Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-54/2025 23.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının vəkil nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Sabahattın Cıgdemə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı vəkil və nümayəndə vasitəsilə 17 dekabr2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sabahattın Cıgdemdən 5406 manat borcun, hüquqi yardıma görə 1020 manatın və dövlət rüsumu olaraq ödənilmiş 84,26 manatın alınaraq İddiaçıödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 17 fevral 2025-ci il tarixdə iddiaçının müraciəti əsasında iddia tələbinin həcmi artırılaraq 6200manat borcun, hüquqi yardıma görə 1020 manatın və dövlət rüsumu olaraq ödənilmiş 114,26 manatın alınaraq İddiaçıödənilməsi həddində baxılması qərara alınmışdır. 17 yanvar 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında iddiaçının vəkil və nümayəndəsi Nümayəndəverdiyi izahatındaiddia tələbini müdafiə etdiyini, tərəflər arasında icarə müqaviləsindən irəli gələn münasibətlər yarandığından xx.xx.2024-cü il tatixli müqavilə bağlanıb və həmin müqavilə ilə iddiaçının mülkiyyətində olan qeyri yaşayış sahəsinin 134 kv.m hissəsi gözəllik salonu kimi təşkil olunub və təchizatlı bir obyekt olaraq cavabdehə təhvil verildiyini, İcarə haqqının razılaşdırılmaqla onun ödənilmə haqqınında razılaşdırıldığını, tərəflər arasında münasibətlərin kəskinləşməsinə səbəb icarə haqqının ödənilməməsi gecikdirilməsi olduğunu, cavabdehin çıxacağını münasibətləri davam etdirmək istəmədiyini bildirdiyini, artıq iyun ayında iyul ayında icarə haqqı ödənildiyini, amma avqust ayında dəfərlələ iddiaçı tərəfin müraciət etsədə xeyli vaxt keçsədə cavabdeh tərəfindən yenə də ödəniş olunmadığını, müqavilənin şərtinə əsasən ona rəsmi qaydada bildiriş ünvanlanaraq müqavilənin xitamının həyata keçirildiyini, cavabdehin sentyabr ayında gəlib obyekti təhvil vermədiyini, oktaybr ayında ona yenidən bildiriş göndərilməklə bir daha xahiş olunub ki, obyektin təhvil təslimi ilə bağlı ora yaxınlaşsın təhvil təslim sadəcə açarın verilməsi deyil borcların ödənilməsi, icarə haqqlarının ödənilməsi o cümlədən obyektin təhvil verilən və təhvil alınan vəziyyəti ilə bağlı aktın tərtib olunmasıdır bu da həyata keçməyib bildirildiyini, nəhayət xx.xx.2024-cü il tarixdə iddiaçının özünün video çəkiliş vasitəsi ilə girib və müvafiq vəziyyəti qeydə aldığını, foto şəkilləri məhkəməyə elektron formada təqdim etdiklərini, eyni zamanda prosesin gedişatından asılı olaraq video görüntüləri də təqdim edə biləcəklərini, icarə haqqı borcları avqust ayı üzrə 2 min manat sentyabr ayı üzrə 1206 manat qeyd olunub əslində sentyabr ayı üzrə tam ödəniş olunmadığını, səbəbinin iddiaçıya hüquqi yardım göstərən vəkil bürosunun prtenziyanı hazırladığı tarixə yəni 28 avqust tarixinə hesabladığını, sentyabr ayının 28-dək onun icarə haqqının 1206 manat təşkil edəcəyi və həmin tarixdə obyekt təhvil veriləcək ona görə də borc 1206 manatay tamamlanmadığına görə olduğunu, iddiaçının sonradan ondan sonrakı müddətdə də obyektin təhvil verilmədiyini, borcun davam edib oktyabr ayında da davam etdiyini, ona görə də iddiaçının münasibətindən asılı olaraq iddia tələbinə dəqiqləşdirmə verə biləcəklərini, tərəflərin icarə müqaviləsini daha sonra notariat qaydasında bağlayıb mübahisə olmasın diyə pulun nağd qaydada ödənildiyini, çünki müqavilədə köçürmə nəzərdə tutulmadığını, iddiaçının aldığı pul ilə bağlı tarix, məbləğ imzası ilə təsdiq edib sənədi cavabdehə təqdim etdiyini, həmin sənədlərin şəkilini çəkib özünə götürməklə pulu almasını təsdiq etdiyini bildirmişdir. 17 yanvar 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında cavabdeh Sabahattın Cıgdem verdiyi izahatında iddia tələbini qəbul etmədiyini, ona təqdim etdikləri avadanlıqların sıfır yeni olmadığını, ikinci əl olmaqla neçə illik istifadə olunmuş malların gətirildiyini, ondan əvvəl də o salonu işlətdiklərini, onun sonradan gəldiyini, qarşı tərəfin əsil məqsədinin kira pul deyil başqa mövzular olduğunu, ona keçən il təqdim etdikləri müqavilə kira müqaviləsini 500 manatdan göstərdiklərini lakin 1500 manat aldıqlarını, onlardan yerdə qalan pulları tələb elədiyini, onun 4200 manat pul verdiyini, obyektdən çıxmadıqlarını onları çıxardıqlarını, Azər Zeynalovun öz binasına baxan adamı ilə gəlib zorla açarlarını kamera qarşısında çıxardıqlarını, çıxan tərəf onlar olmadığını, onların çıxarıldığını, onun sübutları olduğunu, yan dükanın işıq pullarını ona ödətdirdiklərini, Yadulla və Azər Zeynalovun bu barədə görüntülərin onda olduğunu, Yadulla bəyə məhkəməyə verəcəm dedikdə məhkəməyə vermə öz aramızda həll edərik pulunu kiradan düşərik amma bunu etmədiyini, Azər bəyin içəri gəlib hamının işində onları təhdid etdiyini, işin buraya gəlməsində ən böyük səbəbinonun dediklərinin onları məhəkəməyə verməsin diyə qorxutmaqları olduğunu, onlara 5600 manat borcunun olmadığını, düzdür biraz gecikdirməsinin olduğunu, amma bunu onlara bildirdiyini, onlara sentyabr ayının 3-5-nə kimi verəcəyini dediyini, su, elektrik, işıq pullarını gəlib onlardan artıq aldıqlarını, su, işıq, istilik pulunu onlardan sayğac olmadan aldıqlarını, işıq xətlərinin hardan gəlib hara getdiyinin bəlli olmadığını, onlardan haqqını tələb edib 5 ildir burdayam bir çox şeyi artıq almısınız dediyini, sonuncu dəfə elektrik xəttini tutub hesablayıb illərə görə ona xeyli ziyan verdiklərini, bunu onlardan tələb elədiyini, onlara bunun ortalamasını çıxarın kiramdan düşərsiniz ya da məhkəməyə verəcəm dediyini, məhkəməyə verəcəm dediyiandan etibarən Yadulla və atasının gəlib onu binaya çağırıb həll edərik dediklərini, kira pulunu 500 manat deyib 5 ay sonra 700 manat, sonra 1000 manat elədiklərini, onu da zor ödədiyini, 2-3 gün gec ödədiyini, sonra ona sən kira vermə biz ortaq olaq hissəni bölək onun razı olmadığını, Azər Zeynalovun onu təhdit etdiyindən Konsulluğa gedib hər şeyi dedikdə ciddi bir şey olarsa bizə deyərsən dediklərini, 4200 manatı Yadullanın özünə verdiyini, kiranı verdiyini, bu barədə onda səs qeydlərinin olduğunu, görüntü də olduğunu, 3 ədəd sübutunun həm onu dükandan çıxardıqlarına görə, həm elektrik-pulunu işlətdiklərinə görə, həm də müqavilənin 500 manat olub ondan 1500 manat almalarına dair olduğunu, iddiaçının ödəmədiyinə dair sübutunun olmadığını, iyul avqust ayı üzrə kira pulunu verdiyini, sentyabr ayının əvvəlində onları zorla çıxardıqlarını, bu barədə onlarda video çəkiliş olduğunu, ödəmələri əldən verdiyini, komunal xidmətlərə görəprobləmləri avqustdan bir ay əvvəl ortaya çıxardıqlarını, sonra tanışlarını yolladıqlarını, dizayn işinə baxan birinin gəlib işıq sistemi sizdən keçmir dediyini, məhkəməyə verəcəmə dedikdə vermə biz öz aramızda həll edərik dediklərini, ödəmələri Yadulla bəyə əldən ödədiklərini, pulu ödəməklərinə dair Yadullanın qəbz vermədiyini, pulu bəzən obyektin içində bəzən onların ev girişlərində verdiyini, bəzən restoranın içində verdiyini, tələbə görə borcunun olmadığını, eyni zamanda 5400 manat deyil 4000 manat olduğunu, bir də istilik pulunun 500 manat falan da deyil 900 manat ondan aldıqlarını, ondan 700 manat aldıqlarını, 200 manatın qaldığını, sonra kiranı 4200 manat olaraq verdiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında cavabdeh Sabahattın Cıgdem verdiyi izahatında təqdim olunan şəkillərdəki obyektin onun işlətdiyi yer olduğunu, təqdim olunan səs yazısının onunla İddiaçı arasında olduğunu, həmin danışığın 2024-cü ilin avqust ayında olduğunu, Yadullaya bu aralar işlərin zəif olduğunu, pulu ayın axırında veriməsini dediyini, danışıqda avqust ayının pulunu ondan istədiyini, danışığın avqust ayının 25-26-da olduğunu,avqust ayının pulunu sentyabr ayının 2-3 arası ödədiyini, kirayə pulunu hər ayın 10-dan 10-na ödədiyini, aralarında təqdim olunan danışığın olduğunu, şəkillərin həmin obyektə aid olduğunu, sübut kimi qəbul edilməsinə etirazı olmadığını, təqdim etdiyi vide çəkilişi işçisinin mobil telefon vasitəsi ilə çəkdiyini, həmin vaxtı işçilərə obyektə girməmələrinin deyildiyini, obyektdən çıxmalarının istədiklərini, onlarında çıxmadıqlarını, bu səbəbdən qapının kilidinidəyişdirdiklərini, çəkilişin 10 sentyabr 2024-cü ildə aparıldığını, ondan artıq pul tələb etdiklərini, İddiaçı ona pulu biraz artır müəllimin qabağına çıxa bilim dediyini, ilk 4000 manat istədiklərini, sonra 3000 manat bəs edər dedikdə razı olmadığını bildirmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə baxışı iclasında iddiaçının vəkil və nümayəndəsi Nümayəndə izahatında tərəflər arasında icarə müqaviləsi bağlandığını, onlar arasında əvvəllər də icarə müqaviləsi olduğunu, lakin hazırki, mübahisənin 10 iyun 2024-cü il tarixli icarə müqaviləsi üzrə olduğunu, tərəflərin bunu notariat qaydada həyata keçirib ödənişləri rəsmiləşdirmək barədə qərarlaşdırdıqlarını, müqavilədə bütün ödəniş şərtləri ödənişin hər ayın 1-dən 10-dək ödənilməsi obyektin ikinci əldən icarəyə verilməməsi o cümlədən obyektin əşyalarla birlikdə icarəçiyə təhvil verilməsi qaydalarının hər birinin tənzimləndiyini, həmin müqavilə üzrə yalnız bir ay üzrə normal vaxtında ödəniş olunduğunu, növbəti ay üzrə artıq gecikmələrin başladığını, dəfələrlə iddiaçı tərəfindən cavabdehə müraciət olunaraq icarə haqqının vaxtında ödənilməsinin tələb olunduğunu, cavabdehin bildirdiyinə əsasən kirayə haqqını əldən verdiyini, ödənişlərin rəsmiləşdirilməsi ilə bağlı icarə müqaviləsinə uyğun olaraq razılığa əsasən həmin ödənişlər olduqca cədvəldə qeydiyyat aparılmaqla həmin cədvəlin də icarəçinin özündə yəni cavabdehin özündə saxlanılmaqla icra olunacağını, icarəyə verənin də həmin cədvəlin şəkilini çəkərək özündə saxlamaqla aylıq olaraq nə qədər pulu almasını bilməklə öhdəliyini təsdiqlədiyini, avqust, sentyabr və oktyabr ayları üzrə icarəçi tərəfindən heç bir ödəniş olunmadığını, göndərilən bildirişə əsasən obyektin təhvil verilməsinin də təmin edilmədiyini, iddiaçının artıq gecikmələr başladığından istilik pulunun ödənilməsi barədə narazılıqlar başladığından 200 manat borc yarandığından dəfələrlə müraciət edərək ödənişi həyata keçirin dediyini, orda bir neçə icarəçinin olduğunu, həmin o istilik haqqının da icarəçilər arasında bərabər bölündüyünü, hər birinin öz haqqını ödədiyini, lakin cavabdeh tərəfindən ödənişin başa çatdırılmadığına görə narazılıqlar olduğunu, onlar arasında münasibətlərin kəskinləşdiyini, 28 avqust 2024-cü ildə cavabdehə bildiriş göndərilərək ödənişlər vaxtında ödənilmədiyinə görə icarə müqaviləsi 28 sentyabr 2024-cü il tarixdən xitam olunacağı barədə məlumat verildiyini, obyektin həmin tarixdə təhvil təsliminin həyata keçirilməli olduğunu, lakin bunun baş tutmadığını, icarəçinin obyektin təhvil təslimini həyata keçirmədiyini, hansı ki, icarə müqaviləsinə əsasən əmlakları təhvil aldığını, müqavilədə hər birinin sadalandığını, o qaydada təhvil təslimin aparılmalı olduğunu, bütün əmlakların vəziyyətinin nəzərə alınmalıolduğunu, hansı vəziyyətdə təhvil verilməsinin, yekunda bu təhvil təslimin həyata keçirə bilmədiyini, iddiaçının obyektə daxil olmayaraq cavabdehə dəfələrlə gəl obyekti təhvil təslim edək münasibətləri yekunlaşdıraq bildirsədə bunun baş tutmadığını, nəhayət 04 noyabr 2024-cü il tarixdə iddiaçının özünün obyektə daxil olub çəkiliş aparmaqla şahidlərin iştirakı ilə sahəni təhvil götürərək olduğu vəziyyəti də video lentə aldığını, avqust, sentyabr və oktyabr ayları hesablanmaqla 6000 manat icarə haqqının, 200 manat istilik avadanlığının quraşdırılmasına görə borcun 1020 manat hüquqi yardım haqqının və ödənilmiş dövlət rüsumu ilə bağlı iddiaçının məhkəməyə müraciət etdiyini, iddiaçının əlavə xərclərə məruz qaldığını, cavabdehin öhdəliklərini yerinə yetirməyərək pozuntulara yol verdiyindən bunun əsasında hüquqlarının müdafiəsi ilə bağlı iddiaçının əlavə xərclərə məruz qaldığını, qanunvericiliyə uyğun olaraq çəkməyə məcbur qaldığı xərcləri də zərər vuran şəxsdən tələb etdiyini, əlavə olaraq video disk təqdim etdiklərini, tərəflər arasında olan yazışma olduğunu, avqust ayının sonunda yazışmanın olduğunu, yazışmadan cavabdehtərəfindən ödəniş olunmadığının, deməsinə əsasən sentyabr ayının əvvəli ödəniş edəcəyini, amma bunun yenə də baş tutmdığını, icarə müqaviləsinə görə hər ayın 1-dən 10-dək ödəniş olmalı olduğunu, ödəmənin müqavilə bağlanan vaxtı olmasının nəzərdə tutulduğunu, ilkin ödənişin müqavilə bağlanan vaxt olduğunu, yəni kirayə haqqı ödəniləndən sonra həmin ay üzrə istifadənin başlandığını, iyun ayı üçün ödəmə olduğunu, iyul, avqust, sentyabr və oktyabr ayları üçün ödəmə olmadığını, obyektdə istilik avadanlığı quraşdırıldığını, ümumi bina üçün quraşdırıldığını, və orda icarəçilərin arasında çəkilən xərcin bölündüyünü, hər şəxsə düşən məbləğin bildirildiyini, ümumi məbləğin təxminən 500-600 manat olduğunu, cavabdehinona düşən hissədən müəyyən qədərini ödəyib 200 manat borcunun qaldığını bildirmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə baxışı iclasında cavabdeh Sabahattın Cıgdem verdiyi izahatında 5 ildir həmin yerdə işlədiyini, binanın qarışıq olaraq suyun, istiliyin, qazın, elektrikin hardan gəlib kimə getdiyinin bəlli olmadığını, 200 manat borcun isə kombi olduğunu obyektdə zirzəmidə olduğunu, ondan restoranın, kişi salonunun, gözəllik salonunun, fitnis salonunun, kosmetoloq və aptekin yəni neçə nəfərin istifadə etdiyini, öz aralarında xərcin bölüdüyünü, ən çox da onlara böldüklərini, kombinin bəzi yerlərində nasazlıq olanda heç kimdən pul tələb edilmədiyini, gəlib ondan və restorandan istədiklərini, ayda ödənişin dəyişdiyini, sabit rəqəmin olmadığını, ona ehtiyat hissəsini dəyişdik dediklərini, bunu böləcəyik dediklərini, ümumilikdə onlara 45 günə 900- 950 manat pul verdiyini, bu əsasla borcunun olmadığını, kirasını gecikməilə olsada həmişə verdiyini, onların 5 il yerlərini işlətdiyini, onlardan artıq pul istədikdə vermədiklərindən onlara problem çıxarmağa başladıqlarını, bu problemləri oradan çıxdıqdan sonra da yaşadığını, belə ki, müştərilərini itirdiyini, onlara iki aylıq borcunun iyul və avqust ayları üzrə borcunun olduğunu, onu da sentyabrın 1-2 arası verdiyini, onlardan daha çox pul istədikdə vermədiklərindən zorla çıxardıqlarını, ona başqa yerimiz var səni ora verək buranı istəyən var 3000-4000 manat dediklərini, iyun, iyul, avqust aylarını ödədiyini, sentyabr oktyabr aylarına görə isə borcunun olmadığını, onlara sentyabr ayının 10-da problem yaşatdıqlarını, zorla çıxın dediklərini, onlarında sentyabr ayının 15-16 arası çıxdıqlarını, çünki hər gün qapıda narahat etdiklərini, onlar çıxdıqdan bir iki gün sonra təmirə başladıqlarını, ordan çıxandan 20 gün sonra Park AVM deyilən yerdə bir müddət işlədiklərini, ondan sonra da noyabr ayından etibarən yeni yerlərində işləməyə başladıqlarını, kirayə pulun ödədikcə iddiaçının imzaladığı sənəddən (ödəniş cədvəli) məlumatının olmadığını, kiranı harda olsa əldən verdiyini, məhkəməyə təqdim olunana sübutlarda olan danışıqlardan sonra İddiaçı iki aylıq toplam borcunu iyul və avqust ayını verəcəyini, iyul ayında danışdıqlarını, ikisini bir yerdə avqust ayında verim dediyini, birinci dəfə yaxşı dediyini, sonra atası ilə danışıb atasının razı olmadığını, təqdim olunan video görüntüdə xanımın salonun qabağına çıxaraq iddiaçının atası ilə söhbətində qarşı tərəfə biz kiranı ödəyirik dediyini, lakin qarşı tərəfin kiranı ödəmirsiniz çıxın dediyini, demək olarki, onları çıxarmaq məcburiyyətindəydilər çıxın sizi burda görmək istəmirik dediklərini, onlarında kiramızı vermişik dediklərini, video çəkilişin sonunda açarı dəyişdiklərini, o gün onlara məhkəməyə verəcəm dediyini, ya açarımı gətirəssiniz ya da sizin hammınızı məhkəməyə verəcəm dediyini, 1 saat sonra açarı geri gətirdiklərini, ondan sonra yumuşaq davranmaya başlayıb başqa yerimiz də var oranı göstərək problem yaranmasın dediklərini, video görüntüdə çıxış edən xanımın adının Turanə olduğunu, lazer aparatında işlədiyini, onun öz otağının olduğunu, həmin otağı ona kirayə vermədiyini, Turanənin İddiaçıla münasibətinin olduğunu, özlərinin danışdıqlarını, hətta İddiaçı bir neçə dəfə lazerə gəldiyini ona lisenziya çıxaracağını bildirmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə baxışı iclasında iddiaçının vəkil və nümayəndəsi Nümayəndə izahatında iddiaçı tərəf olaraq sübutları məhkəməyə təqdim etdiklərini, məhkəmə tərəfindən kifayət qədər araşdırılma aparıldığını, cavabdeh tərəfində sübutlarını təqdim etdiyini, izahatların dinlənildiyini, tərəflər arasında müqavilə olduğunu, müqavilənin qanuna uyğun tərtib edildiyini, lakin cavabdehin müqavilənin şərtlərinə əməl etməyərək kirayə haqqını ödəmədiyini, bu səbəbdən tərəflər arasında mübahisə yarandığından müqavilənin ləğv edildiyini, bu əsasla cavabdehin avqust, sentyabr və oktyabr ayları üzrə kirayə haqqına borcunun yarandığını, cavabdehə kirayə götürdüyü obyekti təhvil verməsi barədə xəbərdar edilsədə təhvil vermədiyini, cavabdehin sentyabr ayında təhvil verməsini bildirsə də belə olmadığını, təqdim olunan sübutlarla cavabdehin obyekti oktyabr ayı da daxil olmaqla təhvil vermədiyini, bundan başqa obyektin fəaliyyəti üçün istilik sisteminin təmiri üçün xərc çəkildiyini, həmin xərcin həmin yerdə fəaliyyət göstərən digər şəxslərin ödədiyini, lakin cavabdehin isə 200 manatı ödəmədiyini, həmin xərcin iddiaçının üzərində qaldığını, iddiaçı tərəf olaraq təqdim etdikləri sübutlar həmçinin cavabdeh tərəfindən təqdim olunan sübutlarla tələblərinin əsaslı olduğunun sübut olunduğunu, cavabdehi hərəkətləri nəticəsində iddiaçının əlavə xərcə düşdüyünü, bundan başqa cavabdehin obyektə olan avadanlıqları səliqəsiz işlədərək iddiaçıya ziyan vurduğunu, bunların nəzərə alınaraq iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə iş üzrə cavabdeh Sabahattın Cıgdemin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını, mülahizələri və dəlilləri dinləyərək, iş materiallarını öyrənərək, təqdim edilmiş sübutları araşdıraraq və onlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək aşağıdakıları aydınlaşdırdı. İş materiallarına əlavə edilmiş: xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışdan məlum olur ki, Naxçıvan şəhəri, ünvan 1 ünvanında olan 1984.6 kv.m tikili və 0.0468 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. 10 iyun 2024-cü il tarixli icarə müqaviləsindən məlum olur ki, İddiaçı ilə Cıgdem Sabahattın arasında Naxçıvan şəhəri, ünvan 1 ünvanında olan 1984.6 kv.m tikilinin icarəyə verilməsi barədə razılıq olmuş, icarə müddəti xx.xx.2025-ci il müəyyən edilməklə icarə haqqı aylıq 2000 manat olmaqla ödəmənin ayın 1-ci və10-cu günü arası ödənilməsi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə xitam verilməsi barədə ərizədən məlum olur ki, İddiaçı Cigdem Sabahattinə müraciət edərək kirayə haqqı ödənilmədiyindən icarə müqaviləsinin 28 sentyabr 2024-cü il tarixdə ləğv ediləcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan məlum olur ki, İddiaçı Cigdem Sabahattinə müraciət edərək icarə müqaviləsi üzrə yaranan borcu ödəməsini tələb etmişdir. Obyektin təhvil-təslimi ilə bağlı bildirişdən məlum olur ki, İddiaçı Cigdem Sabahattinə müraciət edərək 28 avqust 2024-cü il tarixində icarə müqaviləsinə xitam verilməsi barədə ərizə ilə müraciət etdiyini, həmin müddətin 28 sentyabr 2024-cü il tarixdə başa çatdığını, lakin obyektin təhvil-təslim ilə bağlı heç bir addım atılmadığını, 4 noyabr 2024-cü il saat 10:00-da icarə obyektinə gəlməyi xahiş etmişdir. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan məlum olur ki, İddiaçı Cigdem Sabahattinə müraciət edərək icarə müqaviləsi üzrə yaranan borcu ödəməsini tələb etmişdir. xx.xx.2024-cü il tarixli icarə müqaviləsi üzrə icarəyə götürən Cigdem Sabahattindən icarəyə verən İddiaçı tərəfindən qəbul edilmiş icarə haqlarına dair cədvəldən məlum olur ki, 15 iyun 2024-cü il tarixdə 2000 manat və 10 iyul 2024-cü il tarixdə 2000 manat ödənilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan müvafiq sənədlərdən müəyyən olunur ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti mövcud olmuşdur. Belə ki, tərəflər iş materiallarında göstərilən müqavilələrilə öz üzərinə öhdəlik götürmüşdürlər. Bununla bağlı olaraq cavabdeh tərəfin öhdəliklərinin icrasını təmin edilməsi məqsədilə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər də aiddir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.5-ci maddəsinə əsasən, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci mаddəsinə əsasən öhdəliyin оnun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа еdilməməsi bоrclunun icrаnı gеcikdirməsi sаyılır 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli, 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia qismən təmin olunmalıdır. Belə ki, iş üzrə tərəflərin izahatından və təqdim olunan sübutlardan məlum olur ki, tərəflər arasında icarə münasibəti 10 iyun 2024-cü il tarixdən yaranmış, icarəyə veriləcək obyekt cavabdehin istifadəsinə verilmiş, müqaviləyə əsasən icarə haqqı olaraq aylıq 2000 manat ödənilməsi razılaşdırılmış, ödəmənin hər ayın 1-ci və 10-cu günü arası icra olunmasının və ödənişin edilərək aylıq üzrə istifadənin nəzərdə tutulmuşdur. Təqdim olunan sübutlardan məlum olur ki, cavabdeh aylıq icarə haqqını iyun və iyul ayları üzrə ödəmiş lakin digər aylar üzrə avqust, sentyabr və oktyabr üzrə ödənişləri icra etməmişdir. Bu fakt təqdim olunan sübutlar və tərəflərin izahatı ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan xəbərdarlıq məlumatından məlum olur ki, iddiaçı icra müqaviləsinin şərti pozulduğundan xx.xx.2024-cü il tarixdə cavabdehə icarə müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam veriləcəyi barədə xəbərdarlıq hazırlayıb göndərmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli pretenziya xəbərdarlığından məlum olur ki, iddiaçı cavabdehdən icarə haqqına və istifadə müddəti yaranmış xərcin ödənilməsini tələb etmişdir. Obyektin təhvil-təslimi ilə bağlı bildirişdən məlum olur ki, iddiaçı cavabdehdən 4 noyabr 2024cü il tarixdə obyekti təhvil verməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, təqdim olunan sənədlərdən də görünür ki, icarə müqaviləsinin şərtləri avqust ayında pozulmuş və tərəflər arasında narazlıq yaranmışdır. İddiaçı tərəfin təqdim etdiyi tərəflərin iştirakı ilə məhkəmə iclasında tədqiq olunan iddiaçı ilə cavabdehin danışıqlarına aid səs qeydindən məlum olur ki, iddiaçı cavabdehdən ayın 25-də kirayə pulunu ödəyərkən 200 manat xərci də ödəməsini istəyir, cavabdeh isə ona işlərin zəif olması səbəbindən ayın sonu ödənişin olacağını bildirdiyini, ona tez-tez zəng olunmasına irad bildirir və iddiaçı ondan pulunu tələb etdiyini bildirir. Həmçinin iddiaçı tərəfin təqdim etdiyi tərəflərin iştirakı ilə məhkəmə iclasında tədqiq olunan iddiaçı tərəfindən aparılan video çəkilişdən məlum olur ki, 04 noyabr 2024-cü il tarixdə icarəyə verilən obyektin qarşısında cavabdeh təhvil-təslimə gəlmədiyindən obyekti özü tərəfindən təhvil alması çəkilişini edir və içəriyə daxil olara istifadə olan avadanlıqların səliqəsiz istifadə olunmasını qeyd etməklə baxış keçirir, eyni zamanda cavabdehə olan borcunu ödəməsi və obyekti təhvil verməsi barədə xəbərdarlıq edilməsini qeyd edərək bildirişlərə məhəl qoymadığını səsləndirir. Həmçinin cavabdeh tərəfin təqdim etdiyi tərəflərin iştirakı ilə məhkəmə iclasında tədqiq olunan digər bir icarəçi tərəfindən aparılan video çəkilişdən məlum olur ki, icarəyə verilən obyektin qapısının kilidi iddiaçı tərəfin təşəbbüsü ilə dəyişdirilir və cavabdeh kilidi dəyişən şəxsdən kilidi çıxarmamasını istəyir, bu zaman obyektdə fəaliyyət göstərən qadın tərəfindən çöldə olan şəxslərlə dioloq quraraq Azər müəllim deyə müraciət edərək etdiklərinin düzgün olmadığını, dövlət işçisi olduğunu, oğlu ilə danışıqların olduğunu, etdiklərinin qanuni olmadığını, kirayəni vaxtıda ödədiklərini, ona hörmətlə yanaşdığını, dediklərinin sübut etməsini bildirməklə etiraz etdiyinin, eyni zamanda cavabdehin də olanlara etiraz olaraq etdiklərinin düzgün olmaması, 500 yazdırıb artıq aldıqlarını, etdiklərinin qanuni olmadığını, obyektdən nə zaman çıxacağını bildiyini, orada olan qadınlara içəri keçməsini qeyd edərək qapını örtürlər. Məhkəmə qeyd edir ki, təqdim olunan video görüntülərdən və səs yazılarından da görünür ki, cavabdeh icarə müqaviləsinə əməl etməməsi səbəbindən tərəflər arasında mübahisə yaranması, öz təsdiqini tapır. Eyni zamanda icarə olunan obyektin xx.xx.2024-cü il tarixədək təhvil verilmədiyi icarə münasibətlərinin həmin tarixədək davam etməsi öz təsdiqini tapır. Məhkəmə həmçinin cavabdehin borcunun olmaması, yaranmış borcunu sentyabr ayının əvvəlində ödəməsi barədə səsləndirdiyi fikiri ilə əlaqədar bildirir ki, cavabdeh bu faktı təsdiq edən sübutu təqdim etməmişdir. Eyni zamanda obyektdən sentyabr ayında çıxmasını qeyd etsədə bu halı təsdiq edən real sübutü təqdim etməmişdir. Təqdim olunan sübutlardan isə məlum olur ki, cavabdeh icarə obyektini təhvil vermədiyindən münasibətlər noyabr ayınadək davam etmişdir. Məhkəmə belə qərara gəlir ki, iddiaçı avqust, sentyabr, oktyabr ayları üzrə icarə haqqını, 200 manat çəkilən xərci tələb etməkdə haqlıdır və tələb həmin hissələrdə təmin olunmalıdır. Eyni zamanda cavabdehin hərəkətləri nəticəsində iddiaçı hüquqi yardım almaq məcburiyyətində olmuş və vəkilin hüquqi yardımından istifadə etməklə 1020 manat əlavə xərcə düşmüşdür. Belə ki, iş materiallarında olan vəkil orderindən məlum olur ki, 11 dekabr 2024-cü il tarixdə iddiaçı “AAA” vəkil bürosunun vəkili Nümayəndə ilə müqavilə bağlamış və həmin tarixdə ABB vasitəsilə 1020 manat hüquqi yardıma görə xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki,iddia 6200 manat və 1020 manat hissədə təmin edilməli olduğundan iddiaçı tərəfindən ödənilmiş 114,26 manat məbləğində dövlət rüsumunun iddianın təmin olunan hissəsinə münasibətdə 92.20 manat hissəsi cavabdeh Sabahattın Cıgdemdən alınaraq iddiaçıya ödənilməli, artıq ödənilmiş 22.06 manat isə iddiaçıya qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində müəyyən olunur. 7220-1000=6220x1%=62,20+30=92,20. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 6200 manat məbləğində pul, 1020 manat hüquqi yardıma görə ödənilmiş haqq cavabdeh Sabahattın Cıgdemdən alınaraq İddiaçı ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 114,26 manat məbləğində dövlət rüsumunun iddianın təmin olunan hissəsinə münasibətdə 92.20 manat hissəsi cavabdeh Sabahattın Cıgdemdən alınaraq iddiaçıya ödənilməli, artıq ödənilmiş 22.06 manat isə iddiaçıya qaytarılmalıdır. İddiaçı tərəf elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərkən hüquqi yardım üçün ödənilmiş 1020 manat pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0-cı və 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə bildirir ki, vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə iddia təmin edildiyindən hüquqi yardım üçün ödənilmiş 1020 manat qanunvericiliyə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Sabahattın Cıgdemdən 6200 manat alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 114,26 manat məbləğində dövlət rüsumunun iddianın təmin olunan hissəsinə münasibətdə 92.20 manat və hüquqi yardıma görə 1020 manat cavabdeh Sabahattın Cıgdemdən alınaraq İddiaçı ödənilsin. Artıq ödənilmiş 22.06 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-54/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-54/2025
23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver