Məhkəmə qərarları › İş №e-2-2(123)-579/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-579/2024

01.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-579/2024 01.11.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədov, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı 31 oktyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 20000 manat pul borcunun və iş üzrə ödəmiş olduğu 150 manat məbləğində dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatın mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək aşağıdakıları qeyd edir: İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə eloktron qaydada xx.xx.2024-cü il tarixdə saat 10:02-radələrində pretenziya məktubu göndərməklə cavabdehə məktubu alandan sonra 10 (on gün) ərzində borclu olduğu 19000 (on doqquz min) manat pulu ödəməsə, məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəyini bildirmişdir. Lakin həmin 10 günlük müddəti gözləmədən xx.xx.2024-cü il tarixdə imzaladığı iddia ərizəsini 31 oktyabr 2024-cü il tarixdə məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. İddiaçı tərəfindən Mülki Prosessual Məcəllənin yuxarıda qeyd edilən maddəsinin tələbinə əməl edilsə də, İddiaçı Naxçıvan Şəhər Vergilər İdarəsi tərəfindən Cavabdeh ünvanladığı pretenziya məktubu Naxçıvan Şəhər Vergilər İdarəsinin elektron sisteminə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Məhkəmə İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyini nəzərə alaraq qeyd edir ki, pretenziya məktubunda qeyd edilən 10 (gün) müddətə əməl edilmədiyindən qanunvericiliyə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2024-cü il tarixli 8173 saylı qəbzlə dövlət büdcəsinə ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının: - 2.1 və 2.1.2-ci maddələrinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi qanunvericiliyin icrası məcburi olan göstərişlərinə əməl edilmədən məhkəməyə təqdim edildiyindən İddiaçı Cavabdeh İnad oğluna qarşı pul tələbi barədə iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmçinin İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, 8173 saylı qəbz ilə ödənilmiş 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən iddiaçıya geri qaytarılmalıdır. Həmçinin iddiaçının diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, 8173 saylı qəbz ilə ödənilmiş 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən iddiaçıya geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılsın ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar