Məhkəmə qərarları › İş №e-2-2(123)-481/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-481/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-481/2025 25.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı ASC-nin cavabdеh X3 qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə kiçik iddialara dair işlər üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə 16 oktyabr 2025-ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə X4 arasında bağlanmış 25 dekabr 2024-cü il tarixli, 341611-CNS-62856 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 5.093,71 manat məbləğində əsas borcun, 450.25 manat məbləğində faiz borcun, ümumilikdə isə 5.543,96 (beş min beş yüz qırx üç manat doxsan altı qəpik) manat məbləğində və 75.44 manat ödənilmiş dövlət rüsumunun X1 tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində X2 (bundan sonra mətndə S.F.Cəlilov) xx.xx.2024-cü il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında X5” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, 25 dekabr 2024-cü il tarixli, 341611-CNS-62856 saylı“Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-nə (bundan sonra mətndə Bank) müraciət etdiyini və ona istehlak məqsədilə illik 23 (iyirmi üç) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 5.900 (beş min doqquz yüz manat) AZN məbləğində kredit verilməsini xahiş etdiyini, yəni təklif (oferta) verdiyini, Bankın isə aksept etdiyini, yəni təklifi qəbul etdiyini, bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən S.F.Cəlilova ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verildiyini və kredit vəsaitinin “Bank xidmətlərinin göstərilməsi haqqında X5”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən cavabdehin kart hesabına köçürüldüyünü, “Bank xidmətlərinin göstərilməsi haqqında X5”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən Bankın krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürdüyünü, Bankın kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim etdiyini və müştərinin onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verdiyini, cavabdeh S.F.Cəlilovun kredit vəsaitindən istifadə etdiyini, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etmədiyini və nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə Banka 5.093,71 manat məbləğində əsas borc, 450.25 manat məbləğində faiz borcu, ümumilikdə isə 5.543,96 (beş min beş yüz qırx üç manat doxsan altı qəpik) manat məbləğində borcunun qaldığını, “Bank xidmətlərinin göstərilməsi haqqında X5”nin 2.1-ci bəndinə əsasən akseptin müştərinin Banka təqdim etdiyi ərizə-razılaşmanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra "Mülki Məcəllə”) 409.1-ci maddəsinə uyğun olaraq qeyd-şərtsiz qəbul etməsi barədə həmin ərizə-razılaşmada imza etməklə və Bankın möhürü ilə təsdiqlənməsi ilə ifadə olunan Bankın yazılı cavabı olduğunu, “Bank xidmətlərinin göstərilməsi haqqında X5”nə əsasən isə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyin və onların pozulmasına yol verməməyin müştərinin, yəni “kredit alan”ın vəzifəsi olduğunu (7.5, 7.16 və 10.9.7-ci bəndlər), “Bank xidmətlərinin göstərilməsi haqqında X5”nə əsasən «ödəniş cədvəli» ilə müəyyən edilən müddətlər “kredit alan” tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda (11.1.3-cü bənd) və ya “kredit alan” bu müqavilə ilə müəyyənləşdirilən vəzifələrindən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə (11.1.4-cü bənd) Bankın kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimənin ödənilməsini və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququna malik olduğunu, “Bank xidmətlərinin göstərilməsi haqqında X5”nin 7.26.3-cü bəndinə əsasən Bu Müqavilə üzrə gecikdirilmiş kreditə görə, birdəfəlik kreditlər üzrə, hər gecikdirilən gün üçün ərizə-razılaşmada göstərilən cərimənin tətbiq edildiyini, “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsindən isə gecikdirilmiş borc üzrə hər gecikdirilən gün üçün hər tam və ya natamam 10 AZN üçün 0,02 AZN məbləğində cərimə hesablandığının müəyyən edildiyini, həmçinin Bank tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 75.44 manat məbləğində dövlət rüsumunun da cavabdehdən S.F.Cəlilovdan tutulmalı olduğunu hesab etdiklərini, belə ki, cavabdeh S.F.Cəlilovun kredit müqaviləsi üzrə borcu qaytarmalı olduğuna dair vəzifələrini icra etməməsi nəticəsində Bankın məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə zərər çəkdiyini, buna görə də, dövlət rüsumunun da, cavabdeh S.F.Cəlilovdan tutulmalı olduğunu, cavabdeh S.F.Cəlilov sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan həmçinin kredit dövriyyə vəsaitlərinin artırılması təyinatı ilə verildiyindən hazırki kommersiya mübahisəsinə mülki məhkəmə icraatı qaydasında Naxçıvan Kommersiya Məhkəməsində baxılmalı olduğunu hesab etdiklərini qeyd etməklə ərizəsini əsaslanmışdır, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci, 405.2-ci, 407.1-ci, 408.1-ci, 409.1-ci, 417.1-ci, 418.1-ci, 442-ci, 443.1-ci, 462.1-ci, 739.1-ci maddələrinə, o cümlədən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci, 26.1-ci, 34-cü, 35.1-ci, 119.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə, İddiaçı ASC-nin cavabdеh X3 qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə xx.xx.2025-ci il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh X4 bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: xx.xx.2024-cü il tarixli “Bank Xidmətlərinin Göstərilməsinə dair X5”nin "xxxx" hissəsinin: 1-ci bəndinə əsasən Müştəri Bank VTB (Azərbaycan) ASC (sonradan Bank) tərəfindən təklif olunan məhsul və/və ya xidmətlərdən istifadə etmək məqsədilə müraciət etdiyi, habelə istifadə etməyə başladığı və ya mövcud istifadəni davam etdirdiyi halda Bank Xidmətlərinin göstərilməsinə dair X5 (mətn üzrə sonradan Ümumi Şərtlər) Müştəri ilə Bank arasında yaranan münasibətlərə tətbiq edilir. 2-ci bəndinə əsasən Müştəri Bank tərəfindən təklif olunan məhsul və/və ya xidmətlərdən istifadə etmək məqsədilə müraciət etdiyi, habelə istifadə etməyə başladığı və ya mövcud istifadəni davam etdirdiyi halda bu Ümumi Şərtlərin tələbləri ilə razılaşdığını bəyan etmiş olur. Bank bu Ümumi Şərtlərin tamamilə və ya onun bir hissəsinin yenilənməsi (əlavə və dəyişikliklər edilməsi) hüququnu müstəsna olaraq özündə saxlayır. X7 habelə bütün digər yenilənmələrlə X8 Səhifəsində tanış olmaq olar. 4-cü bəndinə əsasən bu Ümumi Şərtlər özü ayrılıqda müqavilə hesab edilmir. Müştəri ona təqdim olunmuş və bank xidmətləri ilə bağlı dispozitiv və mühüm (xüsusi) şərtləri əks etdirən Ərizə- Razılaşmanı Banka təqdim etməklə, hazırki Ümumi Şərtlərin tələb və müddəalarını qəbul etmiş hesab edilir və xidmətlərin dəyərini Bankın qüvvədə olan Tariflərinə (sonradan Tariflər) və Ərizə- Razılaşmaya əsasən ödəməyi öhdəsinə götürür. Müqavilə bağlandığı andan Ümumi Şərtlər və Tariflər, o cümlədən onlara əlavə və dəyişikliklər Müqavilənin tərkib hissəsinə çevrilir. 5-ci bəndinə əsasən Müqavilənin bağlanması Tərəflər üçün hər hansı bir məhdudiyyət tətbiq edilmədən Ümumi Şərtlərin, Limit Sazışının (Bank məhsuluna nisbətdə tətbiq edildiyi zaman), Ərizə- Razılaşmanın, Tariflərin və Valyuta Məzənnəsinin tam və qeyd-şərtsiz qəbul edildiyi anlamına gəlir. 11-ci bəndinə əsasən X11-Razılaşmada göstərilən xidmətlərə nisbətdə qüvvədə olacaq. 15-ci bəndinə əsasən Müştəri Bankın təklif etdiyi məhsul və ya xidmətlərdən istifadə etmək niyyətini bildirdikdə, bu Ümumi Şərtlərin müddəalarını qəbul etdiyini Banka bildirmək üçün ona təklif edilən Ərizə-Razılaşmanı, Limit Sazışıni (Bank məhsuluna nisbətdə tətbiq edildiyi zaman) imzalamaqla Banka təqdim etməlidir. Ərizə-Razılaşmanı imzalamaqla, Müştəri bəyan etmiş olur ki, bu Ümumi Şərtləri oxuyub , bütün müddəaları ona aydındır və bu faktı təsdiq edir. 17-ci bəndinə əsasən fiziki və hüquqi şəxslər onlara təqdim olunmuş və bank xidmətləri ilə bağlı dispozitiv və mühüm şərtləri əks etdirən Ərizə-Razılaşmanı Banka təqdim etməklə, bu Ümumi Şərtlərin tələb və şərtlərini qəbul etmiş hesab edilir və Bankla yaranan münasibətlərin hazırki Ümumi Şərtlər və onunla əlaqəli digər sənədlər əsasında tənzimlənməsinə, həmçinin Bankın təklif etdiyi xidmətlərdən bu Müqavilədə əks olunan şəkildə istifadə etməyə razılıq verir və qeyd edilən xidmətlərin dəyərini Bankın qüvvədə olan tariflərinə (mətn üzrə - Tariflər) əsasən ödəməyi öhdəsinə götürür. Bankın tətbiq etdiyi xidmət haqqı üzrə Tariflər X8 Səhifəsində və ya Banka aid olan digər elektron informasiya resursunda yerləşdirilir. “4. DBX SİSTEMİNDƏ XİDMƏT GÖSTƏRİLMƏSİ” hissəsinin: 6.6-cı bəndinə əsasən X10 üzrə öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımi şəkildə yerinə yetirilməməsinə görə Tərəflər qüvvədə olan qanunvericiliyə və X10in müddəalarına uyğun olaraq məsuliyyət daşıyır. 6.11-ci bəndinə əsasən Müştəri tərəfdən Müqavilə şərtlərinin pozulması, öhdəliklərin tam və vaxtında icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı bütün əlverişsiz nəticələrin yaranmasına və ya zərərə görə riskləri Müştəri özü daşıyır. “7. KREDİT” hissəsinin: 3-cü bəndinə əsasən Müqavilədə nəzərdə tutulmuş şərtlərin Müştəri (kreditləşmə məqsədləri üçün sonradan mətn üzrə Kredit alan və ya borc alan adlandırıla bilər) tərəfindən yerinə yetirilməsindən sonra Kreditin təqdim edilməsi Bank tərəfindən Kreditin cari hesaba köçürülməsi yolu ilə həyata keçirilir. Müvafiq Ərizə-Razılaşma əsasında təqdim edilən Kredit məbləği Müştərinin ona dair sərəncam hüququnun yarandığı gün Kreditin verildiyi gün hesab olunur. Qeyd olunan sərəncam hüququnun yarandığı anadək Müştəri Kreditin alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər. 4-cü bəndinə əsasən faizlər kreditin verilmə tarixindən etibarən kredit tam qaytarılan günədək Müqavilə ilə müəyyənləşdirilən kredit hesabı üzrə borc məbləğinə aylıq 30 (otuz) təqvim günü, illik isə 360 (üç yüz altmiş) gün hesabı ilə gündəlik olaraq hesablanır. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız Kreditin qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 16-cı bəndinə əsasən Müştəri bu Ümumi Şərtlər ilə müəyyən olunan şərtlərlə və qaydada krediti Banka qaytarmalıdır və faizləri, həmçinin hazırkı Müqavilədə nəzərdə tutulan digər ödənişləri ödəməlidir. 25.5-ci bəndinə əsasən Müştəri Ödəniş cədvəlinə uyğun olaraq odənişi lazımi qaydada etmədikdə və bu Müqavilə ilə müəyyən edilmiş, pul öhdəliyinin vaxtından əvvəl tam icrası ilə bağlı Bankın pretenziyasını (bildiriş) göstərilən müddət ərzində icra etmədikdə gecikdirilmiş kredit yaranır və gecikdirilmiş kredit hesablarında əks etdirilir. “10. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ” hissəsinin: 2.3-cü bəndinə əsasən bu Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək Bankın kreditlər üzrə vəzifələridir. 5.7-ci bəndinə əsasən «Kredit alan»dan «Bank» qarşısında öhdəliklərin hazırki Müqaviləyə müvafiq vaхtında və lazımi səviyyədə yerinə yetirməyi tələb etmək Bankın kreditlər üzrə hüququdur. 7.2-ci bəndinə əsasən X10 üzrə vəzifələrin vaxtında və lazımınca icra edilməsini və onların pozulmasına yol verilməməsini Müştəridən tələb etmək Bankın Kartlar üzrə hüququdur. 9.7-ci bəndinə əsasən bu Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək Müştərinin Kreditlər üzrə vəzifələridir. 12.4-cü bəndinə əsasən bu Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi Bankdan tələb etmək Müştərinin Kreditlər üzrə hüququdur. xx.xx.2024-cü il tarixli 341611-CNS-62856 №-li Birdəfəlik Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizə-Razılaşmasından görünür ki, bu razılaşma İddiaçı ASC ilə X4 arasında bağlanmışdır. Həmin razılaşmaya əsasən: Bank tərəfindən Müştəriyə dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün 24 ay müddətinə 5900 (beş min doqquz yüz) manat məbləğində illik 23% (iyirmi iki) dərəcəsi ilə kreditin verilməsi razılaşdırılmışdır. xx.xx.2024 - xx.xx.2025-ci illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, X2 AZ40VTBA**********1611AZN001_ saylı hesabına xx.xx.2024-cü il tarixdə 5900 (beş min doqquz yüz) manat məbləğində kreditin köçürülməsi həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixli “ASAN” Finans sistemi vasitəsilə məlumatların alınmasına dair razılıq ərizəsində qeyd olunur ki, X4 (FİN: 3J7ATW3) bununla razılıq verir ki, “ASAN Finans” sistemi vasitəsilə Şəxsiyyət vəsiqəsi üzrə müəyyən olunan məlumatlar kredit sifarişi məqsədilə Bank VTB (Azərbaycan) ASC-yə təqdim olunsun, bu razılıq 60 ay müddətinə qüvvədədir, razılığın onun yazılı müraciətinə əsasən vaxtından əvvəl ləğv edilə bilməsi ona izah olunmuşdur. Bank əməliyyatlarının müşayiəti şöbəsinin arayışına əsasən X2 Bank VTB (Azərbaycan) ASCyə 341611-CNS-62856 saylı, xx.xx.2024-cü il tarixli “Nağd pul krediti müqaviləsi” üzrə xx.xx.2025-ci il tarixinə olan əsas borcu 5.093,71 manat, faiz üzrə borcu 450.25 manat, cəmi borc məbləği 5.543,96 manatdır. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki: Hazırkı iş üzrə tərəflər arasında Birdəfəlik Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizə- Razılaşmasından irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Təqdim edilmiş sübutlara əsasən pul vəsaitlərinin borclunun hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Lakin cavabdeh X4 tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik yerinə yetirilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və iddia ərizəsi təmin edilməlidir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.3-cü maddəsinə əsasən borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. 740.4-cü maddəsinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən cavabdeh X3 xx.xx.2025ci il tarixdə elektron qaydada xəbərdarlıq məktubu ünvanlanaraq Bank VTB (Azərbaycan) ASC (bundan sonra Bank) ilə onun arasında 25 dekabr 2024-cü il tarixində kredit verilməsi haqqında 341611-CNS-62856 saylı müqavilə bağlandığı və həmin müqaviləyə əsasən Bank tərəfindən ona illik 23% (İyirmi üç) faiz ödənilməsi şərti ilə 24 (İyirmi dörd ) ay müddətinə 5900 (Beş min doqquz yüz manat 00 qəpik) manat məbləğində kredit verildiyi, lakin qeyd olunan kredit müqaviləsinin tələblərinin onun tərəfindən pozulduğu, kredit ödənişlərinin qrafikə uyğun həyata keçirilmədiyi, bununla da kredit öhdəliklərinin lazımınca icra edilmədiyini, belə ki, bunun nəticəsində onun xx.xx.2025 tarixinə Banka 5093.71 manat (beş min doxsan üç manat 71 qəpik) məbləğində əsas borc, 450.25 manat (dörd yüz əlli manat 25 qəpik) məbləğində faiz borcu, 0 manat (sıfır manat 00 qəpik) məbləğində cərimə borcu, ümumilikdə isə 5543.96 manat (beş min beş yüz qırx üç manat 96 qəpik) məbləğində borcunun yarandığı, göstərilənlərə əsasən və tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, ondan 5543.96 manat (beş min beş yüz qırx üç manat 96 qəpik) məbləğində borcun ödənilməsinin 3 (üç) iş günü ərzində təmin edilməsi tələb olunduğu, əgər göstərilən müddət ərzində Bankın pul tələbləri ödənilməzsə, Bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə pul tələblərinin ödənilməsi üçün qanunvericiliyin tələbinə uyğun (məhkəmə aktı və ya notariusun icra qeydi ilə bağlı) tədbirlər görüləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, e-2-2(123)-481/2025 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən öhdəliyin onların tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, onlara qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyindən qanunvericiliyə uyğun olaraq iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə, ********** saylı qəbzlə ödənilmiş 75,44 AZN məbləğində dövlət rüsumunun cavabdеh X1 tutularaq iddiaçıya ödənilməsi qanunamüvafiqdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, İddiaçı ASC-nin cavabdeh X3 qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə ərizəsi təmin edilərək, xx.xx.2024-cü il tarixli 341611-CNS-62856 №-li Birdəfəlik Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizə-Razılaşmasına əsasən xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə borclu olduğu 5.093,71 (beş min doxsan üç manat, yetmiş bir qəpik) manat məbləğində əsas borc, 450,25 (dörd yüz əlli manat, iyirmi beş qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 5.543,96 (beş min beş yüz qırx üç manat, doxsan altı qəpik) manat məbləğində pulun və 75.44 AZN məbləğində dövlət rüsumunun cavabdeh X1 tutularaq İddiaçı ASC-nin хеyrinə ödənilməsi qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tam təmin edilsin. xx.xx.2024-cü il tarixli 341611-CNS-62856 №-li “Birdəfəlik Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizə-Razılaşması üzrə 5.093,71 manat əsas borc, 450,25 manat faiz borcu, cəm olaraq 5.543,96 (beş min beş yüz qırx üç manat, doxsan altı qəpik) manat məbləğində bоrc cavabdеh X1 (FİN: 3J7ATW3, AZE15572652, VÖEN: **********) tutularaq İddiaçı ASC-yə (VÖEN:**********) ödənilsin. İddiaçı ASC tərəfindən ödənilmiş 75,44 (yetmiş beş manat, qırx dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdеh X1 alınıb İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar