Məhkəmə qərarları › İş №e-2-2(123)-57/2022

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-57/2022

29.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-57/2022 29.07.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı 25 iyul 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 2942 A saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyri-yaşayış sahəsində yaradılmış idman zalında olan və İddiaçı məxsus ümumi olaraq kompektasiyaları ilə birgə çəkisi 6080 (altı min səksən) kiloqram olan idman avadanlıqlarının və alətlərinin (qurğularının), yəni Ştanqların (BARBELLS), Velotrenajorun- STARBİKE EVOLUTİON MAGNETİC, Velotrenajorun-BİKE FENİX - LED PLUS, Ştanq disklərinin (WEİGHT PLATES), Ştanq üçün qıvrım qrif (CURL BAR), Qantellərin saxlanması üçün qurğu (DUMBBELL RACK-LONG), 5 ədəd Qaçış meydançasının-RUNNER FENİX - LED PLUS, Məşq alətinin-İPEREXTENSİON 45° BENCH, Məşq alətinin-DİSK RACK, 3 ədəd Məşq etmək üçün tam tənzimlənən dəzgahın, Məşq alətinin-CHİN AND DİP, Ştanq qaldırmaq üçün döşəməli alətin(OLYMPİC FLAT BENCH), Qarın əzələlərinin məşqi üçün alətin (ABDOMİNAL CRUNCH), Baş hissəsi yüksəkdə olan ştanq qaldırma üçün döşəməli alətin (OLYMPİC İNCLİNED BENCH), Baş hissəni aşağıda olan ştanq qaldırma üçün döşəməli alətin (OLYMPİC DECLİNED BENCH), Qolları söykəməklə ştanq qaldırılması üçün alətin (SEATED CURL BENCH), Bel və qol məşqi üçün dartıcı alətin (ROWİNG MACHİN, EŞ)tanq qaldırıcı mexanizmli alətin (SQUAT LUNGE), Oturaraq ştanq qaldırılması üçün nəzərdə tutulmuş alətin (SMİTH MACHİNE HP BASE), Qismən uzanaraq ştanq qaldırmaq üçün döşəməli alətin (İNCLİNED CHEST PRESS), Qol əzələlərinin məşqi üçün dartıcı tənzimlənən alətin (ADJUSTABLE CABLE CROSSOVER), Qol əzələlərinin məşqi üçün yuxarıdan aşağı dartıcı alətin (LAT PULLDOWN), Ayaq əzələlərinin məşqi üçün ayaqla ağırlıq qaldırmaq üçün qurğunun (LEG PRESS 45°), Qantelin- LATERAL DELTOİD, Qol əzələlərinin məşqi ucun yuxarıda aşağı hərəkətli alətin (DİPS PRESS), Dartıcı alətin (CURLİNG MACHİNE),Ayaq məşqi üçün dartıcı alətin (LEG CURLİNG), Kürək əzələlərinin məşqi üçün alətin (PECK BACK),Ayaq əzələlərinin məşqi üçün ağırlıq qaldırmaq üçün alətin (LEG EXTENSİON), Qol əzələlərinin məşqi üçün alətin (DELTOİD PRESS CONVERGENT), Qol və ayaq əzələlərini eyni zamanda məşqi üçün alətin (PULLEY ROW) cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatın mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmənin əsaslandırması: Məhkəmə əvvəlcə iddiaçının diqqətinə onu çatdırmağı zəruri hesab edir ki, iddiaçı öz tələbinin əsasını təsdiq edən sübutları məhkəməyə xarici dillərdə təqdim etmişdir. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin İ hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vatəndaşının borcudur. Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır. (1.1-ci və14-cü maddələr) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində — Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. 11.3-cü maddəsinə əsasən məhkəmə sənədləri işdə iştirak edən şəxslərə məhkəmə icraatının aparıldığı dildə verilir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Qanun normalarının mahiyyətindən də göründüyü kimi, həmin sənədlərin Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsi əlavə edilib, məhkəməyə təqdim edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmununa dair tələblər üzrə iddiaçının və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı ayrı-ayrılıqda (149.2.3 və 149.2.5-ci maddələr) təsbit olunmuşdur. Belə ki, həmin Məcəllənin 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 149.2 və 149.2.5-ci maddələrinə əsasən ərizədə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Göründüyü kimi həmin normalar qanunverici tərəfindən bir-birindən fərqləndirilərək, imperativ qaydada ərizəyə əlavə olunan sənədlərdən məhz hansıların iddia tələbini təsdiq edən sübutlar olmasını iddia ərizəsinin məzmununda ayrıca siyahıda göstərilməsi iddiaçıdan (və ya ərizəçidən) tələb olunur (Əsas: 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş, 09 iyul 2021-ci il tarixli, 363-VİQD nömrəli “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”). İddiaçı qeyd edilən prosessual normanın tələbinə əməl etməmiş və iddia ərizəsində tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Bununla da, iddiaçı iddia ərizəsinin forma və məzmununa dair qanunla müəyyən olunmuş prosessual tələblərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Göründüyü kimi, qanunvericilik kommersiya mübahisələri üzrə məhkəmə icraatının, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsinin, qəbulunun, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının xüsusi qaydasını, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həyata keçirilməsini müəyyən etmişdir. Belə olan halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərə poçt vasitəsilə deyil, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilməlidir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, iddia ərizəsi barədə bildiriş, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərilməlidir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən adıçəkilən həmin sənədlərin elektron qaydada cavabdeh tərəfə göndərilməsi müəyyən edilmir. Prosessual qanunvericiyilin imperativ tələblərindən göründüyü kimi, elektron qaydada cavabdehə göndərilən həmin sənədlər iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı iddia ərizəsini qanunvericiliyin icrası məcburi olan göstərişlərinə əməl olunmadan məhkəməyə təqdim etdiyindən kommersiya mübahisəsi üzrə məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Elnur Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar