Məhkəmə qərarları › İş №e-2-2(123)-524/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-524/2025

10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-524/2025 10.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı ASC-nin cavabdеh Cavabdeh qarşı texniki overdraft üzrə borcun cavabdehdən tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı ASC və iddiaçının nümayəndəsi Nümayəndə 04 noyabr 2025-ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 41040AZNSK********** saylı kredit kartı hesabı üzrə overdraft əməliyyatına əsasən cəmi 269.65 (iki yüz altmış doqquz manat altmış beş qəpik) manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə OnGTC/SE/10735 saylı Bank xidmətlərinin göstərilməsinə dair X1 xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının imzalandığını, Borc alanın həmin Razılaşmanı imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtlərini (müvafiq redaksiyada) qəbul etdiyini, overdraftın yaranması ilə bağlı xx.xx.2023 tarixində cavabdehin 41040AZNSK********** hesabından 342.51 manat silinərək 41040AZNSK********** hesabına kredit borcunun silinməsi üzrə köçürüldüyünü, lakin sistem xətasına görə köçürmə zamanı silinmənin karta getmədiyini bildirdiklərini, bu səbəbdən vəsaitin cavabdehin kart hesabında hələ də əks olunduğu üçün cavabdeh tərəfindən istifadə edildiyini, lakin bank tərəfindən karta düzəliş edilən zaman, yəni vəsait kartdan silinən zaman cavabdehin hesabının mənfiyə endiyini, Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında öhdəliklərinin 41040AZNSK********** saylı kredit kartı hesabı üzrə overdraft əməliyyatına əsasən 269.65 (iki yüz altmış doqquz manat altmış beş qəpik) manat məbləğində əsas borc təşkil etdiyini, qeyd edilən əməliyyatların aparılmasının cavabdehin bank hesabının 62-ci səhifəsində öz əksini tapdığını, müştəri ilə bank arasında bağlanmış Razılıq ərizəsində “overdraft” imkanının olmasının öz əksini tapdığını və müştəriyə “overdraft” formasında kredit xəttindən istifadə imkanı verildiyini, bu səbəbdən də qeyd edilən borcun müştərinin iradəsi əsasında yarandığını, belə ki, X1 Ödəniş Kartı bölməsi üzrə Karta dair ümumi məlumatlarının 2.11-ci bəndinə əsasən, Kart üzrə texniki overdraft, yəni məzənnə fərqi, üçüncü tərəflərə gələcəkdə ödəniş edilməsi üçün Müştəri tərəfindən kart məlumatları daxil edildikdə, lakin ödəniş vaxtı hesabda vəsait olmadıqda və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacağını, cərimə faizlərinin möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başladığını, texniki overdraft nəticəsində yaranmış borcun (əsas, faiz, cərimə və s.) ödənilməsinə görə məsuliyyəti Müştərinin daşıdığını, Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərildiyini və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunduğunu, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyinin bildirildiyini, Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında öhdəliyinin 41040AZNSK********** saylı kredit kartı hesabı üzrə overdraft əməliyyatına əsasən 269.65 (iki yüz altmış doqquz manat altmış beş qəpik) manat əsas borcu təşkil etdiyini, İddiaçı ASC-nin iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 30 (otuz) manat dövlət rüsumu ödədiyini qeyd etməklə ərizəsini əsaslandırmış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci, 157.2-ci, 385.1-ci, 421.2-ci, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2.1-ci, 448.1-ci, 465.2-ci maddələrinə, o cümlədən Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 4-cü, 25.1-ci, 119.1-ci, 149-150-ci, 284-1-ci maddələrinə istinad etmişdir. Məhkəmə, İddiaçı ASC-nin cavabdеh Cavabdeh qarşı texniki overdraft üzrə borcun cavabdehdən tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə xx.xx.2025-ci il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: Bank Xidmətlərinin Göstərilməsinə dair X1 xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasından görünür ki, hazırkı sənəd (bundan sonra “Şərtlər Toplusu” və/və ya “Müqavilə” adlandırılacaq) - Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu Azərbaycan Respublikasının qanunvericiliyi, AR Mərkəzi Bankın lisenziyası və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı ASC (bundan sonra “Bank” adlandırılacaq) tərəfindən aşağıda sadalanan bank xidmətlərinin təqdim edilməsi şərtlərini əks etdirir və onu qəbul edən şəxsə (bundan sonra “Müştəri” adlandırılacaq), (bundan sonra “Bank” və “Müştəri” ayrı-ayrılıqda «Tərəf», birlikdə isə «Tərəflər» adlanacaqlar) aşağıda qeyd olunan şərtlərlə təqdim olunur. Bu müqavilənin: “İİ. BANK HESABİ” hissəsinin: 1.3-cü bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı əsasında hesabın kreditləşməsi (overdraft) nəzərdə tutula bilər. Bu halda Bank kreditləşmənin həyata keçirildiyi gündən Müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Hesabın kreditləşməsi üzrə şərtlər bu Müqavilənin müvafiq bəndinin müddəaları və Bankın qüvvədə olan tariflərinə uyğun müəyyən olunacaq. 2.3.6-cı bəndinə əsasən hesabına səhvən vəsait(lər) daxil olduqda, bu barədə Bankı dərhal məlumatlandırmaq və həmin vəsaiti Banka geri qaytarmaq müştərinin vəzifəsidir. 6.11-ci bəndinə əsasən bu Xidmətlə bağlı yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq Müştəri özü və öz hesabına daşıyır. “Vİ. ÖDƏNİŞ KARTİ” hissəsinin 2.14-cü bəndinə əsasən Kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Bank xidmətlərinin göstərilməsinə dair X1 xx.xx.2021-ci il tarixli 1.0.4 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə xx/xx/2021-ci il tarixli OnGTC/SE/10735 nömrəli Razılaşmadan görünür ki, Cavabdeh Fazil oğlu (VÖEN: **********) şəxsində (bundan sonra "Müştəri" adlandırılacaq), bu Razılaşmanı (bundan sonra "Razılaşma" adlandırılacaq) imzalamaqla, Bank xidmətlərinin göstərilməsinə dair X1 Bankın rəsmi internet səhifəsində https://www.pashabank. az/gsa_addendum/lang,az/ link üzrə yerləşdirilən xx.xx.2021-ci il tarixli 1.0.4 №-li versiyasının (bundan sonra "Müqavilə" adlandırılacaq) şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, Müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər vəya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir. xx.xx.2022 - xx.xx.2025-ci illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixə dövrün sonuna qalıq 269,65 (iki yüz altmış doqquz manat, altmış beş qəpik) AZN təşkil edir. Əlavə 1-dən görünür ki, 41040AZNSK**********_WOFF BALANCE hesab üzrə texniki overdraft 269,65 (iki yüz altmış doqquz manat, altmış beş qəpik) manat təşkil edir. İddiaçı ASC-nin möhürü ilə təsdiq olunmuş, PB/PBL-OUT-01036-2025 nömrəli, xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında borc öhdəliyi 41040AZNSK********** saylı kredit kartı üzrə Overdraft əməliyyatına əsasən 269.65 (iki yüz altmış doqquz manat altmış beş qəpik) manat əsas borc təşkil edir. ********** nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən X3 vasitəsilə 30.00 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iş üzrə tərəflər arasında Bank xidmətlərinin göstərilməsinə dair X1 xx.xx.2021-ci il tarixli 1.0.4 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə xx/xx/2021-ci il tarixli OnGTC/SE/10735 nömrəli Razılaşmadan irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Təqdim edilmiş sübutlara əsasən pul vəsaitlərinin borclunun hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Lakin Cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik yerinə yetirilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və iddia ərizəsi təmin edilməlidir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, e-2-2(123)-524/2025 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən öhdəliyin onların tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, onlara qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən qanunvericiliyə uyğun olaraq İddiaçı ASC tərəfindən ərizənin verilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə, X3 vasitəsilə, ********** saylı mədaxil qəbzi ilə ödənilmiş 30.00 (otuz) AZN məbləğində dövlət rüsumunun cavabdеh Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qanunamüvafiqdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı texniki overdraft üzrə borcun cavabdehdən tutulması tələbi barədə ərizəsi təmin edilərək, Bank xidmətlərinin göstərilməsinə dair X1 xx.xx.2021-ci il tarixli 1.0.4 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə xx/xx/2021-ci il tarixli OnGTC/SE/10735 nömrəli Razılaşmadan irəli gələn overdraft əməliyyatına əsasən 269,65 (iki yüz altmış doqquz manat, altmış beş qəpik) manat pulun və 30.00 (otuz) AZN məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nin хеyrinə ödənilməsi qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tam təmin edilsin. Bank xidmətlərinin göstərilməsinə dair X1 xx.xx.2021-ci il tarixli 1.0.4 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə xx/xx/2021-ci il tarixli OnGTC/SE/10735 nömrəli Razılaşmadan irəli gələn overdraft əməliyyatına əsasən 269,65 (iki yüz altmış doqquz manat, altmış beş qəpik) manat manat məbləğində bоrc cavabdеh Cavabdeh (FİN: xxxxxxx, AZE********, VÖEN: **********, qeydiyyatda olduğu yer: Ordubad rayonu, Kotam kəndi) tutularaq İddiaçı ASC-yə (VÖEN: **********) ödənilsin. İddiaçı ASC tərəfindən ödənilmiş 30.00 (otuz) manat məbləğində dövlət rüsumu cavabdеh Cavabdeh alınıb İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar