Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-503/2025 29.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı 27 oktyabr 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3444.58 (üç min dörd yüz qırx dörd manat 58 qəpik) manat borc pulun, vəkil xərcinə görə ödədiyi 470 (dörd yüz yetmiş) manat pulun və dövlət rüsumu kimi ödədiyi 55 (əlli beş) manat pulların alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində 2014-cü il tarixdən kimyəvi məhsulların satışı ilə əlaqədar sahibkarlıqla məşğul olduğunu, həmin tarixdən fərdi sahiblər kimi fəaliyyət göstərdiyini, 25 oktyabr 2023-cü il tarixdə onunla Cavabdeh arasında 25/10 nömrəli müqavilə bağlandığını, həmin müqavilə əsasında Cavabdeh müxtəlif vaxtlarda ondan ümumi dəyəri 20313 (iyirmi min üç yüz on üç) manat olan kimyəvi məhsullar götürdüyünü, bu günədək həmin borcdan cəmi 16868.42 (on altı min səkkiz yüz altmış səkkiz) manat ödəniş etdiyini, hazırda Cavabdeh ona 3444.58 (üç min dörd yüz qırx dörd manat 58 qəpik) manat borcunun qaldığını, bununla bağlı 15 aprel 2025-ci il tarixli üzləşmə aktının mövcüd olduğunu, həmin üzləşmə aktının tərəflər arasında imzalanaraq möhürləndiyini, dəfələrlə cavabdehdən ona olan 3444.58 (üç min dörd yüz qırx dörd manat 58 qəpik) manat borcunu geri qaytarmasını tələb etsə də, cavabdehin borcunu geri qaytarıb vermədiyini və müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayındığını, cavabdehin bu günədək borcunun qaytarılması ilə bağlı heç bir addım atmadığını və hər dəfəsində müxtəlif bəhanələrlə ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırdığını, artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəldiyini, artıq pozulmuş hüquqlarının bərpasının məhkəmə qaydasında tənzimlənməli olduğunu və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı olduğunu, cavabdeh tərəfindən ona ödənilməli olan pul ilə bağlı tələbinin təmin edilməli olduğunu, tələb etdiyi 3444.58 (üç min dörd yüz qırx dörd manat 58 qəpik) manat və vəkil xərcinə görə ödədiyi 470 (dörd yüz yetmiş) manat və 55 (əlli beş) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair müvafiq məhkəmə aktının qəbul edilməli olduğunu hesab etdiyini etdiklərini qeyd etməklə tələbini əsaslandırmış, o cümlədən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 443.1-ci, 448.1-ci, 739.1-ci maddələrinə, Azərbaycan Rеspublikası Mülki Prоsеssual Məcəlləsinin 107-ci, 115.0-cı, 115.0.6-cı, 121-ci, 121.1-ci, 149-150-ci maddələrinə, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il qərarına istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada iddia tələbinin azaldılması barədə ərizə ünvanlayaraq, həmin ərizədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3444.58 (üç min dörd yüz qırx dörd manat 58 qəpik) manat borc pulun, vəkil xərcinə görə ödədiyi 470 (dörd yüz yetmiş) manat pulun və dövlət rüsumu kimi ödədiyi 55 (əlli beş) manat pulların alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, cavabdehin o, iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra ona olan 3444.58 (üç min dörd yüz qırx dörd manat 58 qəpik) manat borcundan 500 (beş yüz) manat ödəniş etdiyini, hazırda cavabdehin ona 2944.50 manat borcu qaldığını, bu səbəbdən də tələbini azaldaraq göstərilənlərə əsasən məhkəmədən Cavabdeh 2944.50 (iki min doqquz yüz qırx dörd manat 50 qəpik) manat borc pulun, vəkil xərcinə görə ödədiyi 470 (dörd yüz yetmiş) manat pulun və dövlət rüsumu kimi ödədiyi 55 (əlli beş) manat pulların alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada iddia tələbinin azaldılması barədə ərizə ünvanlayaraq, həmin ərizədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3444.58 (üç min dörd yüz qırx dörd manat 58 qəpik) manat borc pulun, vəkil xərcinə görə ödədiyi 470 (dörd yüz yetmiş) manat pulun və dövlət rüsumu kimi ödədiyi 55 (əlli beş) manat pulların alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, cavabdehin o iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra mənə olan 3444.58 (üç min dörd yüz qırx dörd manat 58 qəpik) manat borcundan 500 (beş yüz) manat ödəniş etdiyini, daha sonra tarixdə yenidən 525.52 (beş yüz iyirmi beş manat 52 qəpik) manat ödəniş etdiyini, hazırda cavabdehin ona 2418.98 (iki min dörd yüz on səkkiz manat 98 qəpik) manat borcu qaldığını, bu səbəbdən də tələbini azaldaraq göstərilənlərə əsasən Cavabdeh 2418.98 (iki min dörd yüz on səkkiz manat 98 qəpik) manat borc pulun, vəkil xərcinə görə ödədiyi 470 (dörd yüz yetmiş) manat pulun və dövlət rüsumu kimi ödədiyi 55 (əlli beş) manat pulların alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il məhkəməyə elektron qaydada ünvanlanmış iddia tələbinin azaldılması barədə ərizələrə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin həcmi azaldılaraq işə Cavabdeh 2418.98 (iki min dörd yüz on səkkiz manat 98 qəpik) manat borc pulun, vəkil xərcinə görə ödədiyi 470 (dörd yüz yetmiş) manat pulun və dövlət rüsumu kimi ödədiyi 55 (əlli beş) manat pulların alınaraq ona ödənilməsi barədə tələb üzrə baxılmalıdır. İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında ona rəsmi şəkildə mal verdiklərini, bütün sənədlərinin olduğunu, üzləşmə aktlarının da olduğunu, pullarını istədiklərini, onunla həmişə üzləşdiklərini, axırıncı üzləşmələrinin də olduğunu, borcun üzləşmə aktında olduğunu, yəni adamın pulu danmadığını, o ödəmə ilə bağlı polisə getdiklərini, orada da izahatlar olduğunu, 5-6 ay, 1 il olduğunu, ayın 11-i ona zəng vurduğunu, məhkəməyə gedəcəyini dediyini, çünki polisin onlara köməklik etmədiyini, ayın 11-i gedəcəyini dediyini, onun da getməməsini, 1 həftəyə ona pul vuracağını dediyini, 1 həftəyə vurmadığını, haradasa ayın 24ü vurduğunu, 1 günə də, yəni ayın 25-inə sistemə oturduğunu, onlar sənəd verən günü pulun sistemə düşdüyünü, bilmədiyini bildirmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verilən sualların cavabında ƏDV ödənişlərinin ona çatdığını, iddianı müdafiə etdiyini bildirmişdir. İddiaçının vəkili Vəkil xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında tələbləri üzrə 25 oktyabr 2023-cü il tarixdə cavabdehlə iddiaçı arasında bağlanmış müqavilə mövcud olduğunu, 25/10 nömrəli həmin müqavilənin sistem üzərindən məhkəmə portalına vurulduğunu, həmin müqavilədə tərəflər arasında hazırda mübahisələndirilən pul öhdəliyinə görə yaranmış mübahisə predmetinin tam şəkildə göstərildiyini, müqavilə əsasında cavabdeh tərəfindən iddiaçıya ötən dövr ərzində 20313 manat pul ödənilməli olduğu halda, iddia ərizəsi qaldırılana qədər 16868,42 manat ödəniş edildiyini, nəticə etibarilə məhkəməyə iddia ərizəsi ilə verilənə qədər üzləşmə aktı ilə müəyyən olunmuş, məhkəmə portalına vurulmuş sənəd əsasında 3444,58 manat borc yarandığını, hazırda qeyd etdiyi kimi qarşı tərəf 500 manat da ödəniş etdiyinə görə növbəti məhkəmədən sonra elektron portala tələbin azaldılması ilə bağlı ərizə ilə müraciət edib, həmin qəbzi də əlavə edib sistemə vuracağını, yəni tələbin azaldılacağını bildirmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında dekabr və yanvar aylarında gələn malların ağciyər xəstəxanasına və tibb müəssisələrini idarəetmə birliyinə verildiyini, çıxarışda da, müqavilədə də olduğunu, gecikmə səbəbi barədə məlumat vermək istədiyini, mart ayında ağciyər xəstəxanasında qaimə yazıldığını, hesablarda dəyişiklik olduğu üçün onların büdcələrinin tibb müəssisələrini idarəetmə birliyinə keçdiyini, tibb müəssisələrini idarəetmə birliyinə aprel ayında qaimə yazıldığını, həmin vaxtı tibb müəssisələrini idarəetmə birliyinin ödəniş vaxtında ləğvə getdiyini, Nazirlər Kabinetinə müraciət etdikdən sonra ödənişlərin verilməsi ilə bağlı 2 ay vaxt verdiklərini, 2 aydan sona onlara səhiyyə nazirliyinin təminat mərkəzinə köçürüləcəyi barədə məlumat verildiyini, onunla bağlı üçüncü dəfə olaraq təminat mərkəzi ilə müqavilə bağladıqlarını, onda da hər ay onlara bu ay köçürəcəklərini, gələn ay köçürəcəklərini dediklərini, axırıncı dəfə nazir dəyişdikdən sonra, keçən həftə qəbulda olduqdan sonra təhvil-təslim aktının yenidən bağlandığını, artıq bu təhvil-təslim aktından sonra ödəniş etməmələrinin qeyri-mümkün olduğunu, bu ayın 22-ində hesabların vaxtı olduğunu, həmin vaxtı İddiaçı ödənişinin tam qaydasında icra olunacağını, olmasa belə, onu məcbur ödəməli olduqlarını, onlara hara mal verməsinin qarşı tərəfə aid olmadığını, bunun onların üstündə olduğunu bildirmişdir. Cavabdeh verilən sualların cavabında 500 manatı məhkəmə prosesindən əvvəl ödədiyini, 500 manatın tarixinin xx.xx.2025-ci il olduğunu, iddia tələbinin azaldılmasına etirazının olmadığını, əlavə 25-i 7-ci ay 388 manat, bir də 137,52 manat ƏDV ödənişlərinin də olduğunu, onların da qəbzlərini gətirdiyini, iddianı qəbul etdiyini, sadəcə azaldılmasını tələb etdiyini, 500 manatdan əlavə o ödənişlərin hesabdan azaldılmasını xahiş etdiyini, iddianı ödənilmiş qəbzlərin çıxarıldığı hissədə qəbul etdiyini bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə baxışı iclasında İddiaçı iddianı müdafiə etdiyinibildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə baxışı iclasında Cavabdeh iddianı qəbul etdiyini bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə baxışı iclasında İddiaçı çıxışında Borcunu istədiyini, iddianın təmin olunmasını istədiyini bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə baxışı iclasında Cavabdeh çıxışında 26 dekabrda həmin o qurum əməliyyata getdiyini, gün ərzində hesaba yatacağını, icraya verilməsi onsuz da 10 gün vaxt alacağını, ondan daha tez ödəyəcəklərini bildirmişdir. İş materiallarında olan: 25 oktyabr 2023-cü il tarixli, 25/10 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə bundan sonra “Satıcı’’ adlanacaq fiziki şəxs qismində İddiaçı və bundan sonra “Alıcı” adlanacaq şəxsində Cavabdeh arasında müəyyənləşdirilmiş şərtlərlə bağlanmışdır. Bu müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin əlavələrində (Qiymətlərin razılaşdırılması protokollarında) nəzərdə tutulmuş malları (bundan sonra “Mal” adlandırılacaq) satmağı, Alıcı isə almağı öhdəsinə götürür. 1.3-cü bəndinə əsasən satış zamanı bu müqavilə əsas alınaraq qaimə-fakturalara, hesabfakturalara və digər rəsmi sənədlərlə hesablaşma aparılır. 4.2.2-ci bəndinə əsasən Müqavilənin 2.1-ci bəndində göstərilən Malın qiymətini Müqavilənin bəndləri ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifəsidir. 4.2.3-cü bəndinə əsasən Müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəliklərini icra etmək alıcının vəzifəsidir. 6.1-ci bəndinə əsasən bu Müqavilə “25” oktyabr 2023 il tarixdən “25” oktyabr 2024-ci il tarixədək bağlanır. 6.2-ci bəndinə əsasən bu Müqavilənin müddəti qurtardıqdan sonra onun ləğv edilməsi və yaxud şərtlərinin dəyişdirilməsi haqqında tərəflərdən birinin yazılı bildirişi olmadıqda o, eyni şərtlərlə və 1 il müddətinə uzadılmış hesab edilir. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 378407 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 315,30 (üç yüz on beş manat, otuz qəpik) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 375087 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 282,20 (iki yüz səksən iki manat, iyirmi qəpik) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 370898 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 222,80 (iki yüz iyirmi iki manat, səksən qəpik) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 371686 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 529 (beş yüz iyirmi doqquz) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 372579 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 197,80 (yüz doxsan yeddi manat, səksən qəpik) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 725123 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 85,59 (səksən beş manat, əlli doqquz qəpik) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 933646 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 268 (iki yüz altmış səkkiz) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 927152 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 913,70 (doqquz yüz on üç manat, yetmiş qəpik) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, EBDS seriyalı, 467693 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 587,79 (beş yüz səksən yeddi manat, yetmiş doqquz qəpik) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 093244 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 165,76 (yüz altmış beş manat, yetmiş altı qəpik) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 094619 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 650,30 ( altı yüz əlli manat, otuz qəpik) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 091838 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 15 (on beş) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 210334 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 169,60 (yüz altmış doqquz manat, altmış qəpik) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 156893 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 352,50 (üç yüz əlli iki manat, əlli qəpik) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 602632 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 363,50 (üç yüz altmış üç manat, əlli qəpik) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 776325 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 392,40 (üç yüz doxsan iki manat, qırx qəpik) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 837696 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 127 (yüz iyirmi yeddi) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, EBDV seriyalı, 067939 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 144,30 (yüz qırx dörd manat, otuz qəpik) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, EBDV seriyalı, 348349 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 217,20 (iki yüz on yeddi manat, iyirmi qəpik) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli, EBDW seriyalı, 636123 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 310,30 (üç yüz on manat, otuz qəpik) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli, MT2401 seriyalı, 00210273 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 207,39 (iki yüz yeddi manat, otuz doqquz qəpik) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 663642 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 1266,90 (min iki yüz altmış altı manat, doxsan qəpik) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 11073728 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 999,70 (doqquz yüz doxsan doqquz manat, yetmiş qəpik) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 10401347 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 505,64 (beş yüz beş manat, altmış dörd qəpik) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11208304 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 171,90 (yüz yetmiş bir manat, doxsan qəpik) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11867158 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 691,79 (altı yüz doxsan bir manat, yetmiş doqquz qəpik) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 11246107 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 2279,28 (iki min iki yüz yetmiş doqquz manat, iyirmi səkkiz qəpik) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli, MT2409 seriyalı, 10857894 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 850,99 (səkkiz yüz əlli manat, doxsan doqquz qəpik) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli, MT2410 seriyalı, 10080082 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 1543 (bir min beş yüz qırx üç) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli, MT2412 seriyalı, 11003926 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 2543,09 (iki min beş yüz qırx üç manat, doqquz qəpik) manat dəyərində mal təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli, MT2501 seriyalı, 11242821 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 901,47 (doqquz yüz bir manat, qırx yeddi qəpik) manat dəyərində mal təqdim edilmişdir. 25/10 nömrəli 25 oktyabr 2023-cü il tarixli müqavilə üzrə 15 aprel 2025-ci il tarixli üzləşmə aktından görünür ki, bu üzləşmə aktı bir tərəfdən fiziki şəxs İddiaçı (VÖEN **********) bundan sonra "İcraçı" və digər tərəfdən fiziki şəxs Cavabdeh (VÖEN **********) bundan sonra "Sifarişçi" arasında bağlanmış, nəticədə, tərəflər xx.xx.2025-ci il tarixinə Cavabdeh İddiaçı borcunun 3444,58 (üç min dörd yüz qırx dörd manat, 58 qəpik) manat məbləğində olduğunu imzaları və möhürləri ilə təsdiq etmişlər. xx.xx.2025-ci il tarixli EM-06/71VK-52457/25 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədə İddiaçı Vəkil hüquqi yardıma görə qarşılıqlı razılıqla 470 (dörd yüz yetmiş) manat haqqın iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən ödənildiyi görünməkdədir. 31302 nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 55,00 (əlli beş manat) manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı tərəfindən məhkəməyə elektron qaydada ünvanlanmış xx.xx.2025-ci il tarixli, **********1/********** nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına 500 (beş yüz) manat ödəniş həyata keçirilmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli **********217870 nömrəli bildirişdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 388 (üç yüz səksən səkkiz) manat məbləğində ƏDV ödənişi ödənilmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli **********217842 nömrəli bildirişdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 137,52 (yüz otuz yeddi manat, əlli iki qəpik) manat məbləğində ƏDV ödənişi ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 25 oktyabr 2023-cü il tarixli, 25/10 nömrəli alqı-satqı bağlanmış, müqaviləyə əsasən satıcı bu müqavilənin əlavələrində (Qiymətlərin razılaşdırılması protokollarında) nəzərdə tutulmuş malları satmağı, alıcı isə almağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən ədlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, iş üzrə İddiaçı tərəflər arasında 15 aprel 2025-ci il tarixdə bağlanmış üzləşmə aktına əsasən Cavabdeh İddiaçı 3444.58 (üç min dörd yüz qırx dörd manat 58 qəpik) manat borcunun olduğunu iddia edərək pozulmuş hüquqların bərpa edilməsi məqsədilə 27 oktyabr 2025-ci il tarixdə iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun təcrübəsində Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində yer alan hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatına böyük önəm verilir. Belə ki, bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (E.Həkimovun şikayəti üzrə 2008-ci il 3 noyabr tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Belə ki, məhkəmə tərəfindən iş materiallarında olan 15 aprel 2025-ci il tarixli üzləşmə aktına hüquqi qiymət verilərək müəyyən edilmişdir ki, bir tərəfdən İddiaçı və digər tərəfdən Cavabdeh arasında bağlanmış üzləşmə aktına əsasən Cavabdeh 15 aprel 2025-ci il tarixinə İddiaçı borcunun 3444.58 (üç min dörd yüz qırx dörd manat 58 qəpik) manat təşkil etməsi tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmiş, nəticədə Cavabdeh həmin aktı imzalamaqla 3444.58 (üç min dörd yüz qırx dörd manat 58 qəpik) manat məbləğində İddiaçı borcunun olduğunu etiraf etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Borclu şəxsin borcunu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Belə ki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarına əsasən Borcun etiraf olunması hallarına borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Nəticədə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, borclunun üzləşmə aktını imzalamaqla yazılı şəkildə borcunun 3444,58 (üç min dörd yüz qırx dörd manat 58 qəpik) manat məbləğində təşkil etməsini təsdiq etməsi borcun etiraf edilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iş materiallarında olan ödəniş tapşırığına və köçürmənin aparılması haqqında bildirişlərə münasibət bildirərək qeyd edir ki, həmin ödəniş tapşırığına və köçürmənin aparılması haqqında bildirişlərə əsasən Cavabdeh tərəfindən İddiaçı 1025,52 (min iyirmi beş manat, əlli iki qəpik) manat məbləğində pulun köçürülməsi təsdiq olunur. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş ödəniş tapşırığından və köçürmənin aparılması haqqında bildirişlərdən görünür ki, üzləşmə aktının imzalanmasından sonra Cavabdeh tərəfindən İddiaçı ümumilikdə iddia ərizəsində göstəriləndən fərqli olaraq 1025,52 (min iyirmi beş manat, əlli iki qəpik) manat məbləğində ödəniş edilmiş, nəticə etibarilə cavabdehin iddiaçıya 3444.58 (üç min dörd yüz qırx dörd manat 58 qəpik) manat məbləğində deyil, 2419.06 (iki min dörd yüz on doqquz manat, altı qəpik) manat məbləğində borcu qalmışdır. Lakin İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ünvanladığı iddia tələbinin azaldılması barədə ərizədə tələbini azaldaraq Cavabdeh 2418.98 (iki min dörd yüz on səkkiz manat 98 qəpik) manat borc pulun, vəkil xərcinə görə ödədiyi 470 (dörd yüz yetmiş) manat pulun və dövlət rüsumu kimi ödədiyi 55 (əlli beş) manat pulların alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mlüki-Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən, məhkəmə Cavabdeh İddiaçı olan borcunun 2418,98 (iki min dörd yüz on səkkiz manat, 98 qəpik) manat məbləğində olduğu qənaətindədir. Bununla yanaşı Cavabdeh xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında iddianı ödənilmiş qəbzlərin çıxarıldığı hissədə qəbul etdiyini bildirmişdir. Cavabdehin izahından da aydın olur ki, müəyyən olunmuş malların Cavabdeh verilməsi işin mübahisəsiz halı olaraq müəyyən edilmiş, tərəflər arasında iddia edilən münasibətlərin yaranması iş materiallarına əlavə edilmiş elektron qaimələrlə təsdiq olunmuş, nəticədə təhvil verilmiş malların dəyərinin ödənilməsi öhdəliyi icra edilmədiyindən borc məbləği yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticədə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, 15 aprel 2025-ci il tarixli üzləşmə aktı mötəbər sübut kimi qəbul edilməsi, cavabdehin məhkəmə iclaslarında verdiyi izahında borclarının olduğunu təsdiq edən etirafı (Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallarda) əsaslı hesab olunması, nəticədə 2418,98 (iki min dörd yüz on səkkiz manat 98 qəpik) manat borc məbləğinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə” iddia tələbi əsaslı olduğundan təmin edilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 114.1. və 114.1.1-ci maddələrinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 115.0.6-cı maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət Rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 2418,98 (iki min dörd yüz on səkkiz manat, 98 qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 44,19 (qırx dörd manat, on doqquz qəpik) manatdır (30 + 1418,98-in 1%-i = 30 + 14,19=44,19). İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 31302 saylı ödəniş qəbzindən görünür ki, 55,00 (əlli beş) manat məbləğində dövlət rüsumu İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Hazırki iş üzrə iddia tələbi təmin olunduğundan iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 55,00 (əlli beş) manat məbləğində dövlət rüsumunun 44,19 (qırx dörd manat, on doqquz qəpik) manat məbləği Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 10,81 (on manat, səksən bir qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılmalıdır. Bundan əlavə xx.xx.2025-ci il tarixli, EM-06/71VK-52457/25 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədə İddiaçı Vəkil hüquqi yardıma görə qarşılıqlı razılıqla ödənilən 470 (dörd yüz yetmiş) manat haqq hazırkı iş üzrə iddia tam təmin edildiyindən məbləğ Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, İddiaçı tərəfindən ödənilmiş 55,00 (əlli beş) manat məbləğində dövlət rüsumunun 44,19 (qırx dörd manat, on doqquz qəpik) manat məbləği Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 10,81 (on manat, səksən bir qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılmalı, İddiaçı tərəfindən vəkil xərcinə görə ödənilmiş 470 (dörd yüz yetmiş) manat məbləğ Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə tələbi əsaslı olduğundan tam təmin edilsin. Cavabdeh (VÖEN: **********; FİN: xxxxxxx; AA*******,) 2418,98 (iki min dörd yüz on səkkiz manat, doxsan səkkiz qəpik) manat alınaraq İddiaçı (VÖEN: **********; FİN: xxxxxxx; AA*******) ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 55,00 (əlli beş) manat məbləğində dövlət rüsumunun 44,19 (qırx dörd manat, on doqquz qəpik) manat məbləği Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 10,81 (on manat, səksən bir qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən vəkil xərcinə görə ödənilmiş 470 (dörd yüz yetmiş) manat məbləğ Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-503/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-503/2025
29.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver