Məhkəmə qərarları › İş №e-2-2(123)-416/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-416/2025

12.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-416/2025 12.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədov, iddiaçı "xxxx" MMC-nincavabdeh X1 qarşı “Acord” əmtə nişanlı malların satışına qadağa qoyulması, maddi ziyan və malların məhv edilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı 08 sentyabr 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 (VÖEN **********) tərəfindən İddiaçı MMC-yə məxsus olan “ACORD” əmtəə nişanının istifadəsinin və həmin brendlə olan məhsulların X1 məxsus ticarət obyektlərində, satış məntəqələrində istifadəsinə və satışına tam şəkildə qadağan qoyulmasını, cavabdeh tərəfindən İddiaçı MMC-nin əmtəə nişanlarından 2025-ci ilin yanvariyul ayları ərzində qanunsuz istifadə etmələri nəticəsində vurulan maddi ziyanın müəyyən edilməsi, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi, qeyri-qanuni istifadə nəticəsində İddiaçı MMC-yə vurulmuş zərərin kompensasiyası olaraq 9850 (doqquz min səkkiz yüz əlli) AZN məbləğində ödənişin həyata keçirilməsi, N 2023 2520 nömrəli qeydiyyatla qorunan “ACORD” əmtəə nişanından istifadəyə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması, N 2023 2520 nömrəli qeydiyyatla qorunan “ACORD” əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompensasiya ödənilmədən məhv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməiddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən etmişdir ki, iddia ərizəsinin geri qaytarılması üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı X2 tərəfindən İddiaçı MMC-yə məxsus olan “ACORD” əmtəə nişanının istifadəsinin və həmin brendlə olan məhsulların X1 məxsus ticarət obyektlərində, satış məntəqələrində istifadəsinə və satışına tam şəkildə qadağan qoyulmasını, cavabdeh tərəfindən İddiaçı MMC-nin əmtəə nişanlarından 2025-ci ilin yanvar-iyul ayları ərzində qanunsuz istifadə etmələri nəticəsində vurulan maddi ziyanın müəyyən edilməsi, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi, qeyri-qanuni istifadə nəticəsində İddiaçı MMC-yə vurulmuş zərərin kompensasiyası olaraq 9850 (doqquz min səkkiz yüz əlli) AZN məbləğində ödənişin həyata keçirilməsi, N 2023 2520 nömrəli qeydiyyatla qorunan “ACORD” əmtəə nişanından istifadəyə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması, N 2023 2520 nömrəli qeydiyyatla qorunan “ACORD” əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompensasiya ödənilmədən məhv edilməsi tələbini qeyd etsədə öz tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən İddiaçı MMC-nin əmtəə nişanlarından 2025-ci ilin yanvar-iyul ayları ərzində qanunsuz istifadə etmələri nəticəsində vurulan maddi ziyanın müəyyən edilməsi tələbini qeyd etməklə tələbdə qeyri dəqiqliyə səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü madddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin: 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" MMCnin cavabdeh X1 qarşı “Acord” əmtə nişanlı malların satışına qadağa qoyulması, maddi ziyan və malların məhv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilmədiyindən geri qaytarılmalı, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ödənilmiş **********69 nömrəli qəbz ilə ödənilmiş 118,50 (bir yüz on səkkiz manat əlli qəpik) məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. (2.1.2 və 4.1-ci maddələr) Məhkəmə həmçinin iddiaçının ərizəyə əlavə olunmuş müvəqqəti təminat tədbirinin müddətinin uzadılması barədə vəsatətə əsaən qeyd edir ki, həmin vəsatətə məhkəmənin İş № e-16(123)-16/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə münasibət bildirildiyindən yenidən baxılması zərurəti olmadığını iddiaçının diqqətinə çatdırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin cavabdeh X1 qarşı “Acord” əmtə nişanlı malların satışına qadağa qoyulması, maddi ziyan və malların məhv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıtərəfindən xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ödənilmiş **********69 nömrəli qəbz ilə ödənilmiş 118,50 (bir yüz on səkkiz manat əlli qəpik) məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən iddiaçıya qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, iddia ərizəsinin geri qaytarılmasına dair qeyd olunan nöqsanlar bütünlüklə aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan, onun tərəfə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəfə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar