Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-47/2024 12.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə məhkəmə hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 04 noyabr 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 22 oktyabr 2021-ci il tarixli, BK2210/01 saylı kredit müqaviləsi üzrə 20 oktyabr 2023-ci il tarixə 7396.60 (yeddi min üç yüz doxsan altı manat altmış qəpik) manat əsas borc, 636.14 (altı yüz otuz altı manat on dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 8032.74 (səkkiz min otuz iki manat yetmiş dörd qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 52.48 (əlli iki manat qırx səkkiz qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 32.000 (otuz iki min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********30-10301 reyestr nömrəli Naxçıvan şəhər, Qaraxənbəyli kəndində olan 0.0209 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-305/2023 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə hazırlıq iclasının iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçının nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı 20 dekabr 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə öhdəlik icra edildiyindən Azərbaycan Respublikasının MPM-nin 261.0.4-cü maddəsinə əsasən icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, iddiaçı tərəf ərizədə öhdəliyin icra olunduğunu və icraata xitam verilməsini xahiş etdiyindən məhkəmə bu halı nəzərə alaraq qanunverciliyə uyğun olaraq iş üzrə icraata xitam verilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin “Xahiş etdi” hissəsində göstərilən “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 52.48 (əlli iki manat qırx səkkiz qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat dövlət rüsumlarının və məhkəmə məsrəflərinin tutularaq Bankın xeyrinə ödənilməsi”nə dair hissəyə məhkəmə toxunmur. Belə ki, iddiaçı tərəfindən bu hallara dair hər hansı tələb öz əksini tapmamış sadəcə olaraq öhdəlik icra edildiyindən işə xitam verilməsi xahiş edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-ci, 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-47/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-47/2024
12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver