Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-5/2024 31.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 12 may 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 027R********** saylı və xx.xx.2022-ci il tarixli 027R********** saylı kredit razılaşmalarının ləğv edilməsi, cavabdеhlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 027R********** saylı krеdit razılaşması üzrə 17327.78 manat məbləğində krеdit bоrcu, 2036.90 manat məbləğində faiz bоrcu və 1237.2 manat məbləğində cərimə borcu olmaqla, 027R********** saylı krеdit razılaşması üzrə 4803.07 manat məbləğində krеdit bоrcu, 731.70 manat məbləğində faiz bоrcu və 256.49 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 26393.14 manat məbləğində bоrcun və 200 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsində Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli, 027L**********01 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açıldığını, bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğin və müddətin ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunduğunu (xx.xx.2020-ci il tarixli 027L**********01 saylı uzunmüddətli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinin ərizəyə əlavə olunduğunu), Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli, 027R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) manat məbləğində krеdit götürdüyünü (xx.xx.2021-ci il tarixli 027R********** saylı krеdit razılaşmasının notarial qaydada təsdiq edilmiş surətinin ərizəyə əlavə olunduğunu), Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatdığını, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmadığını, Cavabdeh1 götürdüyü krеdit bоrcundan 2672.22 manat ödədiyini, onun 17327.78 manat məbləğində kredit borcu qaldığını, kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faizin qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablandığını, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 224 gün üçün hesablanmış faiz borcunun 2036.90 manat təşkil etdiyini, Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməli olduğunu, xx.xx.2022-ci il tarixə 224 gün üçün hеsablanmış cərimənin 1237.2 manat təşkil etdiyini (Maliyyə arayışının əslinin ərizəyə əlavə olunduğunu), bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 027R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində krеdit götürdüyünü (xx.xx.2022-ci il tarixli, 027R********** saylı krеdit razılaşmasının notarial qaydada təsdiq edilmiş surətinin ərizəyə əlavə olunduğunu), Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatdığını, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmadığını, Cavabdeh1 götürdüyü krеdit bоrcundan 196.93 manat ödədiyini, onun 4803.07 manat məbləğində kredit borcu qaldığını, kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faizin qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün faizin bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablandığını, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-cü il tarixə 203 gün üçün hesablanmış faiz borcunun 731.70 manat təşkil etdiyini, Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclunun ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməli olduğunu, xx.xx.2022-ci il tarixə 203 gün üçün hеsablanmış cərimənin 256.49 manat təşkil etdiyini (Maliyyə arayışının əslinin ərizəyə əlavə olunduğunu), Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malik olduğunu (Xəbərdarlıq məktublarının və xəbərnamələrin surəti ərizəyə əlavə edildiyini), Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürdüyünü, onun həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıdığını və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməli olduğunu (xx.xx.2021-ci il tarixli 027S**********03 saylı zaminlik müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinin ərizəyə əlavə olunduğunu) bildirərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2 və 501-ci maddələrinə, həmçinin “Dövlət rüsumu haqqında qanun”un 9.1-1-ci maddəsinə istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh1 11 yanvar 2024-cü il tarixdə məhkəmə baxışı iclasında pulu götürüb dükan işlətdiyini, dükanı 5 və ya 6 ay işlətdiyini, 5 və ya 6 ay müddətində pulu vaxtı-vaxtında ödədiyini, sonra pandemiyanın yarandığını, işləyə bilmədiyini, dükanı da bağladığını, banka müraciət etdiyini, gəlib həqiqətən işləyə bilmədiyini gördüklərini, vaxtın artırılması və pulu az-az ödəməyi üçün Banka müraciət etdiyini, lakin müddəti uzatmadıqlarını, krediti təzə götürdüyünü dediklərini, onun da pulu ödəyə bilmədiyini, pandemiya yarandığından dükanı da işlədə bilmədiyini, uşağının da xəstə olduğunu, eləcə qaldığını, indi mühafizəçi işlədiyini, 450 manat maaş aldığını, bu maaşla krediti ödəyə biləcəyini, bu aralarda 200, 300 və ya 400 manat əlinə gəldikcə aparıb pulu ödədiyini, axırıncı dəfə, 2 və ya 3 ay olar ödəniş etdiyini, pulu ödəməyə getdiyini, ancaq adına kod çıxmadığını, Banka zəng vurub “Mən pul ödəmək istəyirəm amma kod çıxmadı” dediyini, Bankdan da “Cərimən var. Onu ödəməlisən” dediklərini, sonra qış aylarının gəldiyini, işinin zəiflədiyini, ondan sonra ödəyə bilmədiyini bildirərək izahatını bitirmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 31 yanvar 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2024-cü il tarixə, saat 09:05 təyin edilmiş məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, mülahizələrini və dəlillərini nəzərdən keçirərək, iş materiallarını öyrənərək, təqdim edilmiş sübutları araşdıraraq və onlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək aşağıdakıları aydınlaşdırdı. İş materiallarında əlavə edilmiş: xx.xx.2020-ci il tarixli, 027L**********01 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli, 027R********** saylı krеdit razılaşmasından görünür ki, bank məbləği 20000 (iyirmi min) manat olan krediti aylıq faiz dərəcəsi 1.9167% olmaqla 24 ay müddətinə kredit alana verir. xx.xx.2021-ci il tarixli, 027R********** saylı kredit razılaşmasının tərkib hissəsi olan ödəniş planından görünür ki, Cavabdeh1 aylıq 1.9167% dərəcəsi ilə, 24 ay müddətinə 20000 (iyirmi min) manat məbləğində verilmiş kreditin xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək aylar üzrə ödənilməsi nəzərdə tutulmuş, əsas borcdan əlavə 24 ay müddətində ödənilməli olan faiz 5343.73 manat məbləğində olmaqla ümumilikdə ödənilməli olan məbləğ 25343.73 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli, “Kreditin verilməsi-Köçürmə” adlı sənəddən görünür ki, 20000 manat kredit məbləği Cavabdeh1 AZ65ACAB******************** nömrəli hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli “Cəlvəldən” görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 027R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə 17327.78 manat əsas, 2036.90 manat faiz, 1237.2 manat cərimə borcu olmaqla cəmi borcu 20601.88 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 027R********** saylı razılaşmasından görünür ki, bank məbləği 5000 (beş min) manat olan krediti aylıq faiz dərəcəsi 2.0833% olmaqla 36 ay müddətinə kredit alana verir. xx.xx.2022-ci il tarixli, 027R********** saylı kredit razılaşmasının tərkib hissəsi olan ödəniş planından görünür ki, Cavabdeh1 aylıq 2.0833% dərəcəsi ilə, 32 ay müddətinə 5000 (beş min) manat məbləğində verilmiş kreditin xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək aylar üzrə əsas borcun və faiz borcunun ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli, “Kreditin verilməsi-Köçürmə” adlı sənəddən görünür ki, 5000.00 manat kredit məbləği Cavabdeh1 AZ65ACAB******************** nömrəli hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli “Cəlvəldən” görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 027R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə 4803.07 manat əsas, 731.70 manat faiz, 256.49 manat cərimə borcu olmaqla cəmi borcu 5791.26 manat təşkil edir. xx.xx.2021-ci il tarixli, 027S**********03 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanaraq borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyə daşıyır. Məhkəmə Ekspertizasının 22 noyabr 2023-cü il tarixli, 990 saylı rəyinin nəticə hissəsindən görünür ki, cavabdeh X2, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 15 noyabr 2022-ci il tarixə 027R********** saylı kredit müqaviləsi üzrə olan əsas borcu 17141,07 (on yeddi min yüz qırx bir manat yeddi qəpik) manat, faiz borcu 2376,46 (iki min üç yüz yetmiş altı manat qırx altı qəpik) manat, cavabdeh X2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 15 noyabr 2022-ci il tarixə, 027R********** saylı kredit müqaviləsi üzrə olan əsas borcu 4823,82 (dörd min səkkiz yüz iyirmi üç manat səksən iki qəpik) manat, faiz borcu 753,71 (yeddi yüz əlli üç manat yetmiş bir qəpik) manat təşkil edir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan müvafiq sənədlərdən müəyyən olunur ki, tərəflər arasında Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli, 027R********** saylı və xx.xx.2022-ci il tarixli, 027R********** saylı krеdit razılaşmasından irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, tərəflər iş materiallarında göstərilən “Kredit razılaşmaları” ilə öz üzərinə öhdəlik götürmüşdür. Bu səbəbdən də cavabdeh tərəfindən öhdəliklərinin icrasını təmin edilməsi məqsədilə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər də aiddir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci mаddəsinə əsasən icrаnı gеcikdirmiş bоrclu gеcikdirmə nəticəsində vurduğu zərər üçün və gеcikdirmə zаmаnı təsаdüfən bаş vеrmiş icrа mümkünsüzlüyünün nəticələri üçün krеditоr qаrşısındа məsuliyyət dаşıyır. 445.2.1-ci mаddəsinə əsasən öhdəliyin оnun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа еdilməməsi bоrclunun icrаnı gеcikdirməsi sаyılır 448.1-ci mаddəsinin əsasən əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cаvаbdеhdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2--ci maddəsinə əsasən, əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1-ci maddəsinə əsasən, müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2-ci maddəsinə əsasən, şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3--cü maddəsinə əsasən, müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4-cü maddəsinə əsasən, işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. 422.3-cü maddəsinə əsasən, əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. 422.4-cü maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-ci maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.4-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 424.5-ci maddəsinə əsasən, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Bu sübutlara həmçinin ekspert rəyləri də aiddir. Məhkəmə məhkəmə-mühasibatlıq ekspertizası keçirmiş, ekspert qarşısındakı sualları həmin tələbə uyğun olaraq tərtib etmiş və müvafiq rəy almışdır. Bununla bağlı məhkəmə qeyd edir ki ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Lakin bir halı da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddia tələbində xx.xx.2021-ci il tarixli, 027R********** saylı krеdit razılaşmasının və xx.xx.2022-ci il tarixli, 027R********** saylı krеdit razılaşmasının ləğv edilməsinə münasibət bildirərkən cavabdehin üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməməsini və iddiaçının cavabdehi xəbərdar etdikdən sonra da öhdəlikləri barədə adımlar atmadığı iş materiallarından aydın göründüyündən və bu iddaçının maraqlarını əhəmiyyətli dərəcədə pozduğundan, qeyd edilən kredit razılaşmalarının ləğv edilməsi qənaətindədir. Həmçinin, iddiaçının tələbinə nəzər saldıqda görünür ki, 027R********** saylı krеdit razılaşması üzrə 17327.78 (on yeddi min üç yüz iyirmi yeddi manat, yetmiş səkkiz qəpik) manat məbləğində krеdit bоrcu, 2036.90 (iki min otuz altı manat, doxsan qəpik) manat məbləğində faiz bоrcu tələb edilmişdir. Belə olduqda, məhkəmə 22 noyabr 2023-cü il tarixli, 990 saylı ekspert rəyi ilə qismən, yəni faiz borcu üzrə hesablanmış 2376.46 (iki min üç yüz yetmiş altı manat, qırx altı qəpik) manat məbləğin 2036.90 (iki min otuz altı manat, doxsan qəpik) manat iddia tələbi hissəsində razılaşdığı, cavabdehin kredit borcunun isə 17141.07 (on yeddi min yüz qırx bir manat, yeddi qəpik) manat olduğu qənaətinə gəlir. Həmçinin bununla yanaşı iddiaçının tələbinə nəzər saldıqda görünür ki, 027R********** saylı krеdit razılaşması üzrə isə iddiaçı tərəfindən 4803.07 manat məbləğində krеdit bоrcu, 731.70 manat məbləğində faiz bоrcu tələb edilmişdir. Belə olduqda, isə məhkəmə 22 noyabr 2023-cü il tarixli, 990 saylı ekspert rəyi ilə qismən, yəni kredit borcu üzrə hesablanmış 4823.82 (dörd min səkkiz yüz iyirmi üç manat, səksən iki qəpik) manat məbləğin 4803.07 (dörd min səkkiz yüz üç manat, yeddi qəpik) manat iddia tələbi hissəsində, faiz borcu üzrə isə hesablanmış 753.71 (yeddi yüz əlli üç manat yetmiş bir qəpik) manat məbləğin 731.70 (yeddi yüz otuz bir manat, yetmiş qəpik) manat iddia tələbi hissəsində razılaşdığı qənaətinə gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı). Məhkəmə qeyd edir ki, iddiaçı 027R********** saylı krеdit razılaşması üzrə isə 1237.2 manat məbləğində cərimə borcu, 027R********** saylı krеdit razılaşması üzrə 256.49 manat məbləğində cərimə borcu tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 027R********** saylı krеdit razılaşması üzrə isə 1237.2 manat məbləğində cərimə borcuna və 027R********** saylı krеdit razılaşması üzrə 256.49 manat məbləğində cərimə borcuna münasibətdə məhkəmə bildirir ki, kredit razılaşmalarının 4.2.2-ci bəndində “Ödəniş planı” üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməyə borclu olduğu qeyd edilmişdir. Belə olduğu halda iddiaçının hər iki kredit razılaşması üzrə cərimənin ödənilməsi tələbi hissəsində haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə məhkəmə 027R********** saylı krеdit razılaşması üzrə 1237.2 AZN məbləğində cərimənin ödənilməsi hissəsində iddia tələbinin qismən təmin edilməsinin mümkün hesab edilib nəticədə, cərimənin azaldılaraq 958.90 AZN məbləğində cavabdehlərdən alınıb iddiaçıya ödənilməsini, 027R********** saylı krеdit razılaşması üzrə isə tələb edilən 256.49 manat məbləğində cərimənin ödənilməsi hissəsində iddia tələbinin təmin edilməsini məqsədəmüvafiq hesab etməkdədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli, 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3-cü maddələrinə uyğun olaraq hazırkı tələbi ilə bağlı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumun məbləği 169,18 manat təşkil edir. Belə ki, iddiaçı mediasiya xərclərini ödədiyindən və ödənilmiş mediasiya xərci ödənilməli olan 169,18 manat dövlət rüsumunu əhatə etdiyindən iddiaçı tərəf dövlət rüsumundan azad olmuşdur. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli olduğundan MPM-nin 119.2-ci maddəsinə uyğun olaraq iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 169,18 (bir yüz altmış doqquz manat, on səkkiz qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə, yəni 98,24%-ə mütənasib olaraq 166.20 (bir yüz altmış altı manat, iyirmi qəpik) manat məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət gəlirlərinə alınmalıdır. Bununla yanaşı məhkəmə bildirir ki, qalan, mediasiya xərcinin əhatə etdiyi 2.98 (iki manat doxsan səkkiz qəpik) manat məbləğində dövlət rüsumu iddianın rədd edimiş hissəsinə aiddir və iddia rədd edildiyindən 2.98 (iki manat doxsan səkkiz qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Lakin iddiaçı qanunverciliyə uyğun olaraq dövlət rüsumundan azad olunduğundan məhkəmə bu məsələyə toxunmur. Məhkəmə iddiaçı tərəfində artıq ödənilmiş 0.10 (on qəpik) manat dövlət rüsumuna münasibətdə bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.1-ci maddələrinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Belə ki, 0.10 (on qəpik) manat dövlət rüsumu artıq ödənilmiş dövlət rüsumu olduğundan iddiaçıya qaytarılmalıdır. Həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qanunun qeyd edilən müddəasının məzmunundan belə məlum olur ki, cavabdeh hazırkı tələb üzrə ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyindən iddiaçı tərəfindən Naxçıvan Mediasiya təşkilatına ödənilmiş 200 manat məbləğində İMS xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Beləliklə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinin qismən təmin edilməsi, iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 169,18 (bir yüz altmış doqquz manat, on səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə, yəni 98,24%-ə mütənasib olaraq 166.20 (bir yüz altmış altı manat, iyirmi qəpik) manat məbləğinin cavabdehlərdən müştərək qaydada tutularaq dövlət gəlirlərinə alınması, iddiaçı tərəfindən artıq ödənilmiş 0.10 (on qəpik) manat dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılması və iddiaçı tərəfindən Naxçıvan Mediasiya təşkilatına ödənilmiş 200 manat məbləğində İMS xərcinin cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya verilməsi qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, 027R********** saylı krеdit razılaşması və xx.xx.2022-ci il tarixli, 027R********** saylı krеdit razılaşmaları ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli, 027R********** saylı krеdit razılaşması üzrə 17141.07 (on yeddi min yüz qırx bir manat, yeddi qəpik) manat məbləğində krеdit bоrcu, 2036.90 (iki min otuz altı manat, doxsan qəpik) manat məbləğində faiz bоrcu və 958.90 (doqquz yüz əlli səkkiz manat, doxsan qəpik) manat məbləğində cərimə borcu və xx.xx.2022-ci il tarixli, 027R********** saylı krеdit razılaşması üzrə 4803.07 (dörd min səkkiz yüz üç manat yeddi qəpik) manat məbləğində krеdit bоrcu, 731.70 (yeddi yüz otuz bir manat, yetmiş qəpik) manat məbləğində faiz bоrcu və 256.49 (iki yüz əlli altı manat, qırx doqquz qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə 25928.13 (iyirmi beş min doqquz yüz iyirmi səkkiz manat, on üç qəpik) manat tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 169,18 (bir yüz altmış doqquz manat, on səkkiz qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə, yəni 98,24%-ə mütənasib olaraq 166.20 (bir yüz altmış altı manat, iyirmi qəpik) manat məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət gəlirlərinə alınsın. İddiaçı tərəfindən Naxçıvan Mediasiya təşkilatına ödənilmiş 200 manat məbləğində İMS xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 0.10 (on qəpik) manat dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-5/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-5/2024
31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver