Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-449/2025 11.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X5 məhkəmə iclas katibliyi ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx"MMC-nin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 24 sentyabr 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 27 oktyabr 2014-cü il tarixli K163/2014 saylı Kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin gecikdirilməsi nəticəsində dəymiş maddi ziyan-5754.13 (beş min yeddi yüz əlli dörd.13) manat borcun, həmçinin məhkəməyə müraciət edilməsi ilə əlaqədar 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-49/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, Cavabdeh Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin xeyrinə 27 oktyabr 2014-cü il tarixli K163/2014 saylı kredit müqaviləsi üzrə 45444,53 manat əsas borc, 1113,39 manat faiz borcu, 2200 manat dəbbə (penya) pulu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün 7763,44 manat faiz, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 1020 manat tutulmalı olduğunu, kreditorun kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə biləcəyini, borclunun icranı gecikdirməsinin hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olduğunu, icranın borclu tərəfindən gecikdirilməsinin nəticəsində kreditora zərər dəyəcəyinə görə yolverilməz olduğunu, pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələrinin mülki qanunvericilikdə müəyyən edildiyini, pul məbləğinin ödənilməsi tərəfindən 2 (iki) il gecikdirildiyi nəticəsində Bank olmayan kredit təşkilatı "xxxx" MMC-yə maddi ziyan dəydiyini, Bakı Kommersiya Məhkənməsinin 2-2(113)-49/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində göstərilən ümumilikdə 57541.36 (əlli yeddi min beş yüz qırx bir.36) manat məbləğinə gecikdirilmiş hər ilə görə beş faiz hesablanaraq (xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək- 2 il)- 5754.13 (beş min yeddi yüz əlli dörd.13) manat (57541.36 X 5%=2877.068 X 2=5754.13) məbləğində vəsait təşkil etdiyini, qeyd etməklə tələbini əsaslandırmış, o cümlədən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 443.1-ci, 445.7-ci, 449.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh 15 oktyabr 2025-ci il və 08 yanvar 2026-cı il tarixlərdə iddia müddətinin tətbiq olunmasına dair ərizələr ünvanlayaraq ərizələrdə iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin 24 sentyabr 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 27 oktyabr 2014-cü il tarixli K163/2014 saylı Kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin gecikdirilməsi nəticəsində dəymiş maddi ziyan 5754.13 (beş min yeddi yüz əlli dörd.13) manat borcun, həmçinin məhkəməyə müraciət edilməsi ilə əlaqədar 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini, iddiaçı tərəfindən sürülmüş iddia tələbi əsassız olduğuna və iddia müddətini keçirdiyinə görə iddia tələbinin təmin edilməməli olduğunu hesab etdiyini, belə ki, tərəflər arasında Kredit müqaviləsinin xx.xx.2014-cu il tarixində 60 ay müddətinə bağlandığını, Kredit müqaviləsinin bitmə tarixinin xx.xx.2019- cu il tarixi olduğunu, cavabdeh tərəfindən isə Kredit müqaviləsindən irəli gələn mübahisə üzrə iddia tələbini 2025-ci ildə irəli sürdüyünü, buna görə də iddia tələbi əsassız olduğunu hesab etdiyini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarının mövcud olduğunu, qərara əsasən, Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddətinin tətbiq edilməli olduğunu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlandığını, qərarda iddia müddəti institutunun mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıdığının qeyd edildiyini, belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarcağını, mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqinin mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruduğunu və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur etdiyini, iddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədinin hüquqi müəyyənlik olduğunu göstərdiyini, belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruduğunu və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad etdiyini, Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi qanunun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməli olduğundan ibarət olduğunu (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları), göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsinin onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini, iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu, iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələbin iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edildiyini, məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edildiyini, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsas olduğunu (MM-in 375.1 və 375.2 maddələri), Konstitusiya Məhkəməsinin Plenumunun bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malik olduğunu qeyd etdiyini (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları), Konstitusiya Məhkəməsinin Plenumununun müraciətdə göstərilən məsələ ilə əlaqədar MM-in 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxsin arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirildiyini qeyd etdiyini, MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli olduğunu, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli olduğunu, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ olduğunu, bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən etdiyini, belə müqavilələrdən birini MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi təşkil etdiyini, həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatının əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclunun isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürdüyünü, göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumunun kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlandığını hesab etdiyini, qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumunun Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməli olduğu, MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlandığı nəticəsinə gəldiyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımının şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlandığını, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımının icra müddəti bitdikdə başlandığını, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 552.1-ci maddəsinə əsasən, müddətin axımının tələbin icra müddətinin çatması ilə başlandığını, yuxarıda göstərilənləri nəzərə alaraq iddia ərizəsi üzrə iddia müddətini tətbiq edərək, iddia tələbinin təmin edilməməsi barədə yekun məhkəmə aktı çıxarılmasını xahiş etdiyini bildirmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx"MMC-nin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ünvanladığı ərizəsində icraatınızda olan e-2-2(123)-449/2025 saylı kommersiya mübahisəsinə dair iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini əsassız hesab etdiklərini, belə ki, iddiaçı tərəfindən hesablanmış maddi ziyan Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-49/2023 saylı xx.xx.2023- cü il tarixli qətnaməsində göstərilən borc ilə müəyyən edildiyini, həmin maddi ziyan cavabdeh tərəfindən göstərilən kredit müqaviləsi üzrə hesablanmadığını, Bakı Kommersiya Məhkənməsinin 2-2(113)-49/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində göstərilən borcun ödənilməsi cavabdeh tərəfindən 2 (iki) il gecikdirildiyi nəticəsində Bank olmayan kredit təşkilatı "xxxx" MMC-yə maddi ziyan dəydiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, pul məbləğinin ödənilməsinin gecikdirilmiş vaxtı üçün illik beş faiz hesabldığını, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-49/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində göstərilən ümumilikdə 57541.36 (əlli yeddi min beş yüz qırx bir.36) manat məbləğinə gecikdirilmiş hər ilə görə beş faiz hesablanaraq (xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək- 2 il)- 5754.13 (beş min yeddi yüz əlli dörd.13) manat (57541.36 X 5%=2877.068 X 2=5754.13) məbləğində vəsait təşkil etdiyini, iddia tələblərini müdafiə etdiklərini, göstərilənlərə əsasən, e-2-2(123)-449/2025 saylı kommersiya mübahisəsinə dair iş üzrə xx.xx.2025-ci il tarixinə saat 11:05 təyin edilmiş məhkəmə hazırlıq iclasını iştirakları olmadan keçirilməsini və məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad çıxarılmasını Məhkəmədən xahiş etmişlər. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2026-cı il tarixdə elektron qaydada məhkəməyə eyni məzmunlu ərizə göndərərək ərizədə icraatda olan e-2-2(123)-449/2025 saylı kommersiya mübahisəsinə dair iş üzrə məhkəmə baxış iclasının xx.xx.2026-cı il tarixinə saat 10:05 təyin edildiyini, həmin tarixdə məhkəmə baxış iclasında iştirak etməklərinin mümkün olmayacağını, iddia tələbini müdafiə etdiklərini, göstərilənlərə əsasən, e-2-2(123)- 449/2025 saylı kommersiya mübahisəsinə dair iş üzrə xx.xx.2026-cı il tarixinə saat 10:05 təyin edilmiş məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və BOKT "xxxx" MMC-nin iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişlər. 11 fevral 2026-cı il tarixə, saat 10:05-ə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsini və xəbərdar edilmələri barədə sənədlərin iş materiallarında olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh, X8 qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” Cavabdeh, X6 "xxxx" BOKT MMC-yə qarşı “kredit və ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi, əmlakın yüklülükdən azad edilməsi” tələblərinə dair iş üzrə xx.xx.2025-ci il tarixli, 2- 2(102)-295/2025 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 dekabr tarixli 2-2(103)-28/2024 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərarın 48-ci bəndinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 26 dekabr tarixli 2-2(103)-28/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-əsas borc və gecikmə faizi hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul olunmaqla iddia qeyd edilən hissələrdə qismən təmin edilməklə Cavabdeh iddiaçı MMC-nin xeyrinə 2014cü il 27 oktyabr tarixli K163/2014 nömrəli kredit müqaviləsi üzrə gecikmə faizi olan 7.826,56 manat vəsaitin tutulması, cavabdeh Ə.Salahovdan iddiaçı MMC-nin xeyrinə K148/2014 nömrəli 2014-cü il 8 oktyabr tarixli kredit müqaviləsi üzrə 106.900,22 manat əsas borc, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün 18.766,36 manat faiz və K023/2015 nömrəli, 2015-ci il 15 aprel tarixli kredit müqaviləsi və bu kredit müqaviləsinə edilmiş 2016-cı il 14 aprel tarixli 1 nömrəli Əlavə üzrə müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün 2990,09 ABŞ dolları faiz ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə tutulması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər L.Əliyeva və T.Mahmudova). 27 oktyabr 2014-cü il tarixli, K-163/2014 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən Cavabdeh, irəlidə “Borcalan” adlanacaq, digər tərəfdən, Azərbaycan Respublikası Mərkəzi Bankının 26 sentyabr 2013-cü il tarixli 15 saylı lisenziyası əsasında fəaliyyət göstərən Bank olmayan kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında, irəlidə “Borcverən” adlanacaq, Cəmiyyətin Nizamnaməsinə əsasən hərəkət edən BOKT "xxxx" MMC-nin Baş Direktorun müavini X1 şəxsində “27" oktyabr 2014-cü il tarixində Bakı şəhərində bağlanmışdır. Həmin müqavilənin: 2.2-ci bəndindən görünür ki, Borcverən kənd təsərrüfatı məhsulu istehsalı məqsədləri üçün Borcalana 100000 (bir yüz min) AZN manatı məbləğində kreditin verilməsini öhdəsinə götürür. 2.3-cü bəndindən görünür ki, Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı (ödəməyi), müqavilənin şərtlərinin pozulması ilə yarana biləcək dəbə pulu məbləğini ödəməyi və digər öhdəliklərin təmin etməyi öhdəsinə götürür. 6.1-ci bəndindən görünür ki, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 7%-lə hesablanır. 10.1-ci bəndindən görünür ki, bu müqavilə üzrə Borcalanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir. 15.8-ci bəndindən görünür ki, kreditdən istifadə müddətinin bitməsi Tərəfləri bu Müqavilənin qüvvədə olduğu müddətdə yol verdikləri pozuntular üzrə məsuliyyətdən azad etmir. ********** nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 78 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ünvanlanmış: “Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 2(103)-28/2024 saylı qərardadından görünür ki, bu qərardadla ərizənin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 2-2(103)-28/2024 saylı qətnaməsinin nəticə hissəsi aşağıdakı kimi izah edilməsi qərara alınmışdır: Cavabdeh X7 hüquqi varisi X3 Bank Olmayan Kredit Təşkilatı "xxxx"MMC-nin xeyrinə K- 148/2014 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 106900,22 manat əsas borc, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün 18.766,36 manat faiz, 5400 manat dəbbə pulu və K023/2015 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və bu kredit müqaviləsinə edilmiş 14 aprel 2016-cı il tarixli 1 nömrəli Əlavə üzrə 8576 ABŞ dolları əsas, 400 ABŞ dolları dəbbə, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün 2990,09 ABŞ dolları faiz ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə tutulsun. Tutma, ilkin satış qiyməti 365000 manat müəyyən edilməklə cavabdeh X8 məxsus Bakı səhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143.2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilsin, bu fərdi yaşayış evi açıq hərracda satılaraq tələb edilən borc ödənilsin. Ekspertiza xərclərinin yarısı , yəni 250 manat X7 hüquqi varisi X3 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Cavabdeh Salan oğlundan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə 27 oktyabr 2014-cü il tarixli K163/2014 saylı kredit müqaviləsi üzrə 45444,53 manat əsas borc, 1113,39 manat faiz borcu, 2200 manat dəbbə (penya) pulu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün 7.826,56 manat faiz, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 1020 manat tutulsun. Tutma, ilkin satış qiyməti 365000 manat müəyyən edilməklə cavabdeh X8 məxsus Bakı səhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143.2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilsin, bu fərdi yaşayış evi açıq hərracda satılaraq tələb edilən borc ödənilsin. Ekspertiza xərclərinin yarısı , yəni 225 manat Cavabdeh Salan oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Dövlət rüsumunun əvəzi 20.44 manat Cavabdeh Salan oğlundan tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nə ödənilsin.” “Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-49/2023 saylı qətnaməsi ilə qət edilmişdir: İlk iş üzrə iddia qismən təmin edilsin. Cavabdeh Salan oğlundan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə 27 oktyabr 2014-cü il tarixli K163/2014 saylı kredit müqaviləsi üzrə 45444,53 manat əsas borc, 1113,39 manat faiz borcu, 2200 manat dəbbə (penya) pulu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün 7763,44 manat faiz, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 1020 manat tutulsun. Tutma, ilkin satış qiyməti 365000 manat müəyyən edilməklə cavabdeh X8 məxsus Bakı səhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143.2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilsin, bu fərdi yaşayış evi açıq hərracda satılaraq tələb edilən borc ödənilsin. İlk iş üzrə iddia qalan hissədə rədd edilsin. Birləşdirilmiş iş üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər X9 və X8 qarşı iddiası qismən təmin edilsin. Cavabdeh X4 Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə K-148/2014 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 108746,72 manat əsas borc, 5400 manat dəbbə pulu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün 19030,68 manat faiz və K023/2015 saylı, 15 aprel 2015-ci il tarixli kredit müqaviləsi və bu kredit müqaviləsinə edilmiş 14 aprel 2016-cı il tarixli 1 nömrəli Əlavə üzrə 8576 ABŞ dolları əsas borc, 400 ABŞ dolları dəbbə pulu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün 2144 ABŞ dolları faiz ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə tutulsun. Tutma, ilkin satış qiyməti 365000 manat müəyyən edilməklə cavabdeh X8 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilsin, bu fərdi yaşayış evi açıq hərracda satılaraq tələb edilən borc ödənilsin. Birləşdirilmiş iş üzrə iddia qalan hissədə rədd edilsin. Birləşdirilmiş iş üzrə iddiaçılar Cavabdeh, X7 və X6 cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nə qarşı iddiası qismən təmin edilsin. xx.xx.2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi xx.xx.2015-ci il tarixli İ-006/2015 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş X9 məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ipotekasına xitam verilsin və həmin əmlak ipoteka yüklülüyündən azad edilsin. Birləşdirilmiş iş üzrə iddia qalan hissədə rədd edilsin. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin iddiaları üzrə ödənilmiş 570 manat məbləğində dövlət rüsumunun 61,33 manat məbləği cavabdehlər Cavabdeh, X4 və X3 müştərək qaydada tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nə ödənilsin, qalan 508,67 manat məbləği Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nə aid edilsin. Birləşdirilmiş iş üzrə iddiaçılar Cavabdeh, X7 və X6 iddiası üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manat məbləği Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçılara ödənilsin, qalan 20 manat məbləği iddiaçılara aid edilsin. İş üzrə təyin edilmiş məhkəm ekspertiza tədqiqatlarının dəyəri 700 manat məbləğində ekspertiza xərclərinin 75,32 manat məbləği cavabdehlər Cavabdeh, X4 və X3 müştərək qaydada, qalan 624,68 manat məbləği Bank Olmayan Kredit Təşkilatı "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X2, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, Cavabdeh ilə Bank olmayan kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 27 oktyabr 2014-cü il tarixli, K-163/2014 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Borcverən kreditin verilməsini, Borcalan krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı (ödəməyi), müqavilənin şərtlərinin pozulması ilə yarana biləcək dəbə pulu məbləğini ödəməyi və digər öhdəliklərin təmin etməyi öhdəsinə götürür. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, hər iki tərəfin iradə ifadəsi və qarşılıqlı razılığı əsasında kredit müqaviləsinin bağlanması, qarşılıqlı hüquq və vəzifələr müəyyən etməklə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranmasına əsas olmuş, aralarında yaranmış mübahisə üzrə məhkəmələr tərəfindən qərarlar qəbul olunmuş və qanuni qüvvəsin almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh, X8 qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” Cavabdeh, X6 "xxxx" BOKT MMC-yə qarşı “kredit və ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi, əmlakın yüklülükdən azad edilməsi” tələblərinə dair iş üzrə xx.xx.2025-ci il tarixli, 2- 2(102)-295/2025 saylı qərarının 48-ci bəndinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 26 dekabr tarixli 2-2(103)-28/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-əsas borc və gecikmə faizi hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul olunmaqla iddia qeyd edilən hissələrdə qismən təmin edilməklə Cavabdeh iddiaçı MMCnin xeyrinə 2014-cü il 27 oktyabr tarixli K163/2014 nömrəli kredit müqaviləsi üzrə gecikmə faizi olan 7.826,56 manat vəsaitin tutulması, cavabdeh Ə.Salahovdan iddiaçı MMC-nin xeyrinə K148/2014 nömrəli 2014-cü il 8 oktyabr tarixli kredit müqaviləsi üzrə 106.900,22 manat əsas borc, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün 18.766,36 manat faiz və K023/2015 nömrəli, 2015-ci il 15 aprel tarixli kredit müqaviləsi və bu kredit müqaviləsinə edilmiş 2016-cı il 14 aprel tarixli 1 nömrəli Əlavə üzrə müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün 2990,09 ABŞ dolları faiz ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə tutulması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanması qət edilmişdir. (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər L.Əliyeva və T.Mahmudova). Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 2(103)-28/2024 saylı qərardadından görünür ki, bu qərardadla ərizənin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 2-2(103)-28/2024 saylı qətnaməsinin nəticə hissəsi aşağıdakı kimi izah edilməsi qərara alınmışdır: Cavabdeh Salan oğlundan Bank Olmayan Kredit Təşkilatı "xxxx"MMC-nin xeyrinə 27 oktyabr 2014-cü il tarixli K163/2014 saylı kredit müqaviləsi üzrə 45444,53 manat əsas borc, 1113,39 manat faiz borcu, 2200 manat dəbbə (penya) pulu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün 7.826,56 manat faiz, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 1020 manat tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, Cavabdeh K163/2014 nömrəli kredit müqaviləsi üzrə iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC qarşısında öhdəliyi barədə məsələ işin mübahisələndirilməyən halı kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2-ci maddəsinə əsasən iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmçinin iddiaçı tərəfindən iddia müddətinin keçməsinə dair verdiyi ərizəni, iddia müddətinin keçməsi ilə iddiadan imtina edilməsinin xahiş etməsini, verilmiş iddianın qəbul edilməsi kimi qiymətləndirməkdədir. Məhkəmə Cavabdeh tərəfindən 15 oktyabr 2025-ci il və 08 yanvar 2026-cı il tarixlərdə məhkəməyə ünvanlanmış iddia müddətinin tətbiq olunmasına dair ərizələrə münasibətdə qeyd edir ki, iddiaçı ərizəsində cavabdehdən 27 oktyabr 2014-cü il tarixli K163/2014 saylı kredit müqaviləsi üzrə qalan borc məbləğini deyil, Bakı Kommersiya Məhkənməsinin 2-2(113)-49/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində göstərilən ümumilikdə 57541.36 (əlli yeddi min beş yüz qırx bir.36) manat məbləğinə gecikdirilmiş hər ilə görə beş faiz hesablanaraq (xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək-2 il) - 5754.13 (beş min yeddi yüz əlli dörd.13) manat (57541.36 X 5%=2877.068 X 2=5754.13) məbləğini tələb etmiş və bu xüsatlar və qanunvericiliyin yuxarıda göstərilən maddələri Məhkəmə tərəfindən nəzərə alınaraq verilmiş tələb üzrə iddia müddətinin keçmədiyi açıq-aşkar göründüyündən iddia müddətinin tətbiq edilməsinin qeyri mümkün olduğunu qeyd etməkdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 449.1-ci maddəsinə əsasən Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarından görünür ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununlada iş üzrə cavabdeh iş üzrə qanuni qüvvəsin almış məhkəmə qərarlarını icra etməmklə yəni üzərinə qoyulmuş ödəmələri etməməklə iddiaçıya zərər vurduğu işin hallarında müəyyən edilməkdədir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-449/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2025-ci il tarixli, 1197 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ekspert qarşısında qoyulmuş suallara və ekspert vəsatətinə cavab olaraq Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə təqdim olunmuş ərizəyə əsasən Cavabdeh Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək hesablanmış borc faiz (5%) borcu üzrə 5.754,13 AZN (beş min yeddi yüz əlli dörd manat, on üç qəpik). Məhkəmə ekspert rəyini də nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nə faiz borcu 5.754,13 AZN (beş min yeddi yüz əlli dörd manat, on üç qəpik) manatdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi əsaslı olduğundan tam təmin edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 5.754,13 AZN (beş min yeddi yüz əlli dörd manat, on üç qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 77,54 (yetmiş yeddi manat, əlli dörd qəpik) manat olaraq müəyyən edilir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən 78 (yetmiş səkkiz) manat məbləğində dövlət rüsumunun Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənildiyi görünməkdədir. Bununla da iddiaçı dövlət rüsumu məbləğini 0,46 (qırx altı qəpik) manat artıq ödəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 78 (yetmiş səkkiz) manat məbləğində dövlət rüsumunun 77,54 (yetmiş yeddi manat, əlli dörd qəpik) manat məbləği Cavabdeh alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,46 (qırx altı qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılmalıdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-449/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2025-ci il tarixli, 1197 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci Cavabdeh alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ123601**********5944, VÖEN **********) X11 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu:6, büdcə təsnifatının kodu: 142595) ödənilməlidir. Nəticədə, iddia tam təmin edilməli, Cavabdeh faiz borcu üzrə 5.754,13 AZN (beş min yeddi yüz əlli dörd manat, on üç qəpik) manat alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nə ödənilməli, ödənilmiş 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun 77,54 (yetmiş yeddi manat, əlli dörd qəpik) manat məbləği Cavabdeh alınıb Bank Olmayan Kredit Təşkilatı "xxxx"MMC-nə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,46 (qırx altı qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılmalı, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2025-ci il tarixli, 1197 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci Cavabdeh alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ123601**********5944, VÖEN **********) X11 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu:6, büdcə təsnifatının kodu: 142595) ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi əsaslı olduğundan tam təmin edilsin. Cavabdeh (VÖEN: **********; FİN: xxxxxxx; AA*******; qeydiyyatda olduğu ünvan: Şərur rayonu, Axura Ərazi Dairəsi, Axura kəndi) faiz borcu üzrə 5.754,13 AZN (beş min yeddi yüz əlli dörd manat, on üç qəpik) manat alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nə (VÖEN: **********) ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun 77,54 (yetmiş yeddi manat, əlli dörd qəpik) manat məbləği Cavabdeh alınıb Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nə ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 0,46 (qırx altı qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılsın. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2025-ci il tarixli, 1197 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci Cavabdeh alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ123601**********5944, VÖEN **********) X11 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu:6, büdcə təsnifatının kodu: 142595) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-449/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-449/2025
11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver