Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-463/2024 13.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədov, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Qafarov Əkbər Yadulla oğlu, X2, Cavabdeh2 və X6 qarşı kredit borcunun ödənilməsi tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə kommersiya mübahisəsinə, məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı LPO İddiaçı ASC 08 avqust 2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 8.691,82 (səkkiz min altı yüz doxsan bir manat 82 qəpik) manat borc olmaqla – bundan 5.700 (beş min yeddi yüz) manat əsas, 2.316,37 (iki min üç yüz on altı manat 37 qəpik) manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 675,45 (altı yüz yetmiş beş manat 45 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 106.92 (bir yüz altı manat 92 qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlər Qafarov Əkbər Yadulla oğlundan, X1, Cavabdeh2 və X3 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı ASC ilə Qafarov Əkbər Yadulla oğlu arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli, 00/14565/KBK saylı kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə illik 25% dərəcəsi ilə 7.500 (yeddi min beş yüz) manat məbləğində kredit verildiyini, borcalan Qafarov Əkbər Yadulla oğluna kredit verilərkən X2, Cavabdeh2 və X7 ilə aralarında 19 sentyabr 2019-cu il tarixli, 00/14565/KBK saylı zaminlik müqaviləsi bağlandığını, bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxsin kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıdığını, kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdehin müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirmədiyini və Banka olan kredit üzrə borcunu ödəmədiyini, kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalanın bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ olduğunu, Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********140 saylı, xx.xx.2024-cü il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlərin Banka heç bir cavab vermədiyini və kredit borcunun Banka qaytarılmasını təmin etmədiklərini, Bankın tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlərin həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədiklərini, borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulmasının Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf etdiyini, halbuki, cavabdehlərin onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bankın öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə biləcəyini, xx.xx.2024-cü il tarixinə Qafarov Əkbər Yadulla oğlunun kredit üzrə cəmi borcunun 8.691,82 (səkkiz min altı yüz doxsan bir manat 82 qəpik) AZN təşkil etdiyini, bundan 5.700 (beş min yeddi yüz) AZN əsas, 2.316,37 (iki min üç yüz on altı manat 37 qəpik) AZN faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 675,45 (altı yüz yetmiş beş manat 45 qəpik) AZN faiz borcu təşkil etdiyini, hesabdan çıxarış məlumatlarından göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixlərdə ödəniş həyata keçirildiyini bildirmişdir. Məhkəmə iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Qafarov Əkbər Yadulla oğlu, X2, Cavabdeh2 və X6 qarşı kredit borcunun ödənilməsi tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə xx.xx.2024-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdehlərə bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazlarını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. İş materiallarında olan: 19 sentyabr 2019-cu il tarixli, 00/14565/KBK saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən “Bank” adlandırılan Azərbaycan Respublikası Mərkəzi Bankın 112/10 saylı xx.xx.2012-ci il tarixli icazəsi əasında fəaliyyət göstərən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mərkəzi ofisinin müdiri S.S.Hüseynov şəxsində və digər tərəfdən “Kreditalan” adlandırılan Qafarov Əkbər Yadulla oğlu arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, bu müqaviləyə görə bank müqavilənin 2.1-ci və ya 4.2-ci bəndlərində göstərilən məbləğdə və faizlə krediti birdəfəlik və yaxud kredit xətti çərçivəsində hissə-hissə kreditalanın mülkiyyətinə verir və kreditalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. 2.1-ci bəndindən görünür ki, bu müqavilə üzrə verilən kreditin ümumi məbləği 7.500 (yeddi min beş yüz) manat təşkil edir. 2.2-ci bəndindən görünür ki, bu müqavilə üzrə kredit dövriyyə vəsaitinin artırılması üçün verilir. 2.5-ci bəndindən görünür ki, kredit kreditalanın bu müqavilənin 3.1.3-cü bəndində göstərilən hesablaşma hesabına köçürülməklə verilir. Kreditin alınma tarixi onun bu hesaba köçürüldüyü tarix hesab olunur. 3.1.2-ci bəndindən görünür ki, bank kreditalana AZ09NBCB2121000AZN********** saylı ssuda hesabı açır. 3.1.3-cü bəndindən görünür ki, bank kreditalana AZ79NBCB4101000AZN********** saylı cari hesab açır və bankla kreditalan arasında aparılan hesablaşmalar cari hesab vasitəsilə aparılır. 3.2.2-ci bəndindən görünür ki, kreditalan bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan məbləğdə (əgər kredit, kredit xətti çərçivəsində verilsə, bu zaman bu müqavilənin 2.3-cü bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş razılaşmada göstərilmiş məbləğdə) krediti faizi ilə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. 4.1-ci bəndindən görünür ki, kredit üzrə faizlər borc yarandığı tarixdən başlayır və kredit borcunun tam ödənildiyi tarixdə başa çatır. 4.2-ci bəndindən görünür ki, kreditdən istifadəyə görə kreditalan tərəfindən banka illik 25% olmaqla faiz ödənilir. 4.3-cü bəndindən görünür ki, alınmış kredit və ona hesablanmış faizlər müqaviləyə əlavə olunmuş 1 saylı ödəniş qrafikində göstərilən tarixdə plan üzrə bərabər hissələrlə ödənilir. 5.1-ci bəndindən görünür ki, bu müqavilənin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkəti ilə digər tərəfə vurduğu zərəri ödəməlidir. 19 sentyabr 2019-cu il tarixli 00/14565/KBK saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən bundan sonra bank adlandırılacaq “NBC Bank" ASC-nin Mərkəzi ofisinin müdiri S.S.Hüseynov şəxsində, ikinci tərəfdən Qafarov Əkbər Yadulla oğlu, üçüncü tərəfdən X2 və digər tərəfdən Cavabdeh2, digər tərəfdən X7 şəxsində 19 sentyabr 2019-cu il tarixli, 00/14565/KBK nömrəli kredit müqaviləsinə əlavə olaraq bağlanmışdır. 2.1-ci bəndindən görünür ki, bu müqaviləyə görə zaminlər borclunun bank qarşısında 19 sentyabr 2019-cu il tarixli, 00/14565/KBK nömrəli kredit üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürür. 18 sentyabr 2019-cu il tarixli hesabdan çıxarışdan görünür ki, cavabdeh Qafarov Əkbər Yadulla oğlu tərəfindən xx.xx.2023-cü il tarixlərdə "xxxx" ASC-yə ödənişlər edilmişdir. 02 fevral 2024-cü il tarixli, **********149 nömrəli maliyyə arayışdan görünür ki, "xxxx" ASC ilə Qafarov Əkbər Yadulla oğlu arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli 00/14565/KBK saylı kredit müqaviləsi üzrə 22 yanvar 2024-cü il tarixinə yaranmış tələb, müqavilə üzrə əsas borc 5.700 (beş min yeddi yüz) manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 2.316 (iki min üç yüz əlli on altı) manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə hesablanan faiz məbləği 675 (altı yüz yetmiş beş) manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 8691 (səkkiz min altı yüz doxsan bir) manat təşkil edir. xx.xx.2024-cü il tarixli, **********65 nömrəli mədaxil qəbzindən görünür ki, LPO İddiaçı ASC tərəfindən “Asan ödəniş” sistemi vasitəsilə 106.92 (bir yüz altı manat doxsan iki qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. 19 sentyabr 2019-cu il tarixli, 00/14565/KBK saylı xəzinə məxaric orderindən görünür ki, “NBC Bank" ASC-nin Mərkəzi ofisinin AZ09NBCB42121000AZN********** saylı hesabından 7.500 (yeddi min beş yüz) manat borcalan Qafarov Əkbər Yadulla oğlunun AZ79NBCB4101000AZN********** saylı hesabına köçürülmüşdür. Qeyd edilənlərə istinadən, məhkəmə belə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Təqdim edilmiş sübutlara əsasən pul vəsaitinin borclunun hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçı “NBC Bank" ASC ilə cavabdeh Qafarov Əkbər Yadulla oğlu arasında 19 sentyabr 2019-cu il tarixli, 00/14565/KBK saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə görə borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə 24 (iyirmi dörd) ay müddətinə 7.500 (yeddi min beş yüz) manat məbləğində kredit verilmiş, həmin müqavilənin 3.2.2-ci, 4.3-cü və 6.3-cü bəndlərinə əsasən kreditalanın bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan məbləğdə krediti faizi ilə birlikdə banka qaytarmağı, alınmış krediti və ona hesablanmış faizləri müqaviləyə əlavə olunmuş 1 saylı ödəniş qrafikində göstərilən tarixdə plan üzrə bərabər hissələrlə müqavilənin 3.1.3-cü bəndində göstərilən hesaba köçürmə yolu ilə ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda kredit məbləğinin borcalana verilməsi iş materiallarında olan 9 sentyabr 2019-cu il tarixli Xəzinə məxaric orderi ilə öz təsdiqini tapmışdır. Borcalan müqaviləyə əlavə olunan 1 saylı ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri, kreditin əsas məbləğini və ona hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, cavabdehlər kredit üzrə əsas və faiz məbləğlərini müqaviləyə əlavə olan ödəniş qrafiki əsasında ödəməyərək üzərlərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırmış, kreditorun xx.xx.2024-cü il tarixdə etdiyi xəbərdarlıqdan sonra da öhdəliyini lazımi qaydada icra etməyərək icranı gecikdirmiş və barəsində qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaranmışdır. Beləliklə, məhkəmə borclunun öhdəliyin icrasını pozduğunu müşayiət etdiyindən kreditorun öhdəliyin icrasını tələb etməkdə haqlı olduğu qənaətindədir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 19 sentyabr 2019-cu il tarixli, 00/14565/KBK saylı kredit müqaviləsinin mühüm şərtləri hesab edilən hallar barədə tərəflər razılığa gələrək, maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr əldə etmiş, nəticədə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı). Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, e-2-2(123)-463/2024 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehlərə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdehlər tərəfindən öhdəliyin onlar tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, ona qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Bundan əlavə məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə hesablanan faiz məbləğinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarında belə bir hüquqi mövqe formalaşdırılmışdır ki, Mülki Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Göründüyü kimi, öhdəliklər üzrə “ödəniş müddəti çatanadək” müddəası öhdəliyin müqavilədə müəyyən edilmiş icra vaxtının çatmasını nəzərdə tutur. Öhdəliyin icra vaxtı borclu tərəfindən gecikdirilərsə, Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq qaydada kreditor zərərin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli, 00/14565/KBK saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi və icranın gecikdirilməsi ilə əlaqədar gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tərəfindən müəyyən edilən digər bir hal ondan ibarətdir ki, öhdəliklərin icrasının təminatı olaraq 19 sentyabr 2019-cu il tarixli 00/14565/KBK saylı Kredit müqaviləsinə əlavə olaraq zaminlər X2, Cavabdeh2 və X8 ilə kreditor qismində NBC Bank ASC-nin Mərkəzi ofisinin müdiri S.S.Hüseynov və digər tərəfdən borcalan Qafarov Əkbər Yadulla oğlu şəxsində müvafiq şərtlər əsasında 19 sentyabr 2019-cu il tarixli 00/14565/KBK saylı zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 4 iyun 2018-ci il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, İqtisadi dövriyyənin normal fəaliyyət göstərməsi, sabitlik və dayanıqlılığın, müqavilə hüquq münasibətləri iştirakçılarının qarşılıqlı inam və etimadının təmin edilməsi üçün öhdəliklərin vicdanla icra edilməsi zəruridir. Öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün Mülki Məcəllənin XXİV fəslində təminat üsulları nəzərdə tutulmuşdur. Məcəllənin 460.1-ci maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki dövriyyədə öhdəliklərin icrasının təmin edilməsinin daha çox istifadə olunan üsulu kimi zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (Mülki Məcəllənin 470.1-ci maddəsi). Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Bununla da gələcəkdə əsas borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda kreditor zaminə qarşı həmin öhdəliyin icrası barədə tələb irəli sürmək hüququ əldə etmiş olur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Mülki qanunvericilik zaminlik müqaviləsinin bağlanması əsasında zaminin kreditor qarşısında məsuliyyətini tənzimləməyi ilə yanaşı zaminliyə xitam verilməsi əsaslarını da müəyyən etmişdir. Belə ki, zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsində qeyd edilmişdir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilən müddəa əsasında tərəflər arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli 00/14565/KBK nömrəli zaminlik müqaviləsinin 4.3-cü bəndinin dördüncü hissəsindən də müəyyən edilir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində bankın zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Odur ki, məhkəmə kredit müqaviləsi üzrə əsas öhdəliyin icrası vaxtının çatdığı gündən – xx.xx.2021-ci il tarixdən 1 il hesablandıqda xx.xx.2022-ci il tarixədək iddiaçının zaminlərə qarşı iddia irəli sürmədiyini nəzərə alaraq hesab edir ki, X2, Cavabdeh2 və X5 zamin olduğu 19 sentyabr 2019-cu il tarixli 00/14565/KBK nömrəli zaminlik müqaviləsin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi ilə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 8.691,82 (səkkiz min altı yüz doxsan bir manat 82 qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 106,92 (yüz altı manat doxsan iki qəpik) manatdır. Qeyd olunan dövlət rüsumunun məbləği iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, **********65 nömrəli məxaric orderinə əsasən qanunvericiliyə uyğun olaraq ödənilmişdir. Nəticədə, iddia qismən təmin edilməli, cavabdehlər X2, Cavabdeh2 və X5 zamin olduğu 19 sentyabr 2019-cu il tarixli 00/14565/KBK nömrəli zaminlik müqaviləsinə xitam verildiyindən iddia tələbi zaminlərə münasibətdə təmin edilməməli, cavabdeh Qafarov Əkbər Yadulla oğlundan əsas borc üzrə 5.700 (beş min yeddi yüz) manat, faiz borcu üzrə 2.316,37 (iki min üç yüz on altı manat 37 qəpik) manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 675,45 (altı yüz yetmiş beş manat 45 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 8.691,82 (səkkiz min altı yüz doxsan bir manat 82 qəpik) manat və iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilmiş 106.92 (bir yüz altı manat doxsan iki qəpik) manat məbləğində dövlət rüsumu alınıb iddiaçı LPO "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, qət e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Qafarov Əkbər Yadulla oğlundan əsas borc üzrə 5.700 (beş min yeddi yüz) manat, faiz borcu üzrə 2.316,37 (iki min üç yüz on altı manat 37 qəpik) manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 675,45 (altı yüz yetmiş beş manat 45 qəpik) faiz borcu olmaqla ümumilikdə 8.691,82 (səkkiz min altı yüz doxsan bir manat 82 qəpik) manat və iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilmiş 106.92 (bir yüz altı manat doxsan iki qəpik) manat məbləğində dövlət rüsumu alınıb iddiaçı LPO "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-463/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-463/2024
13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver