Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-50/2022 10.08.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: Təsviri hissə: İddiaçı "xxxx" ASC 26 may 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 20 noyabr 2019-cu il tarixli, KT2011/15 saylı kredit müqaviləsi üzrə 17 yanvar 2022-ci il tarixə olan 1546.49 (bir min beş yüz qırx altı manat 49 qəpik) manat gecikdirilmiş faiz, 4663.31 (dörd min altı yüz altmış üç manat 31 qəpik) manat gecikdirilmiş əsas borc olmaqla, ümumilikdə 6209.80 (altı min iki yüz doqquz manat 80 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin” dövlət qeydiyyatına alınmasına görə 40 (qırx) manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 83.50 (səksən üç manat 50 qəpik) manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 (yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın tərəflərin qarşılıqlı razılığı əsasında 9000 (doqquz min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan MR DƏDRX tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********97-10301 reyestr nömrəli Naxçıvan MR, Şərur rayonu, Vərməziyar kəndində mülkiyyətində olan 0.1645 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76.74 kv.m yaşayış, --- kv.m qeyri yaşayış, 37.27 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, tutma yönəldildikdə və ya satıldıqda 1 ay ərzində həmin yaşayış evində qeydiyyatda olan şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq yararlı vəziyyətdə təhvil verilməsi, satış pulundan daxil olan vəsait kredit borcunu ödəmədiyi halda borcalana məxsus digər əmlaklara tələb yönəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə 08 avqust 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbinə e-2-2(123)-50/2022 saylı iş üzrə məhkəmə tərəfindən baxıldığını, cavabdeh tərəfindən kredit borcu üzrə 2300.00 (iki min üç yüz) manat ödəniş olduğundan kreditin restrukturizasiya olunması ilə bağlı qərar qəbul edildiyini, cavabdeh tərəfindən 100 (bir yüz) manat mediasiya və 40 (qırx) manat "ipoteka predmetinə tutma yönəldilməsi haqqında" bildiriş üçün ödənilmiş vəsaitin geri ödənildiyini bildirib, qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi 10 avqust 2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən olunmuş qaydada xəbər verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəni iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən məhkəmələr tərəfindən ərizələr (şikayətlər) qaytarıldıqda ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. (2.1.2; 4.1) Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə ərizəsi təmin edilməli, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə, ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 83,50 (səksən üç manat, əlli qəpik) məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə, ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 83,50 (səksən üç manat, əlli qəpik) məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-50/2022
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-50/2022
10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver