Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-42/2025 05.03.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı müqavilədən irəli gələn öhdəliklərin icrası və xidmət haqqının ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı 18 noyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən 24.278 manatın, dövlət rüsumu 164 manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" MMC ilə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında 26 oktyabr 2021-ci il tarixli, 02l2021 saylı “Xidmət” müqaviləsi bağlanıldığını, müqavilənin predmetinəəsasən icraçı-"xxxx" MMC Naxçıvan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 6 mərtəbəli, 44 mənzilli yaşayış binasının dam örtüyünün vurulması işlərinin yerinə yetirilməsini müqavilənin əlavəsində (təklifdə) göstərilən xidmət haqqı qarşılığında öz uzərinə götürdüyünü, icraçı (nümayəndəsi olduğum hüquqi şəxs) müqaviləüzrə öz öhdəliklərini tam və vaxtında (lazımi qaydada) icra etməklə müvafiq xidməti təhvil verdiyini, lakin sifarişçi, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin isə xidməthaqqını tam formada ödəmədiyini, belə ki, müvafiq müqavilə ve Forma 2 sənədinəəsasən müqaviləüzrə 24,278 (iyirmi dörd min iki yüz yetmiş səkkiz) manat pulun (xidmət haqqının) hələ də ödənilmədiyini,müvafiq Forma 2 sənədlərinəəsasən ödenişlər olsa da, xx.xx.2022-ciil tarixli, Forma 2 sənədinəəsasən 24.278 (iyirmi dörd min iki yüz yetmiş səkkiz) manat xidmət haqqının hələ də ödənilmədiyini, Naxçıvan MR Dövlat Şəhərsalma və Arxitektura Komitəsinə ASYA TİKİNTİ, MMC tərəfindən müraciətlər olunsa da, ödənişlərin ödənilməsindən imtina edildiyini, bununla bağlı yazılı formada da cavabdehə pretenziya məktubu ünvanlandığını, lakin verilmiş cavab mektubunda bir sıra bəhanələr gətirilərək ödənişin ödənilməsindən imtina olunduğunu, iddiaçının müqavilədən irəli gələn öhdəliklərini tam və lazımı formada icra etdiyini, lakin cavabdehin isə xidmət haqqını tam ödəmədiyini, yəni müqavilədən irəli gələn öhdəliyini tam ve lazımi formada icra etmədiyini göstərərək AR Mülki Məcəİləsinin 14, 324, 389-cu maddələrinə istinad etmişdir. Cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə qarşı etiraz göndərərək bildirmişdir ki, Azərbaycan Respublikasının MM-in əqdlər haqqında bölməsində əqd anlayışı və onun növləri, əqdlərin etibarsızlığıilə əlaqədar hüquq normaların müəyyən edildiyini, MM-in 324.2, 337, 336-cı maddələrinə istinad edərək iddia ərizəsinə əsasən qalıq borcun ödənilməməsinin səbəbi kimi Naxçıvan MR Nazirlər Kabinetinin “Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında 2022-ci ildə podratçı təşkilatlar tərəfindən icra edilmiş, lakin dəyəri ödənilməmiş tikinti-quraşdırma işlərinin, avadanlıq, mal-material xidmətlərin dəyərinin ödənilməsi üçün müvafiq arayışın hazırlanıb Azərbaycan Respyblikası Naxçıvan MR Nazirlər Kabinetinə təqdim edilməsi məqsədilə Komissiyanın yaradılması haqqında” 03 may 2023-cü il tarixli 40s nömrəli Sərəncamına əsasən yaradılmış Kommissiya tərəfindən hazırlanmış 10 iyul 2023-cü il tarixli arayışda komissiya tərəfindən Naxçıvan şəhər Heydər Əliyev prospektində abadlıq işlərinə baxış keçirilən zaman Naxçıvan şəhər prospektində abadlıq işləri altında obyektin təyinatı dəyişdirilərək 44 mənzilli yaşayış binası adlı “özəl obyekt” inşa edildiyinin aşkar edilərək tələb olunan dövlət vəsaitinin iddia olunan məbləğin həmin özəl obyektin inşasına sərf edildiyini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən tikintisi dövlət vəsaiti hesabına maliyələşdirilən obyektlərin tikinti layihələrinin smeta bölməsi və ekspertizadan keçirilməsi haqqında müvafiq sənədlərinmüəyyən edilmədiyini, AR MM-in 339-cu maddəsinə əsasən Hakimiyyətdən sui-istifadə nəticəsində aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlinməsi və ya şəxsən ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlərin etibarsız hesab edilməsinin müəyyən edildiyini, hakimiyyətdən suiistifadə edilməklə qanunsuz olaraq maddi və sair nemətlərin əldə edilməsinin Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə haqqında Qanununa əsasən korrupsiya hüquqpozmalarına daxil edildiyini,Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2012-2022-ci illər ərzində fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan maliyyə-təftiş yoxlamalarının nəticələrinə dair yekun sənəddə qanunsuz hesab edilərək hüquqi məsuliyyət yaratdığı üçün sənədlərin prokurorluq orqanlarına göndərildiyini, dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi səbəbindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən iddia tələbinin yerinə yetirilməsinin mümkünsüz hesab edildiyini, bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi xx.xx.2025-ci il tarixdə yazılı izahat göndərərək bildirmişdir ki, iddia tələbi üzrə mübahisələndirilən 26 oktyabr 2021-ci il tarixində Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Asiya Tikinti MMC arasında bağlanmış “Çatı Qaynaq xidmətlərinin göstərilməsi haqqında” 02/2021 nömrəli “Podrat” müqaviləsinin şərtlərinə əsasən sifarişçi Naxçıvan Şəhəri H.Əliyev prospekti 6 mərtəbəli 44 mənzilli yaşayış binasının dam örtüyünün vurulması işlərini sifariş verir və “İcraçı” isə sifarişçinin müəyyən etdiyi qaydada xidmətləri həyata keçirir və göstərilən xidmətlərin həcmi tərəflərin birgə iştirakı ilə təhvil-təslim aktı əsasında sənədləşdirildiyini, işin faktiki halına görə təqdim edilən sənədlərə əsasən (Forma 2, ödəniş tapşırığı, elektron qaimə, və s.) müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər tərəflər arasında yaranmış birbaşa müqavilə öhdəlikləri kimi deyil hər hansı hüquqi əsası olmayan (müqavilə, saziş bağlamadan) podratçı qismində "xxxx"MMC (hazırki adı APF Tikinti MMC) və subpodratçı qismində İddiaçıMMC arasında icrası həyata keçirildiyini, onlara məlum olmayan səbəblərdən iddiaçı tərəfindən sonuncu hesab olunan işlərin görülməsi haqqında forma 2 sənədinin əvvəlki qaydada yəni podratçı qismində "xxxx"MMC (hazırki adı APF Tikinti MMC) və subpodratçı qismində İddiaçıMMC tərəfindən təsdiq edilmədiyini, müvafiq olaraq görülmüş işlərin dəyəri kimi qiymətləndirilən 24.278 manat pul vəsaitinin podratçı tərəfindən subpodratçıya ödənilməsi və ya həmin vəsaitin sifarişçi qismində Komitə tərəfindən ödənilməsi üçün elektron qaimə sənədlərinin təqdim edilməməsinin də iddianın əsassız olduğunu sübut etdiyini, 2022-ci ildə Komitə tərəfindən və ya həmin müddətdə podratçı funksiyalarını yerinə yetirən "xxxx"MMC (hazırki adı APF Tikinti MMC) tərəfindən iddiaçı tərəfindən əsas sübut kimi təqdim edilən Forma 2 sənədinin təsdiq edilmədiyini, iddiaçı tərəfindən tələb edilən borcun pul vəsaitinin ödənilməsinə dair elektron qaimə sənədinin təqdim edilməməsinin bu faktı sübut etdiyini, Azərbaycan Respublikasının MM-in və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 49-cu maddəsinə əsasən podratçı işlərə və xidmətin göstərilməsinə subpodratçını qanunvericiliklə müəyyən edilən qaydada cəlb edə biləcəyini, hazırki, işdə isə işin faktiki hallarından görülən işlərin, xidmətlərin dəyəri müqavilə üzrə Sifarişçi və ya Komitə tərəfindən podratçı qismində "xxxx"MMC (hazırki adı APF Tikinti MMC) bank hesabına və sonuncu tərəfindən isə İddiaçıMMC bank hesabına ödənildiyini,"xxxx"MMC ilə İddiaçıMMCarasında işlərin görülməsini təsdiq edən Forma 2 sənədlərinin görülən işlərin dəyəri olan pul vəsaitlərinin ödənilməsi haqqında elektron qaimə sənədləri faktiki olaraq dediklərini sübut edən hüquqi dəlil olduğunu, subpodratçı qismində iştirak etmiş iddiaçının iddia tələbinin faktiki olaraq əvvəlki müddətdə olduğu kimi podratçı qismində iştirak etmiş şəxsə "xxxx"MMC-nə (hazırki adı APF Tikinti MMC) yönləndirilməli olduğunu, cavabdehin Komitənin olmasının hüquqi əsasının olmadığını, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2012-2022-ci illər ərzində fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan maliyyə-təftiş yoxlamalarının nəticələrinə dair yekun sənəddə də dövlət vəsaitinin müxtəlif qanunsuz vasitələrlə, o cümlədən abadlıq işləri adı altında özəl tikinti obyektlərində tikinti işlərinin aparılması, mal və avadanlıqların alınması, xidmət göstərilməsi və digər bu kimi məqsədlərlə istifadə edilməsininqanunsuz hesab edilərək hüquqi məsuliyyət yaratdığı üçün məhkəmə qaydasında məsələyə baxılaraq CM 179.4-cü maddəsi ilə təqsiri sübut edilən Komitənin sabiq sədri Hicran Rüstəmov barəsində məhkəmə aktının qəbul olunduğunu, bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında verdiyi izahatında iddianı qaldıran tərəf olaraq verilmiş etirazı qəbul etmədiklərini, hazırkı kommersiya məhkəməsində mübahisənin mülki münasibətlərdən yarandığını, yəni əqdən yaranan bir mübahisə olduğunu, cavabdeh təşkilatın bunu əlaqələndirərək həmin vaxt ödənilməyən pula münasibətdə dövlət vəsaitinin mənimsənilmə məsələsinə gedib çıxdıqlarını, belə başa düşürük ki, bu müqavilədən yaranan münasibətdə cinayətin əlamətləri hiss olunurmuş kimi etiraz ərizəsində qeyd olunduğunu, amma bunu qəti şəkildə qəbul etmədiklərini, iddaçı ilə cavabdeh təşkilat arasında müqavilə olduğunu, komitə tərəfindən köçürmə yolu ilə Asiya Tikinti MMC-nə bu müqavilədən irəli gələn ödənişlər olunduğunu, sadəcə sonuncu indiki iddia tələbi ilə bağlı müraciət etdiklərini, qəti şəkildə etirazı qəbul etmədiklərini, cavabdeh təşkilatın müqavilənin xitamına dair onlara bildiriş göndərilmədiyini, ödənişlər elədiklərini, müqaviləmünasibətlərinin davam etdiyini, etibarsızlıq ilə bağlı məhkəmədə iddia qaldırılmadığını, tərəflər arasında müqavilənin 26 oktyabr 2021-ci ildə bağlandığını, müqavilənin imzalandığı gündən qüvvəyə mindiyini, tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirdiyini, iddiaçı təşkilatın işi görəndə hansısa sərəncam olmadığını, iddiaçının işini görüb bitirməklə öhdəliklərini icra etdiyini, amma cavabdehin öhdəliyinin davam etdiyini, Hicran Rüstəmovun barəsində dövlət təhlükəsizliyində aparılan cinayət işinin bitib məhkəmə istintaqının davam etdiyini, onun bu məsələyə aidiyyətinin olmadığını, ona hüquqi qiymətinveriləcəyini, dövlətə vurulmuş zərərin Hicran Rüstəmovdan alınıb dövlətə qaytarılacağını, Asiya Tikintinin nə günahınolduğunu, müqavilə üzrə iş görüb pulunu istədiyini, Hicran Rüstəmova münasibətdə mənimsəməyə qiymət verildiyini, müqavilənin tərəfinin komitə olduğunu bildirmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında verdiyi izahatında müqavilə olduğu halda mülki mübahisə mülki hüquqlar mülki məsuliyyət hüququnun yaranmasının da Mülki Məcəllə ilə müəyyən olunmasının, lakin eyni zamanda Mülki Məcəllədə müqavilə öhdəliklərininin sui istifadə olmaması qaydalarının da müəyyən olunduğunu, bununla əlaqədar olaraq etirazın əsas səbəbinin həmin müəssisənin özəl müəssisə olması ilə əlaqədar olaraq müqavilənin qarşılıqlı olaraq həmin vaxtda bağlanmasının hüquq normalarında boşluqlar olduğunu, bu əsasda da tikinti müəssisəsinə dövlət hesabına vəsaitlər ayrılırsa onda onun sənədlərinin hazırlanmalı olmaqla iqtisadi əsaslandırma aparılmalı olduğunu, lakin bu işdə əsasların olmadığını, maliyyə vəsaitlərinin ödənilməsi və sonradan dayandırılması ilə bağlı Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən 2022-ci ildə özəl müəssisələrin ayrılması ilə əlaqədar olaraq vəsaitlərin qanunsuz olması əsasında eyni zamanda komitədə aparılmış maliyyə yoxlamaları əsasında Dövlət Komissiyası tərəfindən hazırlanmış arayışda da həmin vəsaitin dayandırılması və eyni zamanda vəsaitin bilindiyi kimi özəl müəssisəyə xərcələnməsi əsasında dayandırılmasının götürüldüyünü, onlarında bu hüquqları əsas götürməklə büdcə təşkilatı olaraq Dövlət orqanı olaraq bu vəsaitlərin ayrılmasının birbaşa orqanın məsuliyyəti daxilində olmadığını, hazırki, iş üzrə mülki təqsirli müəyyən olunursa burda mülki təqsirlininmüəyyən olunmadığını, yəni Komitənin belə təqsirliyinin müəyyən olunmadığını, müqavilə üzrə bağlanmış vəsaitin özəl müəssisəüzrə xərcləndiyini, həmin iş üzrə hüquq mühafizə orqanlarında cinayət işinə dair işlər aparıldığını, Asiya Tikinti Cəmiyyəti ilə onların idarəsi arasında təmirlə bağlı müqavilənin olduğunu,müqavilənin bağlanmasının səhv yox müqavilənin sui istifadəyə yol verilən xətalarlabağlandığını, müqavilə bağlanan vaxtı həmin müəssisə dövlət müəssisəsi olmaqla istifadə olunan yerin dövlət mülkiyyətində olduğunu,sxem planı, xərclənəcək smetanın hamısının müəyyən olunmalı olduğu halda amma olunmadığını, tikinti icraatının qanunvericilik çərçivəsində aparılmadığını, bunun Asiya Tikinti tərəfindənolmadığını, lakin o sənədlərin mövcud olmadığını,Nazirlər Kabinetinin 2023-də müvafiq sərəncamında qanunsuz olaraq maliyyə vəsaitlərinin ayrılıması tikinti sahəsində tikinti obyektlərinin sahəsində istifadə edilməsinin qanunsuz olaraq dayandırılmasının göstərildiyini, əvvəlki pozuntunun da bu mülki hüquq pozuntusu deyil yəni vəzifəli şəxslərin mülki hüquq pozuntusu deyil cinayət məsuliyyəti olduğunu, bununla bağlı da aidiyyəti işin prokrorluqda olduğunu, Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalarda da həmin vəsaitlərin ayrılmasının dayandırılması haqqında fikir bildirildiyini,X4 Cəmiyyəti ilə müqavilənin bağlanma formalarının bəlli olduğunu, təəssüflər olsun ki, həmin dövrlərdə yəni 2022-2023-cü illərdə bu formada aparılmayaraq müqavilə bağlanma formalarına uyğun aparılmadığını, müqavilənin səhv olması ilə bağlı hər hansı şirkətləri tərəfindən iş görülməməsi ilə əlaqədar əslində onları aidiyyəti orqanlar tərəfindən araşdırılan müvafiq rəylərdə, fikirbildirməli olduğunu, bu cür sənədlərinonlarda mövcud olmadığını, yəni o işlərin nəticəsininonlarda olmadığını, müqavilə üzrə yaranmış mülki mübahisəni yəni vəzifələrinianladıqlarını, həmin sərəncama uyğun olaraq davam etdirilməsinin mümkün olmadığını, çünki bu məsələ ilə bağlı aidiyyəti orqanda cinayət işi aparıldığını, istintaq orqanında vəzifəli şəxsdən söhbət getdiyinin aydın olduğunu, dövlət orqanının bir varisinin də davamı olduqlarını amma ordavəzifəli şəxsdən söhbətin getdiyini, amma təəssüflər olsun ki, ortalıqda olan hüquqi sənəddə həmin müəssisələrə həmin vəsaitlərin ödənilməsinin dayandırılmasının göstərildiyini, bağlananmüqavilədə Mülki Məcəllədə sui istifadə qaydaları müəyyən olunduğunu, qarşı tərəfin də onun sui istifadə qaydalarının həmin şərtlərin nə olduğunu bildiyini, aidiyyəti orqan tərəfindən o məsuliyyətsizlik olmuşdursa qarşı tərəf də onu eləməliydi bunun məlum olduğunu, yuxarı orqandan özəl müəssisələrə pulun ayrılması ilə bağlı tapşırığınolduğunu, onların təşkilatı tərəfindən sui istifadə halına yol verilmədiyini, həmin vaxtı təşkilatın vəzifəli şəxsinin nöqsanından söhbət getdiyini, orqanın aktının başqa olduğunu, başqa şəxsin aktının başqa olduğunu, müqavilənin şəxs tərəfindən bağlanılmaqla komitə tərəfindən bağlayacaq şəxs göstərildiyini, X3 müdür olduğunu, 2022-ci ilin müqaviləsində olmadığı haldaolduğunu, Forma 2-də olaniyimri dörd min məbləği tanımadığını, sifarişçinin Bünyadov Vüqarın onlar tərəfdən forma 2-yə imza etdiyini, lakin təsdiqlənmədiyini, sifarişçininonların nümayəndəsi X5 olduğunu, X1 mühasib olaraq onlarda olmadığını, bağlanan müqavilənin hüquqi cəhətdən düz olduğunu, onların nümayəndəsinin 24.278 manat borcun olmasını təsdiqlədiyini, onların nümayəndəsinin orda iştirak etdiyini, amma komitə tərəfindən həmin sənədin təsdiqlənmədiyini, nümayəndənin onlara aid sələhiyyətli şəxs olduğunu anladıqlarını, lakinəgər iki tərəfli bağlanmış aktdırsa rəhbərlik tərəfindən təsdiqlənməli olduğunu, lakin həmin sənədin təsdiqlənməyərək imzalandığını, müqavilə əsasında Asiya Tikintiyə 24.278 manat borclarının olduğunu bildirmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında verdiyi izahatında təqdim etdikləri sənədlərin səbəbini keçən dəfə cavadehin nümayəndəsinin təsdiqlənməmə kimi ifadə işlətdiyindən onun qarşılığında forma 2-ləri də təqdim etdiklərini, vurulan e qaimələrin, forma 2-lərin tərəflər arasında müqavilədən irəli gələn öhdəliklərin hazırkı məhkəmə mübahisəsinə qədər olan öhdəliklərin icra olunmasının sübutu olduğunu, mövcud olan müqavilənin görülmüş işlər və ödənilməyən məbləğ istisna olmaqla digər ödənişlərin həyata keçirilməsi olduğunu, ən əsası da təqdim eləməklərində səbəbin keçən dəfə də iddiaya etiraz ərizəsində qeyd olunan hazırda Hicran Rüstəmovun barəsində cinayət mühakimə icraatı ilə əlaqələndirilməsilə təqdim elədiklərini, burda mülki mübahisədən söhbət getdiyini, tərəflər arasında müqavilə olduğunu, hüququ baxımdan cinayət işinin bu işə heç bir aidiyyəti olmadığını bildirmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında verdiyi izahatında təqdim olunmuş sənədlərin sübut kimi təqdim olunması və yaxud mübahisələndirilən məsələ üzrə əlaqələndirilmiş sübutlar kimi təqdim olunmasının qanunvericiliklə təsbit olunmadığını, çünki qanunvericilikdə sübut kimi təqdim olunan materiallar məsələnin mahiyyətinə uyğun olmalı olduğunu, burda isə təqdim olunmuş forma 2 sənədləri digər müqavilə öhdəliklərinin əsası olduğunu, hazırkı vəziyyətdə mübahisələndirilən müqavilə ilə hər hansı əlaqəsi olmadığını, görülən işlərin təsdiq olunmalı və müvafiq məbləğ həmin sənəd əsasında olmalı və həmin sənədin isə iki tərəfli olaraq təsdiq edilməsinin vacib olduğunu, təqdim olunan sənədin sübut kimi qəbul olunmasına etiraz etdiyini, bu sənədlərin bu müqaviləyə aidiyyəti olmadığını, ona görə ki, ayrı-ayrı müqavilənin sənədləri olduğunu, Forma 2-nin bu müqaviləyə heç bir aidiyyəti olmadığını, komitənin hüquqlarının varisi olaraq onların idarəsinin davam etdirdiyini, onların Rüstəmovun hüquqi varis olmadıqlarını Komitə olduqlarını, Rüstəmovun vəzifə səlahiyyətlərindən düzgün istifadə etməyərək müqavilə bağlayıbsa bu etibarsız müqavilə olduğunu, Forma 2-nin doğru yazıldığını, müqavilədə rəqəm olmadığını, müqavilədə iş götürün işinizi görün pulunuzu verək nəzərdə tutulduğunu, iddiaçı təşkilatın işi görüb, forma 2-ni yazdıqlarını, lakin sonrakı hadisələr zamanı bu forma 2-nin təsdiqlənmədiyini, müqavilədən irəli gələn öhdəliyi Asiya Tikintinin yerinə yetirməsini komitənin təsdiqləmədiyini, aparılmış yoxlamalar nəticəsində istər arayış istər dövlət aktında özəl müəssisələrə ayrılan dövlət pullarının qanunsuz olduğundan onlar qanunsuz hesab edilməsinin müəyyən edildiyindən aidiyyəti şəxslərin msəuliyyətə cəlb olunmasının nəzərdə tutulduğunu bildirmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında verdiyi izahatında tikinti fəaliyyətləri ilə forma üç sənədi forma iki sənədi əsasında hazırlandığını, Forma iki sənədinin gedilib həmin yerə görülən işlərə baxılaraq müəyyənləşdirildiyini, yəni bu forma iki sənədinin bir ay ərzində sayının müxtəlif ola biləcəyini, forma üç arayışının isə forma iki sənədləri əsasında hazırlandığını, onların ümumiləşdirilmiş forması olduğunu, Forma ikilərin sayının çox ola biləcəyini, Komitə tərəfindən Asiya Tikintiyə görülmüş işlərlə bağlı bu müqavilə üzrə xidmətləri tam göstərib təhvil verildiyinə görə təşəkkür məktubu göndərdiyini, bunun bir daha Asiya Tikintinin müqavilə üzrə öhdəliyinə düşən işi tam yerinə yetirməsini təsdiqlədiyini, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi arayışın bu msələyə heç bir aidiyyətinin olmadığını, Hicran Rüstəmovun əməlinə hüquqi qiymət verilməsinin onların məsələsinə heç bir aidiyyətinin olmadığını bildirmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında verdiyi izahatında Forma üçün forma iki əsasında tərtib edildiyini, görülmüş işin qiymətləndirilməsi olduğunu, bunları təqdim etmək məqsədlərinin bütün işlərin forma iki forma üç sənədlərində podratçı subpodratçı qismində işlərin aparıldığını yəni müqavilə öhdəlikləri əsasında aparılmadığını, podratçı qimsində həmin dövrdə Nəqşicahan, sonrakı APF adlandırılan, Asiya MMC arasında bu işlər podratçı subpodratçı qismində aparılıb yəni müqavilə öhdəlikləri qaydasında aparılmadığını, hansı əsasda bilinməyən müqavilələ öhdəliyinin ortaya çıxaraq iki tərəfli müqavilə öhdəliyi olduğunu, onların podratçıya müqavilə əsasında pul ödəməli olduqlarını, podratçının subpodratçıya müqavilə əsasında pul ödəməli olduğunu, sonuncu halda pulun istənilməsində hansı əsasda podratçıdan yox subpodratçıdan istənildiyini, həmin işlərin görüldüyünü bunu etiraf etdiklərini burda məsələ olmadığını, amma o formada pulların ödənilməsinin nəzərdə tutulmadığını, onların pulu 2022-ci ilə qədər podratçıya ödədiklərini, podratçının isə Asiya MMC-ə subpodratçı qismində ödədiyini, araşdırma əsasında ümumiyyətlə qaimə sənədinin olmadığının məlum olduğunu, elektron qaimə sənədinin təmin olunmadığını, təmin oluna da bilməyəcəyini, çünki qarşı tərəfin həmişə görülmüş işin qarşılığı olan pulu podratçıdan aldığını, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Asiya tikinti” ilə xx.xx.2021-ci il tarixdə xidməti müqavilə bağlandığını, buna etirazlarının olmadığını, Asiya tikinti” ilə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında müqavilə bağlandığını, hüquqi baxımdan baxanda onların öhdəlik daşıdıqlarını, bağlanan müqavilədə işin həllinin göstərilmədiyini, ümumi müqavilə bağlandığını, iş görüldükcə onların gedib işə baxamaqla forma iki əsasında da pulun ödənilməsini, faktiki işin əsasında işin görülməsi qaimə sənədlərinin olması onların qarşı tərəfə pulun ödənilməsinin ancaq podrat və subpodrat prinsipi əsasında aparıldığını, qarşı tərəfin podratçıdan pulunu istəməli olduğunu, işin faktiki halının bunu sübut etdiyini, podratçı ilə onların arasında münaqişə olmadığını, araşdırmalardan onlar tərəfindən birbaşa müqavilə bağlandıqdan günlər sonra birbaşa qarşı tərəfə otuz doqquz min doqquz yüz manat həcmində və bir dəfə də yeddi min manat həcmində ödəniş olunduğunu, hardasa toplam 45 minə qədər ödəniş olduğunu, işin araşdırmasına baxanda əslində birbaşa qarşılıqlı müqavilə öhdəliyi götürüldüyü halda qarşı tərəfin borcunun yaranmış olduğunu, onları aşkar etməyin mümkün olmadığından bunu iddia ilə qaldırmadıqlarını, fikirlərinə görə istənilən halda qarşı tərəfin iddiasının təmin edilməməli olduğunu, təqdim etdikləri sənəddə hər zaman təsdiq podartçı subpodratçı arasında möhürlə təsdiq edildiyini, iddiaçı tərəfindən təqdim olunan məktuba münasibətə bəli o işlərin görülməsinin etiraf edildiyini, o işlərin görüldüyünü, o işlərin görülməsinin bu gündə həmin akt da təsdiq edildiyini bildirmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə məhkəmə baxışı iclasında verdiyi izahatında vəkili olduğu İddiaçı MMC ilə cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında xidmət müqaviləsi bağlanıb həmin xidmət müqaviləsinə əsasən Naxçıvan şəhəri H.Əliyev pr 6 mərtəbəli 44 mənzilli yaşayış binasının dam örtüyünün vurulması işlərinin sifariş verildiyini, İddiaçı MMC həmin işlərin yerinə yetirilməsi üçün o müqaviləni imzalayıb eyni zamanda komitənin də möhürünün təsdiqi ilə qiymət təklifi kenetdoun və şindeldoun üçün hansı ki, bu müqavilədən irəli gələn qiymət təkliflərinin razılaşmasının olduğunu, qiymət təklifinin təsdiqlənərək Asiya Tikinti MMC müqavilə üzrə öhdəliklərini tam və vaxtında icra etdiyini, cavabdeh tərəfin nümayəndəsinin üç fərqli izahat verdiyini, birinci məhkəmə iclasında ona ünvanladığı sualda “sizin belə bir borcunuz var” sualın cavabında etiraf edib vardı bəli işlər görülüb dediyini, ikinci məhkəmə hazırlıq iclasında vəsatət təqdim olunub ki, bu mülki mübahisəni arxitektura komitəsinin sabiq sədri olan hansı ki barəsində ittiahm edici hökm çıxan Hicran Rüstəmovun cinayət işi ilə əlaqələndirdiyini, məhkəmə tərəfindən ora sorğu verilməsini o sənədlərin istənilməsini işin icra olunduğunu etiraf eliyib ancaq pulun ödənilməsini Hicran Rüstəmovun cinayət işi ilə əlaqələndirdiyini, bu işin Hicran Rüstəmovun işi ilə hər hansı əlaqəsinin olmasını cavabdehin sübut edə bilmədiyini, müqavilənin etibarsızlığı ilə bağlı yoxlama aparılmışdırsa dərhal məhkəməyə müraciət olunmalı olduğunu, hazırkı tərəflərin hər ikisinin iradə ifadəsi ilə bağlandığı əqd etibarsız hesab olunardı amma belə bir halın olmadığını, Hicran Rüstəmov barəsində aparılan cinayət işinin ümumiyyətlə bu işlə əlaqəsinin olmadığını, Asiyanın Tikinti Arxitektura Komitəsi ilə müqavilə bağladığını, müqaviləni şəxsi insanlara aidiyyətinin olmadığını, üçüncü verdiyi izahatda da cavabdehin nümayəndəsinin bu işlərin görüldüyünü etiraf etdiyini, iddiaçının öhdəliklərini icra elədiyini etiraf etdiyini, amma ödənişin onlardan yox APF tərəfindən ödənilməsini bildirdiklərini, üç müxtəlif ziddiyyətli fikirlərinin olduğunu, hazırki işlərin predmeti olan görülən işlərin nəticəsi olaraq hazırkı Komitənin sədri tərəfindən işlərin keyfiyyətlə görülməsi barədə onlara məktub verildiyini, müqavilə əsasında işlərin görüldüyünü, bütün sübutları təqdim etdiklərini göstərərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəmə baxışı iclasında verdiyi izahatında doğurdan da belə bir müqavilənin komitə ilə bağlanaraq və öhdəliklərin müəyyən olunduğunu, ilk növbədə qanunvericiliyində şəxs müqavilənin tərəfində olduğunu, vəzifəli şəxsin müqavilə bağladığı zaman vəzifə səlahiyyətlərindən sui istifadə halı olduğunu, bu fikri ona görə ifadə etdiyini, qarşı tərəfin fikrində bütün işlərin təsdiq olunduğu bildirildiyini, lakin bütün işlərin təsdiq olunmadığını, ödənişlərin hammısının subpodratçıya podratçı tərəfindən ödənildiyini, sonuncu forma 2-nin tərəflərindən təsdiq olunmamasına münasibətdə istər sonuncu istər əvvəlki olan görülən işlərin hammısı baş podratçı tərəfindən təsdiqləndiyini, baş podratçı tərəfindən ödənişlər subpodratçıya edildiyini, bütün qaimə sənədlərində ödəniş sənədlərində özünü göstərdiyini, birbaşa onlara pul ödədiklərini ödənişlərinin olduğunu, ancaq məsələyə müqavilə öhdəliyi tərəfdən baxdıqda halda ikinci bir iddia tələbinin ortaya çıxacağını, işin digər halları barədə izah etmək istəmədiyini lakin müqavilə öhdəliyinə verilmiş faktiki hallara məsələyə baxmaq olduğunu bildirdiyini, qarşı tərəfin öz öhdəliyini əsas podratçıdan tələb etməli olduğunu, çünki bütün ödənişləri ordan etdiyini, əgər müqavilə öhdəliklərindən məsələyə yanaşsaq onda onların müqavilə öhdəliyi əsasında ödədikləri 39 min manatdan artıq məbləğ tələb isə 24 min manatdır sual çıxa bilər ki, belə olan halda məsələ niyə tənizmlənmir çünki həmin işlərin yoxlamalarda həmin işlərin onsuzda qanunvericiliyə uyğun olaraq aparılmadığının qarşı tərəfin də bildiyini, qarşı tərəfin iddiasının tamamilə hüquqi əsasının olmadığını, çünki bunun Məcəlləyə tamamilə yad olduğunu, görülən işləri onsuzda onların təsdiqlədiklərini, onların həmin öhdəliklərin yerinə yetirildiyini təsdiqlədiklərini, onların nümayəndəsini orda olduğunu, lakin heç bir zaman forma 2 sənədlərinin komitə tərəfindən təsdiqlənmədiyini, bu gündə görülən işi təsdiqlədiklərini bildirərək iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan: 26 oktyabr 2021-ci il tarixli, 02/2021 saylı “Çatı Qaynaq xidmətlərinin göstərilməsinə dair” müqavilədən görünür ki, sifarişçi Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə icraçı İddiaçıMMC arasında müqavilə bağlanaraq Naxçıvan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 6 mərtəbəli, 44 mənzilli yaşayış binasının dam örtüyünün vurulması işlərinin yerinə yetirilməsini sifariş verərək, icraçıya xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada dam örtüyünün üzlənməsi işlərini yerinə yetirilməsini öhdəsinə götürür. 2022-ci ilin noyabr ayında yerinə yetirilmiş tikinti və təmir işlərinin qəbuluna dair aktdan (2 nömrəli forma) görünür ki, sifarişçi Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, podratçı "xxxx" MMC,subpodratçı təşkilat İddiaçıMMC təqdim olunan ƏDV daxil olmaqla dəyəri 24278 manat olan tikinti və təmir işlərini sifarişçi qəbul etmişdir. Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İddiaçıMMC vəkil və nümayəndəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun mətnindən məlum olur ki, Naxçıvan MR Nazirlər Kabinetinin 03 may 2023-cü il tarixli 40s nömrəli sərancamı ilə Komitənin sifarişi əsasında 2022-ci ildə podratçı təşkilatlar tərəfindən icra edilmiş, lakin dəyəri ödənilməmiş tikintiquraşdırma işlərinin, avadanlıq, mal-material və xidmətlərin dəyərinin ödənilməsi məqsədilə yaradılmış komissiya tərəfindən aparılan araşdırmaların nəticələri barədə hazırlanmış arayışa əsasən Naxçıvan şəhəri, H.Əliyev prospektində abadlıq işləri adı altında obyektin təyinatı dəyişdirilərək qanunsuz olaraq 44 mənzilli yaşayış binası özəl obyektdə tikinti işlərinə dövlət büdcəsi hesabına maliyyə vəsaitlərinin ayrılması qanunsuz olması müəyyən olduğundan Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dövlət büdcəsi hesabına maliyyə vəsaitlərinin ayrılmasının məqsədə uyğun hesab edilmədiyi bildirilmişdir. Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İddiaçı MMC-ə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun mətnindən məlum olur ki, Naxçıvan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 6 mərtəbəli, 44 mənzilli yaşayış binasının dam örtüyünün vurulması işləri üzrə 02/2021 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən görülmüş işlərin vaxtında və keyfiyyətli yerinə yetirilməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsaasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında müqavilə bağlanmaqla razılaşma əldə olunaraq hər iki tərəf üzərinə müqavilədən irəli gələn öhdəliklər götürmüşdür. İddiaçı cavabdeh tərəfin həmin razılaşmadan irəli gələn öhdəliyini yerinə yetirmədiyini iddia edib cavabdeh tərəfin borcunun olmasını təsdiq edəcək sənədlər (müqavilə, Forma 2 sənədi,) təqdim edərək məhkəməyə müraciət etmişdir. Həmin müqaviləyə və Forma 2 sənədinə nəzər yetirdikdə məlum olur ki, cavabdeh tərəfin iddiaçı tərəfə 24278 (iyirmi dörd min iki yüz yetmiş səkkiz) manat məbləğində borcu vardır. Belə ki, İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək Naxçıvan Şəhəri Heydər Əliyev prospekti 6 mərtəbəli 44 mənzilli yaşayış binasının dam örtüyünün vurulması işlərini görmüş, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə üzərinə düşən öhdəliyini yerinə yetirməyərək 24278 (iyirmi dörd min iki yüz yetmiş səkkiz) manatı ödəməmişdir. Tərəflər arasındakı Forma 2 sənədi borcun olmasını təsdiq edən mötəbər sənəddir. Məhkəmə cavabdeh təşkilatın nümayəndəsinin müqavilə üzrə ayrılan vəsaitin özəl mülkə xərclənməsi, Komitənin sabiq rəisinin vəzifə saxtakarlığı olması fikirlərinə əsasən qeyd edir ki, bu faktlarla əlaqədar yetərli sübutlar həmçinin hazırkı iddianın əsasını təşkil edən müqavilə ilə əlaqəsi olan sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə cavabdeh təşkilatın nümayəndəsinin Forma 2 sənədinin Komitə tərəfindən təsdiq olunmaması fikirinə əsasən qeyd edir ki, nümayəndə izahatlarında Forma 2 sənədində 24278 manat dəyərində görülən işləri qəbul edən şəxslərin Komitənin əməkdaşları olduğunu təsdiq etmişdir. Həmçinin məhkəmə bildirir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. Bu səbəbdən də məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sənədləri mötəbər sənəd kimi qəbul edərək iddiaçı tərəfin haqqlı olması və iddianın əsaslı olduğundan təmin edilməsi qənaətindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən ödənilmiş 164 (yüz altmış dörd) manat məbləğində dövlət rüsumu cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən alınaraq İddiaçınə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, 24278 (iyirmi dörd min iki yüz yetmiş səkkiz) manat məbləğində pul cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən alınaraq İddiaçınə ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 164 (yüz altmış dörd) manat məbləğində dövlət rüsumu cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən alınaraq İddiaçınə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cımaddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən 24278 (iyirmi dörd min iki yüz yetmiş səkkiz) manat alınaraq İddiaçınə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 164 (yüz altmış dörd) manat məbləğində dövlət rüsumu cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən alınaraq İddiaçınə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-42/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-42/2025
05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver