Məhkəmə qərarları › İş №e-2-2(123)-48/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-48/2025

18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-48/2025 18.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə2 və cavabdehin vəkil və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyiyanında Əmlak Məsələləri Dövlət Xidməti 28 noyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 25 oktyabr 2024-cü il tarixli 51 nömrəli Sərəncamına əsasən tərəflər arasında bağlanılmış 03 aprel 2024-cü il tarixli 01 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsi üzrə yaranmış 28928,40 manat icarə haqqının dövlət büdcəsinə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində Naxçıvan Muxtar Respublikası X17 22 iyun 2023-cü il tarixli 180-Vİ FR nömrəli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rayon (şəhər) idarələri Komitənin tabeliyindən çıxarılaraq özəlləşdirilməyə açıq elan edildiyini, Fərmanın 2.2-ci bəndinə əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə təhvil-təslim işləri başa çatdıqdan sonra özəlləşdirilməyə açıq elan edilmiş müəssisələrin idarə edilməsi və əmlakının qorunub saxlanılması Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə tapşırıldığını, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 19 may 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə rəsmi müraciət edərək özəlləşdirilməyə açıq elan edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsinin balansında olan Babək rayon ərazisində yerləşən qum-çınqıl karxanasının avadanlıqlarla birgə Cəmiyyətə icarəyə verilməsinə köməklik göstərilməsini xahiş etdiyini, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş müraciət qanunvericiliyə uyğun araşdırıldığını və Naxçıvan şəhər idarəsinin balansında olan Babək rayon ərazisində yerləşən qum-çınqıl karxanası avadanlıqlarla birgə Xidmətin 01 aprel 2024-cü il tarixli 01 nömrəli sərəncamına əsasən 1 il müddətinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilərək tərəflər arasında 03 aprel 2024cü il tarixli 01 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) əmlak kompleksi kimi icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanıldığını, icarə müqaviləsinin 2-ci bəndində aylıq icarə haqqı 9642,82 (doqquz min altı yüz qırx iki manat səksən iki qəpik) manat müəyyən edildiyini, Müqaviləyə əsasən icarə haqqının 50%-nin, yəni 4821,44 (dörd min səkkiz yüz iyirmi bir manat qırx dörd qəpik) manatının dövlət büdcəsinə ödənilməsi, qalan 50%-nin, yəni 4821,44 (dörd min səkkiz yüz iyirmi bir manat qırx dörd qəpik) manatının isə İdarənin balansında saxlanılması razılaşdırıldığını, Müqavilənin 5.2-ci yarımbəndində icarə müddəti ərzində aylıq icarə haqqının cari ayın 10-dək ödənilməli olduğu qeyd olunduğunu, lakin "xxxx" MMC tərəfindən icarə müqaviləsinin qeyd olunan bəndin tələblərinə əməl edilmədiyini, aprel, may və iyun aylarında icarə haqqı ödənişi həyata keçirilmədiyini, uzun müddətli şifahi xəbərdarlıqdan sonra Cəmiyyət tərəfindən 08 iyul 2024-cü il tarixdə 3 aylıq (14464,31 manat) icarə haqqının ödənişi həyata keçirilsə də, ötən 3 ayın (iyul, avqust və sentyabr) icarə haqqının ödənişi təmin edilmədiyini, xidmətin əməkdaşları tərəfindən 07 avqust 2024-cü il tarixdə tərəflər arasında bağlanılmış icarə müqaviləsi üzrə əmlak kompleksi kimi icarəyə verilmiş qum-çınqıl karxanasına və karxanaya aid daşınar və daşınmaz əmlaklara baxış keçirildiyini, baxış zamanı karxanada müəyyən işlərin görüldüyünü, lakin tərəflər arasında bağlanılmış icarə müqaviləsinin 6.2-ci bəndinə əsasən görülmüş işlərə dair hər hansı bir layihə smeta sənədləri təqdim olunmadığını, icarədara müqavilənin 5.2-ci və 6.2-ci bəndlərinin pozulduğu nəzərinə çatdırıldığını və nöqsanlar aradan qaldırılmadığı təqdirdə icarə müqaviləsinə xitam veriləcəyi bildirildiyini, bağlanmış 03 aprel 2024-cü il tarixli 01 nömrəli icarə müqaviləsinin 8.1-ci yarımbəndinə əsasən icarə haqqı iki ay ərzində ödənilmədikdə (mövcud aylıq ödənişin iki misli məbləğində borc yarandıqda) bu icarəçinin müqavilənin icrasından birtərəfli imtinası kimi qəbul edildiyini və icarə müqaviləsi ləğv oluna biləcəyini, "xxxx" MMC ilə 03 aprel 2024-cü il tarixdən bağlanmış icarə müqaviləsi üzrə aprel, may və iyun ayları üçün icarə haqqının gecikdirilməsi, iyul, avqust və sentyabr aylarında isə icarə haqqının ödənilməməsi, həmçinin icarəyə verilmiş sahədə yeni qurğuların quraşdırılmasına razılıq verilən müddətədək layihə-smeta sənədləri təqdim etmədən təmir-tikinti işlərinin aparılması icarə müqaviləsinin tələblərinin pozulması halları olduğunu, əlavə olaraq bildirildiyini ki, icarə müqaviləsinin 8.5-ci yarımbəndinə əsasən müqaviləyə xitam verilməsi onun qüvvədə olduğu müddət ərzində icarə haqqı üzrə yaranmış borclarının ödənilməsindən və icra olunmamış öhdəliklərin icrasından icarəçini azad etmədiyini, icarədara aşkar olunmuş nöqsanlarin 1 ay müddətinə aradan qaldırılmadığı təqdirdə icarə müqaviləsinə xitam veriləcəyi barədə 24 sentyabr 2024-cü il 03/952 nömrəli bildiriş göndərilmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 25 oktyabr 2024-cü il tarixli 51 nömrəli Sərəncamı ilə tərəflər arasında bağlanılmış 03 aprel 2024-cü il tarixli 01 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) əmlak kompleksi kimi icarəyə verilməsi haqqında icarə müqaviləsinə xitam verildiyini, bu barədə icarədara 28 oktyabr 2024-cü il tarixdə müvafiq bildiriş göndərildiyini, icarə müqaviləsinə xitam verildikdən sonra 31 oktyabr 2024-cü il tarixdə icarədara icarə müqaviləsi üzrə yaranmış 28928,40 manat icarə haqqının 10 gün müddətində ödənilməsinin təmin olunması, əks təqdirdə isə qanunvericiliyə uyğun tədbirlərin görüləcəyi diqqətinə çatdırıldığını, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dəfələrlə şifahi və yazılı müraciət olunmasına baxmayaraq heç bir müsbət nəticə əldə olunmadığını, tərəflər arasında bağlanılmış icarə müqaviləsinin 5.2-ci yarımbəndinə əsasən- “İcarəçi” tərəfindən icarə müddəti ərzində aylıq icarə haqqının hər ayın 10-dək ödənilməsi nəzərdə tutulduğunu bildirmişdir. 21 yanvar 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında cavabdehin vəkil və nümayəndəsi Vəkil izahatında icarə müqaviləsinin ləğvi ilə əlaqədar iki məsələni qoyduqlarını, həmin məsələyə görə şirkətin fəaliyyətin dayandırdıqlarını, dayandırdıqlarına görə işləmədiyindən borcunun yarandığını, bu səbəbə görə monitorinq edildiyini, icarə müqaviləsi bağlayan tərəf şirkətin fəaliyyətini məhdudlaşdırdığını, işləməyən şirkətin necə aylıq 10 min manat ödəyə biləcəyini, icarə haqqının 1 ay ödənildiyini, sonra fəaliyyəti bərpa edilmədiyinə görə icarə haqqını ödəyə bilmədiyini, balans saxlayıcının tikinti komitəsi görsəndiyini, ama müqaviləni bağlayanın İqtisadiyyat Nazirliyi olduğunu, müqavilənin İqtisadiyyat Nazirliyi bağlanmasına razılıq verdiyi halda fəaliyyətinə icazə verilmədiyini, fəaliyyətinə icazə vermədiyinə görə necə 10 min manat icarə haqqı ödəməli olduğunu bildirmişdir. Cavabdeh təşkilatın direktoru Nümayəndə2 10 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuş yazılı izahatında Babək rayon ərazisində yerləşən qum-çınqıl karxanası (bundan sonra - Karxana) Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin balansındadır. Karxanaya dair daşınar və daşınmaz əmlakların texniki pasportu, reyestrdən çıxarışı, eləcə də, qurğu (karxana-istehsal müəssisəsinin) və avadanlıqların ekoloji pasportu mövcud deyildir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X14 xx.xx.2024-cü il tarixli, 01/89 saylı vəkil sorğusuna verdiyi xx.xx.2024-cü il tarixli 02/337 saylı cavab məktubuna əsasən, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ləğv edilmiş Naxçıvan Şəhər İdarənin balansında olan, Babək rayon ərazisində yerləşən Qum-Çınqıl Karxanası daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır (məktubun surəti əlavə olunur). Sözügedən karxana Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 03 aprel 2024-cü il tarixli, 01 nömrəli Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) əmlak kompleksi kimi icarəyə verilməsi haqqında İcarə müqaviləsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə istehsal məqsədi ilə icarəyə verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə2 03 iyul 2024-cü il tarixli müraciətinə müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 09 iyul 2024-cü il tarixli, 03/640 saylı cavab məktubu ilə bildirmişdir ki, Qum-çınqıl karxanasının ərazisində fəaliyyət istiqaməti nəzərə alınmaqla yeni qurğuların quraşdırılmasına etiraz edilmir (məktubun surəti əlavə olunur). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 22 yanvar 2025-ci il tarixli 3-17-9-5/2-11-179/2025 nömrəli cavab məktubundan da göründüyü kimi, hazırda aktiv əmək müqaviləsi müəyyən edilməmişdir, əlavə olaraq, Cəmiyyətdə xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasında ƏMAS-a daxil edilən 43 əmək müqaviləsindən 22-si qüvvədən salınmış, 21-nə isə xitam verilmişdir. Sonuncu aktiv əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verildiyi məlum olmuşdur (məktubun surəti əlavə olunur). Naxçıvan Şəhər Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli məktubda bildirir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini (icarə müqaviləsi üzrə istehsal fəaliyyətini) təşkil edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 139. Maddəsinə (Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı) əsasən: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1. maddəsinə (Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar) əsasən, 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Həmin Məcəllənin 178. Maddəsinə (Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi) əsasən, 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. İcarəyə verilən əmlak icarəyə verən tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı idi. Bundan sonra əmlak üzərində sərəncam hüququ (o cümlədən icarəyə vermək) həyata keçirilə bilərdi. Həmin Məcəllənin 700. Maddəsinə (İcarə müqaviləsi) əsasən, 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanuna əsasən, Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır: Maddə 19. Daşınmaz əmlak üzərində icarə və istifadə hüquqlarının dövlət qeydiyyatı 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. ... Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 2. Müqavilənin predmeti və əsas müddəaları Müəssisənin idarə edilməsinə dair müqavilənin bağlanması, müəssisədən istifadə hüququnun müəyyən müddətə mülkiyyətçi adından çıxış edən orqan (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən iddiaçıya verilməsinin əsasıdır. 3. Müqavilənin hazırlanması və bağlanması qaydaları Müəssisənin idarəetməyə verilməsi yolu ilə dirçəldilməsi haqqında qərar Azərbaycan Respublikasının prezidenti tərəfindən qəbul olunur. Müəssisənin idarəetməyə verilməsinin formaları müəssisənin xüsusiyyətini nəzərə almaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin təqdimatı əsasında Azərbaycan Respublikasının prezidenti tərəfindən müəyyən edilir. Müəssisənin idarəetməyə verilməsi formaları aşağıdakılardır: müəssisənin idarə edilməsinə dair müqavilənin bağlanması üzrə açıq müsabiqə keçirilməsi yolu ilə; müəssisənin idarə edilməsinə dair müqavilənin bağlanması üzrə qapalı müsabiqə keçirilməsi yolu ilə; konkret iddiaçının təklifinin qəbul olunması və müəssisənin idarə edilməsinə dair onunla müqavilənin bağlanması yolu ilə. Açıq müsabiqələrdə iştirak etməyə bütün iddiaçılar buraxılırlar. Qapalı müsabiqələrə mülkiyyətçi adından çıxış edən orqanın müəyyən etdiyi məhdud sayda iddiaçılar dəvət olunurlar. Müsabiqə elan etmədən müqavilə, iddiaçı tək olduğu hallarda bağlana bilər. Yuxarıda göstərilən hər üç halda 5 nömrəli əlavəyə uyğun olaraq hazırlanmış müqavilə Azərbaycan Respublikasının prezidenti tərəfindən təsdiq edilir və ya onun tərəfindən bu səlahiyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinə verilir. 3.3. Müsabiqə elan etmədən konkret iddiaçı ilə müqavilənin hazırlanması və bağlanması qaydası. 3.3.1. Müsabiqə elan etmədən konkret iddiaçı ilə müqavilə bağlanması o halda baş verə bilər ki, müsabiqənin keçirilməsinin məqsədəuyğun olmadığını şərtləndirən obyektiv səbəblər olsun. Bu cür obyektiv səbəb iddiaçı tək olduqda və eyni zamanda ən yaxın gələcəkdə digər iddiaçıların meydana çıxması real olmadıqda ola bilər. Belə ki, mövcud vəziyyətdə İcarə müqaviləsi müsabiqə və s. qaydalarına uyğun bağlanmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının “MİNİMUM MƏBLƏĞİ” nə əsasən, 1 kv.m sahənin illik icarə haqqı tarifi (manatla) Bakı şəhəri ərazisində yerləşən sahələr üzrə Qeyri-yaşayış sahələrinin təyinatı Respublikanın digər şəhər və rayonlarında yerləşən sahələr üzrə 1-ci və yuxarı mərtəbə zirzəmi, yarımzirzəmi və çardaq 1-ci və yuxarı mərtəbə zirzəmi, yarımzirzəmi və çardaq 3 Kommersiya va sahibkarlıq fəaliyyəti ilə məsğul olan hüquqi və fiziki şəxslərin icarəyə götürdükləri sahələr, istehsal və kənd təsərrüfatı təyinatlı sahələr, apteklər, bank, rabitə və poçt xidmətləri göstərən sahələr, sığorta və birja məqsədi ilə icarəyə götürülmüş sahələr üzrə İcarə haqqının minimum məbləğinin hesablanması zamanı icarə haqqı tarifinə müvafiq olaraq, icarəyə götürülən sahənin yerləşdiyi əraziyə görə zona əmsalı (Z) və sahənin tarix və mədəniyyət abidəsində yerləşdiyini nəzərə alaraq memarlıq əmsalı (M,) tətbiq edilir. Zona əmsalı icarəyə verilən dövlət əmlakının yerləşdiyi əraziyə görə bu qərarda göstərilən zonalar üzrə və bu zonaların müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiq edilmiş sərhədləri aşağıdakı kimi qəbul edilir: Naxçıvan MR, Şirvan, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərləri üzrə: Zona nömrəsi 2;3 4 Zona əmsalı 1.5 1.3 1.2 1,0 digər zonalar (kənd, qəsəbə və s.) Beləliklə, 1 kv.m sahə üzrə icarə haqqının ilkin minimum məbləği aşağıdakı düsturla hesablanır: 11m= Tm x Z₂ x M, burada: 1 İm - icarə haqqının ilkin minimum məbləği; Tm - müəyyən edilmiş icarə haqqı tarifi; Z, - zona əmsalı; M,- memarlıq əmsalıdır. İcarə haqqı tarifi cədvəlindəki 1-ci qrupa daxil olan sahələr üzrə icarə haqqı hesablanarkən zona əmsalı tətbiq edilmir. Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında ƏSASNAMƏyə əsasən, 2. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının geydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. 3. Azərbaycan Respublikasında dövlət əmlakının Registri respublikanın informasiya sisteminin ümumi prinsiplərinə əsaslanan daşınmaz dövlət əmlakının (binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əsyalar yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər) qeydiyyatı, onun barəsində bağlanmış əqdlər (icarəyə və ya istifadəyə verilməsi, girov qoyulması və s.) haqqında məlumatların məcmusu olan informasiya sistemidir. 4. Azərbaycan Respublikasının dövlət əmlakının Registri Azərbaycan Respublikasının mülkiyyətidir. 6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində (bundan sonra – Dövlət Xidməti) dövlət əmlakının mərkəzi registri, onun yerli bölmələrində — dövlət əmlakının yerli registrləri aparılır. 7. Dövlət əmlakının mərkəzi registrində bu bəndin ikinci abzasında göstərilən əmlak istisna olmaqla, müvafiq dövlət hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, konsernlərinin, birliklərinin və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan, habelə Azərbaycan Respublikasının xaricdə olan daşınmaz dövlət əmlakı qeydə alınır. 9. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının (bundan sonra - qeydiyyat obyektləri) mövcud olmasının, yaranmasının, ona əşya hüquqlarının keçməsinin, öhdəliklərlə yüklənməsinin, onlara xitam verilməsinin, həmin əmlakla bağlı əqdlər də daxil olmaqla geydə alınması üçün aşağıda göstərilən sənədlər əsas hesab olunur: bu Əsasnamənin 7-ci bəndində göstərilən subyektlər tərəfindən öz səlahiyyətləri çərçivəsində qəbul etdikləri aktlar; daşınmaz dövlət əmlakı barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmış müqavilələr və digər əqdlər; daşınmaz dövlət əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməsi haqqında sənədlər (şəhadətnamələr); qanuni qüvvəyə minmiş məhkəmə qərarları; daşınmaz dövlət əmlakı üzərində hüquqların keçməsi barədə və (və ya) onun barəsində əqdlərə dair digər sənədlər. 10. Azərbaycan Respublikasında dövlət əmlakının Registri kartoteka (sənəd) və maqnit daşıyıcıları vasitəsilə aparılır. Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin aparılması qeydiyyat obyektləri, onların yaradılması barədə məlumatın (yazıların), geydiyyat obyektlərinin üzərində mülkiyyət hüququnun (əşya hüquqlarının) keçməsi, onların öhdəliklərlə vüklənməsi, onlara xitam verilməsi, o cümlədən dövlət mülkiyyət hüququna xitam verilməsi barəsində məlumatların Registrə daxil olunmasında, bu məlumatlara dair Registrdə olan məlumatın təzələnməsindən və ya silinməsindən ibarətdir. 12. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində hər bir qeydiyyat obyekti barəsində aşağıdakılar əks olunmalıdır: qeydiyyat obyektinin qeydə alınması üçün əsas; qeydiyyat obyektinin adı, tərkibi, xüsusiyyətləri, yerləşdiyi ünvan və istismara verildiyi tarix; qeydiyyat obyektinin ilkin dəyəri və qeydiyyata alınma dövrünə olan dəyəri; qeydiyyat obyekti sərəncamında olan subyekt haqqında məlumat; qeydiyyat obyektinin təyinatı (yönümü, profili); qeydiyyat obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə. əvəzsiz istifadəyə verilməsi, girov qoyulması və digər öhdəliklərlə yüklənməsi. 15. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyata alınması üçün həmin əmlak sərəncamında olan subyektlər aşağıdakı sənədləri təqdim etməlidir: əmlakın qeydiyyata alınmasına dair müraciət məktubu; bu Əsasnamənin 1-ci bölməsinin 9-cu bəndində göstərilmiş sənəd (sənədlər); qeydiyyat obyektinin göstəricilərini əks edən qeydiyyat vərəqəsi (bu Əsasnaməyə Əlavə). 16.Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydiyyata alınmaq üçün daşınmaz dövlət əmlakı haqqında sənədlər Dövlət Xidməti və onun yerli bölmələri tərəfindən qəbul olunduqdan sonra 15 gün müddətində registrdə qeydiyyata alınmalıdır. 18. Sərəncamında olan daşınmaz dövlət əmlakı Azərbaycan Respublikasında dövlət əmlakının Registrində geydə alınmadan və bunu təsdiq edən rəsmi sənəd olmadan müvafiq dövlət orqanları, dövlət şirkətləri, konsernləri, birlikləri və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatlar həmin əmlak barədə (balansdan silinməsi, balansdan balansa verilməsi, əqdlər bağlanması, o cümlədən icarəyə verilməsi, habelə girov qoyulması, digər öhdəliklərlə yüklənməsi, özgəninkiləşdirilməsi və s.) heç bir qərar qəbul edə bilməzlər. 19. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmış daşınmaz dövlət əmlakına münasibətdə hər bir dəyişikliyin qeydə alınması üçün müvafiq əmlak sərəncamında olan bu Əsasnamənin 7-ci bəndində müəyyən edilmiş subyektlər müəyyən edilmiş qaydada zəruri tədbirlər görməli və müvafiq registrləri aparan Dövlət Xidməti və onun yerli bölmələrinə 5 gün müddətində həmin dəyişikliyin qeydə alınması məqsədi ilə sənədlər təqdim etməlidirlər. Azərbaycan Respublikasında dövlət əmlakının Registrinə daxil edilmis daşınmaz dövlət əmlakı sərəncamında olan bu Əsasnamənin 7-ci bəndində müəyyən edilmiş subyektlər hər ilin dekabr ayının 31-nə qədər müvafiq registrlərə daşınmaz əmlakın hərəkətinə dair balanslarının surətlərini təqdim etməlidirlər. Belə ki. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının (karxana əmlak kompleksinin) qeydiyyatı aparılmayıb və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınmayıb, əmlakın texniki pasportu və çıxarışı olmadığı üçün fəaliyyətin (istehsalın) təşkili mümkün olmayıb (FHN, Ekologiya Nazirliyi, Sığorta qanunvericiliyi, SƏTƏM və s mümkün olmayıb). Bunun nəticəsidir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Karxananı icarəyə götürdüyü müddət ərzində, həmin sahədə görülmüş işlərə dair layihə smeta sənədləri hazırlaması və təqdim etməsi mümkün olmamışdır. Nəzərə almaq lazımdır ki, tərəflər arasında icarə müqaviləsi istehsal məqsədi ilə bağlanılmışdır. İstehsalın təmin edilməsi istiqamətində icarəyəverən tərəfindən müqafiq sənədləşmələrin aparılmaması (əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməməsi, texniki pasportun və s. sənədlərin alınmaması) icarəçini müəyyən hərəkətlər etməkdən (müqavilə üzrə hüquq və vəzifələrini yerinə yetirmədən) məhrum etmişdir. Beləliklə, icarəyəverənin qanun üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində, icarəçi maliyyə itkisinə məruz qalmış, fəaliyyətini davam etdirə bilməmiş və nəticədə ona xeyli miqdarada zərər dəymişdir. Belə ki, icarəçi “Araz-74" Məhdud Məsuliyyətli Cəmiyyəti müvafiq sənədləşmələri apara bilmə imkanından məhrum olduğundan, Cəmiyyətin işçilərinin əmək haqlarını ödəmə, onların sığortalanması, müvafiq lisenziyaların alınması, tenderlərdə, auksionlarda iştirak istiqamətlərində çətinliklərlə qarşılaşmışdır. Hətta "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tikinti inşaat sahəsində lisenziya almaq istəsə də buna nail ola bilməmişdir. Nəticədə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətin (istehsalın) təşkili mümkün olmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 22 yanvar 2025-ci il tarixli 3-17- 9-5/2-11-179/2025 nömrəli cavab məktubundan da göründüyü kimi, işçilərlə əmək müqavilələrinə xitam verilmişdir. xx.xx.2024-cü il tarixdə Vergi orqanına müraciət edilərək Cəmiyyətin fəaliyyəti dayandırılmışdır. Bu isə, hazırda Cəmiyyətin fəaliyyət göstərmədiyinə dəlalət edir. Buradan da, məlum olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini (icarə müqaviləsi üzrə istehsal fəaliyyətini) təşkil edə bilməmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin razılığı əsasında yeni qurğular quraşdırılmış, hətta "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə2 tərəfindən müqavilənin əlavəsində göstərilən daşınar əmlak üzrə nəqliyyat vasitələri, o cümlədən nasaz vəziyyətdə olan nəqliyyat vasitələri müəyyən xərclər çəkilərək işlək vəziyyətə gətirilmiş, eləcə də digər avadanlıqlarda müəyyən xərclər çəkilərək təmir işləri aparılmışdır. Müqavilənin əlavəsində göstərilən daşınar, daşınmaz əmlaklar təhvil-təslim aktı ilə götürülərək Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhər Tikinti İdarəsinə təhvil verilmişdir (mǝktubun surəti əlavə olunur). Yuxarıda göstərilənləri rəhbər tutaraq qeyd edirik ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə2 tərəfindən icarə müqaviləsi üzrə ödənilmiş icarə haqqı ödənişləri, işçilərə ödənilmiş əmək haqqı ödənişləri, nəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsi, eləcə də digər avadanlıqlarda təmir işlərinin aparılması ilə əlaqədar istehsal məqsədi ilə çəkilmiş xərclərin icarəyəverəndən tutularaq icarəçiyə ödənilməlidir. Bu məqsədlədə hazırkı iddianı qəbul etmədiyini bildirmişdir. 10 fevral 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında cavabdehin vəkil və nümayəndəsi Vəkil izahatında prosedurun düz getmədiyini, sahibkarın oranı icarəyə götürməkdə məqsədinin bəhər götürmək olduğunu, lakin oranın işləmədiyini, işləməyən bir qurğu, müəssisəyə ayda 10 min manat çox baha olduğunu, amma yenə də müəssisəni özəlləşdirmək istədiklərini, amma onlara özəlləşdirmənin mümkün olmadığının deyildiyini, bundan əlavə nə qədər buna oxşar müəssisələrin özəlləşdirildiyini, bir bu müəssisənin başqa səbəb 5-6 milyona yaxın vergi borcu olması səbəbindən olmadığını, müəssisənin işlətməsinə belə maneə yaradılaraq dayandırıldığını bildirmişdir. 10 fevral 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında vəkilin dediklərini təsdiqləyərək əlavə olaraq orada çoxlu işlər gördüyünü, avadanlıq quraşdırdığını, işləmək üçün yaratdığını, lakin ona işləmək üçün imkan verilmədiyini, bu səbəbdən borcunun yarandığını bidirmişdir. 18 mart 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında cavabdehin vəkil və nümayəndəsi Vəkil izahatında razılıq əldə olunduğunu, həmin obyekti götürən Abbas müəllim adında bir sahibkar olduğunu, razılıq olsada sənədlərdə çətinlik yarandığını, sahibkarın 140 min manatı ödəməsini bildirdiyini, amma 30 min manatı ödəməyəcəyinin mübahisə predmet olduğunu, bununla bağlı Daşınmaz Əmlakda da olub danışıqlar apardıqlarını, onların da Naxçıvan MR İqtisadiyyat Nazirliyinin də mövqeyinin o sahibkarla müqavilə bağlamayacayaqlarının bildirdiklərini, hüquqa uyğun olmayan obyektin onlara verildiyini, ona görə sorğular etdiklərini, icraya vermək səlahiyyətlərinin olmasını öyrənmək istədiklərini, bu qurrğuların 20 ildir orda işlədiyini, Muxtar Respublikanın tikinti işləri aparılıb uzun müddətdir qumu çınqılı oranın verdiyini, Ekologiya Nazirliyinin ümumiyyətlə bunların fəaliyyətinin əvvəllər də qanunsuz olduğunu dediyini, icarə müqaviləsinin əsasının səmərə götürmək olduğunu, səmərə götürməyi üçün onun təyinatına uyğun olmalı, təyinatı da hüququa uyğun olmalı olduğunu, hüquqi baxımdan FHN heçkimin buranı hüquqi baxımdan istifadə eləmək səlahiyyəti yoxdur dediyini, istifadə edə bilinməyəcək bir şeydən cavabdehin neçə istehsal həyata keçirib səmərə götürə biləcəyini, onlardan asılı olmayan səbəbdən bu halın olduğunu, iddiaçı tərəfin özlərinin təqdim etdiyi akta oranın bağlanmasını təsdiq elədiklərini, 2024-cü ilin iyul ayından oranın bağlandığını, Ekologiya Nazirliyinin bağladığını, aktı avqust ayının 7-si tərtib etdiklərini, Babək Rayon Məhkəməsinin qərarında şahid ifadələrinin olduğunu, sənədlər olmadığına görə işləyə bilmədiklərindən 3 ay kira pulunun yığışdığını, obyektin Arxitektura Komitəsinin mülkiyyətində olmadığını, daşınmaz əmlakın cavabında dövlət mülkiyyəti kimi qeydiyyata alınmadığının bildirildiyini, Arxitektura Komitəsinin öz daxili sənədlərində əmlak kimi göründüyündən X19 sərəncamı ilə oranın İqtisadiyyat Nazirliyinə özəlləşdirməyə açıq elan edərək verildiyini və bu müddətdə İqtisadiyyat Nazirliyinin oranın mühafizəsini təmin etdiyini, inzibati xətanın dekabr ayında verildiyini, xətanın dekabr ayında olmamasının məhkəmədə də sübut olunduğunu, Ekologiya Nazirliyinin müraciətindən müəssisənin qanuni fəaliyyət göstərmədiyinin görsəndiyini, ekoloji sahədə müəssisənin heç biri sənədinin olmadığını, tərtib etdikləri aktdan da görünür ki, 07 avqustda əməkdaşlara müraciət edərək qoymurlar işlədək dediklərini, avqust ayında borcların təzə yarandığını, borcların avqust, sentyabr və oktyabr ayında olduğunu, cavabdehin 14 min deyil 30 min pul ödədiyini, müqavilədə nəzərdə tutulan pulun bir hissəsinin Arxitektura Komitəsinə bir hissəsini Daşınmaz Əmlaka ödəyin deyildiyini, əlavə olaraq qalan 6 min manat elektrik enerjisi borclarının ödənildiyini, 30 min manata yaxın bu müddət ərzində ödəniş elədiklərini, iyul ayından etibarən ödəyə bilmədiklərini, 7 gün sonra yəni 07 avqustda Daşınmaz Əmlaka dayandırıblar fəaliyyətimizi iyul ayından pulu ödəyə bilmirik bizim problemimiz var bizə kömək edin deyildikdə bunu özlərinin aktda qeyd etdiklərini, dəfələrlə şifahi danışıqların olduğunu, danışıqlarla həll olmadıqda sentyabr ayının 26-da Ekologiya Nazirliyinə rəsmi müraciət edərək Daşınmaz Əmlaka deyin ki, buranın fəaliyyəti qanunsuzdur xahiş etdiklərini, Ekologiya Nazirliyinin onlara biz dövlət orqanıyıq dövlət orqanının işinə qarışa bilmərik biz sizi qanunsuz sayırıq dediklərini, Ekologiya Nazirliyinin əməkdaşının cavab məktubunda bəli biz gəlib müəssisədə yoxlama aparmışıq sizin fəaliyyətiniz qanunsuzdur dediyini, Ekologiya Nazirliyinin etirafının qeyd olunduğunu, Ekologiya Nazirliyinin onlardan qanuni sənədlər tələb etməkdə səhv eləmədiklərini, fəaliyyyətin göstərilməsi üçün kupça, pasport tələb etdiklərini, FHN də eyni sözü dediyini, həmin torpağın müqaviləsinin də olmadığını, Bələdiyyə ilə müqavilə bağlamağa getdikdə pasportu istədiyini, həmin müəssisənin pasportunun olmadığını, siğortaya müqavilə bağlamağa getdikdə pasportu tələb etdiklərini, yoxlama aktında 1 aylıq icarə haqqı gecikdirildiyindən xəbərdarlıq edildiyini, həmin vaxt cavabdehin fəaliyyətinə ekologiya mane olur bildirdiyini, bunu iddiaçı tərəfin bildiyini və akt tərtib elədiyini, təbii ki, bununla bağlı tədbir görmədiklərini, aktla iddiaçı təşkilata müraciət etmələrinin sübut olunduğunu, məhkəmə qərarı ilə Ekologiya Nazirliyinin fəaliyyətə mane olduğunun təsdiq olunduğunu, Ekologiya Nazirliyinin, FHN gəlib sizin bu qurğularınızın sənədi yoxdur dediyini, 4 ədəd texnikanın da pasportunun olmadığını, karxananın sənədi olmadığından müəssisənin fəaliyyətinin də ETSN və FHN-nin maraqlarına toxunur dediklərini, burda yanğın partlayış olsa cavabdehlik kimindir dediklərini, Əmək Müfəttişliyinin hər hansı bir hadisə baş versə kim cavab verəcək buna sənədi yoxdur dediyini, standartlara uyğunluğunu necə müəyyən edək dediklərini, istehsalı həyata keçirmək üçün bu qurğunun sənədini tələb etdiklərini, hüquqi baxımdan oranı işlədə bilmədiklərinidən onlara zərər dəydiyini, bu barədə iddiaçı tərəfə məlumat vermək borcunu yerinə yetirdiklərini, inzibati hüquqa görə dövlət hüququ bildiyini, iddiaçı təşkilatın qanunu bilib onu tətbiq eliyən orqan olduğunu, nəticədə sənəd olmadan bilə-bilə səlahiyyətləri olmadan cavabdehlə belə bir müqavilə bağlaya bilmədiklərini, müəssisənin rəhbərinin Müslüm müəllimin və Abbas müəllimin də qəbulunda olduğunu, hətta İqtisadiyyat Nazirliyində iclasda Abbas müəllimə müraciət etdiyini, Müslüm müəllimin yanında olan problemlər deyildikdə Müslüm müəllim və Abbas müəllimin bizim problem deyil Ekologiya Nazirliyinin problemidir dediklərini, sahibkarın İqtisadiyyat Nazirliyi ilə Daşınmaz Əmlak arasında qaldığını, Babək Rayon Məhkəməsinin qərarı ilə və Ekologiya Nazirliyinin məktubları ilə fəaliyyətə icazə verilmədiyinin sübut olunduğunu bildirmişdir. 18 mart 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında obyektlə bağlı icarə müqaviləsini onların bağladıqlarını, Nazirlər Kabinetinin qərarı əsasında saxlanılma xərclərinin çıxarılması üçün icarəyə verildiyini, Nazirlər Kabinetinin qərarı əsasında Arxitektura Komitəsinin bəzi əmlaklarının özəlləşdirmək məqsədi ilə və həmin müddətə qədər özəlləşdirmə xərclərinin çıxarılması üçün İqtisadiyyat Nazirliyinə verildiyini, icarə müqavilələrini bağlayıb saxlanılma xərcləri saxlanılmaqla özəlləşdirməyə hələ çıxarılmadığını, o obyektə müdaxilə olunması ilə bağlı onlarda məlumat olmadığını, Ekologiya Nazirliyi obyektin fəaliyyətini dayandırıbsa onlara müraciət etməli olduğunu, Cavabdeh nümayəndəsi tərəfindən obyektin fəaliyyətinin dayandırılması barədə onlara məlumat verilmədiyini, rəsmi müraciətin olmadığını, aktın müraciət forması olmadığını, aktda hər hansı müraciətdən və ya faktın müəyyən edilməsindən söhbət getmədiyini, baxış keçirildiyini, orda baxış zamanı müəyyən olunan vəziyyətlərin qeydə alındığını, sonra aktda bir tək müəssisənin rəhbərinin ifadəsi olduğunu, icarə müqailəsində bir tək yeməkxana binasının daşınmaz olduğunu, qalanının daşınar əmlak olduğunu, qurğu cavabdehə verilibsə müqavilə əsasında demək ki, qeydə alındığını, 3 ay ərzində cavabdehin yazılı müraciətinin olmadığını, heç bir müraciət olunmadığını, borcun yığışdığını, yaranan borcu mübahisələndirdikdə indi maneənin olduğunu dediklərini, müqavilə bağlananda mübahisə olmadığını, sonra bağlanan müqaviləni əsassız saydıqlarını, yazılan vaxtı pasport yoxdur deyə götürmürəm demədiyini, niyə icarəyə götürüdüyünü, Cavabdeh MMC ilə Naxçıvan Muxtar Respublikası X19 Fərmanı əsasında icarə müqaviləsi bağladıqlarını, Fərman əsasında icarə müqaviləsi bağlayıb həmin müəssisəni icarəyə vermək səlahiyyətlərinin olduğunu, fərmanda icarə müqaviləsini bağlamaq və saxlanılması xərclərinin ətraflı yazıldığını, fərmanda özəlləşdirməyə çıxana qədər saxlama xərclərinə görə onun saxlanılmasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinə tapşırıldığının qeyd olunduğunu, Fərmanda əmlakın qorunub saxlanılmasına nəzarətin onların idarəsinə tapşırıldığının qeyd olunduğunu, icarə müqaviləsinin mülkiyyətçi ilə bağlana bilməsini, fərmandan irəli gələn məsələdə özəlləşdirməyə çıxana qədər nəzarət edilməsi və saxlanılması xərclərinin onların üzəriə qoyulduğunu, özəlləşdirməyə çıxanda əmlakın Dövlət mülkiyyəti kimi çıxaacağını, bu cür əmlakların onların idarəsi tərəfindən Auksiona və özəlləşdirməyə çıxarıldığını, həmin əmlakın icarəyə verilməklə saxlanılmasını təmin etməyin mümkün olduğunu, həmin müəssisənin avadanlıqlarının durduqca xarab olmnası və digər zəruri xərcləri olduğundan icarəyə verildiyini bildirmişdir. 12 iyun 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında cavabdehin vəkil və nümayəndəsi Vəkil izahatında müvafiq orqanlara sorğulara verdiklərini, həmin orqanlardan birinin Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin verdiyi cavab məktubunda onlarda olmayan sərəncam və digər sənədlər qoşulub əlavə edildiyini, cavabdan Naxçıvan şəhər İcra Hakimiyyətinin həmin mübahisəli icarəyə verilmiş ərazi və avandlıq barədə sərəncam verdiyinin məlum olduğunu, sərəncamların mahiyyətindən başqa orqanın blansında olduğunu, bələdiyyə və icra hakimiyyəti ilə əlaqəli məsələlər olduğunun görsəndiyini, həm onların maraqları olan məsələnin ortaya çıxdığını, maraqlarına toxunurmu bu məsələ çünki Naxçıvan Şəhər İcra Hakimiyyəti və Babək Rayon icra Hakimiyyəti cavab vermişdilər ki, bu barədə sənədlər onlarda yoxdur amma hazırda hər iki İcra Hakimiyyəti ilə əlaqədar sənədlərin təqdim olunduğunu, həmin torpaq ərazisinin bələdiyyə torpağı olduğunun görsəndiyini, sənədlərdən və müvəqqəti ayrılma olduğu sənədlərdə görsəndiyini, lakin müqavilənin hansı müddətə bağlandığını bilmədiklərini, habelə müqaviləni ortaya çıxaran təşkilatın olmadığını, iddiaçı tərəfə müraciətlərinin olduğunu, hətta monitorinq adı altında gəlib baxış da keçirilib akt da tərtib olunub və aktın elektron sistemə yükləndiyini, iddiaçı tərəfin aktı yüklədiyini, ordan da həqiqətən müəssisənin fəaliyyətinin dayandırılmasının görsəndiyini, istehsal məqsədinə çatmayacaq müəssisənin müqavilə bağlayaraq icarəyə verildiyini, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14 məktubunda Qum-Çınqıl Karxanası Daşınmaz Əmlakın Dövlət Reyetsrində qeydiyyata alınmadığının qeyd edildiyini bildirmişdir. 12 iyun 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında İddiaçının nümayəndəsi Nümayəndə1 izahatında bir müqavilə bağlanılıb cavabdehlə müqavilənin şərtləri oxunub, imzalanıb və müəyyən bir müddət müqavilənin öhdəliyini yerinə yetirib hətta həmin müddətdə müəyyən qazanc əldə etdiyini, müəyyən bir müddət ödəniş edilib demək ki, istehsal olub gəlir əldə edilmiş hətta ərazidə avadanlıqlar qurulduğunu, müqavilədə istehsal zamanı hər hansısa manelərlə rastlaşdıqda maneələrin hazırda cavbabdeh olan tərəfə zərər vurulduqda iddiaçı tərəf məsuliyyət daşıyacaq diyə bir şərt qeyd edilmədiyini, cavabdehin gəlir götürməmişəm dediyini, maneəylə qarşılaşdığınız müddətdə yazılı qaydada müraciət etmədiyini, şifahi şəkildə kiməsə dediyini bildirdiyini, yazılı şəkildə müqaviləni həmin tarixdə dayandıra biləcəyini, amma bunu etmədiyini, reyestrin başqa bir sistem, registrin başqa sistem olduğunu bildirmişdir. 28 iyul 2025-ci il tarixdə məhkəmə baxış iclasında İddiaçının nümayəndəsi Nümayəndə1 izahatında işlə əlaqədar münasibətlərini bildirdiklərini, bu günədək verdikləri izahatları təsdiq etdiklərini, iddianı müdafiə etdiklərini, iddianın təmin olunmasını istədiklərini, hazırda daş çınqıl karxanası ilə əlaqədar kiminləsə müqavilə bağlanmadığını, həmin əraziyə aid texniki pasport və çıxarış balans saxlayıcının sifarişi əsasında tərtib olunmalı olduğundan və balans saxlayıcı sifariş vermədiyindən verilmədiyini, həmin torpaq ərazisnin bələdiyyə ilə əlaqədar torpaq ərazisi olmub olmaması ilə əlaqədar torpaq ərazisinə onların aidiyyəti olmadığından bilmədiyini, daş çınqıl karxanasının yerləşdiyi torpaq ərazisinin kimə məxsus olması ilə əlaqədar torpağa münasibət bildirmədiklərini, daş çınqıl karxanası müəssisənin ekoloji pasportunun olmadığını, icarəyə verilən daş çınqıl karxanasının onların mülkiyyətində olmadığını, həmin icarəyə verilən daş çınqıl karxanasının səlahiyyət baxımından Nazirlər Kabinetinin qərarı əsasında saxlanılması və ondan irəli gələn digər hərəkətlər olunmasının onlara tapşırıldığını, texnikaların məhv olmaması üçün icarə müqaviləsi bağlayaraq istifadəyə verildiyini, ordan gələn qazancın da 50 faizinin balans saxlayıcıya 50 faizinin də dövlət büdcəsinə yəni İqtisadiyyat Nazirliyinin hesabına ödənildiyini, balans saxlayıcının Tikinti Komitəsi olduğunu, təqdim edilən sənədlərdə həmin müəssisənin özələşdirməyə çıxarılması, həmin müəssisənin özəlləşdirməyə çıxarılmaması səbəblərinin göstərildiyini, çıxarıldığını sadəcə olaraq həmin müəssisənin öhdəliklərinin, borclarının çox olduğundan bügünkü gün konkret qiymət qoyulub çıxarıla bilmədiyini, ona görə saxlanıldığını, borclar ödənildikdən sonra hərraca çıxarılacağını, "xxxx" MMC ilə icarə müqaviləsində onun fəaliyyətinə nəzarət edilməsinin onlar tərəfindən aparılmasının nəzərdə tutulmadığını, fəaliyyətinin digər səbəblərdən dayandırması ilə bağlı həmin müəssisənin onlara müraciət etmədiyini, borcun yaranmasına görə 2 dəfə xəbərdarlıq olunduğunu, həmin müəssisənin sonradan işləyə bilmirik dediyindən həmin müddətdən sonra yoxlama gedib fəaliyyətinin saxlanılıb saxlanılmaması gedən müddətə qədər olan borcu istədiklərini, mütəxəssislərinin gedib orda yoxlama zamanı tərtib etdikləri aktdan sonra obyektin işləməməyinin onlara məlum olduğunu, Ekologiya Nazirliyinin həmin müəssisənin fəaliyyətini dayandırması barədə onlarda məlumat olmadığını, fəaliyyətin dayandırılması barədə balans saxlayıcının müraciət etməli olduğunu, qanunun bunu tələb etdiyini, öz başına onların edə bilmədiklərini, qanun tələbinə əsasən balans saxlayıcının müraciət etməsinin olduğunu, balans saxlayıcının müraciət etmədiyi və bu sənədlərin hazır olmadığı halda da həmin müəssisəni icarəyə verə bildiklərini bildirmişdir. 28 iyul 2025-ci il tarixdə məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında iddiaçı təşkilatın nümayəndəsi Rafael müəllim oranın bağlanması barədə məlumatlarının olmadığını dediyini, həmin müəssisə bağlanan kimi şifahi qaydada müraciət etdiyini, ona 3-5 gün səbr elə Ekologiya Nazirliyi ilə danışılıb həll edəcəyik dediklərini, lakin həll olunmadığını, əlavə olaraq vəkilim və nümayəndəmin dedikləri ilə razı olduğunu başqa əlavəsinin olmadığını bildirmişdir. 28 iyul 2025-ci il tarixdə məhkəmə baxış iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil izahatında mülkiyyət hüququ olmadan sahiblik və istifadə hüququna istinad edilərək həmin əmlakın icarəyə verildiyini, təbii ki, icarəçi hüquqşünas olmadığı üçün müvafiq lazımi sənədlər olmadığı üçün həmin əmlakdan istifadə edə bilmədiyini, sadəcə bir neçə ay işləyib lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən fəaliyyətinin dayandırıldığını, bunun müqabilində həmin əmlakdan istifadə edə bilmədiyini, qazanc əldə edilmədiyini, icarə pulunu ödəyə bilmədiyini, Mülki hüququn icarə müqaviləsinin anlayışını verdiyini, həmin əmlakı icarəyə verənin ötürücü hüququnu müəyyən etdiyini, Naxçıvan Əmlak Komitəsinin həmin əmlaka dair hüququnun olmadığını, icarəyə vermək hüququnun olmadığını, nə Naxçıvan MR Ali Məcəlləsinin belə bir səlahiyyət verdiyini nə də Dövlət Reyestri haqqında Qanunda və digər əlaqəli qanunlarda Naxçıvan MR Əmlak Komitəsinin və s. bu kimi orqanların adının çəkilmədiyini, birbaşa olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlak Komitəsinin nəzərdə tutulduğunu, həmin komitənin strukturuna Naxçıvan Əmlak Komitəsinin daxil olmadığını, bunun kommersiya mübahisəsi olduğunu, ticari əlaqəlarin olduğunu, fəaliyyətin dayandırılmasından və qazanc əldə edilə bilməməsindən söhbət getdiyini, və Kommersiya Məhkəməsinə müraciət etdikdən sonra onlara o binadan o qurğudan ümumiyyətlə ticari məqsədlə istifadə edilməsinin mümkünsüzlüyünün məlum olduğunu bildirmişdir. 28 iyul 2025-ci il tarixdə məhkəmə baxış iclasında şahid X8 ifadəsində daş çınqıl karxanasında aprel ayının əvvəllərində işləməyə başladıqlarını, müəssisədə fəaliyyətlərinin qum çıxarmaq olduğunu, 3 ay işlədiklərini, Ekologiya Nazirliyindən təxminən iyul ayında gəlib fəaliyyəti saxladıqlarından daha sonra işə getmədiklərini, rəsmi işçi olaraq ordan əməka haqqı aldığını, kartınan əmək haqqını aldığını, fəaliyyətlərinin qum çıxarmaq olduğunu, Ekologiya Nazirliyindən gələn maşından 3,4 nəfər adamın gəlib onlara işi saxlayın dediklərindən işi saxladıqlarını, işi dayandırıb onlara xəbər edəcəyik daha sonra xəbər verilmədiyini, həmin gündən sonra da heç kimin ora getmədiyini bildirmişdir. 18 avqust 2025-ci il tarixdə məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında müəssisənin iki bölmədən pirket kəsilməsindən və digər hissəsinin qum üçün olmaqla ona verilən avadanlıqların içində hər iki bölmədə olan avadanlıqların sihyahıda adbaad adları olduğunu, müqavilədə avadanlıqların içərisində pirket makinasının olduğunu, Naxçıvan Şəhər Tikintidə işlədiyini, daha sonra oranın fəaliyyətinin dayandığını, bildiyi bir iş olduğundan müqavilə ilə oranın onan verilməsini istədiyini, orada əvvəllər işlədiyindən necə fəaliyyət göstərdiyini bildiyini, Ekologiya Nazirliyinin onu nə üçün cərimə elədiyini bilmədiyini, sadəcə sənədlərin olmalıdır dediklərini, Ekologiya Nazirliyinə hansı əsasa işi dayandırırsınız diyə bu sualı verdikdə sizin sənədləşməniz düz deyil sizə külli miqdarda cərimə yazacayıq dediklərini, Ekologiya Nazirliyinin onun fəaliyyətinin dayandırması ilə bağlı rəsmi qərarı olmadığını, müqaviləyə oktyabr ayında xitam verildiyini, müqavilədə olan şərtə uyğun olaraq hər ayın 10-dan ödəniş etdiyini, iyul, avqust və sentyabr aylarını ödəmədiyini, ödəməməyimin səbəbinin də imkan verilmədiyindən işləyə bilmədiklərini, Ekologiya Nazirliyinə şirkətin təsis sənədlərini, nizamnaməsini təqdim etdiyindən onlarında bu əsasla onun barəsində cərimə qərarı verdiklərini, iddia tələbinin rədd olunması barədə qərar verilməsini xahiş etdi. 18 avqust 2025-ci il tarixdə məhkəmə baxış iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil izahatında sorğunu verməkdə məqsədlərinin əgər başqa bir şirkətlə müqavilə bağlanıbsa qiymətləri və alınan sənədləri müəyyən edərək sənədlərin olmadığı üçün müqavilənin bağlanmasını da istisna edəcəkdi və məlum olduki nə əvvəl nə də hazırda qeyd edilən sənədlərin heç biri yoxdur məktubda qeyd etdikləri sorğuya Əmlak Xidmətinin cavab məktubunda nə ekoloji pasport, nə texniki pasport, nə də çıxarış və digər sənədlər mövcud olmadığının müəyyən edildiyini, əlavə olaraq Bələdiyyəyə də sorğu verdiklərini, Bələdiyyə sədrinin də şahid kimi dindirilməsini istədiklərini, Əmlak Komitəsi cavab məktubunda elə bir müqavilənin mövcud olmadığını qeyd etdiyini, bunun əlavə sübuta ehtiyacı olmadığını, çünki sübut olunur ki, bu sənədlər mövcud deyil həqiqətən də hüquqi baxımdan orda fəaliyyət göstərilməsi mümkün deyildi orda hər hansı xoşagəlməz hal versəydi aidiyyəti orqanlara təqdim ediləcək sənədin olmadığını, tək müqavilənin olduğunu, və o müqavilənin hansı ərazi üçün bağlanıldığının bəlli olmadığını, qarşı tərəfin bildirdiyinə görə müəssisənin registerdən keçib qeydiyyatı olduğunu, lakin həmin qeyd edilən sənədin təqdim edilmədiyini, bunun açıq sübut olduğunu, bütün bunların dediklərinin arqumentləri, dəlilləri sübut etmək üçün verildiyini, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən 27 sentyabr tarixində həm Naxçıvan MR İqtisadiyyat Nazirliyinə həm də Əmlak Komitəsinə müraciət olunduğunu, həmin məktuba Əmlak Komitəsindən oktyabr ayının 11də Nurlan Fətəliyev tərəfindən cavab verildiyini, sentyabr ayının 24-də həmin orqanın əməkdaşı Qurban Abbasovun məktubu olduğunu, hər iki məktubda ora icazəsiz razılaşdırılmamış smetadan kənar avadanlığın qoyulması əsasına görə müqavilənin ləğv olunmasına görə də müəssisənin daşınar və daşınmaz əmlakının geri qaytarılmasının göstərildiyini, amma konkret istinad edirlər müqavilənin 6.2 və 8.3.3. bəndində əsasən müqavilənin ləğvini istədiklərini, rəsmi olaraq 2024-cü ilin 24 sentyabrında bildirişlə tələb olunduğunu, maraqlısı Müslüm müəllimin 9 iyul tarixli razılıq sənədində avadanlığın qoyulması öz əksini tapdığını, İnzibati İcraat haqqında qanunda da Konstitusiyada da etimad prinsipinin göstərilib vətəndaşın dövlətə etimad prinsipi həmin prinsipə uyğun olaraq əgər məktubla icazə verilibsə bir şeyə bu adam ona etibar edərək maraqlısı budur pul ödəmədiyinə müqavilənin ləğvindən söhbət getməyibdir bütün bildirişlərdə avadanlığın icazəsiz qoyulmasının qeyd edildiyini, monitorinq keçirilib orda həmin o avadnlığın qoyulması ilə bağlı monitorinqi olmalı idi və məktubda da istinad olunur monitorinqə 07 avqust monitorinqi zamanı aşkar olunur ki, Ekologiya Nazirliyi müəssisənin fəaliyyətini dayandırıb, bu işin kənarda qaldığını, özləri siz bizdən icazəsiz ora avadanlıq qoymusunuz dediklərini, halbuki bununla bağlı Müslüm müəllimin 09 iyul tarixli məktubunda avadanlığın qoyulması ilə bağlı icazə öz təsdiqini tapdığını, Ekologiya Nazirliyi 20 gündən əvvəl gəlib pasportu istəyir amma niyə 20 gün ərzində gəlib siyahıya alır məlum olmadığını, 1 il müddətində 120 manat pul dövlətin büdcəsinə girəcəyini, ordan vergi, kar, işçilərin əmək haqqı veriləcəyini, Nurlan müəllimin məktubunda əmlak bizə təhvil verilməyibdir o zaman sual çıxır ortaya təhvil almadığınız əmlakı necə icarəyə verirsiniz müqavilə bağlananda o təhvil verilməli olduğunu, iddiaçı tərəfdə onu təhvil verəməli idi müqavilə bağlana şəxsə, sənədsiz təhvil verilmənin həyata keçirildiyini, müqavilə bağlayan şəxsin müqavilə bağlamaq səlahiyyəti olmadığını, çünki məktubda qeyd edilirki əmlak təhvil alınmayıbdır əmlakı təhvil götürülməyən müəssisə və onun əmlakı barəsində təhvil-təslim etdiyini bildirmişdir. 18 avqust 2025-ci il tarixdə məhkəmə baxış iclasında İddiaçının nümayəndəsi Nümayəndə1 izahatında məktubda da burda sadəcə olaraq tərəf reyestr və registır məsələlərini qarışdırdığını, sualın reyestrin olub-olmaması barədədirsə olub və o barədə məlumat verildiyini, əlavə olaraq onların müqavilənin şərtlərini pozduğuna görə tərəfi məhkəməyə öhdəlik yerinə yetirilmədiyindən həmin öhdəliyin yerinə yetirməsi üçün məhkəməyə verdiklərini, mövzunun bu olduğunu, başqa bir şeyə qarışmadıqlarını, əgər deyilən şeylər var idisə müqavilə bağlamamalı olduğunu, qarşı tərəf müqavilə bağlayıbsa öhdəliklər götürülübsə icra olunmalı olduğunu, müqavilə bağlanandan sonra həmin müqavilə əsasında qazanc da əldə edildiyini, əgər müqavilə səhv idisə şərtləri dəyişmək üçün müraciət edilə bildiyini, olmayıbsa demək ki, maraqları üst-üstə gəldiyini, həmin müəssisənin əsas fəaliyyətinin nədən ibarət olması barədə tam məlumatının olmadığını, olan məlumata görə balansda olan yeməkxana, bir bina, bir də nəqliyyat vasitələri olduğunu, orda pirket kəsilməsi barədə məlumatlarının olmadığını, tək qum çınqıla münasibət bildirdiklərini, cavabdeh tərəfin 8 iyulda 3 aylıq ödəniş ödədiyini, iyul, avqust və sentyabr aylarının kira pulunu ödəmədiyini, oktyabr ayında müqaviləyə xitam verildiyini, sentyabr ayında yerin təhvil verilməsi üçün xəbərdarlıq göndərildiyini, təhvil təslimin normal edilərək verilməsi üçün etdiklərini, iddianın təmin olunmasını xahiş etdi. 18 avqust 2025-ci il tarixdə məhkəmə baxış iclasında şahid X3 ifadəsində 2024-cü ilin aprel ayının əvvəllərində işə başladıqlarını, təzə-təzə maşınların söküldüyünü, onun pirket sexində fəaliyyətə başladığını, 1 aya yaxın təmir işlərinə başladıqlarını, sökülmüş maşınların bütün hissələrinin ətrafla bir olduğunu, müəllimin hissələri gətirdiyini təmir olunaraq işə başladıqlarını, tədricən işi davam etdirdiklərini, sonradan Ekologiya Nazirliyindən 4 nəfər işçinin iyun ayının axırları gəlib işi saxladıqlarını, bütün hər şeyi siyahıya aldıqlarını, sürücülərindən soruşduqda sənədlərə baxırlar dediyini, 15-20 gün sonra işi dayandırıb daşınmaz əmlak sənədləri düzgün verilmədiyindən ekologiya işi dayandırdığını, təxminən 7-ci ayın ortalarında işi dayandırdıqlarını, gözləyəssiniz dedikdə şəxsi əşyalarını götürdüyünü, Ekologiya Nazirliyindən 2 dəfə gəldiklərini, bütün hər şeyi siyahıya aldıqlarını, birinci gəlişlərindən təxminən 20 gün sonra təkrar gəldiklərini, sonra Ekologiya Nazirliyinə sənəd verilməliyimiş dediklərini, orda sıfırdan başladıqlarını, pirket üçün yeni qəlib alındığını, 12 min manatlıq elə qaldığını, hardasa 10 gün işləmədiklərini, sentyabr ayının 12-nə qədər işsiz qaldığını, makina operatoru işlədiyini, ilk dəfər ora daxil olanda oranın vəziyyətinin pis olduğunu, işləməli olmadığını, bərbat vəziyyətdə olduğunu, hər şeyi düzəldib, təmir edib işlədiklərini, işə tədricən başladıqlarının hətta oranın qumunu da pul ilə aldıqlarını, daş toz deyirlər alıb ondan istifadə etdiklərini, oranı qazanc əldə etmək üçün götürdüyünü, onları da fəhlələr ustalar kimin işə götürüldüklərini, 8-9 nəfərin onun yanında işlədiyini, bağlanandan sonra müəssiəyə qayıdıb şəxsi əşyalarını götürmək üçün şəxsi maşını ilə getdiyini, oranın mühafizəçisinin olduğunu, əşyalarını götürüb çıxdığını, Ekologiyadan gələn günü makinanı saxla ekologiya icazə vermir deyildiyini, makinaın içində beton var idi onu təmizləyib düzəldib sonda əşyalarını götürüb çıxdığını, bütün sahələrin eyni vaxtda işi saxladığını, ona aid olmadığından hansı sənədi istədiklərini bilmədiyini, orda qum ələndiyini, bir də pirket kəsildiyini, qumu alıb istifadə etdiklərini, əvvəldən qumun orda olduğunu, gələndə orda qaldığını, yerdən qum çıxarmaq olmadığını, onlara qumu gətirirdiklərini daş tozu formasında olduğunu, Ekologiya Nazirliyinin işçilərinin gəlib siyahıya alıb fəaliyyətlərinin qanuna uyğun olub olmaması ilə bağlı nə isə demədiklərini, başqa heçnə deməyib sadəcə işi dayandırdıqlarını, onlara Zamin müəllimin işi dayandırın dediyini bildirmişdir. 18 avqust 2025-ci il tarixdə məhkəmə baxış iclasında şahid X5 ifadəsində aprelin əvvəlləri işləməyə başladıqlarını, makinalar yaxşı vəziyyətdə olmadığını, avanadanlıqları Zaminin alıb gətirirdiyini düzəldib işlətdiklərini, 2 gündən bir ekologiyanın işçilərinin gəlib işi saxladıqlarını, bir gün işlədikləri vaxt günorta vaxtı dedilər işi saxlayın işi saxlayıb getdiklərini, Zamin müəllimə evə zəng eləyib soruşduqda alınmayacaq artıq başınızın çarəsinə baxın dediyini,1 sezon işsiz qaldığını, nə deyib dayandırdıqlarını bilmədiyini, müəllimin bildiyini, qum ələdiklərini, oradakı qumun Cavabdeh-ə aid olduğunu, əvvəlcədən orda olduğunu, işlətdiklərini, işi saxlayandan sonra da qumun qaldığını, ekologiyanın işçilərinin orda post qurub gəlib gedən malları siyahıya aldıqlarını, Ekologiya Nazirliyindən iş dayandırılandan sonra ordan birdəfəlik çıxdıqlarını, sabahısı gün gələcəklərini düşündüklərini, amma gəlməyin deyildiyini, müəllimədən soruşduqda açılacaq dediyini, daha sonra başınızın çarəsinə baxın dediyini bildirmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil çıxışında arqumentlərimizi, sübutlarımızı təqdim etmişik lakin bəzi məqamlara toxunmaq istəyirəm Əmlak Xidmətinin ümumiyyətlə belə bir müqavilə bağlamaq səlahiyyəti yoxdur səlahiyyəti olmadan belə müqavilə bağlandığına görə etibarsızlığını nəzərə alıb müvafiq qərar verilməsini və müqavilənin 1.1 bəndində qeyd olunur ki, Naxçıvan MR şəhər Arxitektura Komitəsinin ləğv edilmiş Naxçıvan şəhər idarəsinin balansında olan Qum-Çınqıl karxanasının birgə istehsal məqsədi ilə icarəçinin müddətli icarəsinə verilib bu adam ona nail ola bilmir həm müəssisənin işlək vəziyyətdə olmaması istehsalı qeyri mümkün edibdir əlavə olaraq avanalıqlar qoyulubdur həmin avandanlıqların qoyulması ilə bağlı Daşınmaz Əmlakın aktın müəssisənin bağlanması və avadanlıqların qoyulması qeyd olunub. Həmin aktda göstərilən işlərin (avadanlıqların qoyulması) görülməsinə baxmayaraq 24 sentyabr tarixində əmlka xidmətinin əməkdaşı Qurban Abbasov icarə müqaviləsinə xitam verilməsi barədə bildiriş göndərir. Fərmanın tələbləri yerinə yetirilməyib hətta fərman qanunvericiliyə zidd olsa belə “X16” haqqında qanuna əsasən Naxçıvan MR daxilində fərmanda səlahiyyət verilməmişdi axı necə müqavilə bağlanıbdır bu sübutu da təqdim etmişik. Müəssisə istehsal məqsədi ilə icarəyə verilibdir və icarəyə vermək səalhiyyəti olmayan təşkilat avadanlığın qoyulması ilə bağlı nöqsan tuturlar digər bir tərəfdən müraciət edirik ki, Ekologiya Nazirliyi müdaxilə edir lakin heç bir sənəd olmadığı müəyyən oldu keçən dəfə deyirlər registrdə qeydiyyatdadır nə ilə sübut edirlər qeydiyyatdadır obyekt həmin yerin onlara aid olmağı və nəyin təhvil verilməsi ilə bağlı heçnə təqdim edə bilmirlər inventrizasiya edilməlidir deyirlər balansadır nə ilə sübut edirlər balansdır heç bir sənəd yoxdur. İddia ərizəmizdə qeyd eləmişik istər Azərbaycan Respublikası Mülki Məcəlləsində istərsə də Dövlət Əmlakının İdarə olunması və s. qanunvericilik aktlarına istinad olunubdur həmin aktlarda Daşınmaz Əmlakın Reyestri olsun Dövlət Əmlakının Əsasnaməsi olsun və s. bunların hamısında mövzu gəlib dayanır Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, bu gün bilmirəm bəlkə struktura daxil edilib amma iddia qaldırdığımız dövrdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin strukturu Naxçıvan MR Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mövcud deyil həmçinin əksinə özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin strukturu kimi qeyd etmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinə ayrı Naxçıvan MR Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ayrı sorğu veririk çünki Naxçıvanı görmürlər. Bu barız olaraq sübut olunur və tərəf özü də etiraf edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti ilə heç bir aidiyyətləri yoxdur o zaman sual çıxır ortaya Azərbaycan Respublikasının Parlamentinin qəbul etdiyi, Prezident tərəfindən qəbul edilən Qanunlar Naxçıvan MR normativ sənədlərindən üstündür həmin Qanunlarda və digər normativ sənədlərdə birmənalı olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti yazılıbdır heç yerdə Naxçıvan MR Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin adı çəkilmir nəticə etibarı ilə Azərbaycan Respublikasında Dövlət Əmlakının idarə olunması ilə bağlı səlahiyyətlər Naxçıvan MR Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə olunmamışdır öz səlahiyyətlərini həm də bununla aşmış sayılır normativ əsaslarımızda qeyd etmişik. Bunları qeyd edərək xüsusi ilə müqavilənin etibarsız sayılması çünki Konstitisiya Məhkəməsinin müvafiq qərarında bu tipli mübahisəli məsələlərə baxılanda müqavilənin etibarlılığı iddia tələbindən asılı olmayaraq baxılmalıdır diyə qeyd edilib bu çərçivədə etibarlılığa baxmağınızı və etibarsız sayılmasını və qeyd etdiyimiz əsasların nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını, mülahizələri və dəlilləri dinləyərək, şahid ifadələrini və iş materiallarını öyrənərək, təqdim edilmiş sübutları araşdıraraq və onlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək aşağıdakıları aydınlaşdırdı. İş materiallarına əlavə edilmiş: 03 aprel 2024-cü il tarixli icarə müqaviləsindən məlum olur ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1.Bu müqaviləyə görə «İcarəyəverən» Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 01 aprel 2024-cü il tarixli, 01 nömrəli Sərəncamı ilə Babək şəhərində yerləşən, ümumi dəyəri 578572,0 manat təşkil edən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verilmiş (Naxçıvan MR İqtisadiyyat Nazirliyinin sərəncamına verilmiş, Naxçıvan MR Şəhərsalma və Arxitektura Komitəsinin ləğv edilmiş Naxçıvan Şəhər İdarəsinin balansında olan) qum-çınqıl karxanasını və karxanaya aid daşınar-daşınmaz əmlaklarla (Əlavə 1) birgə istehsal məqsədi ilə «İcarəçi»nin müddətli icarəsinə verir. 2.2. Ödəniləcək illik icarə haqqı: 115714,40 (yüz on beş min yeddi yüz on dörd manat qırx qəpik) manat 2.3 Bir aylıq icarə haqqı: 9642,87 (doqquz min altı yüz qırx iki manat səksən yeddi qəpik) manat 2.4 Aylıq icarə haqqının 50% 4821,44 (dörd min səkkiz yüz iyirmi bir manat 44 qəpik) manatı dövlət büdcəsinə köçürülür (hesab AZ47AİİB********************) (kod 141720) 2.5. Aylıq icarə haqqının 50% 4821,44 (dörd min səkkiz yüz iyirmi bir manat 44 qəpik) manatı isə Naxçıvan MR İqtisadiyyat Nazirliyinin sərəncamına verilmiş, Naxçıvan MR Şəhərsalma və Arxitektura Komitəsinin ləğv edilmiş Naxçıvan Şəhər İdarəsinin hesabına köçürülür. AZ50AİİB******************** (VÖEN **********) 3.1 İcarə müqaviləsinin müddəti: 03 aprel 2024-cü il tarixdən 03 aprel 2025-ci il tarixinədək müəyyən edilir. 3.2.İcarə müqaviləsi hər iki tərəfin imzaladığı tarixdən hüquqi qüvvəyə minir. İcarəyə verənin hüquq və vəzifələri kimin 4.1.İcarə müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə, sahədən səmərəli və təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək, aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirmək 4.2.İcarə predmetini icarəçiyə vermək İcarəçinin hüquq və vəzifələri 5.1.İcarəyə verilmiş qum-çınqıl karxanası və karxanaya aid daşınar-daşınmaz əmlakdan ancaq müqavilə şərtlərinə uyğun təyinatı üzrə istifadə etmək, 5.2. İcarə müddəti ərzində aylıq icarə haqqını cari ayın 10-dək ödəmək, 6.2. "İcarəçi” tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqdim edilmiş sahədə lahiyə smeta sənədləri əsasında təmir-tikinti işləri, rekonstruksiya, yenidənqurma işləri aparıla bilər. 6.3. Aylıq icarə haqqı həmin ayın 30-dək ödənilmədikdə hər gecikdirilmiş məbləğin 0.1 faizi miqdarında müamilə hesablanır. 8.1. İcarə haqqı iki ay ərzində ödənilmədikdə (mövcud aylıq ödənişin iki misli məbləğində borc yarandıqda) bu, "İcarəçi"nin müqavilənin icrasından birtərəfli imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər. Naxçıvan Muxtar Respublikası X17 22 iyun 2023-cü il tarixli 180-Vİ FR nömrəli Fərmanından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektui Komitəsinin rayon (şəhər) idarələri və "X6" Məhdud Məsuliyyətli Cəmiyyəti Komitənin tabeliyindən çıxarılaraq özəlləşdirilməyə açıq elan edilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyiyanında Əmlak Məsələləri Dövlət Xidmətinin 01 aprel 2024-cü il tarixli sərəncamından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 mart 2024-cü il tarixli müraciəti üzrə Dövlət əmlakının idarə olunması və səmərəli istifadəsinə nəzarə sektorunun 01 aprel 2024-cü il tarixli məlumatı nəzərə alınması, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verilmiş (Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ləğv edilmiş Naxçıvan Şəhər İdarəsinin balansında olan), Babək şəhərində yerləşən, ümumi dəyəri 578572,0 manat təşkil edən əmlak kompleksi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1 (bir) il müddətinə icarəyə verilməsi qərara alınmışdır. X4 Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin Babək rayonunda yerləşən qum-çınqıl karxanasının daşınar və daşınmaz əmlaklar haqqında məlumаtdan görünür ki, Daşınar əmlak üzrə nəqliyyat vasitələrinin 7 ədədi saz vəziyyətdədir, qum-çınqıl karxanası 2005-ci ildə tikilmiş və istifadəyə yararlıdır. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyiyanında Əmlak Məsələləri Dövlət Xidmətinin 25 oktyabr 2024-cü il tarixli sərəncamından görünür ki, Siyahısı bu sərəncama əlavədə göstərilən- xx.xx.2024-cü il tarixli 1 saylı icarə müqaviləsi əsasında Babək rayonu ərazisində yerləşən "xxxx" MMC-nə icarəyə verilmiş dövlət əmlakına dair bağlanılmış icarə müqavilələrinə Sərəncam imzalandığı tarixdən xitam verilsin. 07 avqust 2024-cü il tarixli Babək şəhərində tərtib olunmuş aktdan görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sektor müdiri, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət xidmətinin baş məsləhətçisi və icarədar Nümayəndə2 iştirakı ilə 07 avqust 2024-cü il tarixdə Nümayəndə2 03 aprel 2024-cü il tarixli 01 nömrəli icarə müqaviləsi ilə əmlak kompleksi kimi icarəyə verilmiş Babək şəhərində yerləşən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verilmiş qum-çınqıl karxanasına və karxanaya aid daşınar-daşınmaz əmlaklara baxış keçirilib. Keçirilən baxış zamanı idarəçi tərəfindən istehsal üçün karxananın ərazisinə qravil yığıldığı, nəqliyyat vasitələrinin əsaslı təmir işləri aparılmaqla saz vəziyyətə gətirildiyi, qumələyən qurğunun daxili və ətrafının təmir edildiyi, pirket makinasının təmir edildiyi və yeni qəliblərin alındığı, 2 ədəd portivin saz hala gətirildiyi, 212 ədəd pirket qəlibinin düzəldildiyi, su xətti çəkildiyi və 2 ədəd motorun qoyulduğu aşkar edilib. Əlavə olaraq icarəçi tərəfindən icarə haqqı gecikdirilərək 3 aylıq ödəniş edildiyi, Naxçıvan Şəhər İdarəsinin balansına ödəniləcək 50% icarə haqqı ödənilmişdir. İcarədar aktı imzalamaqdan imtina edib. Baxış zamanı icarədar aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən iyul ayının sonlarında karxananın və pirket istehsalı sahəsinin fəaliyyətini dayandırdığını bildirməsi qeyd olunmuşdur. 30 oktyabr 2024-cü il tarixli Babək şəhərində tərtib olunmuş aktdan görünür ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin sektor müdiri, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhər Tikinti İdarəsinin rəisi vəzifələrini icra edən şəxsin və "xxxx" MMC-nin direktorunun iştirakları ilə 30 oktyabr 2024-cü il tarixdə Naxçıvan MR dövlət şəhərsalma və arxitektura komitəsinin Naxçıvan şəhər idarəsinin balansında olan 03 aprel 2024-cü il tarixli 01 nömrəli icarə müqaviləsi ilə icarəyə verilmiş, 25 oktyabr 2024-cü il tarixli 51 nömrəli sərəncam ilə həmin icarə müqaviləsinə xitam verilmiş qum-çınqıl karxanası karxanaya aid daşınar, daşınmaz əmlaklar təhvil götürülərək Naxçıvan şəhər idarəsinə verilməsi üçün monitorinq aparılmışdır. 28 dekabr 2024-cü il tarixli 02/337 saylı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubundan məlum olur ki, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin balansında olan Babək rayonu ərazisində yerləşən qum-çınqıl karxanası daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmamışdır. 26 dekabr 2024-cü il tarixli 5/1663 saylı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məktubundan məlum olur ki, karxananın idarənin balansında olduğu texniki pasport,reyesterdən çıxarış, avadanlıqların ekoloji pasportu və s mövcud olmadığı qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Naxçıvan Şəhər Vergilər İdarəsinin məktubundan görünür ki, Cavabdeh MMC fəaliyyəti 25 sentyabr 2024-cü il tarixdən dayandırılmışdır. Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(079)-17/2025-ci il tarixli qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Cavabdeh MMC-in direktoru Nümayəndə2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. 12 iyul 2004-cü il tarixli sərancamla Naxçıvan MR Tikinti Quraşdırma Dövlət Şirkətinin balansında olan 1 nömrəli Qum-Çınqıl karxanası əsas vəsaitləri ilə birlikdə əlavəyə əsasən əvəzzsiz olaraq Naxçıvan şəhər Abadlaşdırma və Təmir Tikinti İdarəsinin balansına verilmişdir. Babək Rayon İcra Hakimiyyətinin 7 mart 2025-ci il tarixli məktubdan məlum olur ki, Babək rayon ərazisində qum-çınqıl yatağında hansısa şirkətin fəaliyyət gösərməsi barədə İcra Hakimiyyətində icazə sənədi yoxdur. Məhkəmə qeyd edir ki, iş materiallarında olan müvafiq sənədlərdən müəyyən olunur ki, tərəflər arasında icarə müqavilələrindən irəli gələn öhdəlik münasibəti mövcud olmuşdur. Belə ki, tərəflər iş materiallarında göstərilən müqavilələrilələr öz üzərinə öhdəlik götürmüşdürlər. Bununla bağlı olaraq cavabdeh tərəfin öhdəliklərinin icrasını təmin edilməsi məqsədilə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər də aiddir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.5-ci maddəsinə əsasən, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci mаddəsinə əsasən öhdəliyin оnun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа еdilməməsi bоrclunun icrаnı gеcikdirməsi sаyılır 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli, 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 81-ci maddəsinə əsasən qanuna və ya digər X16a əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia təmin olunmalıdır. Belə ki, iş üzrə tərəflərin izahatından və təqdim olunan sübutlardan məlum olur ki, tərəflər arasında icarə münasibəti 03 aprel 2024-cü il tarixdən yaranmış, icarəyə veriləcək obyekt cavabdehin istifadəsinə verilmiş, müqaviləyə əsasən icarə haqqı olaraq aylıq 9642,87 manat ödənilməsi razılaşdırılmış, ödəmənin hər ayın 10-dan gec olmayaraq icra olunmasının və ödənişin aylıq icarə haqqının 50% 4821,44 (dörd min səkkiz yüz iyirmi bir manat 44 qəpik) manatı dövlət büdcəsinə, aylıq icarə haqqının 50% 4821,44 (dörd min səkkiz yüz iyirmi bir manat 44 qəpik) manatı isə Naxçıvan MR İqtisadiyyat Nazirliyinin sərəncamına verilmiş, Naxçıvan MR Şəhərsalma və Arxitektura Komitəsinin ləğv edilmiş Naxçıvan Şəhər İdarəsinin hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Təqdim olunan sübutlardan məlum olur ki, cavabdeh 03 aprel 2024-cü il tarixli 01 nömrəli icarə müqaviləsi üzrə aylıq icarə haqqını tam icra etməmiş və iyul, avqust və sentyabr ayları üzrə borcu yaranmışdır. Bu fakt təqdim olunan sübutlar və tərəflərin izahatı ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan 25 oktyabr 2024-cü il və 24 sentyabr 2024-cü il tarixli pretenziya xəbərdarlıqlarından məlum olur ki, 03 aprel 2024-cü il tarixli 01 nömrəli icarə müqaviləsinin tələblərinin pozulması hallanı aşkar edilmiş, icarə müqaviləsinə xitam verilməsi ilə bağlı 24 sentyabr 2024-cü il tarixli 03/956 nömrəli bildiriş göndərilmişdir. Obyektin təhvil-təslimi ilə bağlı aktdan məlum olur ki, 30 oktyabr 2024-cü il tarixdə cavabdeh icarə obyektini Naxçıvan MR Şəhərsalma və Arxiektura Komitəsinin Şəhər Tikinti İdarəsinə təhvil vermişdir. Məhkəmə qeyd edir ki, təqdim olunan sənədlərdən də görünür ki, icarə müqaviləsinin şərtləri pozulmuş və tərəflər arasında narazlıq yaranmışdır. Eyni zamanda icarə olunan obyektin xx.xx.2024-cü il tarixədək təhvil verilmədiyi icarə münasibətlərinin həmin tarixədək davam etməsi öz təsdiqini tapır. Məhkəmə belə qərara gəlir ki, iddiaçı 03 aprel 2024-cü il tarixli “01” nömrəli icarə müqaviləsi üzrə 3 aylıq icarə haqqını tələb etməkdə haqlıdır və tələb həmin hissələrdə təmin olunmalıdır. Məhkəmə cavabdeh tərəfin iddiaçı təşkilatın icarə müqaviləsi bağlamaq hüququnun olmaması barədə dəlilinə qiymət verərək bildirir ki, Naxçıvan Muxtar Respublikası X17 22 iyun 2023-cü il tarixli 180-Vİ FR nömrəli Fərmanından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektui Komitəsinin rayon (şəhər) idarələri və "X6" Məhdud Məsuliyyətli Cəmiyyəti Komitənin tabeliyindən çıxarılaraq özəlləşdirilməyə açıq elan edilmiş, Naxçıvan MR İqtisadiyyat Nazirliyinə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektui Komitəsi ilə təhvil-təslim işlərini başa çatdırdıqdan sonra özəlləşdirməyə açıq elan edilmiş müəssisələrin idarə edilməsini və əmlakının qorunub saxlanmasını təmin etməsi tapşırılmışdır. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyiyanında Əmlak Məsələləri Dövlət Xidmətinin 01 aprel 2024-cü il tarixli sərəncamından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 mart 2024-cü il tarixli müraciəti üzrə Dövlət əmlakının idarə olunması və səmərəli istifadəsinə nəzarə sektorunun 01 aprel 2024-cü il tarixli məlumatı nəzərə alınması, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verilmiş (Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ləğv edilmiş Naxçıvan Şəhər İdarəsinin balansında olan), Babək şəhərində yerləşən, ümumi dəyəri 578572,0 manat təşkil edən əmlak kompleksi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1 (bir) il müddətinə icarəyə verilməsi qərara alınmışdır. Məhkəmə həmçinin qeyd edir ki, bağlanan müqavilənin mübahisələndirilməsi ilə bağlı sənədlər təqdim olunmamışdır. Belə ki, cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında müəssisənin ona icarəyə verilməsini iddiaçı təşkilata özünün təşəbüsü ilə olduğunu, həmin müqavilənin bağlanmasını istəyi ilə olduğunu, həmin müəssisədə əvvəllər işlədiyini, müəssisənin fəaliyyət dairəsini bildiyini, bu əsasla qarşılıqlı razılıq əsasında icarə müqaviləsinin bağlandığını, müqavilənin bağlanmasının qanuni və ya qanunsuz olması ilə əlaqədar mübahisələrin olmadığını, şərtlərlə razılaşıb imzalandığını, 3 aylıq icarə haqqını ödədiyini bildirmişdir. Məhkəmə həmçinin cavabdeh tərəfin Ekologiya Nazirliyi tərəfindən fəaliyyətinə maneənin göstərilməsi səbəbindən işləyə bilməyib fəaliyyəti dayandırması və 3 aylıq borcun yaranması ilə əlaqədar dəlillərinə əsasən bildirirki, bu hal əsaslı hesab edilə bilməz. Belə ki, cavabdeh Ekologiya Nazirliyinin müdaxilə edərək müəssisənin sənədlərinin olmaması əsası ilə fəaliyyətinin dayandırılmasını bildirsədə bu halı sübut edəcək mötəbər sənədləri təqdim etməmişlər. Məhkəməyə müəssisənin fəaliyyətinin dayandırılması barədə hər hansı təşkilat tərəfindən verilən qərar təqdim edilməmişdir. Cavabdeh tərəfin Ekologiya Nazirliyinin müəssisəyə gələrək fəaliyyəti dayandırın deməsi barədə izahatlarına, həmçinin şahid ifadələrinə əsasən məhkəmə bildirir ki, məsul vəzifəli şəxslərin gəlməsi, kimlikləri, zaman baxımından tarixləri göstərilmədiyindən bu hal sübut olaraq qəbul oluna bilməz. Eyni zamanda sənədləşmə aparmaları barədə rəsmi sənədlər təqdim olunmamışdır. Cavabdeh tərəfdən təqdim olunan Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(079)- 17/2025-ci il tarixli qərarından məlum olur ki, Babək rayon Naxçıvançay-1 yatağından yer təkindən qanunsuz, yəni icazə olmadan 240 kubmetr qum-çınqıl götürməsi faktı ilə Cavabdeh MMC-in direktoru olaraq Nümayəndə2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228ci maddəsi ilə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X12 Mühit və X2 Nəzarət Xidməti tərəfindən icraat açılaraq cərimə olunmuş, bu hal sübut olunmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Cavabdeh MMC-in direktoru Nümayəndə2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qeyd edir ki, qərardadnda görünür ki, müəssisənin fəaliyyətinə mane olunacaq, həmçinin fəaliyyətin dayandırılmasına səbəb olunacaq hər hansı qərar verilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəf müəssisənin fəaliyyətinin dayandırılması, və ya maneə yaradılması barədə icarəyə verən orqana yazılı müraciət etməmiş, həmçinin müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar müraciət etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikasının Qanunun: 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.14. məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr; Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, 28928,40 manat məbləğində pul Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməli, həmçinin iddiaçı təşkilat dövlət rüsumu ödəməkdən azad olunduğundan 176,78 manat dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdehndən 28928,40 (iyirmi səkkiz min doqquz yüz iyirmi səkkiz manat, qırx qəpik) manat alınaraq dövlət büdcəsinə ödənilsin. Cavabdehndən 176,78 (yüz yetmiş altı manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiy na sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar