Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-52/2025 01.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədovun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 05 dekabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 997R********** saylı kredit razılaşması üzrə 17882,7 manat məbləğində kredit borcu, 1700,74 manat məbləğində faiz borcu və 457,8 manat məbləğində cərimə borcu olmaqla cəmi 20041,24 manat məbləğində pulun, ödənilmiş 150,12 manat məbləğində dövlət rüsumu pulun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Naxçıvan MR Culfa rayon Bənəniyar kəndində yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.0943 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 79.94 kvm ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 20041,24 manat məbləğində borcun, 150.12 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərrac satışından əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi,ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsaitin qeyd olunanborcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində iddiaçı təşkilat İddiaçı QSC ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 997L**********04 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh1na 120 (yüz iyirmi) ay müddətinə 200000 (iki yüz min) manat məbləğində krеdit хəttiaçılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC iləxx.xx.2023-cü il tarixli 997R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə,aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 22500 (iyirmi ikimin beş yüz) manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024- cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 997R**********S saylısazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 4617.3 manat ödəmiş, onun 17882.7 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki,Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 128 gün üçün hesablanmış faiz borcu 1700.74 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 128 gün üçün hеsablanmış cərimə 457.8 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh – ipoteka qoyan Cavabdeh1 və Bank arasında bağlanılmış xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsi (Babək rayonu notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilib)əsasında Cavabdeh1 xüsusi mülkiyyətində olan Naxçıvan MR, Culfa rayonu, Bənəniyar kəndində yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.0943 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 79.94 m ümumi sahədən ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindənxx.xx.2023-cü il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəliçıxarışla Cavabdeh1 xüsusimülkiyyətində olan Naxçıvan MR, Culfa rayonu, Bənəniyar kəndində yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.0943 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 79.94 m ümumi sahədən ibarət fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka predmetində qeydiyyatda olan, yetkinlik yaşına çatan və ipoteka qoyanın həyat yoldaşı X1 Vüsal Rafiq oğlunun xüsusi mülkiyyətində olan Naxçıvan MR, Culfa rayonu, Bənəniyar kəndində yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.0943 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 79.94 m ümumi sahədən ibarət fərdi yaşayış evini İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür (razılıq ərizəsinin surətiəlavə olunur). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1- 34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsianı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2cimaddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələlərinin Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqişəxsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka Naxçıvan Muxtar Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələlərinin Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsində qeydiyyata alınması üçün 15 mаnаt dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə hüququ pоzulmuş şəxsin оna vurulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-cimaddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, оnun pоzulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-cimaddəsinə görə,cavabdeh оnun risk dairəsinə daxil оlan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər cavabdeh öhdəliyin lazımınca icra edilməməsi, о cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditоr cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə məhkəmə cavabdehin deyil, məhz kreditоrun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq tənasübü müəyyənləşdirərək tənasübsüzsurətdə yüksək dəbbə pulunu azalda bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə 2 2 2 məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla,zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxiledilməklə tam həcmdə təmin edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşmasıəsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyiəsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən poteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: -59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya -59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Həmin Məcəllənin 501cimaddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər qeyd etməklə cavabdеhlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 997R********** saylı krеdit razılaşması üzrə 17882.7 manat məbləğində krеdit bоrcu, 1700.74 manat məbləğində faiz bоrcu və 457.8 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 20041 (iyirmi min qırx bir) manat 24 (iyirmi dörd) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 150.12 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması; - Tələbin Cavabdeh1 xüsusi mülkiyyətində olan Naxçıvan MR, Culfa rayonu, Bənəniyar kəndində yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.0943 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 79.94 m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 20041 (iyirmi min qırx bir) manat 24 (iyirmi dörd) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 150.12 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi; - Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 ümumi müştərək qaydada tutulması barədə qətnamə çıхarılmasını xahiş etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh1 izahatında İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən müqavilə əsasında 22500 manat kredit götürdüyünü, sonradan iflas olduğundan banka müraciət etdiyini, ona aylıq ödəmənin məbləğini azaldacaqlarını bildirsələrdə etmədiklərini, sonradan ondan tələb olunan məbləğin artdığını, 10000 manat ödəniş edilsədə nəzərə alınmadığını, faizlərə çıxıldığını dediklərini, krediti götürdüyü müddətdən uzun vaxtın keçmədiyini, tələb olunan məbləğin çox artdığını, ondan artıq məbləğ tələb etdiklərini, müraciətlərinə baxılmadığını, evini girov qoyarkən bankın özünün qiymətləndirdiyini, ekspertlərin qiymətləndirmədiklərini, 25000 manata qiymətləndirdiklərini, həmin məbləğlə razı olduğunu, evin ilkin satış dəyərinin 25000 manat müəyyən olunmasını istədiyini, bankın evi götürməsini və qalıq pulun ona ödənilməsini istədiyini, ekspertin rəyi ilə razılaşdığını, iddiaçının onu müflis etmək istədiyini, tələblərində haqlı olmadıqlarını, götürdüyü puldan faydalana bilmədiyini, buna baxmayaraq bankın ondan küllü miqdarda pul tələb etdiyini, özünün digər borclarının da olduğunu, evi təhvil verməyə hazır olduğunu, bankın evi götürüb qalan pulunu ona ödəməsini istədiyini göstərərək qanuni qərar verilməsini xahiş etdi. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli, 997L**********04 saylı uzunmüddətli kredit və təminat müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 kredit alan qismində, Cavabdeh2 isə zamin qismində 120 ay müddətinə 200000 manat məbləğində kredit xətti açılması barədə razılıq əldə ediblər. Həmin müqavilənin: 2.1-ci bəndindən görünür ki, Bank müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında kredit alana uzunmüddətli kredit xətti açır, Kreditin məqsədi sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi olmaqla Borcalana 120 ay müddətinə 200000 manat kredit xətti açılmaqla yuxarı 28% dərəcəsi olması nəzərdə tutulur. 10.1-ci bəndinə əsasən Borcalan öhdəliyin icrasının təminatı kimi Banka öz mülkiyyətini girov qoyur. 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə məsuliyyət daşıyır. xx.xx.2023-cü il tarixli 997R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 22500 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli 997R**********S saylı sazişdən görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 997L**********04 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən xx.xx.2023-cü il tarixdə bağlanmış 997R********** saylı kredit sazişi üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda gecikdirilmə faizi və cərimə borcunu bu sazişə əlavə olunan 06 mart 2024-cü il tarixli ödəniş planına uyğun olaraq ödəniş planında göstərilən müddətdə banka ödəməlidir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 997R********** saylı xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə 17882.7 manat əsas borcu, 1700.74 manat faiz borcu, 457.8 manat cərimə borcu olmaqla cəmi borcu 20041.24 manatdır. 08 may 2023-cü il tarixli, 997M**********01 saylı İpoteka müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən ipoteka qoyan - borc alan Cavabdeh1, digər tərəfdən ipoteka saxlayan İddiaçı QSC arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 09 dekabr 2022-ci il tarixdə 997L**********04 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.1-ci bəndindən görünür ki, Naxçıvan MR Culfa rayon Bənəniyar kəndində xüsusi mülkiyyətli yaşayış məntəqələrinin torpaqdan kateqoriyalı 0.0943 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 79.94 kv.m ümumi sahədən ibarət yaşayış evi. 2.2-ci bəndindən görünür ki, ipoteka qoyulan əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən ipoteka qoyana məxsusdur. - Reyestr nömrəsi **********29-10301 qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi 03 noyabr 2022-ci il tarixdə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyesterində 20/7 nömrəli reyestr kitabının 1306 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. 2.5-ci bəndindən görünür ki, ipoteka predmetinin dəyəri ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılaşması ilə 25000 manat təşkil edir. 4-cü bəndindən görünür ki, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlılığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi daxil edilməklə tam həcmdə ödənilir. 9.1-ci bəndindən görünür ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi anında ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Naxçıvan MR DƏTMDX tərəfindən xx.xx.2022 qeydiyyat tarixli Cavabdeh1 verilmiş **********29- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0.0943 ha torpaq sahəsi və 79.94 kv/m tikili vardır. Azərbaycan Respublikası Naxçıvan MR İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, Cavabdeh1 məxsus Culfa rayon Bənəniyar kəndində yerləşən **********29-10301 reyestr nömrəli əmlak 0.0943 ha torpaq sahəsi üzərində 79.9 kv.m fərdi yaşayış evi İddiaçı QSC ipoteka edilməklə ********** nömrə ilə qeydiyyata alınmışdır. 30 oktyabr 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Access bank QSC tərəfindən iddia ərizəsinin verilməsinə görə 150,12 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 05 avqust 2023-ci il tarixli, Xəzinə məxaric orderindən görünür ki, İddiaçı QSC tərəfindən 22500 manat məbləğində kredit Cavabdeh1 AZ13ACAB******************** saylı hesabına köçürülmüşdür. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** qeydiyyat nömrəli bildirişi üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixdə verilmiş elektron təsdiqetmə bildirişindən görünür ki, "xxxx" QSC tərəfindən göndərilmiş bildiriş qeydiyyata alınmış, 15 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Xidmət haqqının ödənilməsinə dair müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli sənəd üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin elektron təsdiqetmə bildirişindən görünür ki, 36 AZN məbləğində xidmət haqqı ödənilmişdir. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən Arayışdan görünür ki, mülkiyyət hüququ Cavabdeh1 məxsus qeydiyyat nömrəsi ********** olan əmlaka dair məhdudiyyət və yüklülük qeydə alınmamışdır. 17 fevral 2025-ci il tarixli, 84 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmənin 07 yanvar 2025-ci il tarixli qərardadı ilə təyin olunmuş məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə 60 (altmış) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında 09 dekabr 2022-ci il tarixli, 997L**********04 saylı Kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank Borcalana sahibkarlıq fəaliyyətinin maliyələşdirilməsi məqsədilə 120 ay müddətinə 200000 manat kredit xətti açmış, xx.xx.2023-cü il tarixli 997R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.9167% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 22500 manat məbləğində kredit verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəlik Bank tərəfindən lazımi qaydada icra olunmuş, kredit məbləğinin borcalanın hesabına köçürülməsini təsdiq edən Xəzinə məxaric orderi iş materiallarına əlavə edilmişdir. Borcalan ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirməyi öhdəsinə götürmüş, eyni zamanda öhdəliklərinin icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Komitəsi, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Naxçıvan MR, Culfa rayonu, Bənəniyar kəndində 0.0943 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 79.94 kv.m olan fərdi yaşayış evi İpoteka müqaviləsi əsasında İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. Beləliklə, hazırki vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin: 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, nəticədə bank tərəfindən kredit reyestrində adına 28.08. 2024-cü il tarixə 128 gecikmə günü qeydə alınmış, borcalan Cavabdeh1 borcun qaytarılması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmiş, buna baxmayaraq borcalan tərəfindən öhdəliyin icra edilməsi istiqamətində müsbət irəliləyiş olmamış, nəticədə kredit müqaviləsi üzrə Cavabdeh1 adına xx.xx.2024-cü il tarixə 17882,7manat məbləğində əsas borc, 1700,74 manat məbləğində faiz borcu, 457,8 manat cərimə borcu olmaqla, ümumilikdə 20041,24 manat borc öhdəliyi yaranmışdır. Qeyd olunan borc məbləğlərinin yaranmasına dair 08 avqust 2024-cü il tarixli, maliyyə arayışı iş materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin vaxtında icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Beləliklə, iddiaçı pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə əsas borc və ona hesablanmış faizlərin ödənilməsi hissədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tələb hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə öz təşəbbüsü ilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin 07 yanvar 2025-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq 21 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2025-ci il tarixli, 84 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 dekabr 2022-ci il tarixli, 997L**********04 saylı kredit və təminat müqaviləsi əsasında bağlanmış xx.xx.2023-cü il tarixli 997R********** saylı kredit sazişi-biznes krediti razılaşmasına, hesabdan çıxarış məlumatlarına və xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) kredit müqaviləsi üzrə olan əsas borcu 17585,84 manat, faiz borcu 1696,57 manat olmaqla, ümumilikdə borcu 19282,41 manat təşkil edir. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 dekabr 2022-ci il tarixli, 997L**********04 saylı kredit və təminat müqaviləsi əsasında bağlanmış xx.xx.2023-cü il tarixli 997R********** saylı kredit sazişi-biznes krediti razılaşmasına əsasən kredit müqavilələri üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları bank hesablar sisteminə uyğun olmadığından və bank tərəfindən cərimə hesablanmadığından hazırkı tədqiqatla Cavabdeh1 cərimə hesablanmır. Bununla bağlı məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə, ekspert rəyi ilə razılaşaraq, cavabdehin əsas borcunun 17585,84 manat, faiz borcu 1696,57 manat olmaqla ümumilikdə borcunun 19282,41 manat olduğu qənaətindədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsas borca münasibətdə 17585,84 manat, faiz borcuna münasibətdə 1696,57 manat olmaqla ümumilikdə 19282,41 manat məbləğində təmin olunmalıdır. Qeyd edilənlərdən əlavə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iş üzrə tərəflər arasında 08 may 2023-ci il tarixli İpoteka müqaviləsi bağlanmışdır. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Belə ki, həmin Məcəllənin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 271.2-ci maddəsinə əsasən girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Əsas öhdəliyin xitamı, o cümlədən etibarsızlığı ipoteka müqaviləsinin də xitamına səbəb olduğu halda, sonuncunun xitamı heç bir halda əsas öhdəliyin xitamına gətirib çıxarmır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 aprel 2023-cü il tarixli qərarı). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. 4.1.1-ci və 4.1.2-ci maddələrinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc və faizlər də daxil edilməklə tam həcmdə təmin edilir. 4.1.4-ci maddəsinə əsasən ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İddia tələbinin tutmanın ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 03 noyabr 2022-ci il qeydiyyat tarixli, Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********29-10301 reyestr nömrəli Culfa rayon, Bənəniyar kəndində, 0.0943 ha torpaq sahəsində yerləşən 79.9 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsinə dair hissədə məhkəmə qeyd edir ki, tərəflər kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə ipoteka müqaviləsi bağlamışlar. Beləliklə, bu hal ipoteka saxlayana əsas verir ki, öhdəlik icra edilmədiyi halda öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinin tələbinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, ipoteka müqaviləsində İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilmiş, İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti 25000 manat dəyərində qiymətləndirilmişdir. İş üzrə Cavabdeh1 məhkəmə araşdırılması zamanı həmin qiymətlə razı olduğunu bildirməklə yenidən qiymətləndirmə aparılmasını istəməmişdir. Nəticədə məhkəmə hesab edir ki, müqavilə bağlanarkən tərəflərin ipoteka predmetinin qiymətləndirilməsi zamanı razılığı əsas götürülməli, ipoteka predmetinə tutma yönəldildikdə, ipoteka predmeti olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Komitəsi, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Cavabdeh1 mülkiyyətində olan Culfa rayon, Bənəniyar kəndində, 0.0943 ha torpaq sahəsində yerləşən 79.9 kv.m olan fərdi yaşayış evinin ilkin satışı, likvid qiyməti ilə 25000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3-cü maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 20041 manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 150,12 manat olaraq müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə 150,12 manat məbləğində müəyyən edilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə münasibətdə qismən təmin olunmalı olduğundan, Cavabdeh1 və Cavabdeh2 147,85 manat alınıb Accessbank QSC ödənilməli, qalan 2,27 manat isə İddiaçıya aid hesab edilməlidir. Bundan əlavə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2025-ci il tarixli, 84 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X5 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 15 manat dövlət rüsumuna və 36 manat xidmət haqqının tutulmasına münasibət bildirərkən iş materiallarında olan qəbzlərdəki ödəmələrdə 15 manat və 36 manatın ödənildiyi öz əksini tapdığından iddiaçı tərəfindən tələb edilən 51 manatın təmin edilməsi qənaətində olaraq qeyd edir ki, “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 51 manat məbləğində xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı QSC-yə ödənilməlidir. Nəticədə, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 17585,84 manat, faiz borcu üzrə 1696,57 manat olmaqla ümumilikdə 19282,41 manat alınıb İddiaçı QSC-yə ödənilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 147,85 manat məbləğində dövlət rüsumu və 51 manat məbləğində xidmət haqqı alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2025-ci il tarixli, 84 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X5 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməli, cavabdehlərdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma mülkiyyət hüququ Cavabdeh1 məxsus **********29-10301 reyestr nömrəli Culfa rayon, Bənəniyar kəndində, 0.0943 ha torpaq sahəsində yerləşən 79.9 kv.m fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evinin likvid satış qiyməti 25000 manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilməli, artıq qalan məbləğ, ipoteka predmeti olan əmlakın mülkiyyətçisi Cavabdeh1 qaytarılmalı, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 17585,84 (on yeddi min beş yüz səksən beş manat səksən dörd qəpik) manat, faiz borcu üzrə 1696,57 (min altı yüz doxsan altı manat əlli yeddi qəpik) manat olmaqla ümumilikdə 19282,41 (on doqquz min iki yüz səksən iki manat qırx bir qəpik) manat alınıb İddiaçı QSC-yə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 147,85 (yüz qırx yeddi manat səksən beş qəpik) manat məbləğində dövlət rüsumu və 51 (əlli bir) manat məbləğində xidmət haqqı alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2025-ci il tarixli, 84 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X5 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilsin. Cavabdehlərdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma mülkiyyət hüququ Cavabdeh1 məxsus **********29-10301 reyestr nömrəli Culfa rayon, Bənəniyar kəndində, 0.0943 ha torpaq sahəsində yerləşən 79.9 kv.m fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evinin likvid satış qiyməti 25000 (iyirmi beş min) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğ, ipoteka predmeti olan əmlakın mülkiyyətçisi Cavabdeh1 qaytarılsın. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(123)-52/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-52/2025
01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver