Məhkəmə qərarları › İş №e-2-2(123)-46/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-46/2025

06.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-46/2025 06.03.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh X4 iştirakı ilə, İddiaçı X6 qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 23 noyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 20000 manat və iş üzrə ödəmiş olduğu 150 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində mülkiyyətində olan qeyri yaşayış sahəsini (tövləni) 2023-cü ilin iyul ayında aralarında olan şifahi razılaşmaya əsasən bir ayı 1000 manat olmaqla X6 icarəyə verdiyini, Raminin həmin vaxtdan orada toyuq saxlayaraq istifadə etdiyini, açarında onda olduğunu, artıq 15 aydır ki, istifadə etdiyini, lakin istifadə etdiyi tövləyə görə 15000 manat icarə haqqını vermədiyini, tövlədə olan 5000 manat dəyərində olan avadanlıqları da söküb dağıtdığını, ümumilikdə 20000 manatın ödənilməsindən yayındığını qeyd etmişdir. Cavabdeh X10 məhkəməyə göndərdiyi yazılı izahatında tərəflər arasında danışıq və razılaşmalarda mülkiyyətçi qismində Nümayəndə iştirak etdiyindən İddiaçı tərəf olaraq çıxış etməklə əmlakın kirayə verilməsi, dəymiş ziyan tələbi etməkdə haqlı olmadığını, iddiaçının heç bir dəlil sübut təqdim etmədən, mütəxəsis rəyi almadan mülkiyyətinin onun tərəfindən dağıdılması ilə əlaqədar dəymiş ziyana görə 5000 manat tələb etməsinin təkcə savadsızlıq deyil, məsuliyyətsizliyi də ehtiva etdiyini, iddiaçının qanunvericiliyə əsasən borc müqaviləsinin məbləğinin 3000 manatdan artıq olduqda müqavilənin yazılı bağlanmalı olmasına məhəl qoymayaraq bu işlə əlaqədar məhkəməyə sübut təqdim etmədiyini, iddiaçının vurulmuş ziyana görə pul tələbinin faktlara əsaslanmadığından, pul qoparmaq məqsədi daşıdığından iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı 24 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında Raminin gəlib yayın qızmar vaxtında vergi müfəttişliyindən belə hətta asan xidmətdən belə bütün sənədlərin toplanmasını etdiyini, canlı quş gətirdiklərini, canlı gətirdiyi quşlar məhv olmasın deyə iyul ayında Raminin gəlib onu öz maşınına qoyub lazımi idarə, müəssisələrə aparıb sənəd topladığını, quşları gətirib bir növbə satdığını, oğlu Əfqanın onlarla razılaşaraq fermanın həyətində olan evin təmir olunmaqla bərpa etmək qarşılığında kira almayacaqlarını, lakin etmədiklərini, bu günə kimi 18 aydır ki, fermanın açarının Ramində olduğunu, mülkün onlara təhvil verildiyini, fermanın mexanikləşmiş olduğunu, 5-i taxta vurulduğunu, reykalar o cümlədən bütün durbalardan tutumuş fayalkaların əksəriyyətinin qırılıb dağılmasını müşahidə etdiklərini, kira vermədikləri halda tövləni bərpa etmədiklərini, mülkünü qaytarıb açarını aytarmadıqlarını, binanı birinə kira verib qazanc edə biləcəyini, lakin yaxın gəlmədiklərini, Ramini tanıdığını, Raminin digər şəxsə zəng etdiyini, onunla danışdırdığını, lakin həmin şəxsin onunla kobud danışdığını, həmin şəxslə məscidin həyətində görüşdüklərini, ona mülkü almırsınızsa təmir eləyin olduğu kimi qaytarın özümə dediyini, eləmirsinizsə də onun müqabilində hesablayaq ustasının pulunu fəhləsinin pulunu materialın pulunu verin dediyini, bir aya on günə oranı bərpa edib kirayə verim dedikdə buna da yaxın gəlmədiklərini, ona qarşı kobudluq elədiklərini, binanın açarının da onlarda olduğunu, binanın kirasını kimdən almalı olduğunu, kira söhbəti olmuyubdursa da açarı götür quş saxlayıb məhsul əldə ediblərsə pul əldə ediblərsə bəs bunun müqabilində ona haqq verilməməlidir, dekabr ayına kimi o binanın bərpa olunacağına söz verdiklərini, oranı sökən 4-5 fəhlə olduğunu, quşa baxan xanımın olduğunu, hətta su da çatmayanda qonşulardan su gətirdiklərini, quşa verəcəkləri yemi də o kənddən əldə etdiklərini, binanı küləkin dağıtdığını, 18 ay müddətində onun mülkünü dağıtdıqlarını, avadanlıqlarını yox etdiklərini, vurulmuş ziyanın hesablanması barədə məhkəməyə sənəd təqdim etmədiklərini, lakin ora kolotların üstünə 5-lik taxtalar vurulduğunu, çəkdikləri xərci bildiklərindən ərizədə tələbi yazdıqlarını, işin içində olmadığından açarın nə vaxt təhvil verildiyini, kimin yanında verildiyini, necə verildiyini, hansı şərtlə verildiyini bilmədiyini, bunları oğlunun etdiyini, özünün isə lazımi idarə müəssisələrə, vergi idarəsinə getdiyini, damışıqlara əsasən dekabr ayına kimi oradakı binanı təmir etməli olduqlarını bildirmişdir. Cavabdeh X10 24 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında danışıqlarda İddiaçı deyil oğlu Əfqanın olduğunu, Bakıdan təklifin gəldiyini, Bakıda bir müəssisələrinin olduğunu, Naxçıvanda da birini açmaq istədiklərini bildirib ferma tapmasını dediklərini, o yeri bacanağının tapıb ona verdiyini, zəng vurub Əfqanla görüşdüklərini, oturub maşına fermaya gedib baxdıqlarını, sonra həmin şəxsi Naxçıvana çağırdığını, Əfqanın, özünün və iki nəfər həmin Bakıda yaşayan insanların fermaya baxdıqlarını, 2023-cü ilin iyun-iyul ayları olduğunu, özünün vasitəçi kimi qıraqda durduğunu, həmin şəxslərin Əfqanla danışdıqlarını, razılaşıb fermanı götürdüklərini bildirdiklərini, Əfqanın həmin vaxt ilin sonuna kimi 2023-cü ilin sonuna kimi mən sizdən heç bir kira söhbəti eləmiyəcəyini, oranı satdığını bildirdiyini, orada əgər işləri normal gedərsə razılaşıb hansısa qaydada oranı alıb özlərinə mülk edəcəklərini bildirdiklərini, arada nə kira söhbətinin və kirayə müqaviləsinin olmadığını, fermanın içərisində bəzi kəsinti işlərinin olduğunu, sonra necə oldusa həmin adamın işinin pozulduğunu, quşlarının qırıldığını sıfır vəziyyətə düşdüyünü, son vaxtlarda İddiaçıla danışıb məsciddə görüşəndə həmin adama zəng vurub danışdırdığını, özünün bu işdə vasitəçi olduğunu, quşçuluqla məşğul olmadığını, vasitəçi olduğundan İddiaçı onu məhkəməyə verdiyini, araçı olduğu adamların ad, familyasını Əfqanın bildiyini bildirmişdir. İddiaçı 23 yanvar 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında cavabdehdən pul tələbi niyyətində olmadığını, sadəcə gəlib fermanı bərpa edib təhvil verməsini istədiyini, açarın bugdünə kimi Ramində olduğunu, ora bir nəfərin belə yaxın getmədiyini, Raminin oranı zəbt etdiyini, mülkünün haqqını tələb etdiyini, mülkün sahibi olduğunu dağıdıbdır gəlib bərpa eləməsini istədiyini, pisdik eləmədiyini, Raminə iş görüb quş satması üçün yaxşılıq etdiyini onunda fermanı söküb dağıtdığını, mülkünü dağıdıb gəlib bərpa eləməsini istədiyini, bərpa etmirsə hesablansın pulunu ödəməsini istədiyini, Raminin verdiyi etirazı qətiyyən qəbul etmədiyini bildirmişdir. İddiaçının nümayəndəsi Nümayəndə 07 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında Fermanı satdığı qoyduğunu, onun üçün şəklini çəkdiyini, bu adamların gəlib onunla danışaraq ona dekabr ayında yarı pulu verib iyun ayında da qalan pulu verəcəklərini dediklərini, onunda dekabr ayına kimin kira pulu istəmədiyini, ona verəcəkləri kira ilə həmin fermada olan evin üstünün şiferini vurub təmir eləmələrini dediyini, tövlənin içini sökdüklərini hazırda açarın Ramində olduğundan tövləyə vurduqları zərəri müəyyən edə bilmədiklərini, aşağı bir məbləğ olaraq tələbə yazdığını bildirmişdir. İddiaçı 24 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi izahatında üz-üzə göz-gözə olduğu kimi Raminin də deməsini, onun da deyəcəyini, şahidlərin vicdanı varsa onların da olduğu kimi danışmasını, ilk nöbədə Raminin onu idarələrə vergi idarəsinə apardığını, Ramindən başqa ikinci bir vətəndaş tanımadığını, yardımçı binanın üstünü dekabr ayına kimi şiferləmək şərti ilə onlardan icarə haqqı müqaviləsi bağlamadıqlarını, yağan yağışın, qarın, günəşin istisinin taxtalanmış o binanın üstünün taxtasını dağıtdığını, Raminin yazıb məhkəməyə təqdim edərək 5 min manat ziyan dəymədiyini bildirdiyini, bu günə kimi bu dəqiqəyə kimi açarın Raminin cibində olduğunu, Onsuz ora kiminsə ayağının dəyə bilmədiyini, çünki cavabdeh şəxsin Ramin olduğunu, mütəxəssis tapıb aparıb özlərinin hesablatmasını, dəymiş ziyanın bəlkə 5 min deyil 1 manat olacağını, bəlkə 5 min deyil 10 min manat olacağını, bunu onun deyə bilməyəcəyini, tövlənin açarının cibində olduğunu, dəymiş ziyanın bir-bir qeydiyyatını aparıb təqdim etməsini, tövlənin içərisindəki əşyaların kimin əliylə yığılıb kimin əliylə söküldüyünü bilmədiyini, danışıqlar olarkən özünün orada olmadığını, həmin şəxsləri heç görmədiyini, Raminin onu evdən götürüb dövlət idarəsinə, təşkilatına aparıb sənədləşdirmə apardığından onu məhkəməyə verdiyini, Raminin məsçidin həyətində gəlib təkrar onunla rastlaşdığını, bir nəfərin nömrəsini yığıb Seyran dayı bizi verib polisə dediyini, həmin adamın onunla salamlaşandan sonra kobud cavab verdiyindən əsəbləşib mən onu tanımıram mən səni tanıyıram dediyini, quşçuluq fermalarının olmadığını, Raminin ona sizin Nəhəcirdə binanız vardı oğlanla danışmışıq dediyini, oğlu ilə Ramini kiminsə gətirib uzlaşdırdığını, əsas işi Raminin gördüyünü, vergiyə icazə almaq üçün getdiklərini, toyuqları gömrükdən ötürsünlər deyə getdiklərini, quşların onun adına gələ bilməyəcəyini, buna rəy vermədiyini, vergiyə bir dəfə getdiyini, verilən izahatlarda nə də Raminin sözündən narazılığının olmadığını, sadəcə bir marağının Raminin 32 min manatını götürüb gedibdirlər onun ardınca maraqlanmırsa onun əmlakının dağılması haqqında 5 manatdan yana narahatçılıq keçirdiyini, əmlakın bərpası üçün dəymiş ziyanın ödənilməsi üçün Raminə mütəxəssis gətir qoy dəymiş ziyanı hesablasın dediyini, Ramini aldadıblarsa Raminin də onu aldadığını, əgər Raminin ona “hacı işdir olub da bu məsələ” desəydi onun üstündən xətt çəkəcəyini göstərərk iddia tələbinin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə 24 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi izahatında evdə olduğu vaxt Ehtiram Babayevin ona zəng vuraraq fermanı satmağını soruşduqda satıram dediyini, alan olduğunu dediyini, Raminlə gəlib onu götürüb fermaya baxaraq görüntülü zəng edərək canlı göstərdiyini, həmin şəxsin gəlirik xəbərimiz dəyəcək dediklərini, üstündən 10 gün keçmiş Raminlə Ehtiramın ona bir də zəng vurub fermaya baxaq dediyini, onu götürüb kəndə gedəndə 2-3 adam olduğunu gördüyünü, orada tək olaraq Eminin adını bildiyini, həmin vaxtı Raminin, Eminin və bir başqa şəxsin fermanı almaq istədiklərini deyib ondan qiyməti soruşduqlarını, 150 min manat dedikdə bahadır dediklərini, adam gətirin hesabladın sizə hörmət edərəm dediyini, həmin vaxtı 100 min manatdan aşağı yeri yoxdu dediyini, həmin vaxtı Raminin dekabr ayına kimin kira verək dekbar ayında 50 min manatı verib il tamam olanda iyul ayında 50 min manatı verək dediyini, onlarla razılaşdığını, Emini tanımadığından Raminlə danışdıqlarını, dekabr ayına kimin kira verək dedikdə lazım deyil deyib, kirayə verəcəkləri pula evin üstünü düzəldin əgər alsanız ev sizindir, əgər almasanız ev mənimdi dediyini, razılaşıb evin sənədlərini istədiklərini, evin sənədlərini aparıb verdiyini, suyun gəlmədiyini, dedikdə düzəltdirdiyini, Eminlə bir dəfə orda görüşdüyünü, dekabr ayında evi düzəltməmisiniz buranı kira istiyirlər dediyini, 2024-cü ilin may ayında Raminə zəng vurub külək şiferi qaldırıbdı dedikdə bizə nə var dediyini, mənə nə var Eminlikdi deyəndə söhbətin başqa olduğunu anladıqda polisə şikayət etdiyini, Raminin şahid kimi göstərmək istədiyi şəxsləri tanımadığını, onları qəbul etmədiyini, himindən Raminin gəldiyini, Ramini tanıdığını, oranı sökdürənin Ramin olduğunu, açarı da Raminin aldığını, həmin şəxslərdən yalnız birini tanıdığını, sadəcə adını bildiyini, dəymiş ziyanı ödəsinlər başqa heç nə istəmədiklərini göstərərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh X10 06 mart 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi izahatında X7 Bakıda FTB orqanik yumurta işlərinin olduğunu bildirərək Naxçıvanda da filialının açılması təklifi etdiyini, X5 ona zəng vurub quşçuluq üçün Naxçıvanda bir ferma tapmağı bildirdikdə maraqlanaram dediyini, hətta ona bir yerdə işləməyi bildirdiyini, onun da Babək və Ehtiramı tapıb dedikdə kənddə bir ferma olduğunu maraqlanmalarını bildirdiklərini, sonra Eminin Əfqanla daşıb razılaşdıqlarını, danışanda Eminin açarı Raminə verərsən dediyindən açarı ona verdiklərini, sonra quşları gətirdiklərini, aparıb fermaya boşaltdıqlarını, fermada quşların saxlanması üçün şərait yaradılması üçün ona bildirdiklərindən içərini sökdürdüyünü, Əfqanın ona gəl buranı düzəlt şiferi külək atıb dediyini, insanlıq edib vasitəçilik elədiyini, fermanın bərpa olunmasını istədiklərindən açarı geri istəmədiklərindən onda qaldığını, açarı qaytarmağı özü tərəfindən təklif olunmadığını, çünki Hacıyev Eminin onu hər dəfəsində sıxışdıraraq mal gələcəyini bildirdiyini, həmin insanların Əfqanla danışaraq razılaşdıqlarını, danışıqda kirayə verilməsinin olmadığını, Həmin iki nəfərin Əfqanla söhbət etdiyini, onun həmin söhbətdə olmadığını, Əfqanla həmin şəxslər razılaşıb kirayə verilib verilmədiyini bilmədiyini, onun sadəcə vasitəçi olaraq fermanı tapıb onları görüşdürməsinin olduğunu, onunla heç kimin nə müqavilə bağladığını, nə kira danışmadığını, qaldı ki, yerin bərpa olunmağına lazım olsa öz cibinin vəsaiti hesabına bərpa edib verə biləcəyini, kira barədə cavabdeh olmadığını, kira məsələsinin ona aid olmadığını, yerdə qalan oranın bərpası ilə bağlı mart ayının sonuna kimi Emini gətizdirib bərpa elətdirib açarı verəcəyini göstərərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Mustafayev Hicran Mustafa oğlu məhkəmə iclasında şahid qismində ifadəsində iş üzrə tərfləri tanıdığını, onlarla qohumluğunun və ədavətinin olmadığını, fermada ondan əvvəl Babəkin işlədiyini, Babəkin bir gün işlədiyini, səhər onun gəlib işlədiyini, quşlara baxmağa başlayanda Raminin, Eminin, Ehtiramın, Babəkin və onun danışdıqlarını, orda işləmək və maaşla bağlı Eminlə Raminin ona qaldığın otağı təmir edəcəyik, şiferi hər şeyi qaydasına qoyacağıq tv, komputer kamera qoyacağıq dediklərini, gecə gündüz 10 gün orda toyuqlara baxdığını, 10 gündən sonra toyuqların qutardığını, onun pulunu 300 manatı gec 1 ildən sonra verdiklərini, Eminlə Raminin maaşın 700 manat olacaq dediklərini, pulunu Eminin 1 ildən sonra verdiyini, fermada avqustun 30-31-dən işə başlayıb sentyabr ayının 10-na kimi işlədiyini, onu işləmək üçün Ehtiramın apardığını, işinin toyuqların altına üstünə baxmaq olduğunu, 1000 dən artıq toyuq olduğunu, yararsız damı yararlı hala gətirəcəyik dediklərini lakin etmədiklərini, onun xırda butka kimi yerdə qaldığını, Hər gün tezdən saat 5-də, 6-da “Qazel” markalı avtomobilin sürücüsü Zakir adlı şəxsin və tanımadığı şəxslərin gəlib toyuqlardan satmaq üçün apardıqlarını, toyuqları özünün yığdığını, 10 gün ərzində Əfqanın arada gəldiyini, arada Seyran müəllimin də gəldiyini, ora gedəndə toyuqların saxlanılması üçün heç bir şərait olmadığını, fermanın içinin təmizləndiyini, toyuqlara əvvəl yerdə yem verdiklərini, sonradan kalot düzəltdiklərini, əvvəldən həmin fermada olduğunu, mal saxlamaq üçün olduğunu, malların saxlanması üçün payolkalarının (su qablarının) ləğv olunduğunu, sonradan quş fermasına çevirdiklərini, kimin etdiyini bilmədiyini, fermanın açarını kimdən aldığını unutduğunu, açarı kimə təhvil verdiyinidə unutduğunu, Emini orda tez tez görmədiyini, Eminin Bakıda qaldığını, Rahib Abbasov adlı şəxsi görmədiyini, onu tanımadığını heç vaxt görmədiyini, orada olduğu müddətdə fermanın həyətində olan evdə təmir işləri görülmədiyini bildirmişdir. X1 məhkəmə iclasında şahid qismində ifadəsində tərəfləri tanıdığını, İddiaçıla uzaq qohumluqlarının olduğunu, Raminlə bacanaq olduqlarını, tərəflərlə ədavətinin olmadığını, qaynatasına məxsus evdə qldığı vaxtda Raminin gəlib toyuq olduğunu, ferma lazım olduğunu bildirdiyini, qaynatasının həyətində saxlamaq istədiyini, sonra kəndin içi olduğundan insanların narazılıq edəcəyini düşündüklərini, kənddə belə bir ferma olduğunu Əfqan əminin satmaq istədiyini, kira verən olsa kira verərəm fikiri olduğunu dediyini, Raminin razılaşaraq baxarıq dediyini, 10 gün sonra Bakıya gedib gəlib onunla gedib fermaya eşikdən baxdıqdan sonra Əfqanla danışaq gedək baxaq dediyini, Əfqanla gedib baxıb kamera ilə çəkib Bakıda Emin adında şəxsə göndərdiyini, həmin şəxsin də bəyəndiyini, Emini toyuq gələnə qədər görmədiyini, amma Raminin dostdu tanışdı deyib iş gördüyünü bildirdiyini, Raminin birinci dəfədir bu işə girdiyini, qazancı nə olacaq xeyir edəcək-etməyəcəyini dediyini, Raminin Əfqana nə istəyirsən necə saxlıyacayıq deyə bildirdikdə Əfqanın da bir müddət saxlayın hardasa iyun, iyul və ya avqust ayları olduğunu təxminən dekabr ayına qədər ona kira lazım olmadığını, xeyir edərsə dekabrdan sonra danışarıq almaq istəsəniz pulunu verib alarsınız yox almaq istəməsniz saxlasınız danışarıq kiranı kira verərsiniz saxlamasanız da heçnə bildirdiyini, sonra orda bəzi şeylərin düzələcəyi orda şifer də olduğunu şiferin damın üstünə vurulmasının danışdıqlarını, onun olmadığı vaxtda Eminin gələrək Raminlə gedib Əfqanla danışaraq razılaşıb toyuqları gətirib saxladıqlarını, 2-3 gün qardaşı Babəkin toyuqlara baxdığını, orada otağın düzələcəyi, kamera qoyulacağı barədə danışığın olduğunu, sonra toyuq satılıb bitti nə Ramin nə də Eminin tapılmadığını, Əfqanın neçə dəfə ona “denə gəlsinlər danışaq saxlamırlar özləri bilər mən kimisə məcbur eləmirəm saxlasınlar” dediyini, dəfələrlə Raminə “get Seyranla Əfqanla danış bəlkə 5 manata 10 manata razılaşarsınız” dediyini, Raminin “yaxşı Eminlə danışacam sonra Eminə zəng elədim açmadı” dediyini, sonra Hicranın və bir neçə şəxsin pulunun qaldığını vermədiklərindən Eminlə danışdıqda Hicranın pulunu göndərirəm deyib 300 manat əmək haqqını Hicrana göndərdiyi, Ramini fermaya onun apardığını, fermanın içərisində 60-dan yuxarı payalka (su qabının), kalıotların olduğunu amma qiymətini bilmədiyini, fermanın həyətində olan evdə təmir işlərinin görülməsi üçün Raminlə söhbət etdiklərini, sonra Eminlə söhbət etdiklərini, Raminin ona qəti söz demədiyini, gələcəklər onlarla danışarıq sənin əlindən gəlir yüngül təmir edərsən dediyini, normal yaşayış olar diyə danışdıqlarını, sonra Eminin gəlib tv qoyacağını şərait yaradacağını dediyini, toyuq satılandan sonra heç kimin ortada qalmadığını, hamının yoxa çıxdığını, fermadan sökülən durbaların metrin deyə bilmədiyini, amma təxminən 32-lik ya da 32-dən yuxarı olduğunu, 25-lik də su şlankları olduğunu, sökülən materiallar daşınanda orda olmadığını, söküb özlərinin üstü açıq olan anbar kimi yerə yığdıqlarını, İddiaçı dəyən ziyanın xeyli olduğunu, Nümayəndə gəlsinlər düzəltsinlər heç nə istəmirəm onlardan dediyini, Raminin ona usta tap get düzəlt dedikdə düzəldə bilməyəcəyini dediyini, sonra bərpa üçün danışdığını, ustaların da bərpa üçün 2 min manat pul istədiklərini, Raminə dedikdə razılaşmadığını, öhdəliyin oranı düzəltmək olduğunu, kirayə verilməsi razılaşmasının olmadığını, Raminin quşçuluqla məşğul olmasını düşündüyünü, çünki, hər adamın 50 min manatı boş-boşuna kredit götürməyəcəyini, bildiyi qədəri Raminin kredit borcları olduğunu, 50 min manat götürdüyünü, borclarını bağladığını əlavə olaraq evinə göndərdiyini bildiyini, qaynatasının Raminə “toyuq işinə girmə işin gücün var Ramin dedi yox da tanışdı kömək olacaq mənə lazımdı borclarımı ödəyəcəm düzələcək” dediyini, İddiaçı fermaya gəlmədiyini, Nümayəndəla isə 10 gündən bir danışdıqlarını, işi soruşaraq nə iş gördüklərini soruşduğunu, Ramindən və Emindən toyuqların neçəyə gəldiyini soruşduqda 15 manata satdıqlarını, Eminin birdən 15 manata gah da 5 manata, gah da 8 manata satdıqlarını dediyini, Raminlə nə qədər qazancı olması barədə söhbətlərinin olmadığını, amma 1250 dənə toyuq gəldiyini, 10 günə toyuqların satıldığını bildirmişdir. X8 məhkəmə iclasında şahid qismində ifadəsində iş üzrə tərfləri tanıdığını, onlarla qohumluğunun və ədavətinin olmadığını, toyuq gələn günü birinci günü onun işlədiyini, həminki günün də pulun vermədiklərini, işləmək istədiyini lakin sonradan bacarmadığını görüb işləmədiyini, onu Ehtiramın işləmək üçün çağırdığını, həmin yardə yarım tikili bir ev olduğunu, evi düzəldəcəklərini, təmir edəcəklərini Hicrana ora tv qoyulacağını, kamera çəkiləcəyini, yəni davamlı bir işi olacağını dediklərini, sonra orada olan su quyusunu təmizlədiyini, həmin pulu biraz çətinliklə olsa da aldığını, lakin işlədiyi günün pulunu ala bilmədiyini, quşların axşam gəldiyini, kimin gətirdiyini görmədiyini, işə başlayanda artıq quşların tövlədə olduğunu, tövlədə quşlar üçün şərait yaradılmadığını, mal üçün olduğunu, əvvəlcə kimlərinsə şlankları kəsib tökdüyünü bildirmişdi. İş materiallarında olan: Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmza əmlakın Dövlət reyesterindən çıxarışdan görünür ki, Babək rayon Nəhəcir kəndi ərazisində yerləşən 0.1896 ha torpaq sahəsində yerləşən 673.32 kvm qeyri yaşayış sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər də aiddir. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İddiaçı iddia ərizəsində 2023-cü ilin iyul ayında Ramin Kəngərli ilə aralarında olan şifahi razılaşma əsasında qeyri yaşayış sahəsini aylıq 1000 manat olmaqla ona icarəyə verdiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflərin izahatından və eyni zamanda şahidlərin ifadələrindən iddiaçı və cavabdeh arasında şifahi olaraq icarə müqaviləsi bağlanması təsdiqini tapmır. Belə ki, İddiaçı izahatından görünür ki, Ramin Kəngərli ilə toyuqların gətirilməsi üçün qeyri yaşayış sahəsinə dair sənədləşmə aparılması üçün müvafiq orqanlara getmiş, lakin tövlənin istifadəsi üçün razılaşmaya dair söhbətlərdə iştirak etməmiş, söhbətlər oğlu Nümayəndəla edilmişdir. Nümayəndə məhkəmədə verdiyi izahatdan görünür ki, Ramin və Emin adlı şəxslə tövlədən dekabr ayına kimi istifadə edilməsinə razılıq olunub, dekabr ayında isə alqı-satqı olacağı şərti kəsilib. Onların arasında isə tövlədən istifadəyə görə kira haqqı verilməsi olmamışdır. Bu hal iş üzrə şahidlərin ifadələri ilə də təsdiq olunur. Bundan başqa Nümayəndə məhkəmədə verdiyi izahatdan görünür ki, tövlədən istifadə üçün kirayə pulu deyil, həmin ərazidə olan yaşamaq üçün nəzərdə tutulmuş evin dam örtüyünün vurulması razılaşdırılıb. Bu hal iş üzrə tərəflərin izahatı və şahidlərin ifadələri ilə də təsdiq olunur. Həmçinin məhkəmə qeyd edir ki, tərəflərin izahatından və şahidlərin ifadəsindən məlum olur ki, toyuqların gətirilməsi və tövlədə saxlanılmaqla satılması Emin və Rahib adlı şəxslərin fikiri ilə olduğu, Ramin Kəngərlinin isə vasitəçi olaraq işin təşkilində iştirak etdiyi təsdiq olunur. Lakin Emin və Rahib adlı şəxslərlə Ramin Kəngərlinin şərik olmaları öz təsdiqini tapmır. Bundan başqa məhkəmə iddia tələbində qeyd olunan 5000 manat dəyərində avadanlıqların sökülərək dağıdılması tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tələbin əsasını sübut edən mötəbər sübutları təqdim edə bilməmişdir. Belə ki, iş üzrə tərəflərin izahatından və şahidlərin ifadəsindən görünür ki, Emin və Rahib adlı şəxslər toyuq saxlamaq üçün tövlədən istifadə edərək müəyyən dəyişiklik etməklə quşların saxlanılması üçün şərait yaratmışlar. Lakin iddiaçı 5000 manat zərər vurulması ilə əlaqədar sübutları təqdim edə bilməmişdir. Həmçinin iddiaçı izahatında sərf etdiyi vəsaitlərin qiymətinə uyğunlaşdırmaqla təxminən 5000 manatı qeyd etdiyini bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı Emin və Rahib adlı şəxslərin toyuq gətirib tövlədə saxlamaqla satmasını qeyd etsələrdə onlara qarşı iddia ilə müraciət etməmiş, Ramin Kəngərlini tanıdığından ona qarşı iddia verdiyini bildirmişdir. X12 tərəfindən sökülməsi ilə əlaqədar sübutları təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Nümayəndə Emin və Rahib adlı şəxslərlə razılaşaraq toyuqların saxlanılmasına icazə verərkən tövlədə müəyyən işlərin görülməsini bilirdi və buna icazə vermişdir. Belə olan halda əmlaka qəsdən ziyan vurma halı öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, tərəflər arasında tövlənin alqı-satqısı, həmçinin evin təmiri ilə əlaqədar razılaşma baş tutmadığından iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Bu hal iddiaçının nümayəndəsi Nümayəndə izahatı ilə yanaşı şahid ifadələri ilədə təsdiqini tapır. Məhkəmə belə qərara gəlir ki, iddiaçının cavabdeh Ramin Kəngərlidən icarə haqqı və ziyan tələbi barədə iddiası sübut olunmadığından təmin olumamalıdır. Belə ki, iddiaçı cavabdehə qarşı icarə haqqına görə 15000 manat, zərər vurmaya görə isə 5000 manat borcunun qaldığını ifadə etsə də, bu halı təsdiqləyəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Həmçinin, MPM-in: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu qanunvericilik üzrə tələb edilən miqdardan artıq ödənilərsə geri qaytarılır. Məhkəmə qeyd edir ki,iddiaçı məhkəməyə müraciət edərək qanunvericiliyə uyğun olaraq iddia ərizəsi üzrə 150 manat dövlət rüsumu ödəmişdir. İddia rədd edilməli olduğundan 150 manat məbləğində dövlət rüsumu İddiaçı aid hesab edilməlidir. Beləliklə məhkəmə hesab edirik ki, iddia tələbi təmin edilməməli, İddiaçı X2 20000 manat tələbi əsassız olduğundan rədd edilməli iddiaçı tərəfindən ödənilən dövlət rüsumu ona aid hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilməsin. İddiaçı X2 20000 (iyirmi min) manat tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar