Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-425/2024 25.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 18 iyul 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən 133525,54 (yüz otuz üç min beş yüz iyirmi beş min manat əlli dörd qəpik) manat pulun və ödənilmiş 425 (dörd yüz iyirmi beş) manat dövlət rüsumunun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində 15 iyul 2023-cü il tarixində cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin İddiaçı MMC-dən üzləşmə aktı imzalayaraq 133525,54 (yüz otuz üç min beş yüz iyirmi beş min manat əlli dörd qəpik) manat dəyərində mal-material götürdüyünü və hazırda həmən məbləğdə borclu qaldığını təsdiq etdiyini, İddiaçı MMC-dən cavabdeh tərəfindən götürülmüş mal-materialların xx.xx.2022-ci il tarixli 339811 nömrəli elektron qaimə-fakturası, xx.xx.2022-ci il tarixli 245084 nömrəli elektron qaimə-fakturası, üzrə 133525,54 (yüz otuz üç min beş yüz iyirmi beş min manat əlli dörd qəpik) manat dəyərində malmaterial götürərək bu günədək pulunu ödəməyərək öhdəliyini yerinə yetirmədiyini, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi ilə birlikdə tərtib olunmuş akta əsasən İddiaçı MMC-yə 133525,54 (yüz otuz üç min beş yüz iyirmi beş min manat əlli dörd qəpik) manat borclu olmasının öz təsdiqini tapmaqda olduğunu, iddiaçının pretenziya məktubu ilə cavabdeh təşkilata müraciət edərək borclarını ödəməli olduqlarını onlara bildirməsi ödəniş edilmədiyi təqdirdə məhkəməyə müraciət edəiləcəyini, buna görə çəkiləcək bütün xərclərin ödənilməsini onlardan tələb edəcəyini bildirməsinə baxmayaraq heç bir nəticəsi olmadığını, bu səbəbdən də iddiaçının məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, iddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə verdiyi malların dəyərini və çəkməli olduğu xərcləri cavabdeh təşkilatdan alınıb özünə verilməsini istədiyini, hazırda iddiaçının cavabdehdən 133525,54 (yüz otuz üç min beş yüz iyirmi beş min manat əlli dörd qəpik) manat pulu və 425 (dörd yüz iyirmi beş) manat dövlət rüsumunun Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən alınıb İddiaçı MMC-yə ödənilməsini tələb etdiyini bildirmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 30 avqust 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə tərəfindən cavabdeh tərəfdə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesdə iştiraka cəlb edilmişdir. Keçirilən məhkəmə iclaslarında: İddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə etdiklərini, məhkəmə işinin bəlli olduğunu, hər iki tərəfin də imzası və möhürü olduğunu, qarşı tərəfin də borcun olmadığına dair etirazı olmadığını, yəni qəbul etdiklərini, malı aldığına dair təkzib olmadığını, malın alındığını, istifadə olunduğunu, onun müqabilində qarşı tərəfin dövlətdən pul alıblarmı ya almayıblarmı onu bilə bilməyəcəyini, onların həmin materialı 2022-ci ildə qarşı tərəfə təhvil verdiklərini, onların 133525,54 (bir yüz otuz üç min beş yüz iyirmi beş manat əlli dörd qəpik) manatlıq mal-material təhvil verdiklərini, onun pulunu istədiklərini bildirmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1n xx.xx.2024-cü il tarixdə verdiyi izahatında qarşı tərəfin keçən dəfə “ƏDV-dən azad olan əməliyyatlarımız olubdur. Ümumiyyətlə heç kimin ƏDV-sini ödəyə bilməmişik” deyə bildirdiyini, ƏDV-dən azad olan əməliyyatların Vergilər Məcəlləsində bəlli olduğunu, orda tikinti obyektlərinin ümumiyyətlə adının olmadığını, hətta məcəllədə istisnasız tikinti işi ilə məşğul olanların birbaşa ƏDV ödəyicisi olduğunun vurğulandığını, hətta Vergilər Məcəlləsinin 175-ci maddəsində ƏDV-dən azad olan əməliyyatlar, əvəzləşdirilən əməliyyatlar barədə məlumat verildiyini, qarşı tərəfin məktub verib ƏDV-siz olaraq həmin malı alacaqlarını bildirdiklərini, elə bir məktubun olmadığını, kiməsə belə məktub versəydilər belə o məktubu heç kimin qəbul etməyəcəyini, ona görə ki, məktubun əsasının olmadığını, cavabdeh tərəfin ƏDV ödəyicisi olub-olmadıqlarının onlara aidiyyəti olmadığını, ƏDV-li olaraq qaimə kəsildiyini, qaimənin aktlaşdırıldığını, üzləşmə aktına imza çəkildiyini, haqlı tələblərini irəli sürdüklərini bildirmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə3 iddianı qəbul etdiklərini, lakin Ali Məclisin sədrinin müvafiq fərmanına əsasən, idarənin Naxçıvan MR İqtisadiyyat Nazirliyində ləğvetmə prosesində olduğunu, bu səbəbdən ödəmə qabiliyyətli olmadığını, onların borclu olduqlarını, dövlətdən almadıqları üçün verə bilmədiklərini bildirmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 onların o vaxt aldıqları mal-materialın dəyərinin ƏDV depoziti olmadığına görə ana pul kimi ödənildiyini, bir çox müəssisədə işlənmiş materialların ƏDVdən azad olunduğunu, ona görə də əsas pul kimi vurulduğunu, ƏDV düşmədiyini, ona görə də bu borclar yarandığını, hal-hazırda da borcu şirkətin qəbul etdiyini, amma idarənin özəlləşməyə gedəndən sonra bunların hamısının ödənilməsinin qeydiyyatda olduğunu, mal-materialların ƏDV-dən azad olunmasına dair Nazirlər Kabinetinin sərəncamı olduğunu bildirmişdir. Cavabdeh tərəfdə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə4 izahında onlarda ləğvetmə prosesi getmədiyini, özgəninkiləşdirmə getdiyini, bugünkü gündə Şəhər İdarəsini təhvil almadıqlarını, özgəninkiləşdirmə prosesinin hələ başlamadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə ki, Cavabdehin nümayəndəsi Nümayəndə3 izahında iddianı qəbul etdiklərini, onların borclu olduqlarını, dövlətdən almadıqları üçün verə bilmədiklərini bildirmişdir. Göründüyü kimi cavabdehin nümayəndəsi izahında nümayəndəsi olduğu təşkilatın iddiaçı təşkilata borclu olduğunu etiraf etmişdir. Məhkəmə bildirir ki, cavabdehin “Etiraf”ı məhkəmə tərəfindən yoxlanılaraq müəyyən edilir ki, Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsində göstərilən hallar mövcud deyildir. Belə ki, cavabdeh tərəfin iddianı etiraf etdiyini və iddianın etirafının qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq iddianın etirafının məhkəmə tərəfindən qəbul edilərək 191.3-cü maddəsinə uyğun olaraq iddiaçının irəli sürdüyü tələbləri təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsinin göstərilə biləcəyi qeyd olunsa da işin obyektiv və ədalətli həll edilməsi və məhkəmə qərarına inamın daha da möhkəmləndirilməsi üçün məhkəmə etirafın nəzərə alınması ilə yanaşı təqdim edilmiş sübutlara qiymət verilməsini də məqsədəmüvafiq hesab edir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, hər iki təşkilat arasında üzləşmə apararkən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin İddiaçı MMCyə 133525,54 (bir yüz otuz üç min beş yüz iyirmi beş manat əlli dörd qəpik) manat borclu olduğunu təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturadan görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 178006,61 (bir yüz yetmiş səkkiz min altı manat altmış bir qəpik) manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturadan görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 117923,06 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli 20742 saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə dövlət büdcəsinə 425 (dörd yüz iyirmi beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək qeyd edir ki, ərizəyə əlavə olunmuş sənədlərə əsasən müəyyən olunur ki, İddiaçı və cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi arasında olan şifahi razılaşmaya əsasən tərəflər üzərinə öhdəlik götürmüşdür. Mallar həqiqətən də İddiaçı tərəfindən cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə təqdim edilmişdir. Lakin cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi bu günədək öhdəliyini yerinə yetirməyərək, üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə ki, cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən malların dəyəri və çəkməli olduğu xərclər ödənilməmiş, yaranmış borc məbləği üzləşmə aktı imzalanmaqla etiraf edilmişdir. Həmçinin cavabdehin nümayəndəsi Nümayəndə2 onların o vaxt aldıqları mal-materialın dəyərinin ƏDV depoziti olmadığına görə ana pul kimi ödənildiyini, bir çox müəssisədə işlənmiş materialların ƏDV-dən azad olunduğunu, ona görə də əsas pul kimi vurulduğunu, ƏDV düşmədiyini, ona görə də bu borclar yarandığını, hal-hazırda da borcu şirkətin qəbul etdiyini, amma idarənin özəlləşməyə gedəndən sonra bunların hamısının ödənilməsinin qeydiyyatda olduğunu, malmaterialların ƏDV-dən azad olunmasına dair Nazirlər Kabinetinin sərəncamı olduğunu bildirdirməsinə baxmayaraq bu barədə Məhkəmə tərəfindən hüquqları diqqətlərinə dəfələrlə çatdırılmasına baxmayaraq məhkəməyə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi izah verilən qərarına əsasən qəbul edilən əmr və ya göstərişlərə dair heç bir sübut təqdim etməmişlər və Məhkəmə araşdırması nəticəsində Naxçıvan MR-sı Nazirlər Kabinetinin belə bir qərarının olduğuna rastlanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin V bəndinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları müvafiq olaraq Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına; Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Həmçinin Məhkəmə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi qərarların Azərbaycan Respublikası qanunlarına zidd olmamalı olduğunun imperativ xarakterli olduğunu qeyd etməkdədir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə bildirir ki, hazırkı iddia ərizəsi üzrə 423,53 (dörd yüz iyirmi üç manat əlli üç qəpik) manat dövlət rüsumu ödənilməlidir. Lakin iddiaçı xx.xx.2024-cü il tarixli qəbzlə 425 (dörd yüz iyirmi beş) manat məbləğində dövlət rüsumu ödəyərək 1,47 (bir manat qırx yeddi qəpik) manat məbləğində artıq dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli olduğundan qanunvericiliyin tələbinə müvafiq olaraq 425 (dörd yüz iyirmi beş) manat məbləğində dövlət rüsumunun 423,53 (dörd yüz iyirmi üç manat əlli üç qəpik) manatı cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən tutularaq İddiaçı MMC-yə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 1,47 (bir manat qırx yeddi qəpik) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən (VÖEN-**********) 133525,54 AZN (bir yüz otuz üç min beş yüz iyirmi beş manat əlli dörd qəpik) manat məbləğində borc tutularaq İddiaçı MMC-yə (VÖEN-**********) ödənilməli, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 423,53 (dörd yüz iyirmi üç manat əlli üç qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən alınıb İddiaçı MMC-yə ödənilməli, artıq ödənilmiş 1,47 (bir manat qırx yeddi qəpik) manat dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən (VÖEN-**********) 133525,54 AZN (bir yüz otuz üç min beş yüz iyirmi beş manat əlli dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə (VÖEN-**********) ödənilsin. İddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 425 (dörd yüz iyirmi beş) manat məbləğin 423,53 (dörd yüz iyirmi üç manat əlli üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən alınıb İddiaçı MMC-yə ödənilsin. Artıq ödənilmiş 1,47 (bir manat qırx yeddi qəpik) manat dövlət rüsumu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən dövlət büdcəsindən İddiaçı MMC-yə geri qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-425/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-425/2024
25.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver