Məhkəmə qərarları › İş №e-2-2(123)-490/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-490/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-490/2024 14.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Məmmədov Tayfun Əjdər oğluna, Cavabdeh1, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə əsas borcun və ona hesablanmış faiz və dəbbə pulunun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçının nümayəndəsi Nümayəndə 03 sentyabr 2024-cü il tarixdə məhkəməyə elektron qaydada daxil olmuş ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Məmmədov Tayfun Əjdər oğlundan 12 Sentyabr 2022-ci il tarixli, RBSB-6678 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3783,04 (üç min yeddi yüz səksən üç manat 04 qəpik) manat, faiz borcuna görə 269,52 (iki yüz altmış doqquz manat 52 qəpik) manat, dəbbə borcuna görə 129,28 (bir yüz iyirmi doqquz manat 28 qəpik) manat, cəmi 4181,84 (dörd min bir yüz səksən bir manat 84 qəpik) manat məbləğində pulun və 62 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı ASC-nin Səbail filialı ilə cavabdeh – Məmmədov Tayfun Əjdər oğlu arasında bağlanmış 12 Sentyabr 2022-ci il tarixli, RBSB-6678 saylı kredit müqaviləsinə əsasən illik 21% (iyirmi bir) faiz dərəcəsi olmaqla 18 (on səkkiz) ay müddətinə 13000 (on üç min) manat məbləğində cavabdehə kredit verildiyini, həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 12 Sentyabr 2022-ci il tarixdə İddiaçı ASC-nin Səbail filialı ilə digər cavabdeh(lər) Cavabdeh3 və 24 Yanvar 2023-cü il tarixdə İddiaçı ASC-nin Səbail filialı ilə digər cavabdeh(lər) Cavabdeh1 arasında zaminlik müqaviləsinin bağlandığını, həmin müqavilə üzrə zaminin 12 Sentyabr 2022-ci il tarixli, RBSB-6678 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıdığını, 12 Sentyabr 2022-ci il tarixli, RBSB-6678 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Məmmədov Tayfun Əjdər oğlu kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etmədiyini, bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlərin öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayındığını, tərəflər arasında bağlanmış 12 Sentyabr 2022-ci il tarixli, RBSB-6678 saylı kredit müqaviləsinə görə, cavabdehin kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 12-dən gec olmayaraq hər ay 848,19 (səkkiz yüz qırx səkkiz manat 19 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etmədiyini, təqdim olunan maliyyə arayışına əsasən cavabdeh Məmmədov Tayfun Əjdər oğlunun 12 Sentyabr 2022-ci il tarixli, RBSB-6678 saylı kredit müqaviləsi üzrə borc məbləğinin əsas borcuna görə 3783,04 (üç min yeddi yüz səksən üç manat 04 qəpik) manat, faiz borcuna görə 269,52 (iki yüz altmış doqquz manat 52 qəpik) manat, dəbbə borcuna görə 129,28 (bir yüz iyirmi doqquz manat 28 qəpik) manat, borcun cəmi məbləğinin 4181,84 (dörd min bir yüz səksən bir manat 84 qəpik) manat təşkil etdiyini qeyd etməklə əsaslandırmış, Azərbaycan Respublikası MMnin 385.1-ci, 442-ci, 445.1-ci və 445.2.1-ci maddələrinə istinad etmiş, qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Məmmədov Tayfun Əjdər oğlundan 12 Sentyabr 2022-ci il tarixli, RBSB-6678 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3783,04 (üç min yeddi yüz səksən üç manat 04 qəpik) manat, faiz borcuna görə 269,52 (iki yüz altmış doqquz manat 52 qəpik) manat, dəbbə borcuna görə 129,28 (bir yüz iyirmi doqquz manat 28 qəpik) manat, cəmi 4181,84 (dörd min bir yüz səksən bir manat 84 qəpik) manat pulun tutulmalı olduğunu qeyd etmişdir. Məhkəmənin 03 sentyabr 2024-cü il tarixli, e-2-2(123)-490/2024 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Məmmədov Tayfun Əjdər oğluna, Cavabdeh1, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə əsas borcun və ona hesablanmış faiz və dəbbə pulunun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərə “bildirişi aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş əsaslandırılmış etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdehlərə bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazlarını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla elektron iş materiallarında olan sübutlar əsasında baxılmışdır. İş materiallarında olan: Problemli Kreditlər Departamentinin direktoru X7 və Portfelə nəzarət və monitorinq şöbəsinin rəis müavini X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, RB02/PK-855 nömrəli arayışdan görünür ki, həqiqətən borclu Məmmədov Tayfun Əjdər oğlunun 12 sentyabr 2022-ci il tarixli, RBSB- 6678 saylı müqaviləsi üzrə 4 mart 2024-cü il tarixinə olan əsas borcu 3783,04 (üç min yeddi yüz səksən üç manat 04 qəpik) manat, faiz borcu 269,52 (iki yüz altmış doqquz manat 52 qəpik) manat, cərimə borcu 129,28 (bir yüz iyirmi doqquz manat 28 qəpik) manat olmaqla cəmi borcu 4181,84 (dörd min bir yüz səksən bir manat 84 qəpik) manat təşkil etdiyi görünməkdədir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 62 (altmış iki) manat məbləğində dövlət rüsumu ödənilmişdir. X6 Əjdər oğlu ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Səbail filialının müdiri X2 arasında imzalanmış ödəniş qrafikindən görünür ki, RBSB-6678 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 18 ay müddətinə verilmiş 13000 (on üç min) manat məbləğində kreditin aylıq ödənişləri 848,18 və 847,74 manat olmaqla ümumilikdə 15266,80 (on beş min iki yüz altmış altı manat 80 qəpik) manat məbləğində ödənilməsi nəzərdə tutulmuşdur. 12 sentyabr 2022-ci il tarixli kreditin verilməsinə dair orderdən görünür ki, Məmmədov Tayfun Əjdər oğluna RBSB-6678 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 13000 (on üç min) manat məbləğində kredit verilmişdir. RBSB-6678 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (borc verən) etibarnamə əsasında fəaliyyət göstərən Səbail filialının müdiri X2 şəxsində və digər tərəfdən Məmmədov Tayfun Əjdər oğlu şəxsində (borc alan) bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, borc verən bu müqavilənin şərtləri daxilində borc alana dövriyyə vəsaitlərinin artırılması məqsədilə 13000 (on üç min manat 00 qəpik) məbləğində kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə (1 saylı əlavə) uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. 2.2-ci bəndindən görünür ki, kredit 18 (on səkkiz) ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hissə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 13000 (on üç min manat 00 qəpik) manatdan çox olmamalıdır. Kredit Borc alan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər. 2.3-cü bəndindən görünür ki, kreditə görə illik 21% (iyirmi bir) faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 22% təşkil edir. 2.7-ci bəndindən görünür ki, Borc alan hesablanmış kredit faizlərini və əsas borc qalığını annuitet qaydada (kreditin ödəniş cədvəlinə əsasən) aylıq olaraq ödəməyi öhdəsinə götürür. Əsas borc kredit müddətinin son gününədək ödənilməlidir. 4.1 və 4.1.3-cü bəndindən görünür ki, müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada yerinə yetirmək borcalanın vəzifəsidir. 6.1-ci bəndindən görünür ki, bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrası dəbbə pulu (cərimə, peniya) girov, ipoteka, zaminlik və digər təminatla təmin edilir. RBSB-6678 nömrəli, 28 noyabr 2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən borc verən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adından Səbail filialının müdiri X2 şəxsində, digər tərəfdən zamin Cavabdeh3 şəxsində və üçüncü tərəfdən borc alan Məmmədov Tayfun Əjdər oğlu arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, zamin Məmmədli X3 Tayfun Əjdər oğlu ilə kreditor arasında bağlanmış RBSB-6678 saylı, xx.xx.2022 tarixli kredit müqaviləsinə əsasən kredit almış borc alanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. RBSB-6678 nömrəli, 24 yanvar 2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən borc verən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adından Səbail filialının müdiri X2 şəxsində, digər tərəfdən zamin Cavabdeh1 şəxsində və üçüncü tərəfdən borc alan Məmmədov Tayfun Əjdər oğlu arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, zamin Cavabdeh1 Məmmədov Tayfun Əjdər oğlu ilə kreditor arasında bağlanmış RBSB-6678 saylı, xx.xx.2022 tarixli kredit müqaviləsinə əsasən kredit almış borc alanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. RBSB-6678 nömrəli, 28 noyabr 2022-ci il tarixli və RBSB-6678 nömrəli, 24 yanvar 2023-cü il tarixli zaminlik müqavilələrinin (bəndlərin eynilik təşkilik etdiyini nəzərə alaraq): 2.1-ci bəndindən görünür ki, zamin borc verənin qarşısında borc alanın öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 2.2-ci bəndindən görünür ki, borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borc alan borc verən qarşısında birgə məsuliyyət daşıyırlar. 2.3-cü bəndindən görünür ki, faizlərin, vaxtı keçmiş faizlərin, dəbbə (penya) pullarının və cərimələrin borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyini vaxtında icra etməməsi nəticəsində borc verənə dəyən digər zərərin əvəzinin ödənilməsi də şamil olmaqla zamin borc verən qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. 2.5-ci bəndindən görünür ki, səbəbindən asılı olmayaraq borc alanın öhdəliklərini icra etmədiyi bütün hallar üçün zamin məsuliyyət daşıyır. 5.1-ci bəndindən görünür ki, borc alan öhdəliyini icra etmədikdə vaxtında və lazımi qaydada icra etmədikdə borc verən borc alanın bütün borcunun ödənilməsini zamindən tələb etmək hüququ vardır. 5.3-cü bəndindən görünür ki, borc verən borc alandan kredit müqaviləsinə əsasən kredit məbləğini, onun faizlərini, məhkəmə xərclərinin habelə vaxtı keçmiş faizlərin, dəbbə (penya) pullarının və cərimələrin də zamindən ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş üzrə elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar tədqiq edilərək məhkəmə tərəfindən müəyyən edilmişdir ki, borc verən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında fəaliyyət göstərən Səbail filialının müdiri X2 ilə borcalan Məmmədov Tayfun Əjdər oğlu arasında 12 Sentyabr 2022-ci il tarixli, RBSB-6678 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 21% (iyirmi bir) faiz dərəcəsilə 18 (on səkkiz) ay müddətinə 13000 (on üç min manat 00 qəpik) məbləğində kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə (1 saylı əlavə) uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə ilə nəzərdə tutulmuş 13000 (on üç min manat 00 qəpik) məbləğində kreditin bank tərəfindən borcalanın hesabına köçürülməsi iş materiallarında olan 12 sentyabr 2022-ci il tarixli kreditin verilməsinə dair orderlə təsdiq edilmişdir. İş üzrə müəyyən edilmiş hallara əsasən məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı razılıq əsasında bağlanılan bu müqavilə tərəflər arasında hüquq və vəzifələr müəyyən etməklə kredit münasibətlərini tam şəkildə əhatə etdiyindən tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş üzrə müəyyən edilmiş digər hal ondan ibarətdir ki, borc alan kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş qrafiki əsasında, hər ayın 12-dən gec olmayaraq hər ay 848,18 (səkkiz yüz qırx səkkiz manat 18 qəpik) manat, sonuncu ay isə 847,74 (səkkiz yüz qırx yeddi manat 74 qəpik) manat məbləğində ödəniş etməli olduğu halda öhdəliyin lazımi qaydada icrasından yayınmış, nəticədə 12 sentyabr 2022-ci il tarixli, RBSB-6678 saylı kredit müqaviləsi üzrə 4 mart 2024-cü il tarixinə adına 3783,04 (üç min yeddi yüz səksən üç manat 04 qəpik) manat əsas borc, 269,52 (iki yüz altmış doqquz manat 52 qəpik) manat faiz borcu, 129,28 (bir yüz iyirmi doqquz manat 28 qəpik) manat cərimə borcu olmaqla cəmi 4181,84 (dörd min bir yüz səksən bir manat 84 qəpik) manat məbləğində borcu yaranmışdır. Qeyd olunan halı təsdiq edən xx.xx.2024-cü il tarixli, RB02/PK-855 nömrəli arayış iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun təcrübəsində Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində yer alan hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatına böyük önəm verilir. Belə ki, bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (E.Həkimovun şikayəti üzrə 2008-ci il 3 noyabr tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarları). Məhkəmələrə iddia ilə müraciət edən hər kəs yaranmış mübahisəyə hüquqi aydınlıq gətirilməsini və onun qanuni üsulla həll edilməsini gözləyir. Məhkəmənin qəbul etdiyi qərar iş üzrə tərəflərin mübahisəsinin qanuni yolla aradan qaldırılmasına yönəlir və nəticə etibarilə hüquq münasibətlərini qanuni çərçivəyə salmaq məqsədini daşıyır. Bununla yanaşı, 12 sentyabr 2022-ci il tarixli, RBSB-6678 saylı kredit müqaviləsinin 4.1.1-ci bəndindən aydın olur ki, əgər borcalan bu müqavilənin 2.2-ci bəndində təsbit edilmiş kredit şərtlərini müqavilədə göstərilən müddətdə ödəməyərək pozarsa və buna görə də borc verən borcun tutulması ilə bağlı məhkəməyə və ya icra qeydi almaq üçün notariusa müraciət edərsə, iş üzrə icra sənədi çıxarıldıqdan sonrakı müddət ərzində hesablanmış faizləri, o cümlədən, vaxtı keçmiş iki qat faizləri və borcun tutulması üçün bank tərəfindən çəkilmiş müəyyən xərcləri Borc alan özünün borcu kimi etiraf və qəbul edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 740.5-ci maddəsinə əsasən Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi əsas borca görə 3783,04 (üç min yeddi yüz səksən üç manat 04 qəpik) manat, faiz borcuna görə 269,52 (iki yüz altmış doqquz manat 52 qəpik) manat hissədə əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin dəbbə puluna hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli, RBSB-6678 saylı kredit müqaviləsinin 2.14.1-ci və 2.14.2-ci bəndindən görünür ki, borc alan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə müqavilə müddəti ərzində kreditin ödəniş cədvəli üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 (bir) faizi (gecikmənin birinci günündən başlayaraq gündəlik olaraq) miqdarında borcverən tərəfindən cərimə tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1-ci maddəsinə əsasən Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Bununla da məhkəmə hesab edir ki, borclunun öhdəliyin icrasını gecikdirməsinə görə kreditor qarşısında qanunla müəyyən edilmiş məsuliyyət əsasında və öz iradə ifadəsinin əks olunduğu müqavilə ilə şərtlənmiş şəkildə yaranmış 129,28 (bir yüz iyirmi doqquz manat 28 qəpik) manat məbləğində müəyyən edilmiş cərimə (dəbbə pulu) borcu məhkəmələr arasında formalaşmış təcrübə əsasında iddia tələbi üzrə əsas və faiz məbləğinin cəminin 5%-indən artıq olmamaqla hesablanaraq iş materiallarında olan xx.xx.2024-cü il tarixli, RB02/PK-855 nömrəli arayışla təsdiq olunduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Qeyd edilənlərdən əlavə, 12 Sentyabr 2022-ci il tarixli, RBSB-6678 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədilə 28 noyabr 2022-ci il tarixdə zamin Cavabdeh3 ilə kredit verən İddiaçı ASC-nin adından Səbail filialının müdiri X2 arasında, 24 yanvar 2023-cü il tarixdə isə zamin Cavabdeh1 ilə İddiaçı ASC-nin adından Səbail filialının müdiri X2 arasında zaminlik müqavilələri bağlanmış, zaminlər borc verənin qarşısında borc alanın öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti, o cümlədən, faizlərin, vaxtı keçmiş faizlərin, dəbbə (penya) pullarının və cərimələrin borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyini vaxtında icra etməməsi nəticəsində borc verənə dəyən digər zərərin əvəzinin ödənilməsi də şamil olmaqla borc verən qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. Belə ki, kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanmış zaminlik müqaviləsi aksessor xarakteri daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birətərəfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfdən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd edilən maddələrin tələblərini nəzərə alaraq, 28 noyabr 2022-ci il tarixli və 24 yanvar 2023-cü il tarixli zaminlik müqavilələrinin 2.2-ci bəndindən də göründüyü kimi, zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığından zamin və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Subsidiar məsuliyyət dedikdə isə Kreditorun bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməsi nəzərdə tutulur. (MM-in 453-cü maddəsi). Hazırkı kredit müqaviləsi üzrə cavabdeh Məmmədov Tayfun Əjdər oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə zaminlər Cavabdeh3 və Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə tam məsuliyyət götürmüşlər. Belə ki, zaminlər həmin müqavilələrin 2.2-ci bəndinə əsasən yuхarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Məmmədov Tayfun Əjdər oğlu ilə birgə məsuliyyət daşıdıqlarından krеditin qaytarılması ilə bağlı bütün öhdəliklərini birgə icra еtməlidirlər. Belə olduğu halda isə tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 5.3-cü bəndinə uyğun olaraq borc verən kredit müqaviləsinə əsasən kredit məbləğini, onun faizlərini, məhkəmə xərclərinin habelə vaxtı keçmiş faizlərin, dəbbə (penya) pullarının və cərimələrin də zamindən ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd edilənlərdən əlavə 12 sentyabr 2024-cü il tarixdə iddiaçı tərəfindən məhkəməyə 11 sentyabr 2024-cü il tarixli “İddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizə daxil olmuş, həmin ərizədə “Cavabdehlər Məmmədov Tayfun Əjdər oğlundan, Cavabdeh3 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli, RBSB-6678 saylı kredit müqaviləsi üzrə kreditə görə əsas borcuna görə 3633,04 manat, faiz borcuna görə 1040,8 manat, cərimə borcuna görə 157,51 manat olmaqla cəmi 4831,35 manat və həmçinin dövlət rüsumu kimi ödənilmiş 69 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmiş, qeyd edilən borc məbləğlərin yaranmasını təsdiq edən sübut qismində RB02/PK-4132 saylı arayış məhkəməyə təqdim edilmişdir. Eyni zamanda “İddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizəyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə İddiaçı ASC tərəfindən 7 (yeddi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə 12 sentyabr 2024-cü il tarixdə iddiaçı tərəfindən ünvanlanmış 11 sentyabr 2024-cü il tarixli “İddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizəyə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu ləğvetmə və xitam anlayışının mahiyyətinə aydınlıq gətirmişdir. Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Vurğulanmalıdır ki, göstərilən maddədə “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yuxarıda qeyd edildiyi kimi, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023 tarixli Plenumunun qərarında:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.

3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023 tarixli Plenumunun qərarı) Belə ki, iş materiallarına əlavə edilmiş, borclu Məmmədov Tayfun Əjdər oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, 04 mart 2024-cü il tarixinə olan əsas borc 3783,04 AZN, kreditdən istifadəyə görə faiz borcu 269,52 AZN, cərimə borcu 129,28 AZN, cəmi 4181,84 AZN borcun gecikmədə olduğu, 3 iş günü müddətində yaranmış borc məbləğinin Banka ödənilməsi, əks təqdirdə müqavilənin şərtlərinə əsasən həmin borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlərin görüləcəyi bildirilərək xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli elektron məktubdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Məmmədov Tayfun Əjdər oğluna 3 iş günü müddətində yaranmış borc məbləğinin Banka ödənilməsi, əks təqdirdə müqavilənin şərtlərinə əsasən həmin borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlərin görüləcəyi bildirilərək xəbərdarlıq edilmiş, buna baxmayaraq borcun ödənilməsi icra edilmədiyindən iddiaçı 03 sentyabr 2024-cü il tarixdə elektron kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, öhdəliyin pozulmasına görə həmin günə (bildirişin göndərildiyi tarixədək-xx.xx.2024) yaranmış faizlər ilə birlikdə əsas və cərimə borcunu cavabdehdən tələb etməsi bankın müqavilədən birtərəfli imtinası kimi qəbul edilir və müqavilənin ləğv olunması barədə ayrıca tələbin irəli sürülməsi zəruri deyildir. Odur ki, Borcverən kiçik iddialara dair işlər üzrə iddia ərizəsilə məhkəməyə müraciət etməmişdən əvvəl qarşı tərəfə bildiriş göndərməklə öhdəliyin icra edilməməsi nəticəsində müqavilə üzrə xx.xx.2024-cü il tarixədək yaranmış bütün öhdəlikləri tələb edərək, müqavilədən birtərəfli imtina etmişdir. Nəticədə məhkəmə hesab edir ki, bank yalnız xx.xx.2024 cü il tarixədək yaranmış əsas, faiz və cərimə borcunun cavabdehdən alınmasını tələb etməkdə haqlı olduğundan, 12 sentyabr 2024-cü il tarixdə iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış 11 sentyabr 2024-cü il tarixli “İddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizə təmin edilməməlidir və buna iddiaçının qanunvericiliklə hüququ olmamaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə araşdırmasının nəticəsində məhkəmə belə qənaətə gəlir ki, İddiaçı ASCnin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Məmmədov Tayfun Əjdər oğlundan 12 Sentyabr 2022ci il tarixli, RBSB-6678 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3783,04 (üç min yeddi yüz səksən üç manat 04 qəpik) manat, faiz borcuna görə 269,52 (iki yüz altmış doqquz manat 52 qəpik) manat, dəbbə borcuna görə 129,28 (bir yüz iyirmi doqquz manat 28 qəpik) manat, cəmi 4181,84 (dörd min bir yüz səksən bir manat 84 qəpik) manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması tələbi əsaslı hesab edildiyindən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1 və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1 və 112.1.1-ci maddələrinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 114.1 və 114.1.1-ci maddələrinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi olaraq müəyyən edilir. Hazırkı iş üzrə iddianın qiyməti 4181,84 (dörd min bir yüz səksən bir manat 84 qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 61,82 (altmış bir manat 82 qəpik) manat olaraq müəyyən edilir. İş materiallarında olan mədaxil qəbzindən isə iddiaçı tərəfindən 62 (altmış iki) manat məbləğində dövlət rüsumunun ödənilməsi müəyyən edilərək, 0,18 (on səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun artıq ödənildiyi aşkar olunur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi 03 sentyabr 2024-cü il tarixli kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə münasibətdə tam təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 62 manat məbləğində dövlət rüsumunun 61,82 (altmış bir manat 82 qəpik) manat məbləği cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Məmmədov Tayfun Əjdər oğlundan müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməli, artıq ödənilmiş 0,18 (on səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Bununla yanaşı “İddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizəyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən İddiaçı ASC tərəfindən 7 (yeddi) manat məbləğində dövlət rüsumunun ödənildiyi müəyyən edilir. Lakin həmin ərizə məhkəmə tərəfindən təmin olunmadığından məhkəmə 7 (yeddi) manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması qənaətindədir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi 03 sentyabr 2024-cü il tarixli kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə münasibətdə əsaslı olduğundan tam təmin olunmalı, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Məmmədov Tayfun Əjdər oğlundan müştərək qaydada 3783,04 (üç min yeddi yüz səksən üç manat 04 qəpik) manat məbləğində əsas borc, 269,52 (iki yüz altmış doqquz manat 52 qəpik) manat məbləğində faiz borcu, 129,28 (bir yüz iyirmi doqquz manat 28 qəpik) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 4181,84 (dörd min bir yüz səksən bir manat 84 qəpik) manat alınıb İddiaçı ASC-yə ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 62 (altmış iki) manat məbləğində dövlət rüsumunun 61,82 (altmış bir manat 82 qəpik) manat məbləği cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Məmmədov Tayfun Əjdər oğlundan müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməli, artıq ödənilmiş 0,18 (on səkkiz qəpik) manat məbləğində dövlət rüsumu, o cümlədən, İddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizəyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 7 (yeddi) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 284-6, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

İddia tələbi əsaslı olduğundan tam təmin edilsin. Cavabdehlər Məmmədov Tayfun Əjdər oğlundan (VÖEN: **********), (FİN:55E95ZL), Cavabdeh3 (FİN: xxxxxxx) və Cavabdeh1 (FİN:xxxxxxx) müştərək qaydada 3783,04 (üç min yeddi yüz səksən üç manat 04 qəpik) manat məbləğində əsas borc, 269,52 (iki yüz altmış doqquz manat 52 qəpik) manat məbləğində faiz borcu, 129,28 (bir yüz iyirmi doqquz manat 28 qəpik) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 4181,84 (dörd min bir yüz səksən bir manat 84 qəpik) manat alınıb İddiaçı ASC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 62 (altmış iki) manat məbləğində dövlət rüsumunun 61,82 (altmış bir manat 82 qəpik) manat məbləği cavabdehlər Məmmədov Tayfun Əjdər oğlundan, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 0,18 (on səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. İddiaçı tərəfindən “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizəyə münasibətdə ödənilmiş 7 (yeddi) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elşən Salmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar