Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-418/2025 15.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar elektron qaydada göndərilmiş ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: İddiaçı QSC və iddiaçının nümayəndəsi Nümayəndə2 12 sentyabr 2025-ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək cavabdеhlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 997R********** saylı krеdit razılaşması üzrə 7091.65 manat məbləğində krеdit bоrcu, 584.25 manat məbləğində faiz bоrcu və 182.29 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 7858 (yeddi min səkkiz yüz əlli səkkiz) manat 19 (on doqquz) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 98.59 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilən sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Belə ki, İddiaçı QSC və iddiaçının nümayəndəsi Nümayəndə2 tərəfindən 12 sentyabr 2025-ci il tarixdə məhkəməyə elektron qaydada ünvanlanmış iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə cavabdehlərə ünvanlanmış pretenziya məktubunda “xx.xx.2025 tarixinə gecikdirilmiş ödəniş məbləği” ödəmək barədə xəbərdarlıq edilsə də, xx.xx.2025-ci il tarixli arayışda borc məbləğinin xx.xx.2025-ci tarixinə olan vəziyyəti qeyd olunmuşdur. Beləliklə, iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunda qeyd etdiyi məbləğlə xx.xx.2025-ci il tarixli arayışda həmin tarixə olan vəziyyət üzrə məbləğ fərqlidir. Həmçinin, iddiaçı iddia ərizəsində pretenziya məktubunda cavabdehlərdən xx.xx.2025 tarixinə gecikdirilmiş ödəniş məbləğini deyil, xx.xx.2025-ci il tarixə olan məbləği tələb etmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə ünvanladığı pretenziya məktubunda qeyd etdiyi məbləği deyil, xx.xx.2025-ci il tarixli arayışa əsasən xx.xx.2025-ci il tarixə olan məbləği tələb etdiyi üçün borc məbləğinin xx.xx.2025-ci il tarixə olan vəziyyət barədə sənəd tələbin əsaslılığını təsdiq edən sənəd qismində qəbul edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1 və 150.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Əlavə olaraq məhkəmə bildirir ki, ərizəyə əlavə edilmiş sənədlər siyahısında Cavabdeh2 ünvanlanmış pretenziya məktubunun, həmçinin pretenziya məktubunun Cavabdeh2 çatdırılmasını təsdiq edən sənədin olmadığı da qeyd olunmalıdır. Bununla əlaqədar olaraq qeyd edilir ki, pretenziya məktubunun cavabdehə çatdırılmasını təsdiq edən sənədin və cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin ərizəyə əlavə edilmiş sənədlərin daxilində olmaması kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtinaya əsas verən hal kimi qeyd olunmasa da, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.1-cü maddəsində göstərilir ki, ərizə məhkəməyə ümumi qaydada verilir. Bu norma ərizənin ümumi qaydada məhkəməyə verilməsinin qeyd olunduğu müddəalara istinad etməyə əsas verir. Bununla əlaqədar olaraq, iddiaçıya izah edilir ki, əgər onun tərəfindən həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilərsə, Cavabdeh2 tərəfindən pretenziya məktubunun alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; Məhkəmə iddiaçının nəzər və diqqətinə çatdırır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 7858 (yeddi min səkkiz yüz əlli səkkiz) manat, 19 (on doqquz) qəpik təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 98 (doxsan səkkiz) manat 58 (əlli səkkiz) qəpikdir (30 + 6858,19-un 1%-i = 30 + 68,58 = 98,58). Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, İddiaçı QSC tərəfindən xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** nömrəli qəbz ilə 98 (doxsan səkkiz) manat, 59 (əlli doqquz) qəpik məbləğində dövlət rüsumu ödənilmişdir ki, bununla da iddiaçı dövlət rüsumu məbləğini artıq ödəmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar elektron qaydada göndərilmiş ərizənin qəbul olunmasından imtina edilməli, İddiaçı QSC tərəfindən xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** nömrəli qəbz ilə 98 (doxsan səkkiz) manat, 59 (əlli doqquz) qəpik məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. (2.1.2 və 4.1- ci maddələr) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-cı və 284-4-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar elektron qaydada göndərilmiş ərizənin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-418/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-418/2025
15.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver