Məhkəmə qərarları › İş №e-2-2(123)-51/2022

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-51/2022

28.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-51/2022 28.07.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzə borcunun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təsviri hissə: İddiaçı "xxxx" ASC 26 may 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 03 iyun 2019-cu il tarixli, KT0306/01 saylı kredit müqaviləsi üzrə 18 yanvar 2022-ci il tarixə olan 1344.38 (bir min üç yüz qırx dörd manat, otuz səkkiz qəpik) manat gecikdirilmiş faiz, 4391.53 (dörd min üç yüz doxsan bir manat, əlli üç qəpik) manat gecikdirilmiş əsas borc, 9.93 (doqquz manat, doxsan üç qəpik) manat faiz, 1670.25 (bir min altı yüz yetmiş manat, iyirmi beş qəpik) manat əsas borc olmaqla, ümumilikdə 7416.09 (yeddi min dörd yüz on altı manat, doqquz qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetinə tutma yönəldiməsi haqqında bildirişin” dövlət qeydiyyatına alınmasına görə 40 (qırx) manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 95,56 (doxsan beş manat, əlli altı qəpik) manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın tərəflərin qarşılıqlı razılığı əsasında 16000 (on altı min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan MR DƏDRX tərəfindən verilmiş xx.xx.2011-ci il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********82-10301 reyestr nömrəli Naxçıvan MR, Culfa rayonu, Gülüstan kəndində mülkiyyətində olan 0.3305 ha torpaq sahəsində yerləşən 2 otaqlı, 61.43 kv.m yaşayış, 49,57 köməkçi sahədən ibarət fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, tutma yönəldildikdə və ya satıldıqda 1 ay ərzində həmin yaşayış evində qeydiyyatda olan şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq yararlı vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə 28 iyul 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında ərizə təqdim edərək, cavabdeh tərəfindən kredit borcu üzrə 2168 manat ödəniş olunduğundan kreditin resturukturizasiyası ilə bağlı qərar qəbul edildiyini, cavabdeh tərəfindən 100 manat mediasiya və 40 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş üçün ödənilmiş vəsaitin geri ödənildiyini bildirib, ərizənin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə ərizəsinə hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 114.1 və 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır: Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 5.1 və 5.1.2-ci maddələrinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalı, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə, ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 95.56 (doxsan beş manat, əlli altı qəpik) məbləğdə dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzə borcunun qaytarılması tələbi barədə ərizə baxılmamış saxlanılsın. İddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə, ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 95.56 (doxsan beş manat, əlli altı qəpik) məbləğdə dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Elnur Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar