Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-546/2024 20.11.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı ASC 11 oktyabr 2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 27 noyabr 2023-cü il tarixli, RBYF-7355 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2833,19 (iki min səkkiz yüz otuz üç manat 19 qəpik) manat, faiz borcuna görə 221,97 (iki yüziyirmi bir manat 97 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 3055,16 (üç min əlli beş manat 16 qəpik) manat məbləğində pulun və 51 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı ASC-nin Yasamal filialı ilə cavabdeh – Cavabdeh1 arasında bağlanmış 27 noyabr 2023-cü il tarixli, RBYF-7355 saylı kredit müqaviləsinə əsasən illik 24 % (iyirmi dörd) faiz dərəcəsi olmaqla 18 (on səkkiz) ay müddətinə 4000 (dörd min) manat məbləğində cavabdehə kreditin verildiyini, həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 27 noyabr 2023-cü il tarixdə İddiaçı ASC-nin Yasamal filialı ilə digər cavabdeh(lər) Cavabdeh2 arasında zaminlik müqaviləsinin bağlanıldığını, həmin müqavilə üzrə zaminin 27 noyabr 2023-cü il tarixli, RBYF-7355 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıdığını, 27 noyabr 2023-cü il tarixli, RBYF-7355 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etmədiyini, bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlərin öhdəliyin icra edilməsindən qərəzli olaraq yayındıqlarını, tərəflər arasında bağlanmış 27 noyabr 2023-cü il tarixli, RBYF-7355 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 27-dən gec olmayaraq hər ay 266,81 (iki yüz altmış altı manat 81 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etmədiyini, təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 27 noyabr 2023-cü il tarixli, RBYF-7355saylı kredit müqaviləsi üzrə borcunun məbləğinin əsas borcuna görə 2833,19 (ikimin səkkiz yüz otuz üç manat 19 qəpik) manat, faiz borcuna görə 221,97 (iki yüz iyirmi bir manat 97 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 3055,16 (üç min əlli beş manat 16 qəpik) manat təşkil etdiyini, qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh2 və Cavabdeh1 27 noyabr 2023-cü il tarixli, RBYF-7355 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2833,19 (iki min səkkiz yüz otuz üç manat 19 qəpik) manat, faiz borcuna görə 221,97 (iki yüz iyirmi bir manat 97 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 3055,16 (üç min əlli beş manat 16 qəpik) manat pul tutulmalı olduğunu, bildirərək ərizəsini əsaslandırmış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə xx.xx.2024-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdehlər bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: 27 noyabr 2023-cü tarixli RBYF-7355 saylı kredit müqaviləsinə dair razılaşmadan görünür ki, bu müqavilə bir tərəfdən İddiaçı Açıq Səhmdar Cəmiyyətin “Yasamal” filialının müdiri X2 “borcverən” qismində, bir tərəfdən “borc alan” qismində Cavabdeh1 arasında bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən, Cavabdeh1 illik 24% dərəcəsi ilə 18 ay müddətinə 4000 (dörd min) manat məbləğində kredit verilir. 3.1-ci bəndinə əsasən müştəri aldığı krediti Ümumi şərtlərdə və Razılaşmada nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kredit ödəniş cədvəl(lər)i”nə uyğun olaraq Banka qaytarmalı və kreditdən istifadəyə görə hesablanmış faizləri, gecikmə faizlərini, habelə digər ödənişləri ödəməyi öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli Maliyyə Arayışına əsasən Cavabdeh1 27 noyabr 2023-cü il tarixli, RBYF- 7355 saylı müqaviləsi üzrə 24 sentyabr 2024-cü il tarixinə əsasən 2833,19 manat əsas borc, 221,97 manat faiz borcu olmaqla, cəmi 3055,16 manat borcu vardır. 27 noyabr 2023-cü tarixli RBYF-7355 saylı kredit müqaviləsinə dair zaminlik müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən İddiaçı Açıq Səhmdar Cəmiyyətin “Yasamal” filialının müdiri X2 şəxsində (“Kreditor”adlanacaq), bir tərəfdən “Zamin” adlanacaq Cavabdeh1 arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən Bu Müqavilənin predmeti 754679 nömrəli “Kredit Məhsulları üzrə Bank Xidmətlərinin göstərilməsinə dair Ümumi Şərtlər (sonra - Ümumi Şərtlər), Ümumi Şərtlər üzrə xx.xx.2023 tarixli Kredit verilməsinə dair Əsas şərtlər - Razılaşma № RBYF-7355, habelə Ümumi Şərtlər üzrə bağlanılacaq bütün Razılaşmalara (bundan sonra - Kredit müqaviləsi) əsasən bankdan kredit götürmüş Cavabdeh1 (VOEN: **********) (bundan sonra “Borcalan” adlanacaq) tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zaminin və ya Zaminlərin öz üzərinə götürməsidir. 1.2-ci bəndinə əsasən Zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi Rabitəbank ASC tərəfindən ayrılan vəsaitdir. 1.3-cü bəndinə əsasən Bu Müqavilənin 1.1 -ci yanmbəndində nəzərdə tutulan Kredit müqaviləsi üzrə ayrılmış kredit limiti bərpaolunan olduqda, bu limit məbləği qeyd olunan Kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər daxilində Borcalan tərəfindən dəfələrlə istifadə oluna bilər. 2.1-ci bəndinə əsasən Bu Müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir: 2.1.1-ci bəndinə əsasən 4000 (dörd min manat 00 qəpik) AZN təşkil edən kredit məbləği; 2.1.2-ci bəndinə əsasən 18 (on səkkiz) ay təşkil edən kreditin qaytarılma müddəti; 2.1.3-ci bəndinə əsasən Kredit üzrə illik 24 (iyirmi dörd) faizlə hesablanacaq məbləğ; 2.1.4-ci bəndinə əsasən Bu Müqavilənin 2.1.2-ci bəndində qeyd olunan müddət ərzində ödənişlərin gecikməsi halında ödənilməmiş məbləğin gecikmə faizi bu Müqavilənin 2.1.3-cü bəndində qeyd olunan illik faiz dərəcəsinin üzərinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi əlavə ediləcək hesablanır. X3 uçot dərəcəsi ilə Mərkəzi Baiıkın rəsmir internet səhifəsinə daxil olmaqla tanış ola bilər. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, kredit alan Cavabdeh1 18 ay müddətinə illik 24% dərəcəsilə verilmiş 4000 (dörd min) manat məbləğində kreditin və ona hesablanmış faizlərin 27 dekabr 2023-cü il tarixdən 27 may 2025-ci il tarixə kimi müvafiq məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinin verilməsinə görə 51.00 (əlli bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki: xx.xx.2023-cü il tarixli X1 əsasən 3918.00 manat və 2.00 manat məbləğlərində pul 27 noyabr 2023-cü il tarixdə Cavabdeh1 hesabına köçürülmüşdür. Qeyd edilənlərə istinadən, məhkəmə belə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında uzunmüddətli kredit və təminat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Təqdim edilmiş sübutlara əsasən pul vəsaitinin borclunun hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.3-cü maddəsinə əsasən borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. 740.4-cü maddəsinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə zaminliklə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 460.1. maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1. maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.
471. maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1. maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 27 noyabr 2023-cü tarixli RBYF-7355 saylı zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən Zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısmda birgə məsuliyyət daşıyırlar, Həmin müqavilənin 4.2 -ci bəndinə əsasən Kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, gecikmə faizləri borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalamn öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısmda Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. 4.3-cü bəndinə əsasən Zamin Borcalanın kredit müqaviləsindən irəli gələn vəzifələrini vaxtında və lazımi qaydada yerinə yetirməməsinə görə Kreditor qarşısında bu (Müqavilənin 4.2-ci maddəsi nəzərə alınmaqlal ona (Zaminə) məxsus bütün əmlakı ilə məsuliyyət daşıyır. Məhkəmə göstərilənləri nəzərə alaraq zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıdığı müəyyən olunmaqdadır. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən Cavabdeh1 xx.xx.2024-cü il tarixdə və Cavabdeh2 xx.xx.2024-cü il tarixdə elektron qaydada bildiriş ünvanlanaraq İddiaçı ASC ilə xx.xx.2024-cü il tarixli RBYF-7355 saylı kredit müqaviləsinin bağlanıldığını, təyin olunan qrafik üzrə kredit ödənişini vaxtında icra edilmədiyi üçün xx.xx.2024-cü il tarixinə olunan əsas borcun 2833,19 (iki min səkkiz yüz otuz üç manat on doqquz qəpik) AZN, kreditdən istifadəyə görə faiz borcu 212,52 (iki yüz on iki manat əlli iki qəpik) AZN, cəmi 3045,71 (üç min qırx beş manat yetmiş bir qəpik) AZN borcun gecikdiyini, dəfələrlə məlumat verilməsinə baxmayaraq qeyd olunan məbləği ödəmədiyini, 3 iş günü ərzində Banka göstərilən məbləği ödəməyini, əks təqdirə müqavilənin şərtlərinə əsasən həmin borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlərin görüləcəyini bildirilmişdir. Beləliklə, məhkəmə borcluların öhdəliyin icrasını pozduğunu müşayiət etdiyindən kreditorun öhdəliyin icrasını tələb etməkdə haqlı olduğu qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, e-2-2(123)-546/2024 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehlərə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdehlər tərəfindən öhdəliyin onların tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, onlara qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 114.1. və 114.1.1-ci maddələrinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 3055,16 manat (üç min əlli beş manat on altı qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 50,55 (əlli manat 55 qəpik) manatdır. (30 + 2055,26-ın 1%-i = 30 + 20,55 =50,55) Hazırkı iş üzrə iddiaçı 50,55 (əlli manat 55 qəpik) manat məbləğində dövlət rüsumu ödəməli olmasına baxmayaraq tərəfindən 51 (əlli bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə qeyd edir ki, iddia tam təmin edildiyindən ödənilməli olan 50,55 (əlli manat 55 qəpik) manat məbləğində dövlət rüsumu bütövlükdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq dövlət rüsumunu ödəmiş İddiaçı ASC-yə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,45 (qırx beş qəpik) manat məbləğində dövlət rüsumu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçı ASC-yə qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 27 noyabr 2023-cü il tarixli, RBYF-7355 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2833,19 (iki min səkkiz yüz otuz üç manat 19 qəpik) manat, faiz borcuna görə 221,97 (iki yüz iyirmi bir manat 97 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 3055,16 (üç min əlli beş manat 16 qəpik) manat məbləğində pulun və ödənilmiş 51 manat məbləğində dövlət rüsumunun 50.55 (əlli manat 55 qəpik) manat məbləğində rüsum əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-nin хеyrinə ödənilməsi və iddiaçı tərəfindən artıq ödənilmiş 0,45 (qırx beş qəpik) manat isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçı ASC-yə qaytarılması qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
İddia tam təmin edilsin. 27 Noyabr 2023-cü il tarixli, RBYF-7355 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2833,19 (iki min səkkiz yüz otuz üç manat 19 qəpik) manat, faiz borcuna görə 221,97 (iki yüz iyirmi bir manat 97 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 3055,16 (üç min əlli beş manat 16 qəpik) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 (VÖEN: **********), (AA*******) və Cavabdeh2 (AA*******) müştərək qaydada tutularaq İddiaçı ASC-yə (VÖEN: **********) ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 51 (əlli bir) manat məbləğində dövlət rüsumunun 50.55 (əlli manat əlli beş qəpik) manat məbləğində rüsum əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq alınıb İddiaçı ASC-yə ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 0,45 (qırx beş qəpik) manat isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçı ASC-yə qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elşən Salmanov.