Məhkəmə qərarları › İş №e-2-2(123)-55/2022

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-55/2022

04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-55/2022 04.08.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC 15 iyul 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 06 fevral 2019-cu il tarixli, KT0602/01 saylı kredit müqaviləsi üzrə 30 iyun 2022-ci il tarixə 5 133.14 (beş min bir yüz otuz üç manat 14 qəpik) manat əsas borc, 1 963.33 (bir min doqquz yüz altmış üç manat 33 qəpik) manat faiz borcu, 22.82 (iyirmi iki manat 82 qəpik) manat cərimə olmaqla, ümumilikdə 7 119.29 (yeddi min bir yüz on doqquz manat 29 qəpik) manat və 17 oktyabr 2019-cu il tarixli, 1710/01/SİF saylı kredit müqaviləsi üzrə 24 902.27 (iyirmi dörd min doqquz yüz iki manat 27 qəpik) manat əsas borc, 1 264.27 (bir min iki yüz altmış dörd manat 27 qəpik) manat faiz borcu, 339.59 (üç yüz otuz doqquz manat 59 qəpik) manat cərimə olmaqla, ümumilikdə 26 506.13 (iyirmi altı min beş yüz altı manat 13 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 92.90 (doxsan iki manat 90 qəpik) manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat və iddia ərizəsinin verilməsinə görə ödənilən 191.75 (bir yüz doxsan bir manat 75 qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 18 000 (on səkkiz min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********20 reyestr nömrəli Naxçıvan MR, Naxçıvan şəh, Xətai məhəlləsi, 8/66B-də mülkiyyətində olan 0.5418 ha torpaq sahəsinə və 127.700 (bir yüz iyirmi yeddi min yeddi yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, xx.xx.2014-cü il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********56-10301 reyestr nömrəli Naxçıvan MR, Naxçıvan şəh, Xətai məhəlləsi, dön.8-də mülkiyyətində olan 0.2445 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 80.6 kv.m yaşayış, --- kv.m qeyri-yaşayış, 265.8 kv.m köməkçi sahədən ibarət 67B nömrəli fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin yaşayış evində qeydiyyatda olan Cavabdeh2, Cavabdeh1 və həmin evdə qeydiyyatda olan digər şəxslərin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması,fərdi yaşayış evinin yararlı vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, məhkəmə iclasında iştirak etməmiş, lakin xx.xx.2022-ci il tarixdə ərizə ilə elektron qaydada məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, Cavabdeh2 tərəfindən kredit borcu üzrə ümumilikdə 33 547.00 (otuz üç min beş yüz qırx yeddi) manat ödəniş edilərək, 06 fevral 2019-cu il tarixli, KT0602/01 saylı və 22 oktyabr 2019-cu il tarixli, 1710/01/SİF saylı kredit müqavilələri üzrə öhdəliklərin tam icra olunduğunu, həmçinin 200 (iki yüz) manat mediasiya və 90.92 (doxsan manat doxsan iki qəpik) manat “ipoteka predmetinə tutma yönəldilməsi haqqında” bildiriş üçün ödənilmiş vəsaitin geri ödənildiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin əsaslandırması: Hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. (Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0 və 261.0.4.-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.1-ci madddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 114.1 və 114.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə iddiaçının ərizəsini araşdırıb hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən təsdiq edilməli və iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilməli, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi iddiaçıya izah olunmalı və iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə, Hökümət ödəniş portalında, ********* nömrəli qəbz ilə ödənilmiş 191.75 (bir yüz doxsan bir manat yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. (2.1.3, 4.1) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə, Hökümət ödəniş portalında, ********* nömrəli qəbz ilə ödənilmiş 191.75 (bir yüz doxsan bir manat yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar