Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-50/2023 10.10.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X7 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi Nümayəndə2, Cavabdeh2 nümayəndəsi Nümayəndə4 və “Naxçıvan Muxtar Respublikasının X5” X11 nümayəndəsi Nümayəndə5 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə, “Naxçıvan Muxtar Respublikasının X5” X12 və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı kredit borcunun tutulması tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 03 aprel 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03 aprel 2013-cü il tarixli, 03-04/003/S saylı, 25 aprel 2013-cü il tarixli, 25-04/007/S saylı, 17 iyul 2013-cü il tarixli, 17-07/015/S saylı kredit müqavilələri üzrə ümumilikdə 405 860,03 (dörd yüz beş min səkkiz yüz altmış manat üç qəpik) manat kredit borcunun, ödənilmiş 295.86 manat iddia ərizəsinin verilməsi üçün dövlət rüsumunun və mediasiya xərci olaraq ödənilmiş 400 manat mediasiya xərcinin “ARAZ-3 MMC, Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi və Naxçıvan Muxtar Respublikası X1 (Əvvəlki: Naxçıvan MR X9) müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tərəf iddia ərizəsində İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 03 aprel 2013-cü il tarixli, 03-04/003/S saylı kredit müqaviləsinə əsasən 84 ay müddətinə 200 000 (iki yüz min) manat, 25 aprel 2013-cü il tarixli, 25-04/007/S saylı kredit müqaviləsinə əsasən 84 ay müddətinə 200 000 (iki yüz min) manat, 17 iyul 2013-cü il tarixli, 17-07/015/S saylı kredit müqaviləsinə əsasən 84 ay müddətinə 220 000 (iki yüz iyimi min) manat məbləğində Cavabdeh2 MMC-yə kredit verildiyini, əlavə olaraq İddiaçı ASC ilə Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi və Naxçıvan Muxtar Respublikası X5 (Əvvəlki: Naxçıvan MR X9) arasında 03 aprel 2013-cu il tarixli, 03-04/001 saylı, 25 aprel 2013-cü il tarixli, 25-04/022 saylı və 17 iyul 2013-cü il tarixli, 17-07/003 saylı zaminlik müqavilələri bağlanıldığını, zaminlik müqavilələrində 03 aprel 2013-cü il tarixli, 03-04/003/S saylı, 25 aprel 2013-cü il tarixli, 25- 04/007/S saylı, 17 iyul 2013-cü il tarixli, 17-07/015/S saylı kredit müqavilələri üzrə bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Naxçıvan MR İqtisadiyyat Nazirliyi (Əvvəlki: Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi) və Naxçıvan Muxtar Respublikası X2 (Əvvəlki: Naxçıvan MR X8) borc alanla eyni dərəcədə məsuliyyətinin olmasının əks olunduğunu, bundan əlavə Naxçıvan MR Nazirlər Kabinetinin 08 noyabr 2017-ci il tarixli, 89S saylı Sərancamına əsasən Cavabdeh2 MMC-nin verilmiş kreditlərin son ödəmə tarixinin 3 (üç) il müddətinə uzadıldığını, beləliklə, 16 mart 2023-cü il tarixli maliyyə arayışına əsasən “ARAZ-3 MMC, Naxçıvan MR İqtisadiyyat Nazirliyi (Əvvəlki: Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi) və Naxçıvan Muxtar Respublikası X2 (Əvvəlki: Naxçıvan MR X9) 03 aprel 2013-cü il tarixli, 03-04/003/S saylı, 25 aprel 2013-cü il tarixli, 25-04/007/S saylı, 17 iyul 2013-cü il tarixli, 17-07/015/S saylı kredit müqavilələri üzrə ümumilikdə 405 860,03 (dörd yüz beş min səkkiz yüz altmış manat üç qəpik) manat kredit borcu qaldığını, iddiaçının tələbini əsaslandırdığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqavilələri, zaminlik müqavilələri, Naxçıvan MR Nazirlər Kabinetinin 08 noyabr 2017-ci il tarixli 89S saylı Sərancamı və kredit borcuna dair maliyyə arayışı olduğunu, cavabdehlərə borcun qaytarılması haqqında tərəflərindən dəfələrlə xəbərdarlıq olunduğunu, lakin buna baxmayaraq bu günə kimi borcun ödənilməsi üçün tədbirlər görülmədiyini, həmçinin qanunvericiliyin tələblərinə əsasən yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həll olunmasından ötrü cavabdehə mediasiya təklifi göndərildiyini, daha sonra ilkin mediasiya sessiyasının keçirilməsi üçün X4 tərəflərindən müraciət göndərildiyini, X3 ilkin mediasiya keçirilməsi barədə tərəflərə bildiriş göndərdiyini, lakin İddiaçı ASC-dən başqa digər tərəflərdən heç birinin mediasiya sessiyasında iştirak etmədiklərini, bank olaraq öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqlarını qeyd edərək “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.7, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36.2, 385.1, 442, 472.1 və 739-cu maddələrinə istinad etmişdir. Məhkəməyə cavabdehlər tərəfindən etiraz daxil olmamışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 15 may 2023-cü il tarixdə məhkəmədə verdiyi izahında 03 aprel 2013-cü il tarixli, 03-04/003/S saylı, 25 aprel 2013-cü il tarixli, 25-04/007/S saylı, 17 iyul 2013-cü il tarixli, 17-07/015/S saylı kredit müqavilələri üzrə ümumilikdə 405 860,03 (dörd yüz beş min səkkiz yüz altmış manat üç qəpik) manat kredit borcunun, ödənilmiş 295.86 manat iddia ərizəsinin verilməsi üçün dövlət rüsumunun və mediasiya xərci olaraq ödənilmiş 400 manat mediasiya xərcinin “ARAZ-3 MMC, Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi və Naxçıvan Muxtar Respublikası X1 (Əvvəlki: Naxçıvan MR X9) müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, 31 avqust 2023-cü il tarixdə məhkəmədə verdiyi izahatında onların bu kreditdə faizləri, yəni xeyirləri olmadığını, kreditləri 2011-ci, 2012-ci və 2013-cü ildə dayandırdıqlarını, dayandırma səbəblərinin X6 xətti ilə verilən kreditlər çox olduğundan səlahiyyətlərinin, yəni kapitalın 50 faizi aşdığını, məktub ilə 2 və ya 3 dəfə müraciət etdiklərini, onlarının iştirakı ilə bu kreditin verilməsinə özlərinin, yəni qarşı tərəfin razılıq veridiyini, kredit müqaviləsi və zaminlik müqaviləsi tərtib etdiklərini qeyd etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi Nümayəndə2 15 may 2023-cü il tarixdə məhkəmədə verdiyi izahında Cavabdeh2 Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin 2010-cu ildə təsis etdiyi bir qurum olduğunu, cəmiyyətin təsis olunmasında məqsədin Muxtar Respublikada cips və alma sirkəsi istehsalı, eyni zamanda milli şirniyyat sahəsində əhalinin tələbatının qarşılanması istiqamətində olduğunu, ötən müddət ərzində iddiaçının nümayəndəsinin də qeyd etdiyi kimi həmin kreditlərin, həqiqətən də, Cavabdeh2 tərəfindən götürüldüyü və bir hissəsinin ödənilməsinin həyata keçirildiyi son 3 il müddətində demək olar ki, cəmiyyətin fəaliyyətinin tamamilə sıfıra endiyini, haliyədə cəmiyyətin fəaliyyət göstərmədiyini, yəni bu gün üçün heç bir fəaliyyəti olmadığını, işçilərinin də işdən azad olunduğunu, bir direktorun sənədlərin imzalanması üçün saxlanıldığını, onun da haliyədə Bakıda olduğunu, bu gün bu borcun mövcud olduğunu, lakin hazırda cəmiyyətin həmin vəsaiti ödəmək imkanın olmadığını, iddia haqlı olaraq qaldırıldığını cəmiyyətin borcu olduğunu, lakin cəmiyyətin o vəsaiti hazırda ödəmək iqtidarında olmadığını, 22 avqust 2023-cü il tarixdə məhkəmədə verdiyi izahında "xxxx" MMC ləğv etmə prosesində olduğunu, müəssisənin fəaliyyətini tam dayandırdığını, cəmiyyətin direktorunun səhhətində problem olduğundan Bakıda müalicə aldığını, bu səbəbdən də məhkəmə iclasında iştirak etmədiyini, müəssisənin direktorunun Nümayəndə4 olduğunu, bunun rəsmi ləğv etmə olmadığını, lakin müəssisənin demek olar ki, tam fəaliyyətini dayandırdığını, onu artıq özəlləşdirməyə hazırladıqlarını, özəlləşdirə bilməsələr, onlara vəsait ödəyə bilməyəcəklərini, müəssisənin vəsaitinin olmadığını, qarşı tərəfin onlar ilə razılşmalı olduğunu, onların da özəlləşdirmə açıq elan edərək müəssisəni özəlləşdirib, vəsaiti ödəyəcəklərini, çünki onun dövlət mülkiyyəti olduğunu və dövlət mülkiyyətini birbaşa satışa çıxara bilmədiklərini, dövlət mülkiyyəti olduğundan və səhmlərin yüz faizi dövlətə məxsus olduğundan özəlləşdirib vəsaiti ödəyəcəklərini, 31 avqust 2023-cü il tarixdə məhkəmədə verdiyi izahatında "xxxx" MMC-nin fəaliyyətinin tamamilə dayandırıldığını, müəssisənin vergi ödəyicisi kimi fəaliyyətini dayandırmadığını, bu müəssisənin əlavə öhdəliklərinin də olduğunu, bu müəssiəsini özəlləşdirmək və müəssisənin üzərində olan bütün öhdəliklərin bağlanılmasını istədiklərini, səhmlərin də yüz faiz dövlətə məxsus olduğu üçün onların burada iştirak etdiklərini, 18 sentyabr 2023-cü il tarixdə məhkəmədə verdiyi izahatında girov müqaviləsinin düzgün bağlanmadığını, yəni o dövrdə hər hansı bir kreditin təminatı girov müqaviləsi deyil, daşınmaz əmlakın yüklü olması olduğunu, bu gün cəmiyyətin fəaliyyət göstərmədiyini, tutaq ki, öhdəlik qoyduqlarını, İqtisadiyyat Nazirliyi o vəsaiti haradan ödəyəcəyini?! ödəyə bilməyəcəyini, pulun sahibinin zamin kimi qoyulduğunu, pulun sahibinin Fond olduğunu, borclunun cəmiyyət olduğunu ancaq pulun Fondun pulu olduğunu, Fondun bu iş üzrə zamin durmasının qeyri-qanuni olduğunu qeyd etmişdir. Cavabdeh2 nümayəndəsi Nümayəndə4 məhkəmə iclasında iddianı qəbul etmədiklərini bildirərək ifadəsini bitirmişdir. “Naxçıvan Muxtar Respublikasının X5” X11 nümayəndəsi Nümayəndə5 iddianı qəbul etmədiklərini bildirərək ifadəsini bitirmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçının digər nümayəndəsi Nümayəndə1 məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq iddiaçının digər nümayəndəsi Nümayəndə1 iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, mülahizələrini və dəlillərini dinləyərək, iş materiallarını öyrənərək, təqdim edilmiş sübutları araşdıraraq və onlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək aşağıdakıları aydınlaşdırdı. İş materiallarında əlavə edilmiş: 16 mart 2023- cü il tarixli 15/2973 saylı maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 03 aprel 2013 cü il tarixli, 03-04/003/S saylı kredit müqaviləsinə əsasən 84 ay müddətinə 200.000 ( iki yüz min) manat, 25 aprel 2013-cü il tarixli, 25-04/007/S saylı kredit müqaviləsinə əsasən 84 ay müddətinə 200.000 ( iki yüz min) manat, 17 iyul 2013-cü il tarixli, 17-07/015/S saylı kredit müqaviləsinə əsasən 84 ay müddətinə 220.000 (iki yüz iyirmi min) manat məbləğində Cavabdeh2 MMC-yə kredit verilmişdir. 16 mart 2023-cü il tarixə Cavabdeh2 MMC-nin, Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi və Naxçıvan MR X6 03 aprel 2013-cü il tarixli, 03-04/003/S saylı, 25 aprel 2013- cü il tarixli, 25-04/007/S saylı, 17 iyul 2013-cü il tarixli,17-07/015/S saylı kredit müqavilələri üzrə ümumillikdə 405 860,03 (dörd yüz beş min səkkiz yüz altmış manat üç qəpik) borcu vardır. Naxçıvan Muxtar Respublikasının X9 tərəfindən Kapital Bank ASC Naxçıvan MR Baş İdarəsinin rəisi O.A.Qurbanova göndərilmiş müşayiət məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 08 noyabr 2017-ci il tarixli 89s saylı sərəncamına əsasən Cavabdeh2 fəaliyyətinin stimullaşdırılması məqsədilə X9 tərəfindən ayrı-ayrı müddətlərdə verilmiş kreditlərinin son ödəmə tarixi 3 (üç) il müddətinə uzadılmışdır. 03 aprel 2013-cü il tarixli, 03-04/003/S saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Naxçıvan MR Baş İdarəsi ilə Cavabdeh2 arasında müvafiq şərtlərlə kredit müqaviləsi bağlanmış, kreditor bu müqaviləsinin şərtlərinə uyğun olaraq Naxçıvan MR Nazirlər Kabinetinin 06 mart 2013-cü il tarixli 19s nömrəli sərəncamına əsasən borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarmaq, faizlər ödənilmək və təminatlılıq şərti ilə 200 000 (iki yüz min) manat məbləğində kredit verilməsini öhdəsinə götürmüşdür. 03 aprel 2013-cü il tarixli, 03-04/001 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC Naxçıvan MR Baş İdarəsi ilə Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Naxçıvan Muxtar Respublikasının X9 arasında zaminlik müqaviləsi bağlanmış, zamin (Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Naxçıvan Muxtar Respublikasının X9) 03 aprel 2013-cü il tarixli, 03-04/003/S saylı kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. 25 aprel 2013-cü il tarixli, 25-04/007/S saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Naxçıvan MR Baş İdarəsi ilə Cavabdeh2 arasında müvafiq şərtlərlə kredit müqaviləsi bağlanmış, kreditor bu müqaviləsinin şərtlərinə uyğun olaraq Naxçıvan MR Nazirlər Kabinetinin 06 mart 2013-cü il tarixli 19s nömrəli sərəncamına əsasən borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarmaq, faizlər ödənilmək və təminatlılıq şərti ilə 200 000 (iki yüz min) manat məbləğində kredit verilməsini öhdəsinə götürmüşdür. 25 aprel 2013-cü il tarixli, 25-04/002 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC Naxçıvan MR Baş İdarəsi ilə Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Naxçıvan Muxtar Respublikasının X9 arasında zaminlik müqaviləsi bağlanmış, zamin (Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Naxçıvan Muxtar Respublikasının X9) 03 aprel 2013-cü il tarixli, 25-04/007/S saylı kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. 17 iyul 2013-cü il tarixli, 17-07/015/S saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Naxçıvan MR Baş İdarəsi, Naxçıvan Muxtar Respublikasının X9 və Cavabdeh2 arasında müvafiq şərtlərlə kredit müqaviləsi bağlanmış, borcverən (Naxçıvan Muxtar Respublikasının X9) bu müqaviləsinin şərtlərinə uyğun olaraq borcalana (Cavabdeh2) Bank vasitəsi ilə məqsədli, qaytarılmaq, müəyyən müddətə istifadə etmək şərti ilə 220 000 (iki yüz iyirmi min) manat məbləğində pul vəsaiti verilməsini öhdəsinə götürmüşdür. 17 iyul 2013-cü il tarixli, 17-07/003 saylı zaminlik müqaviləsindən görünür ki, “İddiaçı ASC Naxçıvan MR Baş İdarəsi ilə Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Naxçıvan Muxtar Respublikasının X9 arasında zaminlik müqaviləsi bağlanmış, zamin (Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Naxçıvan Muxtar Respublikasının X9) 17 iyul 2013-cü il tarixli, 17-07/015/S saylı kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2023-cü il tarixli, 597 saylı rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh2 MMC ilə İddiaçı ASC arasında bağlanmış 03 aprel 2013-cü il tarixli, 03-04/003/S saylı, 25 aprel 2013-cü il tarixli, 25-04/007/S saylı və 17 iyul 2013-cü il tarixli, 17-07/015/S saylı kredit müqavilələrinin şərtlərinə, hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh2 MMC-nin, İddiaçı ASC-yə 26 dekabr 2022-ci il tarixə (son ödəmə tarixinə) hər üç müqavilə üzrə olan əsas borcu ümumilikdə 405 860,03 (dörd yüz beş min səkkiz yüz altmış manat üç qəpik) manat təşkil edir. Beləliklə iddia ərizəsində müəyyən edilmiş İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanılmış 03 aprel 2013-cü il tarixli, 03-04/003/S saylı, 25 aprel 2013-cü il tarixli, 25-04/007/S saylı və 17 iyul 2013-cü il tarixli, 17-07/015/S saylı kredit müqavilələri üzrə ümumilikdə 405 860,03 ((dörd yüz beş min səkkiz yüz altmış manat üç qəpik) manat məbləğində borc iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən düzgün hesablanmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan müvafiq sənədlərdən müəyyən olunur ki, tərəflər arasında kredit müqavilələrindən irəli gələn öhdəlik münasibəti mövcud olmuşdur. Tərəflər iş materiallarında göstərilən kredit müqavilələri ilə üzərinə öhdəlik götürmüş, öhdəliyinin icrasının təminin üsulu olaraq kredit müqavilələri üzrə zaminlik müqavilələri bağlanılmış və zaminlər zaminlik müqavilələri ilə zamin kimi öz üzərlərinə məsuliyyət götürmüşdürlər. Belə ki, cavabdehlər tərəfindən öhdəliklərinin icrasını təmin edilməsi məqsədilə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər də aiddir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 474.1-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3-ci maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Maddə 476-ci maddəsinə əsasən zaminliklə təmin edilən öhdəliyi icra etmiş borclu bu barədə dərhal zaminə məlumat verməlidir. 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. 477.0.2-ci maddəsinə əsasən əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə zaminliyə xitam verilir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə cavabdehlərdən “Naxçıvan Muxtar Respublikasının X5” X14-nin (Əvvəlki adı: Naxçıvan MR X9) və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyin-nin (Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi) xidməti adlarının dəyişməsinə münasibət bildirərkən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur müddəasına dayanaraq tərəflər tərəfindən bu məsələnin mübahisələndirilə bilinməyəcəyini qeyd edir. Mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Bu sübutlara həmçinin ekspert rəyləri də aiddir. Məhkəmə məhkəmə-mühasibatlıq ekspertizası keçirmiş, ekspert qarşısındakı sualları həmin tələbə uyğun olaraq tərtib etmiş və müvafiq rəy almışdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək rəyi real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edib həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2023-cü il tarixli, 597 saylı məhkəmə eksperizasının rəyi (məhkəmə-mühasibatlıq ekspertizasının rəyi) mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, 04 avqust 2023-cü il tarixli, 597 saylı məhkəmə eksperizasının rəyi (məhkəməmühasibatlıq ekspertizasının rəyi) ilə cavabdehlərin iddiaçıya kredit müqavilələri üzrə 405 860,03 manat məbləğində borcu qaldığını müəyyən edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı) Ona görə də Məhkəmə 04 avqust 2023-cü il tarixli, 597 saylı məhkəmə eksperizasının rəyi (məhkəmə-mühasibatlıq ekspertizasının rəyi) rəyini sübut növü kimi qəbul edib, həmin rəylə razılaşaraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli, 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (Nümayəndə3anın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.4-cü maddələrinə uyğun olaraq hazırkı tələbi ilə bağlı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumun məbləği 695.86 manat təşkil edir. Belə ki, iddiaçı mediasiya xərclərini ödəmiş və çəkdiyi xərc həddində yəni 400 manat məbləğində dövlət rüsumundan azad olmuşdur. Qalan 295.86 manat məbləğində dövlət rüsumu isə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddia təmin ediləcəyindən, MPM-nin 119.2-ci maddəsinə uyğun olaraq iddiaçının azad edildiyi 400 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət gəlirlərinə alınmalı, iddiaçı tərəfindən ödənilmiş 295.86 manat dövlət rüsumu isə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə görə isə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qanunun qeyd edilən müddəasının məzmunundan belə məlum olur ki, cavabdehlər hazırkı tələb üzrə ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və mediasiya prosesi ilə bağlı xərclər iddiaçı tərəfindən ödənildiyindən, iddiaçının ödədiyi 400 manat məbləğində İMS xərci cavabdehlər tərəfindən müştərək qaydada ona ödənilməlidir. Beləliklə məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə, “Naxçıvan Muxtar Respublikasının X5” X12 və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı kredit borcunun tutulması tələbinə dair iddiasının təmin edilməsi, iddiaçı tərəfindən ödənilmiş 295.86 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya qaytarılması, iddiaçının azad edildiyi 400 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət gəlirlərinə alınması və iddiaçı tərəfindən X4 ödənilmiş 400 manat pul məbləği cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya verilməsi qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2ndən, “Naxçıvan Muxtar Respublikasının X5” X10 (Əvvəlki adı: Naxçıvan MR X9) və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən (Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi) müştərək qaydada 405 860,03 (dörd yüz beş min səkkiz yüz altmış manat üç qəpik) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 295.86 (iki yüz doxsan beş manat, səksən altı qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2ndən, “Naxçıvan Muxtar Respublikasının X5” X10 (Əvvəlki adı: Naxçıvan MR X9) və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən (Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi) müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçının azad edildiyi 400 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2ndən, “Naxçıvan Muxtar Respublikasının X5” X10 (Əvvəlki adı: Naxçıvan MR X9) və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən (Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi) müştərək qaydada tutularaq dövlət gəlirlərinə alınsın. İddiaçı tərəfindən X4 ödənilmiş 400 manat pul məbləği cavabdehlər Cavabdeh2ndən, “Naxçıvan Muxtar Respublikasının X5” X10 (Əvvəlki adı: Naxçıvan MR X9) və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən (Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi) müştərək qaydada alınıb iddiaçıya verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-50/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-50/2023
10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver