur və buna müvafiq olaraq müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanmasınadək mövcud olan, həm də Saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır. Sazişin 3-cü bəndinə əsasən zamin bu Saziş qüvvəyə mindiyi andan etibarən Müqavilənin tərəfi hesab olunur və Sazişi imzalamaqla razılaşdırılmış bütün şərti oxuduğunu, şərtləri başa düşdüyünü, o cümlədən həmin şərtlərlə razı olduğunu və şərtləri, bütün bəyanat və razılıqları tam şəkildə təsdiq etdiyini bildirir. 21 may 2024-cü il tarixli 014R********** nömrəli Kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmadan görünür ki, bu Kredit sazişi 21 may 2024-cü il tarixli 014L**********62 nömrəli Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlanıb və Cavabdeh2 (Şəxsiyyətini təsdiq edən sənəd: Şəxsiyyət Vəsiqəsi AZE********) VÖEN********** aylıq 1.75 faiz dərəcəsi il 36 ay müddətinə 30.000 (otuz min) manat məbləğində kredit verilmişdir. İddiaçı QSC-nin möhürü ilə təsdiq olunmuş xx.xx.2024-cü il tarixli “Kreditin verilməsiköçürmə” adlı sənəddən görünür ki, İddiaçı QSC tərəfindən 30.000 (otuz min) manat məbləğində pul vəsaiti Cavabdeh2 hesabına (Cari hesabın nömrəsi: **********385999, İBAN: AZ38ACAB********************) köçürülmüşdür. 21 may 2024-cü il tarixli 21 may 2024-cü il tarixli 014R********** nömrəli Kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşmaya əlavə olan Ödəniş Planından görünür ki, 36 ay müddətinə aylıq 1.75 faiz dərəcəsi ilə verilən 30.000 (otuz min) manat məbləğində kreditin 21 iyun 2024-cü il tarixdən 21 may 2027-ci il tarixədək ödənilməsi nəzərdə tutulmuşdur. 014R**********S nömrəli 21 may 2024-cü il tarixli 014R********** nömrəli Kredit sazişi və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 19 may 2023-cü il tarixli N 245/13 saylı icazəsi əsasında fəaliyyət göstərən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Bakıxanov” filialı imza edən nümayəndəsinin şəxsində və kredit alan Cavabdeh2 (Şəxsiyyətini təsdiq edən sənəd: Şəxsiyyət Vəsiqəsi AZE********) VÖEN********** aşağıdakı razılığa gəlirlər: 1.Kredit alan bank ilə kredit alan arasında 21 may 2024-cü il tarixli 014L**********62 nömrəli Uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 21 may 2024-cü il tarixdə bağlanmış 014R********** nömrəli Kredit sazişi götürdüyü kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda gecikdirilmə faizi və cərimə borcu bu sazişə əlavə olunan 18 noyabr 2024-cü il tarixli Ödəniş Planında göstərilən müddətdə və tarixlərdə Banka ödənilməlidir. 18 noyabr 2024-cü il tarixli 014R**********S nömrəli Sazişə əlavə olan Ödəniş Planından görünür ki, aylıq 1,9167 faiz dərəcəsi ilə 26.891,67 manat məbləğində kreditin 21 noyabr 2024-cü il tarixdən 21 may 2027-ci il tarixədək ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2025-ci il tarixli OUT-2025/07/10-74 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh2 014R********** saylı kredit razılaşması üzrə borcunun xx.xx.2025-ci il tarixə olan vəziyyəti əsas məbləğ üzrə 26.891,67 manat, faiz üzrə 3.290,72 manat, cərimə üzrə 911,92 manat, ümumilikdə 31.094,31 manat təşkil edir. 21 may 2024-cü il tarixli **********01 nömrəli Analoq imzanın tətbiq edilməsi barədə razılaşmadan görünür ki, bu razılaşmanı imzalayan nümayəndəsi şəxsində təmsil olunan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “Bakıxanov” filialı və digər tərəfdən Cavabdeh2 (Şəxsiyyətini təsdiq edən sənəd: Şəxsiyyət Vəsiqəsi AZE********) VÖEN********** Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü fəslinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli Qərarının tələblərini, o cümlədən müştərinin Bankın xidmətlərindən istifadə etmək niyyətində olmasını nəzərə alaraq imzanın analoqlarının tətbiq edilməsi barədə müqavilə imzalanmışdır. Həmin müqavilənin: 3.2-ci bəndinə əsasən müştəri qəbul edir ki, Bank Müştərinin analoq imza ilə ərizələrin, tapşırıqların, sərəncamların, etirazların, müqavilələrin və sair sənədlərin təsdiq edilməsini həmin sənədlər üzrə iradəsinin ifadəsi hesab edəcək. 3.3-cü bəndinə əsasən bu razılaşmanı imzalamaqla, Müştəri təsdiq edir ki, Müştərinin Analoq imza ilə imzalamaqla Banka göndərdiyi müqavilələr, habelə bu Müqavilələrin bağlanması üçün Azərbaycan Respublikasının hüquqi aktları ilə tələb olunan əlaqəli sənədlər müştərinin şəxsə kağız üzərində yazılı qaydada imzaladığı sənədlər ilə eyni hüquqi qüvvəyə malikdir. 3.4-cü bəndinə əsasən Bank Müştəri tərəfindən Analoq imza vasitəsilə imzalanmaqla təqdim edilmiş əqd üzrə Azərbaycan Respublikası hüquqi aktları üzrə xüsusi forma müəyyən edildiyi, Bankın texniki imkanları müvafiq əqdi qəbul etməyə imkan vermədiyi, yaxud təhlükəsizlik və ya eyniləşdirmə ilə bağlı şübhə yarandığı təqdirdə Analoq imza vasitəsilə imzalanmış əqdin müvafiq olaraq xüsusi formada təqdim edilməsini və ya Bankın texniki imkanları çərçivəsində yenidən təqdim edilməsini tələb etmək hüququna malikdir. 3.8-ci bəndinə əsasən Müştəri, bu Müqaviləni imzalamaqla zəmanət verir ki, Analoq İmza vasitəsi ilə təsdiq edilmiş əqdlər üzrə Banka qarşı irəli sürülmüş hər hansı pretenziya, iddia və ya hər hansı tələb nəticəsində Banka ziyan dəydikdə həmin ziyanı tam həcmdə ödəyəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. X1 formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə sübutların qitmətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin səbəbləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansısa sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsi əsasları aydın göstərilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir ( "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyun 2018-ci il tarixli Qərarı) Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Bakıxanov” filalının səlahiyyətli nümayəndəsi ilə kredit alan qismində Cavabdeh2 (Şəxsiyyətini təsdiq edən sənəd: Şəxsiyyət Vəsiqəsi AZE********) VÖEN********** kredit alan qismində, Cavabdeh3 (Şəxsiyyətini təsdiq edən sənəd: Şəxsiyyət Vəsiqəsi AA*******), X4 (Şəxsiyyətini təsdiq edən sənəd: Şəxsiyyət Vəsiqəsi AA3082692) zamin qismində arasında 21 may 2024-cü il tarixli 014L**********62 nömrəli Uzunmüddətli Kredit və Təminat müqaviləsi imzalanmış, qeyd olunan müqavilə əsasında 21 may 2024-cü il tarixli 014R********** nömrəli Kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma imzalanmış və həmin Sazişlə kredit alan Cavabdeh2 aylıq 1.75 faiz dərəcəsi ilə 30.000 (otuz min) manat məbləğində kredit verilmiş və həmin kreditin 36 ay müddətinə 21 iyun 2024-cü ildən 21 may 2027-ci ilədək qaytarılması nəzərdə tutulmuşdur. Daha sonra 014R**********S nömrəli 21 may 2024-cü il tarixli 014R********** nömrəli Kredit sazişi və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişlə aylıq 1,9167 faiz dərəcəsi ilə 26.891,67 manat məbləğində kreditin 21 noyabr 2024-cü il tarixdən 21 may 2027-ci il tarixədək ödənilməsi nəzərdə tutulmuşdur. 21 may 2024-cü il tarixli 014L**********62 nömrəli Uzunmüddətli Kredit və Təminat müqaviləsi və onun əsasında imzalanmış 21 may 2024-cü il tarixli 014R********** nömrəli Kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma ilə nəzərdə tutulmuş 30.000 manat məbləğində kreditin Cavabdeh2 verilməsi iş materiallarında olan 21 may 2024-cü il tarixli “Kreditin verilməsi-köçürmə” adlı sənədlə təsdiq olunmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, hər iki tərəfin iradə ifadəsi və qarşılıqlı razılığı əsasında kredit müqaviləsinin bağlanması, qarşılıqlı hüquq və vəzifələr müəyyən etməklə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranmasına əsas olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Kredit alan Cavabdeh2 kredit müqaviləsinin tələblərini pozaraq ödənişləri yubatmış Cavabdeh2 21 may 2024-cü il tarixli 014L**********62 nömrəli Uzunmüddətli Kredit və Təminat müqaviləsi və onun əsasında imzalanmış 21 may 2024-cü il tarixli 014R********** nömrəli Kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə xx.xx.2025-ci il tarixə olan vəziyyəti əsas məbləğ üzrə 26.891,67 manat, faiz üzrə 3.290,72 manat, cərimə üzrə 911,92 manat, ümumilikdə 31.094,31 manat məbləğində borcu qalmış, qeyd edilən hal ilə bağlı maliyyə arayışları iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin məhkəmə qeyd edir ki, mülki dövriyyənin sabitliyini təmin edən ən vacib prinsiplərdən biri də “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi məqsədi ilə qanunverici tərəfindən Mülki Məcəllənin 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, 21 may 2024-cü il tarixli 014L**********62 nömrəli Uzunmüddətli Kredit və Təminat müqaviləsi əsasında Cavabdeh3 və Cavabdeh1 müqavilədən irəli gələn öhdəliklərinin icrasını təmin ediməsi məqsədilə zamin olmuş, kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyət daşımağı və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşımağı, müqavilə üzrə kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz üzərinə götürmüşdürlər. Həmçinin 18 noyabr 2024-cü il tarixli 014S**********01 nömrəli Qoşulma barədə Sazişlə Cavabdeh4 21 may 2024-cü il tarixli 014L**********62 nömrəli Uzunmüddətli Kredit və Təminat müqaviləsi və onun əsasında imzalanmış 21 may 2024-cü il tarixli 014R********** nömrəli Kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə borclunun öhdəliklərini təmin etmək məqsədilə zamin olmuş, kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyət daşımağı və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşımağı, müqavilə üzrə kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz üzərinə götürmüşdür. Bu hal onu deməyə əsas verir ki, zamin borcalanla birlikdə kreditor qarşısında birgə məsuliyyət daşıdığından krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini də icra еtməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Belə ki, məhkəmə, borclu tərəfindən lazımınca icra edilməmiş kredit öhdəliyi üzrə yaranmış cəriməyə münasibətdə bildirir ki, 21 may 2024-cü il tarixli 014L**********62 nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsinin 7.5-ci bəndi ilə (Prinsipal Ödəniş haqları Cədvəli üzrə ödəniş tam və ya qismən gecikdirildiyi təqdirdə Qarant müvafiq ödənişin gecikdirildiyi hər gün üçün borcun 0,02%-i məbləğində Qaranta cərimə hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq prinsipalın bankda olan hesablarından birtərəfli qaydada akseptsiz şəkildə silir və ya həmin cərimə borcunun ödənilməsini Prinsipaldan tələb edir) cərimələrin hesablanması nəzərdə tutulduğundan, eyni zamanda cavabdehin cərimə borcunun olması iş materiallarında olan xx.xx.2025-ci il tarixli OUT-2025/07/10-74 nömrəli maliyyə arayışı əsasında təsdiq edildiyindən, iddiaçı əsas borc və faiz borcundan əlavə yaranmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı Uzunmüddətli Kredit və Təminat Müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin lazımınca icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Odur ki, məhkəmə iddiaçının pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə yaranmış əsas borc və faizlərin, o cümlədən, cərimələrin ödənilməsi hissədə tələb hüququnun olduğunu bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-407/2025 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2025-ci il tarixli, 1033 nömrəli ekspert rəyində qeyd olunur ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları, maliyyə arayışı və xx.xx.2024-ci il tarixli 014R********** saylı kredit sazişi-biznes krediti və girov barədə razılaşma şərtlərinə əsasən, Cavabdeh2, "xxxx" QSC-nə kredit üzrə xx.xx.2025-ci il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 26500,71 (iyirmi altı min beş yüz manat, yetmiş bir qəpik) manat, faiz borcu 3063,49 (üç min altmış üç manat, qırx doqquz qəpik) manat olmaqla, "xxxx" QSC-nə ümumilikdə borcu 29564,20 (iyirmi doqquz min beş yüz altmış dörd manat iyirmi qəpik) manat təşkil edir. Təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırkı tədqiqatla Cavabdeh2 cərimə hesablanmır. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tələb etdiyi məbləğ 21 may 2024-cü il tarixli 014L**********62 nömrəli Uzunmüddətli Kredit və Təminat müqaviləsi və onun əsasında imzalanmış 21 may 2024-cü il tarixli 014R********** nömrəli Kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə borcu əsas məbləğ üzrə 26.891,67 manat, faiz üzrə 3.290,72 manat, cərimə borcu üzrə 911,92 manat, ümumilikdə 31.094,31 manat təşkil edir. X9 Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2025-ci il tarixli, 1033 nömrəli ekspert rəyinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 İddiaçı QSC-yə məbləğ 21 may 2024-cü il tarixli 014L**********62 nömrəli Uzunmüddətli Kredit və Təminat müqaviləsi və onun əsasında imzalanmış 21 may 2024-cü il tarixli 014R********** nömrəli Kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə əsas borcu 26500,71 (iyirmi altı min beş yüz manat, yetmiş bir qəpik) manat, faiz borcu 3063,49 (üç min altmış üç manat, qırx doqquz qəpik) manat olmaqla, ümumilikdə borcu 29564,20 (iyirmi doqquz min beş yüz altmış dörd manat iyirmi qəpik) manat təşkil edir. Həmçinin, məhkəmə qeyd edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə 27 noyabr 2025-ci il tarixdə elektron qaydada ərizə ünvanlanmış, iddiaçı təşkilat ərizəsində 29 oktyabr 2025-ci il tarixli, 1033 saylı ekspert rəyində qeyd edilən əsas və faiz borclarına etiraz etmədiklərin, cərimə borcuna münasibətdə isə tərəflər arasında bağlanmış kredit razılaşmasının 4.9-ci bəndinə uyğun olaraq borcluödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün Kredit qalığına müqavilədə göstərilən düstur əsasında müəyyən edilmiş faiz məbləğində gecikdirilmə faizi (yəni cərimə) hesablamaq hüququna malik olduqlarını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, 21 may 2024-cü il tarixli 014R********** nömrəli Kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə iddia tələbində göstərilən əsas borc və faiz borcunun məbləğləri ekspert rəyində göstərilən əsas borc və faiz borcunun məbləğlərindən fərqli olduğundan məhkəmə 29 oktyabr 2025-ci il tarixli, 1033 nömrəli ekspert rəyi ilə razılaşaraq, belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 İddiaçı QSC-yə borcu 21 may 2024-cü il tarixli 014L**********62 nömrəli Uzunmüddətli Kredit və Təminat müqaviləsi və onun əsasında imzalanmış 21 may 2024-cü il tarixli 014R********** nömrəli Kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə əsas borcu 26500,71 (iyirmi altı min beş yüz manat, yetmiş bir qəpik) manat, faiz borcu 3063,49 (üç min altmış üç manat, qırx doqquz qəpik) manat olmaqla, ümumilikdə borcu 29564,20 (iyirmi doqquz min beş yüz altmış dörd manat iyirmi qəpik) manatdır. Məhkəmə iddiaçının cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 İddiaçı QSC-nin xeyrinə 21 may 2024-cü il tarixli 014L**********62 nömrəli Uzunmüddətli Kredit və Təminat müqaviləsi və onun əsasında imzalanmış 21 may 2024-cü il tarixli 014R********** nömrəli Kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 911,92 manat cərimə məbləğinin tutulması tələbinə dair hissədə qeyd edir ki, aralarında bağlanmış 21 may 2024-cü il tarixli 014L**********62 nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsinə 7.5-ci bəndinə Prinsipal Ödəniş haqları Cədvəli üzrə ödəniş tam və ya qismən gecikdirildiyi təqdirdə Qarant müvafiq ödənişin gecikdirildiyi hər gün üçün borcun 0,02%-i məbləğində Qaranta cərimə hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq prinsipalın bankda olan hesablarından birtərəfli qaydada akseptsiz şəkildə silir və ya həmin cərimə borcunun ödənilməsini Prinsipaldan tələb edir) və 4.9-cu bəndinə (Bank kredit alan krediti və kredit faizini banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığına G=(İFD+(0.02%*360))/360) düsturu əsasında müəyyən edilən faiz məbləğində gecikdirilmə faizi hesablamaq hüququna malikdir) əsasən və tələb edilən məbləğlərə münasibətdə 21 may 2024-cü il tarixli 014L**********62 nömrəli Uzunmüddətli Kredit və Təminat müqaviləsi və onun əsasında imzalanmış 21 may 2024-cü il tarixli 014R********** nömrəli Kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə üzrə 911,92 manat cərimə məbləği mütənasib görünməkdədir. Lakin məhkəmə ekspert rəyində müəyyən olunmuş əsas borcu 26500,71 manat qəbul etdiyindən cərimə məbləğinində həmin məbləğə münasibətdə hesablanıb təmin olunmasını zəruri hesab edir. Belə ki, 26500,71 manat qalıq borca münasibətdə 170 gün gecikdirilən günlərin sayı götürüldükdə 901,02 manat cərimə borcunun müəyyən edilməsi qanunamüvafiqdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi qismən təmin edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə uyğun olaraq iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində təşkil edir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 31.094,31 (otuz bir min doxsan dörd manat, otuz bir qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 183,28 (yüz səksən üç manat, iyirmi səkkiz qəpik) manat olaraq müəyyən edilir(120+21.094,31*0.3%=183,28). İş materiallarında olan 75400247 nömrəli, xx.xx.2025-ci il tarixli çekdən 183,28 (yüz səksən üç manat, iyirmi səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC tərəfindən ödənildiyi görünməkdədir. İddia üzrə tələb qismən, təmin edildiyindən dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasibətdə 181,39 manatı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 alınıb İddiaçı QSC-yə ödənilməli, qalan hissədə iddia təmin edilməməli olduğundan dövlət rüsumunun 1,89 manat məbləği İddiaçı QSC-yə aid edilməlidir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-407/2025 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2025-ci il tarixli, 1033 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddia təmin edildiyindən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X6 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu: 2, büdcə təsnifatının kodu: 142330) ödənilməlidir. Nəticədə, iddia qismən təmin edilməli, 21 may 2024-cü il tarixli 014L**********62 nömrəli Uzunmüddətli Kredit və Təminat müqaviləsi və onun əsasında imzalanmış 21 may 2024-cü il tarixli 014R********** nömrəli Kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən əsas borc 26500,71 (iyirmi altı min beş yüz manat, yetmiş bir qəpik) manat, faiz borcu 3063,49 (üç min altmış üç manat, qırx doqquz qəpik) manat, cərimə borcu üzrə 901,02 manat olmaqla, ümumilikdə 30.465,22 (otuz min dörd yüz altmış beş manat, iyirmi iki qəpik) manat müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 alınıb İddiaçı QSC-yə ödənilməli, ödənilmiş 183,28 (yüz səksən üç manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumunun 181,39 (yüz səksən bir manat otuz doqquz qəpik) manat məbləği müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 alınıb İddiaçı QSCyə ödənilməli, qalan hissədə iddia təmin edilmədiyindən 1,89 ( bir manat səksən doqquz qəpik) manat məbləğ İddiaçı QSC-yə aid edilməli, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2025-ci il tarixli, 1033 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X6 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu: 2, büdcə təsnifatının kodu: 142330) ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. 21 may 2024-cü il tarixli 014L**********62 nömrəli Uzunmüddətli Kredit və Təminat müqaviləsi və onun əsasında imzalanmış 21 may 2024-cü il tarixli 014R********** nömrəli Kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən əsas borc 26500,71 (iyirmi altı min beş yüz manat, yetmiş bir qəpik) manat, faiz borcu 3063,49 (üç min altmış üç manat, qırx doqquz qəpik) manat, cərimə borcu üzrə 901,02 (doqquz yüz bir manat iki qəpik) manat olmaqla, ümumilikdə 30.465,22 (otuz min dörd yüz altmış beş manat, iyirmi iki qəpik) manat müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 alınıb İddiaçı QSC-yə ödənilsin. 181,39 (yüz səksən bir manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 alınıb İddiaçı QSC-yə ödənilsin. 1,89 ( bir manat səksən doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı QSC-yə aid edilsin. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2025-ci il tarixli, 1033 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X6 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu: 2, büdcə təsnifatının kodu: 142330) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar