Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-6/2023 28.02.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı borc tələbi barədə kommersiya mübahisəsinə məhkəmə hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC 19 oktyabr 2022-ci il tarixdə elektron iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 05 dekabr 2019 il tarixli kredit müqaviləsi üzrə banka 26006.17 manat əsas borc, 10650.69 manat faiz borcu , 1059.85 manat cərimə və kredit müqaviləsi üzrə 05 mart 2022 il tarixdən, 12 may 2022-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 241.9 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 37958.61 manat borcun və 203.88 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına qəbul edilərək məhkəmə hazırlıq iclası təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə məhkəmə tərəfindən məhkəmə-mühasibat ekspertizası təyin edilərək iş üzrə icraat dayandırılmışdır. 30 yanvar 2023-cü il tarixli, 03 saylı məhkəmə ekspertizasının rəyi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olduğundan xx.xx.2023-cü il tarixdə iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilərək məhkəmə hazırlıq iclası təyin edilmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş AZEMİS Elektron məhkəmə informasiya sistemindən çıxarılmış qəbz haqqında məlumata dair çıxarışdan görünür ki, hazırkı iş üzrə İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixdə, ********* nömrəli qəbzlə ödənilmiş dörd manat məbləğində dövlət rüsumu e-2-2(123)-61/2022 saylı iş üzrə istifadə olunmuşdur. Həmin dövlət rüsumu e-2-2(123)-61/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadla geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbz e-2-2(123)-61/2022 saylı iş üzrə istifadə edildiyindən və məhkəmə tərəfindən geri qaytarıldığından bu iş üzrə istifadəsi mümkün deyildir. Buna görə də həmin qəbz hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsini təsdiq etmir. Həmçinin 15 fevral 2023-cü il tarixə, saat 0915-ə təyin edilmiş məhkəmə hazırlıq iclasında iddiaçı tərəfin iştirak etməməsinə görə bu barədə iddiaçıya məlumat verilə bilmədiyindən qeyd edilən bu hal iddiaçıya Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetinə yerləşdirilmiş məktub vasitəsilə bildirilmiş, məktubda iddiaçı tərəfindən dövlət rüsumunun ödənilərək, dövlət rüsumunun ödənilməsinə dair həmin qəbzin məhkəməyə təqdim edilməli olduğu, əks təqdirdə işin baxılmamış saxlanılacağı qeyd edilmişdir. Bu səbəbdən də məhkəmə hazırlıq iclası 28 fevral 2023-cü il tarixə, saat 0915-ə təyin edilmişdir. Lakin iddiaçı tərəf bu barədə məlumatlandırılmasına və vaxt verilməsinə baxmayaraq dövlət rüsumunun ödənilməsinə dair sənədi məhkəməyə təqdim etməməklə yanaşı, bu barədə də məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 bu məsələ barədə fikrini soruşmuşdur. Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 qanunvericiliyin tətbiq edilməsini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddiaçı tərəfindən ərizəyə əlavə edilmədiyindən və hakim tərəfindən müəyyən edilmiş müddətdə həmin nöqsan aradan qaldırılması üçün verilmiş vaxt ərzində heç bir tədbir görülmədiyindən İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı borc tələbi barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı borc tələbi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-6/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-6/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver