Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-411/2025 27.01.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, iddiaçının nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, İddiaçı “X6” MMC-nin Cavabdeh qarşı icarə müqaviləsinin öhdəliyinin icra edilməməsi nəticəsində yaranan pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı “X6” MMC 05 sentyabr 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 mart 2024-cü il tarixdə bağlanmış, 13-1-10/2-60/2024 nömrəli icarə müqaviləsi üzrə yaranmış 807,91 (səkkiz yüz yeddi manat 91 qəpik) manat məbləğində icarə borcu, 150 (yüz əlli manat) manat məbləğində ƏDV borcu, 32.80 (otuz iki manat 80 qəpik) manat məbləğində dövlət rüsumunun, 54 (əlli) manat məbləğində cərimə borcunun, ümumilikdə 1044,71 (bir min qırx dörd manat 71 qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq "X6" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində 01 mart 2024-cü il tarixində Cavabdeh ilə "X6" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 13-1-10/2-60/2024 nömrəli İcarə müqaviləsi bağlanıldığını, 01 mart 2024-cü ildə bağlanmış 13-1-10/2-60/2024 nömrəli İcarə müqaviləsinə əsasən "X6" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan Şərur sərnişin vağzalının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 35 m olan İcarə sahəsinin gözəllik salonu kimi fəaliyyət göstərməsi üçün 1 (bir) il müddətinə Cavabdeh icarəyə verildiyini, cavabdehin isə öz növbəsində, bu müqavilədə nəzərdə tutulmuş qaydada və miqdarda icarə haqqını ödəməyi öz öhdəsinə götürdüyünü, bu müqavilənin qiymət və ödəniş qaydasında göstərilən İcarə sahəsi üçün bir aylıq icarə haqqının məbləğinin icarəyə verilən 35 m olan İcarə sahəsinə görə hər ay üçün 330 (üç yüz otuz) manat əsas və 59,40 (əlli doqquz manat 40 qəpik) ƏDV məbləğində müəyyən edildiyini, cavabdehin sonuncu ödənişi 29 aprel 2025-ci ildə 271 (iki yüz yetmiş bir) manat məbləğində elektrik enerjisinə görə ödədiyini, cavabdehin ödəməli olduğu 807,91 (səkkiz yüz yeddi manat 91 qəpik) manat məbləğində icarə borcu, 150, (yüz əlli manat) manat məbləğində ƏDV borcu olmaqla ümumilikdə 957,91 (doqquz yüz əlli yeddi manat 91 qəpik) manat məbləğində borcun ödənilməsi üçün tərəflərindən elektron qaimələr göndərilməsinə baxmayaraq, həmin qaimələr üzrə yığılan borcun hələ də ödənilməmiş olaraq qaldığını, bu müqaviləyə edilən 1 nömrəli əlavədə göstərilən qiymət və ödəniş qaydasının 1.5-ci bəndinə uyğun olaraq icraçıdan icarə haqqının hər ödənilmədiyi gün üçün icarə haqqının 0.1% (sıfır nöqtə bir faizi) məbləğində dəbbə pulu ödənilməsi nəzərdə tutulduğunu, qeyd edilənləri nəzərə alaraq ödənilməyən 957 manat borc üzrə yığılmış icarə haqqlarının 0.1%-nə uyğun olaraq fevral, mart, aprel ayları üçün 54 (əlli dörd) manat dəbbə pulu yarandığını, ödənilməmiş icarə haqqının ödənilməsi üçün cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edərək məsələnin həll edilməsinə çalışıldığını, buna baxmayaraq cavabdehin icarə haqqını ödəməkdən imtina etdiyini, cavabdehə müqavilədə təyin olunmuş icarə haqqlarının tam şəkildə Cəmiyyətin hesabına ödənilməsi üçün "X6" MMC tərəfindən xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində 13-1/2-821/2025, 13- 1/2-1990/2025 və 13-1/2- 5467/2025 nömrəli xəbərdarlıq məktubları göndərildiyini, bununla belə göndərilən məktubların tələblərinə məhəl qoyulmadığını, yuxarıda qeyd olunanlara əsasən cavabdehə qarşı yaranan pul öhdəliyinin icra edilməsi tələbi ilə Məhkəməyə müraciət etmək zərurəti yarandığını qeyd etməklə tələbini əsaslandırmış, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 385.1-ci, 385.2-ci, 386.1-ci, 386.2-ci, 425.1-ci, 425.2-ci, 427.1-ci, 442-ci, 443.1-ci, 443.5-ci, 445.1-ci, 445.2-ci, 449.1-ci maddələrinə, "İnsan hüquqlarının va əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1- ci bəndinə, Azərbaycan Respublikası "Dövlət rüsumu" haqqında Qanunun 8.1-ci maddəsinə, həmçinin Azarbaycan Respublikası Mülki Proesessual Məcəllənin 8.1-ci, 9.1-ci, 9.2-ci, 9.3-cü, 76.1-ci, 77.1-ci, 88-ci, 149-cu, 150-151-ci, 172-ci, 217.3-cü, 218.1-ci maddələrinə istinad etmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh məhkəməyə elektron qaydada etiraz ünvanlayaraq etirazında iddiaçı “X6” MMC-nin ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 mart 2024-cü il tarixdə bağlanmış, 13-1-10/2-60/2024 nömrəli icarə müqaviləsi üzrə yaranmış 807,91 (səkkiz yüz yeddi manat 91 qəpik) manat məbləğində icarə borcu, 150 (yüz əlli manat) manat məbləğində ƏDV borcu, 32.80 (otuz iki manat 80 qəpik) manat məbləğində dövlət rüsumunun, 54 (əlli) manat məbləğində cərimə borcunun, ümumilikdə 1044,71 (bir min qırx dörd manat 71 qəpik) manat məbləğində borcun ondan tutularaq iddiaçı "X6" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsinin xahiş edildiyini, qənaətinə görə iddia tələbinin əsaslı olmadığını, həqiqətən də onunla iddiaçı cəmiyyət arasında 01 mart 2024-cü il tarixdə 13- 1-10/2-60/2024 nömrəli icarə müqaviləsi bağlandığını və iddiaçı cəmiyyətin balansında olan Şərur sərnişin vağzalının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 35 kv.m olan İcarə sahəsinin gözəllik salonu kimi tərəfindən icarəyə götürüldüyünü, icarə götürülmüş sahənin yetərli qədər istifadəyə yararlı olmaması xüsusən də istilik sisteminin olmaması istifadə üçün maneə yaratdığını, nəticədə iddiaçı cəmiyyətin rəhbər və səlahiyyətli şəxslərinə dekabr ayında obyektin təhvil veriləcəyi barədə xəbərdarlıq edildiyini, belə ki, 2024-cü ilin dekabr ayında ölkədə bələdiyyə seçkiləri keçirildiyindən və istifadəsində olan sahənin də məhz seçki məntəqəsi kimi istifadə ediləcəyindən iddiaçı cəmiyyətin aralarındakı müqavilənin ləğv edilməsinə etiraz etmədiyini, lakin sonradan iddiaçı cəmiyyətin əməkdaşları tərəfindən ödənilməmiş elektrik enerjisinə görə qalmış borcun ödənilməsinin xahiş edildiyini, əlavə hər hansı ödənişə və məhkəmə mübahisəsinə yol verilməyəcəyinin bildirildiyini, bundan sonra qeyd edilən qalıq borc ödənilsə də iddiaçı cəmiyyətin tələbinin bitmədiyini, onu arxeyin salmaqla sonradan ona qarşı əsasız iddia qaldırıldığını, hansı ki, tələb edilən məbləğin hansı aylar üçün qalmış borc üçün tələb edildiyinin əsaslandırılmadığını, müqavilənin 7.2-ci bəndinə riayət edilmədiyini, halbu ki, həmin bəndə əsasən iki aylıq icarə haqqının ödənilmədiyi təqdirdə icarəverənin dərhal müqaviləyə xitam vermək hüququnun olduğunu, belə olan təqdirdə isə onun obyektin açarlarını təhvil verdiyi tarixdən səkkiz ay sonra ona qarşı iddia qaldırmasının əsaslı olmadığını, qeyd etdiyi kimi, icarə götürdüyü obyektin təhvil verilməsi barədə iddiaçı cəmiyyətin rəhbərlik və səlahiyyətli şəxslərinə dəfələrlə xəbərdarlıq etdiyini və onların da heç bir problemin olmadığı müqavilənin pozulduğunu bildirsələr də sonradan ona qarşı əsassız iddia qaldırıldığını, ərizəsində göstərilənlərin nəzərə alınmalı olduğunu və iddiaçı cəmiyyətin tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməli olduğunu hesab etdiyini qeyd etməklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə istinad etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahında Cavabdeh tərəfindən “X6” MMC ilə 2024-cu il martın 1-də icarə müqaviləsi bağlanıldığını, bu müqaviləyə əsasən də 35 m2 olan icarə sahəsinin Cavabdeh istifadəyə verildiyini, aylıq 330 manat əsas olmaqla icarə haqqı və 18 faiz ƏDV-si ilə 59 manat olmaqla onun icarəsinə verildiyini, iddiaçının icarə haqlarını hər ay davamlı ödədiyini, lakin onuncu aydan etibarən ən sonuncu ödənişlərin qaimələrdə göstərildiyini, cavabdeh hər ay icarə haqlarını müəyyən qədər kəsr ödədiyi üçün növbəti aydan ödədiyi icarə haqqı həmin ayın icarə haqqından da çıxıldığı üçün müəyyən kəsrlər yarandığını, lakin səhv etmirsə, 3 ayın ödənişini, ümumiyyətlə, etmədiyini, tam olaraq, 220 manat enerji pulu olduğunu, ödənilmədiyini, cavabdeh tərəfinə sonuncu dəfə aprel ayında elektrik borcu qaldığını, bir də əlavədən icarə haqqı qaldığını bildirdiklərini, lakin elektrik borcunu onların həmin elektrik enerji hesabatlarına baxan aidiyyəti departament danışdığı üçün onlara hansı qaydada çatdırıldığını başa düşdüklərini və həmin enerji pulunu həmin vaxt ödədiklərini, 3-4 gün sonra enerjini ödədiklərini, ancaq onların özü ilə əlaqə saxlamağa çalışdığını, Cavabdeh yoldaşı ilə danışdığını, özü ilə əlaqə yaratmağına imkan vermədiklərini, yoldaşının ona ümumiyyətlə icarə borclarının qalmadığını bildirdiyini, onun da bəs onda borcları yox idisə, enerji pulunun olduğunu, bunun icarə haqqı olduğunu, icarədən istifadə etdiklərini, enerji pulu yarandığını, bəs onda enerji pulunu necə ödədiklərini dediyini, heç bir razılığa gələ bilmədiklərini, ümumiyyətlə, onların həmin obyekti təhvil verəndən sonra icarə haqqı ödəməyəcəklərini bildirdiklərini, neçə dəfə də əlaqə saxladıqlarını, yenə eyni qaydada, cavabdehin etirazında müəyyən səbəblərdən obyektin istifadəsinə maneələr yaradıldığı, obyektin yararlı olmamağı, bəzi səbəblər qeyd etdiyini, obyekt o qədər yararsız idisə, bu qədər müddət niyə işlətdiyini, hətta ondan qabaq da Cavabdeh ilə müqavilələrinin olduğunu, oranı gözəllik salonu kimi istifadə etdiyini, niyə istifadə etdiyini, əgər o qədər yararsız idi, oradan pul qazanırdı, gəlir götürürdüsə, niyə götürürdüyünü, indi etirazında oranın yararsız olduğunu qeyd etdiyini, ümumiyyətlə, məsələ ilə heç əlaqəsi olmadığını, çünki mübahisələndirilən məsələnin tamamilə fərqli bir şey olduğunu, onun o obyektdən istifadə edib, müqaviləyə uyğun olaraq onun öhdəliyini icra etməməsi, pul öhdəliyini icra etməməsi olduğunu, etirazında obyektin yararsız olduğunu yazdığını, yararsız idisə, neçə aydır niyə istifadə etdiyini, bələdiyyə seçkilərinin 2024cü ilin dekabrında olduğunu, oranı təhvil verəcəklərini dediklərini, bələdiyyə seçkilərində obyektin təhvil verildiyini, obyekti təhvil verdiyini, həmin müddətdə onların müqaviləyə xitam da verdiklərini, onların müqavilənin xitam verildiyi tarixə qədər borcu hesabladıqlarını, müqaviləyə xitam verildiyi andan onların heç bir borc hesablayıb ondan tələb etmədiklərini, onun obyektdən çıxdığı andan onların müqaviləyə, ümumiyyətlə, xitam verdiklərini, çünki ona da Cavabdeh obyekti təhvil verəcəklərini, ümumiyyətlə işləmədiyini, işlədə bilmədiklərini dediyini bildirdiklərini, onu dəqiqləşdirdiklərini, müddətli müqaviləyə xitam verdiklərini, həmin müqavilənin xitam verildiyi tarixə qədər də onun icarə borcunu hesabladıqlarını, ona tələb olaraq bildirdiklərini, ödəmələrin bank hesabına olduğunu, onların əməkdaşı onunla əlaqə saxlayanda enerji məsələsini elə bir formada çatdırdığını, icarə haqqını başa düşmək olduğunu, enerji məsələsinin birbaşa dövlətin əlaqədar olduğu məsələ olduğunu, bunu gecikdirməmələrini xahiş etdiklərini, çünki onların aidiyyəti qurumlara-ADY olsun, digəri olsun, daimi hesabat verdiklərini ki, icarə obyektlərindən nə qədər enerji istifadə olunduğunu, dövlətə nə qədər pul ödəmələrini dediyini, bu məsələyə görə enerjini çox tez ödədiklərini, 200 neçə manat enerji olduğunu, bunu həmin dəqiqə ödəməklərindən, onların icarə haqqını qısa bir müddətdə ödəyib qutara biləcəklərini, yəni burada onlar üçün heç bir qəliz məsələ olmadığını bildirmişdir. 22 oktyabr 2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahında 01 mart 2024-cü il tarixli icarə müqaviləsi üzrə icarədar tərəfindən aylıq 390 manat ödəniş ödənilməli olduğunu, işıq pulunun dəyişdiyini, belə ki, elə ay olub 20 manat olduğunu, elə ay da olub 30 manat olduğunu, amma standart olaraq 390 manat ödəniş etməli olduğunu, sübutlar qismində əlavə etdikləri 27 ədəd qoşma sənədlərdə cavabdehin ödəniş tarixçəsindən də göründüyünü, daimi olaraq icarə və ƏDV pulları 390 manat olmaqla, ümumilikdə, 3510 manat ödəniş etdiyini, bunun bir icarə müqaviləsi üçün ödənilən məbləğ olduğunu, lakin həmin müqavilənin mart ayının 1-dən etibarən qüvvəyə mindiyini və fevral ayının 24-ü müqaviləyə xitam verildiyini, fevral ayına qədər 1 il tamam olmasa da, müqavilənin sırf 11 aylıq ödənişinin belə 3510 manatı keçdiyini, yəni burada kəsir və ödənilməmiş məbləğlər olduğunu, onların daimi cavabdehlə müqavilə bağladıqlarını, 3-4 il ərzində işlədiklərini, oranı icarədar kimi işlətdiklərini, elə ay olubdur ki, artıq ödədiklərini, özlərinin də, yəqin ki, bunu qəbul edəcəklərini, ödədiklərini, gələn aydan əlavə çıxıldığını, elə ay olub ki, az icarə ödənişi ödənildiyini, növbəti aydan elektron qaimə-faktura vurulanda həmin ödənişin həmin qaimənin üzərinə gəldiyini, X6 MMC-nin özəl bir şirkət olmadığını, Azərbaycan Respublikasının Nəqliyyat və Kommunikasiya Holdinqinin tərkibində dövlət müəssisəsi olduğunu və X6 MMC-nin dövlət adından hansısa fiziki şəxsin üzərinə pul qoymasına, nəsə əmlak qoymasına heç bir ehtiyacı olmadığını, bir dövlət müəssisəsi olaraq icarədara verdikləri həmin obyektə yaranmış icarə borcunu tələb etdiklərini, obyektdən çıxdıqları noyabr ayından etibarən fevrala qədər heç bir ödəniş ödənilmədiyini, ən sonuncu ödənişin noyabr ayında ödənildiyini, noyabr ayından sonra onlara məlumat vermədən, birtərəfli qaydada, ümumiyyətlə, obyektdən çıxdıqlarını, ondan sonra da ödəniş etmədiklərini, 12 aylıq müqavilə üzrə heç 11 aylıq müqavilə ödənişi etmədiklərini, verilən sualların cavabında ödənişləri sistemdən təqdim etdiyini, ödənişlərin cəminin 3510 manat olduğunu, 4467 manat ödəməli olduğunu, kəsir ödəmədiyini, 330 manatla 60 manatın icarə müqaviləsinin içərisində gedən olduğunu, burada daimi dəyişən məbləğ olduğunu, belə ki, işıq pullarının gah 20 manat, gah da 30 manat olduğunu, işıq pullarının onların hesabına ödənilmədiyini, onların ayrıca ödənişlər olduğunu, bu qəbzlərdə təmiz icarə haqqı olduğunu, onsuz da işıq pulunun tam formada ödənildiyini, noyabr ayından sonra dekabr, yanvar, fevral-bu üç ayın icarə haqqının, ümumiyyətlə, ödənilmədiyini, fevral ayında ayın 24-dən müqaviləyə xitam verildiyinə görə maliyyə hesablamasına əsasən icarə haqqının tam götürülmədiyini, onu necə hesablayıblarsa artıq, 957 manat icarə borcunun qaldığını, amma onlara heç bir məlumat verilmədiyini, nə ərizə, nə xitam barədə hər hansı bir məktub gəldiyini, ödənişləri Kapital Banka hesablarına ödədiklərini, tranzit işıq ötürdükləri üçün həmin ödənişi onlara ödədiklərini, onların “Azərişıq”a ödədiklərini, hamısının sayğacı olduğunu, aktlaşdırıldığını bildirmişdir. 02 dekabr 2025-ci il tarixli məhkəmə iclasında verilən sualların cavabında Eyni müqavilə olmadığını, 2023-cü tarixli müqavilə olduğunu, digər müqavilənin 2024-cü il tarixli müqavilə olduğunu, bunun tələbdən əvvəlki müqavilə olduğunu, sadəcə həmin müqavilə üzrə borc, qalıq olduğunu, ona görə həmin müqaviləni sistemə daxil etdiyini bildirmişdir. 16 dekabr 2025-ci il tarixli məhkəmə iclasında bilinsin deyə onların ödənişləri ayrıca etdiklərini, müqavilənin 8-ci maddəsində fors-major halların hansı vəziyyətlərdə yarandığının göstərildiyini: təbii fəlakət, pandemiya, hökumətin məhdudiyyətləri, müharibə, üsyan ,terrorizm və sairə kimi hallar, onun dediyi o 3 günlük əgər onun dediyi qaydada forsmajor hala düşürsə ki, hökumət həmin obyektdən istifadə etməyə məhdudiyyət qoyubdur, ən azından onun bunu bir ərizə və yaxud da ki şifahi olsa belə onlar bildirsə idi, necə ki müqavilənin çox gecikdiyini, oranı uzun müddət istifadə etmədiklərini, buna xitam verilməli olduğunu dediyini, qarşılıqlı razılaşma əsasında xitam verilməsi üçün ərizə və yaxud da ki hər hansı bir formada müraciət olmalı olduğunu, o ən azından bir müraciət etsə idi, X4 aparatı olaraq, müqaviləni bağlayan iki tərəfin birincisi olaraq, onların onun oranı 2 və yaxud da ki 3 gün ərzində işlətmədiyini biləcəklərini, müqavilənin əlavə olaraq 8.2-ci bəndində fors-major hallar yarandıqda tərəflər dərhal qarşı tərəfə yazılı formada məlumat verməli və digər tərəf tələb edərsə, forsmajor halların baş verdiyini təsdiq edən bütün sənədləri ona təqdim etməli olduğunun göstərildiyini, 271 manatı qarşı tərəf ödəyəndə təyinata işıq yazdığını, terminaldan ödəyəndə təyinat hissəsi olduğunu, təyinət hissəsinə hər şey yazmaq olduğunu, məsəl üçün borc, öhdəlik və sair şeylər, işıq yazdığına görə o da təbii ki, maliyyə hesabatlarını tam şəkildə bilmədiyi üçün bunu işıq kimi dediyini, 271 manatın ümumi borcdan salındığını, qaimələr vurulanda təyinatların fərqli - fərqli vurulduğunu, işıq pulu, və ya borc, ƏDV borcu, elektron formada ödəniş olunanda işıq borcunun ayrıca ödənildiyini, ƏDV borcunun depozit hesabına ayrıca ödənildiyini, normal əsas borcun ayrıca ödənildiyini, qarşı tərəf onun ödənişini aparatdan ödədiyinə görə bu borc ödənişinin tam dəqiq hansı təyinata girdiyinin bilinmədiyini, onsuz bu 271 manatın ümumi borcdan silindiyini, yəni qarşı tərəf bunu elektron formada ödəsə idi, bəli 271 manatı bəlkə də işıq borcuna əlavə edəcəklərini, oradan ödəniş etdiyinə görə onlar artıq işıq puluna görə borc silindiyini, yoxsa əsas borcdan silindiyini biləcəklərini, qarşı tərəf onu terminaldan ödədiyinə görə onların da həmin borcu ümumi borcdan sildiklərini, həmin vaxtı ödənişləri tam şəkildə bilmədiyi üçün, yəni əskiklik olmasın deyə ümumi ödəniş qaimələrini, elektron qaimələri və ödənişləri aldığını, hər bir halda hesablamaq və yaxud da ki baxmaq ehtiyac olar deyə həmin qaimələri də aldığını bildirmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 02 dekabr 2025-ci il tarixli məhkəmə iclasında verilən sualların cavabında 2023-cü il tarixli müqavilədən müqavilədən 250 manatlıq borc olduğunu bildirmişdir. 16 dekabr 2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında ödənişlə bağlı problemin 24-ün mart ayında borc olaraq qaldığını, 2023-cü ilin mart ayından yeni müqavilə bağlandığını, yeni müqavilə bağlananda artıq 232 manat borc mövcud olduğunu, daha sonra mart ayından müqaviləyə əsasən göndərilən elektron qaimələr əsasında ödənişlərin qismən təmin olunduğunu, yəni göndərilən elektronların tam təmin olunmadığını bildirmişdir, verilən sualların cavabında 2023-cü il yox, 2024-cü ildə müqavilənin yeniləndiyini, 2024-cü ilin dekabrında əsas olaraq 163,84 qaldığını, X10 olaraq da 68 manat 86 qəpik olaraq borc qaldığını, 2024-cü ilin mart ayının 1-də yeni müqavilə bağlandığını, müddət uzadıldığını, yanvar ayında 199,12 əsas olaraq, ƏDV olaraq 69,35 manat qaldığını, yanvar ayında ümumiyyətlə ödəniş olmadığını, fevral ayında ödəniş olmadığını, müqavilə davam etdiyinə görə elektron qaimə göndərdiklərini, yanvar ayına olan borc əsas olaraq 199 manat 12 qəpik, X10 olaraq 69 manat 35 qəpik olduğunu, yanvar ayında cəmi 268 manat 47 qəpik olduğunu, icarənin 330 manat və 59 manat da əlavə ƏDV olduğunu, dekabrdan da borcunun 199,12 manat, X10nin 78,21 manat qaldığını, 2024-cü il dekabr ayında 163,84 manat əsas, ƏDV-si də 68,86 manat olduğunu, burada cari ayda göndərilən məbləğ də olduğunu, qarşı tərəfə elektron qaimə təqdim olunduğunu, dekabrın özündə 385,28 manat əsas olduğunu, burada elektriklə də bağlı ödəniş olduğunu, müqavilədə göstərildiyini, işlədilən elektrikə görə də qarşı tərəfə elektron qaimə göndərdiklərini, dekabrın özündə elektrik enerjisi ƏDV daxil 65,23 manat, ƏDV 69,35, cəmi birlikdə 454,63 elektron qaimə göndərildiyini, ödənişin bir az qeyri-müəyyən ödənildiyini, yəni onlarda bank hesabına ayrı-əsas vəsait ödənilməli olduğunu, yəni Vergi Məcəlləsinə görə elektron qaimənin əsas məbləğinin bank hesabına ödənildiyini, ƏDV məbləğinin ƏDV depozit hesabına ödənildiyini, 20 manat bir, 60 manat bir, 330 manat bir ödənildiyini, yanvar ayına qalıq borc olaraq 199,12 manat əsas, ƏDV olaraq 78,21 manat keçdiyini, yanvar ayında 390,25 manat əsas olduğunu, çünki burada yenə elektrik də olduğunu, yanvar ayında elektrik enerjisinin 71,10 manat ƏDV daxil olduğunu, 390,25 manat əsas olduğunu, ƏDV də 70,25 manat, cəmi birlikdə 460,50 manat olduğunu, yanvar ayında ödəniş olmadığını, fevral ayında 416,14 manat əsas olaraq göndərildiyini, ƏDV olaraq da 74,91 manat, cəmi 491,05 manat olduğunu, fevral ayında da ödəniş olmadığını, mart ayında artıq müqaviləyə xitam verildiyini, çünki martın 1-də bir illik müqavilənin yekunlaşdığını, elektron qaimə göndərilmədiyini, aprel ayında da qarşı tərəfin ödənişi olduğunu, 271 manat ödəniş olduğunu, verdikləri sənədlərdə hesablamalar nəticəsində 1638,88 manat borc olduğu, 410 manat bir, 271 manat bir də ödədiyi olduğu, ondan onu çıxdıqda 957,88 manat qaldığını, 271 manatın elektrik pulu olmadığını, ümumi borc olduğunu, yəni xüsusilə orada 271 manatın elektrik borcu olduğunun deyilmədiyini, xüsusilə orada elektrik adının keçmədiyini, ödənişlərin onlara elektrik adı ilə daxil olduğunu, icarə haqqı ilə daxil olduğunu, ƏDV adı ilə daxil olduğunu, yəni ümumiləşdirərək bunu bu qədər borcu olduğunu dediklərini, yəni ayrıcalıqla elektrik borcunun bu qədər olduğunu, digər borcun bu qədər olduğunu demədiklərini, ümumi şəkildə borcun bu qədər olduğunu qeyd etmək istədiyini, yəni ödənilən 271 manatın da dediyi ümumi borcdan düşülən məbləğ olduğunu, yəni burada 271 manat elektrikdən qaldığını, elektrik ödənilməli olduğunu demədiklərini bildirmişdir. Cavabdeh 22 oktyabr 2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahında Şərur rayon, Ələkli kənd sakini Cavabdeh olduğunu, 01 fevral 2022-ci il tarixdə X6 MMC ilə icarə müqaviləsi bağlayaraq X6 MMC-nin balansında olan binanın zirzəmisində gözəllik salonu üçün aylığı 400 manat olmaqla 35m2 yer icarəyə götürdüyünü, icarə müqaviləsində hesab nömrəsi göstərilməsinə baxmayaraq icarə haqqını ona müxtəlif hesab nömrələrinə ödətdiklərini, sübut etmək üçün icarəyə götürdüyü müddətdə Kapital Bankda onun adına hesab açıldığını, onun pulu bir neçə dəfə bunlar verdiyi hesaba ödədiyini, sonra o hesaba ödəməyəcəyini dediklərini, Kapital Bankda onun adına hesab açıldığını, pulun bir də onun adına vurulduğunu, onların ora köçürdüklərini, sorğu edib yoxlana bilinəcəyini, 2023-cü ilin yanvar ayının 5-dən müqavilə bağladıqlarını, 400 manat icarə haqqı təyin edildiyini, onların təkidlərinə baxmayaraq 400 manatın yerində qaldığını, halbuki eyni kvadrat metrdə olan biri aptek, digəri kişi bərbəri kimi fəaliyyət göstərən hər bir icarədarın 300 manat ödədiyini, bunların şifahi tələbinə əsasən həmin 400 manat icarə haqqından ƏDV kimi 80 manat pul tələb edildiyini, onların bununla razılaşmadıqlarını və müqavilənin xitamını tələb etdiklərini, çünki icarə haqqını ödəyə bilmədiyini, onun hər tərəfdən yolunu kəsdiklərini, reklama icazə vermədiklərini, çölə plakat qoymağa icazə verilmədiyini, yəni, ümumiyyətlə, işinin olmadığını, bir şəkər xəstəsi olaraq aldığı əmək haqqını icarə haqqına ödədiyini, çünki torpaqların alınacağını, Zəngəzur yolunun açılacağını və onun işinin daha yaxşı olacağına ümid etdiyini, Dəmir Yol MMC-nin hüquqşünası Əbülfəz adlı şəxsin icarəyə götürdüyü gözəllik salonuna gələrək onların necə ağır şəraitdə işlədiklərinə baxaraq orada olan real vəziyyəti X6 MMC-nin direktoru Əliyev Mahirə bildirdiyini və 01 mart 2023-cü il tarixdə yenidən ona müqavilə göndərildiyini, onunla 4 dəfə icarə müqaviləsi bağlanmasına baxmayaraq bir dəfə də olsun, X6 İdarəsinə getmədiyini, hər dəfəsində Şərur Rayon Dəmir Yol İdarəsinin rəisi kimi bildikləri Cümşüd adlı şəxsin müqaviləni gətirdiyini, oxumağına imkan vermədən qatarın getməsini, qatarla göndərəcəyini bəhanə edərək həmin icarə müqaviləsinə qol çəkdirdiyini, işlədiyi müddət ərzində Dəmir Yol MMC-nin rəhbərliyindən heç kimin gəlib onun problemləri ilə maraqlanmadığını, ancaq ayın 20-dən sonra Cümşüd adlı şəxsin hər gün gəlib onu və işçilərini icarə haqqını ödəmək üçün narahat etdiyini, 01 mart 2023cü il tarixdə onunla bağlanan müqaviləyə əsasən 330 manat və X10 olaraq 59 manat 40 qəpik aylıq icarə haqqı ödənilməsi göstərildiyini, Dəmir Yol MMC-nin dövlət idarəsi olmasına baxmayaraq aylıq icarə haqları və ƏDV-ni eyni hesab nömrəsinə ödədiyini, icarəyə götürdüyü yerin heç vaxt istilik sisteminin işləmədəyini, dəfələrlə müraciət etməsinə baxmayaraq icarəyə verilən yeri istiliklə təmin etmədiklərini, qış aylarında o yeri piltələrlə qızdırmağa çalışdığını, qaz xətti ola-ola ona heç olmasa peç qurmaq üçün qaz xətti vermədiklərini, onların ona yazdıqları xx.xx.2025-ci il tarixli pretenziya məktubunda hələ 270 manat elektrik enerjisi pulunu ödəməli olduğunun göstərildiyini, yay aylarında isə şüşəli yer olduğu üçün çox isti olduğunu, kondisioner qoymağa belə icazə verilmədiyini, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə ona göndərilən X6 MMC-nin pretenziya məktubunda onun hansı ay üçün icarə haqqının ödənilməməsinin göstərilmədiyini, təqdim etdiyi həmin məktublara baxılmasını xahiş etdiyini, icarə müqaviləsinin 8-ci bəndində ölkədə müharibə, pandemiya, təbii fəlakət və hökumət qadağaları olan zaman həmin hadisələrin fors-major adlandığının göstərildiyini, Dəmir Yolları MMC-nin Şərur rayonunda olan binasının foyesində 2-54 saylı seçki məntəqəsi təşkil olunduğunu, seçkidən bir ay öncə təbliğat və təşviqat lövhələri qurulduğundan və veb-kamera qoşulduğundan onun icarəyə götürdüyü yerə girişinə qadağa qoyulduğunu, məsələn 2025-ci ilin fevral ayının 7-də prezident seçkisi, sentyabrın 1-də deputat seçkisi və dekabrın 29-da bələdiyyə seçkisi keçirildiyini, seçkilər keçirilən aylarda hökumət tərəfindən icarəyə götürdüyü yerə giriş qadağası olmasına baxmayaraq ondan icarə haqqı alındığını, 2024-cü il noyabr ayının icarə haqqını ödədikdən sonra Dəmir Yol MMC-nin Şərur rayon üzrə rəisi Cümşüd adlı şəxsə dəfələrlə müraciət etdiyini, icarə müqaviləsinin xitamı üçün ona ərizə forması verməsini dediyini, ərizə yazıb müqaviləni xitam etmək üçün xahiş etdiyini, hər dəfə də onun da özünün rəhbərliyə dediyini dediyini, ərizə forması verməsini tələb etdiyini, onun da heç o ərizə formasını onların özünün bilmədiyini dediyini, əl çəkmədiyini, tez əşyaları çıxartmalarını, buranı icarəyə verəcəklərini dediyini və seçki olduğuna görə veb-kameralar qoşulurdu deyə onun salona girə bilmədiyini, dekabr ayında seçkidən sonra əşyalarını oradan çıxardıb açarı təhvil verdiyini, bir Azərbaycan qadını kimi, Yeni Azərbaycan Partiyasının üzvü kimi, 3 uşaq anası kimi və şəkərli diabet xəstəsi kimi işə düzgün baxılmasını, onun bir Azərbaycan xanımı kimi hüquqlarının tapdalanmasına icazə verilməməsini məhkəmədən xahiş etdiyini verilən sualların cavabında oranı icarəyə götürəndən bu yana orada istilik görmədiklərini, atapleniya sistemi olduğunu, sadəcə olaraq qoşulmadığını, hesabda pul olmadığını, bu kombinin ödənməyəcəyini dediklərini, oranın çox böyük bina olduğunu, bir tərəfinin avtovağzala kirayə verildiyini, bir tərəflərinin kişi bərbəri olduğunu, onlarla üzbəüz foyenin o biri başının aptek olduğunu, heç kim də olmadığını, belə bir nəticəyə gələrək yoldaşının heç olmasa kombi qoşulmasını, onlara istilik verilməsini, usta gətirib düzəltdirməsini, heç olmasa, onların salonuna verməsini, onu ödəməsini dediyini, bir də ki ona reklama icazə vermədiklərini, çölə nə bir şəkil vura bildiyini, nə bir plakat qoya bildiyini, heç nəyə icazə verilmədiyini, dörd divarın içində qadağa olduğunu, gözəllik salonunun reklamı olmasa, ümumiyyətlə, işləyə bilməyəcəyini, onun da dəfələrlə yığışdırmaq, bağlamaq istədiyini, işləmədiyini, aldıqları maaşı arendaya verdiklərini, yəni gizlətməli şey olmadığını, çünki reklama icazə olmadığını, ayrıca qarşı tərəfin şüşəbənd olduğunu, çox şüşəli olduğunu, günün də vuran yeri olduğunu, dəhşət isti olduğunu, ona kondisioner qoymağa icazə vermədiklərini, Zəngəzur yolu açılacağına, torpaqların alınacağına, dəmiryol xətti işləyəcəyinə və onun işinin daha yaxşı olacağına gümanı olduğu üçün oranı yerə qoymadığını, sonra çatdıra bilmədiyini, noyabr ayının ödənişini ödədiyini, Cümşüdə dönə-dönə ona ərizə forması alıb verməsini, müqavilənin xitamına ərizə yazmasını, bu müqavilənin pozulmasını dediyini, onlarla əlaqə saxlayanın Cümşüd olduğunu, əlaqələndirici şəxs ola biləcəyini, dönə-dönə gəlib baxmalarını dediyini, istiliyi tələb etdiyini, bura ödəniş ödədiyini, onun da onlara neçə dəfə rəhbərliyə dediyini, salonun bağlandığını, narahat olmamalarını, heç nəyə ehtiyac olmadığını dediyini, onun elə bir şey dediyini, müqaviləni də onun göndərdiyini, özünün dairədə üzv olduğunu, seçkidən bir ay qabaq lövhələr vurulduğunu, ora növbətçi dururlarsa, daha o idarədə iş olmadığını, bir də ki, gözəllik salonunun seçki günü yox, adətən elə altı bazar da işlədiyini, amma o plakatlar qurulduqdan, stollar qoyulduqdan, növbətçilər oturduqdan sonra işlərinin artıq bağlandığını, çəkib bağladıqlarını, çünki salonla üz-üzə veb-kamera qoşulduğunu, deməli Naxçıvanda əlli neçə yerə veb-kamera qoşulubdursa, birinin də Şərur Rayon Dəmir Yol binasının foyesində qoşulduğunu, kameranın da onların salonunun qarşısına qoyulduğunu, 1 ay salona girə bilmədiklirini, çünki Mərkəzi Seçki Komissiyasından görüldüyünü, burada iş ola bilməyəcəyini dediklərini, deməli bir fevral ayının 7-də prezident seçkisi olduğunu, sentyabr ayının 1-də parlament seçkiləri olduğunu, dekabrda da bələdiyyə seçkisi olduğunu, yəni dekabrda onun işləmədiyini, noyabrın icarə haqqı ödənişini ödədiyini, ona gedib heç olmasa əşyalarını oradan çıxarmağına icazə vermədiklərini, dekabrda da seçki qutarandan sonra gedib əşyalarını götürdüyünü, açarı da Cümşüd adlı adama təhvil verdiyini, 8-ci ayın əvvəlində ödəniş ediblərsə, birini əvvəlində, birini sonrasında edəcəklərini, maaş alıb ödədiyini, çünki onun oradan gəlirinin olmadığını, heç kimin onun orada salonunun olduğunu bilmədiyini, yəni iş çıxmırdı deyə maaş alandan sonra ödəməyə məcbur olduğunu, maaşın da yubandığını, məsəl üçün ayın sonuna, altı bazara düşdüyünü, onda da ödənişin elə düşdüyünü, maaş aldığını, aldığı maaşı icarə haqqına ödədiyini, maaşın o vaxt verildiyini, çünki toparlayıb icarə haqqını çıxarmağı üçün salondan qazancının olmadığını, maaşın gəlməsini gözləməyə məcbur olduğunu, maaşı aldığını, ödədiyini, bəzən 5-ci gün maaş gəldiyini, altı bazar Kapital Bank işləmirdi deyə 1ci gün və ya 2ci gün aparıb ödədiklərini, neçə illərdir ki, Zəngəzur yolu açılacağını, Türkiyə yolunun işləyəcəyini dediklərini, guya ki, həvəsli olduğunu, 1 il də işləməyini fikirləşdiyini, bəlkə salonun tanınacağını, bəlkə öz haqqını çıxardacağını bildirmişdir. 18 noyabr 2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahında keçən dəfə məhkəmədə qarşı tərəfin hüquqşünasının Cümşüd deyilən adamın stansiya rəisi olduğunu dediyini, yəni onların ancaq onunla əlaqə saxladıqlarını və ona da dönə-dönə bildirdiklərini, onun bildiyini, hər gün ora gəldiyini, kanalizasiya tutulanda onların onun pulunu verməli olduğunu, onun açdırdığını, hətta yeni ildə eşikdə yolkaların birini bəzəyəndə, salon işlətdikləri üçün beşini bəzəməli olduqlarını dediyini, yəni çərçivədən kənara çıxdıqlarını, nə olurdusa, onu məcbur etdiklərini, bu işləri onun etməli olduğunu, ona etdiklərini, amma ona dönə-dönə salonun bağlanmağını rəhbərliyə bildirdiyini dediyini, onların özlərinin xəbəri olduğunu, yəni azad ölkə olduğunu, gözəl qanunlar olduğunu, hər kəsin də qanunu bildiyini, məhkəmənin haqqı müdafiə etdiyinə, yəni onun haqqını müdafiə edəcəyinə əmin olduğunu bildirmişdir, verilən sualların cavabında orada 2 işçisinin olduğunu, həmin vaxt işçilərlə birlikdə seçki keçiriləcəyindən və veb-kameranın üzü sizin qapınıza olacağından sizə icazə verilmədiyi və icarəyə götürdüyünüz yerin fəaliyyətinin bu səbəbdən dayandırıldığı barədə elə bir akt tərtib etmədiklərini, heç akt tərtib olunması ilə bağlı məlumatının olmadığını, aktı tərtib edə bilməyəcəyini, buranı bağlayacağını, nəsə bir şey olacağını bilmədiyini, həmişə ümidlə yaşadığını, heç kimin işlədiyi yeri bağlayacağını, o aktı tərtib edəcəyini güman etmədiyini, yəni orada hər kəsin bildiyini, Seçki Komissiyasının üzvlərinin də bildirə biləcəyini, Məhərrəm müəllim olduğunu, İsrafil müəllim olduğunu, onların da bildirə biləcəyini, bir qanuna, bir də ilahi ədalətə inandığını, yəni o pulun elə bir mahiyyətli pul olmadığını, ona güc edəcəyini, amma Dəmir Yol MMC-yə güc etməyəcəyini, ustalarının birinin Bakıya köçdüyünü, amma birinin hal-hazırda burada olduğunu, işlətdikləri yerlə üzbəüz salon işlətdiyini, ad-familyasını da, telefon nömrəsini verə biləcəyini, o işləyibsə, ödəməyibsə, qanun qarşısında boynunun qıldan incə olduğunu, amma işləmədiyi yer üçün hara qədər olsa, şikayət edə biləcəyini, Əmək Müfəttişliyinə, korrupsiyaya yaza biləcəyini, yəni bunun Dəmir Yolunun birinci fırıldağı olmadığını bildirmişdir. 16 dekabr 2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında 2022-ci ildə yanvarın 30da oranı götürdüklərini, orada müqavilədə də yazıldığını, onları heç nə ilə təmin etmədiklərini, ora yüngülvari əl gəzdirdiklərini, yəni qışda radiatoru da vurmadıqlarını, qaz piltələri, tok piltələri ilə oranı qızdırdığını, yəni eşiyə reklam qoymağa icazə vermədiklərini, adicə eşiyə bir dənə plakat da vura bilmədiyini, əgər dövlət icazə vermirsə, bu binanı arendaya verməyə, icarəyə verməyə, verməmələrini, veriblərsə, buranun gözəllik salonu olduğunu, burada onun nəsə iş görməsi üçün reklam olmalı olduğunu, o vaxtdan 2024-ün noyabrın sonuna qədər bir zülmlə işlədiklərini, ondan sonra da daha çatdıra bilmədiyini gördüyünü, ödənişi ödəyə bilmədiyini, o dəmir yolunun binasının bir tərəfini avtovağzala arendaya verdiklərini, avtovağzalın nə demək olduğunu, Bakıya gedənlər, qayıdanlar hamısı oranın kanalizasiya sistemini də ona açdırdıqlarını, yəni elə bir şəraitdə işlədiklərini, elə bir zülmlə işlədiklərini, noyabr ayına qədər alınmadığını gördüyünü, noyabrın da ödənişini etdiyini, dekabrdan sonra həm də seçki var idi deyə, seçki olacağını, onsuz da onun işləməyəcəyini, noyabrı, dekabrı tam əminliklə dediyini, dönə-dönə dəmiryolun stansiya rəisi dedikləri Cümşüd müəllimə müraciət etdiklərini, yəni bir ərizə forması verməsini, müqaviləyə xitam verdirmələrini, baş idarəyə dediyini, onların salonun işləmədiyini bildiklərini dediyini, başlarını aldadanın o olduğunu, yoxsa ki, bir ərizəni yaza və yaxud da ki Naxçıvana gəlib müqaviləyə xitam verdirə biləcəyini, onları aldadanın o olduğunu, narahat olmamalarını, salonun bağlandığını, oraya dediyini, narahatçılıq olmadığını dediyini ta ki onlara məktub gələnə qədər bildirmişdir, verilən sualların cavabında özünün seçki məntəqəsinin üzvü olduğunu, 1 ay qabaq təşviqat lövhələri düzüldükdə, növbəyə durduqda, onda həmin idarədə, həmin yerdə iş olmadığını bildiyini, onların foyesində veb-kamera qoşulduğunu, üzü də salonlarının düz qapısına olduğunu, həmin ay o qruppa məntəqədə növbətçi çıxmağa başlayanda, həmin vaxtdan oranı işlətmədiklərini, fevral ayının 7-də prezident seçkisi olduğunu, deməli yanvar ayının 4-dən işə qayıtdıqda, ondan sonra növbəyə çıxdıqlarını, orada iş olmadığını, ondan sonra bir də referendum olduğunu, sentyabrın 1-də, avqust ayında orada işləmədiklərini, yenə onların ödənişini ondan aldıqlarını bildirmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 27 yanvar 2026-cı il tarixli məhkəmə iclasında verdiyi çıxışında iddia ərizəsində də göstərildiyi kimi Cavabdeh ilə 2024-cü il tarixin 1 martında icarə müqaviləsi bağlanıldığını, həmin müqaviləyə əsas da qarşı tərəfin aylıq 330 manat məbləğində əsas, 59 manat məbləğində də ƏDV olmaqla ödənişlər ödəməli olduğunu, lakin icarədarın müəyyən aylar üzrə ödənişləri ödədiyini, lakin son aylarda ödəniş etmədiyini, bunun səbəbindən ödənişlərdə kəsir yarandığını, cavabdeh tərəf etiraz irəli sürsə də, etirazın heç bir əsası olmadığını, çünki bununla bağlı heç bir dəlil, sübut irəli sürmədiyini, sadəcə cavabdeh tərəfin əsas olaraq son 2-3 ay ərzində işləmədiklərini və yaxud da ki orada fəaliyyət göstərməklərinə dövlət tədbiri və yaxud da ki seçkilərin keçirilməsi zamanı müdaxilə olunduğunu nəzərdə tutduğunu, lakin bununla bağlı heç bir əsas göstərmədiyini, müqavilənin müvafiq bəndində də göstərildiyi kimi icarə obyektindən istifadəsinə məhdudiyyət yaradan hal olduqda onlara yazılı bir şəkildə məlumat verməli olduğunu, vermədiyini və heç bir məlumat olmadan həmin obyekti tərk etdiyini, təbii ki onlarda da bir məlumat olmadığına görə icarə müqaviləsinin davam etdirildiyini, davam etdirildiyi müddətdə də borclar yarandığını bildirmişdir, verilən sualın cavabında iddia tələbini azaltmadıqlarını bildirmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 27 yanvar 2026-cı il tarixli məhkəmə iclasında verdiyi çıxışında keçmiş iclaslarda da borclu olaraq göstərdiklərini, qeyd etdiklərini, qarşı tərəfin onlara borc ödənişi olaraq axırıncı dəfə 271 manat ödənişin 29 aprel 2025-ci il tarixində daxil olduğunu və bundan sonra hər hansı bir ödəniş daxil olmadığını, ümumilikdə onlara qarşı tərəfin borcunun 957 manat 87 qəpik olaraq müəyyən olunduğunu bildirmişdir. Cavabdeh 27 yanvar 2026-cı il tarixdə məhkəməyə teleqram ünvanlayaraq Naxçıvan Dəmiryol MMC-nin ona qarşı pul tələbinə dair işin məhkəmənin icratında olmaqla xx.xx.2026-ci il tarixdə saat 14-05-ə təyin edildiyini, səhəti ilə əlaqədar üzrlü olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə іclasının onun iştirakı olmadan keçirilməsini, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. 27 yanvar 2026-cı il tarixə, saat 14:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh və məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsini və xəbərdar edilmələri barədə sənədlərin iş materiallarında olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli, 13-1-10/2-60/2024 nömrəli icarə müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən bu Müqavilənin 2.1.-ci bəndində müəyyən edilmiş Əmlakın mülkiyyətçisi Azərbaycan Respublikasının qanunlarına əsasən təsis olunmuş və 04 mart 2010-cu il tarixdə təsdiq edilmiş Nizamnamə əsasında fəaliyyət göstərən "X6" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 (bundan sonra "İcarəyəverən" Mülkiyyətçi) və digər tərəfdən (bundan sonra "İcarəyə götürən" İcarəçi”) Şərur rayonu, Ələkli kəndində qeydiyyatda olan fiziki şəxs Cavabdeh arasında Naxçıvan şəhərində bağlanmışdır. Bu müqavilənin: 2.1-ci bəndinə əsasən İcarəyəverən bu Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında, Mülkiyyətçiyə məxsus Şərur sərnişin vağzalının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 35 kv.m təşkil edən İcarə sahəsini (bundan sonra "Əmlak" adlandırılacaq) gözəllik salonu kimi fəaliyyət göstərmək məqsədilə İcarəçiyə müddətli icarəyə (qısa müddətli istifadəyə) verir, İcarəyə götürən isə həmin əmlakı icarəyə götürür və bunun əvəzində bu müqaviləyə Əlavəyə (Qiymət və ödəniş qaydası) əsasən X3 ödəyir. 3.1-ci bəndinə əsasən bu müqavilə 01 mart 2024-cü il tarixdən qüvvəyə minir və həmin tarixdən 1 (bir) il müddətində ("Müqavilənin müddəti") qüvvədə qalır. 7.2-ci bəndinə əsasən İcarəçi bu müqavilədə müəyyən olunmuş aylıq İcarə haqqını ardıcıl olaraq 2 (iki) ay vaxtında ödəmədikdə İcarəyəverən dərhal Bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. 8.1-ci bəndinə əsasən tərəflərdən heç birinin öhdəliklərin icrasının gecikməsinə və icra edilməməsinə görə vurulmuş ziyanın ödənilməsinin tələb hüququ və Müqavilənin xitam hüququ yoxdur, bir şərtlə ki, bu cür icranın gecikməsi və ya icra edilməməsi qarşısıalınmaz qüvvənin təsiri, təbii fəlakət, pandemiya, Hökümət məhdudiyyətləri, müharibə, üsyan, terrorizm və ya tərəflərin nəzarətindən kənar və onların fəaliyyətini məhdudlaşdıran digər hadisələr səbəbindən yaransın ("X9"). 8.2-ci bəndinə əsasən tərəflərdən biri fors-major hallarının baş verməsinə görə bu Müqavilə üzrə öhdəliyini qüsurlu və ya qismən icra etdikdə dərhal bu barədə digər tərəfə yazılı formada məlumat verməli və digər tərəf tələb edərsə fors-major halların baş verdiyini təsdiq edən bütün sənədləri ona təqdim etməlidir. 9.3-cü bəndinə əsasən bu Müqavilə üzrə öz vəzifələrini icra etməyən və ya lazımınca icra etməyən Tərəf digər Tərəfə vurduğu real zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən məsuliyyət daşıyır və qarşı Tərəfə vurduğu real zərəri tam həcmdə ödəməlidir. xx.xx.2024-cü il tarixli, 13-1-10/2-60/2024 nömrəli icarə müqaviləsinə Əlavə 1-in: 1.1-ci bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2025-cü il tarixinə kimi icarə sahəsi üçün bir aylıq icarə haqqı 389.40 (üç yüz səksən doqquz, manat 40 qəpik) manatdır. 1.2-ci bəndinə əsasən bir aylıq icarə haqqı 330 (üç yüz otuz) manatdır. 1.3-cü bəndinə əsasən aylıq icarə haqqına X10 (ƏDV) 59.40 vəsait isə X1 qeydiyyatda olan "X6" MMC-nin hesabına ödənilir. 1.5-ci bəndinə əsasən İcarəçi icarə haqqını 01 mart 2024-cü il tarixdən cari aylar üzrə hər ayın 10-dan (onundan) gec olmayaraq bu Əlavənin 1.2 və 1.3-cü bəndlərində qeyd olunan məbləğə uyğun olaraq İcrəyəverənin təqdim etdiyi EQF əsasında İcarə haqqını İcarəyəverənin hesabına (yəni “X6" MMC; VÖEN : **********; Bankın Adı: Kapital Bank ASC; VÖEN: **********; Kod: 200015; M/h: AZ37NABZ********************; SWİFT: AİİBAZ2XXXX; bank köçürməsi və ya nağd ödəniş yolu ilə həyata keçirir (ödəniş həyata keçirilərkən müqavilənin nömrəsi qeyd olunmalıdır). Əgər İcarəçi icarə haqqını vaxtında ödəməzsə, onun tərəfindən ödənilməli olan, ancaq ödənilməyən məbləğin üzərinə İcraçı tərəfindən hər ödənilməyən gün üçün 0.1% (sıfır nöqtə bir faizi) məbləğində dəbbə pulu əlavə olunacaqdır. Dəbbə pulunun ümumi məbləği ödənilməli olan, ancaq ödənilməyən İcarə Haqqının (və ya İcarə Haqqlarının) ümumi məbləğinin 25%-i miqdarından çox olmamaqla tətbiq oluna bilər. Əgər İcarəçinin ödədiyi hər hansı məbləğ onun İcarəyəverən qarşısında bütün borclarının bağlamasına kifayət etməzsə, o zaman ödənilən məbləğ ilkin olaraq dəbbə pulun ödənilməsinə yönələcəkdir, sonra İcarəçinin İcarəyəverən qarşısında digər borclarına və daha sonra isə icarə haqqının ödənilməsinə yönələcəkdir. 1.10-cu bəndinə əsasən hər bir Tərəf təsdiq edir ki, o Əlavəni oxumuş, onun bütün müddəalarını tam olaraq anlamış və könüllü olaraq bu Əlavəni imzalamışdır. xx.xx.2024-cü il tarixli, MT2409 seriyalı, 11559038 nömrəli elektron qaimə-fakturadan görünür ki, “X6” MMC tərəfindən Cavabdeh 417,22 (dörd yüz on yeddi manat, iyirmi iki qəpik) manat dəyərində xidmət göstərilmişdir. xx.xx.2024-cü il tarixli, MT2410 seriyalı, 11574598 nömrəli elektron qaimə-fakturadan görünür ki, “X6” MMC tərəfindən Cavabdeh 415,58 (dörd yüz on beş manat, əlli səkkiz qəpik) manat dəyərində xidmət göstərilmişdir. xx.xx.2024-cü il tarixli, MT2411 seriyalı, 12266051 nömrəli elektron qaimə-fakturadan görünür ki, “X6” MMC tərəfindən Cavabdeh 405,35 (dörd yüz beş manat, otuz beş qəpik) manat dəyərində xidmət göstərilmişdir. **********1/871477782 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 330 (üç yüz otuz) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********7/871477782 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 20 (iyirmi) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********2/871477782 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 60 (altmış) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********2/893250855 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 330 (üç yüz otuz) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********5/893250855 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 30 (otuz) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********8/893250855 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 60 (altmış) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********8/909243527 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 20 (iyirmi) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********3/909243527 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 60 (altmış) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********2/909243527 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 330 (üç yüz otuz) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********2/********** nömrəli, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 271 (iki yüz yetmiş bir) manat məbləğində ödəniş həyata keçirilmişdir. İcarə borcu haqqında maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixinə Cavabdeh icarə borcu əsas icarə haqqı borcu üzrə 807,88 (səkkiz yüz yeddi manat 88 qəpik) AZN və ƏDV borcu üzrə 150 (bir yüz əlli) AZN olmaqla cəmi 957,88 (doqquz yüz əlli yeddi manat 88 qəpik) manatdır. ********** nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı “X6” MMC 32,80 (otuz iki manat, səksən qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı “X6” MMC tərəfindən məhkəməyə elektron qaydada ünvanlanan: **********/745940649 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 330 (üç yüz otuz) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********/745940649 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 60 (altmış) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********2/763905247 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 330 (üç yüz otuz) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********4/763905247 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 25 (iyirmi beş) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********9/763905247 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 60 (altmış) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********8/781632787 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 20 (iyirmi) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********4/781596418 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 330 (üç yüz otuz) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********9/781632787 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 60 (altmış) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********3/831721419 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 50 (əlli) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********4/831721419 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 60 (altmış) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********5/831721419 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 330 (üç yüz otuz) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********3/831721419 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 50 (əlli) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********4/831721419 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 60 (altmış) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********5/831721419 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 330 (üç yüz otuz) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********8/852549110 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 50 (əlli) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********1/852549110 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 60 (altmış) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********2/852549110 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 330 (üç yüz otuz) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********7/871477782 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 20 (iyirmi) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********2/871477782 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 60 (altmış) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********1/871477782 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin 330 (üç yüz otuz) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********5/893250855 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 30 (otuz) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********8/893250855 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 60 (altmış) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********2/893250855 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 330 (üç yüz otuz) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********2/909243527 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 330 (üç yüz otuz) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********3/909243527 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 60 (altmış) manat məbləğində ödəniş həyata keçirilmişdir. **********8/909243527 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən “X6” MMC-nin hesabına 20 (iyirmi) manat məbləğində ödəniş həyata keçirilmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı “X6” MMC tərəfindən məhkəməyə elektron qaydada ünvanlanan 01 mart 2023-cü il tarixli, 01 nömrəli icarə müqaviləsindən görünür ki, Bu müqavilə bir tərəfdən bu Müqavilənin 2.1.-ci bəndində müəyyən edilmiş Əmlakın mülkiyyətçisi Azərbaycan Respublikasının qanunlarına əsasən təsis olunmuş və 04 mart 2010-cu il tarixdə təsdiq edilmiş Nizamnamə əsasında fəaliyyət göstərən "X6" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 (bundan sonra "İcarəyəverən" Mülkiyyətçi) və digər tərəfdən (bundan sonra "İcarəyə götürən” İcarəçi”) Şərur rayonu, Ələkli kəndində qeydiyyatda olan fiziki şəxs Cavabdeh arasında Naxçıvan şəhərində bağlanmışdır. Bu müqavilənin: 2.1-ci bəndinə əsasən İcarəyəverən bu Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında, Mülkiyyətçiyə məxsus Şərur sərnişin vağzalının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 35 kv.m təşkil edən İcarə sahəsini (bundan sonra "Əmlak" adlandırılacaq) gözəllik salonu kimi fəaliyyət göstərmək məqsədilə İcarəçiyə müddətli icarəyə (qısa müddətli istifadəyə) verir, İcarəyə götürən isə həmin əmlakı icarəyə götürür və bunun əvəzində bu müqaviləyə Əlavəyə (Qiymət və ödəniş qaydası) əsasən X3 ödəyir. 3.1-ci bəndinə əsasən Bu müqavilə 01 mart 2023-cü il tarixdən qüvvəyə minir və həmin tarixdən 1 (bir) il müddətində ("Müqavilənin müddəti") qüvvədə qalır. 9.3-cü bəndinə əsasən Bu Müqavilə üzrə öz vəzifələrini icra etməyən və ya lazımınca icra etməyən Tərəf digər Tərəfə vurduğu real zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən məsuliyyət daşıyır və qarşı Tərəfə vurduğu real zərəri tam həcmdə ödəməlidir. 01 mart 2023-cü il tarixli, 01 nömrəli icarə müqaviləsinə Əlavə 1-in: 1.1-ci bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi İcarə sahəsi üçün bir aylıq icarə haqqı 389.40(üç yüz səksən doqquz manat, 40 qəpik) manatdır. 1.2-ci bəndinə əsasən bir aylıq icarə haqqı 330 (üç yüz otuz) manatdır. 1.3-cü bəndinə əsasən aylıq icarə haqqına X10 (ƏDV) 59.40 vəsait isə X1 qeydiyyatda olan "X6" MMC-nin hesabına ödənilir. 1.5-ci bəndinə əsasən İcarəçi icarə haqqını 01 mart 2023-cü il tarixdən cari aylar üzrə hər ayın 10-dan (onundan) gec olmayaraq bu Əlavənin 1.2 və 1.3-cü bəndlərində qeyd olunan məbləğə uyğun olaraq İcrəyəverənin təqdim etdiyi EQF əsasında İcarə haqqını İcarəyəverənin hesabına (yəni "X6" MMC; VÖEN : **********; Bankın Adı: Kapital Bank ASC; VÖEN: **********; Kod: 200015; M/h: AZ37NABZ********************; SWİFT: AİİBAZ2XXXX; bank köçürməsi və ya nağd ödəniş yolu ilə həyata keçirir (ödəniş həyata keçirilərkən müqavilənin nömrəsi qeyd olunmalıdır). Əgər İcarəçi icarə haqqını vaxtında ödəməzsə, onun tərəfindən ödənilməli olan, ancaq ödənilməyən məbləğin üzərinə İcraçı tərəfindən hər ödənilməyən gün üçün 0.1% (sıfır nöqtə bir faizi) məbləğində dəbbə pulu əlavə olunacaqdır. Dəbbə pulunun ümumi məbləği ödənilməli olan, ancaq ödənilməyən İcarə Haqqının (və ya İcarə Haqqlarının) ümumi məbləğinin 25%-i miqdarından çox olmamaqla tətbiq oluna bilər. Əgər İcarəçinin ödədiyi hər hansı məbləğ onun İcarəyəverən qarşısında bütün borclarının bağlamasına kifayət etməzsə, o zaman ödənilən məbləğ ilkin olaraq dəbbə pulun ödənilməsinə yönələcəkdir, sonra İcarəçinin İcarəyəverən qarşısında digər borclarına və daha sonra isə icarə haqqının ödənilməsinə yönələcəkdir. 1.10-cu bəndinə əsasən hər bir Tərəf təsdiq edir ki, o Əlavəni oxumuş, onun bütün müddəalarını tam olaraq anlamış və könüllü olaraq bu Əlavəni imzalamışdır. xx.xx.2025-ci il tarixdə iddiaçı “X6” MMC tərəfindən məhkəməyə elektron qaydada ünvanlanan: xx.xx.2025-ci il tarixli, MT2501 seriyalı, 11230992 nömrəli elektron qaimə-fakturadan görünür ki, “X6” MMC tərəfindən Cavabdeh 460,49 (dörd yüz altmış manat, qırx doqquz qəpik) manat dəyərində xidmət göstərilmişdir. xx.xx.2025-ci il tarixli, MT2502 seriyalı, 11523842 nömrəli elektron qaimə-fakturadan görünür ki, “X6” MMC tərəfindən Cavabdeh 491,04 (dörd yüz doxsan bir manat, dörd qəpik) manat dəyərində xidmət göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, “X6” MMC ilə Cavabdeh arasında 01 mart 2023-cü il tarixli, 01 nömrəli icarə müqaviləsi və 01 mart 2024-cü il tarixdə 13-1-10/2-60/2024 nömrəli icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən İcarəyəverən İcarə sahəsini gözəllik salonu kimi fəaliyyət göstərmək məqsədilə İcarəçiyə müddətli icarəyə (qısa müddətli istifadəyə) verməyi, İcarəyə götürən isə həmin əmlakı icarəyə götürür və bunun əvəzində bu müqaviləyə Əlavəyə (Qiymət və ödəniş qaydası) əsasən X3 ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, iş üzrə iddiaçı “X6” MMC 01 mart 2024-cü il tarixdə bağlanmış, 13-1-10/2-60/2024 nömrəli icarə müqaviləsi üzrə yaranmış 807,91 (səkkiz yüz yeddi manat 91 qəpik) manat məbləğində icarə borcu, 150 (yüz əlli manat) manat məbləğində ƏDV borcu, 32.80 (otuz iki manat 80 qəpik) manat məbləğində dövlət rüsumunun, 54 (əlli) manat məbləğində cərimə borcunun, ümumilikdə 1044,71 (bir min qırx dörd manat 71 qəpik) manat məbləğində borcunun olduğunu iddia edərək pozulmuş hüquqların bərpa edilməsi məqsədilə 05 sentyabr 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “X6” MMC bağlanmış müqavilənin şərtlərinə və tələblərinə əməl edərək icarə sahəsini cavabdehə icarəyə vermiş, cavabdeh isə icarə haqqını ödəməyi öz öhdəsinə götürmüş, beləliklə tərəflər arasında icarə müqaviləsindən irəli gələn münasibətlərin mövcud olması icarə müqaviləsi və elektron qaimə fakturalarla öz təsdiqini taparaq işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə qeyd olunanlara əsasən bildirir ki, iddiaçının cavabdehə qarşı icarə müqaviləsindən irəli gələn öhdəlik üzrə borc tələbi barədə iddia qaldırmaqda subyektiv hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun təcrübəsində Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində yer alan hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatına böyük önəm verilir. Belə ki, bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (E.Həkimovun şikayəti üzrə 2008-ci il 3 noyabr tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ünvanladığı etirazında onu arxeyin salmaqla sonradan ona qarşı əsasız iddia qaldırıldığını, hansı ki, tələb edilən məbləğin hansı aylar üçün qalmış borc üçün tələb edildiyinin əsaslandırılmadığını, müqavilənin 7.2-ci bəndinə riayət edilmədiyini, halbu ki, həmin bəndə əsasən iki aylıq icarə haqqının ödənilmədiyi təqdirdə icarəverənin dərhal müqaviləyə xitam vermək hüququnun olduğunu, belə olan təqdirdə isə onun obyektin açarlarını təhvil verdiyi tarixdən səkkiz ay sonra ona qarşı iddia qaldırmasının əsaslı olmadığını bildirmişdir. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Belə ki, Cavabdeh məhkəmə iclaslarında verdiyi izahında icarə müqaviləsinin 8-ci bəndində ölkədə müharibə, pandemiya, təbii fəlakət və hökumət qadağaları olan zaman həmin hadisələrin fors-major adlandığının göstərildiyini bildirmişdir. Lakin 01 mart 2024-cü il tarixli, 13-1-10/2-60/2024 nömrəli icarə müqaviləsinin 8.2-ci bəndinə əsasən tərəflərdən biri fors-major hallarının baş verməsinə görə bu Müqavilə üzrə öhdəliyini qüsurlu və ya qismən icra etdikdə dərhal bu barədə digər tərəfə yazılı formada məlumat verməli və digər tərəf tələb edərsə fors-major halların baş verdiyini təsdiq edən bütün sənədləri ona təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Nəticədə, məhkəmə qeyd olunanlara əsasən 01 mart 2024-cü il tarixdə bağlanmış, 13-1- 10/2-60/2024 nömrəli icarə müqaviləsi üzrə yaranmış 807,91 (səkkiz yüz yeddi manat 91 qəpik) manat məbləğində icarə borcu, 150 (yüz əlli manat) manat məbləğində ƏDV borcu, 32.80 (otuz iki manat 80 qəpik) manat məbləğində dövlət rüsumunun, 54 (əlli) manat məbləğində cərimə borcunun, ümumilikdə 1044,71 (bir min qırx dörd manat 71 qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq "X6" MMC-yə ödənilməsi barədə iddia tələbi əsaslı olduğundan təmin edilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 114.1. və 114.1.1-ci maddələrinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət Rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 1011,91 (min on bir manat, 91 qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 30,12 (otuz manat, on iki qəpik) manatdır (30 + 11,91-in 1%-i = 30 + 0,12=30,12). İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, 32,80 (otuz iki manat, səksən qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı “X6” MMC tərəfindən ödənilmişdir ki, bununla da iddiaçı dövlət rüsumu məbləğini 2,68 manat artıq ödəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Hazırki iş üzrə iddia tələbi təmin olunduğundan iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 32,80 (otuz iki manat, səksən qəpik) manat məbləğində dövlət rüsumunun 30,12 (otuz manat, on iki qəpik) manat məbləği Cavabdeh alınaraq iddiaçı “X6” MMC -yə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 2,68 (iki manat, altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan tam təmin olunmalı, iddiaçı “X6” MMC tərəfindən ödənilmiş 32,80 (otuz iki manat, səksən qəpik) manat məbləğində dövlət rüsumunun 30,12 (otuz manat, on iki qəpik) manat məbləği Cavabdeh alınaraq iddiaçı “X6” MMC-yə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 2,68 (iki manat, altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddiaçı “X6” MMC-nin Cavabdeh qarşı 807,91 (səkkiz yüz yeddi manat 91 qəpik) manat məbləğində icarə borcu, 150 (yüz əlli manat) manat məbləğində ƏDV borcu, 32.80 (otuz iki manat 80 qəpik) manat məbləğində dövlət rüsumunun, 54 (əlli) manat məbləğində cərimə borcunun, ümumilikdə 1044,71 (bir min qırx dörd manat 71 qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq "X6" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi barədə tələbi əsaslı olduğundan tam təmin edilsin. Cavabdeh (VÖEN: **********; FİN: xxxxxxx; AA*******, qeydiyyatda olduğu ünvan: Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Ələkli Ərazi Dairəsi, Ələkli kəndi) 1011,91 (min on bir manat, 91 qəpik) manat alınaraq iddiaçı “X6” MMC-yə (VÖEN: **********) ödənilsin. İddiaçı “X6” MMC tərəfindən ödənilmiş 32,80 (otuz iki manat, səksən qəpik) manat məbləğində dövlət rüsumunun 30,12 (otuz manat, on iki qəpik) manat məbləği Cavabdeh alınaraq iddiaçı “X6” MMC-yə ödənilsin. İddiaçı “X6” MMC tərəfindən artıq ödənilmiş 2,68 (iki manat, altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-411/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-411/2025
27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver