Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-570/2025 13.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Qabil neymət oğlu Məmmədovun sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, iddiaçının vəkil-nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakalrı ilə, iddiaçı X1 cavabdeh “Naxçıvan Şəhər Ticarət və Xidmət Demartamenti” X5rşı müqavilə öhdəliklərinin icrası ilə əlaqədar-protokolun ləğvi tələbi barədə kommersiya mübahisəsinə məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı X3 01 dekabr 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhəri Ticarət və Xidmət Departamenti 13 oktyabr 2025-ci il tarixdə “04 sentyabr 2024-cü il tarixli, 04/09/24/-ŞH nömrəli İcarə Müqaviləsinə xitam verilməsi və xitam verilməsinin təsdiq edilməsi”nə dair Protokolunun ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-570/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. İş üzrə cavabdeh “Naxçıvan Şəhər Ticarət və Xidmət Departamenti” X8 11 fevral 2026-cı il tarixdə məhkəməyə elektron qaydada vəsatət ünvanlayaraq, iddiaçı X3 tərəfindən Naxçıvan şəhəri Ticarət və Xidmət Departamentinin 13 oktyabr 2025-ci il tarixdə “04 sentyabr 2024-cü il tarixli, 04/09/24/-ŞH nömrəli İcarə Müqaviləsinə xitam verilməsi və xitam verilməsinin təsdiq edilməsi”nə dair Protokolunun ləğv edilməsi tələbinin irəli sürüldüyünü, e-2-2(123)-570/2025 nömrəli həmin işin məhkəmənin icraatında olduğunu, cavabdeh tərəfindən xx.xx.2026-cı il tarixli Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin 13 oktyabr 2025-ci il tarixli “04 sentyabr 2024-cü il tarixli, xx/xx/2024-ŞH №li İcarə Müqaviləsinə xitam verilməsi və xitam verilməsinin təsdiq edilməsi protokolu”nun ləğvi barədə əmrin qəbul edildiyini və həmin əmrlə iddia tələbinin predmeti olan protokolun tam şəkildə ləğv edildiyini, həmin əmrin surətinin Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin 13 oktyabr 2025-ci il tarixli “04 sentyabr 2024-cü il tarixli, xx/xx/2024-ŞH №li İcarə Müqaviləsinə xitam verilməsi və xitam verilməsinin təsdiq edilməsi protokolu”nun ləğvi barədə bildirişə əlavə edilməklə hazırkı iş üzrə iddiaçı X2 elektron kargüzarlıq vasitəsilə göndərildiyini, bu halın vəsatətə əlavə olunan müvafiq sənədlərlə (əmrin surəti, bildirişin surəti və e-taxes ekran görüntüsü) ilə təsdiq olunduğunu, əmrin məhkəmə qaydasında etibarsız sayılmadığı müddətcə hüquqi qüvvəyə malik oluğunu və hüquqi nəticə doğurduğunu, beləliklə, iddiaçının məhkəməyə müraciət edərkən əldə etmək istədiyi nəticənin faktiki olaraq cavabdeh tərəfindən könüllü şəkildə təmin edildiyini, hazırkı iş üzrə hüquqi mübahisənin predmetinin aradan qalxdığını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakimin iş üzrə icraata xitam verdiyini, hazırkı halda, iş üzrə mübahisənin predmetinin mövcud olmadığını, protokolun cavabdeh tərəfindən əmrlə ləğv edildiyini, belə ki, mübahisənin predmeti aradan qalxdığından, artıq işə məhkəmədə baxılması zərurətinin aradan qalxdığını, buna görə də, icraata xitam verilməli olduğunu, protokolun ləğvinin hüquqi nəticə doğuran əmrlə rəsmiləşdirildiyini və iddiaçının tələbinin təmin edildiyini, hazırkı iş üzrə iddia predmetinin məhz protokolun ləğvindən ibarət olduğundan icraata xitam verilməsinə mane olan hər hansı bir halın mövcud olmadığını, artıq mübahisə ilə bağlı məhkəmə baxışına ehtiyac qalmadığını, iddiaçının subyektiv hüququnun aradan qalxdığını, belə olan halda, işə mahiyyəti üzrə baxılmasının artıq mövcud olmayan hüquqi münasibətin qiymətləndirilməsi ola biləcəyini, həmçinin prosesin davam etdirilməsinin prosessual qənaət prinsipinə zidd olacağını qeyd etməklə e-2-2(123)-570/2025 saylı iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 13 fevral 2026-cı il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında vəsatəti müdafiə etdiklərini, iddia tələbində qeyd olunan protokolun cavabdeh təşkilatın əmri ilə ləğv edildiyindən artıq mübahisəli hal qalmadığından icrata xitam verilməsini xahiş etdi. 13 fevral 2026-cı il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının vəkil-nümayəndəsi Vəkil izahatında vəsatətə etiraz etmədiklərini qanuni qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 261.0-cı maddəsinə əsasən Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Ticarət və Xidmət Demartamentinin 28 yanvar 2026-cı il tarixli xx-xx/2026 nömrəli əmrindən görünür ki, Naxçıvan Şəhər Ticarət və Xidmət Demartamentinin 13 oktyabr 2025-ci il tarixli 04 sentyabr 2024-cü il tarixli, xx/xx/2024-ŞH nömrəli icarə müqaviləsinə xitam verilməsi və xitam verilməsinin təsdiq edilməsi protokolu ləğv edilmişdir. Məhkəmə vəsatətdə qeyd olunan əsas üzrə o nəticəyə gəlir ki, iddiaçı X1 məhkəmədən tələbi cavabdeh tərəfindən könüllü olaraq icra edilmişdir. Beləliklə, tərəflər arasındakı hüquqi mübahisə tamamilə aradan qalxmışdır. Məhkəmə qeyd edir ki, ədalət mühakiməsinin əsas məqsədi pozulmuş və ya mübahisəli olan hüquq və qanuni mənafelərin bərpa edilməsidir. Deməli, işin məhkəmə predmeti olması üçün tərəflər arasında real hüquqi mübahisə olmalıdır. Belə mübahisə artıq olmadığından işin məhkəmədə baxılmağa davam etdirilməsi ədalət mühakiməsinin bəyan edilmiş məqsədi və vəzifəsi ilə ziddiyyət təşkil edir. İşin məhkəmə mübahisəsi halı aradan qaxdığından məhkəmə iş üzrə icraata xitam verilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı X1 cavabdeh “Naxçıvan Şəhər Ticarət və Xidmət Demartamenti” X5rşı müqavilə öhdəliklərinin icrası ilə əlaqədar-protokolun ləğvi tələbinə dair iş üzrə cavabdeh tərəf mübahisə predmeti olan protokolu ləğv edərək, iş üzrə icraata xitam verilməsi ilə bağlı vəsatət təqdim etdiyindən iddiaçı X3 tərəfindən xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə **********55 nömrəli qəbz ilə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 261.0.1-ci, 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı X1 cavabdeh “Naxçıvan Şəhər Ticarət və Xidmət Demartamenti” X5rşı müqavilə öhdəliklərinin icrası ilə əlaqədar-protokolun ləğvi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı X3 tərəfindən xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə **********55 nömrəli qəbz ilə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən iddiaçıya qaytarılsın. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-570/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-570/2025
13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver