Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-44/2023 26.10.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı ASC-nin cavabdeh X3 qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC 13 mart 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 DC00270460-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40 035.11 (qırx min otuz beş manat, on bir qəpik) manat əsas borc, 4 771.48 (dörd min yeddi yüz yetmiş bir manat, qırx səkkiz qəpik) manat faiz borcu, 744 (yeddi yüz qırx dörd) manat cərimə borcu olmaqla, cəmi 45 550.59 (qırx beş min beş yüz əlli manat, əlli doqquz qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 27 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC (bundan sonra “Bank”) ilə X4 (bundan sonra “Borcalan”) arasında xx.xx.2020-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair X8 xx.xx.2020-ci il tarixli, 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/3983 saylı razılaşma imzalandığını, həmin razılıq ərizəsini imzalayaraq borclunun www.pashabank.az saytında yerləşdirilmiş X7 qeyd edilmiş şərtlərini (müvafiq redaksiyada) qəbul etdiyini, eyni zamanda tərəflər arasında X10 çərçivəsində xx.xx.2021-ci il tarixli, DC00270460-02 saylı maliyyələşdirmə üçün ərizə imzalandığını və bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 46 730 (qırx altı min yeddi yüz otuz) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verildiyini, lakin borcalanın qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək 232 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyini, buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehə xəbərdarlıq məktubu göndərildiyini və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsinin xahiş olunduğunu, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyinin bildirildiyini, borcalanın xx.xx.2022-ci il tarixə İddiaçı ASC qarşısında öhdəliklərinin DC00270460-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40,035.11 (qırx min otuz beş manat, on bir qəpik) manat əsas borc, 4 771.48 (dörd min yeddi yüz yetmiş bir manat, qırx səkkiz qəpik) manat faiz borcu, 744 (yeddi yüz qırx dörd) manat cərimə borcu olmaqla, cəmi 45 550.59 (qırx beş min beş yüz əlli manat, əlli doqquz qəpik) manat təşkil etdiyini, X9 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablandığını, cərimə faizinin 2 qaydada müəyyən olunduğunu, 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra, kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizlərinin də öz növbəsində hesablanmağa davam etdiyini, bank xidmətlərinin göstərilməsinə dair X8 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bankın müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə biləcəyini, eyni zamanda X9 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etməyin bankın hüququ olduğunu, bundan başqa tərəflərindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edildiyini, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilmədiyini, İddiaçı ASC-nin iddia ərizəsinin məhkəməyə verilməsi üçün 27 (iyirmi yeddi) manat dövlət rüsumu, mediasiya prosesi üzrə 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödədiyini bildirərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1 və 465.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26 və 119.1-ci maddəsinə, həmçinin “Dövlət rüsumu haqqında qanun”un 9.1-1-ci maddəsinə istinad etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən 06 aprel 2023-cü il tarixdə elektron qaydada məhkəməyə “İddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair iddia ərizəsinə əlavə” ünvanlayaraq cavabdeh X1 DC00270460-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40 035.11 (qırx min otuz beş manat, on bir qəpik) manat əsas borc, 7 040.13 (yeddi min qırx manat, on üç qəpik) manat faiz borcu, 1 687.95 (bir min altı yüz səksən yeddi manat, doxsan beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 48 763.19 (qırx səkkiz min yeddi yüz altmış üç manat, on doqquz qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 37 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddia tələbinə “Cavabdeh X1 DC00270460-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40 035.11 (qırx min otuz beş manat, on bir qəpik) manat əsas borc, 7 040.13. (yeddi min qırx manat, on üç qəpik) manat faiz borcu, 1 687.95 (bir min altı yüz səksən yeddi manat, doxsan beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 48 763.19 (qırx səkkiz min yeddi yüz altmış üç manat, on doqquz qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 37 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi” tələbi həddində baxılması qərara alınmışdır. İddiaçı ASC tərəfindən 25 iyul 2023-cü il tarixdə elektron qaydada məhkəməyə “İddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair iddia ərizəsinə əlavə” ünvanlayaraq cavabdeh X1 DC00270460-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40 035.11 (qırx min otuz beş manat on bir qəpik) manat əsas borc, 9 119.75 (doqquz min yüz on doqquz manat yetmiş beş qəpik) manat faiz borcu, 2 915.10 (iki min doqquz yüz on beş manat on qəpik) manat cərimə borcu olmaqla, cəmi 52 069.96 (əlli iki min altmış doqquz manat doxsan altı qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 47 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddia tələbinə “Cavabdeh X1 DC00270460-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40035.11 (qırx min otuz beş manat on bir qəpik) manat əsas borc, 9119.75 (doqquz min yüz on doqquz manat yetmiş beş qəpik) manat faiz borcu, 2915.10 (iki min doqquz yüz on beş manat on qəpik) manat cərimə borcu olmaqla, cəmi 52069.96 (əlli iki min altmış doqquz manat doxsan altı qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 47 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi” tələbi həddində baxılması qərara alınmışdır. Məhkəməyə cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Cavabdeh X6 10 aprel 2023-cü il tarixdə məhkəmədə verdiyi izahında İddiaçıdan kredit götürdükdən sonra iki dəfə onlara müraciət etdiyini, hal-hazırda faktların da olduğunu, əvvəldən yeddi min bir, iki min də bir ödədiyini, hamısının onların sistemində olduğunu, pandemiya müddətində onların Tarqovuda, maqnosun arxasında olan baş ofislərinə getdiyini, əməkdaşlarından bir xanım və bir kişinin onu qəbul etdiyini, onları dəvət etdiyini, şəkillərin də olduğunu, Bakıda işlədiyi dükanın yandığını, dükanda iyirmi yeddi min qarışıq mal yandığını, onlara izah edib “Siz mənə pul verəndə fikirləşirdiniz. Bu günkü dövrdə zaminsiz heç kim heç kimə pul vermir. Siz mənim dövriyyəmi, qazancımı görürdünüz ki, mənə bu qədər pul verdiniz. Mən də əvvəldən onun yeddi minini və iki minini ödəmişəm” dediyini, dükanın köhnə və təzə şəkillərinin olduğunu, qalan bəzi şəkillərinin olduğunu, onun o biri telefonu ilə bərabər şəkillərin də getdiyini, onların ofisinə getdiyini, oradan bir əməkdaş gəldiyini, Orxan adlı əməkdaş olduğunu, əslinin də Ordubad rayonundan olduğunu, onun da gəlib, hadisə yerinə baxdığını, VÖEN-lə bağlı sığortaya illik, hər ay pul keçirdiriklərini, onlara “Biraz gözləyin. Sığortaya da müraciət edim. Bəlkə köməklik edə bilərlər” dediyini, sonra sığorta şirkətinə getdiyini, orada “Obyekti sığortalatdırmalısan ki, hadisə olanda sənə pul verilsin” dediklərini, onların da kömək edə bilmədiyini, 6 ay dükanın yanıq vəziyyətdə qaldığını, sonra qazilərin köməyi ilə yeni dükan qurduğunu, qazilərə güzəştlər olunduğunu, icra tərəfindən qoyulmasına kömək etdiklərini, çünki belə deyəndə başqa şeylər olduğunu, oranı düzətdirdiklərini, son 6 ay işsiz qaldığını, taksi sürücüsü ilə də şəkili olduğunu, dükanın düzəldilmiş, təzə variantının da şəkli olduğunu, dükan iki binanın ortasında, İlham Müzəffərov küçəsi, Qara Qarayev prospektində yerləşdiyini, taksi sürücüsüylə köhnə dükanın vaxtına aid şəkilin olduğunu, həmin taksi sürücüsünü dünən tapdığını, dükanın düzəldilmiş, yeni halının da şəkli olduğunu, dükanı sığortalatmadığını, aylıq “VÖEN ”lə bağlı hər rübdə, sığorta ödədiyini, bəlkə ona görə verərlər deyə fikirləşdiyini, dükanı yenidən düzətdirdiklərini, köhnə "xxxx" MMC-nin köşkü olduğunu, oranı işlətdiyini, təxmini 6 il bundan qabaqdan oranı işlətdiyini, dükana avtomatdan, gecə saat 4-də yanğın düşdüyünü, orada Gürcüstanlı qonşu olduğunu, onun zəng edib, dükanda yanğın çıxdığını dediyini, onda Yanğın Söndürmə Xidmətinin sənədlərinin olmadığını, dükanın yanmış halının bir neçə dənə şəkili olduğunu, siqaret dükanı olduğunu, qırx beş min manat kredit götürdüyünü, dövriyyələrinin elə olduğunu, İddiaçıın işçisini neçə vaxtı axtardığını, Tural müəllim deyilən bir şəxs olduğunu, Onunla da əlaqə saxladığını, demək olar ki, onda şəkillərin hamısının olduğunu, dükanın şəkillərini çəkdiyini amma telefonunun oğurlandığını, 2-3 gün olar ki, taksi sürücüsünün dükanın yanında şəkilini tapdığını, onun heç olmasa köhnə şəklimi versin deyə taksi sürücüsünü tapdığını, sonra da təzəlikdə dükanın yanında taksi sürücüsüylə şəkil çəkdiyini, İddiaçıla razılaşıb, bu pulu ödəyə biləcəyini, onların baş ofisinə iki dəfə getdiyini, “Xahiş edirəm. Vəziyyətimi görürsünüz. Siz mənə bu krediti verəndə mənim qazancımı bilirdiniz. Mən bugünkü gündə borcumdan imtina etmirəm. Kreditin aylığını aşağı salın, illiyini çoxaldın” dediyini, sonra ona problemli şöbədən zəng edib, “ Bu belə ola bilməz” dediklərini, onun da “Bu bele ola bilməzsə, bəs mən neyləyim”?! dediyini, faktiki 6 ay işsiz qaldığını, heç nə ödəyə bilmədiyini, 100 və ya 200 manat ancaq ödədiyini, “Bunun aylığını salın. Onsuzda əsas borc mənim üstümdədi. İşim əvvəlki kimi yaxşı olsa borcumu üç aya, beş aya və ya bir ilə də ödəyərəm. Hal-hazırda kreditin aylığı aşağı düşsün” dediyini, amma xeyri olmadığını qeyd edərək izahatını bitirmişdir. İddiaçı "xxxx" ASC 25 oktyabr 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2023-cü il tarixə, saat 14:15-ə məhkəmə baxışı iclası təyin edildiyini, üzürlü səbəblərdən məhkəmə baxışı iclasında iştiraklarını təmin edə bilmədiklərini, qeyd edilənləri nəzərə alaraq məhkəmə baxışı iclaslarını iştirakları olmadan keçirilməsi və iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçının nümayəndələri və cavabdeh X4 məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq iddiaçının nümayəndələrinin və cavabdeh X2 iştirakları olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, mülahizələrini və dəlillərini dinləyərək, iş materiallarını öyrənərək, təqdim edilmiş sübutları araşdıraraq və onlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək aşağıdakıları aydınlaşdırdı. İş materiallarında əlavə edilmiş: Bank xidmətlərinin göstərilməsinə dair X8 xx.xx.2020-ci il tarixli, 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/3983 saylı Razılaşmadan görünür ki, X4 bu razılaşmanı imzalamaqla Bank xidmətlərinin göstərilməsinə dair X8 Bankın rəsmi internet səhifəsində, link üzrə yerləşdirilən xx.xx.2020-ci il tarixli 1.0.2 saylı versiyasının (bundan sonra müqavilə adlandırılacaq) şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul etmişdir. X8 tərkib hissəsini təşkil edən xx.xx.2021-ci il tarixli, DC00270460-02 saylı “Maliyyələşdirmə üçün ərizə”yə əsasən Bank tərəfindən X3 xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 46730 (qırx altı min yeddi yüz otuz) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. xx.xx.2023-cü il tarixli “Maliyyə arayışı”ndan görünür ki, cavabdeh X2 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə DC00270460-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40035.11 (qırx min otuz beş manat, on bir qəpik) manat əsas borc, 9119.75 (doqquz min yüz on doqquz manat yetmiş beş qəpik) manat faiz borcu, 2915.10 (iki min doqquz yüz on beş manat on qəpik) manat cərimə borcu olmaqla, cəmi borcu 52069.96 (əlli iki min altmış doqquz manat doxsan altı qəpik) manat təşkil edir. Məhkəmə Ekspertizasının 12 sentyabr 2023-cü il tarixli, 805 saylı rəyinin nəticə hissəsindən görünür ki, cavabdeh X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kredit üzrə xx.xx.2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) olan əsas borcu 40035.11 (qırx min otuz beş) manat, faiz borcu 9119.75 (doqquz min yüz on doqquz) manat, cərimə borcu 2915.10 (iki min doqquz yüz on beş) manat təşkil edir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan müvafiq sənədlərdən müəyyən olunur ki, tərəflər arasında X8 tərkib hissəsini təşkil edən xx.xx.2021-ci il tarixli, DC00270460-02 saylı “Maliyyələşdirmə üçün ərizə”yə əsasən irəli gələn öhdəlik münasibəti mövcud olmuşdur. Belə ki, Tərəflər iş materiallarında göstərilən “Maliyyələşdirmə üçün ərizə” ilə öz üzərinə öhdəlik götürmüşdürlər. Bununla bağlı olaraq cavabdeh tərəfindən öhdəliklərinin icrasını təmin edilməsi məqsədilə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər də aiddir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci mаddəsinə əsasən icrаnı gеcikdirmiş bоrclu gеcikdirmə nəticəsində vurduğu zərər üçün və gеcikdirmə zаmаnı təsаdüfən bаş vеrmiş icrа mümkünsüzlüyünün nəticələri üçün krеditоr qаrşısındа məsuliyyət dаşıyır. 445.2.1-ci mаddəsinə əsasən öhdəliyin оnun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа еdilməməsi bоrclunun icrаnı gеcikdirməsi sаyılır 448.1-ci mаddəsinin əsasən əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cаvаbdеhdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliklərini lazımınca icra edilməməsi, о cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Bu sübutlara həmçinin ekspert rəyləri də aiddir. Məhkəmə məhkəmə-mühasibatlıq ekspertizası keçirmiş, ekspert qarşısındakı sualları həmin tələbə uyğun olaraq tərtib etmiş və müvafiq rəy almışdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək rəyi real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edib həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2023-cü il tarixli, 805 saylı məhkəmə eksperizasının rəyi (məhkəmə-mühasibatlıq ekspertizasının rəyi) mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, 12 sentyabr 2023-cü il tarixli, 805 saylı məhkəmə eksperizasının rəyi (məhkəməmühasibatlıq ekspertizasının rəyi) ilə cavabdehin iddiaçıya kredit müqavilələri üzrə 40035.11 (qırx min otuz beş) manat əsas borcu, 9119.75 (doqquz min yüz on doqquz) manat faiz borcu, 2915.10 (iki min doqquz yüz on beş) manat cərimə borcu qaldığını müəyyən edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, 12 sentyabr 2023-cü il tarixli, 805 saylı məhkəmə eksperizasının rəyinin nəticə hissəsində rəqəmlərin qarşısında açılmış mötərizədə qalan qəpik borcları göstərilməmişdir. Bununla bağlı məhkəmə bildirir ki, məhkəmə mötərizənin içərisindəki məbləği deyil, ekspertin rəqəmlərlə ifadə etdiyi məbləği əsas götürmüşdür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı) Ona görə də 12 sentyabr 2023-cü il tarixli, 805 saylı məhkəmə eksperizasının rəyi (məhkəmə-mühasibatlıq ekspertizasının rəyi) rəyini sübut növü kimi qəbul edib, həmin rəylə razılaşaraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli, 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.4-cü maddələrinə uyğun olaraq hazırkı tələbi ilə bağlı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumun məbləği 246.21 (iki yüz qırx altı manat, 21 qəpik) manat təşkil edir. Belə ki, iddiaçı mediasiya xərclərini ödəmiş və çəkdiyi xərc həddində yəni 200 manat məbləğində dövlət rüsumundan azad olmuşdur. Qalan 46.21 (qırx altı manat, 21 qəpik) manat məbləğində dövlət rüsumu isə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Lakin məhkəmə ödənilən dövlət rüsumunun məbləğinə diqqət yetirərkən müəyyən etmişdir ki, iddiaçı 0.79 (yetmiş doqquz) qəpik artıq dövlət rüsumu ödəmişdir. Belə ki iddiaçı tərəfindən 47 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.1-ci maddələrinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Belə ki, 47 manat məbləğində dövlət rüsumunun 0.79 (yetmiş doqquz qəpiyi) manatı artıq ödənilmiş dövlət rüsumu olduğundan iddiaçıya qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən, MPM-nin 119.2-ci maddəsinə uyğun olaraq iddiaçının azad edildiyi 200 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalı, iddiaçı tərəfindən ödənilmiş 46.21 (qırx altı manat, 21 qəpik) manat dövlət rüsumu isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə görə isə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qanunun qeyd edilən müddəasının məzmunundan belə məlum olur ki, cavabdeh hazırkı tələb üzrə ilkin mediasiya sessiyasında iştirak etdiyindən mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülməlidir. Belə ki, iddiaçının ödədiyi 200 manat məbləğində İMS xərcinin 100 manatı cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə İddiaçı ASC-nin cavabdeh X3 qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması tələbi tələbinə dair iddiasının təmin edilməsi, iddiaçı tərəfindən ödənilmiş 46.21 (qırx altı manat, 21 qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması, həmçinin iddiaçının ödədiyi 47 manat məbləğində dövlət rüsumunun 0.79 (yetmiş doqquz qəpiyi) manat artıq ödənilmiş dövlət rüsumu olduğundan iddiaçıya qaytarılması, iddiaçının azad edildiyi 200 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınması və iddiaçı tərəfindən Naxçıvan Mediasiya təşkilatına ödənilmiş 200 manat məbləğində İMS xərcinin 100 manatı cavabdehdən alınıb iddiaçıya verilməsi qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddiaçı ASC-nin cavabdeh X3 qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh X1 40 035.11 (qırx min otuz beş manat on bir qəpik) manat əsas borc, 9 119.75 (doqquz min yüz on doqquz manat yetmiş beş qəpik) manat faiz borcu, 2 915.10 (iki min doqquz yüz on beş manat on qəpik) manat cərimə borcu olmaqla, cəmi 52 069.96 (əlli iki min altmış doqquz manat doxsan altı qəpik) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 47 manat dövlət rüsumunun 46.21 (qırx altı manat, 21 qəpik) manatı cavabdeh X1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun qanunvericiliklə müəyyən edilmiş miqdarından artıq ödənilmiş 0.79 (yetmiş doqquz) qəpiyi “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. İddiaçının azad edildiyi 200 manat məbləğində dövlət rüsumu cavabdeh X1 tutularaq dövlət gəlirlərinə alınsın. İddiaçı tərəfindən Naxçıvan Mediasiya təşkilatına ödənilmiş 200 manat məbləğində İMS xərcinin 100 manatı cavabdeh X1 alınıb, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-44/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-44/2023
26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver