Məhkəmə qərarları › İş №e-2-2(123)-5/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-5/2025

09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-5/2025 09.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X8 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və iddiaçının nümayəndəsi X9 30 yanvar 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 28 iyul 2021-ci il tarixli, 2807/01/SİF saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 17 585 (on yeddi min beş yüz səksən beş) manat əsas borc, 213.21 (iki yüz on üç manat 21 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 17798.21 (on yeddi min yeddi yüz doxsan səkkiz manat 21 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 52.48 (əlli iki manat 48 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 33900 (otuz üç min doqquz yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti xx.xx.2012-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********01-10301 reyestr saylı Naxçıvan MR, Babək rayon Zeynəddin kəndində olan 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 28 iyul 2021-ci il tarixli, 2807/01/SİF saylı kredit müqaviləsinə əsasən Borcalana Bank tərəfindən 36 ay müddətinə illik 5% dərəcəsi ilə 22 500 (iyirmi iki min beş yüz) manat məbləğində biznes krediti verildiyini, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2012-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********01-10301 reyestr saylı Naxçıvan MR, Babək rayon Zeynəddin kəndində olan 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 28 iyul 2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edildiyini, İpoteka müqaviləsinin müvafiq olaraq Babək rayon notariat ofisində təsdiq edildiyini və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən əmlakın yüklülüyünün qeydiyyata alındığını, kredit müqaviləsinin 1-ci maddəsinə əsasən Borcalan Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, onun bu öhdəliyi yerinə yetirmədiyini, nəticədə kredit reyestrində onun adına xx.xx.2023-cü il tarixə 287 gecikmə günü qeydə alındığını, iddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqaviləsi, ipoteka müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kredit ödənişləri cədvəli olduğunu, borcun qaytarılması ilə bağlı Borcalan Cavabdeh ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq şifahi xəbərdarlıq edildiyini, onlara məlum olan sonuncu qeydiyyat ünvanına xəbərdarlıq məktublarının müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyinin bildirildiyini, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişin borcalan-ipoteka qoyan Cavabdeh ünvanına müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, bildirişin dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edildiyini və bildirişin dövlət qeydiyyatına alındığını, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilsədə, Borcalanın ilkin mediasiya sessiyasında iştirak etmədiyini, Kredit müqaviləsinin 5.8 bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən illik faizin üzərinə 10 faiz əlavə cərimə faizi ödənildiyini, Kredit müqaviləsinin 5.12-ci bəndinə əsasən müqavilə şərtləri Borcalan tərəfindən pozulduğu halda, kredit üzrə borc və hesablanmış faizlər, cərimələr və borcla əlaqədar Bankın təsdiqlənmiş xərclərinin Borcalan tərəfindən ödənildiyini, Kredit müqaviləsinin 7-ci bəndinə əsasən Borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə, Bankın öhdəliyin icrasını vaxtından əvvəl tələb edə biləcəyini, Kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən bu müqavilənin tərəflərin imzaladığı gündən qüvvəyə mindiyinin və tərəflərin bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədə qalacağının müəyyənləşdirildiyini, ipoteka müqaviləsinin 4-cü bəndinə əsasən ipoteka saxlayanın tələbinin ipoteka hesabına Bankın Borcalana verdiyi kredit, ona hesablanacaq faizlər, cərimələr və borcla əlaqədar Bankın digər xərcləri daxil edilməklə tam həcmdə təmin edildiyini, İpoteka müqaviləsinin 9-cu bəndinə əsasən əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq 2 dəfə pozulduqda və.s ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yarandığını, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişdə ipoteka qoyan-borcalan Cavabdeh “İpoteka haqqında” Qanunun 36.2.3-cü maddəsinə və İpoteka müqaviləsinin 9.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında keçirilməsinə razılıq verilməsinin təklif edildiyini, Cavabdeh 28 iyul 2021-ci il tarixli, 2807/01/SİF saylı kredit müqaviləsi üzrə 19 dekabr 2023-cü il tarixə 17 585 (on yeddi min beş yüz səksən beş) manat əsas borc, 213.21 (iki yüz on üç manat 21 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 17798.21 (on yeddi min yeddi yüz doxsan səkkiz manat 21 qəpik) manat kredit borcu öhdəliyinin olduğunu qeyd etməklə əsaslandırmış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 443-cü, 445.1-ci, 449.4-cü maddələrinə, o cümlədən, İpoteka haqqında Qanunun 34-cü, 59.3-cü maddələrinə istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 10 iyun 2024-cü il tarixdə İddiaçı ASC-nin nümayəndəsi qismində Kreditlərin hüquqi təqibi Departamentinin Korporativ və təminatlı kreditlərlə iş şöbəsinin müdiri Nümayəndə məhkəməyə “Prosessual hüquq varisliyi”nə dair ərizə ünvanlayaraq həmin ərizədə İddiaçı ASC ilə "xxxx" ASC arasında 30 noyabr 2023-cü il tarixdə tələbin güzəşti barədə müqavilə imzalandığını, həmin müqaviləyə əsasən hazırki ərizəyə əlavə edilmiş aktda qeyd edilən müştərilərlə "xxxx" ASC arasında bağlanmış olan müqavilələr üzrə bütün hüquqların, tələblərin, təminatların və üstünlüklərin İddiaçı ASC-yə ötürüldüyünü bildirərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 58.1 və 58.2-ci maddələrinə istinad etmiş, qeyd edilən səbəbdən aktda qeyd olunan işlər üzrə "xxxx" ASC-nin hüquq varisi kimi İddiaçı ASC-nin işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin 09 avqust 2024-cü il tarixli, e-2-2(123)-168/2024 saylı qərardadı ilə İddiaçı ASCnin nümayəndəsi Nümayəndə 10 iyun 2024-cü il tarixdə məhkəməyə ünvanladığı “Prosessual hüquq varisliyi”nə dair ərizənin təmin edilməsi, İddiaçı ASC-nin bundan sonra iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddiaçı "xxxx" ASC-nin hüquq varisi kimi prosessual hüquq varisliyi qaydasında iddiaçı qismində prosesdə iştiraka cəlb edilməsi, iddiaçı "xxxx" ASC-nin iddiaçı hüquqlarına xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan: X4 X16 Etdirilə Bilməməsi barədə 14 noyabr 2023-cü il tarixli, N-1723 saylı arayışdan görünür ki, 14 noyabr 2023-cü il tarixdə keçirilən İMS-də Naxçıvanbank ASC-nin nümayəndəsi X9 və Cavabdeh iştirak etmiş, iddiaçı Naxçıvanbank ASC-nin nümayəndəsi tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. 28 iyul 2021-ci il tarixli, 2807/01/SİF saylı Kredit müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfdən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC-nin Naxçıvan filialının müdiri X5 şəxsində, bir tərəfdən Naxçıvan MR X1 İdarə Heyətinin sədri X3 və irəlidə borcalan adlandırılacaq Cavabdeh şəxsində müəyyən edilmiş şərtlərlə tam razılıq əsasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərti ilə 22 500 (iyirmi iki min beş yüz) manat məbləğində kredit verilməsini öhdəsinə götürür. 1.2-ci bəndindən görünür ki, borcalan aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür. 1.3-cü bəndindən görünür ki, kredit borcalana kompleks Heyvandarlıq təsərrüfatının yaradılması məqsədilə verilir. 1.4-cü bəndindən görünür ki, kredit 36 ay müddətinə verilir. Müddət kreditin faktiki verildiyi tarixdən hesablanır. 1.5 və 1.5.1-ci bəndlərindən görünür ki, borcalana və ya üçüncü şəxsə məxsus olan əmlakın qanunvericiliklə müəyyən edilmiş qaydada ipoteka ilə yüklü edilməsi bu müqavilə üzrə borcalanın öhdəliklərinin icrasının təminatıdır. 2.1-ci bəndindən görünür ki, kreditdən istifadəyə görə Borcalan illik 5% ödəyir. Borcalan əsas və faiz borcunu bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki əsasında ödəyir. 3.3.3-cü bəndindən görünür ki, borcalan bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri Banka ödəməlidir. 3.3.7-ci bəndindən görünür ki, kreditin bütün məbləğinin, əsas borcun, cərimələrin, borcların yığılması ilə əlaqədar çəkilən digər xərclər (məhkəmə, qiymətləndirmə, hərrac və sair) borcalan tərəfindən ödənilir. 5.1-ci bəndindən görünür ki, borcalanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə borcalan və ya üçüncü şəxslə ipoteka müqaviləsi bağlanılır. 28 iyul 2021-ci il tarixli, 2807/01/SİF saylı İpoteka müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən ipoteka saxlayan "xxxx" ASC-nin Naxçıvan filialının müdiri X10, digər tərəfdən ipoteka qoyan, borc alan Cavabdeh arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 2807/01/SİF saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.1-ci bəndindən görünür ki, ipoteka predmetinin təsviri və olduğu yer aşağıdakı kimidir. Naxçıvan MR, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 121.73 kv/m, yaşayış sahəsi 56.78 kv/m, yardımçı sahəsi 69.95 kv/m olan 4 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə. 2.3-cü bəndindən görünür ki, İpoteka predmetinin dəyəri “ipoteka qoyan”-ın və “ipoteka saxlayan”-ın razılığına əsasən 33900 manat 00 qəpik (otuz üç min doqquz yüz manat sıfır qəpik) manat məbləğində müəyyən edilmişdir. 4-cü bəndindən görünür ki, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlılığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi daxil edilməklə tam həcmdə təmin edilir. 9.1-ci bəndindən görünür ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi anında ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. xx.xx.2021-ci il tarixli, 2807/01/SİF saylı kredit müqaviləsinə əlavə kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh 36 ay müddətinə illik 5% dərəcəsilə verilmiş 22500 (iyirmi iki min beş yüz) manat məbləğində kreditin və ona hesablanmış faizlərin 02 sentyabr 2021-ci il tarixdən 02 avqust 2024-cü il tarixə kimi müvafiq məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. 19 dekabr 2023-cü il tarixli, 1549 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 2807/01/SİF saylı kredit müqaviləsi üzrə 19 dekabr 2023-cü il tarixə olan əsas borcu 17585 (on yeddi min beş yüz səksən beş) manat, faiz borcu 213.21 (iki yüz on üç manat 21 qəpik) manat olmaqla, ümumilikdə borcu 17798.21 (on yeddi min yeddi yüz doxsan səkkiz manat 21 qəpik) manat təşkil edir. 02 avqust 2021-ci il tarixli, 308 saylı Xəzinə məxaric orderindən görünür ki, "xxxx" ASC-nin Naxçıvan filialı tərəfindən 12262.00 (on iki min iki yüz altmış iki manat 00 qəpik) manat məbləğində kredit Cavabdeh bank hesabına köçürülmüşdür. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** qeydiyyat saylı ərizə üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023cü il tarixdə verilmiş elektron təsdiqetmə bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən göndərilmiş bildiriş qeydiyyata alınmış, 15 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Xidmət haqqının ödənilməsinə dair müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** saylı sənəd üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin elektron təsdiqetmə bildirişindən görünür ki, 36 AZN məbləğində xidmət haqqı ödənilmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH Seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Naxçıvan MR, Babək rayonu, Zeynəddin kəndində, 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 56.78 kv.m yaşayış, 69.95 kv.m köməkçi sahədən ibarət **********01-10301 reyestr saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına Daşınmaz əmlakın dövlət reyestrində 23/3 saylı reyestr kitabının 534 saylı vərəqində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, 3752 saylı Arayışdan görünür ki, mülkiyyət hüququ Cavabdeh məxsus Naxçıvan MR, Babək rayonu, Zeynəddin kəndi ünvanında 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 121.73 kv.m olan 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 23/3 saylı reyestr kitabının 534 saylı vərəqində qeydiyyata alınmış, eyni zamanda xx.xx.2021-ci il tarixinə olan məlumata əsasən həmin əmlaka dair məhdudiyyət və yüklülük qeydə alınmamışdır. 13 may 2024-cü il tarixli, 410 saylı ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmənin 19 mart 2024-cü il tarixli qərardadı ilə təyin olunmuş məhkəməmühasibat ekspertizasının keçirilməsinə görə 60 (altmış) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. 19 iyul 2024-cü il tarixli, 685 saylı ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmənin 30 may 2024-cü il tarixli qərardadı ilə təyin olunmuş təkrar məhkəmə-mühasibat ekspertizasının keçirilməsinə görə 60 (altmış) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin daşınmaz əmlakın qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Naxçıvan MR, Babək rayonu, Zeynəddin kəndində 0,12 ha torpaq sahəsi üzərində yerləşən, **********01-10301 reyestr saylı fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədlərə əsasən 09 sentyabr 2024-cü il tarixinə bazar dəyəri 35200 (otuz beş min iki yüz) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, bir tərəfdən "xxxx" ASC-nin Naxçıvan filialı və Naxçıvan MR X2maqla digər tərəfdən borc alan Cavabdeh arasında 28 iyul 2021-ci il tarixli, 2807/01/SİF saylı Kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən Borcalana Heyvandarlıq təsərrüfatının yaradılması məqsədilə illik 5% dərəcəsilə 36 ay müddətinə 22 500 (iyirmi iki min beş yüz) manat məbləğində kredit verilmiş, kreditin verilməsi iş materiallarında olan xəzinə məxaric orderi və hesabdan çıxarışlarla təsdiq edilmişdir. Borcalan bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə hər ay müəyyən edilmiş məbləğdə krediti və kredit üzrə hesablanacaq faizləri kreditora qaytarmağı öhdəsinə götürmüş, eyni zamanda bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə tərəflər arasında 28 iyul 2021-ci il tarixli İpoteka müqaviləsi bağlanmışdır. Beləliklə, hazırki vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin: 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik icra edilsə də, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyindən, nəticədə bank tərəfindən kredit reyestrində xx.xx.2023-cü il tarixə adına 287 gecikmə günü qeydə alınmış, borcalan Cavabdeh borcun qaytarılması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmiş, buna baxmayaraq borcalan tərəfindən öhdəliyin icra edilməsi istiqamətində müsbət irəliləyiş olmamışdır. İddiaçı bu əsaslardan irəli gələrək 28 iyul 2021-ci il tarixli, 2807/01/SİF saylı kredit müqaviləsi üzrə Cavabdeh adına 19 dekabr 2023-cü il tarixə 17 585 (on yeddi min beş yüz səksən beş) manat əsas borc, 213.21 (iki yüz on üç manat 21 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 17798.21 (on yeddi min yeddi yüz doxsan səkkiz manat 21 qəpik) manat məbləğində borc öhdəliyinin yarandığını iddia etməklə 19 dekabr 2023-cü il tarixli, 1549 saylı arayışı sübut qismində iddia ərizəsinə əlavə etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, 19 dekabr 2023-cü il tarixli, 1549 saylı arayışda Cavabdeh 25500 (iyirmi beş min beş yüz) manat məbləğində kredit verildiyi qeyd edilsə də, 28 iyul 2021-ci il tarixli, 2807/01/SİF saylı Kredit müqaviləsinə digər sənədlərə əsasən cavabdehə 22500 (iyirmi iki min beş yüz) manat məbləğində kredit verilməsi müəyyən edildiyindən, həmin arayışda qeyd olunmuş 25500 (iyirmi beş min beş yüz) texniki səhvlik kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin vaxtında icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Beləliklə, iddiaçı pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə əsas borc və ona hesablanmış faizlərin ödənilməsi hissədə Cavabdeh qarşı tələb hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə öz təşəbbüsü ilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin 19 mart 2024-cü il tarixli, e-2-2(123)-168/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq 15 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024-cü il tarixli, 410 saylı ekspert rəyindən görünür ki, Təqdim olunmuş hesabdan çıxarış məlumatları və 28 iyul 2021-ci il tarixli, 2807/01/SİF saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh, "xxxx" ASC-yə kredit üzrə xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 17327,69 (on yeddi min üç yüz iyirmi yeddi manat altmış doqquz qəpik) manat, faiz borcu 348,06 (üç yüz qırx səkkiz manat altı qəpik) manat olmaqla, ümumilikdə 17675,75 (on yeddi min altı yüz yetmiş beş manat yetmiş beş qəpik) manat təşkil edir. İddiaçının nümayəndəsi tərəfindən 29 may 2024-cü il tarixdə elektron qaydada məhkəməyə “Təkrar ekspertizanın təyin edilməsi barədə” ərizə ünvanlanaraq, həmin ərizədə rəyə əsasən iddia tələbi ilə müqayisədə qalıq əsas borcun 257.31 manat az, faiz borcun isə 134.85 manat çox göstərildiyi qeyd olunmuş, Cavabdeh qalıq borcunun dəqiqləşdirilməsi və ekspert qarşısında qoyulmuş suallara ətraflı şəkildə rəy verilməsi üçün e-2-2(123)-168/2024 saylı iş üzrə təkrar ekspertiza təyin edilməsi xahiş edilmişdir. Belə ki, məhkəmənin 30 may 2024-cü il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq 25 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024-cü il tarixli, 685 saylı ekspert rəyindən görünür ki, Təqdim olunmuş hesabdan çıxarış məlumatları və 28 iyul 2021-ci il tarixli, 2807/01/SİF saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh, "xxxx" ASC-yə kredit üzrə xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 17504,19 (on yeddi min beş yüz dörd manat on doqquz qəpik) manat, faiz borcu 119,13 (bir yüz on doqquz manat on üç qəpik) manat olmaqla, ümumilikdə 17623,31 (on yeddi min altı yüz iyirmi üç manat otuz bir qəpik) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə ki, iddiaçının tələbinə nəzər saldıqda görünür ki, kredit müqaviləsinə əsasən 17 585 (on yeddi min beş yüz səksən beş) manat əsas borc, 213.21 (iki yüz on üç manat 21 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 17798.21 (on yeddi min yeddi yüz doxsan səkkiz manat 21 qəpik) manat məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi xahiş edilmişdir. 13 may 2024-cü il tarixli, 410 saylı ekspert rəyi ilə 19 iyul 2024-cü il tarixli, 685 saylı ekspert rəyi bir-birilə ziddiyyət təşkil etdiyindən, hər iki ekspert rəyləri ilə razılaşmayaraq məhkəmə verilmiş iddia tələbinin təmin edilməsi qənaətindədir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcuna münasibətdə əsaslı olduğundan təmin edilməlidir. Qeyd edilənlərdən əlavə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iş üzrə tərəflər arasında 28 iyul 2021-ci il tarixli İpoteka müqaviləsi bağlanmışdır. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Belə ki, həmin Məcəllənin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 271.2-ci maddəsinə əsasən girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Əsas öhdəliyin xitamı, o cümlədən etibarsızlığı ipoteka müqaviləsinin də xitamına səbəb olduğu halda, sonuncunun xitamı heç bir halda əsas öhdəliyin xitamına gətirib çıxarmır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 aprel 2023-cü il tarixli qərarı). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. 4.1.1-ci və 4.1.2-ci maddələrinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc və faizlər də daxil edilməklə tam həcmdə təmin edilir. 4.1 və 4.1.4-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 47.5-ci maddəsinə əsasən İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İddia tələbinin tutmanın ilkin satış qiyməti 33900 (otuz üç min doqquz yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti xx.xx.2012-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********01-10301 reyestr saylı Naxçıvan MR, Babək rayon Zeynəddin kəndində olan 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsinə dair hissədə məhkəmə qeyd edir ki, tərəflər kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə ipoteka müqaviləsi bağlamışlar. Beləliklə, bu hal ipoteka saxlayana əsas verir ki, öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinin tələbinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, mülkiyyət hüququ Cavabdeh məxsus Naxçıvan MR, Babək rayonu, Zeynəddin kəndində, 0.12 ha torpaq sahəsində yerləşən **********01-10301 reyestr saylı əmlakın ilkin satış qiyməti tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən 33900 manat 00 qəpik (otuz üç min doqquz yüz manat sıfır qəpik) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə müəyyən edilən hallar əsasında işin obyektivliyini təmin etmək məqsədilə xx.xx.2024-cü il tarixdə ipoteka predmeti olan əmlakın qiymətləndirilməsinə dair ekspertiza təyin edərək real bazar və likvid qiymətlərinin ayrı-ayrılıqda müəyyən edilməsi məqsədilə əmlakın qiymətləndirilməsinə dair ekspert qarşısında müvafiq suallar qoymuşdur. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin daşınmaz əmlakın qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli arayışından aydın olur ki, Naxçıvan MR, Babək rayonu, Zeynəddin kəndində 0,12 ha torpaq sahəsi üzərində yerləşən Cavabdeh mülkiyyətində olan **********01-10301 reyestr saylı fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədlərə əsasən 09 sentyabr 2024-cü il tarixinə bazar dəyəri 35200 (otuz beş min iki yüz) manat təşkil edir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, sözügedən arayışa əsasən Cavabdeh məxsus Naxçıvan MR, Babək rayonu, Zeynəddin kəndində 0,12 ha torpaq sahəsində yerləşən **********01-10301 reyestr saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 35200 manat (otuz beş min iki yüz) manat məbləğində əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi əsaslı olduğundan tam təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3-cü maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 17798.21 (on yeddi min yeddi yüz doxsan səkkiz manat 21 qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 143,39 (bir yüz qırx üç manat otuz doqquz qəpik) manat olaraq müəyyən edilir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Beləliklə, X4 X16 Etdirilə Bilməməsi barədə 14 noyabr 2023-cü il tarixli arayışdan məlum olur ki, keçirilən İMS-də Naxçıvanbank ASC-nin nümayəndəsi X9 və Cavabdeh iştirak etmiş, iddiaçı Naxçıvanbank ASC-nin nümayəndəsi tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənildiyindən, iddiaçı iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 143,39 (bir yüz qırx üç manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumu ödəməkdən azad edilmişdir. Nəticədə məhkəmə hesab edir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, 143,39 (yüz qırx üç manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə (100 faiz) mütənasib olaraq Cavabdeh alınaraq dövlət gəlirinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə” müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırki tələb üzrə cavabdeh ilkin mediasiya sessiyasında iştirak etdiyindən və X7 keçirilməsi ilə bağlı xərclər iddiaçı tərəfindən ödənildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci tərəflər arasında bərabər şəkildə bölüşdürülərək Cavabdeh 100 (bir yüz) manat tutularaq İddiaçı ASC-yə ödənilməli, qalan 100 (bir yüz) manat isə təmin edilməməklə iddiaçının özünə aid edilməlidir. Bundan əlavə məhkəmənin 19 mart 2024-cü il tarixli, e-2-2(123)-168/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsində, 15 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024-cü il tarixli, 410 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddia təmin olunduğundan Cavabdeh alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X11 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. O cümlədən, məhkəmənin 30 may 2024-cü il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq, 25 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024-cü il tarixli, 685 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddia təmin olunduğundan Cavabdeh alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X11 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Məhkəmənin 09 avqust 2024-cü il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi ekspertizasının nəticəsi olaraq 19 sentyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikasınin İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Qiymətləndirilməsinə dair arayışına əlavə edilmiş 04/943 saylı, 18 sentyabr 2024-cü il tarixli məktubuna münasibətdə qeyd edir ki, əmlakın qiymətləndirilməsinə görə müəyyən olunmuş 120 manat məbləğində xidmət haqqı iddia təmin olunduğundan Cavabdeh alınıb X12 filialında olan hesabına (Kodu:200015, VÖEN: **********, Müxbir hesabı: AZ37NABZ********************, S.W.İ.F.T BİİK: AİİBAZ2XXX, Alan müştəri: NMR İQ Y EMLAK DXT DAS E DKR PHS, Hesab: AZ12AİİB30H**********500, VÖEN:**********) ödənilməlidir. Məhkəmə iddia tələbinin “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 52.48 (əlli iki manat 48 qəpik) manat məbləğin Bankın xeyrinə ödənilməsinə dair hissədə bildirir ki, iş materiallarında olan qəbzlərdəki ödəmələrdə 15 manat və 36 manatın ödənildiyi öz əksini tapdığından iddiaçı tərəfindən tələb edilən 52.48 (əlli iki manat 48 qəpik) manat deyil, 15+36=51 (əlli bir) manat təmin edilməli, nəticədə, “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 51 (əlli bir) manat məbləğində xidmət haqqı Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Nəticədə, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh əsas borc üzrə 17 585 (on yeddi min beş yüz səksən beş) manat, faiz borcu üzrə 213.21 (iki yüz on üç manat 21 qəpik) manat olmaqla, ümumilikdə 17798.21 (on yeddi min yeddi yüz doxsan səkkiz manat 21 qəpik) manat alınıb İddiaçı ASC-yə ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin 100 (yüz) manat məbləği Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, Cavabdeh 143,39 (yüz qırx üç manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət gəlirinə ödənilməli, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024-cü il tarixli, 410 saylı saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci Cavabdeh alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X11 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməli, məhkəmənin 30 may 2024cü il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq, 25 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024-cü il tarixli, 685 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci Cavabdeh alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X11 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməli, Naxçıvan Muxtar Respublikasınin İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Qiymətləndirilməsinə dair arayışına əlavə edilmiş 04/943 saylı, 18 sentyabr 2024-cü il tarixli məktubuna müvafiq olaraq əmlakın qiymətləndirilməsinə görə müəyyən olunmuş 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqı Cavabdeh alınıb X12 filialında olan hesabına (Kodu:200015, VÖEN: **********, Müxbir hesabı: AZ37NABZ********************, S.W.İ.F.T BİİK: AİİBAZ2XXX, Alan müştəri: NMR İQ Y EMLAK DXT DAS E DKR PHS, Hesab: AZ12AİİB30H**********500, VÖEN:**********) ödənilməli, İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 51 (əlli bir) manat məbləğində xidmət haqqı Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməli, yuxarıda qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma mülkiyyət hüququ Cavabdeh məxsus Naxçıvan MR, ünvan 2ndə yerləşən **********01-10301 reyestr saylı fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evinin ilkin satış qiyməti 35200 manat (otuz beş min iki yüz) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait Cavabdeh İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli, artıq qalan məbləğ, ipoteka predmeti olan əmlakın mülkiyyətçisi Cavabdeh qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh (Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AZE0*******, FİN :xxxxxxx, VÖEN-**********) əsas borc üzrə 17 585 (on yeddi min beş yüz səksən beş) manat, faiz borcu üzrə 213.21 (iki yüz on üç manat 21 qəpik) manat olmaqla, ümumilikdə 17798.21 (on yeddi min yeddi yüz doxsan səkkiz manat 21 qəpik) manat alınıb İddiaçı ASC-yə (VÖEN: **********) ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin 100 (yüz) manat məbləği Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh 143,39 (bir yüz qırx üç manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət gəlirinə ödənilsin. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024-cü il tarixli, 410 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci Cavabdeh alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X11 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilsin. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024-cü il tarixli, 685 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci Cavabdeh alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X11 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilsin. Naxçıvan Muxtar Respublikasınin İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Qiymətləndirilməsinə dair arayışına əlavə edilmiş 04/943 saylı, 18 sentyabr 2024-cü il tarixli məktubuna müvafiq olaraq əmlakın qiymətləndirilməsinə görə müəyyən olunmuş 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqı Cavabdeh alınıb X12 filialında olan hesabına (Kodu:200015, VÖEN: **********, Müxbir hesabı: AZ37NABZ********************, S.W.İ.F.T BİİK: AİİBAZ2XXX, Alan müştəri: NMR İQ Y EMLAK DXT DAS E DKR PHS, Hesab: AZ12AİİB30H**********500, VÖEN:**********) ödənilsin. İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə 51 (əlli bir) manat məbləğində xidmət haqqı Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. Yuxarıda qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma mülkiyyət hüququ Cavabdeh məxsus Naxçıvan MR, ünvan 2ndə yerləşən **********01-10301 reyestr saylı fərdi yaşayış evinə yönəldilsin. Mülkiyyət hüququ Cavabdeh məxsus Naxçıvan MR, ünvan 2ndə yerləşən **********01-10301 reyestr saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 35200 manat (otuz beş min iki yüz) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğ, ipoteka predmeti olan əmlakın mülkiyyətçisi Cavabdeh qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar