Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-41/2024 23.12.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 01 noyabr 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 29 oktyabr 2019-cu il tarixli, KT2910/12 saylı kredit müqaviləsi üzrə 20 oktyabr 2023-ci il tarixə 4417.88 (dörd min dörd yüz on yeddi manat səksən səkkiz qəpik) manat əsas borc, 414.21 (dörd yüz on dörd manat iyirmi bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4832.09 (dörd min səkkiz yüz otuz iki manat sıfır doqquz qəpik) kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat qırx beş qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 30.000 (otuz min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2008-ci il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********46-10301 reyestr nömrəli Naxçıvan MR, Şərur rayon, Çərçiboğan kəndində 0.277 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 04 sentyabr 2024-cü il tarixdə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə “Prosessual hüquq varisliyi”nə dair ərizə ünvanlayaraq həmin ərizədə İddiaçı ASC ilə "xxxx" ASC arasında 30 noyabr 2023-cü il tarixdə tələbin güzəşti barədə müqavilə imzalandığını, həmin müqaviləyə əsasən hazırki ərizəyə əlavə edilmiş aktda qeyd edilən müştərilərlə "xxxx" ASC arasında bağlanmış olan müqavilələr üzrə bütün hüquqların, tələblərin, təminatların və üstünlüklərin İddiaçı ASC-yə ötürüldüyünü bildirərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 58.1 və 58.2-ci maddələrinə istinad etmiş, qeyd edilən səbəbdən aktda qeyd olunan işlər üzrə "xxxx" ASC-nin hüquq varisi kimi İddiaçı ASC-nin işə cəlb edilməsini xahiş etmiş, məhkəmənin 20 sentyabr 2024-cü il tarixli, e-2-2(123)-41/2024 saylı qərardadı ilə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə 04 sentyabr 2024-cü il tarixdə məhkəməyə ünvanladığı “Prosessual hüquq varisliyi”nə dair ərizənin təmin edilməsi, İddiaçı ASC-nin iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddiaçı "xxxx" ASC-nin hüquq varisi kimi prosessual hüquq varisliyi qaydasında iddiaçı qismində prosesdə iştiraka cəlb edilməsi, iddiaçı "xxxx" ASC-nin iddiaçı hüquqlarına xitam verilməsi qərara alınmışdır. 10 oktyabr 2024-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən elektron qaydada məhkəməyə ərizə ünvanlanaraq həmin ərizədə İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin qaytarılmasına” dair iddia ərizəsi ilə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət etdiyi və iş üzrə e-2-2(123)-41/2024 saylı, 02 oktyabr 2024-cü il tarixli qərardadla məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edildiyi, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsinin baxılmamış saxlanıldığı qeyd olunmuş, yuxarıda göstərilənlərə əsasən Cavabdeh qarşı “kreditin qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə verilmiş iddia ərizəsinin baxılmadan geri qaytarılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Göstərilən ərizəyə dair cavabdeh tərəfin də fikrinin öyrənilməsi məqsədilə 06 dekabr 2024-cü il tarixli məhkəmə iclasında fasilə elan edilərək növbəti məhkəmə baxışı iclası 23 dekabr 2024-cü il tarixə, saat 14:05-ə təyin edilmişdir. Məhkəmə iclasına dəvət olunmuş şəxslərdən Cavabdeh iştirak edərək, “İddia ərizəsinin baxılmadan geri qaytarılması barədə” ərizəyə və iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirmişdir. Qeyd olunanlarla yanaşı 10 oktyabr 2024-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən elektron qaydada məhkəməyə ünvanlanmış ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, ərizədə “İddia ərizəsinin baxılmadan geri qaytarılması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilsə də, iş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-41/2024 saylı qərardadı ilə iş mahiyyəti üzrə baxılması üçün məhkəmə baxşına təyin edildiyindən, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2ci bəndinə əsasən isə iddia ərizəsinin geri qaytarılmasına hazırlıq mərhələsində yol verildiyindən, hazırkı vəziyyətdə isə iddiaçının nümayəndəsi tərəfindən “İddia ərizəsinin baxılmadan geri qaytarılması barədə” ərizə iş üzrə məhkəmə baxışı mərhələsində təqdim edildiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsini əsas götürərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasının deyil, iddia ərizəsinin baxılmamış saxlanılması qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Bununla da məhkəmə iş üzrə Cavabdeh “İddia ərizəsinin baxılmadan geri qaytarılması barədə” ərizəyə razılığını və İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə qeyd olunan ərizəsini nəzərə almaqla hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bununla yanaşı iddia ərizəsinin baxılmamış saxlanılması zamanı qanunvericiliklə müəyyən edilmiş məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələlərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 260.3-cü maddəsinə əsasən, qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində ödənilir. Hazırkı iş üzrə iddianın qiymətinin 4832.09 (dörd min səkkiz yüz otuz iki manat sıfır doqquz qəpik) məbləğində olduğunu nəzərə aldıqda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumunun məbləğinin 68,32 (altmış səkkiz manat 32 qəpik) manat məbləğində olduğu məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan X1 İştirak edilməməsi barədə 30 mart 2023-cü il tarixli N-324 nömrəli Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş İMS-də iddiaçının nümayəndəsi iştirak edərək, iddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Beləliklə, iddiaçı tərəf 100 (bir yüz) manat məbləğində mediasiya xərci ödəməklə dövlət büdcəsinə ödənilməli olan 68,32 (altmış səkkiz manat 32 qəpik) manat məbləğində dövlət rüsumu ödəməkdən azad edildiyindən, məhkəmə iddia ərizəsinin baxılmamış saxlanılması zamanı dövlət rüsumunun qaytarılması məsələsinə toxunmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 267, 268-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən 10 oktyabr 2024-cü il tarixdə elektron qaydada məhkəməyə ünvanlanmış ərizə təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-41/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-41/2024
23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver