Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-5/2023 10.02.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1, iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC 13 sentyabr 2022-ci il tarixdə elektron iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 21 may 2019-cu il tarixli, BK2105/01 saylı güzəştli kredit müqaviləsi üzrə 09 sentyabr 2022-ci il tarixə olan 6,418.48 (altı min dörd yüz on səkkiz manat 48 qəpik) manat əsas borc, 5.32 (beş manat 32 qəpik) manat faiz borcu, 3.13 (üç manat 13 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 6,426.93 (altı min dörd yüz iyirmi altı manat 93 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat və iddia ərizəsinin verilməsinə görə ödənilən 85.73 (səksən beş manat 73 qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 18 000 (on səkkiz min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********29-05101-093013 reyestr nömrəli Naxçıvan MR, Naxçıvan şəh., Əlincə məhəlləsi, 0.072 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində, 81.4 kv.m. ümumi, 58.0 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 21 nömrəli mənzilə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin yaşayış evində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və həmin evdə qeydiyyatda olan digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin yararlı vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 noyabr 2016-cı il tarixli, 1511/03BK saylı kredit müqaviləsinə əsasən Borcalana Bank tərəfindən 24 ay müddətinə illik 15 % dərəcəsi ilə 10 000 (on min) manat məbləğində verilmiş biznes kreditinin 7740.52 (yeddi min yeddi yüz qırx manat 52 qəpik) manat qalıq məbləğinin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən illik 1% dərəcəsilə, 1 (bir) il güzəşt müddəti verilməklə 05 (beş) il müddətinə 21 may 2019-cu il tarixli, BK2105/01 saylı güzəştli kredit müqaviləsinə əsasən restrukturizasiya olunduğunu, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********29-05101- 093013 reyestr nömrəli Naxçıvan MR, Naxçıvan şəh., Əlincə məhəlləsi, 0.072 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində, 81.4 kv.m ümumi, 58.0 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 21 nömrəli mənzilin 16 noyabr 2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edildiyini, ipoteka müqaviləsinin müvafiq olaraq Naxçıvan şəhər 1 saylı notariat ofisində təsdiq edildiyini və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən əmlakın yüklülüyünün qeydiyyata alındığını, güzəştli kredit müqaviləsinin 1-ci maddəsinə əsasən Borcalan Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, onun, bu öhdəliyi yerinə yetirmədiyini, nəticədə kredit reyestrində onun adına 09 sentyabr 2022-ci il tarixə 797 gecikmə gününün qeydə alındığını, iddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqaviləsi, ipoteka müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kredit ödənişləri cədvəli olduğunu, borcun qaytarılması ilə bağlı Cavabdeh1 ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq şifahi xəbərdarlıq edildiyini, onlara məlum olan sonuncu qeydiyyat ünvanına xəbərdarlıq məktublarının müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcəyinin bildirildiyini, xx.xx.2022-ci il tarixli tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin ipoteka qoyanlar – Cavabdeh1 və Cavabdeh2 ünvanına müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, bildirişin dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edildiyini və bildirişin dövlət qeydiyyatına alındığını, 05 avqust 2022-ci il tarixdə Mediasiya prosesinin tətbiqi barədə Borcalana təklif ünvanlandığını, 02 sentyabr 2022-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilsə də, tərəflərin ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədiklərini, xx.xx.2022-ci il tarixli tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişdə ipoteka qoyan və borcalana- Cavabdeh1 və Cavabdeh2 “İpoteka haqqında” Qanunun 36.2.3-cü maddəsinə və İpoteka müqaviləsinin 9.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında keçirilməsinə razılıq verilməsinin təklif edildiyini, lakin cavabdehlər tərəfindən bununla bağlı münasibət bildirilmədiyini, Cavabdeh1 21 may 2019-cu il tarixli, BK2105/01 saylı güzəştli kredit müqaviləsi üzrə 09 sentyabr 2022-ci il tarixə 6 418,48 (altı min dörd yüz on səkkiz manat 48 qəpik) manat əsas borc, 5.32 (beş manat 32 qəpik) manat faiz borcu, 3.13 (üç manat 13 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 6 426.93 (altı min dörd yüz iyirmi altı manat 93 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat və iddia ərizəsinin verilməsinə görə ödənilən 85.73 (səksən beş manat 73 qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 18 000 (on səkkiz min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********29-05101-093013 reyestr nömrəli Naxçıvan MR, Naxçıvan şəh., Əlincə məhəlləsi, 0.072 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində, 81.4 kv.m. ümumi, 58.0 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 21 nömrəli mənzilə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin yaşayış evində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və həmin evdə qeydiyyatda olan digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin yararlı vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyini qeyd etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İş üzrə 24 oktyabr 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında məhkəmə tərəfindən “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi üçün mütəxəssisə müraciət edilməsi”, həmçinin “məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi və iş üzrə icraat dayandırılması” barədə müvafiq qərardadlar qəbul edilmişdir. 02 dekabr 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının 30 noyabr 2022-ci il tarixli, 326 №-li rəyi məhkəməyə daxil olmuş, məhkəmənin 02 dekabr 2022-ci il tarixli, e-2-2(123)-83/2022 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə baxışı iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxışı iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Milli Bankı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş xx.xx.2008-ci il tarixli, xx/xx-1463 nömrəli Bank Lisenziyasının təsdiq edilmiş surətindən görünür ki, bu lisenziya Naxçıvan şəhərində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə milli və xarici valyutada fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər qaytarılan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər vermək, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirmək hüququ verir. Bu lisenziyaya əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş digər fəaliyyət növləri də həyata keçirilə bilər. Bank 04 avqust 2008-ci il tarixində 252 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir. "xxxx" ASC-nin Müşahidə Şurasının xx.xx.2021-ci il tarixli 10/Ş-K nömrəli əmrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X4- "xxxx" ASC-nin İdarə Heyətinin üzvüsədri, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz ərizəsinə əsasən) xx.xx.2021-ci il tarixdən xitam verilərək tutduğu vəzifədən azad edilmiş, X4 tutduğu vəzifədən azad edildiyindən, X12 vəzifəsinin müvəqqəti icrası X11 birinci müavini X7 həvalə edilmişdir. "xxxx" ASC-nin Müşahidə Şurasının xx.xx.2021-ci il tarixli 10/Ş-K nömrəli əmrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X6-Daxili Audit Departamentinin direktoru, xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilərək həmin tarixdən İdarə Heyətinin üzvü, X11 müavini, Baş risk inzibatçısı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış xx.xx.2022-ci il tarixli “İş yerinə dair” arayışdan görünür ki, Nümayəndə1 (Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AZE ********, FİN xxxxxxx) X5 Cəmiyyətində əmək müqaviləsi üzrə hüquq və problemli kreditlər şöbəsində Baş hüquqşünas vəzifəsində işləyir. Əmək müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanmış, müddətli əmək müqaviləsinin müddətinin qurtarma tarixi xx.xx.2023-cü ildir. Arayış xx.xx.2022-ci il tarixədək etibarlıdır. 14 aprel 2022-ci il tarixli, 08 nömrəli etibarnamədən görünür ki, hazırkı etibarnamə "xxxx" ASC-nin Baş hüquqşünası Nümayəndə1 (AZE № ********, xx.xx.2013, Babək RPŞ) ondan ötrü verilmişdir ki, həqiqətən o, bütün instansiya məhkəmələrində, idarə və təşkilatlarda, notariat orqanlarında Bankı təmsil etməyə, sorğuların, ərizələrin, sənədlərin verilməsində, sənədlərdən surətlər, çıxarışlar alınmasında, eləcə də təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün mülki prosessual hərəkətlərin edilməsində Bankın nümayəndəsi kimi iştirak etməyə səlahiyyətlidir. Eyni zamanda nümayəndə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsində göstərilən iddia ərizəsini imzalamaq, iddianın predmetini və ya əsasını dəyişdirmək, iddia tələblərindən tam və ya qismən imtina etmək, işi münsiflər məhkəməsinə vermək, iddianı etiraf etmək, vəsatətlər qaldırmaq, məhkəmə aktından şikayət vermək, məhkəmə aktının məcburi icrasını tələb etmək, qət olunmuş əmlakı və ya pul məbləğini almaq, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq vermək səlahiyyətlərinə malikdir. Bu etibarnamə ilə müəyyən edilmiş səlahiyyətlər yalnız etibar edənin yazılı razılığı ilə başqa şəxsə verilə bilər. Etibarnamə 31 dekabr 2022-ci il tarixədək etibarlıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış xx.xx.2023-cü il tarixli “İş yerinə dair” arayışdan görünür ki, Nümayəndə1 (Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AA4284090, FİN xxxxxxx) X5 Cəmiyyətində əmək müqaviləsi üzrə hüquq və problemli kreditlər şöbəsində Baş hüquqşünas vəzifəsində işləyir. Əmək müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanmış, müddətli əmək müqaviləsinin müddətinin qurtarma tarixi xx.xx.2023-cü ildir. Arayış xx.xx.2023-cü il tarixədək etibarlıdır. 10 yanvar 2023-cü il tarixli, 0006 nömrəli etibarnamədən görünür ki, hazırkı etibarnamə "xxxx" ASC-nin Baş hüquqşünası Nümayəndə1 ( AA № 4284090, xx.xx.2022, Babək RPİ QvŞV qrupu) ondan ötrü verilmişdir ki, həqiqətən o, bütün instansiya məhkəmələrində, dövlət və qeyri-dövlət idarə və təşkilatlarında, bütün notariat və mediasiya orqanlarında Bankı təmsil etməyə, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verməyə, barışıq sazişini imzalamağa, sorğuların, ərizələrin, sənədlərin verilməsində, sənədlərdən surətlər, çıxarışlar alınmasında, eləcə də təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün mülki prosessual hərəkətlərin edilməsində Bankın nümayəndəsi kimi iştirak etməyə səlahiyyətlidir.Eyni zamanda nümayəndə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci və İPM-nin 31-ci maddəsində göstərilən iddia ərizəsini imzalamaq, iddianın predmetini və ya əsasını dəyişdirmək, işi münsiflər məhkəməsinə vermək, iddianı etiraf etmək, bankın xeyrinə vəsatətlər qaldırmaq, məhkəmə aktından şikayət vermək, məhkəmə aktının məcburi icrasını tələb etmək, qət olunmuş əmlakı və ya pul məbləğini almaq, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq vermək səlahiyyətlərinə malikdir. Bu etibarnamə ilə müəyyən edilmiş səlahiyyətlər yalnız etibar edənin yazılı razılığı ilə başqa şəxsə verilə bilər. Etibarnamə 31 dekabr 2023-cü il tarixədək etibarlıdır. Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 06 iyun 2022-ci il tarixli, 04/802 nömrəli məktubdan görünür ki, Naxçıvanbank ASC həmin məktubda 15 noyabr 2016-cı il tarixli, BK1511/03 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 Naxçıvanbank ASC tərəfindən 10 000 (on min) manat məbləğində illik 15 % dərəcəsi ilə 24 ay müddətinə biznes krediti verildiyini, kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikinə əsasən aylıq ödənişlərinin aparılması vaxtının müəyyən edilməsinə baxmayaraq, kreditin əsas borc və faizi üzrə aylıq ödənişlərin qrafikə uyğun həyata keçirilmədiyini, kredit reyestrində 06 iyun 2022-ci il tarixə adına 704 gecikmə gününün qeydə alınmış olduğunu, 15 noyabr 2016-cı il tarixli, BK1511/03 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus olan müvafiq əmlakın kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka ilə yüklü edildiyini bildirərək, 15 noyabr 2016-cı il tarixli, BK1511/03 saylı kredit müqaviləsi üzrə 06 iyun 2022-ci il tarixinə olan 7.45 (yeddi manat 45 qəpik) manat gecikdirilmiş faiz borcu, 2698.35 (iki min altı yüz doxsan səkkiz manat 35 qəpik) manat gecikdirilmiş əsas borc olmaqla, ümumilikdə 2 705.80 (iki min yeddi yüz beş manat 80 qəpik) manat kredit borcunun, eyni zamanda bu borc icra olunanadək hesablanacaq faiz və cərimələrin ödənilməsini 10 (on) gün müddətində təmin etmələrini onlardan tələb etmiş, qeyd olunan müddət ərzində yuxarıda göstərilən kredit borcu ödənilmədikdə, onlardan verilmiş kreditin məhkəmə qaydasında tələb olunmasına başlanılacağı qeyd olunmuşdur. Cavabdeh1 adına göndərilmiş məktubun xəbərnaməsindən görünür ki, xəbərdarlıq xx.xx.2022-ci il tarixdə göndərildiyi ünvana çatdırılmışdır. Elektron iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində əks olunmuş, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ödənilmiş 09 sentyabr 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəməyə iddianın verilməsi üçün Naxçıvanbank ASC tərəfindən 85,73 (səksən beş manat 73 qəpik) AZN (Azərbaycan manatı) məbləğində dövlət rüsumu ödənilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 02 sentyabr 2022-ci il tarixli, İ-788 nömrəli arayışdan görünür ki, bu arayış Naxçıvanbank ASC-nin nümayəndəsi Nümayəndə1 və Cavabdeh1 02 sentyabr 2022-ci il tarixində, 16:00- 17:00 saatlarında keçirilən kommersiya mübahisəsinə (kredit borcunun qaytarılması) dair müraciəti üzrə ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Naxçıvanbank ASC-nin nümayəndəsi Nümayəndə1 ilkin mediasiya sessiyasının keçirilməsi üçün AAU seriyalı, 168127 nömrəli, 02 sentyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Nümayəndə1 mediasiya prosesinə dair 100 (bir yüz) manat məbləğində xərci ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən ərizənin baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. 15 noyabr 2016-cı il tarixli, 1511/03BK nömrəli Kredit müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC-nin (sonradan “Bank” adlanacaq) X12 müavini X8 şəxsində və digər tərəfdən Naxçıvan MR, Naxçıvan şəhər, Əlincə, ev-6, m-21 ünvanında yaşayan vətəndaş Cavabdeh1 (sonradan “Borcalan” adlanacaq) şəxsində müqavilədə göstərilmiş şərtlərlə tam razılıq əsasında bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndindən görünür ki, Bank Borcalana dövriyyə vəsaitinin artırılması üçün 24 ay müddətinə 10.000 (on min) manat məbləğində illik 15 (on beş) % dərəcəsi ilə kreditin tam və ya hissə-hissə verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüş və öhdəliyin icrasının təminatı kimi Banka Cavabdeh2 məxsus Naxçıvan şəhər, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində 81.4 kv.m ümumi, 58.0 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, dəyəri 18 000 AZN (on səkkiz min) manat olan 21 nömrəli mənzili təqdim etmişdir. 3.2-ci bəndindən görünür ki, kredit məbləği borcalana illik 15 % dərəcəsi ilə verilmişdir. Faizlər annuitet qaydada hesablanır, nəticədə kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 17.2 %-dir. 4.1-ci bəndindən görünür ki, Borcalan kreditin əsas məbləğini, ona hesablanmış faiz borcunu və cərimələri ödəməlidir. 4.3-cü bəndindən görünür ki, kredit və ona hesablanmış faizlərin ödənilməsi kreditin verildiyi valyuta ilə (AZN) Müqaviləyə əlavə olunan qrafikə uyğun olaraq həyata keçirilir. 4.8-ci bəndindən görünür ki, kreditin qaytarılması və ya faizlərin ödənilməsi üzrə ödənişlər vaxtında aparılmadığı halda Borcalan Banka gecikdirilmiş borc məbləğinə gecikdirilmiş vaxt üçün illik 25 % dərəcəsi ilə cərimə ödəyir. 4.12-ci bəndindən görünür ki, bu müqavilə üzrə borcla əlaqədar bankın təsdiqlənmiş xərcləri Borcalan tərəfindən ödənilir. 5.1-ci bəndindən görünür ki, bu müqavilə pozulduğu halda kredit üzrə borcun qaytarılmasını və hesablanmış faizlərin, cərimələrin və müqavilənin 3.1-ci bəndinə əsasən Bankın təsdiqlənmiş xərclərinin ödənilməsini borcalandan tələb etmək, borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə öhdəliyin girov qoyulmuş əmlak hesabına ödənilməsini tələb etmək bankın hüquqlarına aiddir. 5.4-cü bəndindən görünür ki, ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirmək, kreditin bütün məbləğini, ona hesablanmış faizləri, cərimələri və borcun qaytarılması ilə əlaqədar digər xərcləri tamamilə ödəmək borcalanın vəzifələrinə aiddir. 21 may 2019-cu il tarixli, BK2105/01 saylı Güzəştli kredit müqaviləsindən (restrukturizasiya olunan kredit) görünür ki, bu müqavilə bir tərəfdən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC-nin (sonradan “Bank” adlanacaq) X12 müavini X8 şəxsində və digər tərəfdən Naxçıvan MR, Naxçıvan şəhər, Əlincə, ev-6, m-21 ünvanında qeydiyyatda olan vətəndaş Cavabdeh1 (sonradan “Borcalan” adlanacaq) şəxsində müqavilədə göstərilmiş şərtlərlə tam razılıq əsasında bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndindən görünür ki, bu müqavilə qüvvədə olan 15 noyabr 2016-cı il tarixdə bağlanmış, 1511/03BK saylı kredit müqaviləsinin məntiqi hüquqi davamıdır və Bank Borcalana dövriyyə vəsaitinin artırılması məqsədi üçün 15 noyabr 2016-cı il tarixli, 1511/03BK saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə 10 000 (on min) manat məbləğində illik 15 (on beş) % dərəcəsi ilə verilmiş biznes kreditinin 7740.52 (yeddi min yeddi yüz qırx manat 52 qəpik) manat qalıq məbləğinin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən illik 1 % dərəcəsi ilə, 1 (bir) il güzəşt müddəti verilməklə 5 (beş) il müddətinə restrukturizasiya olunmasını, Borcalan isə Bank tərəfindən restrukturizasiya olunmuş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. 1.2-ci bəndindən görünür ki, öhdəliyin icrasının təminatı 15 noyabr 2016-cı il tarixdə, 1511/03BK saylı kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş, DƏTMDK tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, № ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus, **********29-05101-093013 reyestr nömrəli, dəyəri 18 000 (on səkkiz min) manat olan daşınmaz əmlakdır. 2.1-ci bəndindən görünür ki, kredit məbləği borcalana illik 1% dərəcəsi ilə 5 (beş) il müddətinə verilir. Faizlər annuitet qaydada hesablanır, nəticədə kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 1%-dir. 2.2-ci bəndindən görünür ki, borcalan gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 0.1 % əlavə cərimə faizi ödəyir. 3.1-ci bəndindən görünür ki, bankla İpotekaqoyan və Borcalan arasında 16 noyabr 2016-cı il tarixdə bağlanmış İpoteka müqaviləsi bu müqavilə ilə bağlı münasibətləri tənzimləyəcəkdir. 5.1-ci bəndindən görünür ki, Borcalan kreditin əsas məbləğini, ona hesablanmış faiz borcunu və cərimələri ödəməlidir. 5.8-ci bəndindən görünür ki, kreditin qaytarılması və ya faizlərin ödənilməsi üzrə ödənişlər vaxtında aparılmadığı halda Borcalan gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 0.1 % əlavə cərimə faizi ödəyir. 5.11-ci bəndindən görünür ki, müqavilə üzrə borcun qaytarılması üçün Borcalan tərəfindən hesaba köçürülən məbləğ ödəniş sənədində göstərilən ödənişin təyinatından asılı olmayaraq aşağıdakı növbəliliklə ödənişə istifadə olunur: 1) Ödənilməmiş faiz və cərimələr; 2) Əsas məbləğ üzrə vaxtı keçmiş borclar; 3) Hesablanmış faiz; 4) Əsas məbləğ üzrə müddətli borclar. 5.12-ci bəndindən görünür ki, bu müqavilə üzrə borcla əlaqədar Bankın təsdiqlənmiş xərcləri Borcalan tərəfindən ödənilir. 6.1.2-ci bəndindən görünür ki, vaxtaşırı kreditin monitorinqini aparmaq və müqaviləyə əlavə olunmuş ödəniş qrafikinə ciddi əməl olunmasını borcalandan tələb etmək; 6.1.4-cü bəndindən görünür ki, borcalan tərəfindən müqavilə şərtləri pozulduqda öhdəliyin icrasını vaxtından əvvəl tələb etmək; 6.1.5-ci bəndindən görünür ki, bu müqavilə pozulduğu halda kredit üzrə borcun qaytarılmasını və hesablanmış faizlərin, cərimələrin və müqavilənin 5.12-ci bəndinə əsasən Bankın təsdiqlənmiş xərclərinin ödənilməsini Borcalandan tələb etmək; 6.1.6-cı bəndindən görünür ki, Borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə öhdəliyin girov qoyulmuş əmlak hesabına ödənilməsini tələb etmək Bankın hüquqlarına aiddir. 6.4.1-ci bəndindən görünür ki, ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirmək; 6.4.3-cü bəndindən görünür ki, kreditin bütün məbləğini, ona hesablanmış faizləri, cərimələri və borcun qaytarılması ilə əlaqədar digər xərcləri tamamilə ödəmək; 6.4.4-cü bəndindən görünür ki, bank qarşısında olan öhdəliyinə özünün bütün əmlakı ilə kredit borcu, faizlər, cərimələr və bankın digər təsdiqlənmiş xərcləri həddində cavab vermək Borcalanın vəzifələrinə aiddir. 7.1-ci bəndindən görünür ki, aşağıdakı hallarda Bankın bu Müqaviləni vaxtından əvvəl və birtərəfli qaydada ləğv etmək, kreditin bütün məbləğinin, ona hesablanmış faizlərin və cərimələrin ödənilməsini tələb etmək hüququ vardır: 7.1.1. Borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə; 7.1.2. Təminatsız borc yarandıqda; 7.1.3. Borcalan müqavilənin 6.4-cü bəndində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirmədikdə. 7.2-ci bəndindən görünür ki, Borc öhdəliyinin icra edilməsinin vaxtından əvvəl tələb edilməsi barədə Bank Borcalanı xəbərdar etdikdən sonra 3 (üç) gün müddətində Borcalan borc öhdəliyini qeyd-şərtsiz icra etməlidir. 9.2-ci bəndindən görünür ki, müqavilə imzalandığı və tələb olunarsa notariat qaydada təsdiqləndiyi tarixdən qüvvəyə minir və tərəflər Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalacaqdır. xx.xx.2016-cı il tarixli, 1511/03BK saylı kredit müqaviləsinə əlavə - Kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 kreditin qalığını 7740.52 manat, illik 1 %, müddət 60.00 ay təşkil etməklə, həmin ödəniş cədvəlində nəzərdə tutulmuş qaydada xx.xx.2024-cü il tarixədək ödəməsi müəyyən edilmiş, borcalan isə qeyd edilən sənədi imzalamışdır. Həmin cədvəl üzrə yekun ödəmə məbləği 7740.52 manat, % məbləği 236.46 manat olmaqla, ümumilikdə 7976.98 manat göstərilmişdir. Cavabdeh1 adına xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək olan hesabdan çıxarışdan görünür ki, ona 10 000 (on min) manat məbləğində kredit verilmiş, həmin kredit üzrə onun Banka borcu qalmışdır. 09 sentyabr 2022-ci il tarixli, 326 nömrəli arayışdan görünür ki, Cavabdeh1 21 may 2019-cu il tarixli, BK2105/01 saylı güzəştli kredit müqaviləsi üzrə 1% dərəcəsi ilə 5 (beş) il müddətinə 7 740.52 (yeddi min yeddi yüz qırx manat 52 qəpik) manat məbləğində restrukturizasiya olunmuş qalıq məbləği üzrə kredit borcu haqqında məlumat 09 sentyabr 2022-ci il tarixə aşağıdakı kimidir:
1. Əsas borc üzrə: 6 418,48 (altı min dörd yüz on səkkiz manat 48 qəpik) manat;
2. Faiz borcu üzrə: 5.32 (beş manat 32 qəpik) manat;
3. Cərimə borcu üzrə: 3.13 (üç manat 13 qəpik) manat Cəmi öhdəlik: 6 426,93 (altı min dörd yüz iyirmi altı manat 93 qəpik) manat. İpoteka saxlayan qismində Naxçıvanbank ASC adından X10 ilə ipoteka qoyan Cavabdeh2 və borcalan Cavabdeh1 arasında bağlanmış, 16 noyabr 2016-cı il tarixli, reyestrdə 3M-434 nömrə ilə qeyd edilmiş ipoteka müqaviləsinin 1.1-ci bəndindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 1511/03BK saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 2.1-ci bəndindən görünür ki, ipoteka predmetini ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 81.4 kv/m, yaşayış sahəsi 58 kv/m, yardımçı sahəsi 23.4 kv/m olan 4 otaqlı mənzil tam mülkiyyət üzrə təşkil edir. 2.2-ci bəndindən görünür ki, ipoteka qoyulan əmlak aşağıdakı hüquqmüəyyən edici sənədə əsasən “İpoteka qoyan”-a məxsusdur.-Naxçıvan MR DƏDRX tərəfindən xx/xx/2011 tarixdə Cavabdeh2 verilmiş **********29-05101-093013 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə 81.4 kv/m, 4 otaq; 2.3-cü bəndindən görünür ki, ipoteka predmetinin dəyəri “İpoteka qoyan”-ın və “ipoteka saxlayan”-ın razılığına əsasən 18.000 (on səkkiz min) manat məbləğində müəyyən edilmişdir. 3.1-ci bəndindən görünür ki, öhdəliyin mahiyyəti kredit müqaviləsində ifadə olunmuşdur. 3.2-ci bəndindən görünür ki, öhdəliyin ölçüsü (məbləği): illik 15 faiz dərəcəsi ilə verilmiş 10.000 manat 00 qəpik ( on min manat sıfır qəpik) təşkil edir. 3.3-cü bəndindən görünür ki, öhdəliyin icra müddəti: Kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin “İpoteka qoyan”-a (“Borclu”ya) faktiki təqdim edildiyi tarixindən xx.xx.2018 tarixinədək müəyyən edilmişdir. 3.4-cü bəndindən görünür ki, öhdəliyin əsaslandığı müqavilənin tərəfləri: -ipoteka saxlayan: Naxçıvanbank ASC/ Naxçıvan şəhər C.Məmmədquluzadə 7/ adından X10- Şərur, Çərçiboğan k., (AZE 08641974, xx/xx/2011-Şərur RPŞ) -ipoteka qoyan: Cavabdeh2- Naxçıvan, Əlincə, ev 6, mən.21 (AZE ********, xx/xx/2013-Naxçıvan ŞPİ) -borc alan: Cavabdeh1- Naxçıvan, Əlincə, ev 6, mən. 21 (AZE ********, xx/xx/2015- Naxçıvan ŞPİ) 4.1-ci bəndindən görünür ki, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: -əsas borc; -faizlər; -dəbbə pulu; -vurulmuş zərərin əvəzinin ödənilməsi; -ipoteka predmetinin saxlanması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi; -ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi. Həmin müqavilənin 9.1-ci bəndindən görünür ki, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: -əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda; - əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq 2 dəfə pozulduqda; -ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında İpoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 (otuz) təqvim günü ərzində icra olunmadıqda; -qanunvericilklə nəzərdə tutulmuş digər hallar baş verdikdə. 9.3-cü bəndindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi və satılması qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir. 12.2-ci bəndindən görünür ki, bu müqavilə ipoteka ilə təmin edilmiş öhdəlik tam icra olunanadək hüquqi qüvvəyə malikdir. Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx/xx/2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********29-05101-093013 reyestr nömrəli, MH seriyalı və ******* №-li Çıxarışdan görünür ki, Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində, 81.4 kv.m ümumi, 58.0 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 21 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 12/1 nömrəli reyestr kitabının 126 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən əmlak xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək, 24 ay müddətinə Naxçıvanbank ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, yüklülük xx.xx.2016-cı il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İpoteka premetinə tutma yönəldilməsi barədə 05 sentyabr 2022-ci il tarixli, 04/1525 nömrəli bildirişdən görünür ki, Naxçıvanbank ASC borcalan tərəfindən kredit müqaviləsinin şərtləri pozulduğundan, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa və tərəflər arasında bağlanmış 16 noyabr 2016-cı il tarixli İpoteka müqaviləsinin 9-cu bəndinin tələblərinə uyğun olaraq kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********29-05101-093013 reyestr nömrəli Naxçıvan MR, Naxçıvan şəhəri, Əlincə məhəlləsi, 0.072 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində, 81.4 kv.m ümumi, 58.0 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 21 nömrəli mənzilə yönəldilməsinə başlamaq qərarına gəldiyini bildirərək “İpoteka haqqında” Qanunun 36.2.3-cü maddəsinə əsasən məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında tutmanın ipoteka predmetinə yönəldilməsi üçün razılıq verməyi Cavabdeh1 və Cavabdeh2 təklif etmiş, əks halda, "xxxx" ASC nin onları tutmanın ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş əmlaklara yönəldilməsinə məhkəmə qaydasında başlanılacağı barədə xəbərdar etmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə ünvanlanmış 05 sentyabr 2022-ci il tarixli 04/1526 nömrəli “İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması haqqında” ərizədən görünür ki, Naxçıvanbank ASC bildirişin qeydə alınmasnı xahiş etmiş, bildirişin tərəfə çatdırılması barədə poçt qəbzi həmin ərizəyə əlavə edilmişdir. İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** qeydiyyat nömrəli ərizə üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixdə verilmiş elektron təsdiqetmə bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən göndərilmiş bildiriş qeydiyyata alınmış, 15 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Xidmət haqqının ödənilməsinə dair müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli sənəd üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin elektron təsdiqetmə bildirişindən görünür ki, 30 AZN məbləğində xidmət haqqı ödənilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 10 noyabr 2016-cı il tarixli, 2/70 nömrəli arayışdan görünür ki, Cavabdeh2 Əlincə məhəlləsi, ev № 6, mənzil № 21, blok 2, mərtəbə 3, otaq sayı 4, sahəsi 59.85 kv.m olan mənzildə 4 nəfərdən ibarət ailə üzvləri ilə yaşayır. Özü, oğlu Cavabdeh1, gəlini Cavabdeh3, nəvəsi X2 həmin evdə daimi pasport qeydiyyatındadırlar. Cavabdeh3 notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Cavabdeh2 adına olan ünvan 6 ünvanında yerləşən yaşayış evinin həyat yoldaşı Cavabdeh1 tərəfindən "xxxx" ASC-yə girov (ipoteka) qoyulmasına etirazı olmayıb və gələlcəkdə kredit və ya faiz ödənilməzsə Bankın ilk tələbi ilə evin satılmasına razıdır. xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 04 noyabr 2022-ci il tarixli, 03/632 №-li məktubundan görünür ki, Naxçıvan şəhəri, Əlincə məhəlləsi, bina 6-da yerləşən 21 nömrəli mənzilə baxış keçirilməsi üçün şərait yaradılmadığından əmlakın faktiki vəziyyətinin dürüstləşdirilməsi və faktiki vəziyyətdə müvafiq qiymətləndirmənin aparılması mümkün olmamışdır. Lakin Xidmətin məlumat bazasında mövcud olan çoxsaylı qiymətləndirmələrin nəticəsinə əsasən bildirilmişdir ki, həmin ərazidə mənzilin 1 kv.m-nin qiyməti orta hesabla ***-**** manatdır. Bununla belə mənzilin qiymətləndirilməsi zamanı bütün xüsusiyyət və detallar nəzərə alınır. Qiymətə təsir edən amillərdən-binanın yerləşdiyi ərazi, otaqların sayı, şəhərin əsas infrastruktur obyektlərindən uzaqlıq, yaşayış məkanının vəziyyəti, binanın tikildiyi il və tipi (blok, kərpic, panel, monolit), mənzilin mərtəbəliliyi, təmir səviyyəsi və digər amillərdən asılı olaraq qiymət dəyişə bilər. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2022ci il tarixli, 326 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, BK2105/01 nömrəli Güzəştli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə kredit üzrə xx.xx.2022-ci il tarixə (maliyyə arayışının verilmə tarixi) olan əsas borcu 6442,76 (altı min dörd yüz qırx iki) manat, faiz borcu 10,02 manat təşkil edir. Təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırki tədqiqatla Cavabdeh1 cərimə hesablanmadığı göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçı Naxçıvanbank ASC ilə Cavabdeh1 arasında 15 noyabr 2016cı il tarixdə müqavilədə göstərilmiş şərtlərlə tam razılıq əsasında yazılı formada 1511/03BK saylı kredit müqaviləsi bağlanmış, bu müqavilə üzrə Bank Borcalana dövriyyə vəsaitinin artırılması üçün 24 ay müddətinə 10.000 (on min) manat məbləğində illik 15 (on beş) % dərəcəsi ilə kreditin tam və ya hissə-hissə verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüş və həmin öhdəliyin icrasının təminatı kimi Banka Cavabdeh2 məxsus Naxçıvan şəhər, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində 81.4 kv.m ümumi, 58.0 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, dəyəri 18 000 AZN (on səkkiz min) manat olan 21 nömrəli mənzili təqdim etmişdir. Sonradan tərəflər arasında 21 may 2019-cu il tarixdə müqavilədə göstərilmiş şərtlərlə tam razılıq əsasında yazılı formada BK2105/01 saylı Güzəştli kredit müqaviləsi bağlanmış, həmin müqavilənin predmetini qüvvədə olan 15 noyabr 2016-cı il tarixdə bağlanmış, 1511/03BK saylı kredit müqaviləsinin məntiqi hüquqi davamı olması və Bankın Borcalana dövriyyə vəsaitinin artırılması məqsədi üçün 15 noyabr 2016-cı il tarixli, 1511/03BK saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə 10 000 (on min) manat məbləğində illik 15 (on beş) % dərəcəsi ilə verilmiş biznes kreditinin 7740.52 (yeddi min yeddi yüz qırx manat 52 qəpik) manat qalıq məbləğinin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli, 551 nömrəli Fərmanına əsasən illik 1 % dərəcəsi ilə, 1 (bir) il güzəşt müddəti verilməklə 5 (beş) il müddətinə restrukturizasiya olunmasını, Borcalanın isə Bank tərəfindən restrukturizasiya olunmuş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürməsi, öhdəliyin icrasının təminatının 15 noyabr 2016-cı il tarixdə, 1511/03BK saylı kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş, DƏTMDK tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, № ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus, **********29-05101-093013 reyestr nömrəli, dəyəri 18 000 (on səkkiz min) manat olan daşınmaz əmlak qismində müəyyən olunması təşkil etmişdir. Qeyd edilənlərə istinadən, məhkəmə belə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü maddəsinə görə, bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik icra edilərək Cavabdeh1 10.000 (on min) manat məbləğində kredit verilsə də, sonradan güzəştli kredit müqaviləsi ilə kreditin qalıq məbləği restrukturizasiya olunsa da, Cavabdeh1 müqavilə üzrə üzərinə götürmüş öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, onun Banka borcu qalmış, Naxçıvanbank ASC Cavabdeh1 15 noyabr 2016-cı il tarixli, BK1511/03 saylı kredit müqaviləsi üzrə kreditin əsas borc və faizlər üzrə aylıq ödənişlər qrafikə uyğun həyata keçirilmədiyindən, kredit reyestrində 06 iyun 2022-ci il tarixinə onun adına 704 gecikmə günü qeydə alındığını bildirərək, 15 noyabr 2016-cı il tarixlli, BK1511/03 saylı kredit müqaviləsi üzrə 06 iyun 2022-ci il tarixinə olan 7.45 (yeddi manat qırx beş qəpik) manat gecikdirilmiş faiz borcu, 2698.35 (iki min altı yüz doxsan səkkiz manat 35 qəpik) manat gecikdirilmiş əsas borc olmaqla, ümumilikdə 2705.80 (iki min yeddi yüz beş manat 80 qəpik) manat kredit borcunun, eyni zamanda bu borc icra olunanadək hesablanacaq faiz və cərimələrin ödənilməsini 10 (on) gün müddətində tələb etmiş, qeyd olunan müddət ərzində kredit borcu ödənilmədikdə verilmiş kreditin məhkəmə qaydasında tələb olunmasına başlanılacağı barədə xəbərdarlıq etmişdir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 743-cü maddəsinə əsasən, Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 21 may 2019-cu il tarixli, BK2105/01 saylı Güzəştli kredit müqaviləsinin (restrukturizasiya olunan kredit) 5.1-ci bəndindən Borcalanın kreditin əsas məbləğini, ona hesablanmış faiz borcunu və cərimələri ödəməli olduğu, 6.1.4-cü bəndindən borcalan tərəfindən müqavilə şərtləri pozulduqda öhdəliyin icrasını vaxtından əvvəl tələb etməyin, 6.1.5-ci bəndindən bu müqavilə pozulduğu halda kredit üzrə borcun qaytarılmasını və hesablanmış faizlərin, cərimələrin və müqavilənin 5.12-ci bəndinə əsasən Bankın təsdiqlənmiş xərclərinin ödənilməsini Borcalandan tələb etməyin Bankın hüquqlarına aid olması, 6.4.1-ci bəndindən ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirməyin, 6.4.3-cü bəndindən kreditin bütün məbləğini, ona hesablanmış faizləri, cərimələri və borcun qaytarılması ilə əlaqədar digər xərcləri tamamilə ödəmənin borcalanın vəzifələrinə daxil olduğu müəyyən edilir. Həmçinin, həmin müqavilənin 7.1-ci və 7.1.1-ci bəndlərindən Borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə; 7.1-ci və 7.1.3-cü bəndindən Borcalanın müqavilənin 6.4-cü bəndində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirmədiyi təqdirdə Bankın bu Müqaviləni vaxtından əvvəl və birtərəfli qaydada ləğv etmək, kreditin bütün məbləğinin, ona hesablanmış faizlərin və cərimələrin ödənilməsini tələb etmək hüququnun olması, 7.2-ci bəndindən Borc öhdəliyinin icra edilməsinin vaxtından əvvəl tələb edilməsi barədə Bank Borcalanı xəbərdar etdikdən sonra 3 (üç) gün müddətində Borcalan borc öhdəliyini qeydşərtsiz icra etməli olduğu müəyyən olunmaqdadır. Qeyd edilənlərdən belə məlum olur ki, iddiaçı Naxçıvanbank ASC-nin iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə borcun ödənilməsi hissədə Cavabdeh1 qarşı tələb hüququ vardır. İddiaçının tələbinin Cavabdeh1 21 may 2019-cu il tarixli, BK2105/01 saylı güzəştli kredit müqaviləsi üzrə 09 sentyabr 2022-ci il tarixə olan 6,418.48 (altı min dörd yüz on səkkiz manat 48 qəpik) manat əsas borc, 5.32 (beş manat 32 qəpik) manat faiz borcu, 3.13 (üç manat 13 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 6,426.93 (altı min dörd yüz iyirmi altı manat 93 qəpik) manat kredit borcunun tutularaq bankın xeyrinə ödənilməsi ilə bağlı hissəsinə dair məbləğə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmənin “məhkəmə-mühasibat” ekspertizasının təyin edilməsi barədə qəbul edilmiş 24 oktyabr 2022-ci il tarixli, e-2-2(123)-83/2022 saylı qərardadı əsasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibat ekspertizasının 30 noyabr 2022-ci il tarixli, 326 nömrəli rəyi üzrə təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, BK2105/01 nömrəli Güzəştli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə kredit üzrə xx.xx.2022-ci il tarixə (maliyyə arayışının verilmə tarixi) olan əsas borcu 6442,76 (altı min dörd yüz qırx iki) manat, faiz borcu 10,02 manat təşkil etdiyi, təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırki tədqiqatla Cavabdeh1 cərimə hesablanmadığı göstərilmişdir. Ekspertin cərimə ilə bağlı qeydinə dair, 22 dekabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında həmin vaxt iddiaçının nümayəndəsi olmuş Nümayəndə2 vaxtı keçmiş borcun içində həm cərimə, həm də faizə silinmə apardıqlarını dəfələrlə ekspertizaya bildirdiklərini, lakin ümumiyyətlə cərimələri nəzərə almadıqlarını qeyd etmişdir. Həmçinin, 21 may 2019-cu il tarixli, BK2105/01 saylı Güzəştli kredit müqaviləsinin (restrukturizasiya olunan kredit) 5.11-ci bəndindən də məlum olur ki, müqavilə üzrə borcun qaytarılması üçün Borcalan tərəfindən hesaba köçürülən məbləğ ödəniş sənədində göstərilən ödənişin təyinatından asılı olmayaraq aşağıdakı növbəliliklə ödənişə istifadə olunur: 1) Ödənilməmiş faiz və cərimələr; 2) Əsas məbləğ üzrə vaxtı keçmiş borclar; 3) Hesablanmış faiz; 4) Əsas məbləğ üzrə müddətli borclar. Ekspert rəyindən Cavabdeh1 iddiaçı təşkilata faiz və cərimə hissədə konkret hansı məbləğlərdə borcunun olmasını müəyyən etmək mümkün olmadığından, məhkəmə sözügedən ekspert rəyi ilə iddiaçının nümayəndəsinin qeyd etdiyi halı nəzərə almaqla, yalnız əsas borca münasibətdə, yəni qismən razılaşır. Lakin, məhkəmə onu da qeyd edir ki, MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yəni, ekspertin əsas borc üzrə gəldiyi nəticə-6442,76 (altı min dörd yüz qırx iki manat 76 qəpik) iddiaçının bu hissədə tələb etdiyi məbləğdən- 6418.48 (altı min dörd yüz on səkkiz manat 48 qəpik) artıq olduğundan, nəticədə rəy bununla bağlı yalnız iddia tələbi həddində nəzərə alına bilər. Faiz və cərimə borcuna münasibətdə isə məhkəmə iş materiallarında olan 09 sentyabr 2022-ci il tarixli, 326 nömrəli arayışı əsas götürməklə, Cavabdeh1 iddiaçı təşkilata kredit borcu xx.xx.2022-ci il tarixə faiz borcu üzrə 5.32 (beş manat 32 qəpik) manat, cərimə borcu üzrə 3.13 (üç manat 13 qəpik) manat təşkil etdiyi müəyyən edir. Bundan əlavə, 21 may 2019-cu il tarixli, BK2105/01 saylı Güzəştli kredit müqaviləsinin (restrukturizasiya olunan kredit) 2.2-ci bəndindən borcalanın gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 0.1 % əlavə cərimə faizi ödəməli olması, 5.1-ci bəndindən isə Borcalanın kreditin əsas məbləğini, ona hesablanmış faiz borcunu və cərimələri ödəməli olduğu nəzərdə tutulmuşdur, yəni Cavabdeh1 iddiaçı qarşısında icra etməli olduğu öhdəliyin tərkibinə müəyyən edilmiş cərimənin ödənilməsi də daxildir. Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Mülki Məcəllənin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göstərilənlərə əsasən, iddiada tələb olunan ümumi borc məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı öz tələbində haqlıdır. Yəni, Cavabdeh1 iddiaçı təşkilata 21 may 2019-cu il tarixli, BK2105/01 saylı güzəştli kredit müqaviləsi üzrə 09 sentyabr 2022-ci il tarixə əsas borc üzrə 6,418.48 (altı min dörd yüz on səkkiz manat 48 qəpik) manat, faiz borcu üzrə 5.32 (beş manat 32 qəpik) manat, cərimə borcu üzrə 3.13 (üç manat 13 qəpik) manat olmaqla, ümumilikdə 6,426.93 (altı min dörd yüz iyirmi altı manat 93 qəpik) manat məbləğində kredit borcu tələbinin əsaslılığı məhkəmə tərəfindən müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş digər bir halı ondan ibarətdir ki, tərəflər arasında bağlanmış 15 noyabr 2016-cı il tarixli, 1511/03 BK saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan qismində "xxxx" ASC, ipoteka qoyan Cavabdeh2 və borcalan Cavabdeh1 arasında 16 noyabr 2016-cı il tarixdə yazılı formada ipoteka müqaviləsi bağlanmış, bu müqavilə hər üç şəxs tərəfindən imzalanmış, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını-ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 81.4 kv/m, yaşayış sahəsi 58 kv/m, yardımçı sahəsi 23.4 kv/m olan 4 otaqlı mənzilini tam mülkiyyət üzrə 1511/03BK saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmiş, ipoteka predmetinin qiyməti “İpoteka qoyan”-ın və “ipoteka saxlayan”-ın razılığına əsasən 18.000 (on səkkiz min) manat məbləğində müəyyən olunmuş, həmin müqavilə notariat qaydada təsdiq olunaraq reyestrdə 3M-434 nömrə ilə qeyd edilmiş və xx.xx.2016-cı il tarixdə əmlakın yüklülüyü Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, sonradan tərəflər arasında 21 may 2019-cu il tarixdə BK2105/01 saylı Güzəştli kredit müqaviləsi bağlanaraq, 15 noyabr 2016-cı il tarixli, 1511//03BK saylı kredit müqaviləsi ilə 24 ay müddətinə nəzərdə tutulmuş əsas öhdəliyin ölçüsü və icra müddəti dəyişdirilmiş, Bankın Borcalana dövriyyə vəsaitinin artırılması məqsədi üçün 15 noyabr 2016-cı il tarixli, 1511/03BK saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə 10 000 (on min) manat məbləğində illik 15 (on beş) % dərəcəsi ilə verilmiş biznes kreditinin 7740.52 (yeddi min yeddi yüz qırx manat 52 qəpik) manat qalıq məbləğinin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən illik 1 % dərəcəsi ilə, 1 (bir) il güzəşt müddəti verilməklə 5 (beş) il müddətinə restrukturizasiya olunması həmin müqavilədə təsbit olunmuşdur. Həmçinin, 21 may 2019-cu il tarixli, BK2105/01 saylı Güzəştli kredit müqaviləsinin 3.1-ci bəndində bankla İpotekaqoyan və Borcalan arasında 16 noyabr 2016-cı il tarixdə bağlanmış İpoteka müqaviləsinin bu müqavilə ilə bağlı münasibətləri tənzimləyəcəyi qeyd olunmuş, əsas öhdəliyin ölçüsü və icra müddəti dəyişməsilə ipotekanın əlavə dövlət qeydiyyatını zəruri edən hal yaranmasına baxmayaraq, ipoteka müqaviləsinə dəyişiklik edilməmiş, ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını təsdiq edən sübut, yəni daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə qeydiyyatın, dolayısıyla iddiaçının dəyişdirilmiş öhdəliyin icrası üzrə ipoteka hüququnun olmadığını müəyyən etməkdədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən, əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. 271.2-ci maddəsinə əsasən, girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 307.6-cı maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 307.7-ci maddəsinə əsasən, ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 309.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən, İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. 10.4 -cü maddəsinə əsasən, İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2.-ci maddəsinə əsasən, İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 11.3-cü maddəsinə əsasən, İpoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir. 14.1 və 14.1.1-ci maddələrinə əsasən, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aparılır. 14.2-ci maddəsinə əsasən, İpotekanın əlavə dövlət qeydiyyatı haqqında ərizəyə ipoteka müqaviləsində dəyişikliklərin edilməsi, tələbin başqa şəxsə keçməsi və ipoteka predmetinin özgəninkiləşdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilmiş surəti əlavə edilir. 14.5-ci maddəsinə əsasən, İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən və daşınar əmlakın rəsmi reyestrindən çıxarışla, ipoteka kağızında isə müvafiq qeydin edilməsi ilə təsdiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırmasının nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 21 may 2019-cu il tarixli, BK2105/01 saylı güzəştli kredit müqaviləsi üzrə 09 sentyabr 2022-ci il tarixə olan 6,418.48 (altı min dörd yüz on səkkiz manat 48 qəpik) manat əsas borc, 5.32 (beş manat 32 qəpik) manat faiz borcu, 3.13 (üç manat 13 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 6,426.93 (altı min dörd yüz iyirmi altı manat 93 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat və iddia ərizəsinin verilməsinə görə ödənilən 85.73 (səksən beş manat 73 qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 18 000 (on səkkiz min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2011ci il qeydiyyat tarixli, ********** saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********29-05101-093013 reyestr nömrəli Naxçıvan MR, Naxçıvan şəh., Əlincə məhəlləsi, 0.072 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində, 81.4 kv.m. ümumi, 58.0 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 21 nömrəli mənzilə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin yaşayış evində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və həmin evdə qeydiyyatda olan digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin yararlı vəziyyətdə təhvil verilməsi barədə tələbi qismən əsaslı hesab edilərək, iddia edilən kredit borcu məbləğinə münasibətdə, yəni qismən təmin edilməli, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsinə dair hissədə rədd edilməli və iddiaçının tələb etdiyi “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat məbləğin cavabdehdən tutulmasının da hər hansı hüquqi əsası olmadığından tələb bu hissədə də rədd edilməli, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat və iddia ərizəsinin verilməsinə görə ödənilən 85.73 (səksən beş manat 73 qəpik) manat dövlət rüsumlarının tutulması qanunvericiliyin müvafiq tənzimləməsinə uyğun həyata keçirilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən isə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Hazırki iş üzrə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 02 sentyabr 2022-ci il tarixli, İ-788 nömrəli arayışdan bu arayışın Naxçıvanbank ASC-nin nümayəndəsi Nümayəndə1 və Cavabdeh1 02 sentyabr 2022-ci il tarixində, 16:00-17:00 saatlarında keçirilən kommersiya mübahisəsinə (kredit borcunun qaytarılması) dair müraciəti üzrə ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etdiyi müəyyən olunduğundan, həmçinin Naxçıvanbank ASC-nin nümayəndəsi Nümayəndə1 ilkin mediasiya sessiyasının keçirilməsi üçün 100 (bir yüz) manat məbləğində mediasiyaya dair xərci ödədiyi bu arayışla və AAU seriyalı, 168127 nömrəli, 02 sentyabr 2022-ci il tarixli mədaxil qəbzilə öz təsdiqini tapdığından, məhkəmə bildirir ki, iddiaçı tərəfin çəkmiş olduğu 100 (bir yüz) manat məbləğində mediasiya xərci iddiaçı və Cavabdeh1 arasında bərabər bölüşdürülməli və iddiaçının ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat dövlət rüsumunun tutularaq Bankın xeyrinə ödənilməsi hissədə tələbi qismən, yəni 50 (əlli) manat hissədə əsaslı hesab edir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı qalan 50 (əlli) manat hissədə isə bu məbləğin iddiaçının özünə aid edilməli olduğunu məhkəmə müəyyən etmişdir. Həmçinin, iddia qismən yəni-98.53% hissədə təmin edilməli olduğundan, iddiaçının iddia ərizəsinin verilməsinə görə ödədiyi 85.73 (səksən beş manat 73 qəpik) manat dövlət rüsumunun tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq 84.46 (səksən dörd manat 46 qəpik) manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 1.27 (bir manat 27 qəpik) manat məbləğində hissədə iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2 və 233.1-ci maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
İddia qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdeh1 21 may 2019-cu il tarixli, BK2105/01 saylı güzəştli kredit müqaviləsi üzrə 09 sentyabr 2022-ci il tarixə olan 6,418.48 (altı min dörd yüz on səkkiz manat 48 qəpik) manat əsas borc, 5.32 (beş manat 32 qəpik) manat faiz borcu, 3.13 (üç manat 13 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 6,426.93 (altı min dörd yüz iyirmi altı manat 93 qəpik) manat kredit borcu, eyni zamanda ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manatın 50 (əlli) manat hissəsi və iddia ərizəsinin verilməsinə görə ödənilən 85.73 (səksən beş manat 73 qəpik) manat dövlət rüsumunun 84.46 (səksən dörd manat 46 qəpik) manat məbləği tutularaq bankın xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğin 50 (əlli) manat hissəsi iddiaçya aid edilsin. Dövlət rüsumunun 1.27 (bir manat 27 qəpik) manat məbləğində hissəsi iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elşən Salmanov