Məhkəmə qərarları › İş №e-2-2(123)-41/2022

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-41/2022

25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-41/2022 25.04.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçı Naxçıvanbank” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC 17 mart 2022-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 12 iyun 2019-cu il tarixli, BK1206/03 saylı kredit müqaviləsi üzrə 18 yanvar 2022-ci il tarixə olan 217.76 (iki yüz on yeddi manat 76 qəpik) manat gecikdirilmiş faiz, 4545.84 (dörd min beş yüz qırx beş manat 84 qəpik) manat gecikdirilmiş əsas borc, 7.44 (yeddi manat 44 qəpik) manat faiz, 2965.13 (iki min doqquz yüz altmış beş manat 13 qəpik) manat əsas borc olmaqla, ümumilikdə 7736.17 (yeddi min yeddi yüz otuz altı manat 17 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetinə tutma yönəldiməsi haqqında bildirişin” dövlət qeydiyyatına alınmasına görə 40 (qırx) manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 98.76 (doxsan səkkiz manat, 76 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın tərəflərin qarşılıqlı razılığı əsasında 23000 (iyirmi üç min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan MR DƏDRX tərəfindən verilmiş 31.07.2014-cü il tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********51-10301 reyestr nömrəli Naxçıvan MR, Kəngərli rayon, Qıvraq qəsəbəsində, mülkiyyətində olan 0.14 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 76.00 kv.m yaşayış, 28.28 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, tutma yönəldildikdə və ya satıldıqda 1 ay ərzində həmin yaşayış evində qeydiyyatda olan şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq yararlı vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə qarşı etiraz daxil olmamışdır. 19 aprel 2022-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ünvanladığı ərizəsində iddia tələbində göstərilən iddia məbləği borcalan tərəfindən tam həcmdə ödənildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə müvafiq olaraq iddiaya xitam verilməsini xahiş etmiş və məhkəmədə bu xüsusatda izahat vermişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən kommersiya mübahisəsinə dair işə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Odur ki, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 261.0 və 261.0.4.-cü maddəsionə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. - 262.1-ci madddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. - 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. - 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. - 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Əlavə olaraq məhkəmə qeyd edir ki, iş üzrə icraata xitam verildiyindən iddiaçı tərəfindən 16.03.2022-ci il tarixdə, Hökümət ödəniş portalı vasitəsilə, ********* nömrəli qəbz ilə ödənilmiş, büdcə təsnifat kodu 142211, büdcə səviyyə kodu 1, xəzinə hesabı AZ21NABZ********************, transaksiya nömrəsi **********97 olan 98,76 (doxsan səkkiz manat, yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının: - 2.1 və 2.1.3-cü maddələrinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. - 4.1-ci maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. - 4.2-ci maddəsinə əsasən dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 15 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Dövlət rüsumunun düzgün tutulmaması və ya artıq ödənilməsi təsdiq edilmədiyi halda, bu barədə dövlət rüsumunu tutan orqan 5 gün müddətində dövlət rüsumunun ödəyicisinə məlumat verməlidir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Naxçıvanbank” ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim olunmuş iddiaçının iddiadan imtina etməsi barədə ərizə məhkəmə tərəfindən qəbul edilməli və iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş 98,76 (doxsan səkkiz manat, yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı "xxxx" ASC tərəfindən 16.03.2022-ci il tarixdə, Hökümət ödəniş portalı vasitəsilə, ********* nömrəli qəbz ilə ödənilmiş, büdcə təsnifat kodu 142211, büdcə səviyyə kodu 1, xəzinə hesabı AZ21NABZ********************, transaksiya nömrəsi **********97 olan 98,76 (doxsan səkkiz manat, yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar