Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-43/2025 04.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı “Accessbank" QSC-nin nümayəndəsi Nümayəndə2 18 noyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 997R********** saylı krеdit razılaşması üzrə 16978.24 manat krеdit bоrcu, 1885.51 manat faiz bоrcu və 519.53 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 19383 (on doqquz min üç yüz səksən üç) manat 28 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 148.20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə kredit alan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 997L**********24 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 997R********** saylı kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, illik faiz dərəcəsi 23% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 (on səkkiz min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 1021.76 manat ödəmiş, onun 16978.24 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən borclu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 153 gün üçün hesablanmış faiz borcu 1885.51 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 153 gün üçün hеsablanmış cərimə 519.53 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zaminlər kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmçinin İddiaçı QSC ilə zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 997S**********01 saylı qoşulma barədə sazişə əsasən zamin Cavabdeh3 borclu Cavabdeh1 uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bank qarşısında kredit öhdəliklərinin icrasının təminatı üçün məsuliyyəti üzərinə götürmüş və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İddiaçı ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 442-ci, 445.2.1-ci, 448.1-ci, 465.2-ci, 472.1-ci və 472.2-ci maddələrinə istinad etmişdir. Məhkəmənin 19 noyabr 2024-cü il tarixli, e-2-2(123)-612/2024 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 04 avqust 2025-ci il tarixə, saat 11:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, o cümlədən, Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək həmin ərizəsində İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair e-2-2(123)- 43/2025 kommersiya işi üzrə iddia tələbini müdafiə etdiklərini, iş üzrə zəruri sübutlar iddia ərizəsinə əlavə olunduğunu, xx.xx.2025-ci il tarixində daxil olmuş, xx.xx.2025-ci il tarixli, 559 saylı ekspertiza rəyini Məhkəmənin mülahizəsinə buraxdıqlarını, cərimə hissəsinə münasibətdə isə uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməli olduğunun qeyd edildiyini, o cümlədən Bank tərəfindən təqdim edilən hesbadan çıxarışlarda da cərimə borcuna olan silinmələr aydın şəkildə qeyd edildiyini, 04 avqust 2025-ci il tarixə, saat 11:05-a təyin edilmiş məhkəmə baxış iclasını iştirakları olmadan keçirərək iş üzrə iddia tələbini, təmin edən qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə, tərəflərin qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsini və xəbərdar edilmələri barədə sənədlərin iş materiallarında olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 23 fevral 2023-cü il tarixli, 997L**********24 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən İddiaçı QSC-nin “Naxçıvan” filialının müqaviləni imza edən səlahiyyətli nümayəndəsinin şəxsində, bir tərəfdən “kredit alan” qismində Cavabdeh1 və digər tərəfdən “zamin” qismində Cavabdeh2 arasında bağlanmışdır. Həmin müqavilənin: 2.2-ci bəndinə əsasən kreditin məqsədi/təyinatı sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi olmaqla, uzunmüddətli kredit xəttinin məbləği 300000,00 (üç yüz min) manat, kreditin maksimum müddəti 120 (bir yüz iyirmi) ay, kreditin faiz dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faizdir. 2.7-ci bəndinə əsasən kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. xx.xx.2023-cü il tarixli, 997R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən İddiaçı QSC-nin “Naxçıvan” filialı tərəfindən Cavabdeh1 23 fevral 2023-cü il tarixli, 997L**********24 saylı uzunmüddətli kredit və təminat müqaviləsi üzrə 36 (otuz altı) ay müddətinə, illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə, 18000 (on səkkiz min) manat məbləğində biznes krediti verilmişdir. Bir tərəfdən İddiaçı QSC-nin “Naxçıvan” filialının müqaviləni imza edən səlahiyyətli nümayəndəsinin şəxsində, digər tərəfdən “zamin” qismində Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 997S**********01 saylı qoşulma barədə sazişdən görünür ki, zamin Cavabdeh3 borclu Cavabdeh1 23 fevral 2023-cü il tarixli, 997L**********24 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bank qarşısında kredit öhdəliklərinin icrasının təminatı üçün məsuliyyəti üzərinə götürmüşdür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. xx.xx.2023-cü il tarixli kreditin verilməsi-köçürmə adlı sənədə əsasən 18000.00 manat məbləğində pul xx.xx.2023-cü il tarixdə Cavabdeh1 hesabına (Cari hesabın nömrəsi: **********224572; İBAN: AZ66ACAB********************) köçürülmüşdür. xx.xx.2023-cü il tarixli, 997R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əlavə olan ödəniş planından görünür ki, Cavabdeh1 verilmiş 18000 (on səkkiz min) manat məbləğində kreditin 36 ay müddətinə, 04 yanvar 2024-cü il tarixdən 04 dekabr 2026-cı il tarixə kimi banka aylıq ödənişlərlə qaytarılması nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli, OUT-2024/09/04-105 saylı arayışa əsasən Cavabdeh1 997R********** saylı, xx.xx.2023-cü il tarixli Kredit Razılaşması üzrə xx.xx.2024-cü il tarixinə İddiaçı QSC-yə əsas məbləğ üzrə borcu 16978,24 manat; faiz üzrə borcu 1885,51 manat; cərimə üzrə borcu 519,53 manat olmaqla cəmi borc məbləği 19383,28 manatdır. Cavabdeh3 04 avqust 2025-ci il tarixli məhkəmə baxış iclasında verdiyi izahatında: İddianı qəbul etdiyini, Bankdan pul götürənin qardaşının bacanağı olduğunu, həmin şəxsin tapılıb gətirilməsini və borcun ondan alınmasını xahiş etdi. Cavabdeh2 04 avqust 2025-ci il tarixli məhkəmə baxış iclasında verdiyi izahatında: İddianı qəbul etdiyini, Həmin şəxsin tapılıb gətirilməsini xahiş edərək, bu aydan digər aya maaşı ilə dolandığını, həmin pulu banka ödəsə ailəsini dolandıra bilməyəcəyini bildirdi. Cavabdeh3 04 avqust 2025-ci il tarixli məhkəmə baxış iclasında verdiyi çıxışında: həmin şəxsin tapılıb gətirilməsini və dövlətə olan borcunun ödənilməsini xahiş etmişdir. Cavabdeh2 04 avqust 2025-ci il tarixli məhkəmə baxış iclasında verdiyi çıxışında, eyni fikirdə olduğunu və həmin şəxsin tapılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Belə ki, tərəflər arasında 23 fevral 2023-cü il tarixli, 997L**********24 saylı Uzunmüddətli Kredit müqaviləsinə, xx.xx.2023-cü il tarixli, 997R********** saylı Kredit Razılaşmasına və iddiaçı təşkilatın möhürü ilə təsdiq olunmuş xx.xx.2023-cü il tarixli “Kreditin verilməsi-köçürmə” adlı sənədə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 18000 (on səkkiz min) manat məbləğində pul vəsaiti Cavabdeh1 hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.3-cü maddəsinə əsasən Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 743.1-ci maddəsinə əsasən Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2024-cü il tarixdə gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması barədə xəbərdarlıq məktubu göndərilmişdir. Belə ki, Kredit Alan Cavabdeh1 oğlu Uzunmüddətli Kredit müqaviləsinin tələbini pozaraq ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmadığından adına iddia edilən 153 gün gecikdirilmiş gün hesablanmış, xx.xx.2024-cü il tarixinə olan vəziyyətə dair əsas məbləğ üzrə borcu 16978,24 (on altı min doqquz yüz yetmiş səkkiz manat 24 qəpik), faiz üzrə bocu 1885,51 (min səkkiz yüz səksən beş manat 51 qəpik) manat, cərimə borcu 519,53 (beş yüz on doqquz manat 53 qəpik) manat olmaqla, cəmi öhdəliyi 19383,28 (on doqquz min üç yüz səksən üç manat 28 qəpik) manat təşkil etmiş, qeyd edilən hal ilə əlaqədar maliyyə cədvəli iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 740.5-ci maddəsinə əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 740.8-ci maddəsinə əsasən Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin 10 yanvar 2025-ci il tarixli, e-2-2(123)-43/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2025-ci il tarixli, 215 saylı ekspert rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları, maliyyə arayışı və 23 fevral 2023-cü il tarixli, 997L**********24 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən, xx.xx.2023-ci il tarixli 997R********** saylı razılaşma və ödəniş planı üzrə Cavabdeh1, İddiaçı QSC-nə kredit üzrə xx.xx.2024-cü il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 15245,89 (on beş min iki yüz qırx beş manat səksən doqquz qəpik) manat, faiz borcu 1480,55 (bir min dörd yüz səksən manat əlli beş qəpik) manat olmaqla, ümumilikdə borcu 16726,44 (on altı min yeddi yüz iyirmi altı manat qırx dörd qəpik) manat təşkil edir. Təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırkı tədqiqatla Cavabdeh1 cərimə hesablanmamışdır. İddiaçı QSC-nin nümayəndəsi X1 tərəfindən 07 aprel 2025-ci il tarixdə məhkəməyə “Təkrar mühasibatlıq ekspertizasının təyin edilməsinə dair” vəsatət ünvanlanaraq 12 mart 2025-ci il tarixli, 215 saylı ekspert rəyinə etiraz edilmişdir. Belə ki, məhkəmənin 08 aprel 2025-ci il tarixli, e-2-2(123)-43/2025 saylı qərardadı ilə iş üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq 01 iyul 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2025-ci il tarixli, 559 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarından göründüyü kimi, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 29 noyabr 2023-cü il tarixli, 997R********** saylı razılaşma şərtlərinə, hesabdan çıxarış məlumatlarına və 21 sentyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1, İddiaçı QSC-yə xx.xx.2024-cü il tarixə (maliyyə arayışında və sualda göstərilən tarixə) kredit üzrə olan əsas borcu 16952,80 (on altı min doqquz yüz əlli iki manat, səksən qəpik) manat, faiz borcu 1938,74 (bir min doqquz yüz otuz səkkiz manat, yetmiş dörd qəpik) manat olmaqla, İddiaçı QSC-nə ümumilikdə borcu 18891.54 (on səkkiz min səkkiz yüz doxsan bir manat, əlli dörd qəpik) manat təşkil edir. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı QSC arasnda bağlanmış müqaviləyə əsasən kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin, bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları bank hesablar sisteminə uyğun olmadığından cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh1 cərimə hesablanmır. İddiaçı QSC-nin cavabdеhlərdən tələb etdiyi məbləğ 16978.24 manat məbləğində krеdit bоrcu, 1885.51 manat məbləğində faiz bоrcu və 519.53 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 19383 (on doqquz min üç yüz səksən üç) manat 28 qəpik manat təşkil edir. X5 Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2025-ci il tarixli, 559 nömrəli ekspert rəyinə əsasən Cavabdeh1 İddiaçı QSC-nə kredit üzrə olan əsas borcu 16952,80 manat, faiz borcu 1938,74 manat olmaqla, ümumilikdə borcu 18891.54 (on səkkiz min səkkiz yüz doxsan bir manat, əlli dörd qəpik) manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, ekspert rəyində göstərilən faiz borcunun məbləği iddia tələbində göstərilən faiz borcunun məbləğindən yüksək olduğundan məhkəmə 24 iyun 2025-ci il tarixli, 559 nömrəli ekspert rəyi ilə razılaşmır. Belə ki, məhkəmə MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər müddəasına dayanaraq qətnamə qəbul edən zaman iddia tələbindən kənara çıxa bilmədiyini qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Bundan əlavə 23 fevral 2023-cü il tarixli, 997L**********24 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh2 və xx.xx.2023-cü il tarixli, 997S**********01 saylı qoşulma barədə sazişə əsasən Cavabdeh3 “Uzunmüddətli kredit və təminat müqaviləsi” əsasında müqavilədən irəli gələn öhdəliklərinin icrasını təmin ediməsi məqsədilə zamin olmuş, kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyət daşımağı və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşımağı, müqavilə üzrə kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz üzərinə götürmüşdür. Bu hal onu deməyə əsas verir ki, zamin borcalanla birlikdə kreditor qarşısında birgə məsuliyyət daşıdığından krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini də icra еtməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin həmin Məcəllənin, 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri də nəzərə alınmaqla, Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə iddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 519.53 (beş yüz on doqquz manat 53 qəpik) manat cərimə məbləğinin tutulması tələbinə dair hissədə qeyd edir ki, aralarında bağlanmış müqaviləyə və tələb edilən məbləğə münasibətdə 519.53 (beş yüz on doqquz manat 53 qəpik) manat cərimə məbləği mütənasib görünməkdədir və təmin edilməsi qanunamüvafiqdir. Beləliklə, məhkəmə cavabdеhlər cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 997R********** saylı krеdit razılaşması üzrə 16978.24 manat məbləğində krеdit bоrcu, 1885.51 manat məbləğində faiz bоrcu və 519.53 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 19383 (on doqquz min üç yüz səksən üç) manat 28 qəpik məbləğində borcun tutularaq iddianın tam təmin olunması qənaətindədir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi əsaslı olduğundan tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən (iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi) məbləğində hesablanır. Belə ki, hazırkı iş üzrə iddianın qiymətinin 19383,28 (on doqquz min üç yüz səksən üç manat 28 qəpik) manat olduğunu nəzərə alaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 148,15 (yüz qırx səkkiz manat 15 qəpik) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən 148,2 (yüz qırx səkkiz manat 20 qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC tərəfindən ödənildiyi görünür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Hazırki iş üzrə iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 148,15 (yüz qırx səkkiz manat 15 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-nə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,05 (5 qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılmalıdır. Bundan əlavə məhkəmənin 10 yanvar 2025-ci il tarixli, e-2-2(123)-43/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsində, 14 mart 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2025-ci il tarixli, 215 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X4 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. O cümlədən, məhkəmənin 08 aprel 2025-ci il tarixli, e-2-2(123)-43/2025 saylı qərardadı ilə iş üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq, 01 iyul 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2025-ci il tarixli, 559 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X4 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan tam təmin edilməli, cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 16978,24 (on altı min doqquz yüz yetmiş səkkiz manat 24 qəpik) manat məbləğində krеdit bоrcu, 1885,51 (min səkkiz yüz səksən beş manat 51 qəpik) manat məbləğində faiz bоrcu və 519,53 (beş yüz on doqquz manat 53 qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 19383,28 (on doqquz min üç yüz səksən üç manat 28 qəpik) manat məbləğində bоrc alınaraq İddiaçı QSC-nə ödənilməli; İddiaçı QSC tərəfindən ödənilmiş 148,15 (yüz qırx səkkiz manat 15 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-nə ödənilməli; iddiaçı tərəfindən artıq ödənilmiş 0,05 (5 qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən iddiaçıya qaytarılmalı; məhkəmənin 10 yanvar 2025-ci il tarixli, e-2-2(123)-43/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X4 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməli; məhkəmənin 08 aprel 2025-ci il tarixli, e-2-2(123)-43/2025 saylı qərardadı ilə təyin edilmiş təkrar məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X4 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi əsaslı olduğundan tam təmin edilsin. Cavabdеhlər Cavabdeh1 (VÖEN: **********; AZE ********; FİN: xxxxxxx), Cavabdeh2 (AA*******; FİN: xxxxxxx), Cavabdeh3 (AA*******; FİN: xxxxxxx) müştərək qaydada 16978,24 (on altı min doqquz yüz yetmiş səkkiz manat 24 qəpik) manat məbləğində krеdit bоrcu, 1885,51 (min səkkiz yüz səksən beş manat 51 qəpik) manat məbləğində faiz bоrcu və 519,53 (beş yüz on doqquz manat 53 qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 19383,28 (on doqquz min üç yüz səksən üç manat 28 qəpik) manat məbləğində bоrc alınaraq İddiaçı QSC-nə (VÖEN:**********) ödənilsin. İddiaçı QSC tərəfindən ödənilmiş 148,15 (yüz qırx səkkiz manat 15 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-nə ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 0,05 (5 qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən iddiaçıya qaytarılsın. Məhkəmənin 10 yanvar 2025-ci il tarixli, e-2-2(123)-43/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X4 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilsin. Məhkəmənin 08 aprel 2025-ci il tarixli, e-2-2(123)-43/2025 saylı qərardadı ilə təyin edilmiş təkrar məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X4 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-43/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-43/2025
04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver