Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-55/2025 20.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənеtdi: İddiaçı 20 dekabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10580 (on min beş yüz səksən) manat pulun və 122 (yüz iyirmi iki) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində Şahid2 ilə birlikdə Cavabdeh ilə tanışlıqlarının 2019-cu ilin payızında ünvan 1 ünvanında işlətdiyi mebel sexində yarandığını, Talehin təkidi ilə onun kirayə götürüb işlətdiyi həmin mebel sexinin bir hissəsində onların da şüşə sexi açıb, ayda 150 manat kirayə haqqı ödəmək şərtilə fəaliyyət göstərdikləri sexin üstünün şiferini vurduqlarını, onlar şüşə sexini işlətdikləri vaxt Talehin də orda bir neçə nəfərlə mebel sexini işlətdiyini, beləliklə onlar fəaliyyət göstərdikləri bu müddətdə Talehin onlardan 2700 (iki min yeddi yüz) manat nağd, 1000 (bir min) manat dəyərində şüşə və ayna, 300 (üç yüz) manat dəyərində taxta, 450 (dörd yüz əlli) manat hamam aksesuarının alınmasına, müştərisi üçün stol, yataq və mətbəx mebelinin yığılmasına görə 3610 (üç min altı yüz on) manat, sonra isə müxtəlif vaxtlarda ondan və Şahid2, toplam birlikdə 2520 (iki min beş yüz iyirmi) manat borc götürdüyünə görə onun birlikdə cəmi onlara 10580 manat borcunun yarandığını, həmin borcun qarşılığında Talehin onlara həmin mebel sexində işlətdiyi dəzgahları vermək istədiyini bildirib istəyirlərsə dəzgahları götürmələrini, onlara olan borcunu tam şəkildə ödədikdən sonra qaytarmalarını dediyini, lakin bir müddət sonra Talehin həmin dəzgahları kiməsə satdığını öyrəndiklərini, Talehin hal-hazırda həmin kirayə götürüb işlətdiyi sexi qaytarıb başqa yerdə işlədiyini, dəfələrlə Talehdən 10580 manat borcunu istədiyini, Talehin ümumiyyətlə borcunu qaytarmağa da fikri olmadığının onun davranışından aydın olduğunu, Talehin hətta telefon zənglərinə cavab vermədiyini, gizləndiyini, buna görə də məcbur qalaraq pulunun ondan alınması üçün məhkəməyə müraciət etməli olduğunu, cavabdehin qeydiyyat yerinin bundan əvvəl yaşadığı ünvan olduğunu qeyd etdiyini, hal-hazırkı qeydiyyat yeri barədə heç bir məlumatının olmadığını, cavabdehin qeydiyyat yeri barədə Naxçıvan şəhər Polis idarəsinə ünvanladıqları məktuba cavab olaraq Cavabdeh barəsində məlumat əldə etmək üçün Naxçıvan Şəhər Polis İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun arxiv kortetekasına baxış keçirildiyini və həmin şəxsin Naxçıvan şəhəri üzrə qeydiyyatının aşkar olunmadığı bildirildiyini, məhkəmənin ədalətinə inandığını, ona görə də Talehin ona olan 10580 manat məbləğində borcu və 122 (yüz iyirmi iki) manat məbləğində dövlət rüsumunu məhkəmə qaydasında qaytarmağını istədiyini, cavabdehin qeydiyyatı barədə arayış əldə edə bilmədiyindən arayışın alınmasına köməklik göstərilməsini xahiş etdiyini qeyd etməklə əsaslandırmış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci, 385.1 -ci, 739.1-ci və 742-ci maddələrinə, o cümlədən Mülki Prosessual Məcəllənin 149 və 150-ci maddələrinə istinad etmişdir. Məhkəmənin 23 dekabr 2024-cü il tarixli, e-2-2(123)-652/2024 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 21 aprel 2025-ci il tarixli məhkəmə baxış iclasında sədrlik edən Cavabdeh imza xətt nümunələrinin alınmasının zəruri olduğunu bildirmiş, Cavabdeh video çəkiliş nəzarəti altında imza xətt nümunələri alınaraq iş materiallarına əlavə edilmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, e-2- 2(123)-55/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahissəsinə dair işə baxılma müddəti xx.xx.2025-ci il tarixdən 2 ay müddətinə uzadılması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, e-2- 2(123)-55/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi və ekspertizanın keçirilməsinin Naxçıvan Muxtar Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2025-ci il tarixli, 546 saylı rəyi 25 iyun 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, e-2- 2(123)-55/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, e-2- 2(123)-55/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi və ekspertizanın keçirilməsinin Naxçıvan Muxtar Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2025-ci il tarixli, 778 saylı rəyi 05 avqust 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 05 avqust 2025-ci il tarixli, e-2- 2(123)-55/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. İddiaçı 17 yanvar 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahında 2019-cu ildə bir yerdə işlədiklərini, şüşə sexində işlədiyini, onun da mebel sexində işlədiyini, arada onlardan pul aldığını, mebel düzəltdiyini, qaytarıb pulu verdiyini, sonra Talehin ona bir yerdə işləmələrini, mebel düzəltmələrini, Qadirgilin ona pul verməsini, özü mebel düzəldərək satmasını, arada bir Qadirgilə də hörmət edəcəyini, qazancından məsələn beş-on manat onlara da verməyi dediyini, pulları onlardan aldığını, bir ay mebel düzəltdiyini, mebelin pulunu almağa gələndə pulların olmadığını dediyini, ondan bu tərəfə pul görmədiklərini, sonra onda stolları olduğunu, əlavə bir nəfər də olduğunu, o stolun birini həmin adama, taksi şoferinə satdığını, o adamın gətirib ona əlli manat pul verdiyini, qalan pulun qaldığını, pulu tələb etdiyini, onun da pulu ona gətirməsini, özünün verəcəyini dediyini, o pulu da mənimsədiyini, vermədiyini, pulun məbləğinin 180 manat olduğunu, 50 manatını verdiyini, 130 manatın da taksi şoferində qaldığını, hadisənin 2019-cu ildə olduğunu, 2022-ci ildə məhkəməyə verdiklərini, birinci Şəhər Məhkəməsinə verdiklərini, onda hələ bu məhkəmənin olmadığını, iki dəfə Şəhər Məhkəməsində işə baxıldığını, qarşı tərəfin heç bir prosesə də gəlmədiyini, sonra bu məhkəmənin yarandığını, ikisi də vergi ödəyicisi olduqlarına görə mübahisəyə Kommersiya Məhkəməsində baxılmalı olduğunu dediklərini bildirmişdir. 03 mart 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahında Talehin düz dediyini, onun yanına 2019-cu ildə gedib işlədiyini, onun yanında həmin yerdə oranın şiferini də özünün vurduğunu, orda şüşə sexi açdığını, Talehin ondan hardasa 3 min dollara kimi şüşə götürdüyünü, Talehin 150 manatı da ondan aldığı mebel şüşələrinin puluna çıxdığını, ondan nağdı pul almadığını, onun pulunun üstündən çıxdığını, yaxşı da işlədiyini, pis işləmədiyini, onlara şərikli burda işləməyi, Talehə də onlara çıxdığı puldan verməsini, mebel çıxardacağını, sataraq şərikli bölməyi dediyini, eybi olmadığını, yoldaş olduqlarını dediyini, bir yerdə işlədiklərini, bunu tanıdıqlarını, gəlib gedəninin də çox olduğunu, verib işlədiyini, bir müddətdən sonra pulu qaytarmaq lazım olduğunu dediyini, onun da pulu qaytarmaq lazımdırsa, qaytaracağını dediyini, hələ mebelləri çıxartmadığını, 1 ayın içində gecə saat 2-ə 3-ə kimi mebel çıxartdıqlarını, sonra bacısının evinə apardığını, 1600 manatlıq mebel yığdığını, ona verdiyi puldan 1600 manat çıxdığını, 2-ci bacısının evindəki mebeli onun pulunun 1300 manatını özünün Talehə verdiyini, 3 dənə mebel olduğunu, 2-sinin Talehdə qaldığını, 1-ni aparıb bacısının evinə yığdıqlarını, onun da yarımçıq qaldığını, Asəfdən pul almadığını dediyini, amma Asəfin özünün yanında zəng edərək Qadirə bu qədər pul verməsini, gedib götürəcəyini dediyini, ona pul verib gəlib ondan götürdüyünü, o pulu da Talehin götürdüyünü, Asəfin özünün Talehə də pul verdiyini, Asəfin ona pulu verdiyini, onun Talehə verdiyini, sonra Taleh pul vermədiyinə görə Zahid müəllimin yanına getdiklərini, Zahid müəllimin yanına gedəndə hardasa 7 min manat borcu olduğunu, dəqiq deyə bilmədiyini, çünki orda 3 dənə mebel olduğunu, 5 dənə qabaq stolu olduğunu, 3 dənə də böyük stol, 2 dənə də balaca stol olduğunu, ona mebel dükanına qoyub satsın, pullarını versin deyə hazırını verdiklərini, onların yenə Talehə işləyib onların pullarını qaytarması üçün pul verdiklərini, şüşə istədiyi üçün şüşə verdiyini, ayna istədiyi üçün ayna verdiyini, çıxıb mebel stanoklarını satdığını dediyini, qiymətləşdirərək verdiklərini, sonra 3 nəfərlə kağız yazdıqlarını, qol çəkərək stanokları verdiklərini, pulunu vermədiyini, kağız yazılan vaxtı 4700 manatdan çox borcu olduğunu, o biri mebellərin pulunu çıxdıqda 4700 qaldığına görə elə yazdıqlarını bildirmişdir. 21 aprel 2025-ci il tarixli məhkəmə baxışı iclasında verdiyi ifadəsində hakimdə olan kağızda o iki adamın da ad soyadı olduğunu, onların ona mebel yığıb 250-300 manat qazanc qaldığını, onu Talehin borcundan çıxdığını, mebelin pulunu da özünün verdiyini, Mürşüdgilə yığılan mebelin 1000 neçə manat tutduğunu, başqa adamdan aldığını, onun hələ yarısını da yığmadığını, qaldığını, onu apararaq bacısıgilin qapısında qoşmağı dediyini, 200 manat da onun pulundan keçdiyini, yoxsa Talehin pul qoyub mebel yığmadığını, Talehin tutulub gələndən sonra artıq düzəldiyini deyərək işləyib onun borcunu qaytarması üçün pul verməsi üçün ona yalvardığını, imzanın Talehin imzası olduğunu, şahidlərin də təsdiq edə biləcəyini bildirmişdir. 20 avqust 2025-ci il tarixli məhkəmə baxışı iclasında etdiyi çıxışında iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh 03 mart 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında İddiaçı ilə 2019-cu ildə tanış olduğunu, Qadirin onların sexinə gəldiyini, sexin Nizami müəllimin sexi olduğunu, Nizami müəllimin də bacısının oğlunun şəhər məhkəməsində işlədiyini, sexin qabağının artırılmalı olduğunu, özünün o sexi icarəyə götürüb işlətdiyini, ayda 500 manat da kira pulu verdiyini, Qadirin buranı götürmələrini, onun da gəlib qabaqda işləyib 150 manat da verəcəyini dediyini, onun da problem olmadığını amma qabağın üstünün örtülməli olduğunu dediyini, Nizami müəllimin yanına getdiklərini, Nizami müəllimin də oranın örtülməyi üçün 700 manat pul dediyini, Nizami müəllimin özünün o pulu verdiyini, 700 manat pul verdiyini, amma işçiliyini Qadirin elədiyini, onların də aybaay 500 manat pulunu verdiklərini, amma onun sexdə heç kimə 150 manat pul vermədiyini, ona da vermədiyini, Nizami müəllimə də vermədiyini, sonra özünün ondan 2 min manat faizinə pul götürdüyünü, 1 il də faizinə bunun pulunu verdiyini, 2022-ci ildə Qadirin Şəhər şöbəsində Zahid müəllimə ona 5500 manat borcu olduğunu şikayət etdiyini, həmin Asəf dediyi adamla birlikdə getdiyini, Asəfin də Zahid müəllimin qohumu olduğunu, bu adamın ona 10580 manat olacaq qədər pul vermədiyini, 5500 manat pula görə şikayət etdiyi adama təzədən pul verməyəcəyini, onu gedib şikayət etdiyini, onun baytarlıqda dostunun işlədiyini, Şəhər məhkəməsinin 2-ci döngəsində sağ tərəfdə 1-ci dükan olduğunu, sexdə stanoku satıb 1000 manatı aparıb verdiyini, üstünə də 50 manat pul qoyub həmin dostuna verdiyini, aparıb verməyi özünün dediyini, sonra biraz faiz borcu zadı olduğunu, iki bacısıgilin evlərinə mebel yığdığını, bacılarının, da kürəkənlərinin də dəvət edilə biləcəyini, onların ona pul vermədiyini, pulu Qadirə verdiklərini, evin işini özünün gördüyünü, Asəfin ona ümumiyyətlə pul vermədiyini, Asəfi bir dəfə də Qadirin onun üstünə göndərdiyini, sexinin Banunun arxasında olduğunu, X4 yerini işlətdiyini, Asəfi o sexdə döydüyünü, yalan danışmadığını, nə deyirsə, düzünü dediyini, sonradan Qadirin öz maşını ilə gəldiyini, Asəfi sexdən apardığını, sonra MTN-də işləyən adamı üstünə göndərdiyini, onun da onların Qadirlə haqq-hesabı olduğunu dediyini, onun da haqq-hesabı olmadığını, ona faizə pul verib faiz hesabladığını dediyini, onun sexinə getdiklərini, onun sexində də münaqişələri olduğunu, onu da döydüyünü, yəni borcu olan bir adamın niyə onu döydüyünü, Qadirin də onun telefonlarını açmadığını, qaçıb gizləndiyini dediyini, Banu restoranının arxasında Əli Zamanovun sexini 3 il işlətdiyini, hər ay 700 manat da kira verdiyini, borcunun olduğunu, icra sənədinin türməyə də daxil olduğunu, 400 manat da kreditə telefon götürdüyünü, tutulanda banka da borcu olduğunu, türmədə istehsalat sahəsində işlədiyini, banka olan pulunu da bağladığını, kiməsə pul atmaq niyyətinin olmadığını, onsuz da onu tutduqlarını, bacısıgilin evinə mebel yığdığını, həmin mebellərin rənginə qədər deyə biləcəyini, evlərinin hansı tərəfdə olduğunu, girişinin hansı tərəfdə olduğunu, çıxışının hansı tərəfdə olduğunu, hamısını deyə biləcəyini, öz xətti ilə yazılmış sənədin 2 min manata dair yazıldığını, imzanın onun imzası olduğunu, iştirakçılar Rzayev Orxan və Babayev Cavanşiri tanımadığını, o imza atanda o adamların orda olmadığını, Qadirin bacısıgilə bir dənə kuxna mebeli yığdığını, bir dənə də yataq mebeli, kuxna mebelinin pulu olan 1300 manatı verdiyini, ama yataq mebelini vermədiyini, yataq mebelinin də qurtardığını, bir dənə tumbuşqasının qaldığını, bir də yatağın arxasının, onları da 15-20 gün sonra aparıb verdiyini, Qadirə 7000 min borcu olmadığını, ondan 5500 manat şikayət etdiyini, şikayətdən sonra ona pul vermədiyini, onun verdiyi 2 min manat pul olduğunu, onun da faizi ilə olduğunu bildirmişdir. 21 aprel 2025-ci il tarixli məhkəmə baxışı iclasında verdiyi ifadəsində Zaurla 2022-ci ildə Heydər əminin dükanında tanış olduğunu, İkisinin şərik işləyəcəklərini, Zaurun kəndçiləri Adil Zamanovun sexini 700 manata kirayə götürdüyünü, onun da yanında usta kimi işlədiyini, Naxçıvanda da hamının onu tanıdığını, ora gələn zakazların hamısının ona gəldiyini, Zaurun ora başqa pul qoymadığını, şərikliklərinin 9- 10 ay davam etdiyini, 9-10 ay sonra onun 12 sutka həbs olunduğunu, çıxanda Zaurun Ələkbər adında başqa bir adamla şərik olduğunu, Zaurun onun bütün mallarını və Adil Zamanovun əli ilə 1300 manatını aldığını, həbsxanadan çıxan günü 800 manat da gətirib verdiyini, onun da gedib Savedabaddan qohumundan aldığını, 2-3 gün sonra işlərin üstünün açıldığını, onun da bu adamı döydüyünü, taxta ilə qolunu da qırdığını, qolunu qırdığına görə onu tutdurmaq üçün Zahid müəllimlə şəhər şöbəsinə getdiklərini, Adil zamanovun bunların kəndçisi olduğunu, haqq-hesabları o biləndən sonra Zauru öz sexindən qovduğunu, açarı da işlətməsi üçün ona verdiyini, aralarında haqq-hesabın olduğunu əks etdirən kağızın imzalanmağının 2021-ci ildə olduğunu, çünki 2021-ci ildə o sexdən çıxdığını, Asəfin yanında Qadirin ona pul vermədiyini, 2022-ci ildə Qadirin Asəfi onun sexinə göndərdiyini, onun bu adamı orda döydüyünü, bu adamın içib tam sərxoş halda gəldiyini, onu polislərin apardığını, izahat verdiyini, əgər pul alıbsa, həmin insanı niyə döyəcəyini, niyə Qadirin özünün pulun dalınca gəlmədiyini, məsələnin tamamilə başqa cür olduğunu, Qadirin Asəfə pul borclu olduğunu, Qadirin bacısı gilə mebel yığdığını, o pulların Qadirə verildiyini dediklərini, Qadirə onun borcu olduğu üçün özü o mebelləri yığdığını, 1 qəpik də pul almadığını, onların Qadirə pul verib ona pul vermədiklərini, imzanın onun imzası olmadığını bildirmişdir. 11 iyul 2025-ci il tarixli məhkəmə baxışı iclasında verdiyi izahında keçən məhkəmə iclasında iddiaçı tərəfin Zaur adlı şəxsi şahid qismində məhkəməyə çıxardığını, həmin şəxsin “Banu”nun arxasında 3 nəfər oturduğunu, Qadir də onun yanında 3000 manat pul verdiyini deməsinə cavab olaraq, “Banu”nun arxasında oturduqları yerdə kamera olduğunu, onun bu adamla orada oturmadığını bildirmişdir. 20 avqust 2025-ci il tarixli məhkəmə baxışı iclasında etdiyi çıxışında iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Şahid1 21 aprel 2025-ci il tarixli məhkəmə baxış iclasında verdiyi ifadəsində Qadirlə Talehin arasında 10850 manat borcun olduğuna dair haqq-hesaba dəfələrlə şahid olduğunu, amma pulun alınıb verilməsində heç bir iştirakının olmadığını, Talehin əvvəl onun yanında işlədiyini, onun yanına birinci usta kimi gəlib sonra şərik olduğunu, sonra da sahibkar olduğunu, onun qıraqda qaldığını, Qadirlə Talehin aralarında borcla bağlı hətta yazılı kağızın da olduğunu, Qadirə bu qədər pul borclu olması isə bağlı Talehin ora da imza da çəkdiyini, onun amma o pulun alınıb verilməsində iştirakı olmadığını, hətta bu son vaxtlarda Qadirin gedib Daxili İşlər Nazirliyinə şikayət elədiyini, Zahid müəllimin onlara gedib Talehə köməklik etmələrini, işləməsini, borclarını qaytarmasını, başqa cür qaytara bilməyəcəyini dediyini, bu borcu qaytarması üçün 3 min manata qədər də köməklik elədiyini, pulun onun yanında verildiyini, 2022-ci ildə şahid olduğunu, təxmini 2021-in axırları 2022-ci il əvvəlləri olduğunu, hardasa iyun-iyul ayları olduğunu, onda onunla bir yerdə işlədiyini, onda həmin pulu da materiala verdiklərini, daha sonra gündə bir adamın gəlib pul aldığını, Qadirin material alıb iş görməsi, onun pulunu qaytarması üçün köməklik etdiyini, Talehin ona borcu olmadığını, dəfələrlə gəldiklərini, onların sexdə qışqırıqlarının düşdüyünü, hətta bir dəfə onla Talehin arasında da gəlib qışqırıq etmələri ilə bağlı söz söhbət olduğunu, bir Qadirin yox, bir çox insanın bu vəziyyətdə olduğunu, hər kəsin gəlib borcunu istədiyi üçün tükəndiyini, hətta Talehi həbs elətdirən həkimə özünün 600 manat nə qədərsə Talehin əvəzindən pul qaytardığını, Talehin 10850 manat borcunun olmağına qol çəkdiyini, o yazını gördüyünü, 10850 manat yazıldığını, axırıncı dəfə o söhbətin Qadirin sexində olduğunu, Cavabdeh Qadirin ona 3 min manatı verəndə onun harda olması ilə bağlı sualına cavab olaraq 3 min manatı Qadirin Banu şadlıq sarayının arxasındakı çayxanaya gələrək ona köməklik eləməyi, işləyib pulu qaytaracağını, birinci dəfə 1200 manat verdiyini, ikinci dəfə də material alıb işləyib Qadirin borcunu qaytarması üçün 1800 manat verdiyini, üçünün də bir yerdə olduğunu, 3 nəfər olduqlarını, Qadir, o və Taleh olduğunu bildirmişdir. Şahid2 21 aprel 2025-ci il tarixli məhkəmə baxış iclasında verdiyi ifadəsində şüşə sexində Qadirlə birlikdə işlədiklərini, Talehin də mebel sexində işlədiyini, ayna kəsdirmək üçün, şüşə kəsdirmək üçün onların sexinə gəlib getdiyini, onun da kuxna mebeli yığdırmaq istədiyini, Qadirin də Talehin yığa bildiyini dediyini, Talehin yığması üçün köməklik eləməsini dediyini, kuxna mebeli üçün hərdən 300 manat, 500 manat verdiyini, həmin 300, 500 manatı şəxsən Qadirə verdiyini, onun da Talehə verdiyini, birbaşa Talehə vermədiyini, özünün də gəlib ölçü götürəcəyini dediyini, üçünün arasında 3500 manat pul olduğunu, Qadirin tələb elədiyi pulun içərisində onun 3500 manat pulunun olduğunu, Talehin Qadirə nə qədər borcunun olduğunu bir yerdə hesabladıqları, onun da qol çəkdiyi üçün bildiyini, o kağıza qol çəkəndə 10 min nə qədərsə yazıldığını, onun da qol çəkdiyini, sonra özünün yası olduğunu, Talehin artıq Qadirin yanından çıxıb Zaurla işlədiyini, onun da imkanı olmadığı üçün pulunu istədiyini, Talehin də sifariş götürdüklərini və pulu verəcəyini dediyini, hələ 1-2 dəfə savaşdıqlarını, borc sənədinin 1 kağıza yazdığını gördüyünü, sonra Zahid müəllimin yanına getdiklərini, pulu verməsi üçün Talehə köməklik eləməyi, işləyərək pulu verməyi, başqa cür verə bilməyəcəyini dediyini, 300-400-500 manat iki dəfə də köməklik elədiklərini, sonra tapa bilmədiklərini, qaçıb çıxıb getdiyini, Əliabad kəndinə getdiyini, orda da tapa bilmədiklərini, sonra yoxa çıxdığını, Talehin onun evini tanımadığını, üçü birlikdə olanda 2021-ci ildə olanda Qadirin Talehə 500, 600 manat pul verdiyini,Talehin gedib material alıb gətirdiyi üçün o pulu verdiyini, hətta bir dəfə də yağış yağdığını, materiallar islanmasın deyə krişanın altına yığdıqlarını, Qadir ona sifarişi varsa, pulu verməsini dediyini, gedib bankamatdan çəkib gətirib verdiyini, kartdan çəkib verdiyini, bir yerdə üçünün oturub hesabladıqda 10 min nə qədər pul olduğunu, kağıza yazdığını, altına da qol çəkdiyini bildirmişdir. İş materiallarında olan: Əl yazısı ilə təsdiq vərəqəsinin surətindən görünür ki, Cavabdeh İddiaçı 4780 (dörd min yeddi yüz səksən) manat borc pul almış və sexinin əşyalarını, istanok yataq, kapışor, letamişar, tozsoran və sairə bütün əşyaları borcu qurtarana qədər Rzayev Orxan və Babayev Cavanşirin iştirakı ilə İddiaçı təhvil vermiş və öz imzası ilə təsdiq etmişdir. Balans hesabı başlıqlı, əl yazısı ilə “kreditə verdiyim” yazılmış vərəqənin surətindən görünür ki, Cavabdeh İddiaçı müəyyən qədər borcu olmuşdur. ********** saylı , xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 122.00 (bir yüz iyirmi iki) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin 21 aprel 2025-ci il tarixli, e-2-2(123)-55/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2025-ci il tarixli, 546 saylı rəyindən görünür ki, ekpertizaya təqdim olunmuş e-2-2(123)-55/2025 saylı kommersiya işinin 116-cı vərəqəsində olan, 21 aprel 2025-ci il tarixdə işə əlavə olunmuş Balans hesabı adlı sənədin aşağı sol hissəsində “16 borc Taleh.” yazılarının qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 546 saylı, 21 aprel 2025-ci il tarixli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə xətşünaslıq ekspertizasının nəticəsində aparılmış tədqiqatın dəyəri 73 (yetmiş üç) manat məbləğində müəyyən edilmişdir. Həmçinin məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin 11 iyul 2025-ci il tarixli, e-2-2(123)-55/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2025-ci il tarixli, 778 saylı rəyindən görünür ki, təqdim olunmuş iş materiallarının 116-cı vərəqəsində olan balans hesabı başlıqlı, qrafalı, üzərində çoxlu rəqəmlər qeyd edilmiş və 21.04.25-ci il tarixdə işə əlavə edilmiş, qırmızı qələmlə yazılmış stol qab yazısının altından başlayaraq, 16 borc taleh yazısı önündəki imzaya qədər olan rəqəmlərin cəm məbləğin üstünə, işin 118-ci vərəqəsində olan vərəqdə qeyd edilmiş 4700 (dörd min yeddi yüz) manat pul məbləği gəlindiyində cəm məbləğ 12675.00 (on iki min altı yüz yetmiş beş) manat təşkil edir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 778 saylı, 04 avqust 2025-ci il tarixli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə mühasibatlıq ekspertizasının nəticəsində aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Həmin Məcəllənin, 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmış, həmin müqavilə əsasında İddiaçı 10580 manat məbləğindən də artıq miqdarda borc pulu Cavabdeh vermişdir. Borc pulun verilməsi əl yazısı ilə yazılmış balans hesabı başlıqlı vərəqədə və təsdiq vərəqəsində öz təsdiqini taparaq mötəbər sübutlarla təsdiq olunduğu müəyyən edilmişdir. Bundan əlavə, İddiaçı Cavabdeh verdiyi 4700 manat cavabdehin əl yazısı ilə yazılmış təsdiq vərəqəsində 4700 manat pul borc almasını etiraf etməsilə təsdiq olunmuşdur, həmçinin həmin təsdiq vərəqəsində Cavabdeh borcunu qaytarana qədər öz sexinin bəzi əşyalarını İddiaçı verdiyini qeyd edir və öz imzası ilə təsdiq edir. Lakin cavabdeh borcunun etiraf edilməsi və ekspert rəyi ilə təsdiqini tapmasına baxmayaraq borcunun olduğunu lakin müxtəlif vasitələrlə ödədiyi barədə izahatlar versədə, izahatlarını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Həmçinin cavabdeh çıxışında iddianın baxılmamış saxlanılmasını xahiş etsədə Məhkəmə hazırkı prosessual vəziyyətdə işin baxılmamış saxlanılması hallarının olmadığını gördüyündən bu prosessual tətbiqi təmin etməyin mümkün olmadığını qeyd etməkdədir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında şifahi borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.5-ci maddəsinə əsasən bu məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İddia tələbi ilə bağlı məhkəmə bildirir ki, iddia ərizəsində qeyd olunanlar, iş materiallarında olan sənədlər, tərəflərin izahatları, şahid ifadələri, həmçinin iş üzrə təyin olunmuş ekspert rəyləri nəzərə alınmaqla iddia tələbinin əsaslı olduğu məlum olur. Belə ki, ilk öncə iş üzrə təyin olunmuş məhkəmə xətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizalarının nəticəsi olaraq məhkəməyə təqdim olunan ekspert rəylərinə münasibətdə məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı. Məhkəmənin 21 aprel 2025-ci il tarixli, e-2-2(123)-55/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2025-ci il tarixli, 546 saylı rəyi ilə məhkəmə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmənin 11 iyul 2025-ci il tarixli, e-2-2(123)-55/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2025-ci il tarixli, 778 saylı ekspert rəyində pul məbləği 12675.00 (on iki min altı yüz yetmiş beş) manat təşkil etsə də, İddiaçı iddia ərizəsində tələb etdiyi məbləğ 10580 (on min beş yüz səksən) manat olduğundan Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq iddia tələbi 10580 (on min beş yüz səksən) manat həcmində təmin olunması qənaətindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində hesablanır. Hazırkı iş üzrə iddianın qiymətinin 10580 (on min beş yüz səksən) manat olduğunu nəzərə alaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 122 (bir yüz iyirmi iki) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tam təmin olunduğundan iddiaçının iddiaçı tərəfindən ödənilmiş 122 (bir yüz iyirmi iki) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmənin 21 aprel 2025-ci il tarixli, e-2-2(123)-55/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının nəticəsi olaraq 20 iyun 2025-ci il tarixli, 546 saylı məhkəmə ekspertizası rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 73 (yetmiş üç) manat məbləğində ekspertiza xərci iddia tam təmin olunduğundan Cavabdeh alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X3 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu: 2, Büdcə təsnifatının kodu: 142330) ödənilməlidir. Bundan əlavə məhkəmənin 11 iyul 2025-ci il tarixli, e-2-2(123)-55/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq 04 avqust 2025-ci il tarixli, 778 saylı məhkəmə ekspertizası rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddia tam təmin olunduğundan Cavabdeh alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X3 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu:2, Büdcə təsnifatının kodu: 142330) ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi əsaslı olduğundan tam təmin olunmalıdır. Nəticədə, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 10580 (on min beş yüz səksən) manat alınıb İddiaçı ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 122 (bir yüz iyirmi iki) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməli, məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının aparılması üçün müəyyən olunmuş 73 (yetmiş üç) manat və məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddia tam təmin olunduğundan Cavabdeh alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X3 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu:2, Büdcə təsnifatının kodu: 142330) ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi əsaslı olduğundan təmin edilsin. Cavabdeh (AA*******, FİN: xxxxxxx, VÖEN:**********) 10580 (on min beş yüz səksən) manat alınıb İddiaçı (AA*******, FİN: xxxxxxx, VÖEN:**********) ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 122 (bir yüz iyirmi iki) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının aparılması üçün müəyyən olunmuş 73 (yetmiş üç) manat və məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərcləri iddia təmin olunduğundan Cavabdeh alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X3 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu:2, Büdcə təsnifatının kodu: 142330) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov
Məhkəmə qərarları › İş №e-2-2(123)-55/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-55/2025
20.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver